Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şərq
Şərq və ya Doğu — Gün çıxan coğrafi səmt. Şərq (o cümlədən qərb) istiqaməti, şimal və cənuba, yəni Yer kürəsinin coğrafi qütblərinə perpendikulyardır. Şərqə istiqamət coğrafi azimut üzrə +90°; astronomik azimut üzrə −90°-dir. Şərqdə gecə-gündüz bərabərliyi olan günlərində günəş şüaları düz bucaq altında düşür. Müasir xəritələrdə şərq, bir qayda olaraq, sağda yerləşir. Beynəlxalq işarəsi E (east) hərfidir.
"Şərq-Qərb"
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
Orta Şərq
Orta Şərq (fars. خاورمیانه‎,ing. Middle East,rus. Средний Восток, urdu مشرقی وسطٰی, ərəb. الشرق الأوسط‎, ivr. ‏המזרח התיכון‏‎, kürd. ڕۆژھەڵاتی ناوین/Rojhilata Navîn) — Orta şərq anlayışı Avropa mərkəziyyətçi yanaşmaya əsaslanır və britaniyalıların XIX əsrdə istifadə etdikləri anlayışdır. Bu təyin etməyə əsasən İngiltərə və Avropa ölkələri mərkəz qəbul edilmiş, Şərq, Uzaq Şərq, Yaxın Şərq, Orta Şərq kimi anlayışlar da buna görə təyin edilmişdir. Bu tanımaya görə Orta Şərq ölkələri Suriya, İraq, Qətər, Kipr, İordaniya, İsrail, Livan, İran, Fələstin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Küveyt, Bəhreyn, Yəmən, Misir, Əfqanıstan, Pakistan, Tunis, Əlcəzair, Liviya, Sudan və Mərakeşdir. Yaxın Şərq anlayışı Fransanın Osmanlı İmperiyasınən torpaqları üçün istifadə etdiyi Yaxın Şərq təbiridir.
Yaxın Şərq
Yaxın Şərq — Cənub-qərbi Asiya və Misirin daxil olduğu tarixi-geosiyasi region. Əsas əhali: azərbaycanlılar, ərəblər, ermənilər, assuriyalılar, gürcülər, yunanlar, farslar, yəhudilər, misirlilər, kürdlər və türklər. Yaxın Şərqdə 350–360 milyon müsəlman (türklər, farslar, ərəblər, kürdlər və s.), 20 milyon xristian (ermənilər, yunanalar, gürcülər, aysorlar, qibtilər, marunilər və s.), 7 milyon yəhudi, 1 milyon dürzi, 1 milyon yezidi və s. İqlim əsasən quru, sulama üçün istifadə olunan bir neçə böyük çay var. Yaxın Şərq planetin əhəmiyyətli bir neft istehsal edən bölgəsidir.
Şərq (Beyləqan)
Şərq — Azərbaycan Respublikasının Beyləqan rayonunun Şərq qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Şərq (dəqiqləşdirmə)
Şərq — cəhət. Şərq (Beyləqan) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Şərq Legionu
Fransız Erməni Legionu — Şərq Legionu lahiyəsi Birinci Dünya müharibəsinin ortalarında Fransız ordusunda mövcud olan əsgər çətinliyinə həll tapmaq məqsədi ilə yaradılmışdır. Xüsusilə döyüşün ilk iki ilinin sonunda Fransız ordusunun seçmə birliklərinin Fransa-Almaniya sərhədində edilən döyüşlərdə ciddi itkilərə uğraması nəticəsində Fransız hökuməti Orta şərqdəki döyüş siyasəti üçün Fransız birliklərini istifadə etmək yerinə, bölgədə yaşayan və ortaq nöqtəsi Osmanlı hakimiyyətinə qarşı çıxmaq olan ünsürləri istifadə etməyi seçmişdir. Bu səbəblə əvvəllər Cebel Musa Ermənilərindən mütəşəkkil olması planlanan Şərq Legionuna Ermənilərdən başqa həm də xristian Suriyalılar və Livanlılar da daxil edilmişdir. Bu birliklər ilk olaraq Misirdə Port Səiddə toplanmış, daha sonra buradan Kiprdə qurulan düşərgəyə daşınmışlar.. Fransa yalnız Orta şərqdəki Erməni və Suriyalıları