Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sibel Çam
Sibel Çam (4 iyul 1990, Cihanbeyli ilçəsi[d], Konya ili) ― –73 kq çəki dərəcəsində mübarizə aparan türkiyəli paralimpiyaçı.
Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası
Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası — Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən böyük xəstəxana kompleksi. Çam ve Sakura adı ilə simvollaşdırılan Türkiyə və Yaponiya əməkdaşlığı ilə birgə hazırlanmışdır. Xəstəxana kompleksi 2020-ci ilin may ayında istifadəyə verilib. == Tarixi == Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası Türkiyənin üçüncü ən böyük səhiyyə investisiya layihəsidir. O, Səhiyyə Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlıq (PPP) modelində həyata keçirilib, Yaponiya Bankı və Nippon İxrac və İnvestisiya Sığortası da daxil olmaqla doqquz müxtəlif qlobal maliyyə korporasiyası tərəfindən maliyyələşdirilib. Layihənin dəyəri 163 milyard yapon yeni (təqribən 1,5 milyard ABŞ dolları) təşkil edib. O, Türkiyənin Rönesans Səhiyyə və Yaponiyanın Sojitz korporasiyası tərəfindən hazırlanıb. Xəstəxana kompleksinin tikintisinə 2016-cı ildə başlanılıb və 2020-ci ildə başa çatdırılıb. Səhiyyə sahəsində investisiya layihəsi Tomson Reuters Fondunun Layihə Maliyyələşdirmə Beynəlxalq Mükafatları çərçivəsində “İlin PPP Müqaviləsi” mükafatına layiq görülüb. Xəstəxananın ilk bölməsi yalnız COVID-19 xəstələrinin müalicəsi üçün 20 aprel 2020-ci ildə istifadəyə verilmişdir.
Faruq Nafiz Çamlıbel
Faruq Nafiz Çamlıbel (18 may 1898, Konstantinopol – 8 noyabr 1973, İstanbul) — türk şair, siyasətçi və müəllim. Beş hecaçılar ədəbi cərəyanına mənsub olan şairlərdən biri. TBMM-də VIII, IX, X və XI çağırış İstanbul millət vəkili olaraq fəaliyyət göstərmiş bir siyasətçi. Ən məşhur əsəri "Xan divarları" adlı şeiri olmuşdur. == Həyatı == Faruq Nafiz Çamlıbel 18 may 1898-ci ildə İstanbulda anadan olub. Atası Süleyman Nazif bəy, anası Fatma Ruhiyə xanım olmuşdur. İbtidai və orta təhsilini Bakırköy Rüşdiyyəsi ilə Hadika məşvərət orta məktəbində alıb. == Yaradıclığı == Faruq Nafiz Çamlıbel şeirə uşaq yaşlarında başlayıb. Yazıçının dediyinə əsasən, ilk şeiri olan "Saat" 1914-cü ildə "Uşaq dünyası" adlı jurnalda çap olunub. Faruq Nafizin ədəbiyyat aləmində tanınması Cəlal Nurinin çıxardığı "Ədəbiyyati-ümumiyyə" məcmuəsində çap olunan əruzla yazdığı "Şərqin sultanları" şeirilə başlanmışdır.
Halet Çambel
Halet Çambel (türk. Halet Çambel; 27 avqust 1916, Berlin – 12 yanvar 2014, İstanbul) — Türk arxeoloq və qılıncoynadan. Olimpiya Oyunlarında iştirak edən ilk müsəlman qadın. == Bioqrafiyası == Halet Çambel 27 avqust 1916-cı ildə Berlində anadan olmuşdur. Atası Həsən Cəmil bəy, hərbi attaşe idi və Mustafa Kamal Atatürkün dostu olmuşdur. Çambelin anası Rəmziyə Xanım, o dövrdə Osmanlının Almaniyadakı səfiri vəzifəsini icra etmiş keçmiş Vəzir İbrahim Haqqı Paşanın qızı idi. Halet Çambel Arnavutköy Amerikan Qızlar Məktəbində oxumuşdur (daha sonra bu məktəb Robert Kolleci adlanır). Məktəbdə oxuyarkən qılıncoynatma ilə məşğul olmağa başlayır. 1933-39-cu illərdə Paris Universitetində arxeologiya təhsili alır. 1940-cı ildən İstanbul Universitetində köməkçi işləyir.
Karlo Adzelio Çampi
Karlo Adzelio Çampi (d. 9 dekabr 1920 - ö. 16 sentyabr 2016) — İtalyan siyasətçi və bankçı, İtaliyanın onuncu prezindenti (18 may 1999-15 may 2006). Müstəqil olaraq, seçkilərdə iştirak edib. Daha sonra senator çalışmışdır. == Həyatı == 1920-ci ildə Livornoda anadan olub. Çampi 1941-ci ildə Pisa Universitetinin ədəbiyyat hissəsindən məzun olub. İtalyan Müqavimət Fəaliyyətinə qatılıb. 1946-ci ildə Franca Fundacja ilə evlənib. Eyni ildə Pisa Universiteti hüquq fakültəsindən məzun olub.
