Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Didaktik ədəbiyyat
Didaktik ədəbiyyat (yun. didaktos - nəsihət verən) — elmi, fəlsəfi, mənəvi-əxlaqi, dini görüş və ideyaları bədii formalarda əks etdirən nəsihətamiz xarakterli ədəbiyyat. Didaktik ədəbiyyatın ilk nümunələri sinkretizm dövrünə aiddir. Qədim Yunanıstanda Hesiodun əkinçi-əxlaqi görüşlərini əks etdirən "Zəhmətlər və günlər" eposu, Lukretsinin "Şeylərin təbiəti haqqında" fəlsəfi poeması, Çində Lao-Tszının "Dao de tszin" fəlsəfi poeması, Hindistanda "Pançatantra", "Kəlilə və Dimnə", Azərbaycanda, İranda, həmçinin Orta Asiyada "Avesta", Rusiyada "Vladimir Monomaxın öyüdləri" və s. əsərlərdə nəsihətamiz motivlər əsas yer tutur. Sonrakı dövrlərdə Nikola Bualo ("Poeziya sənəti"), Aleksandr Pop ("İnsan haqqında təcrübə"), Mixail Vasilyeviç Lomonosov ("Şüşənin faydası barədə məktub") və başqaları didaktik əsərlər yaratmışlar. Didaktik ədəbiyyat Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda da geniş yayılmışdır. Sufi lirikası və nəsrini bütövlükdə didaktik ədəbiyyat hesab etmək olar. Didaktik ədəbiyyatın təmsil, nəsihətnamə, öyüd, məsəl kimi spesifik janrları da vardır. “Qabusnamə”, Sədi Şirazinin “Gülüstan” və “Bustan” əsərləri, Cəlaləddin Ruminin “Məsnəvi”si didaktik ədəbiyyatın klassik nümunələridir.
Əxlaqi-Nasiri
Əxlaqi-Nasiri — Nəsirəddin Tusinin 1235-ci ildə yazdığı əsər. Kitab İbn Miskəveyhin ərəbcə yazdığı Təharətul-əraq kitabının əlavələr ilə birlikdə fars dilinə tərcüməsidir. Hamlet İsaxanlının fikrincə, “Əxlaq-i Nasiri” əsəri (1232) Miskaveyh’in “Təhzib əl-Əxlaq” əsərindən (onu tərcümə etmək əvəzinə daha dolğun kitab yazmaq istəmişdir), Aristotel və qismən Platondan istifadə etməklə yazılıb. Bu kitab sistemli praktik fəlsəfə, əxlaq fəlsəfəsi kimi çox oxunub və məşhur olub. Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır. Əsər Rəhim Sultanov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş Bakıda 1989-cu ildə Elm, 2005-ci ildə Lider nəşriyyatında 280 səhifə, 25 min tirajla, 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən 400 səhifədə, 2015-ci ildə Bakı Kitab Klubunda 336 səhifədə, 100 tirajla çap edilmişdir. Övsafül-Əşraf Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Farscadan tərc.
Əxlaqi Nasiri
Əxlaqi-Nasiri — Nəsirəddin Tusinin 1235-ci ildə yazdığı əsər. Kitab İbn Miskəveyhin ərəbcə yazdığı Təharətul-əraq kitabının əlavələr ilə birlikdə fars dilinə tərcüməsidir. Hamlet İsaxanlının fikrincə, “Əxlaq-i Nasiri” əsəri (1232) Miskaveyh’in “Təhzib əl-Əxlaq” əsərindən (onu tərcümə etmək əvəzinə daha dolğun kitab yazmaq istəmişdir), Aristotel və qismən Platondan istifadə etməklə yazılıb. Bu kitab sistemli praktik fəlsəfə, əxlaq fəlsəfəsi kimi çox oxunub və məşhur olub. Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır. Əsər Rəhim Sultanov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş Bakıda 1989-cu ildə Elm, 2005-ci ildə Lider nəşriyyatında 280 səhifə, 25 min tirajla, 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən 400 səhifədə, 2015-ci ildə Bakı Kitab Klubunda 336 səhifədə, 100 tirajla çap edilmişdir. Övsafül-Əşraf Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Farscadan tərc.