deyil, on doqquzuncu əsr boyunca və iyirminci əsrin başında Amerika qitəsinə köç edərək burada güclü diaspor təsis etmiş olan Erməni və Suriyalıları da qiymətləndirməyi nəzərdən keçirirdi. Bu səbəblə Amerikaya göndərilmək üzrə Erməni və Suriyalı nümayəndələri meydana gətirmiş, bunların bütün xərclərini qarşılayaraq Amerikada təbliğat fəaliyyətlərinə girişməsinə vəsilə olmuşdur. Şərq Legionu üçün Cənubi Amerikadan könüllü toplanması işləri Erməni və Suriyalı nümayəndələrinin işlərinə baxmayaraq Fransanın istədiyi səviyyədə reallaşmamışdır. Bunun ən əhəmiyyətli səbəbləri Şərq Legionunun hüquqi quruluşunun kifayət qədər oturdula bilməməsi, Legiona daxil olan əsgərlərin təqaüdçülük və təzminat haqqlarının digər Fransız əsgərlərinə görə daha alt səviyyədə olmasının yaratdığı problemlər və ən əhəmiyyətlisi Latın Amerikada olan Erməni və Suriyalı birliklərinin aralarındakı qarşıdurmalardır. Bu qarşıdurmalar yalnız Latın Amerikadakı birliklər arasında deyil, eyni zamanda Legionu meydana gətirən Erməni və Suriyalı əsgərlər arasında da mövcuddur. 1916-cı ildə təsis edilən Şərq Lejyonu 1918 ili sonlarında Mondros Sülhü hökmlərin tərəfindən Kilikya bölgəsini işğal etmək üzrə Fransız ordusu ilə birgə bölgəyə gətirilmişdir.
Şərq Tərəfdaşlığı
Şərq Tərəfdaşlığı - Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. "Şərq tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukrayna. "Şərq Tərəfdaşlığı" proqramı rəsmi olaraq 2009-cu il mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minmişdir.
Şərq adaları
Şərq adaları — Kara dənizində Nordenşeld arxipelaqı tərkibinə daxil olan adalar qrupu. İnzibati cəhətdən Rusiya Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Arxipelaqın şərqində yerləşir. Qrupa bu adıda məhəs şərqdə yerləşməsi ilə əlaqədar verilmişdir. Şərq adalarından qərbdə Litke adaları, 15 km cənub-qərbdə Paxtusov adası yerləşir. Arrxipelaq ümumilikdə 15 adadan ibarətdir. Şimaldan cənuba 30 km məsafədə uzanır. Paxtusov adasından Lelin boğazı ilə ayrılır. Qrupa daxil olmayan və ondan cənubda yerləşən adalardan Matisen boğazı ilə ayrılır. Arrxipelaqa daxil olan Tırtov adasında 1940-1975-ci illər ərzində qütb stansiyası fəaliyyət göstərmişdir.
Şərq alkannası
Şərq alkannası (lat. Alkanna orientalis) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin alkanna cinsinə aid bitki növü.
Şərq andızı
Şərq andızı (lat. Inula orientalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. Çoxillik, 20-50 (60) sm hündürlükdə, gövdəsi duz, şırımlı, sadə, tüklü bitkidir. Yarpaqları bütöv, yanlardan kirpikli, aşağıdakılar uzunsov-kürəkvari gövdədən dartılmış, sonrakılar oturaq ürəkvari və ya yumurtavari ucubizdir. Səbətləri iri, 20-30 mm enində, tək-tək yerləşirlər. Sarğısının yarpaqları çoxcərgəli, biz-lansetvari, sıx qaratəhər kirpiklidir. Dilcik çiçəkləri qızılı-sarı, sarğıdan iki dəfə uzundur. Toxumcaları 3 mm uzunda silindrvari, çılpaq, şırımlıdır; kəkili qonur, tükcüklü, toxumcalardan bir az uzundur. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Subalp və alp çəmənlərində, məşə kənarlarında və talalarında bitir.