Köhnə çamadanlar (film, 2022)
Köhnə çamadanlar — Ekran işi Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edir. == Məzmun == Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, "RS Production"un birgə layihəsi, "OYUN" inklüziv teatr MMC-nin istehsalı olan "Köhnə çamadanlar" bədii filmi real hadisələr əsasında çəkilib. Tammetrajlı bədii filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı izlər buraxdığı insanlar, əsas etibarilə qadınlardır. Tamaşaçı ekran əsərində döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın düşmüş Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcəklər. Ekran işində Birinci və İkinci Qarabağ müharibəsində baş verən hadisələr kəsişir, hər iki dövrü əhatə edən ayrı-ayrı epizodlar dramaturji və vizual baxımdan bir-birini tamamlayaraq hekayənin vahid strukturunu yaradır. Hadisələr fonunda müharibə, onun insan psixologiyasında buraxdığı izlərə baxmayaraq heç bir halda haqqın zəfərinə, qələbəyə inamının itmədiyinin şahidi oluruq. Final səhnələri Azərbaycan ordusunun qələbəsini əks etdirən sənədli və bədii kadrlarla tamamlanır. Ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri — əlil və qaziləri, həmçinin əlilliyi olan həvəskar aktyorlar da rol alırlar. Müharibə, onun insan psixologiyasında buraxdığı izlər və savaşdan çıxmış insanların həyata müqaviməti, müharibənin buraxdığı izlərlə mübarizəsi ön planda görünür. == Film üzərində işləyənlər == Ssenari müəllifi: Sevda Sultanova Rejissor: Saida Haqverdiyeva Görüntü rejissoru: Şahmar Qəhrəmanov Quruluşçu rəssam: Əfşan Əsədova Montaj rejissoru: Rza Almasi Pərqu Bəstəkar: Vüqar Camalov Art director: Tahir Tahiroviç Baş prodüser: Pərvinə İsmayılova İcraçı prodüserlər: Kəmalə Nəhmətova, Nicat Məmmədov == Rollarda == Məmməd Səfa Pərvanə Qurbanova Gülzar Qurbanova Zemfira Əbdülsəmədova Nəsibə Eldarova Zümrüd Qasımova Ülviyyə Əliyeva Zülfiyyə Qurbanova Oksana Rəsulova Zülfiyyə Nəzər Məmmədova Aygün Fətullayeva Rada Nəsibova Zarina Qurbanova Türkay Cəfərli Könül Qasımova Şəfəq Əliyeva Səmimi Fərhad Aqil M. Quliyev Namiq Ağayev Vüqar Hacıyev Cavanşir Məhərrəmov Rəsmiyyə Nurməmmədova Qızılgül Quliyeva Elmira Hüseynova Səriyyə Mansurova Samirə Nəcəfova Rəhim Rəhimov Məmmədşah Təhməzov Yusif Baxşəliyev Yağmur Firuz Aysel Əliyeva Sovqat Səmədova Şəbnəm Hüseynova Amil İbrahimli Səyyad Əliyev Anar Məmmədov Gülər Kərimli Vəfa Hacızadə Fərid Haqverdiyev Məleykə Cəfərova Kamil Əliyev Fatimə Yunusova Habil Əliyev Rəhman Nəhmətov Rüqəyya Quliyeva Hüseynəli Quliyev Sevda Sultanova Anar Məmmədov Uşaq rollarını Oyuq Teatr Studiyasının aktyorları ifa edib Selcan Xatun, Aylin Nəcəfli, Nazan Qafarova, Nazim Hacıyev, Vüsalə Bəkirzadə, Hökümə Ağayeva, Nihad Quliyev, Əli İsmayıl, Fidan Nəcəfli, Firuz İbrahimov, İnci Mustafalı, İbrahim Süleymanlı, Adil Əliyev, Melisa Oskoi, İlkin Həsənli, Uğur Cəbrayılov, Səməd Yunusov, Fuad Atayev, Murad Əliyev, Esma Gəncəlizadə, Zəhra Qafarova, Hüseyn Abdullayev, Hüseyn Hacılı, Ömər Akın, Nur və Asiə Vahbi, Aliyə Babayeva, Atilla İbrahimov, Əsma İsazadə.
Mikayıl Çamçıyan
Mikayıl Çamçıyan (erm. Միքայէլ Չամչեան; 4 (15) dekabr 1738, Konstantinopol – 30 noyabr (12 dekabr) 1823, Konstantinopol) — erməni keşişi və tarixçisi. O, daha çox Ermənistan tarixi haqqında üç cilddə hərtərəfli əsər ilə tanınır və bu, nəşr olunduğu gündən alimlər üçün istinad nöqtəsi olaraq qalır. Çamçıyan Osmanlı imperiyasında, İstanbul şəhərində anadan olmuş və imperator zərgəri Mikayıl Çələbi Düzyanın yanında zərgər kimi təhsil almışdır. 1762-ci ildə Venesiyadakı mexitarist icmasına qoşulmuşdur. 1774-cü ildə o, monastırda erməni dili müəllimi təyin edilmişdir. Çamçıyan 1779-cu ildə "Erməni dilinin qrammatikası"nı yazmışdır. 1784-cü ildə o, "Dünyanın başlanğıcından 1784-cü ilə qədər erməni tarixi"ni tamamlamışdır. Əsər romantik erməni milliyətçiliyinin başlanğıcıdır. Çamçıyan eramızdan əvvəl 11 avqust 2492-ci ildən başlayan erməni patriarxlarının xronologiyasını yazmışdır.
Mustafa Çamran
Mustafa Çamran Savehî (fa: مصطفی چمران, 8 mart 1932, Tehran – 20 iyun 1981), İranlı akademik, fizik, siyasətçi, Mehdi Bazərgan dövlətində İranın müdafiə naziri, Əməl hərəkatının qurulmasında Musa əl-Sədrin köməkçisi, İslami Şura Məclisinin nümayəndəsi və İran-İraq müharibəsində komandir 8 mart 1932-ci ildə Tehranda səkkiz nəfərlik bir ailədə anadan olmuşdur. Atası Hassan Çamran, İranın Savə şəhərindəki Çamran adlı bir kənddən Tehrana köçmüşdü Çamran ilk təhsilinə Tehran Memarlıq Məktəbində başlamışdır. Orta təhsilini Darul Funun və Elborz məktəblərində bitirib. 1953-cü ildə yüksək nəticəsi ilə Tehran Universitetinin Elm Fakültəsində Elektromexanika şöbəsində təhsilini ilə davam etdirdi. Bakalavrı bitirdikdən sonra Magistr dərəcəsi üçün Texas Universitetinin təqaüdünü aldı və təhsilini davam etdirdi. ABŞ-nin Kaliforniya Universitetində elektro-fizika üzrə doktorluq dərəcəsini almışdır. Fars dilindən əlavə, Çamran ərəb, ingilis, türk, fransız və alman dillərini də yaxşı bilirdi. Mustafa Çamran döyüşçü olsa da, eyni zamanda fikir və düşüncə adamı idi. Sənəti və incəsənəti çox sevirdi. Onun hikmətli sözləri və düşüncələri “Ruhun hikmətlə yüksəlməsi” adlı bir kitabda toplanmışdır.
