Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şahmurad İsgəndərov
Şahmurad Əlizadə
Aqil Şahmuradov
Aqil Şahmuradov (3 oktyabr 1965, Quba rayonu) — tarix elmləri namizədi. == Həyatı == Şahmuradov Aqil Şövkət oğlu 1988–1993-cü illərdə T. Q. Şevçenko adına Kiyev Dövlət Universitetində təhsil almış və tarixçi ixtisasına yiyələnmişdir. 1994–1998-ci illərdə BDU-nun aspirantura pilləsində təhsil almış, 2000-ci ildə "XIX əsrin II yarısı – XX əsrin əvvələrində rusların Azərbaycanda sahibkarlıq fəaliyyəti" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Aqil müəllim 1993-cü ildən pedaqoji fəaliyyət göstərir. Bakı Avrasiya Universitetində dakan müavuni, dekan, prorektor vəzifələrində çalışmış, hal-hazırda universitetin Beynəlxalq münasibətlər və regionşünaslıq kafedrasının müdiridir. Respublikada ilk dəfə nəşr olunmuş "Diplomatiya: ensiklopedik lüğət" kitabının müəlliflərindən biri və məsul katibdir. XIX–XX əsr Azərbaycan və Slavyan ölkələri tarixinin müxtəlif aspektlərinə aid bir sıra məqalələrin müəlifidir. Slavyan ölkələri tarixi üzrə təhsilin bakalvr və magistr pillələri üçün fənn proqramları, metodik göstəriş hazırlamışdır. Bununla yanaşı Bakı Avrasiya Unversitetinin təsis etdiyi "Dünyaya baxış" jurnalının məsul katibidir.
Hüseynqulu Şahmuradov
Hüseynqulu Ramazan oğlu Şahmuradov (21 mart 1932, Qubadlı rayonu – 10 iyun 1994, Bakı) — cərrah, daxili xəstəlikər həkimi, Azərbaycan SSR əməkdar həkimi. == Həyatı == Hüseynqulu Şahmuradov 1932-ci il martın 21-də Qubadlı rayonunda dünyaya göz açmışdır. 1949-cu ildə Qubadlıda orta məktəbi əla qiymətlərlə bitirən Hüseynqulu kimya və biologiya fənlərinə xüsusi marağı olduğu üçün Azərbaycan Dövlət Tibb Universitetinə daxil olur. 1955-ci ildə cərrah ixtisası üzrə institutu bitirir. Onun təyinatını Qazaxıstana versələr də, həkim buna qəti etiraz edir ve Qubadlıda qalıb işləmək istədiyini və burda daha gərəkli olduğunu bildirir. Hüseynqulu həkim rayondan xeyli uzaqda Muradxanlı kəndində fəaliyyətə başlayır və burada çalışdığı 2 il ərzində kənd camaatının böyük hörmətini qazanır. Hüseynqulu Şahmuradov 1959-cu ildə ailə həyatı qurur. 1961-ci ildə o, Bakı şəhərində Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasını dəyişib daxili xəstəliklər həkimi ixtisasına yiyələnir. 1993-cü ildə erməni işğalı nəticəsində Qubadlı rayonundan ayrı düşən həkim, elə həmin il oğlunu itirir. Bu dərdlərə dözə bilməyən həkim 1994-cü il iyunun 10-da ürək xəstəliyindən Bakı şəhərində vəfat edir.
Natiq Şahmuradov
Rəvan Şahmuradov
İlham Şahmuradov
İlham Şahmuradov (1 yanvar 1958, Qubadlı) — Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasının professoru, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Biologiya, Ekologiya və Torpaqşünaslıq fakültələrində Bioinformatika üzrə kursların rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İlham Şahmuradov 1958-ci il 1 yanvarda Qubadlı rayonunda anadan olmuşdur.1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra 1979–1981-ci illərdə Azərbaycan EA Bioloji Tədqiqatlar Elmi Mərkəzində işləmiş, daha sonra isə SSRİ EA Sibir bölməsinin Sitologiya və Genetika İnstitutunda təcrübə keçmiş (1981–1982) və məqsədli aspirantura (1982–1985) təhsilini davam etdirmiş, 1987-ci ildə "Genetika" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Ailəlidir, 2 övladı var. 1. Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin Baş katibi 2. YUNESKO-nun "Bioetika, Elm və Texnologiyaların Etikası" Azərbaycan Milli Komitəsinin üzvü. 1. Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasının professoru (0.5 ş.v.); 2. Bakı Dövlət Universitetinin Biologiya, Ekologiya və Torpaqşünaslıq fakültələrində Bioinformatika üzrə kursların rəhbəri 1. 1980-ci illərdə müqayisəli kompleks kompüter analizi yolu ilə insan, heyvan və bitki mənşəli təkrarlanan DNT ardıcıllıqlarının bir səra quruluş və təkamül xüssusiyyətləri aşkar edilmiş və bu nəticələr əsasında belə bir fərziyyə irəli sürülmüşdür ki, eukariot genomlarının böyük hissəsini təşkil edən təkrarlanan DNT ardıcıllıqları qonşuluqda yerləşən genlərin və genom nahiyyələrinin transkripsiyasının tənzimlənməsində iştirak edə bilərlər; bu fərziyyənin doğruluğu sonralar çoxsaylı təcrübi faktlarla təsdiq olunmuşdur.
