Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çubuqlu
Çubuqlu — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Qusar rayonunun Qusar şəhər Sovetinin Çubuqlu kəndi Quxuroba kənd Sovetinin tərkibinə verilmişdir. Yaşayış məntəqəsi 1965-ci ildə Təcrübə (bağçılıq) stansiyası yanında salınmışdır. Oykonim çubuq (burada "şitil", "ting") sözündən və -lu şəkilçisindən ibarət olub "şitillik, tinglik" deməkdir. Kənd Qusarçayın sahilində, Qusar maili düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 502 nəfər əhali yaşayır.
Çubuqlu naz
Çubuqlu naz (lat. Genista flagellaris) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü. Qafqazın endemik növüdür. Böyük Qafqaz dağlarında, aşağı qurşaqda, quru dağ yamaclarında bitir. Uzunluğu 15-30 sm, qalınlığı 2 mm olan, nazik və zəif budaqlı kollardır. Yarpaqları uzunsov, ensiz-neştərvari, 15x1-2 mm, yarpaqaltlıqları çox xırdadır. Çiçəkləri sarı, qısa saplaqlı, kasacığı yapışıq, tükcüklü, pərləri xətvari-neştərvari, qalxanı enli yumurtavari, 10x8 mm, apeksi yumru, bünövrəsi ürəkvaridir. Paxlaları yapışıq, tükcüklü, xətvari-uzunsov, 18-22 x 4 mm-dir. İşıqsevən bitkidir, xüsusən daşlı-qayalı yerlərdə əkilmək üçün qiymətlidir. Torpağa tələbkar deyildir.
Çubuqluca
Çubuqluca (lat. Philadelphus) — zoğalçiçəklilər sırasının hortenziyakimilər fəsiləsinə aid bitki cinsi.
Enliyarpaq çubuqluca
Philadelphus pubescens (lat. Philadelphus pubescens) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerika-Tennessidən başlayaraq Alabama və Arkanzasa qədər yayılmışdır. Qərbi Sibirdə, Orta Asiyada mədəni halda geniş becərilir. == Botaniki təsviri == Hündürlüyü 3 m olan koldur. Gövdəsinin qabığı möhkəm, zəif çatlayan, lakin soyulmayan və ya zəif soyulan, açıq boz rəngdir. Çiçəkləyən zoğlarının yarpaqları yumurtavari, ellips və ya yumurtavari-neştər formasında olub, uzunluğu 4-10 sm, eni 3-4 sm-dir. Uc tərəfdən sivri və ya iti, qaidəsi dairəvi və pazvaridir. Yarpaqların kənarları seyrəkdişli və ya tamkənarlı, üst tərəfdən tünd yaşıl və çılpaq, alt tərəfdən isə sarımtıl tükcüklərlə örtülmüşdür. May-iyun aylarında çiçəkləyir.
Çaltəhər çubuqluca
Çaltəhər çubuqluca (lat. Philadelphus incanus) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. Yabanı halda Çində yayılmışdır. Qərbi Avropa və Şimali Amerikada mədəni halda becərilir. Hündürlüyü 3–5 m olan koldur. Zoğları az tüklü, sonradan çılpaqlaşır. Qabığı yaşlı budaqlarda qonur, çatlayan və soyulandır. Yarpaqları uc tərəfdən sivri, qaidəsi enli-pazvari və ya dairəvi, kənarları boz qılçıqlarla örtülmüşdür. İyun ayının ortalarında çiçəkləyir. Çiçəkləri ağ, qoxusuz, diametri 2,5–3 sm olub, 5–7 ədədi çiçək salxımında toplanmışdır.
Çoxçiçəkləyən çubuqluca
Philadelphus hirsutus (lat. Philadelphus hirsutus) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. Şimali Amerika və Cənubi Asiyada təbii halda yayılmışdır. Hündürlüyü 3 m olan koldur. Gövdələrin qabığı şabalıdı-qonur rəngli, çatlayan və soyulandır. Özəkləri 6 tilli, enli və boşdur. Tumurcuqları kiçik, kirəmit şəklində düzülmüş pulcuqlara malik olub, adətən konusşəkilli yarpaq köbəcikləri ilə örtülmüşdür. Yarpaqları yumurtavari və ya neştərvari, tamkənarlı və ya dişli, nazik və ya bir qədər dərivaridir. Üst tərəfdən çılpaq, bəzən damarlar boyu tükcüklər müşahidə edilir. Yarpaqları açıq yaşıl, payızda isə sarımtıl rəngdə olur.
