Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Canhəsən
Canhəsən — Azərbaycan Respublikasında Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsində kənd.Canhəsən kəndi Qarabağ silsiləsinin yamacındadır. Antropotoponimdir.Canhəsən kəndi rayon mərkəzindən 19 km cənub-qərbdə, Qarabağ silsiləsinin şimal-şərq yamacındadır. Əhalisi 107 nəfər (2011); işğaldan əvvəl (1992, fevral) əkinçilik, arıçılıq,və maldarlıqla məşğul olmuşdur. İbtidai məktəb, kitabxana, klub, feldşer-mama məntəqəsi var idi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Canhəsən kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Həsən
Həsən — Azərbaycanda daha çox işlədilən kişi adı. Həsən ibn Əli — 12 imamdan biri. Həsən Hüsnü Saka — sabiq millət vəkili, baş nazir. Həsən Mülkülü — şair Həsən Məmmədov -- Azərbaycan teatr və kino aktyoru. Həsən Zirək — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı. Həsən İsazadə — Azərbaycan Tibb Universitetinin professoru. Həsən Hami — Həsən Həsənov (alim) — Həsən Ələvikia — Həsən Fətullayev — Həsən Adıgözəlov — Həsən Feyziyev — Həsən Həsənzadə Amoli — Həsən Nuran (Üşnəviyyə) — Həsən Tahsin paşa — Həsən Türkmani — Həsən mahalı — Həsən Əbdülzadə — Həsən Tufan — Tatarıstan şairi və yazıçısı.
Ağahəsən Ağahüseynov
Ağahəsən Ağahüseynov (tam adı: Ağahəsən Yarı oğlu Ağahüseynov; 19 aprel 1957, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1957-ci il aprelin 19-da Bakıda anadan olmuşdur. Xətai rayonundakı 8 nömrəli elektrik şəbəkəsində elektrik mantyoru işləmişdir.Ailəli olmuş, Bəxtiyar və Səbuhi adlı iki oğlu yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == O gün axşam Ağahəsən qardaşı Tavabillə bir yerdə Salyan qazarmasının yanında olmuşdur. Qardaşı bu hadisəni müxtəlif vaxtlarda belə xatırlamışdır: Ağahəsənə 4 güllə dəymiş, gövdə nahiyəsinin sağ və sol tərəfləri dağıdıcı zədələnmiş, şok vəziyyəti yaranmışdı. Aparılmış cərrahiyyə əməliyyatının köməyi olmamış, səhər saat 7-də aldığı xəsarətdən vəfat etmişdir. Əhmədli qəbiristanlığında dəfn edilmişdir. == Ünvan == Yeni Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, ev 18, mənzil 104.
Şahvərən (Qəzvin)
Şəvərən (az.-əbcəd شَوَرَن‎, fars. شاهوران‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 129 nəfər yaşayır (63 ailə).
Saruşen
Dağyurd (əvvəlki adı: Saruşen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Dağyurd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Saruşen kəndi Dağyurd kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dağyurd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == XIX əsrin 90-cı illərində İrandan köçüb gəlmış erməni ailələrinin Dağyurd kəndində məskunlaşmasından sonra SaruŞen/SoruŞen (dağkənd) adlandırılmış, 1992-ci ildən kəndin əvvəlki adı bərpa edilmişdir. Oykonim "dağda salınmış yurd" mənasındadır. == Əhalisi == Kəndin adı ermənilər tərəfindən dəyişdirilərək Saruşen qoyulub. Kəndin demək olar ki, bütün əhalisi ermənilərdən ibarətdir. Kənddə yalnız bir nəfər Gülzar Qriqoryan adlı azərbaycanlı qadın yaşayır. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağyurd kəndinin əhalisinin faktiki sayı 380 nəfər, qeydiyyatdakı əhalinin sayı 388 nəfər təşkil edirdi.
Sukəsən
Sukəsən (lat. Rynchops) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Şahsevən
Şahsevən (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd. Şahsevən (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Birinci Şahsevən — Azərbaycanın Beyləqan rayonunda kənd. İkinci Şahsevən — Azərbaycanın Beyləqan rayonunda kənd. Şahsevən Təzəkənd — Azərbaycanın Ağcabədi rayonunda kənd. Şahsevən (Tuzxurmatu) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Tuzxurmatu nahiyyəsində kənd.
Şamisen
Şamisen (yap. 三味線 "üç sim") – baçi adlı bir mızrab ilə çalınan üç telli Yaponiya çalğı aləti. XVI əsrdə cənubi Yaponiyada yaranıb. Şamisen müxtəlif formalarda hazırlanır və teatr tamaşalarında istifadə olunur.