Əxlaqi qiymət
Əxlaqi qiymət — sosial gerçəkliyin müxtəlif hadisələrinin və insanların davranışlarının hansı əxlaqi məna daşımalarından asılı olaraq bəyənilməsi və ya pislənməsidir. İnsanlara müəyyən əxlaqi davranışların həyata keçirilməsini təlqin edən Əxlaq normasından fərqli əxlaqi qiymət davranışların əxlaqın tələblərinə uyğunluğu və ya uyğun gəlməməsinin müəyyən edir. Ümumi əxlaqi qiymət xeyir və şər kateqoriyaları ilə həyata keçirilir, əxlaqın obyektiv meyarına əsaslanır. Bu meyar da tarixi xarakterə malikdir və ictimai quruluşdan, sinfi mübarizədən və . s. asılı olaraq dəyişir. Əxlaqi qiymətin əsasında davranışların sosial əhəmiyyətinin dərk edilməsi durur. Bu əsasda da əxlaqi qiymətin köməyilə insanların davranışını tənzim etmək mümkündür.
Didaktika
Didaktika (q.yun. διδακτικός) — pedaqogikanın bir bölməsi. == Didaktika anlayışı == «Didaktika» anlayışı pedaqogika elminə XVII yüzillikdə gətirilmişdir. Həmin termini ilk dəfə alman pedaqoqu Volfqanq Ratke (1571-1635) və çex pedaqoqu Yan Amos Komenski (1592-1670) işlətmişlər. Bu anlaşıyın mahiyyətini həmin şəxslərin hərəsi bir cür aydınlaşdırmışdır. V.Rakteyə görə, didaktika elmləri, dillləri və incəsənəti öyrətmək məharətidir. Y.A.Komenskinin nöqteyi-nəzərincə, didaktika hər şeyi hamıya öyrətmək sənətidir. Pedaqoji fikir tarixində didaktikanı gah təhsil, gah təlim, gah da təlim və təhsil nəzəriyyəsi kimi aydınlaşdırmaq cəhdləri olmuşdur. Bu cəhdlərə baxmayaraq, deyə bilərik ki, əslində didaktika təhsil və təlim haqqında nəzəriyyədir. == Tarixi == Didaktika çox qədim tarixə malikdir.
Əxlaq
Əxlaq (ər. — xasiyyət, təbiət sözünün cəmi) — İnsanın mənəvi keyfiyyətini, əhvali-ruhiyyəsini müəyyən edən etik normalar; mənəviyyat. İctimai şura formalarından biri; ictimai həyatın bütün sahələrində (məişət, ailə, əmək prosesi, elm və siyasət) insanların davranışını tənzim edən sosial institut. Əxlaq insanların öz davranışlarında rəhbər tutduqları prinsip, norma və qaydaların məcmusu, onların həyatda bir-birinə, ailəyə, işlədiyi kollektivə, millətə, bütövlükdə cəmiyyətə olan münasibətinin ifadəsidir. Əxlaqın strukturu insanın şüur fəaliyyətinin bir-birinə əks qütblərini ifadə edən xeyir və şərin ziddiyyətinə əsaslanır: onun bilərəkdən can atdığı xeyir, bilərəkdən uzaq durduğu isə şərdir. İnsan hərəkətlərini idarə edən müxtəlif məqsədlər arasında bütün digər məqsədləri müəyyənləşdirən və ali xeyir kimi çıxış edən ən ümumi və mühüm bir məqsəd fərqləndirilir. Davranışın şüurlu olaraq ali xeyirə tərəf istiqamətlənməsi ona xeyir qütbünü aşılayır və insanın mənəvi enerjisini müəyyənləşdirir. Bütün insanlar xeyirə can atırlar, lakin onu müxtəlif cür başa düşürlər. Bu zaman eyni predmetə müxtəlif baxışların qarşılaşdırılması, mənəvi prioritetlərin həqiqilikləri baxımından nəzərdən keçirilməsi problemi yaranır. Hələ qədim filosoflar ali xeyir haqqında konkret təsəvvürlərin müxtəlifliyini üç əsas variantla ifadə etmişlər: həzzə canatma, vətəndaş fəallığı vasitəsilə özünütəsdiq və əbədiliyə qovuşma (bunları sonrakı dövrlərin ifadələri ilə insanın özü üçün, cəmiyyət üçün və Allah üçün yaşaması kimi mənalandırmaq mümkündür).
