Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azərbaycan Xalq Cümhuriyyətinin Ləvazimat İdarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Ləvazimat İdarəsi — Azərbaycan ordusunun ərzaq və əsya təminatı ilə məşğul olan orqanı. Əsası 1918-ci il noyabrın 15-də Ümumi qərargahın şöbəsi kimi qoyulmuşdur. Polkovnik Seyfulla Mirzə hərbi nazirin əmri ilə ləvazimat şöbəsinin rəisi təyin edilmişdi. Qoşun hissələrinin təşkili sürətləndikcə, həmin şöbənin üzərinə düşən məsuliyyət də artırdı. Ona görə tezliklə ləvazimat şöbəsinin strukturu və səlahiyyətləri genişləndirildi, ümumi gərargahın tərkibindən çıxarılaraq idarə kimi hərbi nazirə tabe etdirildi. İdarənin rəisi vəzifəsinə polkovnik Serebrennikov təyin olundu. Qoşun hissələrinin milli geyim formasına keçirilməsi, gündəlik iaşənin milli kulinariya əsasında təkmilləşdirilməsi hərbi ləvazimat idarəsinin qarşısında dayanan başlıca vəzifələr idi. Bu vəzifələri həll etmək üçün hərbi ləvazimat idarəsinin nəzdində əlbəsə (paltar) anbarı, dəri aşılayan zavod, geyim və çəkmə emalatxanası açıldı, Azərbaycanın toxuculuq fabriklərinə hərbi xarakterli sifarişlər verildi, ərzaq təminatının yaxşılaşdırılması üçün yeni sistem tətbiq edildi. Müsabiqə yolu ilə alınmış ərzaq yeni yaradılmış Gəncə, Ağdam, Hacıqabul, Bakı, Zaqatala, Xankəndi, Qusar və Lənkərandakı ərzaq anbarlarına toplanır və buradan hissələrə paylamrdı. Polkovnik Serebrennikov 1919-cu ildə istefaya çıxdıqdan sonra, hərbi ləvazimat idarəsinin rəisi vəzifəsini bir müddət polkovnik Əlibəyov icra etdi.
Yəhyanın İncili
Yəhyanın İncili və ya Yəhyanın nəql etdiyi Müjdə — Əhdi-Cədidin ilk dörd hissəsini əmələ gətirən kanonik incillərdən sonuncusudur. Balıqçılıqla məşğul olan, İsanın on iki həvarisindən ən gənci olan Həvari Yəhya tərəfindən yazılmışdır. İncil onlayn: http://www.korpu.net/BibleNorth.html Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
İlahiyyatçı Yəhyanın Vəhyi
İlahiyyatçı Yəhyanın Vəhyi (q.yun. Ἀποκάλυψις Ἰωάννου, lat. Apocalypsis Ioannis), həmçinin sadəcə Vəhy Kitabı — Əhdi-cədid kanonunun son kitabı. Bu əsər Neronun kilsəni təqib etməsindən tutmuş dünyanın sonuna qədər dünya və kilsə tarixinin peyğəmbərlik toplusudur. Bu, Əhdi-cədidin didaktik və ya tarixi deyil, apokaliptik ədəbiyyat kimi təsnif edilən yeganə kitabıdır. Brokhauz və Efronun ensiklopedik lüğətinə görə, kitabın məqsədi "xristianlara imanda möhkəmlik aşılamaq, onları qarşıdan gələn əzabkeşliyə hazırlamaqdır". Early Christian Writings: Apocalypse of John: text, introduction, context "Revelation to John." Encyclopædia Britannica Online. Apocalypse, Book of – Article from the Catholic Encyclopedia Understanding the Book of Revelation – Article by L. Michael White from PBS Frontline program "Apocalypse!" The Marvelous Address: The Revelation of the Beloved (Disciple) is an 18th-century manuscript about the book of Revelation written in Garshuni (Arabic written in Syriac script).
Qazan (məişət əşyası)
Qazan — metaldan və ya odadavamlı materiallardan hazırlanan, yemək bişirmək üçün istifadə olunan xüsusi qab. Azərbaycanda qazanlar forma və hazırlandıqları materialdan asılı olaraq müxtəlif xörəklərin hazırlanması üçün istifadə olunurlar. Aş qazanı, buxar qazanı (Mantı qazanı), xaş qazanı, dolma qazanı və s.