Ahsən Əroğlu
Ahsən Əroğlu (27 oktyabr 1994)-Türk aktrisa == Həyatı == 27 oktyabr 1994-cü ildə Çorluda doğulan Ahsən Əroğlunun ailəsi Bolqarıstan köçərisidir. Egey Universiteti Bədən Tərbiyəsi və İdman fakültəsini bitirib və aktyorluq təhsilini Sahne 3MOTA-da alıb. Karyerasına atdığı ilk addım 2015-ci ildə Bir Modern Habil Qabil Hekayəsi serialında canlandırdığı Zəhra obrazıdır. Bu serialdan sonra o, Möhtəşəm Yüz il: Kösəm, Ana, Qızlarım üçün, İstanbullu gəlin kimi seriallarda iştirak etmişdir. 2019-cu ildə ilk başrolu olduğu Quzğun serialında Qumru Cəbəci rolunu ,2020-2021-ci ildə Menecerimə zəng et serialında Dicle başrolunu canlandıraraq Qızıl Kəpənək mükafatının Ulduzu Parıldayanlar Mükafatına layiq görülür.
Böyük Həsən
Böyük Həsən (tam adı: Şeyx Tacəddin Həsən Olcatay noyon ibn Hüseyn noyon ibn Ağbuğa ibn İlxan noyon Cəlayır) (1305-1356) — Elxanlı əmir əl-ümərası, Cəlairilər sultanlığının qurucusu və I sultanı (1344-1356) == Həyatı == Şeyx Həsən noyon Hüseyn noyon oğlu 1305-ci ildə anadan olmuşdu. Elxanlılar dövlətinin böyük əmirlərindən biri olmuşdu. Ara savaşlarının fəal iştirakçısı idi. 1340-cı ildə qalib gəlib Cəlayırlar dövlətini qurdu. Şeyx Həsən noyon Əmir Çoban Sulduzun qızı Bağdad xatunla ailə qurmuşdu. Elxanlı hökmdarı Sultan Əbu Səid Bahadur xan zorla Bağdad xatunu boşatdırıb özü evləndi. Xan öləndən sonra Şeyx Həsən noyon onun arvadı Dilşad xatun Dəməşq Xacə qızı Sulduzu aldı.
Elvin Həsən
Elvin Həsən (10 aprel 1985, İştip[d]) — Makedoniyanın türk əsilli dövlət xadimi, keçmiş Makedoniya Dövlət İmtahan Mərkəzinin müdir müavini, Makedoniyanın hal-hazırkı xarici sərmayə ilə iş üzrə naziri. == Həyatı == Elvin Həsən 1985-ci ildə Makedoniyanın İştip şəhərində türk əsilli ailədə anadan olmuşdur. 2007-ci ildə bakalavr təhsilini bitirdikdən sonra Radoviş şəhərinə bağlı Əliqoç-Qoçəli kəndində müəllim olaraq 10 il çalışmışdır. === Təhsili === 2007-ci ildə Qotse Delçev Universitetinin Metodologiya fakültəsinin Məktəb müəllimliyi bölməsindən məzun olmuşdur. Magistr və doktorantura təhsilini Az. Kiril ve Metodologiya Universitetinin Pedoqoji İnistitutunda almışdır. == Fəaliyyəti == === Qeyri-hökumət təşkilatlarında === 2011-ci ildə qoşulduğu Üfüq dərnəyində bir sıra vəzifələrdə çalışmışdır. 2016–2018-ci illərdə həmin dərnəyin rəhbərliyini etmişdir. Makedoniyanın Türk Hərəkat Partiyası katibinin müavini olmaqla yanaşı, həmin partiyanın III bölgə kordinatorluğunu, partiyanın təhsil komissiyası rəhbərliyini və THP Radoviş təşkilatının rəhbəri vəzfivələrində olmuşdur. === Dövlət orqanlarında === 3 avqust 2017-ci ildə Makedoniyanın Dövlət İmtahan Mərkəzinin müdir müavini vəzifəsinə təyin edilmişdir.
Hacı Həsən
Hacıhəsən-i Xaləsə (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Hacıhəsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Hacıhəsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Hacı Həsən (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. Hacı Həsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
Həsən-Cəlal
Həsən Cəlaləddövlə (v. 1261, Qəzvin) — Xaçın knyazı (1215–1261) Alban əsilli, dövlət xadimi. Qafqaz Albaniyası son qalan xristian alban məlikliklərini birləşdirərək vahid Xaçen dövlətini qurmuşdur. == Haqqında == Həsən Cəlalın dövründə Xaçın knyazlığı ən yüksək inkişaf mərhələsinə çatıb. O, Qafqaz Albaniyasında uzun müddət hakimiyyətdə olmuş Aranoğulları sülaləsinin və gürcü çarı Tamaranın məşhur sərkərdələri Mxarqradzelilərin nəslindəndir. 1261-ci ildə monqol yürüşləri zamanı həlak olan Həsən Cəlal və onun nəslindən olan alban katolikosları Qandzasar məbədinin ərazisində(indiki Kəlbəcər rayonu) dəfn olunublar. Həsən Cəlal həmişə dövrün epiqrafik abidələrində böyük minnətdarlıqla "Xaçın ölkələri knyazı", "Albaniya hökmdarı" və başqa bu kimi titullarla anılır. Məhz Həsən Cəlalın göstərişi ilə alban memarlığının şah əsəri olan Qandzasar məbədi tikilib. Həsən Cəlal dövrünün ən görkəmli dövlət xadimlərindən biri olub. == Həyatı == 1215-ci ildə Xaçın knyazlığında hakimiyyətə Həsən Cəlal gəlir.