Samuray Çamplu
Samurai Champloo (yap. サムライチャンプル, azərb. Samuray Çamplu‎) — Şiniciro Vatanabe tərəfindən yaradılmış yapon anime serialı. Samurai Champloo — Internet Movie Database saytında.
Turabi Çamkıran
Turabi Çamkıran (1 yanvar 1987, Mersin) — Türkiyə TV serial aktyoru və döyüşçü. 3 iyul 1987-ci ildə Mersində anadan olub. Əslən Kahramanmaraş Afşinlidir. 2013-cü ildə "Talent You're Turkey" yarışmasında iştirak edib və yarımfinala yüksəlib. O, 2014, 2015 və 2018-ci illərdə Acun Ilıcalının hazırlayıb təqdim etdiyi Survivor yarışmasına qatılıb. 2014-cü ildə Survivor Volunteers komandasında iştirak edib və çempion olub. 2015-ci ildə Survivor All Star yarışmasında 1-ci oldu və iki dəfə dalbadal Survivor yarışmasında qalib gələn ilk şəxs oldu. Survivor yarışmasından sonra bir neçə film və serialda iştirak edib. O, Səhiyyə Nazirliyinin uşaqlara süd içdirilməsi ilə bağlı ictimai xidmət elanında iştirak edib. 2018-ci ildə üçüncü dəfə Survivor yarışmasında iştirak edib.
Viktoriya Çamorro
Viktoriya Çamorro (d. 10 iyul 1996) — Braziliyanı təmsil edən su poloçusu. Viktoriya Çamorro, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Violeta Çamorro
Violeta Barrios de Çamorro (isp. Violeta Barrios de Chamorro ; 18 oktyabr 1929) — nikaraqualı siyasətçi, jurnalist. 1990-1997-ci illərdə Nikaraqua prezidenti.
Çamadan
Çamadan — baqajın yığılması üçün bağlanan spesifik bir qutu. Adətən, düzbucaqlı formalı, kvadrat küncləri olan, sərt və ya yumşaq divarlı olur. Metaldan, sərt plastikdən, parça, vinil və yaa dəridən hazırlanır. İndiki formada çemodanı ilk dəfə XIX əsrdə Parisdə Lui Vitton adlı usta hazırlayıb.
Çamaki (Urmiya)
Çamaki (fars. چمكي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Çamalalılar
Çamalalılar, çamalalilər, çamaladilər, çamaiqalar (özlərini belə adlandırırlar – “qaysı qurusu”) – Rusiya Federasiyasında xalq. Dağıstan Respublikasında (Tsumada rayonu, 7,2 min nəfər) və Çeçen Respublikasında (2,1 min nəfər) yaşayırlar. Ümumi sayları 9,5 min nəfərdir. SSRİ-də əhalinin siyahıyaalınması keçirilərkən çamalalıları avarlara aid edilirdilər. Nax-Dağıstan dil ailəsinin çamalal dilində danışırlar. Dialektləri: qakvari və gi qatli. Avar, rus, qismən də çeçen dilləri yayılmışdır. Məktəblərdə dərslər avar dilində aparılır. Dindarları müsəlmandır. Ənənəvi məşğuliyyətləri əkinçilik və maldarlıqdır.
Çamardı
Çamardı (türk. Çamardı) — Niğdə ilinin ilçəsi.
Çamaş ilçəsi
Camaş (türk. Çamaş) — Türkiyənin Qara dəniz bölgəsində Ordu ilinə bağlı şəhər və rayon.
Çamila Miçeyeviç
Cəmilə Miçeyeviç (xorv. Ćamila Mičijević; 8 sentyabr 1994, Haydenhaym an der Brents[d]) — Bosniya və Xorvat həndbolçu, 2020-ci ildə Avropa çempionatının bürünc mükafatçısı. Miçieviç Almaniyada Bosniya və Herseqovinadan bir qaçqın ailəsində anadan olub. Müharibə bitdikdən sonra, 15 yaşına qədər yaşadığı Mostar'a qayıtdı və yerli Lokomotiv və Katarina həndbol komandalarında oynadı .
Çamkut adası
Çamkut adası — Yapon dənizinə daxil olan Amur körfəzində yerləşən elə də böyük olmayan ada. Rusiya imperiyasının tərkibinə pekin traktatının (1860) nəticəsinə əsasən verilir. Ada materikdən uzunluğu 300 m, dərinliyi isə 40–60 sm olan boğazla ayrılır. insanlar sərbəst şəkildə bu boğazı keçə bilirlər. İnzibati baxımından ada Rusiya Federasiyası, Xabarovsk diyarı Nikolayevski rayonu ərazisinə daxildir. ada hamar səthə malikdir. sahillərində çimərliklər vardır. Bununla belə daş bünövrə üzərindədir. Üzəri sıx meşə ilə örtülüdür. Ada Lazarev şəhər tipli qəsəbəsindən 13 km məsafədə yerləşir.
Çamlanq
Çamlanq — Nepalda yerləşən, Himalaydakı Makalu yaxınlığında dağ. Himalayın Mahalanqur Himal silsiləsində yerləşir. Dağ 7,319 metr (24,012 ft) hündürlüyündədir.
Çamlar (Astara, İran)
Çamlar (fars. چملر‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 209 nəfər yaşayır (48 ailə).
Çamlıgəbin
Çamlıgəbin (fars. چملوگبين‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (20 ailə).