Şərq ağəsmə
Şərq itburnusu
Şərq itburnusu (lat. Rosa orientalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Şərqi Avropa, Şimali Albaniya, Yunanıstan, Kiçik Asiyada yayılmışdır. Gövdələri iynələrlə və tükcüklərlə örtülmüşdür. Yarpaqları cüt olmayan, lələkvari, üstü parlaq yaşıl, alt tərəfi boz, hər tərəfdən tükcüklüdür. Çiçəklərin diametri 4 sm-dək, çəhrayı, meyvəsi qırmızı, ellipsvari, uzunluğu 1,2 sm-dir. Günəşli, yarımkölgəli yerlərdə, quru, zəif rütubətli və gilli torpaqarda bitir. Naxçıvan MR-da təbii halda rast gəlinir. Dekorativ bitkidir. Yaşıllaşdırmada az istifadə olunur.
Şərq qızılquşu
Şərq qızılquşu (lat. Falco severus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Şərq zanbaqcası
Şərq zanbaqcası (lat. Fritillaria orientalis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Şərq şaxtagülü
Şərq şaxtagülü (lat. Helleborus orientalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin şaxtagülü cinsinə aid bitki növü.
Şərq quşəppəyi
Şərq quşəppəyi (lat. Capsella orientalis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü.
Şərq şorangəsi
Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir. Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır. May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir.
Şərq acıyoncası
Şərq acıyoncası (lat. Coronilla orientalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıyonca cinsinə aid bitki növü.
Şərq qapısı
"Şərq qapısı" — ictimai-siyasi qəzet. Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabinetinin orqanı. 1921-ci il noyabr ayının 9-da Naxçıvanda nəşrə başlayan ilk mətbu orqan. Qəzet ilk dəfə "Cavanlar həyatı" adı ilə oxucuların görüşünə gəlmişdir. Həmin il dekabr ayının sonundan 1922-ci ilin yanvarınadək "Füqəra səsi", 1922-ci ilin aprelindən 1980-ci ilin yanvarınadək "Şərq qapısı", 1980-ci ildə "Sovet Naxçıvanı" adlandırılmış, rus dilində "Sovetskaya Naxiçevan" adlı dubilkatı ilə birlikdə buraxılmışdır. "Şərq qapısı" 1930-cu ilədək ərəb, 1930–1940-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunmuşdur. Həmin dövrdən indiyədək latın qrafikalı əlifba ilə nəşr edilir. 1989-cu ildən qəzet fəaliyyətini "Şərq qapısı" adı ilə davam etdirir. Qəzetin təşəkkülünə, onun üçün jurnalist kadrların hazırlanmasına xalq yazıçıları M. İbrahimov və Ə. Vəliyev səy göstərmişlər. Ə. Vəliyev 1933–1934-cü illərdə qəzetin redaktoru olmuşdur.
Şərq ağəsməsi
Şərq ağəsməsi (lat. Clematis orientalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. Оrtа Аsiyаdа, Аvrоpаdа, Qаfqаzdа, Mоnqоliyаdа, Çində təbii halda yаyılmışdır. Hündürlüyü 4–6 m оlаn, yаrımоduncаqlаşmış liаnаdır. Gövdəsi sаrmаşаn, buğumlu, bəzən qırmızımtıldır. Yаrpаqlаrı аçıq bоz-yаşıl, lələkvаri bölünmüş, cоd, fоrmа və ölçüsünə görə müхtəlifdir. Yаrpаqlаrın qоltuqlаrındа süpürgə-vаri çiçək qruplаrındа, uzunluğu 4-10 sm оlаn nаzik çiçək sаplаqlаrı yеrləşir. Çiçəkləri tüklü, sаrımtıl, diаmеtri 5-7 sm оlub, kаsаyаrpаqlаrı 4 ədəd, sаrımtıl, bəzən üstdən qırmızımtıl, hər iki tərəfdən qısа tüklü, uzunsоv-nеştərvаri və yа еnsiz yumurtаşəkilli-nеştərvаri оlub, uzunluğu 1,5-2,5 sm-dir. Еrkəkciklərin sаplаqlаrı bünövrədə еnli, tüklüdür. İyun-аvqust аylаrındа çiçəkləyir.