Falkoner çubuqlucası
Falkoner çubuqlucası (lat. Philadelphus x falconeri) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. == Təbii yayılması == 1880-cı ildən Rusiyanın Avropa hissəsində, meşə-bozqır torpaq zonalarda mədəni halda becərilir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan koldur. Zoğları çılpaqdır. Gövdəsinin qabığı şabalıdı-qonurdur. Yarpaqları yumurtavari-neştərvari, uzunluğu 3-5 sm, eni 0,9-4 sm-dir. Uc tərəfdən uzunsov, sivriləşmiş, qaidədən pazvari, kənarları xırda, qısa dişçikli və ya tamkənarlıdır. Üst tərəfdən çılpaq, alt tərəfdən damarların künclərində tükləri vardır. May ayının axırında çiçəkləyir.
Maqdalin çubuqlucası
Maqdalin çubuqlucası (lat. Philadelphus magdelenae) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. == Təbii yayılması == Çində yabanı halda bitir. == Botaniki təsviri == Hündürlüyü 3-5 m olan koldur. Zoğları cavan vaxtı tüklü olur, sonradan isə çılpaqlaşır. Yaşlı budaqları qonur və ya sarımtıl-qonur rəngli olub, soyulan qabıqla örtülmüşdür. Yarpaqları yumurtavari və ya yumurtavari-neştərşəkilli, uzunluğu 2,5-6 sm, eni 1-2 sm-dir. Uc hissəsi sivri, qaidəsi pazvari və ya dairəvi, kənarları xırda dişlidir. Üst tərəfdən sıx, qısa tüklü, alt tərəfdən isə biz və sıx tükcüklərlə örtülmüşdür. May ayının ikinci yarısından iyun ayının əvvəllərinə qədər çiçəkləyir.
Qafqaz çubuqlucası
Qafqaz çubuqlucası (lat. Philadelphus caucasicus) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. Qafqazın şimal-şərqində, Kiçik Asiyada dəniz səviyyəsindən 1800 m hündürlükdə yayılmışdır. Hündürlüyü 3 m olan koldur. Zoğları sarı və ya qırmızımtıl-sarıdır. Gövdənin qabığı qəhvəyi-qonur, çatlayan və soyulandır. Yarpaqları nazik, yaşıl, uzunsov, ellips və ya neştər formalı, 3,5-8 sm uzunluqda, uc tərəfdən sivri, əsası dairəvi, kənarları az gözə çarpan dişli, çılpaq və ya alt tərəfdən tüklüdür. May ayında 20-25 gün ərzində çiçəkləyir. Çiçəkləri ağımtıl rəngli, çox ətirli, 2-3,5 sm diametrində olub, 14 sm uzunluqda salxımvari çiçək qrupuna toplanmışdır. Çiçək qrupunun oxu və kasayarpaqları çılpaq və ya tüklüdür.
Şerenka çubuqlucası
Şerenka çubuqlucası (lat. Philadelphus schrenkii) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. Yabanı halda Çin və Koreyada yayılmışdır. Hündürlüyü 2-4 m, çətiri çox hallarda yumurtaşəkilli, yuxarı hissələrdə düz budaqlanan koldur. Zoğları tükcüklü, qabığı qəhvəyi, çox hallarda xırda, qara ziyilciklərə malikdir. Birillik və çox yaşlı budaqların qabığı qonur və ya sarımtıl-boz, soyulandır. Yarpaqları yumurtavari, enli ellips və ya uzunsov ellips formalı, tam kənarlı və ya bir qədər xırda, bir-birindən aralı dişli, nadir hallarda hər tərəfdən 10-15 dişli, qarşılıqlı və tökülən, üst tərəfdən çılpaq və ya seyrək tükcüklü, alt tərəfdən isə damarlar boyunca tükcüklü olur. May ayında çiçəkləyir. Çiçəkləri ağ, 3-4 sm diametrində, ətirlidir. Çiçək saplağı sıx tükcüklərlə örtülmüşdür.
