Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Günay
Günay — Azərbaycanda geniş yayılmış qız adı. Günay Malikqızı — jurnalist. Günay Ağakişiyeva — Avropa Çempionatının bürünc mükafatçısı. Günay Qaraağac — Türk dil alimi Günay Məmmədzadə — Azərbaycan şahmatçısı. Digər Günay (qəzet) — Orxan Fikrətoğlunun qəzeti.
Günay Ağakişiyeva
Günay Ağakişiyeva — 12 may 1990-cı ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə Bakıda Avropa Çempionatının bürünc mükafatçısıdır. == Karyerası == Günay Ağakişiyeva ilk uğurunu 2005-ci ildə qazanmışdır. O Bakıda Gənclərin Avropa Çempionatında yalnızca finalda məğlub olaraq gümüş medal qazanmışdır. Günay Ağakişiyeva daha sonra isə böyüklərin yarışında uğurlar qazanmışdır. O 2013-cü ildə İndoneziyanın Palembang şəhərində İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olmuşdur. Bu uğurdan 1 il sonra isə yenə də Bakıda Avropa Çempionatında medal qazanmışdır. Bu dəfə o böyüklərin Avropa Çempionatında bürünc medal qazanmışdır. 2015-ci ilin iyun ayında Günay Ağakişiyeva özünün ən ciddi yarışında iştirak etdi. O Bakıda 2015 Avropa Oyunlarında qüvvəsini sınadı.
Günay Kazımzadə
Günay Mehdizadə
Günay Zebic (Mehdizadə) (tam adı: Gunay Mehdizadə; d. 18 iyun 1981, Bakı şəh.) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyə və Azərbaycan rəssamı, Bursa Zəki Müren Gözəl Sənətlər Litseyi və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının "Qardaş Məktəb" layihəsinin ideya müəllifi, təşkilatçısı. Ankarada Atatürk Ev Muzeyində sərgilənməkdə və Türkiyə Cumhuriyyəti sərvəti kimi dəyərləndirilməkdə olan "Atatürk Portreti" əsərinin müəllifi. == Haqqında == Günay İsrail qızı Mehdizadə 18 iyun 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə kompüter proqramlaşdırılması ixtisası üzrə təhsil almışdır. Rəssamlığa yönəlməsində Azərbaycan yazıçı-publisisti və jurnalisti, "Azərbaycan" jurnalının nəsr şöbəsinin müdiri, bir neçə filmin ssenari müəllifi Sara Oğuz xanım Nəzirovanın mühüm rolu olmuşdur. Günay Mehdizadə Azərbaycanın Əməkdar Rəssamı Bəyimxanım Hacızadə və SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvü Əsgər Əsgərov kimi iki böyük sənətkardan 8 ilə yaxın xüsusi təhsil almışdır. Bu istiqamətdə aldığı təhsil və ərsəyə gətirdiyi əsərlər onun peşəkar səviyyəyə çatmasına böyük töhfə vermişdir. Bu gün Günay Mehdizadə rəsmi olaraq Türkiyə və Azərbaycan rəssamı hesab olunmaqdadır. Rəssamın əsərləri Azərbaycan Respublikası Müəllif Haqları tərəfindən qorunmaqdadır.
Günay Məmmədzadə
Günay Vüqar qızı Məmmədzadə (19 iyun 2000, Bakı) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2014), kişilər arasında beynəlxalq usta (2018), qadınlar arasında ikiqat Azərbaycan çempionu, yeniyetmələr arasında dünya (10 yaş qrupunda) və ikiqat Avropa (8 yaşadək və 14 yaşadək) çempionu. 2016-cı ildən qadınlardan ibarət Azərbaycan yığmasının üzvü. Yığmanın heyətində Olimpiada (2016, 2018, 2022), dünya (2017, 2021) və Avropa (2017, 2019, 2021, 2023) çempionatlarının iştirakçısı. 2014-cü ildə, 14 yaşında olarkən qadınlar arasında beynəlxalq qrosmeyster adına yiyələnmiş və bununla da Azərbaycan qadın şahmatı tarixində belə gənc yaşda bu ada layiq görülmüş ilk şahmatçı olmuşdur. 2018-ci ildə kişilər arasında beynəlxalq usta adına layiq görülmüşdür. Günay Məmmədzadə FİDE-nin 2023-cü ilin iyun ayı üçün olan reytinq siyahısında 2456 xalla Azərbaycan qadın şahmatçıları arasında birinci, "Ən yaxşı 100 qadın şahmatçı" siyahısında isə 25-ci yerdə qərarlaşıb. O, FİDE-nin reytinq siyahısında əmsalına (2483, oktyabr 2022) görə ən yüksək nəticə göstərmiş azərbaycanlı qadın şahmatçıdır. 2007, 2008 və 2009-cu illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı şahmatçısı" nominasiyasında birinci yeri tutub. 2009-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Yaxşıların yaxşısı" nominasiyasının qalibi olub. 2012-ci ildə "İlin ən yaxşı qız şahmatçısı" nominasiyası üzrə respublika müsabiqəsinin qalibi olub.