Şərq başlıqotu
Şərq başlıqotu (lat. Scutellaria orientalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü. Hündürlüyü 25–30 sm-ə qədər olan, gövdəsiçoxsaylı, əsasında qalxan və ya aşağı hissədən yayılmış, bəzən düzdür, qısa sıx tüklü yarımkol ot bitkisidir. Yarpaqları saplaqlıdır, uzunluğu 4–20 mm, eni 4–15 mm-dir, yumurtaşəkilli, yumurtaşəkilli-üçbucaq və ya uzunsovyumurtaşəkillidir, uzunsov formaya qədər dəyişir, qaidə hissəsində kəsilmiş və ya zəif ürəkşəkillidir, kənarları qismən dərin, bəzən çox dərin dairəvi dişlidir, oval, uzunsov bəzən demək olar ki, xətvari dişlidir, üst tərəfdən tündyaşıl rəngli, səpələnmiş qısa və basıq xırda tüklü və ya demək olar ki, çılpaqdır, alt tərəfdən nazik basıq ağ keçə tüklü və ya ağımtıldır. Çiçək qrupu 5–6 sm-ə qədər uzunluqdadır, sıx və yaxud seyrəkdir. Tac iridir, uzunluğu 2,5–3 sm-dir, parlaq-sarı rəngdədir, xaricdən tüklü, bəzən çılpaqdır. Fındıqcalar 1,5 mm uzunluqdadır, yumurtaşəkilli və ağımtıldır. Çiçəkləməsi (aprel) may-iyul aylarında baş verir. İyul-sentyabr aylarıda meyvə verir. BQ (Quba–cənub-şərqdə), BQ şərq, BQ qərb, Qobustan, Abşeron, Kür düz.
Şərq başınağacı
Şərq başınağacı (lat. Viburnum orientale) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. Şərq başınağacı Qərbi və Şərqi Zaqafqaziyada, dağların orta və aşağı zolağında bitir. Hündürlüyü 2 m-dək, hamar, qonur qabıqlı koldur. Budaqların və gövdələrin qabığı hamar, qonur, bünövrəsində çatlar vardır. Yarpaqları yumru, uzunluğu 6-15 sm, yuxarı hissəsi 3 pərli, əlvari yayılmış, damarcıqlı, bünövrələri ürəkvari və ya uzunsovdur, kənarı iri və iti dişli, bəzən qeyri-bərabərdir. Yarpaq ayasının üstü tünd-yaşıl, çılpaq, alt tərəfi daha açıqdır. Tumurcuqları 2 cüt pulcuqlu, qısa ayaqlarda yerləşir. Saplaqları qısa, bünövrələrində sapvari yarpaq altlıqları yerləşmişdir. Çiçəkləri ikicinslidir, altı-səkkiz şüalı, çoxçiçəkli, diametri 4-7 sm olan, çətirvari süpürgələrə yığılmışdır.
Uzaq Şərq
Uzaq Şərq - Şərqi Asiyada ərazi. Buraya Rusiya, Çin, Koreya (KDXR və Koreya Respublikası) və Yaponiya ərazilərinin şərqi aiddır.
Şərq bloku
Şərq bloku, Kommunist bloku və ya Sosialist bloku — Soyuq Müharibə dövründə SSRİ tərəfindən marksizm və leninizmi dəstəkləyən dövlətləri aid etdirmək üçün termin. Baxmayaraq ki, SSRİ sovet blokunun qeyri rəsmi idarə edirdi, bir sıra sosialist dövlətlər (Yuqoslaviya, Çin və Albaniya) 1975–1990-ci illərdə SSRİ ilə ideoloji və siyası qarşıdurmalar peyda olmuşdur. ABŞ-də və ona ittifaq olan ölkələrdə sosialist blokuna aid ölkələri tez-tez kommunist ölkələri kimi də adlandırılar.
