Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şiniçi Morişita
Şiniçi Morişita (d. 28 dekabr 1960) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 28 oyun keçirib.
Şiniçi Moçizuki
Şiniçi Moçizuki (望月 新, 29 mart 1969-cu il, Tokio, Yaponiya) — Yaponiya riyaziyyatçısı. Saylar nəzəriyyəsi, cəbr həndəsəsi, Hoca nəzəriyyəsi sahələri ilə məşğul olur. == Təhsili == Eksteredə Fillips Akademiyasını bitirib. 16 yaşında Priston Universitetinə qəbul olunub, 22 yaşında fəlsəfə doktoru elmi adını alıb. 1992-ci ildə Kioto Universitetinə işə qəbul olunur və 2002-ci ildə professor vəızifəsinə seçilir. == Nəşrləri == Shinichi Mochizuki. Foundations of p-adic Teichmüller theory. http://books.google.com/books?id=JnMWs5BLTiEC Shinichi Mochizuki. Proceedings of the International Congress of Mathematicians, Vol. II (Berlin, 1998).
Şirəçi
Şirəçi — İğdır ilinin Qaraqoyunlu ilçəsində kənd. == Coğrafiyası == == Əhalisi == === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən, Rusiya İmperiyasının Qars vilayətinin Daşburun şöbəsinin Daşburun kənd cəmiyyətinin Şirəçi kəndində 219 nəfər əhali yaşayırdı, onların hamısını etnik tatarlar (azərbaycanlılar) təşkil edirdi.
Kür şirbiti
Kür şirbiti (lat. Barbus lacerta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Nisbətən kiçik pulcuqları ilə fərqlənir. Bel üzgəcində 8(7), anal üzgəcində 5 şüa var. Udlaq dişləri 2.3.5-5.3.2. Yan xətt pulcuqlarının sayı 55-72-dir. Yan xətdən yuxarı 9-13, aşağı 6-10-dur. Bədəni uzunsovdur, 2 cüt bığcığı var. Uzunluğu 40 sm-dir. Çəkisi 460 q-dır.
Nurlan Şirinli
Nurlan Qədir oğlu Şirinli (16 oktyabr 1996; Sarov, Tərtər rayonu, Azərbaycan — 7 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurlan Şirinli 16 oktyabr 1996-cı ildə Tərtər rayonunun Sarov kəndində anadan olmuşdur. 2002–2013-cü illərdə orta təhsil almışdır. == Hərbi xidməti == Nurlan Şirinli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Nurlan Şirinli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində mexanik sürücü olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nurlan Şirinli 7 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Terek şirbiti
Terek şirbiti (lat. Barbus ciscaucasicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. Orta saylıdır. == Xarakterik morfoloji əlamətləri == Xarici görünüşcə Kür şirbitinə oxşayır, lakin ondan gözlərinin kiçik və pulcuqlarının xırda olması ilə fərqlənir. Alnının eni azdır, bədəninin quyruq hissəsi nisbətən uzundur. Bədənin uzunluğu 26.0 sm-ə, kütləsi 270 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Suyu sürətlə axan və dibi daşlı olan çaylarda yaşayır. Ömrün uzunluğu orta hesabla 4-5 il olub, cinsi yetkinliyə 1-2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.
Varniçi burnu
Varniçi burnu (rus. Варничный) — Barens dənizinə daxil olan Kola körfəzinin şərqində yerləşən burun. Murmansk şəhərinin mərkəzi hissəsində yerləşir. Burunda 1575-ci ildə Yakov və Qriqori Stroqanovlar dəniz suyundan duz hasil edən müəssisəni işə salırlar. 1579-cu ildə duz sexi Peçenqski monastrına verilir. XVII əsrdə isə sex fəaliyyətini dayandırmışdır. 1916-cı ildə hərbi gəmilərin bura yan alması üçün priçallar mövcud idi. Burada emalatxanalar vardı. 1934-cü ildə həmin müsissələr Murmansk balıqçılıq limanına çevrilmişdir. Burunun cənub hissəsindən körfəzə Varniçi axarı tökülür (kollektrlaşdırılmış).
