Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şiniçi Morişita
Şiniçi Morişita (d. 28 dekabr 1960) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 28 oyun keçirib.
Şiniçi Moçizuki
Şiniçi Moçizuki (望月 新, 29 mart 1969-cu il, Tokio, Yaponiya) — Yaponiya riyaziyyatçısı. Saylar nəzəriyyəsi, cəbr həndəsəsi, Hoca nəzəriyyəsi sahələri ilə məşğul olur. Eksteredə Fillips Akademiyasını bitirib. 16 yaşında Priston Universitetinə qəbul olunub, 22 yaşında fəlsəfə doktoru elmi adını alıb. 1992-ci ildə Kioto Universitetinə işə qəbul olunur və 2002-ci ildə professor vəızifəsinə seçilir. Shinichi Mochizuki. Foundations of p-adic Teichmüller theory. http://books.google.com/books?id=JnMWs5BLTiEC Shinichi Mochizuki. Proceedings of the International Congress of Mathematicians, Vol. II (Berlin, 1998).
Şirəçi
Şirəçi — İğdır ilinin Qaraqoyunlu ilçəsində kənd. 1886-cı ilə olan məlumata əsasən, Rusiya İmperiyasının Qars vilayətinin Daşburun şöbəsinin Daşburun kənd cəmiyyətinin Şirəçi kəndində 219 nəfər əhali yaşayırdı, onların hamısını etnik tatarlar (azərbaycanlılar) təşkil edirdi.
Kür şirbiti
Kür şirbiti (lat. Barbus lacerta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. Nisbətən kiçik pulcuqları ilə fərqlənir. Bel üzgəcində 8(7), anal üzgəcində 5 şüa var. Udlaq dişləri 2.3.5-5.3.2. Yan xətt pulcuqlarının sayı 55-72-dir. Yan xətdən yuxarı 9-13, aşağı 6-10-dur. Bədəni uzunsovdur, 2 cüt bığcığı var. Uzunluğu 40 sm-dir. Çəkisi 460 q-dır.
Nurlan Şirinli
Nurlan Qədir oğlu Şirinli (16 oktyabr 1996; Sarov, Tərtər rayonu, Azərbaycan — 7 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Nurlan Şirinli 16 oktyabr 1996-cı ildə Tərtər rayonunun Sarov kəndində anadan olmuşdur. 2002–2013-cü illərdə orta təhsil almışdır. Nurlan Şirinli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Nurlan Şirinli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində mexanik sürücü olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nurlan Şirinli 7 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Terek şirbiti
Terek şirbiti (lat. Barbus ciscaucasicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. Orta saylıdır. Xarici görünüşcə Kür şirbitinə oxşayır, lakin ondan gözlərinin kiçik və pulcuqlarının xırda olması ilə fərqlənir. Alnının eni azdır, bədəninin quyruq hissəsi nisbətən uzundur. Bədənin uzunluğu 26.0 sm-ə, kütləsi 270 q-a qədər olur. Suyu sürətlə axan və dibi daşlı olan çaylarda yaşayır. Ömrün uzunluğu orta hesabla 4-5 il olub, cinsi yetkinliyə 1-2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.
Varniçi burnu
Varniçi burnu (rus. Варничный) — Barens dənizinə daxil olan Kola körfəzinin şərqində yerləşən burun. Murmansk şəhərinin mərkəzi hissəsində yerləşir. Burunda 1575-ci ildə Yakov və Qriqori Stroqanovlar dəniz suyundan duz hasil edən müəssisəni işə salırlar. 1579-cu ildə duz sexi Peçenqski monastrına verilir. XVII əsrdə isə sex fəaliyyətini dayandırmışdır. 1916-cı ildə hərbi gəmilərin bura yan alması üçün priçallar mövcud idi. Burada emalatxanalar vardı. 1934-cü ildə həmin müsissələr Murmansk balıqçılıq limanına çevrilmişdir. Burunun cənub hissəsindən körfəzə Varniçi axarı tökülür (kollektrlaşdırılmış).