Həsən (Auırqazı)
Həsən (başq. Хәсән, rus. Хасаново) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Urşak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 33 km, kənd sovetliyindən (Köhnə Əsmələm): 17 km. ən yaxın dəmiryol stansiyasından (Şingəkgöl stansiyası): 45 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (100%) üstünlük təşkil edir.
Həsən (Avurğazı)
Həsən (başq. Хәсән, rus. Хасаново) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Urşak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 33 km, kənd sovetliyindən (Köhnə Əsmələm): 17 km. ən yaxın dəmiryol stansiyasından (Şingəkgöl stansiyası): 45 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (100%) üstünlük təşkil edir.
Həsən (Baymak)
Həsən (başq. Хәсән, rus. Хасаново) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Tatlıbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 32 km, kənd sovetliyindən (Tatlıbay): 10 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 12 km.
Həsən (ad)
Həsən — Azərbaycanda daha çox işlədilən kişi adı. Həsən ibn Əli — 12 imamdan biri. Həsən Hüsnü Saka — sabiq millət vəkili, baş nazir. Həsən Mülkülü — şair Həsən Məmmədov -- Azərbaycan teatr və kino aktyoru. Həsən Zirək — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı. Həsən İsazadə — Azərbaycan Tibb Universitetinin professoru. Həsən Hami — Həsən Həsənov (alim) — Həsən Ələvikia — Həsən Fətullayev — Həsən Adıgözəlov — Həsən Feyziyev — Həsən Həsənzadə Amoli — Həsən Nuran (Üşnəviyyə) — Həsən Tahsin paşa — Həsən Türkmani — Həsən mahalı — Həsən Əbdülzadə — Həsən Tufan — Tatarıstan şairi və yazıçısı.
Həsən (termin)
Həsən — Ərəb dilində "gözəl, xoş" mənalarını ifadə edir. İstilahi mənası barədə müxtəlif fikirlər var. Həsən hədis ədalət şərtini daşımaqla bərabər zəbt baxımından səhih hədis ravilərindən aşağı dərəcədə olan ravilərin müttəsil sənədlə rəvayət etdikləri, o cümlədən şazz və illətdən uzaq hədisdir.Həsən hədis qüvvət baxımından səhih hədisdən aşağı olsa da, dəlil olma və əməl etmə baxımından eynilə səhih hədis kimidir. Həsən terminini hədis elminə ilk dəfə Tirmizi gətirmişdir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Həsən Abdullayev
Həsən Məmmədbağır oğlu Abdullayev (20 avqust 1918, Yaycı, Naxçıvan qəzası – 1 sentyabr 1993, Bakı) — SSRİ və Azərbaycanın görkəmli fiziki, alim, müəllim, elm təşkilatçısı, Sovet İttifaqı və dünyada yarımkeçiricilər fizikasının / mikroelektronikasının banilərindən biri, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü, 1970–1983-cü illərdə Azərbaycan EA-nın prezidenti.Həsən Abdullayev 1952-ci ildə ilk dəfə yarımkeçirici kristallarda p-n keçidin işləmə prinsipinin fiziki mahiyyətini ətraflı izahını verib. O, yenilikçi texnologiyanın inkişafına, qlobal elmi və texnoloji tərəqqiyə əhəmiyyətli bir töhfə verən və güclü təsir göstərən fotoelementlər, günəş və termoelementlər kimi yaddaş elementləri, lazerlər, kibernetikada çip texnologiyası, alternativ enerji kimi elektronikanın tədqiqinə və inkişafı məsələləri ilə məşğul olub. Abdullayevin elmi nailiyyətləri sayəsində, yarımkeçiricilərə əsaslanan dünya texnologiyası intensiv sürətlə miniatürləşməyə başlamış, daha yüngül, mobil və rahat olub. Azərbaycan SSR-də Abdullayev elmi və texnoloji tərəqqi inqilab etmiş və bir növ milli "Silikon Vadisi"ni yaratmışdır. Alim-fizik, dünya elmində əhəmiyyətli rol oynayan yarımkeçirici fizikada, selenyum və analoqlarına əsaslanan yeni bir istiqamət qurmuş, onun əsasında mikroelektronika sahəsində ilkin, öz elmi məktəbini, bu istiqamətdə Akademiyada ilk laboratoriyaları və tədqiqat institutlarını yaratmışdır. Eyni zamanda, o, SSRİ şəraitində üzərinə böyük risk alarag tədqiqat institutları nəzdində yenilikçi layihələrin həyata keçirilməsi üçün ilk Xüsusi Konstruktur Büroları (XKB) yaratmışdır. Həsən Abdullayev SSRİ, ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İsveç, İtaliya, Hindistan və digər ölkələrdə patentləşdirilmiş mindən çox elmi əsərin və 400-ə yaxın ixtiranın müəllifidir. == Həyatı == Həsən Abdullayev 20 avqust 1918-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Abdullayev 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirmişdir.1941–1944-cü illərdə Ordubad Pedaqoji Məktəbində dərs demişdir.1945-ci ildən Azərbaycan EA-da işə başlamışdır. Laborantdan akademikədək, Azərbaycan EA Prezidentinə kimi yüksəlmişdir.