Vüqar Şirinli
Vüqar Tofiq oğlu Şirinli (14 sentyabr 1992) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Vüqar Şirinli 1992-ci il sentyabrın 14-də anadan olub. == Karyerası == Vüqar Şirinli 2016-cı ildə Kazan şəhərində (Rusiya) baş tutan Avropa Çempionatında mübarizə apardı və bürünc medala sahib oldu. 2018-ci ildə gözündə olan problemlərə görə Vüqar Şirinli para-cüdo üzrə turnirlərdə mübarizə aparmağa başladı. Vüqar Şirinli 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu. Komanda turnirində də o, bürünc medalın sahibi oldu. 2019-cu ilin may ayında Qran-Pridə qalibi olan Vüqar Şirinli, 2021-ci ilin may ayında həmin turnirin bürünc medalına sahib oldu və il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı. 2021-ci ilin avqust ayında Vüqar Şirinli Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Vüqar Şirinli Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində Türkiyə nümayəndəsi Rəcəb Çiftçi ilə üz-üzə gəldi.
Xəzər şirbiti
Xəzər şirbiti (lat. Luciobarbus brachycephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. Dənizin cənub və qərb hissələrində yayılmışdır və adətən sahilə yaxın 13-24 m dərinliklərdə yaşayır. Keçici balıqdır, çoxalmaq üçün Kür, Səfidrud, Lənkəran, Qorqan, həmçinin Terek çaylarına girir. Xəzər şirbitinin kürü vermək üçün çaya girməsi ildə 2 dəfə yaz və yay-payız aylarında müşahidə olunur. Kütləvi çaya girmə yazda (martda) suda temperatur 6,7-11°C olduqda başlayır və aprelin sonunadək davam edir. Yay mövsümündə isə suyun temperaturu 25,2 - 27,2°C olduqda baş verir. Küləkli havalar, xüsusən dənizdən əsən küləklər, balıqların çaya girməsini sürətləndirir. Xəzər şirbiti iri balıqdır, ovlanmış balıqlar içərisində 10-15 kq ağırlığında fərdlərə rast gəlmək olur, lakin kütləsi 2-6 kq olanlar çoxluq təşkil edir. Xəzər şirbiti ləng böyüyən və gec cinsi yetişkənliyə çatan balıqdır: dişilər 7-9 yaşında, erkəklər isə dişilərdən 1-2 il tez cinsi yetişkənliyə çatır.
Şinkiçi Kikuçi
Şinkiçi Kikuçi (d. 12 aprel 1967) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Şuniçi Kumay
Şuniçi Kumay — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Kiniçi Aray
Kiniçi Aray (荒井欣一, Aray Kiniçi, 6 iyul 1923, Tokio – 18 aprel 2002) – Yaponiya ufoloqu. O, Yaponiyada UNO araşdırmalarının qabaqcılı olmuşdur. Yaponiya Uçan Boşqab Tədqiqat Assosiasiyasının qurucusudur. == Həyatı və karyerası == Aray 1923-cü ildə Tokioda doğulmuşdur. İkinci Dünya müharibəsi illərində Yaponiya Hava Qüvvələrində radarla işləmişdir. Havanın vəziyyəti, astronomiya müşahidələri və hava qurğularına böyük marağı olmuşdur. Müharibədən sonra Maliyyə Nazirliyində işləmiş, daha sonra Tokionun Şinaqava bölgəsində kitab evi açaraq maraq dairəsinə aid kitablar oxumağa başlamışdır. Bu zaman 1954-cü ildə Corc Adamski tərəfindən nəşr olunmuş "Uçan boşqablar endi" kitabının yaponca tərcüməsi ilə tanış olmuşdur. Adamski kitabında uçan boşqabın göyərtəsinə qalxdığını və Veneradan olan yadplanetlilərlə söhbət etdiyini iddia edirdi. Aray dərhal UNO-larla maraqlanmağa başlamışdır.
