Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həsən Şahgəldiyev
Ali-Həsən Abdul Həsən Şahgəldiyev (1908-1961) — Azərbaycan Dövlət Universitetinin (indi BDU) jurnalistika kafedrasının ilk müdiri Arxivləşdirilib 2014-05-23 at the Wayback Machine (1946-1961), jurnalisti, publisist. Bakının Balaxanı kəndində dоğulmuş, kəndində mədrəsə-mоllaxanada dini, Bakıda dünyəvi təhsil almış, Mоskvada Kоmmunist Jurnalistlər İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə gənclik illərində Bakı mətbəələri, nəşriyyatları və redaksiyalarında şagird kimi başlamış, 1929-cu ildən respublikanın rayоn və kəndlərində "Kоmmunist" qəzetinin müxbiri, ədəbi işçi, şöbə müdiri, "Mübariz" qəzetinin redaktоru, "Yeni yоl" qəzetinin məsul redaktоru, Azərbaycan Teleqraf Agentliyinin rəhbəri, Təbrizdə "Vətən yоlunda" qəzetinin təsisçilərindən və redaktоrlarından biri оlmuşdur. Bir neçə il Mоskvada "Pravda" qəzetində əməli təcrübə keçmişdir. Azərbaycan Dövlət Universitetində müstəql jurnalistika şöbəsi və fakülətəsinin yaradıcısı Şahgəldiyevdir. Respublikanın dövri mətbuat оrqanları üçün çоxlu sayda kadr hazırlamışdır. Bir çоx publisistik əsərin müəllifidir.
Leyla Şahgəldiyeva
Leyla Şahgəldiyeva (tam adı: Leyla Mais qızı Şahgəldiyeva) — kimyaçı alim, AMEA-nın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru. == Həyatı == Şahgəldiyeva Leyla Mais qızı 1969-cu ilin 06 may ayının Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. 1975-ci ildə 160 nömrəli məktəbin birinci sinfinə daxil olub, oranı 1985-ci ildə bitirib. Həmin, 1985-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaşılıq fakültəsinə daxil olub, 1991-ci ildə institututu fərglənmə diplomu ilə bitirib. 1991-ci-1995-ci illərdə "Eskado" fimrasında kimyaçi-analitik kimi çalışırdı. 1995 ildə AMEA Aşqarlar Kimyası İnstitutuna "Mühafizəedici aşqarlar" laboratoriyasına kiçik elmi işçi vəzifəsinə daxil olub. 1998 ildə aspiranturaya daxil olub, və 2002 ildə aspiranturanı bitirib. . O, aspiranturanı bitirdikdən sonra mühəndislikdən elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 2011 ildə "Hetaril-sulfamidlərin sintezi və onların xassələrinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək, kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüş və hal-hazırda həmin vəzifədə çalışır. == Elmi fəaliyyəti == 1.
Mais Şahgəldiyev
Mais Əlihəsən oğlu Şahgəldiyev (19 may 1935, Nuxa – 4 mart 1993, Bakı) — kimyaçı alim, professor, AMEA Aşqarlar Kimyası İnstitutunda sabiq elmi katib və laboratoriya müdiri. == Həyatı == Mais ƏliHəsən oglu Şahgəldiyev 1935-ci il mayın 19-da Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. Görkəmli tarixçi və jurnalist, prof. Əli-Həsən Əbdül-Həsən oğlu Şahgəldiyev (1908 – 1961), Böyük Vətən Müharibə illərində Azərbaycan KP MK-nın kənd təsərrüfatı üzrə katibi işləmiş. Sülh dövründə Bakı Dövlət Universitetində jurnalistika kafedrasının təsisçisi və daimi rəhbəri olmuş, həmçinin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunun (Sov. İKP MK yanında Marksizm-Leninizm İnstitutunun filialı) direktoru idi. Ana, Savilova Valentina Alekseyevna(1915 – 1988), jurnalsit. 1953-cü ildə 6 saylı məktəbi bitirmişdir. Həmin ildə Moskva şəhərində Kimyəvi Gorunma Hərbi Akakdemiyasına gəbul olunmuşdur. 1956-cı ildə akademiyada yenidən təşkil olunma ilə əlagədər hərbi gulluğa göndərilmiş və həmin ildə hərbdən tərxas olunmuşdur.