Ağaların əxlaqı və qulların əxlaqı
Ağaların əxlaqı və qulların əxlaqı (alm. Herren- und Sklavenmoral‎) ― alman filosofu Fridrix Nitsşenin əsərlərində, xüsusən də "Əxlaqın genealogiyası" (1887) əsərində toxunduğu mövzulardan biri. Nitsşe əxlaqın iki əsas növünün olduğunu iddia edir: "ağa əxlaqı" və "qul əxlaqı". Qul əxlaqına sahib insanlar xeyirxahlığa, təvazökarlığa və mərhəmətə, ağa əxlaqına sahib insanlar isə qürur, güc və nəcibliyə dəyər verir. Ağa əxlaqı, əməlləri törədəni nəticələrinin yaxşı və ya pis olmasına görə qiymətləndirir. Qul əxlaqı isə əməlləri yaxşı və ya pis niyyətə görə qiymətləndirir. Ağa əxlaqı və qul əxlaqı insan emosiyalarını nəzərə almır. Nitsşe əxlaqın bəşər mədəniyyətinin müəyyən bir növünün formalaşmasından ayrılmaz olduğunu müdafiə edirdi. Mədəniyyətin dili, onun kod və təcrübələri, mədəni təcrübə və institutlar bu iki əxlaq quruluşunun mübarizəsindən yaranır.
Məkarimi-əxlaq
Məkarimi-əxlaq — Seyid Yəhya Bakuvinin nadir əsərlərindəndir. Mövzusu islami-ürfani əxlaq olan bu əsərdə əməli salehlik və əxlaqın imanın əsası olması məsələlərinə diqqət yetirilir. Peyğəmbərin və onun yolunda olanların ən mühüm xüsusiyyətlərindən birinin əxlaq olduğu vurğulanır. İnsanda yamanlıq duyğularının nələr olduğu və bunlardan xilas olmanın yolları göstərilir. Əsər nəsrlə yazılmışdır. Əsərin İstanbul Universiteti kitabxanasındakı nüsxəsinin adı Əxlaqi-mahmudatdır.
Əxlaq fəlsəfəsi
Əxlaq fəlsəfəsi — ilk yaranan fəlsəfə qollarından biridir. Kantdan bəri fəlsəfi məsələləri bilik və fəaliyyət məsələlərinə ayırmaq və tədqiq etmək bir qayda olmuşdur. Bilik məsələsini ələ alan fəlsəfə idrak nəzəriyyəsidir. Amma, insan yalnız bilən bir varlıq deyil, eyni zamanda fəaliyyətdə olan bir varlıqdır. İnsan fəaliyyətləri də meydana gəlməsi, yönəldikləri məqsəd və dəyərləri baxımından fəlsəfi məsələlərə daxildir. Buna görə onları da fəlsəfənin tədqiq etməsi lazımdır. İnsan fəaliyyətlərini, məqsədlərini,vəzifələrini və yönəldikləri dəyərləri tədqiq edən fəlsəfə əxlaq fəlsəfəsi və ya etika adlanır. Əxlaqi fəaliyyətlər, gündəlik həyatda hər gün təkrar etdiyimiz düz olmaq, doğru hərəkət etmək, yalan danışmamaq, insanlara hörmət etmək, başqalarının haqqını əlindən almamaq, insanlara kömək etmək və bu kimi fəaliyyətlərdir. Bu kimi fəaliyyətlərdə olan insanlar isə əxlaqlı, namuslu, ləyaqətli insanlar kimi səciyyələndirilirlər. Əxlaqi fəaliyyətlər insan tərəfindən edilən hərəkətlərdir.