Çamunda
Çamunda — Hinduizmdə ilahi ana olan Durqanın nəhəng forması. Çamunda, Bana Qanqa sahilindəki Çamunda Devi məbədinin baş tanrısıdır. O, ziyarətgahları Şivalik dağ silsiləsi boyunca səpələnmiş doqquz ilahədən biridir. İlahələrin hər birinin fərdiliyi olsa da, hamısı birlikdə eyni ilahə Durqanın təzahürləri hesab olunur. Çamunda haqqında kollektiv mif Durqanın bir neçə formasını təsvir edən Sanskrit mətni olan Devi Mahatmyadan qaynaqlanır. Mətn şaktizmin ən erkən və ən mühüm ədəbi mənbəyi hesab olunur. Çamunda təsvirləri müxtəlifdir. O, adətən tünd rəngli arıq bədəni və qorxunc gülən üzü ilə təsvir olunur. Onun batıq sinəsindən kəllə çələngləri asılır. Onun yeganə geyimi pələng dərisidir.
Köhnə çamadanlar
Köhnə çamadanlar — Ekran işi Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edir. == Məzmun == Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, "RS Production"un birgə layihəsi, "OYUN" inklüziv teatr MMC-nin istehsalı olan "Köhnə çamadanlar" bədii filmi real hadisələr əsasında çəkilib. Tammetrajlı bədii filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı izlər buraxdığı insanlar, əsas etibarilə qadınlardır. Tamaşaçı ekran əsərində döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın düşmüş Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcəklər. Ekran işində Birinci və İkinci Qarabağ müharibəsində baş verən hadisələr kəsişir, hər iki dövrü əhatə edən ayrı-ayrı epizodlar dramaturji və vizual baxımdan bir-birini tamamlayaraq hekayənin vahid strukturunu yaradır. Hadisələr fonunda müharibə, onun insan psixologiyasında buraxdığı izlərə baxmayaraq heç bir halda haqqın zəfərinə, qələbəyə inamının itmədiyinin şahidi oluruq. Final səhnələri Azərbaycan ordusunun qələbəsini əks etdirən sənədli və bədii kadrlarla tamamlanır. Ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri — əlil və qaziləri, həmçinin əlilliyi olan həvəskar aktyorlar da rol alırlar. Müharibə, onun insan psixologiyasında buraxdığı izlər və savaşdan çıxmış insanların həyata müqaviməti, müharibənin buraxdığı izlərlə mübarizəsi ön planda görünür. == Film üzərində işləyənlər == Ssenari müəllifi: Sevda Sultanova Rejissor: Saida Haqverdiyeva Görüntü rejissoru: Şahmar Qəhrəmanov Quruluşçu rəssam: Əfşan Əsədova Montaj rejissoru: Rza Almasi Pərqu Bəstəkar: Vüqar Camalov Art director: Tahir Tahiroviç Baş prodüser: Pərvinə İsmayılova İcraçı prodüserlər: Kəmalə Nəhmətova, Nicat Məmmədov == Rollarda == Məmməd Səfa Pərvanə Qurbanova Gülzar Qurbanova Zemfira Əbdülsəmədova Nəsibə Eldarova Zümrüd Qasımova Ülviyyə Əliyeva Zülfiyyə Qurbanova Oksana Rəsulova Zülfiyyə Nəzər Məmmədova Aygün Fətullayeva Rada Nəsibova Zarina Qurbanova Türkay Cəfərli Könül Qasımova Şəfəq Əliyeva Səmimi Fərhad Aqil M. Quliyev Namiq Ağayev Vüqar Hacıyev Cavanşir Məhərrəmov Rəsmiyyə Nurməmmədova Qızılgül Quliyeva Elmira Hüseynova Səriyyə Mansurova Samirə Nəcəfova Rəhim Rəhimov Məmmədşah Təhməzov Yusif Baxşəliyev Yağmur Firuz Aysel Əliyeva Sovqat Səmədova Şəbnəm Hüseynova Amil İbrahimli Səyyad Əliyev Anar Məmmədov Gülər Kərimli Vəfa Hacızadə Fərid Haqverdiyev Məleykə Cəfərova Kamil Əliyev Fatimə Yunusova Habil Əliyev Rəhman Nəhmətov Rüqəyya Quliyeva Hüseynəli Quliyev Sevda Sultanova Anar Məmmədov Uşaq rollarını Oyuq Teatr Studiyasının aktyorları ifa edib Selcan Xatun, Aylin Nəcəfli, Nazan Qafarova, Nazim Hacıyev, Vüsalə Bəkirzadə, Hökümə Ağayeva, Nihad Quliyev, Əli İsmayıl, Fidan Nəcəfli, Firuz İbrahimov, İnci Mustafalı, İbrahim Süleymanlı, Adil Əliyev, Melisa Oskoi, İlkin Həsənli, Uğur Cəbrayılov, Səməd Yunusov, Fuad Atayev, Murad Əliyev, Esma Gəncəlizadə, Zəhra Qafarova, Hüseyn Abdullayev, Hüseyn Hacılı, Ömər Akın, Nur və Asiə Vahbi, Aliyə Babayeva, Atilla İbrahimov, Əsma İsazadə.
Çamlıca məscidi
Çamlıca məscidi (türk. Çamlıca Camii) — Türkiyənin İstanbul şəhərində yerləşən məscid. 29 mart 2013-cü ildə Üsküdarın Çamlıca səmtində inşasına başlanılan və 3 may 2019-cu ildə açılışı olan məscid respublika tarixinin ən böyük məscididir. 63 min nəfərlik tutumu və 6 minarəsi ilə 57 min 500 kvadratmetr sahəyə malikdir.. Məscid kompleksinə həmçinin muzey, rəsm qalereyası, kitabxana, 1000 nəfərlik konfrans zalı, 8 sənət emalatxanası və 3500 avtomobil üçün dayanacaq daxildir. 2010-cu ildə İstanbul Böyükşəhər Bələdiyyəsi Çamlıca təpəsində televiziya-radio antenası üçün yeni beynəlxalq ideya layihəsi üçün Beynəlxalq Memarlar İttifaqına (BMİ) müraciət etdi. BMİ, Memarlar Palatasının rəyini öyrəndi. Memarlar Palatası Çamlıca təpəsinin tarixi və simvolik bir ərazi, təbii və mədəni irs və qorunan ərazi olduğunu və ictimai sahə olaraq müvafiq tənzimləmələr edilməsi lazım olduğunu, lakin ərazinin tikintiyə açılmasının düzgün olmadığını müdafiə etdi. Bundan əlavə, qurum, televiziya və radio antenalarının bölgənin və Boğazın görünüşünə xələl gətirdiyi və yerindən tərpənməli olduğu fikrini də bildirib. Bu rəyə görə BMİ müsabiqəni təsdiq etmədi.