Həsən Adıgözəlzadə
Adıgözəlzadə Həsənağa Əfrasiyab oğlu — Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi. == Həyatı == Həsən Adıgözəlzadə 1946-cı il yanvarın 23-də Bakıda anadan olub. O, musiqiylə 6 yaşından maraqlanmağa başlayıb. Bülbül adına Orta ixtisas musiqi məktəbini və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsini bitirib. Qara Qarayev, Cövdət Hacıyev kimi bəstəkarlarla birlikdə çalışıb. Həsən Adıgözəlzadə musiqi məktəbində, universitetdə musiqi nəzəriyyəsindən dərs deyib. Azərbaycan Dövlət Televiziyası və Radiosunda musiqi verilişləri redaksiyasının redaktoru, Mədəniyyət Nazirliyinə bağlı xalq yaradıcılığı evinin direktor müavini, daha sonra isə Mədəniyyət Nazirliyində işləyib. Beynəlxalq Muğam Mərkəzinə və SSRİ Mədəniyyət Fonduna bağlı Beynəlxalq “Qopuz” Azərbaycan Xalq Sənətləri Mərkəzinə rəhbərlik edib. Avropa və Asiyanın müxtəlif ölkələrində, Türkiyə, Rusiya, Fransa, Litva, Çexoslovakiya, Gürcüstan, Tacikistanda keçirilən simpoziumlara, konfranslara məruzəçi kimi qatılıb. Beynəlxalq yarışlarda münsif olub və Beynəlxalq tədbirlərdə, festivallarda drijorluq edib.
Həsən Axund
Məhəmməd Həsən Axund (dəri محمد حسن اخوند; puşt. محمد حسن اخوند; 1945, Pənçvaiyə rayonu[d], Qəndəhar vilayəti) — əfqan molla, siyasətçi və Taliban lideri, hazırda Əfqanıstanın Baş naziri. == Həyatı == Axund Əfqanıstanın cənubundandır. BMT Təhlükəsizlik Şurasının məlumatlarına görə, o, doğulduğu vaxt Pənçvayi rayonunda olan, lakin Əfqanıstan Krallığının Qəndəhar vilayətinin Zari rayonunda yerləşən Paşmulda anadan olub. BMT onun doğum ilini 1945–1950 və 1955–1958 olmaqla təxmin edir. "Əl-Cəzirə" deyir ki, Axundun puştun nəsli 1747-ci ildə Dürranilər İmperiyasının banisi Əhməd xan Abdalidən gəlir.Əfqanıstanda müxtəlif islam seminariyalarında təhsil alıb. Bir çox Taliban liderlərindən fərqli olaraq, axund Sovet-Əfqan müharibəsində iştirak etməyib.Axund İslamla bağlı bir neçə əsərin müəllifidir. "BBC News"-un məlumatına görə, o, hərbi deyil, dini aspektlər tərəfindən Talibanda nüfuza malikdir. Birləşmiş Ştatların Sülh İnstitutunun analitiki onun daha çox siyasi adam olduğunu iddia etdi. == Siyasi fəaliyyəti == Axund Talibanın ən yaşlı üzvlərindən biridir və hərəkatın ilk lideri Məhəmməd Ömərin yaxın silahdaşı olub.
Həsən Ayvazov
Həsən Cəlil oğlu Ayvazov (21 avqust 2000; Pələkli, Tovuz rayonu - 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsən Ayvazov 2000-ci il avqustun 21-də Tovuz rayonunun Pələkli kəndində anadan olub. V. Rəhmanov adına Pələkli kənd ümumi orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Həsən Ayvazov 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Həsən Ayvazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 15-dən Həsən Ayvazov ilə əlaqə saxlamaq mümkün olmayıb. Noyabrın 21-də şəhid olduğu müəyyənləşib. Noyabrın 22-də Tovuz rayonunun Pələkli kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına Həsən Ayvazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Həsən Ağasoy
Həsən Vəliqulu oğlu Ağayev (Ağasoy) ( 27 mart 1958, Gülüstan, Culfa rayonu) — Azərbaycan teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1999). == Həyat və yaradıcılığı == Həsən Ağasoy 1958-ci ilin mart ayının 27-də Culfa rayonunun Gülüstan kəndində anadan olub. 1975-ci ildə Culfa şəhər orta məktəbini bitirib. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində aktyor sənəti dərsini Azərbaycan SSR-nin Xalq artisti Rza Təhmasibdən alıb. Həmçinin eyni vaxtda Həsən Ağasoya görkəmli şair, dramaturq, Hüseyn Cavidin qızı Turan Cavid Azərbaycan teatr tarixindən dərs deyib. 1979-cu ildə institutu bitirərək, təyinatla C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili teatrına göndərilib. O gündən bu günə kimi teatda aktyor vəzifəsində çalışır. Həsən Ağasoy Naxçıvan teatrının səhnəsində 80-dən çox müxtəlif xarakterli obrazlar yaradıb. 1979–1981-ci illərdə hərbi xidmətdə olub.