Əklil çubuqlucası
Əklil çubuqlucası (lat. Philadelphus coronarius) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. Qərbi Avropanın cənubunda yabanı halda yayılmışdır. Hündürlüyü 3 m, çətirinin diametri 1,5-2 m olan koldur. Çətiri şaxələnmiş, orta sıxlıqdadır. Zoğları çılpaq və ya cavan vaxtı tüklə örtülmüş olur. Qabığı qəhvəyi-qonur rəngli olub, çatlayandır. Yarpaqları yumurtavari və ya uzunsov - yumurtavari, uzunluğu 4-8 sm, eni isə 1,5-5 sm-dir. Uc tərəfdən sivri, bünövrəsi enli, pazvari və ya dairəvi, kənarları seyrək dişli, üst tərəfdən çılpaq, alt tərəfdən isə tüklüdür. May ayında çiçəkləyir.
Çubuklu
Çubuxlu (Loru) — Loru mahalında kənd. Çubuxlu (Göyçə) — Göyçə mahalında kənd. Çubuqlu — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Çubuxçu — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Çubuxlu
Çubuxlu (Loru) — Loru mahalında kənd. Çubuxlu (Göyçə) — Göyçə mahalında kənd. Çubuqlu — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Çubuxçu — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Çubuxlu (Göyçə)
Çubuxlu — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə, Göyçə gölünün yanında, İrəvan-Dilican yolunun üstündə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik qeyd edilmişdir. Toponim çubuqlu türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dzovagyuğ (Gölkənd) qoyulmuşdur.
Çubuxlu (Loru)
Çubuxlu, Pakrovka, Kuybışev — Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Rayon mərkəzindən 7 km qərbdə yerləşir.Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim çubuqlu türk etnonimi əsasında əmələ gəlmişdir. Anadoluda Çubuk və oğulları yaşamışdır. F.Sümər "Çubukun qəti olaraq türkmən olduqların" qeyd edir. Deməli, çubuqlu türk tayfasıdır və indi Ermənistan adlanan ərazidə bu tayfa yaşamışdır. Tayfa öz izini indi Ermənistan adlanan ərazinin bir çox toponimlərində öz izini qoruyub saxlamışdır.Etnotoponimdir.Quruluşca sadə toponimdir.Kəndə ruslar köçürüləndən sonra (1830–40-cı illərdə), 1840-cı ildə adı dəyişdirilib Pakrovka qoyulmuşdur. Erm SSR AS RH-nin 4.V.1939-cu il fərmanı ilə kəndin adı yenidən dəyişdirilərək inqilabçı V.V.Kuybışevin şərəfinə Kuybışev qoyulmuşdur. Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Rayonun ərazisi Rusiya tərəfindən işğal edildikdən sonra buraya XIX əsrin əvvəllərində ruslar köçürülmüşdür.
Burulma çubuğu
Torsion bar və ya burulma çubuğu ümumiyyətlə tanklar və ya Zirehli transportyor kimi zirehli maşınlarda avtomobilin gövdəsi ilə yol arasında əlaqəni çevik vəziyyətə gətirmək üçün istifadə edilən bir cihazdır. Belə qurğular İkinci Dünya Müharibəsi zamanı tanklarda istifadə edilmiş qayçı və qıvrım yaylardan ibarət ənənəvi asqı (transmissiya) mexanizmlərini sadələşdirmək və təkmilləşdirmək məqsədilə hazırlanmışdır. İkinci Dünya Müharibəsi illərində tankların atış məsafəsinin və silah daşıma qabiliyyətinin artırılması zərurəti bu döyüş maşınlarının çəkisinin artması ilə nəticələndi. Ənənəvi asqı sistemləri öz çəkilərinə, strukturlarına görə yüksək keyfiyyətli metaldan istifadə zərurəti və istehsal çətinliklərinə görə kifayət etməmiş və bu mexanizmlərlə əvəz edilmişdirlər. 50-60 ton ağırlığında olan tanklar bu az yer tutan və daha ucuz başa gələn mexanizmlərin köməyi ilə daha effektiv döyüş maşınlarına çevrilmişdirlər. Burulma çubuqlu asqı sistemi, adından da göründüyü kimi, yükün təsiri ilə metal çubuğun burulması prinsipi ilə işləyir. Xüsusi metal ərintilərindən istehsal edilən burulma çubuqlarının bir ucu avtomobilin gövdəsinə, digər ucu isə palet və ya təkərə birləşdirilərək yol və avtomobil arasında çevik əlaqə təmin edilir. Burulma çubuğu asqı sistemləri bir müddət bəzi avtomobillərdə əsas asqı mexanizmi kimi istifadə edilmişdirlər. Bu gün oxşar birləşmələr hələ də müstəqil asqı sistemi olmayan bəzi avtomobillərin arxa oxlarında istifadə olunur.