Şərq boğazı (Şərqi Sibir dənizi)
Şərq boğazı (rus. Восточный пролив(Восточно Сибирское Море ) - Lısov və Leonteva adalarını Cetrexstolovoqo adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizinin cənubunda yerləşir. Boğazın eni 20 km , dərinliyi 9 - 12 metr təşkil edir. Boğaz inzibati cəhətdən Rusiya Federasiyasının Yakutiya muxtar respublikasının Nijnekolıma rayonuna daxildir. Boğaz Medvedjıy arxipelaqına daxil olan adaları ayırır.
Qəribli
Qəribli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Şahmar Qəribli — azərbaycanlı rejissor, aktyor. İslam Qəribli — f.e.d, yazıçı-ədəbiyyatşünas, Kəndlər Qəribli (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Qəribli (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Böyük Qərbi Erq
Böyük Qərbi Erq (ərəb. العرق الغربي الكبير‎, Əl-Qarbi-əl-Qəbir — sahəsinə görə ikinci ən böyük erqə sahib səhra. Saxaranın tərkibini təşkil edir. Səhrada insan yaşayış məntəqəsi yoxdur. Burada nə kəndə nə də yola rast gəlmək mümkün deyil. == İstinadlar == == Əlavə ədəbiyyat == Francis Tack, Paul Robin: Dünen: Sandmeere der Wüsten. National Geographic 2003, ISBN 3934385966, стр.
Böyük Şərqi Erq
Böyük Şərqi Erq (ərəb. العرق الشرقي الكبير‎, Əş-Şarki-əl-Qəbir — ən böyük erqə sahib səhra. Saxara səhrasının tərkibinə daxildir. Şimal-şərq hissəsi Tunis ərazisinə daxildir.
Qərb Şərq Divanı
Qərb Şərq divanı (alm. West–östlicher Divan‎) alman şairi Yohann Volfqanq Göte tərəfindən qələmə alınmış bir divan, lirik şeirlər toplusudur. Fars şairi Hafiz dən ilham alaraq yazılmışdır. Qərb Şərq Divanı 1814-1819cu illərdə yazılmışdır. Götenin Marianne von Willemer ilə yazışması və Hafizin şeirlərinin şərqşünas Joseph von Hammer tərəfindən tərcümə olunması əsərin yaradılmasına şərait yaratmışdı. Genişləndirilmiş versiya 1827-ci ildə çap olunub və bu Götenin son böyük yaradıcılıq dönəminin bir parçasıdır. İlk nəşr aşağıdakı 12 kitabdan ibarət idi: Moganni Nameh – Buch des Sängers Hafis Nameh – Buch Hafis Usch Nameh – Buch der Liebe Tefkir Nameh – Buch der Betrachtungen Rendsch Nameh – Buch des Unmuths Hikmet – Nameh – Buch der Sprüche Timur Nameh – Buch des Timur Suleika Nameh – Buch Suleika Saki Nameh – Das Schenkenbuch Mathal Nameh – Buch der Parabeln Parsi Nameh – Buch des Parsen Chuld Nameh – Buch des Paradieses Divan Şərq ilə Qərb arasında mübadilə və birgəliyin simvolu kimi qəbul edilə bilər. "Qərb-şərq" sözü yalnız Almaniya və Yaxın Şərq arasındakı mübadilə deyil, Latın və İran mədəniyyətləri, habelə xristian və müsəlman mədəniyyəti arasındakı mübadiləni bildirir. On iki kitab müxtəlif növ şeirlərdən ibarətdir: məsəlli, tarixi, Şərq və Qərbi bir araya gətirmək cəhdini əks etdirən siyasi və dini şeirlər. .