Şüanın genetik təsiri
Radiasiya mutagenezi – orqanizmlərin şüalanması zamanı irsi dəyişkənliklərin (mutasiyaların) meydana çıxması. Şüanın genetik təsiri radiasiya genetikası ilə tədqiq olunan ionlaşdırıcı şüaların bioloji təsirinin mühüm hissəsidir. İonlaşdırıcı şüaların bütün tipləri, həmçinin ultrabənövşəyi şüalar virus və bakteriyalardan tutmuş, insan da daxil olmaqla bütün yüksək quruluşlu orqanizmlərin cinsiyyət hüceyrələrində yeni olan qametlərdə, eləcə də bədən hüceyrələri sayılan somatik hüceyrələrdə, bilavasitə onların irsi strukturunda mutagen təsirə malikdir. Mühitdə radioaktivliyin yüksəlməsi insan da daxil olmaqla orqanizmlərin populyasiyalarında gizli zərərli mutasiyaların toplanmasına səbəb olur. Radiasiya seleksiyasında təsərrüfat əhəmiyyətli mutantların alınmasında şüanın genetik təsirinin təcrübi əhəmiyyəti var. Bu üsulla bir neçə sort yaradılmışdır. Şüadan mühafizə- İonlaşdırıcı şüalanmanın orqanizmə təsirini azaltmağa yönəldilmiş vasitədir. Fiziki mühafizə üçün şüaları yaxşı udan materiallardan (qurğuşun, beton və s.) istifadə edilir. Bu materiallar şüa mənbəyi və obyekt arasında yerləşdirilir. “Açıq” şüalanma mənbəyi ilə i şləyənlər fərdi mühafizə vasitələrindən (kombinezonlar, pnevmogeyimlər, rapiratorlar, xüsusi çəkmələr, əlcəklər və s.) istifadə etməlidir.
Asiyanın iqlimi
Asiya iqlimi — Asiya qitəsindəki iqlim vəziyyətinə verilən ad. Asiyada rütubətli ekvatorial iqlimdən soyuq qütb səhrası iqliminə qədər, demək olar ki, bütün iqlim qurşaqları mövcuddur. Buna səbəb qitənin böyüklüyü, ərazisinin qərbdən şərqə doğru uzun məsafəsi, daxili rayonlarının relyefi, şimaldan dağ səddinin olmaması kimi amillərdir. Asiyanın şimal sahillərində, Taymır yarımadasında Severnaya Zemlya, Novosibir, Vrangel adalarında Arktika iqlimi, bir qədər cənubda, şimal-şərqi Sibirə doğru genişlənən sahədə subarktika iqlimi hakimdir. Mülayim qurşaqda kontinental (Qərbi Sibir), sərt kontinental (Şərqi Sibir, Qazaxıstan, Monqolustan, Orta Asiya), musson (Uzaq Şərq, Saxalin adası) və dəniz (Kamçatka yarımadası, Kuril adaları) iqlim sahələri ayrılır. Yağıntının illik miqdarı Sibirdə 500–600 mm, Cənubi Sibir dağlarında, o cümlədən Sayan dağlarında 1500 mm.-dən çox, Orta Asiya səhralarında 150–200 mm.-dir. Subtropik iqlim qurşağı daxilində bir neçə iqlim tipi ayrılır: qərbdə Aralıq dənizi iqlimi, Ön Asiyanın yaylalarında kontinental iqlim, qitənin şərqində isə musson iqlimi. Yağıntının orta illik miqdarı qərbdən (Aralıq dənizi sahilləri, 700 mm) şərqə (İran yaylası 200 mm) doğru azalır. Tibet yaylası üçün yüksək dağlıq səhra iqlimi səciyyəvidir; qışı soyuq və az qarlı, yayı nisbətən sərindir. Şərqi Çinin, Yapon adalarının və Koreya yarımadasının subtropiklərində musson iqlimi (yağıntının illik miqdarı 1000–1500 mm) üstünlük təşkil edir.
Asiyanın landşaftı
Asiyanın lordu
Asiyanın lordu (yun. Κύριος της Ασίας) - Makedoniyalı İsgəndərə eramızdan əvvəl 331-ci ildə baş verən Qavqamel döyüşündən sonra verilən tituldur. Eramızdan əvvəl 323-cü ildə Makedoniyalı İskəndərin Babil şəhərində ölməsindən sonra titul onun varisərinə keçib, ancaq onlardan heç biri Asiyada və ya Makedoniyalı İskəndərin imperiyasının digər hissələrində gücə malik olmayıb. Həqiqi güc bir çox hökmdarlara və ya fars satraplarına keçib. İmperiyanın parçalanması və Diadoxinin güclənməsi ilə titul istifadə edilməyib.