Xəzər şirbiti
Xəzər şirbiti (lat. Luciobarbus brachycephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. Dənizin cənub və qərb hissələrində yayılmışdır və adətən sahilə yaxın 13-24 m dərinliklərdə yaşayır. Keçici balıqdır, çoxalmaq üçün Kür, Səfidrud, Lənkəran, Qorqan, həmçinin Terek çaylarına girir. Xəzər şirbitinin kürü vermək üçün çaya girməsi ildə 2 dəfə yaz və yay-payız aylarında müşahidə olunur. Kütləvi çaya girmə yazda (martda) suda temperatur 6,7-11°C olduqda başlayır və aprelin sonunadək davam edir. Yay mövsümündə isə suyun temperaturu 25,2 - 27,2°C olduqda baş verir. Küləkli havalar, xüsusən dənizdən əsən küləklər, balıqların çaya girməsini sürətləndirir. Xəzər şirbiti iri balıqdır, ovlanmış balıqlar içərisində 10-15 kq ağırlığında fərdlərə rast gəlmək olur, lakin kütləsi 2-6 kq olanlar çoxluq təşkil edir. Xəzər şirbiti ləng böyüyən və gec cinsi yetişkənliyə çatan balıqdır: dişilər 7-9 yaşında, erkəklər isə dişilərdən 1-2 il tez cinsi yetişkənliyə çatır.
Vüqar Şirinli
Vüqar Tofiq oğlu Şirinli (14 sentyabr 1992) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. Vüqar Şirinli 1992-ci il sentyabrın 14-də anadan olub. Vüqar Şirinli 2016-cı ildə Kazan şəhərində (Rusiya) baş tutan Avropa Çempionatında mübarizə apardı və bürünc medala sahib oldu. 2018-ci ildə gözündə olan problemlərə görə Vüqar Şirinli para-cüdo üzrə turnirlərdə mübarizə aparmağa başladı. Vüqar Şirinli 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu. Komanda turnirində də o, bürünc medalın sahibi oldu. 2019-cu ilin may ayında Qran-Pridə qalibi olan Vüqar Şirinli, 2021-ci ilin may ayında həmin turnirin bürünc medalına sahib oldu və il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı. 2021-ci ilin avqust ayında Vüqar Şirinli Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Vüqar Şirinli Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində Türkiyə nümayəndəsi Rəcəb Çiftçi ilə üz-üzə gəldi.
Şinkiçi Kikuçi
Şinkiçi Kikuçi (d. 12 aprel 1967) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Şuniçi Kumay
Şuniçi Kumay — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Kiniçi Aray
Kiniçi Aray (荒井欣一, Aray Kiniçi, 6 iyul 1923, Tokio – 18 aprel 2002) – Yaponiya ufoloqu. O, Yaponiyada UNO araşdırmalarının qabaqcılı olmuşdur. Yaponiya Uçan Boşqab Tədqiqat Assosiasiyasının qurucusudur. Aray 1923-cü ildə Tokioda doğulmuşdur. İkinci Dünya müharibəsi illərində Yaponiya Hava Qüvvələrində radarla işləmişdir. Havanın vəziyyəti, astronomiya müşahidələri və hava qurğularına böyük marağı olmuşdur. Müharibədən sonra Maliyyə Nazirliyində işləmiş, daha sonra Tokionun Şinaqava bölgəsində kitab evi açaraq maraq dairəsinə aid kitablar oxumağa başlamışdır. Bu zaman 1954-cü ildə Corc Adamski tərəfindən nəşr olunmuş "Uçan boşqablar endi" kitabının yaponca tərcüməsi ilə tanış olmuşdur. Adamski kitabında uçan boşqabın göyərtəsinə qalxdığını və Veneradan olan yadplanetlilərlə söhbət etdiyini iddia edirdi. Aray dərhal UNO-larla maraqlanmağa başlamışdır.