Aslan Şahgəldiyev
Şahvəlli
Şahvəli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Burada yaşayan şahvəlli nəslinin adı ilə bağlıdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Şahvalili Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Yerli əhali arasında Şahvəlli kimi işlənir. Yaşayış məntaqəsi şahvəlili nəslinin məskunlaşması nəticəsində yaranmış və həmin nəslin adı ilə adlandırılmışdır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Şahəli
Şahəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. Rayon mərkəzindən 25 km məsafədə yerləşir. Şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Quruluşca sadədir. Erm. SSR AS RH-nin 10. IV. 1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vahaqni qoyulmuşdur.
Şahəli Həsənov
Şahəli Həsənov Gülmalı oğlu — coğrafiya elmlər doktoru, professor, alim. Şahəli Həsənov 1921-ci ildə Ağsu rayonunun Gəgəli kəndimdə anadan olmuşdur. 1951-ci ildə ADU-nin Geologiya-coğrafiya fakulttəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ş.Həsənov torpaqşünaslıq, torpaq coğrafiyası, torpaq aqroekologiyası və bonitirovkası və təbiətin mühafizəsi sahəsində görkəmli alim, tanınmış mütəxəssisdir. Akademiyanın Coğrafiya İnstitutunda baş laborant işləmiş, 1951-ci ildən 1978-ci ilə qədər isə AMEA Torpaqşünaslıq və Aqrokimya institutunda aspirant, kiçik elmi işçi, baş elmi işçivə labaratoriya müdiri vəzifələrində çalışmışdır. 1978-ci ildə ADPİ Ümumi coğrafiya kafedrasına müdir seçilmiş, 1992-ci ilə kimi bu vəzifədə işləmişdir. 1989-91-ci illərdə coğrafiya fakültəsinin dekanı olmuşdur. Hazırda Ümumi Coğrafiya kafedrasının professorudur. 1972-ci ildə AMEA Coğrafiya İnstitutunun elmi şurasında doktorluq disertasiyası müdafiə edib, coğrafiya elmlər doktoru, alimlik dərəcəsi almışdır. Prof.Ş.Həsənov 1963-65-ci illərdə elmi ekspert və sovet mütəxəsislər qrupunun rəhbəri kimi Birmaya ezam edilmiş, yerli torpaqşünas kadrların hazırlanması məqsədilə Yanqon KTİ-da mühazirələr oxumuşdur.Onun "731-gün Birmada" adlı etno-coğrafi səpgidə yazdığı elmi-kütləvi kitabı da məhz bu səfərin məhsuludur.
Şahəli Şıxıyev
Şahəli şəlaləsi
Şahəli (Şəli və ya Səli) — Azərbaycan Respublikasın Qax rayonunun İlisu kəndi ərazisində kaskad tipli şəlalə. Şahəli və ya Şəli kaskad şəlaləsi Böyük Qafqaz sıra dağlarının cənub yamacında, Parsadan silsiləsində yerləşir. Şəlalə Qax rayonunun İlisu kəndindən 2 km şimalda, Kürmükçayının sağ sahilində, Ərtürgən dağının ətəyindədir. Şəlalə kaskad tipli olub əsas iki hissədən ibarətdir. Birinci şəlalənin hündürlüyü 10-15 metr, ikincinin hündürlüyü isə təxminən 50-60 metrdir. Şəlalənin suyu il boyu bolsuludur. Birinci şəlaləni ziyarət etmək çox asan olsa da, ikinci şəlaləni görmək üçün yetərincə çətin yolla dağa qalxmaq lazımdır. Şəlaləyə gedən yol İlisu kəndinin mərkəzindən Sarıbaş kəndi istiqamətindədir. Yol Kürmükçayının yatağı ilə, sol sahil boyu uzanır.1 km-lik məsafədən sonra yol çayın sağ sahilinə keçir. Şəlaləyə gedən yolda, həm sağ, həm də sol sahildə mineral bulaq mövcuddur.
Qışlaq-i Şahvəli (Kəleybər)
Qışlaq-i Şahvəli (fars. قشلاق شاه ولي‎) və ya Şahvəli Qışlağı - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 217 nəfər yaşayır (41 ailə).