Günay Qaraağac
Günay Qaraağac- Prof. Dr. Günay Qaraağac (İzmir-1949), Türk dil alimidir. == Həyatı == Günay Qaraağac 1967-ci ildə girdiyi İstanbul Universiteti Ədəbiyyat Fakültesi Türk Dili və Ədəbiyyatı Bölümündən 1971-də məzun oldu. 1972-1975-ci illərində İzmir-Bərgama Liseyində, 1975-1978-ci illərdə İstanbul Ticarət Liseyində ədəbiyyat müəllimi işləmişdir. == Elmi fəaliyyəti == 1978-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Umumî Türk Dili Kürsüsünə disserant təyin edildi. 1983-cü ildə Lutfî Divanı adlı doktorluq işini tamamlayaraq "elmlər doktoru" adını aldı. 1984-1987 illərdə Macaristan-Budapəştədəki Eötvös Lorand Universitetində Türk dili tədris etdi. 1987-ci ildə, Əgə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Bölümündə yardımçı dosent olaraq işlədi. 1989-da dosent, 1995 ilində də professor oldu.
Günay İbrahimli
Günay Xəlil qızı İbrahimli (10 fevral 1991, Füzuli) — azərbaycanlı müğənni. Günay İbrahimli Füzuli şəhərində dünyaya gəlib. İki yaşında Qarabağ müharibəsi nəticəsində işğal altına düşmüş Füzulini tərk edib, ailəsi ilə birgə Bakıya məskunlaşıb və paytaxtda böyüyüb. Bakı şəhəri, 70 saylı orta pilot lisey məktəbinin məzunudur. İkinci sinifdə oxuyarkən yeddiillik musiqi məktəbində forte-piano üzrə təhsilini başa vurur. 2006-cı ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil olur və 2010-cu ildə fotre-piano üzrə təhsilini başa vurur. Həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada müğənnisi fakültəsinə daxil olub, 2014-cü ildə təhsilini başa vurub. Azərbaycanlıdır. İfa üslubu pop janrıdır. Müğənni kimi 2007-ci ildən bəri fəaliyyət göstərir.
Günay Əhməd
Ərtoğrul Günay
Ərtoğrul Günay (türk. Ertuğrul Günay; — 1 mart 1948, Ordu) — Türkiyəli hüquqşünas, siyasətçi, iki dəfə Türkiyə Böyük Millət Məclisinin üzvü, eyni zamanda 2007–2013-cü illərdə Türkiyənin Mədəniyyət və Turizm naziri. 1992–1994-cü illər arasında Cümhuriyyət Xalq Partiyasında baş katib vəzifəsini icra etmişdir. 2004-cü ildə CHP-dən qovulmuş və 2007-ci ildə Ədalət və İnkişaf Partiyasına keçmişdir. Elə həmin il keçirilən ümumi seçkilərdə bu partiyadan millət vəkili seçilib. Türkiyə Cümhuriyyətinin 60 və 61-ci Hökumətlərində Mədəniyyət və Turizm Naziri vəzifəsində çalışmışdır. 2013-cü ilin sonunda 17 dekabr istintaqında alınan bəzi qərarları əsas gətirərək Ədalət və İnkişaf Partiyasından istefa vermişdir. == Həyatı == Ərtoğrul Günay 1 Mart 1948-ci ildə Ordu şəhərində anadan olub. 1969-cu ildə İstanbul Universiteti Hüquq Fakültəsini bakalavr dərəcəsi ilə bitirmişdir. 1977-ci ildə ən gənc deputat olaraq Cümhuriyyət Xalq Partiyasından Böyük Millət Məclisinin üzvü seçilmişdir.