Çamurlu (Qars)
Çamurlu — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 227 nəfərdir (2022).
Çan Lam
Qam-qam
Qam-qam — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qamqam oyk., sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adı olmuşdur. Kənd keçmişdə Rustov kəndinə məxsus mal-qara saxlanılan yer əsasında yaranmışdır. Məntəqə yerin adını qəbul etmişdir. Oykonimi fars dilindəki qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarət “kiçik çay dərəsində məskən” kimi izah edirlər. Kənd iki yamacın ətəyində, Qamqam çayının sahilindədir. Əslində kəndin adı çayın adından alınmışdır.
Çan-Çan
Çan-Çan(keçua Chan Chan, isp. Chan Chan) — Çimu mədəniyyətinin mərkəzi və Çimorun paytaxtı. Perunun La Libertad vilayətində, Sakit Okeanın sahilində Çan Çan şəhəri var. Bir zamanlar Çimu sivilizasiyasının paytaxtı olmuş bu şəhərdə 60 min nəfər yaşayırdı.
Çao Çao
Çao Çao (çin. sadə. 曹操, pinyin: Cáo Cāo; 155[…] – 220[…], Loyan[d]) — Çin ordu sərkərdəsi, hərb elminin bilicisi, Han sülaləsinin baş naziri, faktiki Han imperiyasının III əsrdə həm idarə edicisi və həm də "qəbirqazanı". Çao Çao zəmanəsinin qəddar və müdriki kimi tarixdə qalmışdır. Onun ixtiyarında sayı milyon olan ən qüdrətli ordulardan biri olmuş, Quandu döyüşündəki qələbəsindən sonra Çini birləşdirməyə cəhd göstərsə də Qırmızı qayalıq döyüşündəki məğlubiyyəti onu uçuruma sürükləmişdir. Atası Çao Sun Syaxou nəslindən olub, onun əsli adı Syaxou Sun olmuşdur. Çao soy adını o, onu oğulluğa götürmüş saray xədimi Çao Tenadan götürmüşdür. İyirmi yaşında imtahan verərək paytaxt Loyandan şimalda bir əyalət rəisi təyin olunur. Rəyis kimi əyalətdə hamının qahuna itaət etməsinə nail olur. Mənsubiyyətindən asılı olmayaraq qanun pozucularını qəddarcasına cəzalandırardı.
Ham.
Vilyam Hamilton (ing. William Hamilton; 1783, Kork – 25 may 1856, Plimut, Devon qraflığı) — İrlandiya botaniki. == Əsərləri == Hamilton, W. (1810). The Encheiridion medicum; or, Young Practitioner's Pocket Companion. Hamilton, W. (1825). Prodromus plantarum Indiae occidentalis. 67 p. == İstinadlar == == Ədəbiyyat == Howard, R.A.; Clausen, K.S.; Gillis, W.T. William Hamilton (1783-1856) and the Prodromus Plantarum Indiae Occidentalis (1825) (англ.) // Journal of the Arnold Arboretum : journal. — 1981. — Vol.
Jam
Jam — Maykl Ceksonun "Dangerous" albomundakı mahnılardan biri.
Lam.
Jan-Batist Lamark (fr. Jean-Baptiste Pierre Antoine de Monet, Chevalier de Lamarck; 1 avqust 1744[…], Bazentin[d], Pikardiya, Fransa krallığı – 18 dekabr 1829[…], Paris, Burbon restavrasiyası) — Fransa alim-təbiətşünası. J. Lamark canlı dünyanın təkmil təkamül nəzəriyyəsini yaratmağa çalışırdı. Sonradan bu nəzəriyyə Lamark nəzəriyyəsi adlandırıldı. Öz dövründə diqqəti çəkməsə də sonradan müasir dövrədək qızğın mübahisə predmetinə çevrildi. Lamark indiyə qədər müasirliyini itirməyən "Zoologiyanın fəlsəfəsi" (1809) kitabının müəllifidir. == Həyatı == Jan-Batist Lamark varlı olmayan zadəgan ailəsində anadan olub. Ordu sıralarında döyüşlərdə iştirak edib, zabit rütbəsinə qədər yüksəlib. Parisdə tibb elmini öyrənib və təhsil dövründə təbiət elmlərinə, xüsusilə də botanikaya böyük maraq göstərib. 1778-ci ildə o üç cildlik "Fransız təbiəti" adlı kitab nəşr etdirir.
Qam
Qam - türk, altay və monqol xalq mədəniyyətində cadugər din xadimi, şaman. Gam, Kam və ya Xam olaraq da deyilər. Primitiv birliklərdə fövqəltəbii güclərlə əlaqə keçə bilən din adamıdır. Ruhlarla əlaqə qura bilər. Duaları ilə xəstələri "sağalta bilər" (müalicə edə bilər) və mərasimlərlə pis ruhları qova bilər. Eyni zamanda cadugər və həkimdir. Müxtəlif ritüelleri yerinə yetirər. Tanrı ilk şamanı yaratdığında onun evinin önünə səkkiz budaqlı bir ağac tikmişdir. Bu səbəblə hər şaman özünü təmsil edən bir ağac tikər. Bu ağaca "Turuğ" adı verilər.
RAM
Əməli yaddaş qurğusu (ing. random-access memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir. Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur.
SAM
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və sa qısaca SAM — Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur; dövlət elmi-tədqiqat təşkilatıdır. Strateji Araşdırmalar Mərkəzinin direktoru: fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini: filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva (2018-ci ilin iyul ayınadək). 2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla mərkəz ləğv olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı, 648 №-li fərmanı ilə (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə, siyasi elmlər doktoru Elxan Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.