Taxta şirni
Taxta şirni — Karameləoxşar Azərbaycan şirniyyatı. Tərkibinə şəkər tozu, limon turşusu daxildir, ətirləndirici kimi gülab, qızılgül yağından, üyüdülmüş fındıqdan, vanilindən və keşniş toxumundan, müstəlif yeyinti boyalarından istifadə olunur. Taxta şirni rafinad qənd kimi yalnız dişləmə çay içmək üçün bişirilirdi. Keçmiş dövrlərdə taxta şirni ən çox kəndlərdə, kasıb əhali arasında geniş yayılmışdır. Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Qırıcı
Qırıcı — hərbi təyyarədir, əsasən hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Yüksək manevrli sürətlidir. Hava hədəflərini vurmaqla yanaşı, həm də bombardmançıları və mülki aviasiyanı müşayiət etmək, yerdəki obyektləri düşmənin aviasiyasından qorumaq və nadir hallarda yerdəki və sudakı obyektləri vurmaq üçün nəzərdə tutulub. Qırıcılar müdafiə silah növünə aid olunur. Amma müasir dövrümüzdə qırıcı təyyarələr müasirləşdikcə onların rolu konflikt zonalarında artır və bu çərçivədən çıxır. Onlar həm qırıcı, həm də bombardman təyyarələrinin xüsusiyyətlərini özlərində cəmləşdirir. Bəzi fərziyyələrə görə qırıcılar gələcəkdə pilotsuz təyyarələr ilə əvəz oluna bilər. Artıq belə təyyarələr yerdəki obyektləri vurmaqda uğurla istifadə olunur. Bu insan itkisinin sayını azalda, təyyarələri daha yüngül və ucuz edə bilər. Сəbhə qırıcısı - düşmənin aviasiyasını manevrli hava döyüşündə sıradan çıxardıb, havada üstünlüyü ələ keçirtmək üçün nəzərdə tutulub.
Sərnic
Sərnic – qədim mis qаb оlub, hər iki tərəfdən qulpu оlаrdı. Sərnicdən dаhа çох mаldаn südü sаğmаq üçün bir qаb kimi istifаdə оlunurdu. Sərnic tаm mənаsı ilə sənətkаrlıq nümunəsi оlub, özünün zərif nахışlаrı və üstündəki yаzılаrı ilə şöhrət qаzаnmışdı. Sərnic misgərlik məhsulu idi və vеdrə mеydаnа çıхdıqdаn sоnrа məişətdəki rоlunu itirmişdir.
Kamal paşa şirini
Kamal paşa şirini,Gülab jamun (Hind dili:गुलाब जामुन )(Urdu dili: گلاب جامن)(Türk dili: Kemal Paşa Tatlısı), Bursanın Mustafakamalpaşa məhəlləsində idtehsal olunan və köhnə adı Kirmastı olan Mustafa kamal paşa mahalına aid bir şirniyyat növüdür. Hələ də on beş müəssisədə gündə 1 milyon ədəd çatan istehsal miqdarlarına çatmaqdadır. Ramazan aylarında istehlak artmaqdadır. 25 (Böyük boy) və 50 (Kiçik boy) ədədlik paketlərdə satılmaqdadır. Əsli Mustafa Kamal paşa pendir şirini olan və məşhur adıyla Kamal paşa şirini olaraq bilinən şirin mahalda gündəlik çıxarılar və təzə olaraq satılır. Mahal xaricində isə rəf ömürünün qısalığı səbəbiylə pendir nisbəti aşağı və qurudulmuş şirniyyat satışı edilməkdədir. Süd, nəhəng qazanlarda pasterizə edilməkdə və pendirə çevrilməkdədir. Təxminən 1 ton süddən, 160 kq. şirniyyat pendiri əldə edilməkdədir. Qazanlarda bu pendir , un , manna yarması və yumurta ilə xəmir halına gətirilərək, Kamal paşa şirniyyatı şəklində kəsilməkdə və 320 dərəcəlik sobalarda, 17 dəqiqə bişirilməkdədir.
Şinci
Şinci — ad.