Əxlaq metafizikası
Əxlaqın Metafizikası (alm. Die Metaphysik der Sitten‎) İmmanuel Kantın 1797-ci ildə yazdığı siyasi və əxlaqi fəlsəfə əsəridir. Quruluş baxımından o, iki hissəyə bölünür: hüquqlardan bəhs edən Hüquq Doktrinası və fəzilətlərdən bəhs edən Fəzilət Doktrinası. Kantın əsərdə etik nəzəriyyələrinin inkişafı " kateqorik imperativ " konsepsiyasının təkamülünü və vəzifələr kontekstində bəşəriyyətə rasional varlıqlar kimi yanaşmağın nəticələrinin tədqiqini əhatə edir.
Əxlaq norması
Əxlaq norması — əxlaqi tələblərin eyni tipli davranışlara şamil edilən ümumi göstərişlər və qadağalar vasitəsilə insanların davranışını tənzim edən formasıdır. Hüquq normalarından fərqli olaraq əxlaq norması dövlət hakimiyyəti tərəfindən deyil, adət və ictimai rəyin gücü ilə sanksiya alır; cəmiyyətin əxlaqi şüurunda kimin tərəfindənsə xüsusi verilən qanun nəticəsində deyil, kortəbii formalaşır. Əxlaq normaları öz-özlüyündə hələ insanın davranışı üçün məqbul rəhbərlik ola bilməz; abstrakt ümumiliyə malik olduqlarından bu, normal xüsusi vəziyyətlərlə bağlı mümkün istisnaları nəzərdə tutmur. Buna görə də konkret vəziyyətlərdə bu və ya digər əxlaq normalarının tətbiqi məsələsi məzmunca daha ümumi əxlaq prinsipləri əsasında həll olunmalıdır. Sosial məzmununa görə əxlaq norması həm ümumbəşəri, həm də tarixən məhdud, sinfi xarakterə malik ola bilər. Sonuncu halda bir sosial formasiyadan digərinə keçid zamanı uzun vaxt ərzində köhnə əxlaq normalarının dağılması və yenilərinin yaranması baş verir.
Əxlaq statistikası
Əxlaq statistikası mənəviyyat statistikası — elmi fənn və praktiki biliklər sahəsi; obyekti qarşılıqlı əlaqəli statistik göstəricilər sisteminin hesablanması və təhlili metodu ilə insanın, ailənin və cəmiyyətin əxlaqi (mənəvi) vəziyyətini, iradə bəyanını və inkişafını səciyyələndirən kütləvi halların kəmiyyətcə müşahidəsi və ümumiləşdirilməsindən ibarətdir. Buraya cinayətlər (şəxs və əmlaka qarşı), savadsızlıq, intihar, nikahdan kənar doğuş, abort, boşanma, fahişəlik və kütləvi yoxsulluq statistikaları daxildir. Bu məlumatların toplanması çox zaman ingilis alimi Con Qrauntun adı ilə əlaqələndirilir 1682-ci ildə Qraunt London kilsələrindən topladığı doğum və ölüm məlumatları haqqında cədvəl əsasında Londonda ölümlə bağlı məlumatları təhlil etdi. Əhali haqqında statistik məlumatların sistematik toplanmasının başlanğıcı (indi bu elm demoqrafiya adlanır) XVIII əsrin ortalarına təsadüf edir: Bu sahədə İohan Piter Zyusmilxin fəaliyyətinə daha çox önəm verilir. Əxlaq statistikasına dair məlumatlar XIX əsrin əvvəllərində müxtəlif dövlət qurumları (ən çox Fransa və İngiltərə) tərəfindən toplanmağa və yayılmağa başlandı. Bu məlumatlardan sosial islahatlarla bağlı debatlarda geniş istifadə edilirdi. Əxlaqi statistika