Çim
Çim — otlağın üst qatı. Əsasən çöl və çəmən ot bitkiləri ilə örtülmüş zəminin üst qatı. Daha çox çöldə, dağ yamaclarında və meşəli çəmənliklərdə olur. Rəngi adətən tünd-yaşıldır, strukturu kəsəkli-dənəvər və ya lilli olur. Gücü 3 sm dən çoxdursa, onu, zəminlərin təsnifatında Ad indeksli müstəqil üfuqa ayırılar. O bərkdir və, həcminin yarısından çoxuna canlı bitkilərin kökləri şəbəkəsi işləmişdir. Onu müəyyən edən əlamətlərdən biri odur ki, əgər otların saplarından dartılsa, onda onun üst təbəqəsi qalan zəmindən ayrılır. Əvvəllər yaşayış yerləri üçün və müdafiə istehkamlarında geniş istifadə olunurdu. Müasir vaxtda stadionların, parkların və yaşıllıq zonalarının salınmasından sitifadə olunur.
Çum
Çum (rus. Чум) — Sibirdə inşa edilən milli-ənənəvi ev.
Prayut Çan-o-ça
Prayut Çan-o-ça (tay ประยุทธ์ จันทร์โอชา ; 21 mart 1954[…]) — Taylandın keçmiş siyasətçisi və hərbi zabitidir. O, 2014-cü ildə hərbi çevrilişlə hakimiyyəti ələ keçirdikdən sonra Taylandın 29-cu baş naziri olmuş və 2023-cü ilə qədər vəzifədə qalmışdır. O, eyni zamanda 2019-2023-cü illərdə öz hökumətində müdafiə naziri olmuşdur. Prayut Tayland krallığının baş komandanı vəzifəsində işləmişdir. 2010-cu ildən 2014-cü ilə qədər ordu və 22 may 2014-cü il və 10 iyul 2019-cu il tarixləri arasında Taylandı idarə edən hərbi xunta olan Sülh və Nizam üçün Milli Şuranın (NCPO) qurulduğu 2014-cü ildə Tayland çevrilişinə rəhbərlik etmişdir.
Dam
Dam — binanın yuxarı konstruksiyası, atmosfer yağıntılarından qorunmaq üçün qurulur. Digər funksiyası isə yaşayış yerindəki istiliyi və ya rütubəti qorumaq üçündür.
Yam
Yam və ya Pəyam (fars. پيام‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,389 nəfər yaşayır (336 ailə).
Çao
Çao — ilk dəfə Yuan sülaləsində Xubilay xan dövründə dövriyyəyə buraxılmış valyuta vahidi, əskinas. İlk dəfə 1260-cı ildə tədavülə buraxılmışdır və Toqhon Temür dövrünəcən dövriyyədə olmuşdur. Marko Polo xatirələrində bu əskinasdan bəhs etmişdir. Çao, 1294-cü ildə Keyxatu xan dövründə Elxanilər dövlətində də dövriyyətə buraxıldı. İlk Çao əskinası 12 sentyabr 1294-cü ildə, Təbrizdə dövriyyəyə buraxılmışdı. Əskinasların çap olunduğu yerlər çaoxana adlanırdı. Yeni valyutanın dövriyyəyə buraxılmasının səbəbi Keyxatunun dövlət xəzinəsini yerli-yersiz xərcləməsi idi. Vəzir Sədrəddin Zəncaninin təşəbbüsü ilə çaonu qəbul etməyən hamıya ölüm cəzası verilməsi barədə qanun qəbul edildi. Qanunda qızıl və gümüş sikkələrin kəsilməsi də qadağan olunurdu.Lakin bu, bahalaşma və bazarların boşalmasına gətirib çıxardı. Hökumət məcbur olub ərzaq üçün qızılın istifadəsinə yenidən icazə verdi.
Çap
Kalibr (ar: ‏قالب / qālib, Az: qəlib), 1 düymənin yüzdə birinə bərabər olan ölçü vahididir. 1 kalibr 0,254 millimetrə bərabərdir.
Çax
Çax - türk və altay mifologiyalarında pis ruh. Şeytan. Çak, Çek, Şek, Yek, Yeg və ya Çəkir olaraq da bilinər. Çax'ların başında bir Ulu Çak tapılar. Bu çirkin görünüşlü, xırıltılı səsi olan 12 başlı bir varlıqdır. Yeraltında yaşayarlar, yaz gəlincə səthə çıxıb ağac köklərində sığınarlar. Qısa boyludurlar. İslam sonrasında, ərəb mədəniyyətində Dəccalın soy atası olaraq qəbul edilən və Şeytanı da xatırladan, alnının ortasında tək gözü olan Şik adlı varlıqla qaynaşdırılmışdır. Ərəblərə görə bu varlıq əslində iki adamdır və kəhanət qabiliyyətləri vardır. Çəkey (Çəğəkey) - türk və yaqut mifologiyasında pis ruhlardan bir qrup.
Çan Van Çan
Nquyen Çan (ing. Nguyễn Chấn) və ya Çan Van Ça (Trần Văn Trà; 1918 – 20 aprel 1996, Hoşimin) — Vyetnam hərbi xadimi. O, Vyetkonq komandiri olmuşdur. Çan Van Ça 1960–1982-ci illərdə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Şimali Vyetnam ordusunda general-leytenant, 1964–1976-cı illərdə Cənubi Vyetnam üzrə Mərkəzi İdarənin Hərbi Məsələlər Komitəsinin sədri olmuşdur. Vyetnam müharibəsi zamanı Cənubi Vyetnam və ABŞ-yə qarşı mübarizədə iştirak etmişdir. O, 1968-ci ildə Tet hücumü zamanı Sayqona hücuma rəhbərlik və Pasxa hücumunda B-2 cəbhəsinə komandanlıq etmişdir. 1974-cü ildə Hanoyda Şimali Vyetnam hərbi liderlərinin görüşü zamanı Ça gələn il üçün planlaşdırılan mühafizəkar strategiyaya qarşı çıxmış və həm Cənubi Vyetnam, həm də ABŞ hərbi reaksiyasını sınamaq üçün Cənubi Vyetnamın Fuklonq vilayətinə hücum edilməsini təklif etmişdir. Hücum uğurlu alınmış və ABŞ hərbi cəhətdən cavab verməmişdir. Bu, daha böyük, daha aqressiv kommunist əməliyyatlarına səbəb olmuşdur. Ça 1975-ci ilin aprelində Cənubi Vyetnam hökumətinin süqutuna səbəb olan Bahar hücumunda baş general Van Tyen Zunq rəhbərliyindəki A75 qərargahının komandir müavini olmuşdur.