Atila Pesyani
Atilla Pesyani
Atilla Pisyani (30 aprel 1957, Tehran, İran – 6 oktyabr 2023, XIII arondisman (Paris)) — Fars aktyor və məşhur aktrisa Cəmilə Şeyxinin oğlu. Atilla Pisyani 1957-ci ilin 30 aprelində Tehran şəhərində anadan olmuşdur. Atilla Pisyaninin anası Cəmilə Şeyxi İranın məşhur aktrisalarından biridir. Həmçinin həya yoldaşı Fatimə Nəqəvi və qızı Sitarə Pisyani də aktrisalıqla məşğuldurlar. Atilla aktyorluqla yanaşı, rejissorluq və rejissor köməkçiliyi ilə də məşğuldur. Tehran Universitetinin İncəsənət fakültəsində teatr aktyorluğu və rejissorluğu ixtisası üzrə təhsil almışdır. İlk dəfə teatr səhnəsinə 1968-ci ildə çıxmışdır. Film sahəsindəki debütunu 1983-cü ildə istehsal edilən "Ağ ölüm" filmində etmişdir. 1983-cü ildən sonra xeyli filmdə rol almışdır: Soyuq qan içində (1994) İki qadın (1998) Yandırılmış nəsil (1999) Sonuncu nahar (2001) Gizlənmiş yarı (2001) Əmiri kim öldürdü ? (2005) Atəşkəs 1 (200)) Gizli hiss (2006) Gecə boyunca (2010) Prezidentin cib telefonu (2011) Taxta körpü (2011) Atəşkəs 2 (2014) Atilla Pisyani bəzi seriallarda da rol almışdır: Sülhün ilk gecəsi (2006) Gizlilik siyasəti (2009) Salamat, uşaq (2012) Bir parça torpaq (2012) Ana kimi (2013) Mədinə (2014) Gözəl inqilab (2014) Fəcr Beynəlxalq Film festivalında, Atilla "İki qadın", "Yandırılmış nəsil", "Sonuncu nahar", "Əmiri kim öldürdü ?" filmlərindəki çıxışına görə " "Ən yaxşı köməkçi aktyor" , "Soyuq qan içində" filmindəki çıxışına görə isə "Ən yaxşı aktyor" mükafatına layiq görülmüşdür.
Şeytanın ulduzu
Şeytanın ulduzu və ya orijinal adı ilə Qarabasma xaçı (norv. Marekors) – Norveç yazıçısı Yu Nesbö tərəfindən yazılmış cinayət romanı. Harri Hole seriyasının beşinci romanıdır. Kitab Sabir Sadıqov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və Qanun nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Gənc qadın öz mənzilində qətlə yetirilir və onun göz qapaqlarının altında beşguşəli ulduz şəklində qırmızı brilyant aşkar edilir. Detektiv Harri Hole əzəli rəqibi Tom Völerlə birlikdə hadisənin istintaqına cəlb edilir və başlanğıcda o iştirak etmək istəmir. Lakin Harri artıq son inzibati xəbərdarlığı alıb və alternativi azdır. Osloda qatil seriya cinayətlər törədir, kələfi açmaq üçün səfərbər olunmuş komandada ondan, alkoqol aludəçisi olan Harri Holedən peşəkar kimsə yoxdur.
Baribaevsk üsyanı
Baribaevsk üsyanı(qaz. Бәрібаев көтерілісі) — 1930-cu ilin mart ayında Almata vilayətinin, Baribaevsk rayonunun, Bakalı kəndində qalxmış kəndli üsyanı. Üsyan məcburi kollektivləşdirməyə və Sovet hökumətinin repressiv siyasətinə qarşı idi. K. Əhmədcanov, K. İbrahimov və J. Saukımbaevin rəhbərlik etdiyi 100 nəfərlik dəstə 25 mart tarixində Bakalinsk kommunasını ələ keçirmiş, kənd sovetini buraxmış və müsadirə olunmuş buğdanı və digər əmlakı insanlara paylamışdır. Üsyançılar telefon əlaqəsini və dəmir yolunu kəsib, Mınkum rayonunun 10 kəndini ələ keçirirlər. K. Əhmədcanov Aksu rayonunun qaçqınları və üsyançıları ilə birgə fəaliyyət göstərməyə cəhd edirdi. Üsyan Birləşmiş Dövlət Siyasi İdarəsi yatırıldı və 29 nəfər güllələnməyə məhkum edildi.