Darvin zirinci
Darvin zirinci (lat. Berberis darwinii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Gürcü zirinci
Gürcü zirinci (lat. Berberis iberica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Avropada, Qafqazda dəniz səviyyəsindən 750–2000 m hündürlükdə qayalarda bitir. Azca tilli, qonur-qırmızı və ya qonurumtul-çəhrayı budaqlı, hündürlüyü 2–3 m-ə qədər olan koldur. Qopartikanlılarının uzunluğu 4 sm-ə qədərdir, aşağıda yerləşənlər möhkəmdir, adətən üçhaçalı, yuxarıdakılar isə sadədir. Yarpaqları dərivari, saplağa tərəf daralan, tərs yumurtavari, tamkənarlı, hər iki tərəfdən tor damarlıdır, boyca yarpaqlara bərabər və ya əksər hallarda onlardan uzundur. Aprel-may aylarında çiçəkləyir. Giləmeyvələri avqust-sentyabr aylarında yetişir, al-qırmızıdır, uzunluğu 1 sm-ə qədər, uzunsov silindrvaridir. Quraqlığadavamlı bitkidir. Şoranlı-yovşanlı yarımsəhra rayonların çaykənarı meşəliklərində yayılmışdır.
Hoker zirinci
Hoker zirinci (lat. Berberis hookeri) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Himalay dağlarında, Sikkimdə, Butanda yayılmışdır. Möhkəm budaqlı, çoxsaylı zoğları, enli, şaxələnmiş çətiri olan, iynəli, həmişəyaşıl koldur. Yaşlı bitkilərdə yan zoğları aşağıya sallanır. Hündürlüyü 1-1,5 m-dir. Qabığı sarı və ya boz-sarı, möhkəm iynələri 3 sm-dir. Yarpaq yerləşməsi növbəli, yarpaqları 2-3 ədəd, sadə, iri, ellipsvariyədək dəyişir, yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır, alt tərəfi mavidir, kənarları xırda dişlidir, uzunluğu 4-8,5 sm, eni 1-2,5 sm-dir. Çiçəkləri sarı, çoxsaylı, xoş qoxulu, salxımvari çiçək qruplarında toplaşmışdır. May-iyun aylarında çiçəkləyir.
Kanada zirinci
Kanada zirinci (lat. Berberis canadensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Şimali Amerikanın şərqində çayların sahillərində, hündür qayalarda və yamaclarda bitir. Hündürlüyü 2–3 m-ə qədər olan az budaqlı koldur. Cavan budaqları sarımtıldır, yaşlandıqca bozumtul rəng alır. Qoca zoğları qırışlı qabıqla örtülmüşdür. Vegetasiyası aprelin axırlarından oktyabrın axırlarına qədər davam edir. Çiçəkləməsi mayın axırından iyulun əvvəlinə qədərdir. Hər il bol meyvə verir. Sentyabrın axırlarında yetişir.
Koreya zirinci
Koreya zirinci (lat. Berberis koreana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Koreyada geniş əraziləri əhatə edir. Boyu 1,5 m olan koldur. Budaqları düz, tünd-qonur, qısa, tək iynəlidir. Cavan budaqları yaşıldır. Çətiri tikanlıdır. Yarpaqları iri, çox möhkəm, yarımdərili, yumurtaşəkilli, kənarları xırda dişli, uzunluğu 7 sm-ə qədər, bir az qırışlı, tünd-yaşıl rənglidir. Payızda qırmızı rəngdə olurlar. İyunun əvvəlində sarı rəngli çiçəklər açır.
Onlayn yırtıcı
Onlayn yırtıcı (ing. Online predator) — İnternet üzərindən uşaqların cinsi istismarıyla məşğul olan insan.
Puare zirinci
Puare zirinci (lat. Berberis poiretii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Pul zirinci
Sikkəvari zirinc (lat. Berberis nummularia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Təbiətdə növün arealı Orta Asiyanı (Tyan-Şan,Pamir-Alay), Özbəkistanı və İranı əhatə edir. Yaqnoba çayından təsvir edilmişdir. Hündürlüyü 4 m-dək, çox budaqlıdır, budaqları qonur və ya al qırmızıdır, cavanlıqda göyümtül olub, iynələri üç yerə bölünmüş və ya sadədir. Çətiri enli, şaxələnmiş, əyilmiş budaqlıdır. Qabığı cavanlıqda göyümtül, sonradan qonurdur. Yarpaqları dərili, təxminən yumru, uzunluğu 3-4 sm-dək, eni 3 sm-dək, kənarları bütöv və ya yuxarı hissəsi bir az dişli, ucunda iynəli, bünövrəsi pazşəkilli-daralmışdır. İynələri sadə və ya üçhissəlidir. Payızda al-qırmızı-narıncıdır.