Filipp Lam
Filipp Lam (alm. Philipp Lahm‎; 11 noyabr 1983[…], Münxen) — yarımmüdafiəçi və hücumçu mövqelərində çıxış etmiş alman futbolçusu. Bayern Münhen klubunun və Almaniya milli futbol komandasının kapitanı olub. Lam Münhen klubunun yetirməsidir, 2001-ci ildə "Qırmızılar"da debüt etdi, lakin əsas komandada yalnız 2006-cı ilə qədər möhkəmləndi. 2011-ci ildən "Bavariya"nın kapitanıdır. Onun rəhbərliyi altında klub Çempionlar Liqası, Almaniya çempionatı və digər görkəmli kuboklar qazanıb. 2004-cü ildən Almaniya milli komandasının bir hissəsidir, onunla üç Dünya Çempionatına və üç Avropa Çempionatına getmişdir. 2014-cü ildə o, Argentinaya qarşı 2014 FIFA Dünya Kubokunun final oyununda (1:0) bütün 120 dəqiqəsini keçirdi, bundan sonra beynəlxalq karyerasını bitirdiyini elan etdi. Philippe çox yönlü oyunçudur, müdafiənin cinahlarında və yarımmüdafiənin dayaq zonasında yaxşı çıxış edir. Bir az qol vurdu, amma ən çox məşqçilər onun liderlik keyfiyyətlərini, eləcə də komandasının oyununu təşkil etmək bacarığını yüksək qiymətləndirdilər.
Gizeldon (çay)
Gizeldon çayı, həmçinin Gizel 'don (rus. Гизельдон , Gizeljdon ; oset. Джызæлдон, Džyzældon) — Ardon çayının sol qolu və Vladikavkaz ərazisində, Şimali Osetiya-Alaniyada çay. Uzunluğu 81 kilometr, hövzəsinin sahəsi isə 604 km²-dir. Çox qayalı və 4000 metr zirvəsi olan dərənin ərazisi uçqunlara meyillidir. 1967–1968-ci illərdə 30-dan artıq belə hadisələrin olduğu bildirilmişdi. Ərazi "dəli, qazlı ərazi" kimi təsvir olunur və heyvandarlıq, taxtaçılıq və qurğuşun-sink mədənləri Gizeldon vadisi xalqının əsas iqtisadi vəzifəsi olmuşdur. Gizeldon çayı üzərində bir su-elektrik stansiyası tikilmişdir.
Gərgər (çay)
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Henrik Dam
Henrik Dam (ing. Karl Peter Henrik Dam;21 fevral 1895[…], Kopenhagen – 17 aprel 1976[…], Kopenhagen, Danimarka) — Danimarka boikimyaçısı, Nobel mükafatı laueratı. == Həyatı == Karl Peter Henrik Dam 21 fevral 1895-ci ildə Kopenhagendə anadan olmuşdur. === Vəfatı === 24 aprel 1976-cı ildə Kopenhagendə vəfat edib.
Hu Çao
Hu Çao dövləti — 330-351-ci illər arası Çində mövcud olmuş Hun dövlətidir.
CAD/CAM
CAD (Computer-Aided Design; Avtomatlaşdırılmış layihələndirmə (konstruksiyaetmə) sistemi) və CAM (Computer-Aided Manufacturing; Avtomatlaşdırılmış hazırlama sistemi) sistemlərinin inteqrasiya olunması ilə yaradılmış, CNC dəzgahlar üçün hissənin verilmiş cizgisi və ya 3D modeli əsasında idarə proqramlarının hazırlanmaı üçün proqram paketidir. CAD və CAM isitemlərinin bir iş yerində birləşməsi həm verilmiş hissənin konstruksiya edilməsini və sonra, həm də onun bazasında emal texnologiyasının ardıcıllığını, alət seçimini və kəsmə parametrlərini təyin etməyə imkan verir. Bu sistemdə işlənmiş texnoloji proses nəticəsində alınan NC proqramlar postprosessorun köməyi ilə dəzgahın CNC sisitemi üçün lazım olan şəkildə verilir. Bunun bazasında verilmiş hissəni dəzgahda emal etmək olur. CAD/CAM sistemi CAx prosesinin tərkib hissəsi olub müasir maşınqayırmada geniş tətbiq olunur.
Cam Tamaçi
Cam Xayruddin Əl-Məruf Cam Tamaçi ibn Cam Unar (Sind dilində: ڄام خيرالدين المعروف ڄام تماچي بن ڄام انڙ‎, Urdu dilində: جام خيرالدين المعروف ڄام تماچي بن جام انر‎ ) — Sindin 1367-1379-cu illərdə məşhur hakimi idi. O Pakistanda Sindin Unar tayfasından idi. == Tarixi == Sultan Əlauddin Xalci ordusu ilə Bukkura ətraflarına gəldi, bu istehkamı geri aldı və Sexvan yola düşməyə hazırlaşdı. Onların arasında Sammoy döyüşü oldu. Bu döyüşdə sonuncu məğlubiyyətə düçar oldu. Cam Tamati və onun bütün ailəsi əsir götürülərək Dehliyə göndərildi. Orada sürgündə o, uzun müddətə yaşamağa məcbur oldu. Öz hökmdarılarının olmadığı vaxtlarda insanlar onun qardaşı, Cam Unarın oğlu Cam Tamati Babinanın hakimiyyəti altında Tarri ətraflarında sakit ömür sürürdülər. Bir neçə il sonra Cam Tmatinin oğlu Xayruddin Sində qayıtmaq üçün izin ala bildi. O atasılnın ölümündən sonra öz tayfasının rəhbəri olmalı idi.