mövzusuna dair ilk böyük əsər, 1833-cü ildə Andre-Mişel Kerri tərəfindən yazılmış "Fransa əxlaqi statistikaları haqqında oçerk" olmuşdur. Britaniyada bu problem Jozef Fletçer tərəfindən tədqiq edilməyə başlanmışdır. O, 1847-ci ildən İngiltərə və Uelsin əxlaqi və təhsil statistikası haqqında bir neçə məqalə dərc edərək eyni problemlə məşğul oldu. Müasir əxlaqi statistikanın yaranması isə Belçikalı Adolf Ketlenin (1796–1874) fəaliyyəti ilə əlaqələndirilir.
Təhzibül-əxlaq
Təhzibül-əxlaq - Abbasqulu ağa Bakıxanovun pedaqogika və psixologiyaya dair elmi və nəzəri məsələləri əhatə edən fəlsəfi əsəri. Fars dilində qələmə alınan bu əsər 12 fəsil və nəticədən ibarətdir. Müəllif əsərdə cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklinə salaraq təqdim edir. Əsər, Sovet dövründə pedaqoji bir əsər kimi qiymətləndirilsə və dini-təsəvvüfi məzmunu ilə didaktik yönü gözardı edilsə də, əsərdə Şərq ədəbiyyatında geniş yayılan klassik dini-təsəvvüfi və didaktik xarakterli əsərlərin XIX əsr elmi və metodologiyası ilə birləşdirildiyi və dövrün tələbləri nəzərə alınaraq sintezə nail olunduğu görünür. == Tədqiqi == Bakıxanovun əxlaq düşüncəsi, xüsusilə də "Təhzibül-Əxlaq" əsəri ilə bağlı ən geniş tədqiqat Heydər Hüseynov tərəfindən aparılmışdır. Rus dilinə və Azərbaycan türkcəsinə tərcümə edilmiş olan bu əsərin indiyədək tənqidi mətni hazırlanmayıb. Qeyd etmək lazımdır ki, əsərin hər iki dilə edilən tərcümələrində bir sıra səhvlər və uyğunsuzluqlar mövcuddur. Əsərin bir digər tədqiqatçısı Dr. Elmin Əliyevdir. O,“ Abbaskulu Bakühanlı ve Ahlak Düşüncesi” adlı dissertasiyasında “Təhzibül-Əxlaq” əsərinin Bakıxanov üçün önəminə diqqət çəkir.
İslamda ailə əxlaqı
İslam dinində ailə əxlaqı — İslam dini ailə üzvlərinin mən, sən kimi ifadələrindən deyil "biz" məhvumundan ibarət olmasını tövsiyə edir. İslamda ailə əxlaqından danışdıqda ailə daxili münasibətlərin məhz sevgi,qayğı fədakarlıq üzərində qurulması nəzərdə tutulur. Əgər ailədəki münasibət qeyd etdiyimiz təməllər üzərində qurularsa, bu cür ailə İslamın bizə tövsiyə etdiyi əxlaqlı ailədir. İslam dini ailənin bir inzibati qurum kimi formalaşmasının tərəfdarı deyil. Yəni, İslam dini ailəni cəmiyyətin təməli, bir kiçik məmləkət hesab edir. Lakin, İslam dini ailə başçısını idarə rəhbəri kimi görmək istəmir, o atanının anaya, övladına olan münasibətinin mənəvi bağlar üzərində qurulmasını, ailə üzvlərini fədakar görmək istəyir. Əgər övlad ata və ananın münasibətlərində bir-birilərinə fədakarlıq görərsə, artıq o özü mənəvi baxımdan inkişaf etmiş olacaq. Eyni zamanda övlad əgər bu cür ailədə böyümüş olsa, gələcəkdə düşəcəyi mühitə bu zaman təsir etmə qabiliyyətidə artmış olacaq. Hz. Əli buyurur: "Övladlarınız valideynlərindən daha çox yaşadığı mühitə bənzəyir.