Taxta şirni
Taxta şirni — Karameləoxşar Azərbaycan şirniyyatı. Tərkibinə şəkər tozu, limon turşusu daxildir, ətirləndirici kimi gülab, qızılgül yağından, üyüdülmüş fındıqdan, vanilindən və keşniş toxumundan, müstəlif yeyinti boyalarından istifadə olunur. Taxta şirni rafinad qənd kimi yalnız dişləmə çay içmək üçün bişirilirdi. Keçmiş dövrlərdə taxta şirni ən çox kəndlərdə, kasıb əhali arasında geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Qırıcı
Qırıcı — hərbi təyyarədir, əsasən hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Yüksək manevrli sürətlidir. Hava hədəflərini vurmaqla yanaşı, həm də bombardmançıları və mülki aviasiyanı müşayiət etmək, yerdəki obyektləri düşmənin aviasiyasından qorumaq və nadir hallarda yerdəki və sudakı obyektləri vurmaq üçün nəzərdə tutulub. Qırıcılar müdafiə silah növünə aid olunur. Amma müasir dövrümüzdə qırıcı təyyarələr müasirləşdikcə onların rolu konflikt zonalarında artır və bu çərçivədən çıxır. Onlar həm qırıcı, həm də bombardman təyyarələrinin xüsusiyyətlərini özlərində cəmləşdirir. Bəzi fərziyyələrə görə qırıcılar gələcəkdə pilotsuz təyyarələr ilə əvəz oluna bilər. Artıq belə təyyarələr yerdəki obyektləri vurmaqda uğurla istifadə olunur. Bu insan itkisinin sayını azalda, təyyarələri daha yüngül və ucuz edə bilər. == Təsnifat == Сəbhə qırıcısı - düşmənin aviasiyasını manevrli hava döyüşündə sıradan çıxardıb, havada üstünlüyü ələ keçirtmək üçün nəzərdə tutulub.
Sərnic
Sərnic – qədim mis qаb оlub, hər iki tərəfdən qulpu оlаrdı. Sərnicdən dаhа çох mаldаn südü sаğmаq üçün bir qаb kimi istifаdə оlunurdu. Sərnic tаm mənаsı ilə sənətkаrlıq nümunəsi оlub, özünün zərif nахışlаrı və üstündəki yаzılаrı ilə şöhrət qаzаnmışdı. Sərnic misgərlik məhsulu idi və vеdrə mеydаnа çıхdıqdаn sоnrа məişətdəki rоlunu itirmişdir.
Kamal paşa şirini
Kamal paşa şirini,Gülab jamun (Hind dili:गुलाब जामुन )(Urdu dili: گلاب جامن)(Türk dili: Kemal Paşa Tatlısı), Bursanın Mustafakamalpaşa məhəlləsində idtehsal olunan və köhnə adı Kirmastı olan Mustafa kamal paşa mahalına aid bir şirniyyat növüdür. Hələ də on beş müəssisədə gündə 1 milyon ədəd çatan istehsal miqdarlarına çatmaqdadır. Ramazan aylarında istehlak artmaqdadır. 25 (Böyük boy) və 50 (Kiçik boy) ədədlik paketlərdə satılmaqdadır. == Xüsusiyyəti == Əsli Mustafa Kamal paşa pendir şirini olan və məşhur adıyla Kamal paşa şirini olaraq bilinən şirin mahalda gündəlik çıxarılar və təzə olaraq satılır. Mahal xaricində isə rəf ömürünün qısalığı səbəbiylə pendir nisbəti aşağı və qurudulmuş şirniyyat satışı edilməkdədir. == Quruluşu == Süd, nəhəng qazanlarda pasterizə edilməkdə və pendirə çevrilməkdədir. Təxminən 1 ton süddən, 160 kq. şirniyyat pendiri əldə edilməkdədir. Qazanlarda bu pendir , un , manna yarması və yumurta ilə xəmir halına gətirilərək, Kamal paşa şirniyyatı şəklində kəsilməkdə və 320 dərəcəlik sobalarda, 17 dəqiqə bişirilməkdədir.
Şinci
Şinci — ad.
Amur zirinci
Amur zirinci (lat. Berberis amurensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və Çində meşələrdə, dağ çaylarının sahillərində, daşlıq torpaqda bitir. == Botaniki təsviri == Hündürlüyü 2-3 m-ə qədər olan az budaqlı koldur. Cavan budaqları sarımtıldır,yaşlandıqca bozumtul rəng alır. Qoca zoğları qırışlı qabıqla örtülmüşdür. Yarpaqları sadə, dərili, iri, uzunluğu 10 sm-ə qədər olan yumurtaşəkilli, neştərvari formalı, kənarları xırda dişlidir. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır. Uzun zoğlarda yarpaqları növbəli yerləşir, qısa zoğlarda dəstələrə yığılmışdır. Bu cür dəstələrin bünövrəsində 3-5 yerə bölünmüş, iri iynələr şəklini dəyişmiş yarpaqlar hesab edilir.
Birinci Səmədxanlı
Birinci Səmədxanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Birinci Səmədxanlı kəndi Şərəfə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Birinci Səmədxanlı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Etnotoponimdir. Əvvəllər Səmədxanlı adlandırılan bu kənddən sonralar başqa bir yaşayış məntəqəsi - İkinci Səmədxanlı ayrıldığı üçün kənd Birinci Səmədxanlı adlandırılmışdır. == Əhalisi == Əhalisi 922 nəfərdir.