Batavi üsyanı
Batavi üsyanı — e.ə 70-ci ildə german tayfası batavların Yuliy Sivilisin rəhbərliyi ilə Roma imperiyasına qarşı üsyanı. Əvvəlcə Sivilis (Qalboy tərəfindən həbsdən azad edildi) yalnız Vitelliusa qarşı üsyan etdiyini və ümumiyyətlə Roma hakimiyyətinə qarşı olmadığını bildirdi. Mümkündür ki, o, Vitelliusun devrilməsini xəyal edən Vespasianın tərəfdarları ilə birlikdə çıxış etdi. Tezliklə o, öz üsyanına kanninefatları və frizalıları da cəlb etdi. Reyn üzərində yerləşən Roma donanmasına mülki vətəndaşlar hücum etdi. Batavi mənşəli dənizçilər onun tərəfinə keçdilər, romalılar öldürüldü və 24 gəmidən ibarət bütün donanma onun əlinə keçdi. Tezliklə Reynin sağ sahilindəki üsyana Alman tayfaları qatıldı. Romalılar məğlubiyyətə uğramağa başladılar. Bataviyalılar və müttəfiqləri Veteranı mühasirəyə aldıqda, Vətəndaş orada olan iki legiondan Vespasyana and içməsini tələb etdi. Ancaq tezliklə Alman legionlarının Vespasian imperatoru elan etməsi xəbəri gəldi.
Batpakkarinsk üsyanı
Batpakkarinsk üsyanı (qaz. Батпаққара көтерілісі) — 1-9 noyabr 1929-cu ildə Qazaxıstanın Kustanay dairəsinin Batpakkarinsk bölgəsinin və eləcə də Naurzum və Turqay bölgələrinin bir neçə kəndlərinin əhalisi tərəfindən qaldırılmış antisovet üsyanı. Üsyana səbəb əmlakın müsadirəsi və məcburi kollektivləşdirmə idi. Qazaxıstan Muxtar Sovet Sosialist Respublikasının qərarı ilə 16 bəy təsərrüfatı müsadirə edilir. Müsadirə zamanı "yarıfeodal bəylərin", "alaşordalıların" Əhməd Baytursunovun, M.Dulatovun, M. Esbolovun və 1916-cı ildə baş tutmuş milli azadlıq hərəkatının rəhbəri A. Janbosınovun yaxınları və qohumları əsassız təqiblərə məruz qaldılar. Bu isə öz növbəsində insanların narazılığına səbəb oldu. "Əksinqilabçılar", "millətçilər", "alaşordalılar" elan edilmiş 50 nəfər həbs olunmuşdu. Üsyançıların da əsas məqsədi həbsdə olanları azad etmək idi. Üsyançılar "Rədd olsun sovet hökuməti!", "Müsadirə olunmuş torpaqlar geri qaytarılsın!", "Müsadirə olunmuş əmlak sahiblərinə qaytarılsın!", "Yaşasın xanlıq!" şüarlar səsləndirirdilər. 2 noyabr 1929-cu ildə üsyançılar Batpakkarinsk (indiki Amangəldi rayonu) rayon mərkəzini ələ keçirib yerli hökumət orqanlarınını təmsilçilərini və rayon rəhbərlərini həbs edirlər.