Qaqnepena zirinci
Qaqnepena zirinci (lat. Berberis gagnepainii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Çində və Qərbi Xibeydə yayılmışdır. Hündürlüyü 2 m olan həmişəyaşıl, düz böyüyən və ya sallaq koldur. Gövdəsi slindrik, sarımtıl, bir az ziyillidir, zoğlarının uzunluğu 2 sm-dir, iynələri üçhissəlidir. Sadə, iri, parlaq yarpaqları dalğalı, tutqun-yaşıl, ensiz-lansetvari, tərs yumurtavari formalı, kənarları xırda dişlidir, uzunluğu 10 sm-ə çatır. Çiçəklərin diametri 1 sm-dək olub, açıq-sarı, xoş qoxulu, salxımşəkilli, çiçək qruplarında dəstələrdə 3-7 ədəd yığılmışdır. Maydan iyunadək qızılı-sarı rəng alır. Meyvələri yumurtavari formalı, göy-qara, göyümtül çalarlı olub, uzunluğu 1 sm-ə qədərdir, payızın əvvəllərində yetişir. Günəşə, kölgəyə və atmosferin sənaye çirklənməsinə davamlı olan növdür.
Su şırnağı
Su şırnağı — axın sürəti yüksək olan su fışqırdan cihazdır. Adətən su şırnaqları yüksək həcmli su çıxarır. Bu cihaz yanğınsöndürənlərin işində, böyük nəqliyyat vasitələrinin yuyulmasında və etiraz aksiyalarında aksiya iştirakçılarının dağıdılmasında istifadə edilir.
Sırtçiçi xalçaları
Sırt çiçi — Quba-Şirvan xalçaçılıq məktəbinin Quba qrupuna aid olan Azərbaycan xalçaları. Bu xalça Dərəçiçi kəndinə məxsusdur. Xalça ustadları və mütəxəssisləri arasında bu xalça həm də "Çiçi" adı ilə məşhurdur. Nabur, Şamaxı, Alçiman, Şirvan kimi məntəqələrdə istehsal olunan xalçalar yerli dəyişikliklərə məruz qalaraq "Şirvan-çiçi" adı ilə tanınmağa başlayıblar. Orta sahə kompozisiyası əsasən "Sırt-çiçi" elementləriylə doldurulub. Xalçanın eni və uzunu boyu təkrarlanan bu elementlər cərgələr əmələ gətirir. Köbə xətti "jaqa", "mədaxil", "zəncirə" kimi müxtəlif enə malik zolaqlardan ibarətir. Onlar Quba rayonunun xalçaçılıq mərkəzlərində istehsal olunsa da, ilk dəfə Sırt Çıçı kəndində istehsal olunub. Bəzi ekspertlər bunu sadəcə olaraq "Çiçi" adlandırırlar. Tünd göy fonlu belə xalçaların ara sahəsinin kompozisiyası "Xırdagül çiçi" xalçalarının ara sahəsinin kompozisiyasına bənzəsə də, fərqlər də mövcuddur.
Tunberq zirinci
Tunberq zirinci (lat. Berberis thunbergii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Yaponiyada yayılmışdır. Hündürlüyü 1 m olan alçaqboylu koldur. Sıx enli çətirə malikdir. Qabığı tünd-qəhvəyi rənglidir, budaqları uzun, nazik və kiçik tikanlarla örtülü olur. Zoğları horizontal, sıx budaqlanan, cavanlıqda qövsvari əyilmiş, sarımtıl, al-qırmızı, sonradan qonur rəngli olurlar. Tikanlarının uzunluğu 1 sm, nazik və elastikdir. Yarpaqlarının uzunluğu 1-3 sm, gözəl, yumurtaşəkilli və ya uzunsov, bünövrəsində daralan və qısa saplağa keçən, üstdən parıltılı yaşıl və alt tərəfdən göyümtüldür. Payızda yarpaqları al-qırmızı çalarlı olur, oktyabrda tökülür.