Günay Rzayeva
Günay Tapdıq qızı Rzayeva (29 yanvar 1990, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) (2022-ci ildən). == Həyatı == Günay Rzayeva 29 yanvar 1990-cı ildə Naxçıvan şəhərində anadan olub. == Təhsili == 2008-ci ildə Naxçıvan Qızlar Liseyini fərqlənmə attestatı ilə bitirmişdir. 2008–2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquq fakültəsində Hüquqşünaslıq ixtisası üzrə ali təhsil almışdır. == Fəaliyyəti == 2011–2014-cü illərdə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsində böyük mütəxəssis-dəftərxana müdiri, 2014–2015-ci illərdə hakim köməkçisi vəzifəsində çalışmışdır. 2020–2021-ci illərdə Babək Rayon Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi vəzifəsində çalışmışdır. 2021–2022-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır. 16 iyul 2022-ci il tarixdə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmişdir.
Günay Əhmədova
Günay İsmayılova
Günay İsmayılova (8 Mart 1998, ?, Azərbaycan) — Azərbaycanlı peşəkar qadın futbolçu. "Neftçi" klubunun və Azərbaycanın qadınlardan ibarət milli yığmasının qapıçısı == Həyatı və Karyerası == Günay İsmayılova 8 mart 1998-ci ildə anadan olub. Qapıçıdır. İlk klubu Bakının "Fidan" klubu olmuşdur. 2014-cu ildə U19 Qızlar Liqasının ən yaxşı oyunçusu seçildi. O, "Fidan" klubumda 2017-ci ilə qədər çıxış edib. 2017-ci ildə isə, Azərbaycan mediasında böyük səs-səda salaraq, Türkiyənin "Beşiktaş" klubuna transfer olub. 6 Aylıq müqavilə başa çatdıqdan sonra, 2018-ci ildə "Kireçburnu spor" klubunda forma geyinib. 2023-cü ildə Türkiyənin "Amedspor" klubunda çıxış edirdi. 2023-cü ildən etibarən isə Bakının "Neftçi" klubunda forma geyinir.
Günay Ağamalı
Günay Fəzail qızı Ağamalı ( ) — azərbaycanlı psixoloq, icimai-siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı, Ana Vətən Partiyasının Qadınlar Şurasının sədri. == Həyatı və fəaliyyəti == 2024-cü il oktyabrın 8-də Azərbaycan - Sudan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib. == İstinadlar == == Xarici keçidlər == "Fəzail Ağamalı yox, qızı namizəd olacaq". modern.az (az.). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-19.
Günay Əfəndiyeva
Günay Elçin qızı Əfəndiyeva — Azərbaycanlı ictimai-siyasi xadim, diplomat. Milli Məclisinin deputatı və Mədəniyyət komitəsinin sədr müavini, Qırğız Respublikasının əməkdar mədəniyyət işçisi. Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti (2015-2023) == Həyatı == Günay Elçin qızı Əfəndiyeva 20 oktyabr 1973-cü ildə Bakı şəhərində görkəmli yazıçılar İlyas Əfəndiyev və Elçin Əfəndiyevin ailəsində anadan olmuşdur. 1991-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla bitirmişdir. 1997-ci ildə Azərbaycan Tibb Universitetini qırmızı diplomla həkimlik ixtisası ilə bitirmişdir. 1997-1998-ci illərdə Bakı şəhəri Respublika Diaqnostika Mərkəzində fuksional diaqnostika üzrə internatura keçmişdir. Ailəsi Azərbaycanın görkəmli yazıçısı Azərbaycan Respublikasının xalq yazıçısı Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini Elçin Əfəndiyevin qızıdır Azərbaycanın görkəmli yazıçısı Azərbaycan Respublikasının xalq yazıçısı İlyas Əfəndiyevin nəvəsidir. Sənətşünas alim, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi Timuçin Əfəndiyevin qardaşı qızıdır. Tanınmış hüquqşünas,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Humay Əfəndiyevanın bacısıdır == İş fəaliyyəti == 2004-2008-ci illərdə Azərbaycan Respublikasının İstanbul Baş konsolosluğunda vitse-konsul, konsul vəzifələrində çalışaraq başlamışdır. 2009-2015-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin UNESCO üzrə AR Milli Komissiyasının birinci katibi, müşaviri, baş katibi vəzifələrində çalışmışdır.