Baxtrioni üsyanı
Baxtrioni üsyanı (gürcücə:ბახტრიონის აჯანყება) — 1659-cu ildə Səfəvi ağalığına qarşı şərqi Gürcüstanda yerləşən Kaxetiya krallığında baş vermiş üsyandır. Üsyan üsyanın gedişatında baş vermiş əsas döyüş yerinin adı ilə Baxtrioni adlandırılmışdır. Baxtrioni qala adıdır. XVII əsrin ilk yarısında Kaxetiya kralı I Teymuraz illərdir davam edən və yerli əhalinin narazılığına səbəb olan Səfəvi ağalığına qarşı üsyana qalxdı. 1610-cu illərdə başlayan üsyanın gedişatında gürcülər səfəvilərin ilk hücumlarının qarşısını alsalar da, 1616-cı ildə Şahın özü Kaxetiyanı bir daha ələ keçirdi və oranın əhalisinin bir çoxunu İrana köçürdü və ya qətlə yetirdi. Növbəti illərdə, qızılbaş zadəganlar şərqi Gürcüstana qubernator kimi təyin edildilər və xeyli sayda Qızılbaş tayfa mənsubları orada yerləşdirildilər. Bununla Gürcüstanın tamamilə tabe etdirilməsi planlaşdırılırdı. 1630-cu illərdə səfəvilər Kaxetiyanı daha itaətkar Kartlinin tabeliyinə keçirməyə çalışdılar. Kartli hökmdarı islamı qəbul etmiş və şaha sadiqliyi ilə seçilən Rüstəm idi. Rüstəm özü də gürcü şahzadəsi idi.
Bekon üsyanı
Bekon üsyanı - 1676-cı ildə Vircinya koloniyasının Ceymstaun şəhərində zəngin kolonistlərə qarşı başladılmış üsyan hərəkatı. Bekon üsyanı yoxsul və qəzəbli mühacirələrin öz düşmənləri olaraq gördükləri iki qrupa yənilmişdi. Bu qruplardan biri hindular, digəri isə kolinistlərin zəngin və imtiyazlı liderləri idilər. 1676-cı ildə müasir dövrdə mövcud olmayan Vircinya koloniyasının Ceymstaun şəhərində baş vermiş üsyan Şimali Amerikada başqa bir qitədən gəlmiş şəxslərin törətdikləri ilk üsyan hadisəsi kimi də tarixə keçmişdir. Bekon üsyanı aşağı təbəqədən olan qrupları bir mərkəzdə birləşdirmişdir. Üsyana qoşulanlar əsasən salınmış koloniyalardakı çətin şəraitdən narazı olan Avropadan gəlmə sakinlər idi. Sərhəd bölgəsində yaşayan sakinlər üsyana ilk qalxan tərəf olmuşdur. Daha sonra qara dərili qullar və nökərlər olaraq təsnif edilən işçi qrupuda koloniyada yaranmış siniflər arasındakı uçurma öz etirazlarını bildirmək üçün üsyan hərəkatına qoşulmuşdur. Bekon üsyanı Vircinyanın qərb sərhədlərindəki problemlərlə başladı. 1670-cı illərdə zəngin plantatorlar şərqi Vircinyanın böyük hissəsinə nəzarət edirdi.
Beyləqan üsyanı
Beyləqan üsyanı (748) — 748-ci ildə baş vermiş üsyan. Beyləqan üsyanı (794) — 794-cü ildə ərəb əsarətinə qarşı Beyləqanda baş vermiş xalq üsyanı.
Bostandık üsyanı
Bostandık üsyanı (qaz. Бостандық көтерілісі) — yüksək vergilərə və sovet hökuməti tərəfindən "çörək hazırlama kampaniyası" çərçivəsində baş vermiş məcburi hərəkətlərə qarşı Qazaxıstan Muxtar Sovet Sosialist Respublikasının Sır Dərya dairəsinin Bostandık bölgəsinin (Müasir Özbəkistan ərazisi) sakinləri tərəfindən qaldırılmış üsyan. T.Musabaev, U.Maylıbaevin rəhbərlik etdiyi üsyanda 500 nəfər iştirak edirdi. Briçmolla qışlağında baş tutmuş döyüşdə üsyançıların köməyinə İ.Canıbəyovun basmaç dəstəsi köməyə gəlir. Üsyan Birləşmiş Dövlət Siyasi İdarəsi tərəfindən yatırılır, üsyançıların 50 nəfəri öldürülür, 2 nəfər isə güllələnməyə məhkum edilir. 36 nəfər 10 il müddətinə islah əmək düşərgələrinə, 7 nəfər isə 5 il müddətinə sürgün edilir.