Seyid Həsən Əxlaq
Seyid Həsən Əxlaq (fars. سید حسن اخلاق‎; 1 iyun 1976, Bamyan[d]) — Əfqan və İran filosofu. The secular and the sacred: complementary and/or conflictual? Washington DC: The Council for Research in Values and Philosophy, 2017, ISBN 978-156-518-320-9 From Rumi to Nietzsche, Qom: Sulok-e Javan: 1386/2007 Solar Hejri, ISBN 964-9958-01-0 The Philosophical discourse between Islam and the West, Qom: Al-Mustafa International University, 1387/2008, ISBN 978-964-195-005-9 The Tradition of enlightenment in the West and Islam, Tehran: Amir Kabir, 1389/2009, ISBN 978-964-00-1231-4 From Tradition of Balkh to Modernity of Paris, Kabul: Nebras Research Institute, 1389/2010, B745. N49 A44 2011 Life After Death, Resurrection, Judgment and the Final Destiny of the Soul: Volume 1 and 2, Chicago: Kazi Publications; Reprint edition (Vol. 1, 2015), ISBN 1567445500, ISBN 978–1567445503; (Vol.
İslam dinində ailə əxlaqı
İslam dinində ailə əxlaqı — İslam dini ailə üzvlərinin mən, sən kimi ifadələrindən deyil "biz" məhvumundan ibarət olmasını tövsiyə edir. İslamda ailə əxlaqından danışdıqda ailə daxili münasibətlərin məhz sevgi,qayğı fədakarlıq üzərində qurulması nəzərdə tutulur. Əgər ailədəki münasibət qeyd etdiyimiz təməllər üzərində qurularsa, bu cür ailə İslamın bizə tövsiyə etdiyi əxlaqlı ailədir. İslam dini ailənin bir inzibati qurum kimi formalaşmasının tərəfdarı deyil. Yəni, İslam dini ailəni cəmiyyətin təməli, bir kiçik məmləkət hesab edir. Lakin, İslam dini ailə başçısını idarə rəhbəri kimi görmək istəmir, o atanının anaya, övladına olan münasibətinin mənəvi bağlar üzərində qurulmasını, ailə üzvlərini fədakar görmək istəyir. Əgər övlad ata və ananın münasibətlərində bir-birilərinə fədakarlıq görərsə, artıq o özü mənəvi baxımdan inkişaf etmiş olacaq. Eyni zamanda övlad əgər bu cür ailədə böyümüş olsa, gələcəkdə düşəcəyi mühitə bu zaman təsir etmə qabiliyyətidə artmış olacaq. Hz. Əli buyurur: "Övladlarınız valideynlərindən daha çox yaşadığı mühitə bənzəyir.