Həsən Ağayev
Həsən bəy Ağayev — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Demokratik Respublikası parlamentinin sədr müavini
Həsən Bayramov
Həsən Bayramov (əsgər, 1992) (17.06.1992 – 05.11.2020) — MAHHXHQ əsgər, Vətən müharibəsi şəhidi. Həsən Bayramov (əsgər, 2001) (22.06.2001 – 01.10.2020) — əsgər, Vətən müharibəsi şəhidi. === Digər === Həsən Bayramoğlu — Pedaqogika elmləri doktoru, professor.
Həsən Bayramoğlu
Həsən Bənna
Həsən Bənna — Misirin ictimai-siyasi xadimi, Müsəlman qardaşlar təşkilatının banisi. == Həyatı == 1906-cı ildə Misirin Mahmudiyyə qəsəbəsində, sərmayədar Əhməd ibn Əbdürrəhman Bənnanın ailəsində doğulmuşdur. Ata İslamı öyrənsin deyə oğlunu Rəşadiyyəyə göndərir. Həsən ər-Rəşad Məktəbində Mühəmməd Zəhranın nəzarəti altında təhsilə başlayır. Burada Qurani-Kərimi hifz etməyə başlayan Əl-Bənna hifzini tamamlamadan Hazırlıq Məktəbinə keçir və ev şəraitində hifz fəaliyyətinə yiyələnir. Bu arada "Əxlaq və Ədəb Cəmiyyəti"ni qurur və cəmiyyətə nəzarəti öz öhdəsinə alır. Çox keçməmiş bir neçə mömin dostu ilə əl-ələ verib "Əmrun bil-məruf və nəhyun ənil-münkər" vəzifəsini həyata keçirmək üçün "Məni Mühərrəmat" ("Haramların yasaqlanması") cəmiyyətini qurur. Hazırlıq Məktəbindən sonra Dəmənhur İbtidai Sinif Müəllimi Məktəbinə daxil olur. Əl-Bənna Dəmənhurda olduğu dövr ərzində fiqh, təfsir, hədis, İslam qanunvericiliyinin tarixi və hikmətləri, məzhəb, firqə və bunlarla bağlı ətrafında toplananlardan mükəmməl dərs aldı. 17 yaşında olarkən bu məktəb də tamamlanır və həmin il Qahirəyə gedərək, Darül-Ülum Fakültəsinə daxil olur.
Həsən Can
Həsən Can (v. 27 fevral 1567, Bursa) — Dövlət xadimi. Şeyxülislam Xoca Sadəttin Əfəndinin atası, Şeyxülislam Mehmed Əsad və Mehmed Çələbinin babası, Şeyxülislam Əbu Səid Mehmed Əfəndinin ulu babasıdır. == Həyatı == Doğum tarixi bilinməsə də, ailəsi əslən İsfahandandır. Atası Hafiz Mehmed Əfəndi vaxtilə Ağqoyunlu sarayının müftüsü olmuş, Şah İsmayılın dəvəti ilə ailəsiylə birlikdə Təbrizə köç etmişdir. Çaldıran müharibəsinin ardından Təbrizə daxil olan I Səlimin özüylə İstanbula apardığı alim və sənətkarlardan biri oldu. Həsən Can da bu əsnada atasıyla birlikdə İstanbula gəlmiş, bu səbəbdən doğum yerinin Təbriz olduğuna inanılır. Atası Hafiz Mehmed Əfəndi saray hafizi olaraq seçilmiş, Həsən Can isə I Səlimin xüsusi xidmətinə alınmış və onun ən yaxın dostuna çevrilmişdir. Yavuz Sultan Səlimin vəfatına qədər yanında olan Həsən Can bir çox siyasi hadisələrə şahid olmuş, sultanın ən yaxın sirdaşına çevrilmişdir. I Səlimin vəfatının ardından çıxan siyasi ixtişaşların yatırılmasında önəmli rol oynadı.
Həsən Cəbrayılov
Həsən Xəlil oğlu Cəbrayılov (Ahəngi) (1 may 1949, Tehran – 31 iyul 2019, Bakı) — tanımış parodiyaçı, aktyor, müğənni, yazıçı, jurnalist, publisist və şair-qəzəlxan. == Həyatı == Həsən Cəbrayılov, əslən Ərdəbil şəhərindən olsa da, 1949 ilin mayın 1-də İranın paytaxtı olan Tehran şəhərində dünyaya göz açmışdır. 1953-cü ildə ailəsi ilə birgə Bakıya köçüb. Bakı şəhəri 39 nömrəli tam orta məktəbini (1964), Rabitə Texnikumunu (1968) və Azərbaycan Politexnik İnstitutunu (hazırda AzTU) bitirib. Moskva Teatr İnstitutunun nəzdindəki estrada rejissorları fakültəsində 3 kursu bitirmişdir. 1970-ci illərin əvvəlində Bakı Elektrik Maşınqayırma Zavodunda işləyib. 1977-ci ildən Azərbaycan Televiziyasının elektromexaniki, 1994-cü ildən omrünün sonuna kimi Azərbaycan Televiziyasının videotekasında arxivarius kimi çalışıb. Verilişlərin bərpası ilə məşğul olub, arxivi əzbər bilirdi, fenomenal yaddaşa malik olub və günün istənilən anında tələb olunan materialı tapa bilirdi. 1970-ci illərin əvvəlindən çalışdığı zavodun bədii özfəaliyyət ansamblında müğənni, parodiyaçı və konfransye kimi çalışıb, Şərq xalqlarının populyar mahnı və təranələri ifa edirdi. O vaxtdan da özünəməxsus parodiya ustalığını geniş tamaşaçı kütləsinə təqdim etdi.