Şahmuradlı (Əhər)
Şahmuradlı (fars. شاه مرادلو‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (10 ailə).
Rövşən Şahmuradov
Rövşən Şahmuradov (11 may 1999) — Azərbaycan Premyer Liqasında "Şamaxı"nın yarımmüdafiəçisi kimi çıxış edən azərbaycanlı futbolçu. == Klub karyerası == 2 oktyabr 2022-ci ildə Şahmuradov Azərbaycan Premyer Liqasında "Sabah"la "Şamaxı" oyununda debüt etdi.
Şahmuraz Hümbətzadə
Şahmuraz Qasımov
Şahmuraz Qasımov (1971 və ya 8 aprel 1971, Kirovabad) — azərbaycanlı samboçu. Avropa (1996) və dünya (1997) çempionu. 1971-ci ilin aprel ayının 8-də Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub. Beynəlxalq dərəcəli idman ustasıdır. Avropa (1996) və dünya (1997) çempionudur. O, Avropa çempionatı yarışlarında 1992, 1993, 1995-ci illərdə III, 1997-1999-cu illərdə II yerə, dünya çempionatlarında isə 1992-1993-cü illərdə III, 1994-1995-ci illərdə II, 1996-cı ildə isə III yerə çıxmışdır.
Şahmaran
Şahmaran — Anadolu, Azərbaycan, Türkmən, Özbək, Uyğur, Qazax, Qırğız, Tatar ve Başqurd nağıllarında və ya hekayələrində rast gəlinən yarı-insan, yarı-ilan formalı varlıqdır. Belindən aşağısı ilan, yuxarısı isə insan olan və "Maran" adı verilən, fövqəltəbii varlıqların başındakı heç qocalmayan, ölüncə ruhunun qızına keçdiyinə inanılan canlıdır. Farsca ilanların şahı mənasını verən "şah-ı maran"dan gəlir. Şahmaran uzun gövdəli ilan quyruqludur. Ancaq, Şahmaranla bağlı bütün əfsanələrdə qadındır. Ərbükə, türk xalq inancında yarı insan, yarı ilan olan varlıqdır. Ərbökə də deyilir. Bu varlıqların başında İlan Ana və ya İlan Ata tapılar. Dişi olanları üçün "İşbükə" istifadə olunur. Bunlara Maran da deyilər.
Vəli Şahmurov
Vəli Şahmurov — azərbaycanlı professor. Vəli Şahmurov – 1979-cu ildə elmlər namizədi alimlik dərəcəsi almış, 1987-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Fizika-riyaziyyat elmləri doktoru Vəli Şahmurov 1978-1990-cı illərdə Bakı Dövlət Universitetində professor, 1991-1993-cü illərdə Azərbaycan Təhsil Nazirliyində elm və təhsil idarəsinin rəisi vəzifəsində işləmişdir. 1997-2007-ci illərdə İstanbul Universitetinin mühəndislik fakültəsinin müəllimi olub. 2007-ci ildən isə qardaş ölkənin Okan Universitetində çalışmaqdadır. 100-dən çox monoqrafiyanın və 10 elmi layihənin rəhbəri olan azərbaycanlı professorun 4 kitabı var. Professor, həmçinin ABŞ-da dərc olunan "Boundary Value Problems" jurnalının redaktorudur.
Xanmurad Abdullayev
Xanmurad Xanbala oğlu Abdullayev — texnika üzrə fəlsəfə doktoru, AMEA İdarəetmə Sistemləri İnstitutunda. Xanmurad Xanbala oğlu Abdullayev 9 mart 1959-cu ildə Hacıqaib, Quba rayonunun anadan olmuşdur. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: - Xaricdə çıxmış elmi əsərlərinin sayı: 12 Respublikada çıxmış elmi əsərlərinin sayı: 10 Konfrans məruzələri və tezislər sayı: 6 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: yoxdur Proqramın idarəetmə qrafı üzərində seçilmiş yolların testləşdirilməsi üçün test nümunlərinin generasiyası üzrə effektiv alqoritmlər hazırlamışdır. Proqramların testdən keçirilməsi məqsədilə testlərin generasiyası üçün hazırlanmış məqsədyönlü metod Qeyri xətti sistem tənliklərin və bərabərsizliklərin həlli üçün evristik alqoritmlərin hazırlanması Proqramın idarəetmə qrafı üzərindəki yolların simvollar üzərində yerinə yetirilməsinin denatasion və operasion semantikalarının yaradılması Testləşdirmə sisteminin idarə olunması üçün dilin yaradılması "Метод автоматизированной генерации тестовых данных", Рига, Тез. докл. Всесоюзной Конференции "Тестирование, верификация и отладка", Том 1, 1986. "Отладка программ путем их целенаправленного тестирования и верификации", Киев, "Проблемы разработки и внедрения программного обеспечения ЭВМ и систем", Киев: ИК АН УССР, 1988. "Применение символьного выполнения для обеспечения структурной корректности программ"? Киев, Тез. докл.