Cam döyüşü
Cam döyüşü — Şeybanilər sülaləsi və Səfəvi sülaləsi arasında genişmiqyaslı hərbi-siyasi qarşıdurmanın mühüm döyüşlərindən biri. Döyüş 24 sentyabr 1528-ci ildə Xorasanın (Səfəvi dövləti) Cam vilayətinin bir hissəsi olan Səbzavar və Xosrovjerdin şimalındakı Zurabadda baş vermişdir. == Döyüşün gedişi == 1512-ci ildən başlayaraq Şeybanilər artıq Mavəraünnəhrdə özlərini möhkəmləndirmiş və paytaxt Buxarada dövlətlərini qurmuşdular. 1520-ci ildən başlayaraq Səfəvi dövləti ilə vaxtaşırı Xorasan uğrunda mübarizə aparırdılar. 1526-cı ildə özbəklər bir daha Amudərya çayını keçərək Xorasana daxil oldular. Firdovsi türbəsinin yerləşdiyi Tus şəhərini mühasirəyə aldılar və ələ keçirdilər. Qısa müddətdən sonra Xorasanın əhəmiyyətli hissəsini tutdular və 1527-ci ildə yenidən Səfəvilərin qoşunlarını məğlub edərək Gürganı işğal etdilər. Bundan sonra Şeybanilər şərqə doğru istiqamət götürdülər və Ubeydulla xanın rəhbərliyi altında Heratı yeddi ay mühasirəydə saxladılar. Ubeydulla xan Səfəvilərin yaxınlaşan böyük ordusundan xəbər tutaraq, şimala çəkilmək məcburiyyətində qaldı. 1528-ci ildə sünni Şeybanilər İslam şiə təriqətinin qalası olan Səfəvi dövlətinə və Səfəvi sülaləsinə qarşı "müqəddəs qəzavat" elan etdilər.
Cam minarəsi
Cam Minarəsi — şərqi Əfqanıstanda yerləşən UNESCO-nun Ümumdünya İrsi obyekti. Qor vilayətinin Şahrak bölgəsində, Hari çayının sahilində yerləşir. Qırmızı daşlarla 65 metr hündürlüyündə tikilən minarənin ətrafında 2400 metrə çatan dağlarla çevrilmişdir. Minarənin xarici Kufi xətti və Nəsx xətti ilə yazılar, həndəsi fiqurlar və Quran sürələri ilə bəzədilmişdir.
Türbət Cam
Türbət Cam — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Türbət Cam şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 83,558 nəfər və 19,111 ailədən ibarət idi.
Can Can
Can Can (erm. Ջան Ջան) — 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır. 12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Cam döyüşü (1528)
Cam döyüşü — Şeybanilər sülaləsi və Səfəvi sülaləsi arasında genişmiqyaslı hərbi-siyasi qarşıdurmanın mühüm döyüşlərindən biri. Döyüş 24 sentyabr 1528-ci ildə Xorasanın (Səfəvi dövləti) Cam vilayətinin bir hissəsi olan Səbzavar və Xosrovjerdin şimalındakı Zurabadda baş vermişdir. == Döyüşün gedişi == 1512-ci ildən başlayaraq Şeybanilər artıq Mavəraünnəhrdə özlərini möhkəmləndirmiş və paytaxt Buxarada dövlətlərini qurmuşdular. 1520-ci ildən başlayaraq Səfəvi dövləti ilə vaxtaşırı Xorasan uğrunda mübarizə aparırdılar. 1526-cı ildə özbəklər bir daha Amudərya çayını keçərək Xorasana daxil oldular. Firdovsi türbəsinin yerləşdiyi Tus şəhərini mühasirəyə aldılar və ələ keçirdilər. Qısa müddətdən sonra Xorasanın əhəmiyyətli hissəsini tutdular və 1527-ci ildə yenidən Səfəvilərin qoşunlarını məğlub edərək Gürganı işğal etdilər. Bundan sonra Şeybanilər şərqə doğru istiqamət götürdülər və Ubeydulla xanın rəhbərliyi altında Heratı yeddi ay mühasirəydə saxladılar. Ubeydulla xan Səfəvilərin yaxınlaşan böyük ordusundan xəbər tutaraq, şimala çəkilmək məcburiyyətində qaldı. 1528-ci ildə sünni Şeybanilər İslam şiə təriqətinin qalası olan Səfəvi dövlətinə və Səfəvi sülaləsinə qarşı "müqəddəs qəzavat" elan etdilər.
Cam haqqında dua
Cam haqqında dua (Gefsimaniya duası) — İncildə təsvir olunan İsa Məsihin Gefsimaniya bağında etdiyi dua. Xristian ilahiyyatçıların nöqteyi-nəzərindən, dua İsanın iki iradəsi sahib olduğunun ifadəsidir: ilahi və insan. == İncildəki süjet == Cam haqqında dua Yuhənnadan başqa yevangelistlərin hamısı tərəfindən təsvir olunub.
Torbət cam şəhristanı
Türbət Cam şəhristanı — İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Türbət Cam şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 239,395 nəfər və 53,510 ailədən ibarət idi.
Türbət Cam şəhristanı
Türbət Cam şəhristanı — İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Türbət Cam şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 239,395 nəfər və 53,510 ailədən ibarət idi.
.com
.com — Domen adları sistemində Top level domen adıdır. com — commercial sözünün qısaltmasından yaranıbdır. 1985-ci ildə ilk dəfə domen adları sistemi yaradılanda, .com ilk istifadəyə verilən top level domenlərdəndir.
ACM
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir. == Haqqında == ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır. == Fəaliyyətlər == Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur. == Struktur == Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar. Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.