Bukollar üsyanı
Bukollar üsyanı — Misirdə Roma ağalığına qarşı imperator Mark Avrelinin hakimiyyəti zamanı, 172-ci ildə (başqa məlumatlara görə 174-cü və ya 175-ci ildə) baş vermiş üsyan. Üsyan iştirakçıları bukolların adları Nilin deltasındakı bataqlaşmış yer olan Bukoliya (II əsrin ortalarında kəndlilər ağır vergilər və mükəlləfiyyətlərdən buraya qaçıb gəlirdilər) ilə əlaqədardır. Kahin İsidorun başçılığı ilə bukollar Roma legionlarını darmadağın edərək bütün Aşağı Misiri tutmuş və İsgəndəriyyəyəyə çatmışdılar. Misirdəki Roma prefektinin öldürülməsindən sonra üsyanı yatırmaq üçün çağrılmış Suriyadakı prefekt, sərkərdə Avidi Kassi üsyançılar arasındakı ixtilaflardan istifadə edərək Bukollar üsyanını yatırmışdır.
Bulavin üsyanı
Bulavin üsyanı (1707–09) — Rusiyada kəndli və kazakların antifeodal hərəkatı. Başçısı K. A. Bulavin idi. Üsyanda kazaklar, onlara qoşulmuş qaçqın kəndlilər, şəhər əhalisinin aşağı təbəqələri, həmçinin Volqaboyunda yaşayan xalqlar – tatarlar, mordvalar və b. da iştirak edirdi. Üsyan 1707-ci il oktyabrın 9-na keçən gecə başlandı, tezliklə Donun yuxarı axarlarında qaçqın kəndlilər yaşayan şəhərcikləri bürüdü. Lakin üsyançılar məğlub edildi; Bulavin, tərəfdarları ilə Zaporojye Seçinə qaçdı. 1707-ci ilin sonunda üsyanın ikinci mərhələsi başladı. Hərəkat Don və Volqaboyunu, Ukraynanın bir hissəsini bürüdü. 1708-ci il mayın 1-də Bulavin Çerkassı şəhərini tutdu. Üsyançıların bir hissəsi Volqaboyunda, digəri Sloboda Ukraynasında fəaliyyət göstərirdi.
Dekabristlər üsyanı
Dekabristlər üsyanı (rus. Восстание декабристов) — 14 dekabr 1825-ci ildə Rusiya imperiyasının paytaxtı Peterburqda baş vermiş dövlət çevrilişi cəhdi. XIX əsrin əvvəllərində Rusiyanın beynəlxalq vəziyyəti son dərəcə mürəkkəb idi. Tilzit sülh müqaviləsindən sonra da Rusiya müstəqil xarici siyasət yeritməkdə davam edirdi. 1812-ci ildə Çar ordusu Fransanı məğlub etdi. Napoleon üzərində qələbədən sonra Qərbi Avropa həyatı ilə tanış olmuş bəzi mütərəqqi fikirli rus zabitləri Rusiyada dəyişikliklər aparmaq uğrunda mübarizəyə başladılar. Milyonlarla kəndli, hələ də ağır təqiblərə məruz qalırdı. Avropada döyüşən rus əsgərləri, ölkələrinin dövlət quruluşunun, sosial həyatlarının və qurumlarının nə qədər geridə qaldıqlarını görmüşdülər. Çarlığın boyunduruğu altındakı xalqın böyük bir bölümünü təşkil edən kəndlilərin torpağa təhkimçiliyi saxlaması əsgərlər üçün narahat bir gərçək idi. I Aleksandrın təqibləri ve militarist rejimindən narazı olan əsgərlər, kəndlilər, cəmiyyətlər yeni çevrə yaratdılar.
Dirgen üsyanı
Dirgen üsyanı və ya Qara Qartal üsyanı – hal-hazırkı Tatarıstanın şərqi və Başqırdıstanın qərbində yerləşən bölgədə müharibə kommunizmi siyasətinə qarşı Yaşıl Ordu qrupları tərəfindən reallaşdırılan üsyan. Üsyan 4 fevral 1920-ci ildə Ufa quberniyasına bağlı Yanqa Yelan kəndində başlamışdır. Kəndlilərin artıq olan ərzaqlarının müsadirə edilməsinə qarşı çıxılması nəticəsində toqquşmalar yaşandı. Kəndlilər məhsullarını verməyi rədd etdilər və müsadirə bölmələrinə aid əsgərləri (prodotryad) üsyançılardan bəzilərini həbs etdilər. Bundan sonra meydana çıxan hadisələrdə kəndlilər bəzi prodotryad üzvlərini öldürdülər və üsyan dalğasını başlatdılar. 9 fevralda Minzele komitə rəhbəri və Zey mili rəisi üsyançılar tərəfindən öldürüldü. 10 fevralda kəndlilər Zeydəki Sovet təmsilçisini də öldürdülər. Üsyan Ufa quberniyasına bağlı Belebey, Kazan valiliyinə bağlı Çistopolski uyezdi və Samara quberniyasına bağlı Buqulminski uyezdinə də yayıldı. Üsyançıların liderinin adı I Milovanov idi. Qrupun şüarları "Rədd olsun kommunistlər və vətəndaş müharibəsi, yaşasın müəssislər məclisi!" Qara Qartal ikaraq da anılan kəndli üsyançıların sayı get-gedə artdı.