Harunun çubuğu
Harunun çubuğu — Tövratda Musanın qardaşı Harunun daşıdığı çubuq. == Təsviri == Harun Musanın böyük qardaşıdır, Levi qəbiləsinin nümayəndəsi kimi ona xüsusi vəzifələr verilmişdi. O, İsrail övladlarının səhrada səyahəti zamanı onların baş kahini kimi fəaliyyət göstərmişdir. Yəhudilərin kahinliyi Harundan sonra onun oğullarına tapşırılmışdı. Onun kahin paltarları şər ruhları öz zəngləri ilə qov qızılı fəqərələrlə bəzədilmişdi. Əlində buxurdan və çubuq tutmuşdi. Rəvayətə görə, İsrailin 12 qəbiləsi arasında birincilik uğrunda mübahisədə onların hər birinin başçısı özü ilə çubuq gətirirdi. Ertəsi gün məlum olmuşdu ki, Harunun gətirdiyi Levi qəbiləsinin çubuğu badam ağacına çevrilmişdi. Döllənməmiş meyvələr əfsanəsi orta əsrlərdə badamın bakirə təmizliyin simvolu kimi qəbul edilməsinə səbəb olmuşdur. Harun çubuğunun əfsanəsi Məryəmin əli üçün iddiaçılar arasından Yusifin seçilməsi hekayəsi üçün bir prototip rolunu oynamışdı.
Selfi çubuğu
Selfi çubuğu (ing. selfie stick) — smartfon və ya qol uzunluğu kənarında kamera ilə selfi tutmaq üçün bir monopod.
Aratlı-Curuğlu
Aratlı Curuğlu (əvvəlki adı: İkinci Aratkənd) — Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbuşağı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağsu rayonunun İkinci Aratkənd kəndi Aratlı-Curuğlu kəndi adlandırılmışdır. == Tarixi == Aratkənd yaşayış məntəqəsinin adı 1917-ci ilə aid mənbələrdə Gorus–Aratkənd formasında göstərilir. 1933-cü ilə kimi yalnız bir Aratkənd olmuşdur. Sonralar kənd böyüyərək parçalanmış, iki kənd yaranmışdır. Onlardan qədim Aratkəndə I, sonra yaranan Aratkəndə isə II fərqləndirici əlaməti artırılmışdır. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər İkinci Aratkənd olmuşdur. 1992-ci ildən etibarən Birinci Aratkənd Maşadqanlı, ikinci Aratkənd isə Aratlı Curuğlu adlanır. Aratkənd etnonimi Monqol ordusu tərkibində Azərbaycana gəlmiş Oyratlarla bağlıdır. Curuğlu isə həmin tayfaya mənsub tirələrdən birinin adıdır.
Aratlı Curuğlu
Aratlı Curuğlu (əvvəlki adı: İkinci Aratkənd) — Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbuşağı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağsu rayonunun İkinci Aratkənd kəndi Aratlı-Curuğlu kəndi adlandırılmışdır. == Tarixi == Aratkənd yaşayış məntəqəsinin adı 1917-ci ilə aid mənbələrdə Gorus–Aratkənd formasında göstərilir. 1933-cü ilə kimi yalnız bir Aratkənd olmuşdur. Sonralar kənd böyüyərək parçalanmış, iki kənd yaranmışdır. Onlardan qədim Aratkəndə I, sonra yaranan Aratkəndə isə II fərqləndirici əlaməti artırılmışdır. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər İkinci Aratkənd olmuşdur. 1992-ci ildən etibarən Birinci Aratkənd Maşadqanlı, ikinci Aratkənd isə Aratlı Curuğlu adlanır. Aratkənd etnonimi Monqol ordusu tərkibində Azərbaycana gəlmiş Oyratlarla bağlıdır. Curuğlu isə həmin tayfaya mənsub tirələrdən birinin adıdır.