Aşıq Günay Ulduz
Aşıq Günay Ulduz (Günay Murad oğlu Ulduz; 1954, Türkiyə) — Türk aşıq. == Həyatı == Aşıq Günay Ulduz 1954-cü ildə Türkiyənin Arpaçay qəzasının Qaraxan kəndində doğulmuşdur. İlk təhsilini doğma kəndində, orta təhsilini və liseyi isə Qars Alpaslan Liseyində bitirmişdir. Aşıqlıq sənətinə və şeirə bağlılığı kiçik yaşlarından başlamış və liseydə oxuyarkən şeir yazmağa, aşıqlığı öyrənməyə başlamışdır. Bir neçə il atası Qaraxanlı Aşıq Murad Ulduza şəyirdlik edərək bu sənəti ondan yetərincə öyrənmişdir. Xüsusilə liseydə oxuduğu illərdə iştirakçısı olduğu aşıq məclislərində özünü daha da tanıtdırmışdır. Liseyi bitirdikdən sonar Hocattəpə Universitetinin sosial biliklər fakültəsinin arxeoloji ixtisasına qəbul olmuşdur. 2 il burada təhsil aldıqdan sonra aşıqlıq sənətinə bağlılığına görə və ailə başçısı olduğuna görə universiteti tərk etmişdir. Bir il doğma kəndində müəllim işlədikdən sonra aşıq araşdırıcısı və tədqiqqatçısı kimi fəaliyyətə başlamışdır. Şeirləri müxtəlif araşdırmalarda yer alan Günay Ulduz 1971-ci ildən bu günə qədər bir çox yarışmalara və şənliklərə qatılmış, müxtəlif ordenlər almışdır.
Günay Kazımova (aparıcı)
Günay Əhmədova (həkim)
Əhmədova Günay Azadxan qızı (ing. Ahmedova Gunay Azatkhan; — Avropa Onkoloqlar Cəmiyyətinin üzvü, tibb sahəsi üzrə alim, tibb üzrə fəlsəfə doktoru, onkoloq-mammoloq. == Həyatı == Əhmədova Günay Azadxan qızı, 1982-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Kimya-biologiya təmayüllü respublika liseyini fərqlənmə attestatı ilə bitirib. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsinə yüksək balla qəbul olub. 2005-2006-ci illərdə Ümumi Cərrahiyə üzrə subordinatura, 2006-2008-ci illərdə Onkologiya üzrə internatura kursu keçib, ardınca Aspiranturada təhsilini davam etdirib. 2013-cü ildə “Sümük şişlərində angiogenez ilə metabolizmin biokimyəvi markerləri arasında əlaqənin öyrənilməsi” mövzusundakı dissertasiya işini müdafiyə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 5 fevral 2014-cü il tarixli (protokol №03-K) qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. == Elmi fəaliyyəti == 2021-2022-ci illərdə İstanbulda süd vəzi xərçəngində orqanqoruyucu cərrahiyə kursunu keçmişdir. 2022-ci ildə İstanbul Onkoloji xəstəxanasının nəzdindəki Radiologiya mərkəzində süd vəzinin USM, mammoqrafiya və MRT kursunu keçmiş, süni intellekt aparatları vasitəsilə xəstəliyə diaqnoz qoyma metodlarına yiyələnmişdir. Hal-hazırda Türkiyənin aparıcı xəstəxanaları ilə əməkdaşlıq etməklə yanaşı, aktual elmi araşdırmalar aparır.
Bozgüney
Bozgüney — Azərbaycan Respublikasının Laçın rayonu Vağazin kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Vaqazin inzibati ərazi vahidində olan kənd Qarabağ silsiləsinin yamacındadır. Kənd Bozgüney adlı sahədə salındığına görə həmin yerin adı ilə adlandırılmışdır. Toponim boz (bitkisiz, quru yer) və güney (cənub, gün tutan yer) komponentlərindən düzəlib, "gün tutan quru yer" mənasındadır. Boz komponentli toponimlər ümumtürk toponimiyasında geniş areala malikdir. Özbəkistanda Boz, Bozatau, Bozsu, Qazaxıstanda Bozşakol, Bozbien, Boz təpəsi, Bozqır təpəsi, Gökboza, Cənubi Azərbaycanda Boz, Krımda Boz, Bozqana, Ermənistanda Bozqala, Bozyoxuş və s. toponimlər bu areala daxildir. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == Erməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət idi.