Əğlabi
Əğlabi — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. Əğlabi kəndi Dərbənd şəhərindən 18 km cənubda, Azərbaycan Respublikası ilə sərhəd xəttindən 10 km şimalda, Xəzər dənizi sahilindən 2 km uzaqlıqda, düzənlik ərazidə, Rubas çayı sahilində yerləşir. Əğlabi kəndi yalnız bu kəndi əhatə edən öz bələdiyyəsinə sahibdir. Bələdiyyənin keçmiş başçısı Siracəddin Tahirov, indiki başçısı isə Murad Məhəmmədağayevdir. Kəndin XIX əsrin əvvəllərində dağ yəhudiləri tərəfindən salınması ehtimal olunur; belə ki, kəndin adı tarixi məxəzlərdə ilk dəfə 1813-cü ildə qeyd edilmişdir. Ancaq sonralar ətrafda yerləşən azərbaycanlı kəndlərindən və Dərbənddən bu əraziyə xeyli azərbaycanlı köç etmiş, dağ yəhudiləri isə əksinə kəndi tərk etmişlər. XX əsrin əvvəllərində kənd tamamiylə azərbaycanlılardan ibarət monoetnik çalar almışdır. Sovet dövründə, 1953-cü ildə Rusiya SFSRinin Dağıstan MSSRindəki Qürah rayonunun Tsilinq kəndinin əhalisi (SSRİnin Dağıstanın dağlıq və ucqar ərazidə yerləşən kəndlərində yaşayan əhalinin digər yerlərdəki düzənlik bölgələrə köçürülməsi siyasətinə görə) Dərbənd rayonundakı Əğlabi kəndinə köçürülmüşdür. 1886-cı ildə kənd əhalisi 36 evdə 139 nəfərlik (75 nəfəri kişilər, 64 nəfəri qadınlar) əhalidən ibarət idi; onlardan 27 evdə yaşayan 108 nəfərini (58 nəfəri kişilər, 50 nəfəri qadınlar) dağ yəhudiləri, 9 evdə yaşayan 31 nəfərini isə (17 nəfəri kişilər, 14 nəfəri qadınlar) sünni islam etiqadlı Azərbaycan tatarları təşkil edirdi. 2017-ci il rəsmi əhali siyahıyaalınmasına əsasən kənd əhalisinin sayı 2371 nəfərdir.
Əxlat
Əxlat (türk. Ahlat) — Van gölünün şimal-qərb sahilində, əhalisi 35 000 nəfər olan, Bitlis ilinin tərkibində bir ilçə. Şimalında Muş ilinə bağlı Bulanıq və Malazgirt ilçələri, qərbində Muş ili, cənubunda Van gölü, şimal-qərbində Tatvan və Bitlis, şərqində isə yenə Van gölü və Adilcəvaz ilçəsiylə həmsərhəddir. Şəhərin ən qədim sakinləri urartlar buranı Halads adlandırarkən, türklər və iranlılar "Əxlat", kürdlər "Xelat", ermənilər "Xlat", süryanilər "Kelat", ərəblər isə "Xilat" adlandırmışlar. İslam aləmində "Qübbət-ül islam" kimi də tanınır.
Ədilə Əflaki
Nəzərli Ədilə Osmanqızı (1954-cü il, 4 iyul Bakı) — xanəndə,Azərbaycan Respublikasının əməkdar artisti. Ədilə Əflaki – Nəzərli 4 iyul 1954-cü ildə Bakı şəhərində, Bakının kiçik milyonçusu olan, eyni zamanda ADOBT-nın Üzeyir Hacıbəyli orkestrinin aparıcı solisti olmuş, tanınmış korifey musiqişünas Ələkbərbəy Cavad oğlu Nəzərlinin ailəsində anadan olmuşdur. Əslən Qərbi Azərbaycandandır. Ata soyadının İrəvanda, Axta rayonunun Mərmərə kəndində, ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qətliamlarda – soyqırım nəticəsində ata tərəfindən qətlə yetirilən baba, nənə — doğmalarının, erməni daşnakları tərəfindən ümumilikdə — 6 ailəsinin tamamilə məhv edilməsinə istinadən şəhid ailəsi varisidir.(İşgəncə ilə qətlə yetirilən doğmalarının cəsədlərini taxıl quyularına tökmüşdülər). 1941–1945-ci illər Böyük Vətən Müharibəsi əlili Osman Alı oğlunun övladıdır. Ali təhsillidir, ADMİU-ni bitirmişdir. 1972-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasından səhnə fəaliyətinə başlayaraq, uzun illər Azərbaycan Dövlət Konsert Qastrol Birliyinin, sonralar Dövlət Muğam teatrının solisti olmuşdur. Ədilə Əflaki I Qarabağ müharibəsinin iştirakçısıdır. 1990-cı ildən Azərbaycanın torpaq ərazi bütövlüyü uğrunda cəbhə bölgələrində, qaynar nöqtələrdə, incəsənətdən ilk könüllü olaraq, müntəzəm xidmətlərinə görə Müdafiə Nazirliyində N saylı Dövlət qeydiyyatlı hərbi arxivi qorunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şah İsmayıl Xətai,"Bir Kərə Yüksələn Bayraq Bir Daha Enməz" və bu kimi digər fəxri fərmanlarının sahibidir.