Aratlı-Çuruğlu bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aratlı Curuğlu bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Buduqlu
Buduqlular, buduqlar və ya buduxlar (özlərini budad adlandırırlar) — ləzgi xalqlarının (qrızlar və xınalıqlarla birlikdə) "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri. Azərbaycan Respublikasının Quba və Xaçmaz rayonlarının Buduq (Budux), Dalıqaya, Pirüstü, Yalavanc, Hacıhüseynli və digər kəndlərində yaşayırlar. Sayları təqribən 5,4 min nəfərdir (2005). Buduq dilində danışırlar. Buduqlar arasında Azərbaycan və rus dilləri də yayılmışdır. Dindarları müsəlmandır. Buduqlarla bağlı ilk rəsmi sənəd 1607-ci ildə Səfəvi hökmdarı I Şah Abbas tərəfindən verilmiş fərmandır. Buduq və buduqlar barədə XVIII və XIX əsrin əvvəllərində verilmiş Quba xanlarının – Həsənəli xanın, Fətəli xanın, Şeyxəli xanın fərmanları xüsusi əhəmiyyət kəsb edir. Hələ XIX əsrin 40-cı illərində Buduqların bir hissəsi Azərbaycanın düzən rayonlarına köçərək oba tipli yaşayış məskənləri salmışlar. A. A. Bakıxanovun "Gülüstani-İrəm" əsərində Buduğa və buduqlulara müəyyən yer verilib.
Çopuqlu
Çopuqlu (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Çopuqlu (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Çubuxçu
Çubuxçu (erm. Վարդանաշեն) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 24 km məsafədə, Araz çayının yaxınlığında, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim çubuxlu türk etnoniminin fonetik forması olan çubuxçu tayfa adı əsasında əmələ gəlmişdir. -lı şəkilçisi ilə -çı şəkilçisi sinonim şəkilçilərdir (dağlı-dağçı, kəndli-kəndçi və s.). Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib, Vardanaşen (Vardan kəndi) qoyulmuşdur.
Utuqlu
Şamaxı r-nu ərazisində Pirsaat çayının sol tərəfındəki Çobançatladan dağının şərq tərəfındə Əhmədli (Kürdəmic) kəndinin torpaq sahəsindədir. Utuq çayı Gilgilçayın qoludur. Kəndin ərazisindən axdığından Utuq çayı adlanmışdır.19 əsr mənbələrindən məlum olur ki, Utuqlular tarixən Şirvanda heyvandarlıqla məşğul olaraq yaşamışlar. Bakı quberniyası Şamaxı qəzasında Kürdəmir sahəsində Utuqlu köçü (26 ailə, 91 nəfər ) qeydə alınmşdır. Bəzi türk dillərində isə Utuq suvarılan biçənək, otlaq, tarla anlamında da işlədilir. 1921 Göyçay qəzasının Ucar icmasına tabe idi. 112 ev var idi.
Uyuqlu
Uyuqlu — Qubadlı rayonu ərazisində dağ. Azərbaycanla Ermənistan sərhədindədir. Əsli Oyuqludur. Yerli əhali arasında Oyuğun dağı adı ilə tanınır. Oyuq sözü burada “sərhəd nişanı” mənasındadır. XIX əsrdə bu dağda Ermənistanın Gorus rayonundakı Şumux və Azərbaycanın Qubadlı rayonundakı Seytas kəndlərinin sərhədini bildirmək üçün kömür basdırıldığına görə belə adlandırılmışdır.
Nimet Çubukçu
Nemət Baş (2 mart 1965) — Türkiyənin milli təhsil naziri, siyasətçi və hüquqşünas. Nemət Baş 1965-ci il martın 2-də Türkiyə Respublikası Karaman ilinin Ayrancı kəndində anadan olub. Keçmiş həyat yoldaşı Birol Çubuqçu ilə 15 iyul 2011-ci ildə boşanıb. Bu izdivacdan Çağrı adlı övladı var. 1988-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 1990-cı ildən sərbəst vəkillik fəaliyyətinə başlayıb. İstanbul Vəkillər Kollegiyası uşaq haqları komissiyasında və uşaq məhkəmələrində işləyib. Türkiyənin hakim partiyası AKP-nin qurucu üzvü olan Nemet Çubuqçu 3 noyabr 2002-ci il parlament seçkilərində AKP üzrə İstanbuldan millət vəkili seçilib. 2 iyun 2005-ci ildə qurulan 59-cu hökumətdə qadın və ailə problemləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. 60-cı hökumətdə yenidən dövlət naziri olub.