Birinci Tiyaqani
Birinci Tiyaqanı — Azərbaycan Respublikasının Masallı rayonunun Hişkədərə inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 332 nəfərdir. == Toponimiyası == Toponimin ikinci komponenti tiyaqanı talış dilində "tikanlı" mənasındadır.
Birinci Tiyaqanı
Birinci Tiyaqanı — Azərbaycan Respublikasının Masallı rayonunun Hişkədərə inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 332 nəfərdir. == Toponimiyası == Toponimin ikinci komponenti tiyaqanı talış dilində "tikanlı" mənasındadır.
Birinci Tığik
Birinci Tığik — Azərbaycan Respublikasının Laçın rayonu Zerti kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində olan kənd dağətəyi ərazidədir. Adını ərazidəki eyniadlı (Tığik) dağdan almışdır. Yaşayış məntəqəsi bu dağın ətəyində yerləşir. Sonralar Tığıq adlı ərazidə İkinci Tığik kəndi yaranmış və Tığik kəndlərini fərqləndirmək üçün əvvəlinə birinci sözü artırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.
Birinci Udullu
Birinci Udullu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Birinci Udullu Hacıqabul r-nu-nun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sol sahilində, Ləngəbiz silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Əvvəlki adı Cəngan olmuşdur. Yaşayış məntəqəsinin adının şahsevənlərin udullu və ya xəzərlərin edilli tayfa adları ilə bağlı olması haqqında mülahizələr var. Hər iki halda etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2092 nəfər əhali yaşayır.
Birinci Varlı
Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Salyan rayonunun Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı qəsəbəsi Varlı kəndi hesab edilmiş, Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı kəndi Birinci Varlı kəndi adlandırılmışdır. Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Varlı kəndinin bir hissəsi İkinci Varlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == === Görkəmli şəxsləri === Əlirza Əlirzayev — hüquqşünas Rövşən Həsənov — hüquqşünas Çingiz Heydərov — hüquqşünas Xudabaxış Cəfərov — təhsil işçisi Əmirxan Nəzərov — təhsil işçisi Bəylər Heydərov — təhsil işçisi Ənvər Həsənov — təhsil işçisi Əlipənah Nəzərov — təhsil işçisi Mirsadıq Kərimov — təhsil işçisi Ramazan Niftiyev — dövlət xadimi Eldar Heydərov — dövlət xadimi Həsənağa Həsənov — hərbçi, zabit. == İqtisadiyyatı == 2016-cı ilin Avqustun 17-də Salyan rayonunun Birinci Varlı kəndinə yenidən təbii qaz verilib. SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhalisinin sayı 1345 nəfər olan kənddə, 256 abonentlik kəndin qazlaşdırma işləri zamanı 21 min 152 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.[mənbə göstərin] == Din == Kənddə I Varlı kənd məscidi dini icması fəaliyyət göstərir. Kəndin axundu Hacı Məhəmməd Hüseynovdur.
Birinci Yeddioymaq
Birinci Yeddioymaq — Azərbaycan Respublikasının Masallı rayonunun Yeddioymaq inzibati ərazi vahidində kənd. == Əhalisi == 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Yeddioymaq kəndində 124 evdə 462 nəfəri kişilər, 415 nəfəri isə qadınlar olmaqla 877 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi. Hazırda kənd əhalisinin sayı 1998 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi Şahsevənlərin yeddioymaq qolunun Talış xanlığı dövründə burada məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. Oykonimin birinci komponenti "baş, əsas, mənbə" mənalarını bildirir. == Tarixi == Məlumata görə ilk yaranışda Yeddioymaq kəndi, yeddi tayfadan ibarət olmuşdur. Son dövrlərə qədər də kənd yeddi tayfadan ibarət idi: bəylər, axundlu, rəcəbilili, korlar, abaslı, məşədirəhimli və tağılı. Bu tayfaların hər birinin tarixdə yeri və rolu olmuşdur.
Birinci Yeniyol
Birinci Yeniyol — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Birinci Yeniyol kəndi Dağətəyi ərazidədir. Keçmiş adı Nügədi (tatca “yeni kənd”) olub, 1935-ci ildə Yeni Yol qoyulmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr tərəfindən yeni yaşayış məntəqəsi (İkinci Yeniyol) yarandıqda toponimin əvvəlinə birinci sözü əlavə edilmişdir. == Əhalisi == Əhalisi 414 nəfərdir ki onunda 210 nəfəri kişi, 204 nəfəri qadındır.