Sesen
Sesen (fr. Seyssins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Seyssine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38486. Kommunanın 2007-ci il üçün əhalisi 6908 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 1 897 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 5 km cənub-qərbdə yerləşir.
Axarsız sahələr
Axarsız sahələr — səth suları dənizlərə və ya Dünya okeanına axıb çatmayan quru iqlimi olan sahələr. Ancaq mənbələrini xeyli rütubətli sahələrdən götürən çox böyük çaylar bu sahələrdən axıb keçir və dənizə tökülür (tranzit çayları məs.: Nil). Kiçik çaylar isə ya qapalı şor göllərə (Balxaş, Çad və b.). Kontinental çökmə suxurlarının geniş yayılması A.c. üçün xarakter xususiyyətdir. Bəzi məlumata görə A.c.üçün 28 milyon km ərazini tutur ki, bu da bütün qurunun 17%-ni təşkil edir.
Birinci Şahsevən
Birinci Şahsevən — Azərbaycan Respublikasının Beyləqan rayonunun Birinci Şahsevən kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Araz çayından 3 km. aralı, Mil düzündədir. Daşburun stansiyası buradadır. Birinci komponent eyni-adlı yaşayış məntəqələrini fərqləndirir. İkinci komponent isə etnotoponim olub, Şahsevən tayfalar birliyinin adını əks etdirir. == Mədəniyyəti == 2014-cü ildə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılmışdır. == İqtisadiyyat == Birinci Şahsevən kəndində şəkər sexi və yeni “Aqrolizinq” təşkilatı vardır.
Yasper Silesen
Yakobus Antonius Peter "Kasper" Sillessen - ( holladca: [ˈjɑspər ˈsɪləsə(n)] , d.: 22 aprel 1989) Holladiyalı qapıçı, İspaniyanın Barselona FK və Niderland milli futbol komandasının üzvü .
İkinci Şahsevən
İkinci Şahsevən — Azərbaycan Respublikasının Beyləqan rayonunun İkinci Şahsevən kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == İkinci Şahsevən kəndi Beyləqan rayonunun eyniadlı i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi Qarabağda məskunlaşmış şahsevən tayfa birliyinə mənsub ailələrin saldıqları kəndlərdəndir. Oykonimin birinci komponenti bu kəndi Ağcabədi rayonundakı eyniadlı (Birinci Şahsevən) kənddən fərqləndirməyə xidmət edir.
Şahsevən (Ağcabədi)
Şahsevən — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Şahsevən kənd inzibati ərazi dairəsində kənd. == Əhalisi == XIX əsrin sonlarında Ağcabədi rayonunun Şahsevən kəndindən köçmüş Abdulla adlı şəxs Kəlbəcər rayonunun — Mozçayın sol sahilində, dağ ətəyi ərazidə iki binə salmışdır. XX əsrin əvvəllərində də Cavanşir qəzasında Böyük və Kicik Abdullauşağı adlı iki binə adı qeydə alınmışdır. Rayonun Çobangərəkməz kəndi yaxınlığında bir yurd yeri indi də Abdulla yurdu adlanır. == Toponimikası == İran şahı I Abbas (1589–1629) hakimiyyətə gəldikdən sonra (XYII əsr) Qızılbaş tayfalarının müqavimətini qırmaq üçün "şahın (yəni özünün) mübarək başını sevənlər şah ətrafında toprlaşsınlar" fikrini irəli sürmüş, nəticədə Azərbaycanın həm şimalında, həm cənubunda yaşayan bir sıra ellər birləşərk Şahsevən tayfa ittifaqını yaratmışlar. Şimali Azərbaycan ərazisində Afşar, Qacar və Cavanşir tayfaları da şahsevən olmuşlar. Əvvəlcə bu ittifaq (Arxcanbəy və onun qardaşları) Qocabəy və Bəndəlibəy başçılıq etmişlər. Bir sıra qollardan və tirələrdən ibarət şahsevənlər Azərbaycanın hər iki hissəsində maldar həyat keçirmişlər.
Şahsevən (Kürdəmir)
Şahsevən — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Topalhəsənli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şahsevən adı I Şah Ismayıl Səfəvinin hakimiyyəti dönəmində yaranmışdır. Bu ad səfəviyyə təriqətinin müridləri arasında siyasi məfhum kimi işlənmişdir. I Şah Abbas qızılbaşların rolunu məhdudlaşdırmaq və onların nüfuzunu qırmaq məqsədilə Şahsevən adlı özəl qoşun növü yaratmışdır. Sonralar Azərbaycanın müxtəlif bölgələrində əsası qoyulmuş Şahsevən kəndləri həmin tarixi hadisələrdən qaynaqlanır. Kürdəmir rayonunun ən qədim məzarlıqlarından biri Şahsevən kəndində yerləşir. Burada XIX əsrdə yaşamış nəqşbəndiyyə təriqətinin nümayəndəsi Mövlana Hacı Mahmud babanın (ölümü hicri 1281, miladi 1865) türbəsi vardır. Mövlana Hacı Mahmud baba İmam Şamilin müəllimi Siracəddin İsmayıl Şirvaninin müridi olmuş, həmçinin məşhur təriqət şairi Seyid Həmzə Nigari ilə dostluq etmişdir. Sovet hakimiyyəti illərində Şahsevən kəndi Topalhəsənli və Qaraqocalı kəndləri ilə birlikdə Moskva kolxozunun tərkibinə daxil olmuşdur. Kənddə əvvəllər fəaliyyət göstərən məscid sovet dövründə dörd illik ibtidai məktəbə çevrilmişdir.