Şərq-Qərb (nəşriyyat)
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
Şərq-Qərb nəşriyyatı
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
Şərq-Qərb Tədqiqat Mərkəzi
"Şərq-Qərb" Tədqiqat Mərkəzi — 1994-cü ildə vaxtilə Aida xanım İman­quliyeva tərəfindən əsası qoyulan Şərq-Qərb problema­tikası üzrə tədqi­qatları davam et­dir­mək məqsədilə Azər­baycan Universite­tinin nəz­dində yaradılmışdır. Azərbaycan öz coğrafi mövqeyinə görə Asiya ilə Avro­panın, Şərq ilə Qərbin qov­şa­ğın­da yerləşdiyi kimi öz mədə­ni inkişaf xüsusiyyətlərinə görə də həm Şərq, həm də Qərb ma­hiyyətini ehtiva edir və bu iki müxtəlif sivilizasiyanın əməli vəhdətinin parlaq nümunəsidir. Azərbaycanda Şərq-Qərb problematikasının bir tədqiqat predmeti kimi seçilməsi za­ma­nın tələbidir. Bu tələbatı ilk dəfə olaraq Aida xanım İmanquliyeva hiss etmiş və hələ ötən əs­rin 70-ci illərindən başlayaraq Şərqlə-Qərb arasında inteqrasiyanın ədəbi-bədii təcəssümü olan bir sıra görkəmli ərəb mütəfəkkir­lərinin dünyagörüşünü və yaradıcılığını özünün tədqiqat ob­yekti kimi seçmişdir. Bu problem üzrə müstəqil bir elmi tədqiqat mərkəzinin açılması və «Şərq-Qərb» cunralının nəşr edilməsi Aida xanımın yaradıcılıq və təşkilatçılıq planlarının mü­hüm tərkib his­sə­si idi. Lakin onun sağlığında bu planın reallaşması mümkün olmasa da, bu ideyanı öz fəaliyyətlərində əsas tutan bir neçə təd­qiqatçı 1994-cü ildən başla­ya­raq Azər­bay­can Universiteti nəz­dində Şərq-Qərb Tədqiqat Mərkəzini yaratdılar. Azərbaycan Uni­ver­si­tetinin rektoru fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun rəhbərliyi ilə fəaliyyətə baş­­layan bu Mərkəzin ilk üzvləri sırasında Şərqşünaslıq İnstitutundan işləmək üçün bu Uni­ver­si­tetə keçmiş tarix elmləri doktorları Nailə Vəlixanlı və Həsən Əlibəylini, iqtisad elmləri na­mi­zədi Dünyamalı Vəli­yevi, habelə görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayevi və tanınmış ərəb­şünaslar Ələsgər Məmmədov və Zahid Hüsey­novu göstərmək olar. Sonralar bu Mərkəzin fəaliyyətində digər elm sahələrinin də görkəmli nümayəndələrinin iştirak etməsi Şərq-Qərb probleminin bütün aspektlərini araşdırmağa və bu sahədə elmi müzakirələr keçirməyə geniş imkanlar açırdı. Azərbaycan EA-nın həqiqi üzvləri sırasından riyaziyyatçı Fəraməz Maqsudovun, iqtisadçı Asəf Nadirovun, coğ­­ra­­­fiya­şünas Budaq Budaq­ovun Mər­kəzin fəaliyyə­tində iştirakı Şərqlə-Qərb ara­sında elmi və iqtisadi əla­qələ­rin müzakirəsi və gənclərin bu sahələrdə tədqiqata cəlb olun­ması üçün əlavə imkanlar açdı. Tarixçi alimlər akademik Teymur Bün­yadovun, AMEA-nın müxbir üzvü Mahmud İsmayılovun, tarix elmləri doktorları İlyas Babayevin, Qiyasəddin Qeybul­layevin, Adil Məmmədo­vun, Tamilla Məm­mə­dova­nın və s.
Şərq qoralı
Şərq qoralı (lat. Naemorhedus caudatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Şərq qoralı bozumtul rəngə malikdir. Boğazı parlaq rəngə malikdir. Bel nahiyyəsindən tünd zolaq keçir. Bu canlılar əsasən Rusiyanın cənub-şərq meşələri (Xabarovsk diyarı və Primorsk diyarı), Çinin şimal-şərqi (Heylunszyan və Qirin), üstəlik Koreya yarımadası ərazisində rast gəlinir Qorallar əsasən elə də böyük olamayan və sayları 4–6 baş olan qruplarda birləşirlər. Erkəklər yalquzaq olaraq yaşayırlar. Dişilər isə yay ayları balaları ilə birlikdə yaşayır. Qida arxasınca əsasən səhər və gecə saatlarında gedirlər. Əsasən ot, yarpaq və bitkilərin digər hissələri və növləri ilə qidalanır.