Əhmədov Qədim Şahvəli oğlu
Qədim Əhmədov (30 yanvar 1929, Mirili, İmişli rayonu – 2015) — Azərbaycanın dövlət və siyasi-ictimai xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı. Qədim Əhmədov 1929-cu ildə İmişli rayonunun Mirili kəndində anadan olmuşdur. Əmək faliyyətinə 1947-ci ildə İmişli rayon İcrayyə Komitəsində başlamış, 1948–1951-ci illərdə İmişli rayon Partiya Komitəsində təlimatçı, 1951–1953-cü illərdə İmişli RİK-də şöbə müdirü, 1953–1955-ci illərdə İmişli rayon Komsomol Komitəsinin 1-ci katibi, 1955–1956-cı illərdə İmişli rayon Partiya Komitəsinin Qaradonlu MTS üzrə katibi işləmişdir. Bacarıqli iş fəaliyyətinə görə Bakı Ali Partiya Məktəbinə təhkim edilmiş, 1956–1960-cı illərdə Ali Partiya Məktəbində oxumuişdur. İmişli rayon Partiya Komitəsində 1960-cı ildə təlimatçı, 1961–1965-ci ilin yanvar ayına kimi 2-ci katib vəzifəsində işləmişdir. İkinci Ali təhsili Azərvaycan Xalq Təsərrüfatı İnstitutunda almışdır. 1965-ci ildən 1969-cu ilə kimi Qasım-İsmayılov rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsində işləmişdir. 1969–1981-ci ilə kimi Füzuli rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin dalbadal 4 dəfə (6, 7, 8 və 9-cu çağırış) deputatı seçilmişdır. 1981-ci ildən Azərbaycan Respublikası Melorasiya və Su Təsərrüfatı Nazirliyində Kadrlar üzrə müavin, 2008-ci ilə kimi Kadrlar İdarəsinin rəisi vəzifəsində işləmiş, 2008-ci ildən Fəxri Təqaudə layiq görülmüşdür.
Şahverdi (Əhər)
Şahverdi (fars. شاه وردي‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Şahverdi xan
Şahverdi xan Kəlbəli xan oğlu Ziyadoğlu-Qacar — Gəncənin ikinci xanı (1748-1765). Kəlbəli xanın оğlu Şahverdi xan Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bəylərbəyliyin ordusunda xidmət etmişdi. Şahverdi xan 1747-ci ildən sonra xanlıq uğrunda mübarizəyə başladı. O, Məhəmmədrəhim xana aman vеrməyərək yıxıb yеrinə kеçdi. 1749-cu ildə Pənahəli xan Qarabağ qoşunu ilə Gəncəyə yürüş etdi. Gəncəlilər qala qapılarını qayım qapayıb, savunmağa, müdafiə olunmağa başladılar. Pənahəli xan şəhərə daxil ola bilməyib, bayırda qalan şəhər əhalisindən və Kilsəkənd ermənilərindən çoxlu qənimət əldə etdi. Şahverdi xan Şəki hakimi Hacı Çələbi xandan, Car camatından və Gürcüstan hakimi II İraklidən yardım istədi.
Astragalus sahendi
Şahənd gəvəni (lat. Astragalus sahendi) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə İranın Şahənd dağında təsvir edilmişdir. == Botaniki təsviri == Yerəyatan, sıx budaqlı yarımkoldur. İllik budaqları sarımtıldır. Yarpaq oxu tikanlıdır. Yarpaqları 5-7 cüt, dəyirmi və uzunsov, yarpaqcıqları 8 mm-ə qədər uzunluqdadır. Paxlası 1 sm, uzunsov, biryuvalıdır. May ayında çiçəkləyir, meyvəsi iyunda yetişir. == Ekologiyası == Orta dağ qurşağında, quru və çılpaq yamaclarda bitir.
Tragacantha sahendi
Şahənd gəvəni (lat. Astragalus sahendi) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. İlk dəfə İranın Şahənd dağında təsvir edilmişdir. Yerəyatan, sıx budaqlı yarımkoldur. İllik budaqları sarımtıldır. Yarpaq oxu tikanlıdır. Yarpaqları 5-7 cüt, dəyirmi və uzunsov, yarpaqcıqları 8 mm-ə qədər uzunluqdadır. Paxlası 1 sm, uzunsov, biryuvalıdır. May ayında çiçəkləyir, meyvəsi iyunda yetişir. Orta dağ qurşağında, quru və çılpaq yamaclarda bitir.