Vilson zirinci
Vilson zirinci (lat. Berberis wilsoniae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Təbii halda Qərbi Çində, Estoniyada, Ukraynanın qərb hissəsində, Krımda, Cənubi Qafqazda və Orta Asiyada bitir. Hündürlüyü 1 m-dək, yaşıl, sıxiynəli, sarımtıl, sonra qonur-qırmızı, buğumlu, zoğları nazik tükcükclü, uzunluğu 2 sm-dək iynələrlə örtülmüş koldur. Budaqları çılpaq, möhkəm və əyilmişdir. Yarpaqların uzunluğu təxminən 2 sm, yumurtavari və ya uzunsov-yumurtavari, lansetvarı, əsasən 1-2 dişlidir, dəstələrdə möhkəmdir; küt və ya ucu biz, kənarları bütöv, tutqun yaşıl və ya göyümtül, payızda tünd-qırmızıdır. Yarpaqların alt-tərəfi ağımtıldır. Xırda, açıq-sarı çiçəkləri, 2-6 ədəd, diametri 7 mm-dək olmaqla, qızılı-sarı, sıx dəstələrdə və ya uzunluğu 1,5 sm-dək olan qısa süpürgələrdə, uzunluğu 4 sm-dək olan çiçək yerləşir. Aprel-mayda çiçəkləyir. Meyvələri təxminən şarşəkilli, qırmızıdır, uzunluğu 6 mm-dir.
Yaz zirinci
Yaz zirinci (lat. Berberis vernae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Vətəni şimal-qərbi Çindir. Tyan-Şanın şərq (Çin) hissəsinin dağlarında yayılmışdır. Hündürlüyü 2 m-dək olan, yarımdərili yarpaqlı və uzun (5 sm-dək) iynələri olan koldur. 8 yaşında hündürlüyü 1,4 m-ə, çətirinin diametri 140 sm-ə çatır. Vegetasiyası aprelin ikinci yarısından oktyabrın ortalarına qədərdir. Yavaş böyüyür və 6 yaşından hər il çiçəkləyir, meyvə verir. İyunun ortalarında təxminn 10-12 gün çiçəkləyir. Meyvələri oktyabrın əvvəllərində yetişir.
Xosrovun çimən Şirini görməsi
Xosrovun çimən Şirini görməsi — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçıların fikrincə, daha əvvəl də, bu mövzuda müxtəlif rəssamlar tərəfindən rəsmlər çəkilməsinə baxmayaraq, məhz Sultan Məhəmmədin əsərində mövzü özünün klassik həllini tapmışdır. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini axtarmaq üçün Ərmənə gələn Xosrov, yolda çayda çimən gözəllə qarşılaşır. Onu, hürkütməmək üçün, gizlincə izləyən Xosrov, saraya gəldikdən sonra, yolda gördüyü gözəlin Şirin olduğunu başa düşür. Mövzuya dəfələrlə, müxtəlif rəssamlar tərəfindən müraciət olunsa da, onların yaratdıqları miniatürlərdə daimi bir sxem yoxdur. XV–XVI əsr Şiraz və Təbriz miniatürlərində kompozisiyanın əsas quruluşunun bədii cəhətdən ifadə edilməsindəki fərdi fərqlərə baxmadan, süjet inkişafının vahid yolu müşahidə olunursa, Hindistanda XVII əsrin sonlarında bu mövzulu rəsmlərin kompozisiyası tamamilə ayrı əsasda yaradılırdı. "Xosrovun çimən Şirini görməsi" süjetini təsvir edən ən qədim miniatür 1420-ci il tarixli Berlin əlyazmasındakı Şiraz məktəbinə aid nümunədir. Miniatürün mərkəzində şaxəli ağaclar və bəyaz çiçəklərlə örtülmüş qaya fonlu bir mənzrədə gözlənilməz yad kişinin — Xosrovun ona baxmasını görüb özünü itirmiş, ilk hərəkətlə uzun qara saçları ilə çılpaqlığını gizlətməyə çalışan Şirin təsvir olunmuşdur.