Vüqar Şirinli

Vüqar Tofiq oğlu Şirinli (14 sentyabr 1992) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub.

Vüqar Şirinli
Şəxsi məlumatlar
Tam adı Vüqar Tofiq oğlu Şirinli
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (31 yaş)
İdman növü Cüdo

Həyatı[redaktə | mənbəni redaktə et]

Vüqar Şirinli 1992-ci il sentyabrın 14-də anadan olub.

Karyerası[redaktə | mənbəni redaktə et]

Vüqar Şirinli 2016-cı ildə Kazan şəhərində (Rusiya) baş tutan Avropa Çempionatında mübarizə apardı və bürünc medala sahib oldu. 2018-ci ildə gözündə olan problemlərə görə Vüqar Şirinli para-cüdo üzrə turnirlərdə mübarizə aparmağa başladı.

Vüqar Şirinli 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu. Komanda turnirində də o, bürünc medalın sahibi oldu.

2019-cu ilin may ayında Qran-Pridə qalibi olan Vüqar Şirinli, 2021-ci ilin may ayında həmin turnirin bürünc medalına sahib oldu və il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı.[1]

2021-ci ilin avqust ayında Vüqar Şirinli Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Vüqar Şirinli Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində Türkiyə nümayəndəsi Rəcəb Çiftçi ilə üz-üzə gəldi.[2] Son Dünya Çempionatının finalçısı olan Rəcəb Çiftçi ilə görüşdə Vüqar Şirinli rəqibinə ipponla qalib gəldi və Paralimpadanın yarım-final mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi 2016-cı il Rio-de-Janeyro Paralimpiadasının bürünc medalına sahib olan Rumıniya təmsilçisi Alex Bologa ilə üz-üzə gəldi.[3] Həmin görüşdə Vüqar Şirinli rəqibinə vaza-ari ilə qalib gəldi və Paralimpiadanın final görüşünə vəsiqə qazandı.[3] Həlledici görüşdə onun rəqibi Qazaxıstan nümayəndəsi Anuar Sarıyev oldu.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün sonuna 20 saniyə qala Vüqar Şirinli rəqibinə ipponla qalib gəldi və XVI Yay Paralimpiya Oyunlarının qalibi oldu.[3] Vüqar Şirinli final görüşündən sonra müsahibəsində bunları bildirdi: "çempion olduğum üçün çox şadam. Bu mənim məqsədim idi. Yaponiyada bayrağımızı dalğalandıra bildiyim üçün şadam.".[4]

Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən, XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Vüqar Tofiq oğlu Şirinli 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azerisport.com idman portalı. "11 дзюдоистов завоевали лицензии на Паралимпиаду-2020". www.azerisport.com (rus.)). 01.09.2022. Archived from the original on 2022-09-22. İstifadə tarixi: 01.09.2022.
  2. Azerisport.com idman portalı. "Азербайджанские парадзюдоисты узнали соперников по первым схваткам в Токио". www.azerisport.com (rus.)). 01.09.2022. Archived from the original on 2022-09-22. İstifadə tarixi: 01.09.2022.
  3. 1 2 3 4 5 Azerisport.com idman portalı. "Токио-2020: Шахана Гаджиева и Вугар Ширинли стали чемпионами Паралимпиады". www.azerisport.com (rus.)). 01.09.2022. Archived from the original on 2022-09-22. İstifadə tarixi: 01.09.2022.
  4. Azerisport.com idman portalı. "Вугар Ширинли: Стать чемпионом Игр – это было моей целью". www.azerisport.com (rus.)). 01.09.2022. Archived from the original on 2022-09-22. İstifadə tarixi: 01.09.2022.
  5. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamı". www.azertag.az (az.)). 06.09.2022. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2022.