Şahəlı Həsənov
Şahəli Həsənov Gülmalı oğlu — coğrafiya elmlər doktoru, professor, alim. Şahəli Həsənov 1921-ci ildə Ağsu rayonunun Gəgəli kəndimdə anadan olmuşdur. 1951-ci ildə ADU-nin Geologiya-coğrafiya fakulttəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ş.Həsənov torpaqşünaslıq, torpaq coğrafiyası, torpaq aqroekologiyası və bonitirovkası və təbiətin mühafizəsi sahəsində görkəmli alim, tanınmış mütəxəssisdir. Akademiyanın Coğrafiya İnstitutunda baş laborant işləmiş, 1951-ci ildən 1978-ci ilə qədər isə AMEA Torpaqşünaslıq və Aqrokimya institutunda aspirant, kiçik elmi işçi, baş elmi işçivə labaratoriya müdiri vəzifələrində çalışmışdır. 1978-ci ildə ADPİ Ümumi coğrafiya kafedrasına müdir seçilmiş, 1992-ci ilə kimi bu vəzifədə işləmişdir. 1989-91-ci illərdə coğrafiya fakültəsinin dekanı olmuşdur. Hazırda Ümumi Coğrafiya kafedrasının professorudur. 1972-ci ildə AMEA Coğrafiya İnstitutunun elmi şurasında doktorluq disertasiyası müdafiə edib, coğrafiya elmlər doktoru, alimlik dərəcəsi almışdır. Prof.Ş.Həsənov 1963-65-ci illərdə elmi ekspert və sovet mütəxəsislər qrupunun rəhbəri kimi Birmaya ezam edilmiş, yerli torpaqşünas kadrların hazırlanması məqsədilə Yanqon KTİ-da mühazirələr oxumuşdur.Onun "731-gün Birmada" adlı etno-coğrafi səpgidə yazdığı elmi-kütləvi kitabı da məhz bu səfərin məhsuludur.
Hacı Şahverdi hamamı
Hacı Şahverdi hamamı — Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən qədim hamam. == Haqqında == Hacı Şahverdi hamamı XIX əsrdə Pirşağı qəsəbəsinin sakini Hacı Şahverdi tərəfindən inşa edilmişdir. Abidə yerli əhali arasında "Qum hamamı" kimi tanınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilmişdir. 2008-ci ilin yayında hamamın mühafizə edilməsi məqsədilə bir sıra bərpa işləri keçirilib.
Şahverdi xan Qaradağlı
Şahverdi xan Qaradağlı (?-1589) — qızılbaş sərkərdəsi, vali. Şahverdi bəy Ənsar xəlifə oğlu Qaradağ vilayətinin Əhər şəhərində dünyaya gəlmişdi. Ərənlər ocağına mənsub idi. Şahdan əvvəlcə sultan, sonra xan ünvanı almışdı. Atası Ənsar xəlifə Qaradağlı Şirvan əyalətinə bəylərbəyi təyin ediləndə onu Qaradağ vilayətinə hakim təyin etdilər. 1583-cü ildən 1589-cu ilədək Qaradağa rəhbərlik etmişdi. Osmanlı ordusu Qızılbaşlar məmləkətinə hücum edəndə Şahverdi xan heç bir dirəniş göstərmədən tabe oldu. I Şah Abbas Qaradağı geri alandan müfəttişlərinə Qaradağ əhvalatını təftiş etməyi tapşırdı. Şahverdi xanın xəyanəti üzə çıxdı. O, 1589-cu ildə öldürüldü.
Şahverdi xan Ziyadxanov
Şahverdi xan Ziyadxanov və ya Şahverdi xan Ziyadxan (3 (15) oktyabr 1869, Yelizavetpol – 8 may 1919, 6 iyun 1919 və ya 9 iyun 1919, Gəncə) — Çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabiti, İsmayıl xan Ziyadxanovun qardaşı. Rus-yapon müharibəsində və Birinci Dünya Müharibəsində iştirak edib. 1905-ci ildə Rus-yapon müharibəsi dövründə üzərində "İgidliyə görə" yazılmış dördüncü dərəcəli Müqəddəs Anna ordeni və üçüncü dərəcəli Müqəddəs Stanislav (qılınclarla və bantla birlikdə) ordeni ilə təltif edilib. Birinci Dünya Müharibəsi dövründə Vəhşi diviziyanın tərkibindəki Tatar süvari alayında komandirin köməkçisi təyin olunub. 1915-ci ildə düşmənə qarşı döyüşdə fərqləndiyinə görə üçüncü dərəcəli Müqəddəs Anna (qılınclarla və bantla birlikdə) ordeni ilə təltif olunub. Azərbaycan Cümhuriyyəti ordusunda Podpolkovnik rütbəsində xidmət edib. Ziyadxanov Şahverdi xan Əbülfət ağa oğlu 3 oktyabr 1869-cu ildə Gəncə şəhərində anadan olub. Atası Əbülfət xan Gəncənin sonuncu xanı Cavad xanın nəticəsidir. Gəncə gimnaziyasını 1-ci dərəcə ilə Yelizavetqrad yunker məktəbini isə 2-ci dərəcə ilə bitirib. Şahverdi xan xidmətə 1890-cı ilin noyabr ayının 29-da 44-cü Nijninovqorod draqun polkunun 3-cü eskadronunda sıravi kimi başlayıb.