Birinci Yüzbaşılı
Birinci Yüzbaşılı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Birinci Yüzbaşılı Ağdam rayonu-nun Xındırıstan inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Keçmışdə Yüzbaşılı adlanan bu kənddən XIX əsrdə başqa bir yaşayış məntəqəsi (İkinci Yüzbaşılı) ayrıldıqdan sonra kənd Birinci Yüzbaşılı adlandırılmışdır.
Birinci Zobucuq
Birinci Zobucuq — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 643-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Birinci Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Birinci Zobucuq qəsəbəsi mərkəz olmaqla Birinci Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. Birinci Zobucuq qəsəbəsində 2019-cu ilin may ayına olan məlumata görə 1587 nəfər yaşayır. Birinci Zobucuq qəsəbəsində 9 şəhid ailəsi, 10 Qarabağ müharibəsi əlili vardır. == İqtisadiyyatı == Birinci Zobucuq qəsəbəsində torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub. 2018–2019-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 501 kq barama istehsal olunub. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub. == Mədəniyyəti == Qəsəbədə kitabxana fəaliyyət göstərir.
Birinci imperiya
Birinci imperiya (fr. Le Premier Empire) — 1804-cü ildən 1815-ci ilə kimə Fransada mövcud olmuş Napoleon Bonapart imperiyası. == Tarixi == === İmperiyanın yaranması və ilk tədbirləri === 1804-cü ilin mayında Napoleon Bonapart I Napoleon adı ilə Fransanın imperatoru elan edildi. Tacqoyma mərasimini Roma papası keçirmişdi. 1807-ci ildə Tribunat ləğv edildi. Tribunat bonapartçı rejimdə müxalifətin mövcud olduğu yeganə orqan idi. Qanunverici Korpus isə nadir hallarda toplanırdı. Saray titulları bərpa, imperiya marşalı vəzifəsi təsis edildi, “vətəndaş” sözü lüğət fondundan çıxarıldı. 1802-ci ildə mühacir zadəganlara bəraət verilməsi haqqında qanun qəbul edildi. Napoleonun dövründə prefekt təyin edilənlərin yarısı köhnə zadəganların nümayəndələri idi.
Birinci minillik
Birinci minillik — bizim eranın 1 yanvar 0-cı ilindən 31 dekabr 999-cu ilinədək olan zaman.
Birinci simfoniya
Birinci simfoniya (Qara Qarayev)
Birinci İpək
Birinci İpək — Azərbaycan Respublikasının Laçın rayonu Bülüldüz kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd dağətəyi ərazidədir. 1933-cü ildə ərazidə Birinci, İkinci və Üçüncü İpək adlı üç kənd qeydə alınmışdır. Sonralar iki kəndin adı dəyişdirilmiş, yalnız Birinci İpək toponimi olduğu kimi saxlanılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 50 nəfər olmuşdur. === Tanınmış şəxslər === Bəxtiyar Kavanlı — Şair, Qarabağ müharibəsi iştirakçısı. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Birinci Şahsevən
Birinci Şahsevən — Azərbaycan Respublikasının Beyləqan rayonunun Birinci Şahsevən kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Araz çayından 3 km. aralı, Mil düzündədir. Daşburun stansiyası buradadır. Birinci komponent eyni-adlı yaşayış məntəqələrini fərqləndirir. İkinci komponent isə etnotoponim olub, Şahsevən tayfalar birliyinin adını əks etdirir. == Mədəniyyəti == 2014-cü ildə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılmışdır. == İqtisadiyyat == Birinci Şahsevən kəndində şəkər sexi və yeni “Aqrolizinq” təşkilatı vardır.
Birinci Şıxlı
Birinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Şıxlı kəndinin tarixi qədim olsa da XIX əsrin əvvəllərində Birinci Şıxlı kimi adlandırılmışdır == Toponimikası == Birinci Şıxlı oyk, mür. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kür çayının sağ sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin adındakı birinci komponent onu ərazidəki İkinci Şıxlı kəndindən fərqləndirmək üçün artırılmışdır. İkinci komponent isə qazaxların şıxlı qolunun adını əks etdirir. Mənbələrdə 1537-ci ildə Şəmkirdən köçüb Qazax mahalına gələn Ağdolaqlı Məhəmməd ağanın oğlu şıxı və onun övladları haqqında məlumat verilir. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 3414 nəfər əhali yaşayır. Əhalinin 1628 nəfəri kişilərdən, 1786 nəfəri qadınlardan ibarətdir. == Tanınmış sakinləri == Molla Vəli Vidadi – (1707–1809) görkəmli Azərbaycan şairi.