Dunqan üsyanı
Şansi və Qansuda Dunqan üsyanı — 1862-1869-cu illərdə dunqanların üsyanı. Eyni zamanda Çinin cənub-qərbindəki Yunnan əyalətindəki müsəlmanlar da üsyana qalxdılar. Üsyanın yatırılması bir qrup Çin dunqanlarının Rusiya imperiyası ərazisinə (müasir Qırğızıstan və digər Mərkəzi Asiya respublikaları ərazisi) və cənubi-qərbi Monqolustana köçməsinə səbəb oldu. Bu üsyan 8-15 milyon arası insan ölümünə səbəb oldu. Dunqanların bu çıxışı tarixin ən qanlı hərbi qarşıdurmalarından biri sayılır. Müsəlman çinlilər (dunqanlar) Tsin sülaləsinə qarşı dəfələrlə üsyana qalxmışdılar. Xüsusən, 1781 və 1783-cü illərdəki çıxışlar güclü olmuşdur. 1860-cı illərin əvvəllərində uğurlu üsyan daha mümkün görünməyə başladı. Çünki imperiya qüvvələri Taypin (1850-64) və eləcə də Çjan Losin tərəfindən qaldırılan Nyanjun üsyançılarına (1852-68) qarşı mübarizə aparırdı. Taypinlərin Şansiyə yaxınlaşdığını duyan yerli əhali və hökumət tərəfdarları rəsmi hakimiyyətin razılığı ilə könüllü dəstələr yaratmağa başlayır.
Gəncə üsyanı
Gəncə üsyanı (1231)
Hmelnitski üsyanı
Xmelnitski üsyanı — bugünkü Ukrayna ərazisində 1648-dən 1657-ci ilə qədər davam edən üsyan hərəkatı. Ataman Boqdan Xmelnitskinin komandanlıq etdiyi Zaporojye kazaklarının və müttəfiqləri olan Krım tatarları və yerli ukraynalıların Polşa və Litva qüvvələrinə qarşı azadlıq müharibəsidir. Üsyan müvəffəqiyyətli oldu, Kazak Hetmanlığı quruldu və Polşanın bölgədəki təsiri azaldı. Sonralar bölgənin rus təsirinə girməsi daha asan oldu. Bu yəhudi tarixi və demoqrafiyasında xüsusi əhəmiyyət kəsb edir. Qiyam Bogdan Hmelnitsky qüvvələri tərəfindən Zaporojyanın tutulması ilə başladı. Sonra Kazaklar, tatar qüvvələri 1648-ci ilə qədər Polşa-Litva Birliyinə qarşı qələbələr qazandı və müstəqil oldular. Böyük Şimal müharibəsinin başlaması əvvəlcə Kazaklar üçün müsbət hadisə olsa da, davamı gəlmədi, zamanla rus hakimiyyəti altına daxil oldular.
Jakeriya üsyanı
Jakeriya üsyanı (fr. Jacquerie, adını feodalların kəndlilərə verdiyi "sadəlövh Jak" ləqəbindən götürmüşdür) - Fransanın şimal-şərqində 1358-ci ildə, I Yüzillik müharibə dövründə, başçısı Gilyom Kal olan antifeodal kəndli üsyanı. Üsyan ağır feodal əsarəti, iqtisadi dağıntı, muzdlu qoşunların soyğunçuluğu nəticəsində baş vermişdir. Üsyan mayın 28-də Sen-Lyed'Esseran rayonunda başlandı. Əsas kütləsi kəndlilər olan üsyançılara sənətkarlar, xırda tacirlər, kənd ruhaniləri qoşulsalar da, şəhər əhalisi qoşulmadı. Üsyançılar dvoryanların qəsrlərini, evlərini, malikanələrini dağıdır və yandırır, mükəlləfiyyət sənədlərini məhv edir, özlərini isə öldürürdülər. Sadalan hadisələrdən sonra zadəganlar üsyanın başçısı Gilyom Kalı aldadaraq danışığa dəvət edib əsir alırlar və edam edirlər. Bununla da üsyan amansızlıqla yatırılır. Təqribən 20.000 nəfər üsyançı məhv edildi. Zəif təşkil olunmuş və uzunmüddətli mübarizəyə hazır olmayan kəndlilər arasında birliyin olmaması üsyanın yatırılma səbəbləridir.