Təzəkənd-i Şahverdi (Əhər)
Təzəkənd-i Şahverdi (fars. تازه كندشاهوردي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (32 ailə).
Şahverdi sultan Ziyadoğlu-Qacar
Kamaləddin Şahverdi sultan Ziyadoğlu-Qacar (1508, Gəncə – 1568, Gəncə) — Qarabağın ilk bəylərbəyi. XVI əsrin I yarısında I Təhmasib tərəfindən təyin olunmuş görkəmli siyasi xadim və Qızılbaş sərkərdəsi. “Böyük Sultan, Qacar sülaləsinin və bütün Qarabağ qüdrətinin banisi" Kəmaləddin Şahverdi Sultan Ziyadoğlu Qacardır (1568-ci ildə vəfat etmişdir). Şahverdi bəy Ümmət bəy oğlu I Şah Təhmasib Səfəviyə qulluq etmişdi. Şah ona sultan ünvanı vermişdi. O, Qacar Qızılbaş tayfasının və bu tayfaya daxil olan doğma Ziyadlı oymağının başçısı təyin edilmişdi. Tayfanın əyanlarına və Şahverdi Sultanın özünə Qarabağda otlaqlar və torpaqlar verilmişdi. Məşhur rus tarixçisi İ.P.Petruşevski Şahverdi Sultanı “Böyük” adlandırırdı, çünki o, İranın və Azərbaycanın tarixində silinməz izlər buraxmışdı. Onun birbaşa gələcək nəsli Qarabağ və Çuxursəəd bəylərbəyliklərini, Gəncə, İrəvan və Astrabad xanlıqlarını idarə etmiş və yüz otuz ilə yaxın İran şahı, bir çox vilayət və şəhərlərin hakimləri olmuşdur. Məhəmməd Məsum özünün “Xülasam as-siyar” kitabında yazır ki, bu nəslin başında Xəzər bəy dururdu.
Şahverdi xan Ziyadoğlu-Qacar
Şahverdi xan Kəlbəli xan oğlu Ziyadoğlu-Qacar — Gəncənin ikinci xanı (1748-1765). Kəlbəli xanın оğlu Şahverdi xan Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bəylərbəyliyin ordusunda xidmət etmişdi. Şahverdi xan 1747-ci ildən sonra xanlıq uğrunda mübarizəyə başladı. O, Məhəmmədrəhim xana aman vеrməyərək yıxıb yеrinə kеçdi. 1749-cu ildə Pənahəli xan Qarabağ qoşunu ilə Gəncəyə yürüş etdi. Gəncəlilər qala qapılarını qayım qapayıb, savunmağa, müdafiə olunmağa başladılar. Pənahəli xan şəhərə daxil ola bilməyib, bayırda qalan şəhər əhalisindən və Kilsəkənd ermənilərindən çoxlu qənimət əldə etdi. Şahverdi xan Şəki hakimi Hacı Çələbi xandan, Car camatından və Gürcüstan hakimi II İraklidən yardım istədi.
II Şahverdi xan Ziyadoğlu-Qacar
Şahverdi xan Kəlbəli xan oğlu Ziyadoğlu-Qacar — Gəncənin ikinci xanı (1748-1765). == Həyatı == Kəlbəli xanın оğlu Şahverdi xan Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bəylərbəyliyin ordusunda xidmət etmişdi. Şahverdi xan 1747-ci ildən sonra xanlıq uğrunda mübarizəyə başladı. O, Məhəmmədrəhim xana aman vеrməyərək yıxıb yеrinə kеçdi. 1749-cu ildə Pənahəli xan Qarabağ qoşunu ilə Gəncəyə yürüş etdi. Gəncəlilər qala qapılarını qayım qapayıb, savunmağa, müdafiə olunmağa başladılar. Pənahəli xan şəhərə daxil ola bilməyib, bayırda qalan şəhər əhalisindən və Kilsəkənd ermənilərindən çoxlu qənimət əldə etdi. Şahverdi xan Şəki hakimi Hacı Çələbi xandan, Car camatından və Gürcüstan hakimi II İraklidən yardım istədi.