Ozuna
Maluma — Juan Luis Londoño Arias (13 mart 1993-cü ildə anadan olub) Puerto-Rikolu sənətçidir. Karyerasının əvvəlindən bəri o, 15 milyona yaxın albom sataraq onu bütün zamanların ən çox satılan Latın Amerikası musiqi sənətçilərindən birinə çevirdi. 1 Fevral 2019-cu ildə Ozuna YouTube-da hər hansı bir sənətçinin ən çox bir milyard baxışlı videosu olub və o, iki Latın Grammy Mükafatı, beş Billboard Musiqi Mükafatı, on iki Billboard Latın Musiqi Mükafatı, dörd Ginnesin Rekordlar Kitabı, digər təriflər. == Diskoqrafiyası == === Studiya albomları === Odisea (2017) Aura (2018) Nibiru (2019) === Sinqlları === "Igual Como Tú" (2012) "Juegos De Amor" (2012) "Fanática" (2013) "Luce Bien" (2013) "Se Suelta Sola" (2013) "El Proceso" (2013) "Me Heches La Culpa" (2014) "Detrás Del Mic" (2014) "Contigo Lo Tengo Todo" (2014) "Si No Te Quiere" (2014) "Se Toca Todita" (2014) "En Otro Mundo" (2014) "Mai Que Locura" (2014) "Dime Bebe" (2014) "Dialogue Con Mi Corazón" (2014) "Te Paso A Buscar" (2014) "Que Bien Te Ves" (2014) "Mírame" (2014) "Juega Tu Posición" (2014) "Pasión & Deseo" (2015) "Donde Están Las Gatas (Remix)" (2015) "Sexo x Money" (2015) "No Se Que Tienes" (2015) "Enfermita" (2015) "Todos Los Días Me Pregunto" (2015) "Dicen" (2015) "Búrlate" (2015) "Si Te Dejas Llevar" (2015) (with Juanka El Problematik) "Si Tu Marido No Te Quiere" (2015) "Se Dejaron Ver" (2015) "Bailen (Remix)" (2015) "Calentamiento" (2015) "Nos Fuimos Conociendo" (2015) "Falsas Mentiras" (2015) "Corazón De Seda" (2015) "No Force" (2015) "Si Tu Marido No Te Quiere (Remix)" (2015) (featuring Arcángel and Farruko) "No Quiere Enamorarse" (2015) "Dime Quién" (2016) "69" (2016) "Mil Maneras" (2016) "Leal" (2016) "Infidelidad" (2016) "No Forcen (Remix)" (2016) "No Quiere Enamorarse (Remix)" (2016) (featuring Daddy Yankee) "Dile Que Tu Me Quieres" (2016) "Te Vas" (2016) "Un Bellaqueo" (2016) (with Pusho, Alexio La Bestia and Juanka El Problematik) "Me Ama Me Odia" (2016) (with Arcángel, Cosculluela and Brytiago) "En La Intimidad" (2016) "El Pecado" (2016) "Dile Que Tu Me Quieres (Remix)" (2017) (featuring Yandel) "Después De Las 12" (2017) "Tu Foto" (2017) "Si Tu Quieres" (2017) (with Pusho and Anuel AA) "Bebé" (with Anuel AA) (2017) "El Farsante" (2017) "Se Preparó" (2017) "Que Va" (with Alex Sensation) (2017) "Ahora Dice" (2017) (with Chris Jeday, J Balvin and Arcángel) "Sobredosis" (2017 and 2018) (with Romeo Santos) "Egoísta" (featuring Zion & Lennox) (2017) "Siguelo Bailando" (2017) "La Modelo" (with Cardi B) (2017) "Solita" (with Mambo Kingz and DJ Luian featuring Bad Bunny, Wisin and Almighty) (2018) "El Farsante (Remix)" (2018) (featuring Romeo Santos) "Ahora Dice (Real Hasta La Muerte)" (2018) (with Chris Jeday, J Balvin, Arcángel, Anuel AA, Cardi B and Offset) "Bipolar" (2018) (with Brytiago and Chris Jeday) "Balenciaga" (2018) (with Ele A El Dominio) "Quisiera Alejarme" (2018) (with Wisin) "Me Niego" (2018) (with Reik and Wisin) "Única" (2018) "Te Boté (Remix)" (2018) (with Casper, Nio García, Darell, Nicky Jam, Bad Bunny) "Hasta que salga el sol" (2019) "Gistro Amarillo" (With. Wisin) (2020) "Caramelo Remix" (With. Myke Towers, Karol G). "Enemigos Ocultos", (With. Wisin, Myke Towers, Arcangel, Cosculluela, Juanka) (2020) "Despeinada", (With. Camilo).
Yılmaz Öztuna
Yılmaz Öztuna (20 sentyabr 1930 və ya 1930, İstanbul – 9 fevral 2012 və ya 2012, Ankara) — Türkiyə tarixçisi, siyasətçisi, jurnalisti və yazıçısı. == Həyatı == 1969-cu ildə Ədalət Partiyasından Konya millətvəkili seçilərək Türkiyə Böyük Millət Məclisinə daxil oldu. Türk və Osmanlı tarixi ilə bağlı əsərlər yazan və "Türkiyə" qəzetində köşə yazarı olaraq da işləyən Yılmaz Öztuna 9 fevral 2012-ci ildə Ankarada vəfat etdi. İstanbuldakı Zincirlikuyu Məzarlığında dəfn edildi.