Şahsevən (Tuzxurmatu)
Şahsevən — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Tuzxurmatu nahiyyəsində kənd.
Şahsevən Təzəkənd
Şahsevən Təzəkənd — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Şahsevən Təzəkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndi Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şahsevən Təzəkənd kənd inzibati ərazi vahidi yaradılmışdır.
Şahsevən bələdiyyəsi
Şahsevən bələdiyyəsi (Ağcabədi) — Ağcabədi rayonunda bələdiyyə. Şahsevən bələdiyyəsi (Kürdəmir) — Kürdəmir rayonunda bələdiyyə.
Şahsevən eli
Şahsevən eli — azərbaycanlıların etnoqrafik qruplarından biri. == Elin tarixi == Şahsevən adı I Şah Ismayıl Səfəvinin hakimiyyəti dönəmində yaranmışdı. Bu ad səfəviyyə təriqətinin müridləri arasında siyasi məfhum kimi işlənirdi. I Şah Abbas qızılbaşların rolunu məhdudlaşdırmaq və onların nüfuzunu qırmaq məqsədilə Şahsevən adlı özəl qoşun növü yaratdı. Onlar indiki Şahsevən elinin babaları deyildi. Şahsevən qvardiyası ilə Şahsevən elinin fərqi çoxdur. Göründüyü kimi şahsevənlər xüsusi qəbilə və tayfa birliyi olmayıb, ayrı-ayrı qəbilə və tayfa birliklərinə daxil olan icma qəbilə qruplarının, qəbilə və oymaqlardan ayrılaraq birləşməsi nəticəsində əmələ gəlmişdi. Ona görə də şahsevənlər qarşıya qoyulan məqsədə nail olmaqda böyük rol oynadı. Vilayətlərdə hökmranlıq edən qızılbaş tayfa başçılarının nüfuzu sarsıldı. Tarixi tədqiqatlar və eləcə də mənbələr təsdiq edir ki, şahsevənlər, əsasən, Azərbaycanla bağlı olmuşdur.
Şahsevən xalçası
Şahsevən xalçası və ya şahsevən kilimi — Cənubi Azərbaycan bölgəsində şahsevənlər tərəfindən hazırlanan Azərbaycan üslubu olan əl işi. == Həmçinin bax == Təbriz xalçaçılıq məktəbi Şeyx Səfi xalçası Heriz xalçaları == İstinadlar == Heshmati, Fazl-ollah. Iranian carpet. Tehran.
Cismin sahəsi
Səth — həndəsənin əsas anlayışlarından biri. Bu anlayış cismin sərhədi və ya hərəkət edən xəttin izi kimi sadə təsəvvürlərin riyazi mücərrədləşməsidir. Səthin sadə hissəsi üçölçülü fəzanın elə D {\displaystyle D} çoxluğudur ki, o, E 2 {\displaystyle E^{2}} kvadratı ilə homeomorfdur. D {\displaystyle D} və E 2 {\displaystyle E^{2}} çoxluqları arasında homeomorfluq <center x = x ( u , v ) , y = y ( u , v ) , z = z ( u , v ) {\displaystyle x=x(u,v),y=y(u,v),z=z(u,v)} funksiyaları ilə verilir. Burada u , v {\displaystyle u,v} E 2 {\displaystyle E^{2}} kvadratının daxili nöqtələrinin koordinatları, x , y , z {\displaystyle x,y,z} isə ( u , v ) {\displaystyle (u,v)} -yə uyğun nöqtənin koordinatlarıdır. u {\displaystyle u} və v {\displaystyle v} ədədlərini D {\displaystyle D} çoxluğunda əyrixətli koordinatlar adlandırırlar. Səthin sadə hissəsi ilə müqayisədə düzgün səth daha ümumi anlayışdır. Düzgün səth fəzanın elə nöqtələri çoxluğudur ki, bu çoxluqda hər bir nöqtənin kiçik ətrafı səthin sadə hissəsi olsun. Bu tərif üçölçülü fəzada ikiölçülü həndəsi obrazların tərifi ilə eynidir. Bu tərifi də, məsələn, kənarı olan səth ödəmir.