Şahmiras (Bostanabad)
Şahmiras (fars. شاه ميرس‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (15 ailə).
Xanmurad bəy Qaraçorlu
Qaraçorlu Xanmurad bəy Xıdır bəy oğlu (1800-?) — Qarabağ bəyi, Sultan bəyin babası. Xanmurad bəy Xıdır bəy oğlu 1800-cü ildə Qaraçorlu mahalının Hacısamlı bölgəsinin Kürdhacı (Qasımuşağı) obasında doğulmuşdu. Molla yanında oxumuşdu. Ata mülkünü idarə etməklə güzəran keçirirdi. Xanmurad camaat arasında sadəcə Murad adı ilə çağrılarmış. Murad zirək, çalışqan və əməksevər bir gənc imiş. Xırda alverlə məşğul olar, at və qatır saxlayarmış. Yaxşı atı və qatrı tanımaqda Murad mahir imiş. Ona görə də camaat arasında qatırçı Murad kimi tanınırmış. Xanmurad Hətəmlər kəndindən Şahverdinin bacısı Ağapəri ilə evlənir.
Samuray
Samuray (yapon. 侍, yapon dilində "buşi" (武士) sözü də işlənir) — feodal Yaponiyasında — onna-buqeyşa istisna olmaqla, iri suveren şahzadələrdən (daimyo) kiçik zadəganlara qədər dünyəvi kişi feodalları; dar və ən çox işlədilən mənada — xırda zadəganların hərbi-feodal sinfi. "Samuray" və "buşi" sözləri mənaca çox yaxın olsa da, "bu" (döyüşçü) hələ də daha geniş anlayışdır və həmişə samuraylara aid edilmir. Çox vaxt samuraylar və Avropa orta əsr cəngavərliyi arasında bir bənzətmə aparılır, lakin belə bir müqayisə əsasən düzgün deyil. "Samuray" sözünün özü "xidmət et" felinin köhnə qeyri-müəyyən formasından gəlir (yap. 侍 ふ saburau)[1]; yəni samuray xidmət adamıdır. Samuraylar təkcə döyüşçü cəngavərlər deyil. Onlar həm daimyolarının və ya ağalarının cangüdənləri, həm də gündəlik həyatda onun xidmətçiləri idilər. Samurayların əsas silahı iki yapon qılıncı — daisho idi. XIV–XIX əsrlərdə bunlar katana və vakizaşi idi.
Samurai Champloo
Samurai Champloo (yap. サムライチャンプル, azərb. Samuray Çamplu‎) — Şiniciro Vatanabe tərəfindən yaradılmış yapon anime serialı. Samurai Champloo — Internet Movie Database saytında.
Samurai Jack
Samuray Cek (ing. Samurai Jack) — ABŞ cizgi serialı. Samuray Cek hekayəsi, Feodal Yaponiyada Cek (Fil LaMarr səsləndirir) adlı bir gənc şahzadənin atasının imperiyası cild dəyişən cin Aku (Mako İvamatsu) tərəfindən məhv edilməsindən bəhs edir. Samuray Cek — Internet Movie Database saytında.
Samuray Cek
Samuray Cek (ing. Samurai Jack) — ABŞ cizgi serialı. Samuray Cek hekayəsi, Feodal Yaponiyada Cek (Fil LaMarr səsləndirir) adlı bir gənc şahzadənin atasının imperiyası cild dəyişən cin Aku (Mako İvamatsu) tərəfindən məhv edilməsindən bəhs edir. Samuray Cek — Internet Movie Database saytında.
Samuray Çamplu
Samurai Champloo (yap. サムライチャンプル, azərb. Samuray Çamplu‎) — Şiniciro Vatanabe tərəfindən yaradılmış yapon anime serialı. Samurai Champloo — Internet Movie Database saytında.