Birinci Əlicanlı
Birinci Alıcanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Birinci Alıcanlı Zərdab rayonunun Alıcanlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndin sakinləri vaxtilə Ağsu rayonundakı Təklə kəndindən gəldiklərinə görə Təklə Alıcanlısı adı ilə də tanınır. Səpənkova adlanan bu yer XIX əsrdə Alıcan adlı ilxı sahibinə məxsus olmuş, sonralar bu ərazidə salınan yaşayış məntəqəsi də Alıcanlı adlandırılmışdır. "Birinci" komponenti isə oykonimi eyniadlı kənd adından fərqləndirmək üçün əlavə olunmuşdur.
Birinci Ərəbcəbirli
Birinci Ərəbcəbirli — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd.Rayon mərkəzinə çox yaxın və ondan şimal- qərbdə, Bakı-Qazax şose yolu kənarında, Şirvan düzündə yerləşən kənd. == Ümumi məlumat == Birinci Ərəbcəbirli Göyçay rayonunun İəhadət inzibati ərazi vahidində kənd. Bozdağ silsiləsinin ətəyindədir. Kəndin adı 1917-ci ildə Ərəb Cabirli, 1933-cu ildə Ərəb Cəbirli şəklində qeydə alınmışdır. Oykonimin ikinci komponenti ƏrəbŞamlı tayfasının XIX əsrdə 12 ailədən ibarət ərəbcəbirli tirəsinin adı ilə bağlıdır. Birinci komponent isə onu eyniadlı digər yaşayış məntəqəsindən ayırmağa xidmət edir. Etnotoponimdir. 15 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Birinci Ərəbcəbirli, İkinci Ərəbcəbirli və Mirzəhüseynli kəndləri Şəhadət kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, İkinci Ərəbcəbirli kəndi mərkəz olmaqla, İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Qədim tarixə malik olan bu kəndin ərazisindən müxtəlif dövürlərə aid materiallar (saxsı qablar, qırıq küp qəbirlər və s.) tapılmışdır. Kəndin ərazisindəın qədim və erkən orta əsrlərdə yaşayış məntəqəsi olmuşdur.
Xosrovun çimən Şirini görməsi
Xosrovun çimən Şirini görməsi — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçıların fikrincə, daha əvvəl də, bu mövzuda müxtəlif rəssamlar tərəfindən rəsmlər çəkilməsinə baxmayaraq, məhz Sultan Məhəmmədin əsərində mövzü özünün klassik həllini tapmışdır. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini axtarmaq üçün Ərmənə gələn Xosrov, yolda çayda çimən gözəllə qarşılaşır. Onu, hürkütməmək üçün, gizlincə izləyən Xosrov, saraya gəldikdən sonra, yolda gördüyü gözəlin Şirin olduğunu başa düşür. Mövzuya dəfələrlə, müxtəlif rəssamlar tərəfindən müraciət olunsa da, onların yaratdıqları miniatürlərdə daimi bir sxem yoxdur. XV–XVI əsr Şiraz və Təbriz miniatürlərində kompozisiyanın əsas quruluşunun bədii cəhətdən ifadə edilməsindəki fərdi fərqlərə baxmadan, süjet inkişafının vahid yolu müşahidə olunursa, Hindistanda XVII əsrin sonlarında bu mövzulu rəsmlərin kompozisiyası tamamilə ayrı əsasda yaradılırdı. "Xosrovun çimən Şirini görməsi" süjetini təsvir edən ən qədim miniatür 1420-ci il tarixli Berlin əlyazmasındakı Şiraz məktəbinə aid nümunədir. == Təsvir == Miniatürün mərkəzində şaxəli ağaclar və bəyaz çiçəklərlə örtülmüş qaya fonlu bir mənzrədə gözlənilməz yad kişinin — Xosrovun ona baxmasını görüb özünü itirmiş, ilk hərəkətlə uzun qara saçları ilə çılpaqlığını gizlətməyə çalışan Şirin təsvir olunmuşdur.