Elektrik sahəsi
Elektrik sahəsi — elektromaqnit sahәsinin xüsusi halı; elektrik yükünün hәrәkәt sürәtindәn asılı olmayan qüvvәnin (sahә tәrәfindәn) yükә tәsirini müәyyәn edir. Elektrik sahəsi haqqında anlayış 19-cu әsrin 30-cu illәrindә M. Faradey tәrәfindәn daxil edilmişdir. Faradeyә görә, sükunәtdә olan hәr bir yük onu әhatә edәn fәzada elektrik sahəsi yaradır. Bir yükün sahәsi digәr yükә tәsir edir vә әksinә; yüklәrin qarşılıqlı tәsiri (yaxınatәsir konsepsiyası) belә hәyata keçirilir. Elektrik sahəsinin әsas kәmiyyәt xarakteristikası – elektrik sahәsinin intensivliyidir ( E {\displaystyle \mathbf {E} } ); fәzanın verilәn nöqtәsindә elektrik sahәsinin intensivliyi bu nöqtәdә yerlәşәn yükә ( q {\displaystyle q} ) tәsir edәn F {\displaystyle \mathbf {F} } qüvvәsinin hәmin yükә olan nisbәtinә bәrabәrdir: E = F q {\displaystyle \mathbf {E} ={\mathbf {F} \over q}} Mühitdә elektrik sahәsi intensivliklә yanaşı, elektrik induksiyası vektoru ( D {\displaystyle \mathbf {D} } ) ilә dә xarakterizә olunur. Fәzada elektrik sahəsinin paylanmasını elektrik sahəsi intensivliyinin qüvvә xәtlәrinin kömәyi ilә tәsvir etmәk olar. Elektrik yüklәrinin doğurduğu qüvvә xәtlәri müsbәt yüklәrdә başlayır vә mәnfi yüklәrdә qurtarır (vә ya sonsuzluğa gedir). Dәyişәn maqnit sahәsinin yaratdığı burulğanlı qüvvә xәtlәri qapalıdır. == Tarixi == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Elektromaqnit sahəsi
Elektromaqnit sahəsi - elektrik və maqnit sahələrindən yaranan fiziki sahə. == Elektromaqnit sahəsinin insan orqanizminə təsiri == İnternet, televizor, soyuducu, paltaryuyan maşın, lüminiessensiya lampaları, cib telefonları, simsiz uşaq telefonları... bütün bunlar elektromaqnit sahəsi yaradırlar. Qazi Universitetinin Non-İonizan Radiasiyadan Qorunma Mərkəzinin əməkdaşı Fırlarer elektromaqnit sahəsinin yaydığı dalğalar nəticəsində psixoloji narahatlıqların, görmə funksiyalarında çatışmazlıqların, immunitet sistemində zəifliyin meydana çıxdığını bildirir. Naqilsiz Internetdən istifadə ediriksə, ilk növbədə, bundan imtina etməliyik. Qonşunun naqilsiz Interneti də mənzilimizə təsir edir. Mikrodalğalı sobadan mümkün qədər az istifadə etməliyik. İstifadə etsək də, həmin müddətdə mətbəxdə çox olmamalı, uşaqlarımızı bu sahədən kənar etməliyik. LCD televizorları qazla işləyən televizorlara və plazma televizorlarına nisbətən daha az elektromaqnit sahəsi yaradır. Kompüterin monitorunda və televizorlarda LCD ekranlarından istifadə edilməsi daha məqsədəuyğundur.
Elm sahəsi
Elm sahəsi bir ixtisas daxilində biliklərin cəmlənməsini təsvir edir. Burada müzakirə olunan mövzular və anlayışlar onların arasında mövcud olan çoxlu sayda asılılıqlar ilə əlaqələndirilirlər. Elm sahəsi adətən müəyyən predmetlər üçün ümumi başlıq kimi də baxılır. Məsələn Universitetlərdə, kitabxanalarda elm sahələrinin sinifləşdirilməsində bundan istifadə edilir. Elm sahəsində çalışan mütəxəssislərə təkcə ali məktəblərdə yox, həm də sənayedə rast gəlinir. Elm sahəsi – bir ixtisas daxilində biliklərin cəmlənməsini təsvir edir. Burada müzakirə olunan mövzular və anlayışlar onların arasında mövcud olan çoxlu sayda asılılıqlar ilə əlaqələndirilirlər. Elm sahəsi adətən müəyyən predmetlər üçün ümumi başlıq kimi də baxılır. Məsələn Universitetlərdə, kitabxanalarda elm sahələrinin sinifləşdirilməsində bundan istifadə edilir. Elm sahəsində çalışan mütəxəssislərə təkcə ali məktəblərdə yox, həm də sənayedə rast gəlinir.
Fəaliyyət sahəsi
Fəaliyyət sahəsi fərdi və hüquqi şəxslərin əsas iş sahəsini əhatə edən mövzular dairəsini təsvir eir. Sənayedə və elmdə bu anlayışın tətbiqi müəyyəm kriteriyalarda asılı olaraq aparılır: Ya ümumilikdə böyük maraq doğuran iş sahəsi, ya da hər hansı bir şəxsin fəaliyyəti əsas götürülür. Bu anlayış coğrafi mənada da işlədilə bilər. Son zamanlar baş verən qloballaşdırmanın nəticəsi kimi bir çox müəssisələr və ya şəxslər öz fəaliyyət dairələrini genişləndirərək başqa ərazilərdə də (ölkə) çalışırlar.