Çopuqlu (Hövmə)
Çopuqlu (fars. چپقلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 282 nəfər yaşayır (54 ailə).
Vaqif Buduqlu
Vaqif Buduqlu — Tarix elmləri doktoru (1989), professor, Əməkdar elm xadimi. Vaqif Buduqlu 13 sentyabr 1938-ci ildə Quba rayonunun Buduq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 1972-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 07.00.02 – Vətən tarixi 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 7 dekabr 2009-cu ildə prezident İlham Əliyev tərəfindən ona Əməkdar elm xadimi adı verilmişdir. 25 avqust 2010-cu ildə vəfat etmişdir. Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 130, 11 monoqrafiya Xaricdə çıxmış elmi əsərlərin sayı: 20 Hülakular və Cəlaililər dövlətinin tədqiqi sahəsində 2 kitab və 80-dən artıq elmi məqalə nəşr etmişdir. XIII-XIV əsrlərə dair fars dilli mənbələrin azərbaycan dilinə tərcüməsi ilə məşğul olmuş və 5 tərcümə əsəri nəşr olmuşdur. Azərbaycanın orta əsrlər tarixi-coğrafiyası üzrə tədqiqatlar aparmış və bu fənnin tədrisi ilə məşğul olmuşdur.
Çopuqlu (Kərəsf)
Çopuqlu (fars. چپقلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 177 nəfər yaşayır (40 ailə).
Çopuqlu (Xudabəndə)
Çopuqlu (Çaroymaq)
Çopuqlu (fars. چپقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 315 nəfər yaşayır (63 ailə).
Çudullu bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çüdüllü
Çüdüllü — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Çüdüllü oyk., düz. Qax r-nunun Turaclı i.ə.v.-də kənd. Tədqiqatçılar oykonimi çudul (avar dilində "xarabalıq, sahibsiz yer") sözü əsasında "sahibsiz yer" kimi izah edirlər. Əslində, çu (at) və dul (yer, dərə) komponentlərindən ibarət olan bu oykonim "atxana", "at saxlanan yer" mənasındadır. Qəbələ rayonundakı Tövlə oykoniminin sinonimidir. Kənd vaxtilə salındığı ərazinin adını daşıyır. 1728-ci ildə İrəvan quberniyasının İqdır nahiyəsində eyniadlı kənd qeydə alınmışdır. Coğrafi mövqe baxımından çox zəngindir. Beləki, Rusiya sərhədlərinə qədər uzanan zəngin meşə örtüyü vardır.
Cumbulu
Gmelina (lat. Gmelina) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Cumbulu Adans. Ephialis Sol. ex Seem. Gmelinia Spreng.
Cüyürlü abidəsi
Cüyürlü abidəsi ― Şəkinin Cüyürlü kəndində yerləşən dəmir və antik dövrünə məxsus yaşayış yeri və nekropolu. == Yerləşir == Cüyürlü abidəsi Şəkinin Daşüz və Küdürlü kəndlərinin yaxınlığındakı Cüyürlü kəndinin meşə ərazisində yerləşir. Abidə dağlıq, dağətəyi və düzən iqlimlərinin qovşağında, Əyriçay və Qarasu çayla əhatələnən təpə üzərindədir. Cüyürlü abidəsi 4 ha yaxın ərazini əhatə edir. == Cüyürlü abidəsinin arxeoloji tədqiqatları == Cüyürlü abidəsi 2008-ci ildə mərhum arxeoloq Nəsib Muxtarov tərəfindən qeydə alınıb. 2010-cu ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyası" tərəfindən abidədə kəşfiyyat qazıntısı aparılıb. Tədqiqatlar nəticəsində abidənin dəmir və antik dövrə aid yaşayış yeri və nekropol olduğu müəyyən olunub. 2012-ci ildə abidədə aparılan xilasetmə işləri nəticəsində içərisində çoxlu keramikaların aşkarlandığı təsərrüfat quyusu müəyyən olunub. 2013-cü ildə kəşfiyyat və xilasetmə işləri davam etdirilmiş və yaşayış yerindən yarım qazma tipli, dördbucaqlı tikililər müəyyən edilmişdir. Bu qazmaların yer səthindən 40 sm dərinlikdə olub, ağac basdırmalarla və qamış örtüklü olması güman edilir.