Sonuncu samuray
Sonuncu samuray (ing. The Last Samurai) — rejissor Edvard Zvikin 2003-cü ildə çəkdiyi dram filmi. Film 4 nominasiyada "Oskar" mükafatına namizəd göstərilmiş, 15 mükafata layiq görülmüşdür. 1876-cı ildə Amerika ordusunun kapitanı Natan Alqren Yaponiya imperatorunun dəvəti ilə ölkənin ilk müasir ordusuna təlim keçmək üçün Tokioya gəlir. Yapon ordusuna komandanlıq edən Alqren döyüşdə samuraylara əsir düşür. Samurayların son lideri Katsumoto (Ken Vatanabe) yeni düşmənlərinin kim olduğunu və nə olduğunu anlamaq üçün onun öldürülməsinə icazə vermir və onu yaşadıqları samuray kəndinə aparır. Alqren samuray mədəniyyəti ilə tanış olur və çox təsirlənir. Bir samuray döyüşçüsü kimi hərəkət etməyi, qılınc istifadə etməyi öyrənəndə böyük bir qərarın həddinə gəlir. İki tərəf arasında qalmışdır və şərəfinin doğru yolu göstərməsini gözləyir.
Yeddi samuray
"Yeddi samuray" (yap. 七人の侍) — rejissor Akira Kurosavanın fəlsəfi-dram filmi. Yaponiya, XVI əsrin ikinci yarısı. Bir kəndin sakinləri xəbər tuturlar ki, onların kəndinə köçəri tayfa hücum etmək və arpa ehtiyatlarını götürmək istəyirlər. Onlar 3 kəndlini kəndi qorumaq üçün yalnız yeməyə razı olan samuray tapmağa şəhərə göndərirlər. Çünki kəndlilərin onların haqqını başqa cür ödəməyə imkanıları yox idi. Elçilər təcrübəli döyüşçü Kambey Simadanın oğrunu necə cəzalandırdığının şahidi olurlar. Kəndlilər bu iş haqqında ona danışırlar və Kambey onlara kömək etməyə razılaşır. Tezliklə Kambey özünə roninlərdən çox da böyük olmayan dəstə düzəldir. Onların arasında eləcə də Kambeyin şagirdi olmaq istəyən gənc samuray Kasusiro Okamoto və özünü samuray kimi qələmə verən, əslində isə sadəcə avara olan Kikutiyo də var.
Kəndli samuray
Qoşi (郷士) – Tokuqava dövründə aşağı rütbəli və kəndli samuraylara verilən titul. Qoşi titulu bəzən kənd başçılarına da verilirdi. Qoşilər Tosa və Satsuma hanlarının sosial həyatında vacib yer tutmuşdurlar. Sakomoto Ryoma kimi qoşilər Meyci islahatı zamanı Tokuqava şoqunluğuna qarşı gələrək imperatoru dəstəkləmişdirlər. == Tarixi == Qoşi titulunun yaranma səbəbləri müxtəlifdir. Bəzi samuraylar öz torpaqlarında qalaraq döyüşçü və əkinçi sinifləri arasındakı sosial yeri tutmuşdurlar. XVI əsrin sonlarında Toyotomi Hideyoşi kimi kimi hökmdarlar və daymyolar samurayları torpaqlarından uzaqlaşdırıb qəsrlərə çəkməyə çalışsalar da, qoşilər bu sistemin istisnaları idilər. Bəziləri gördükləri meliorasiya işlərinə görə bu statusa layiq görülmüşdülər. Varlı kəndlilər və tacirlər isə qoşi titulunu pulla alırdılar. 1872-ci ildə Böyük Dövlət Şurası qoşilərin çoxunu şizoku (keçmiş samuray) kimi təsnif etmişdir və nəticədə, Edo dövründəki qeyri-üstünlükləri yox olmuşdurlar.
Sonuncu Samuray (film, 2003)
Sonuncu samuray (ing. The Last Samurai) — rejissor Edvard Zvikin 2003-cü ildə çəkdiyi dram filmi. Film 4 nominasiyada "Oskar" mükafatına namizəd göstərilmiş, 15 mükafata layiq görülmüşdür. 1876-cı ildə Amerika ordusunun kapitanı Natan Alqren Yaponiya imperatorunun dəvəti ilə ölkənin ilk müasir ordusuna təlim keçmək üçün Tokioya gəlir. Yapon ordusuna komandanlıq edən Alqren döyüşdə samuraylara əsir düşür. Samurayların son lideri Katsumoto (Ken Vatanabe) yeni düşmənlərinin kim olduğunu və nə olduğunu anlamaq üçün onun öldürülməsinə icazə vermir və onu yaşadıqları samuray kəndinə aparır. Alqren samuray mədəniyyəti ilə tanış olur və çox təsirlənir. Bir samuray döyüşçüsü kimi hərəkət etməyi, qılınc istifadə etməyi öyrənəndə böyük bir qərarın həddinə gəlir. İki tərəf arasında qalmışdır və şərəfinin doğru yolu göstərməsini gözləyir.