Karpoş üsyanı
Karpoş üsyanı — 1689-cu ilin oktyabrında Mərkəzi Balkanlarda Osmanlı dövlətinin əleyhinə baş vermiş xristian üsyanı. Güman olunur ki, üsyanın lideri Karpoş o zamanlar Osmanlı dövlətinin tərkibinə daxil olan Makedoniyanın Voyniça kəndində Peter adı altında anadan olub. O, gənc yaşlarında Valaxiyada mədənçi olaraq işləmiş, daha sonra Rodop dağlarına gedərək Bolqarıstan ərazisindəki Dospat şəhərində məskunlaşmışdır. O, nüfuzlu oğru idi. Müqəddəs Roma İmperiyasının ordusu Balkanlarlarda üstünlük əldə etdikdən sonra Karpoş müasir Bolqarıstan və Serbiyanın sərhədində yerləşən Znepola gələrək Osmanlılar əleyhinə müqavimət hərəkatının təşkilatçısı olur. 1683-cü ildə Avstriya, Polşa, Venesiya və Rusiya (sonralar) tərəfindən yaradılan Müqəddəs İttifaq Vyana döyüşündə Osmanlı ordusunu məğlubiyyətə uğradır. Bu hadisədən sonra Osmanlı dövləti Mərkəzi Avropadan sürətlə geri çəkilmək məcburiyyətində qalır. Məğlubiyyət və xaotik vəziyyət Mərkəzi Balkanlarda, xüsusilə də Karpoş üsyanının başlandığı Skopye və Nis ərazisində Osmanlı dövlətinin nüfuzunu zəiflədir. 1689-cu ilin oktyabrında Skopye ərazisinə gələn Avstriya ordusunun komandanı general Pikkolomini yerli kəndlilər tərəfindən sevinclə qarşılanır. Elə həmin gün Pikkolomini rəhbərlik etdiyi ordunu geri çəkir və oktyabrın 26-sı şəhəri yandırır.
Koçkiri üsyanı
Koçkiri üsyanı – 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Hökumətinə qarşı Koçgiri, Pezgavır, Maksudan, Aslanan, Kurmeşan, Parçikan, Cenbergan tayfalarının tərəfindən qaldırılmış kürd üsyanıdır. 1920-ci ilin əvvəlində Baytar Nuru, Yellicə nahiyəsində Hüseyn Abdal, Cangaben və Kurmeşan kimi tayfaların rəisləriylə birlikdə yığıncaq təşkil edərək Sevər Andlaşmasının tətbiq olunmasını və Diyarbakır, Van, Bitlis, Elazığ, Dərsim və Koçgiridən ibarət olan ərazilərdə müstəqil kürd dövləti qurulmasını qərarlaşdırmışdır. Üsyançılar iyul ayında Pərdəyənin Çulfa Əli polis bölməsinə və Şadan tayfa rəisi Paşo da Rifahıyaya hücum etmişlər. Türkiyə hökumətinin üsyanı diplomatik yolla həll etməsi ilə bağlı atdığı addımlar bir təşəbbüs vermədikdən sonra Türkiyə Böyük Millət Məclisi Hökumətinin təyin etdiyi Topal Osman Ağanın başçılığı altında ərazilərə ordu yeridilir və ümumilikdə üç ay davam edən üsyan tamamilə yatırılır. Nuri Dersimi:Kürdistan Tarihinde Dersim, Halep, 1952, (Komkar Yayınları, Köln, 1988) Hıdır Göktaş: Kürtler, İsyan-Tenkil, İstanbul, 1991 Faik Bulut: Dersim Raporları, İstanbul, 2005, ISBN 975-6106-02-6 Uğur Mumcu, Kürt – İslam Ayaklanması 1919-1925, Tekin Yayınları, İstanbul, 1991, s.33-40.