Empirik əlaqə
Elmdə empirik əlaqə və ya fenomenoloji əlaqə təcrübə və müşahidə ilə dəstəklənən, lakin nəzəriyyə ilə mütləq şəkildə dəstəklənməyən əlaqə və ya korrelyasiyadır . == Nəzəriyyəsiz analitik həllər == İlk prinsiplər kimi nəzəri əsaslardan asılı olmayaraq empirik əlaqə təsdiqedici məlumatlar ilə dəstəklənir. Bəzən ilkin empirik əlaqələr üçün nəzəri izahatlar tapılır, bu halda əlaqələr artıq empirik hesab edilmir. Buna misal olaraq hidrogen spektral xətlərinin dalğa uzunluqlarını təxmin etmək üçün Ridberq düsturunu göstərmək olar. 1876-cı ildə təklif edilmiş o, Lyman seriyasının dalğa uzunluqlarını mükəmməl təxmin etmişdi, lakin 1925-ci ildə Niels Bor atomun Bohr modelini yaradana qədər nəzəri əsası yox idi. Bəzən empirik amil hesab edilən şey sonradan əsas fiziki sabit hesab olunur. == Təxminlər == Bəzi empirik əlaqələr sadəcə təxminlərdir, çox vaxt fenomeni təsvir edən analitik həllin Taylor seriyasının ilk bir neçə həddinə ekvivalentdir. Digər əlaqələr yalnız müəyyən spesifik şərtlər altında baş verir və onları daha ümumi əlaqənin xüsusi hallarına endirir. Bəzi təxminlər, xüsusən fenomenoloji modellər hətta nəzəriyyə ilə ziddiyyət təşkil edə bilər; Onlar bəzi nəzəriyyələrə nisbətən riyazi cəhətdən daha asan başa düşülən və nəticə verə bildikləri üçün istifadə olunurlar.
Kovalent əlaqə
Kovalent əlaqə — Elektromənfilikləri kəskin fərqlənməyən atomlar arasında kovalent əlaqə yaranır. Kovalent əlaqənin təbiəti atomlar cütünün ümumi (əlaqələndirici) elektron cütünün əmələ gəlməsindən və bu cütə birgə sahib olmaqdan ibarətdir. Bu cütlüyün elektronları hesabına hər bir atom öz valent səviyyəsini tamamlayır və bununla da öz enerjisini azaldır. Bu cütün yerləşdiyi yerdə mənfi yükün iki qat olması hesabına nüvələrdən hər birinin arasında və bu oblastda cazibə güclənir. Beləliklə atomlar əlaqələnmiş olur və birlikdə olur. == Kovalent rabitə nəzəriyyəsi == Kovalent rabitə nəzəriyyəsi ümumi şəkildə 1916-cı ildə Amerika alimi Lyus tərəfindən yaradılmışdır. Bu nəzəriyyənin sonrakı inkişafında, xüsusilə onun kompleks birləşmələrə tətbiqi sahəsində N.Sicivikin böyük rolu olmuşdur. Buna görə kovalent rabitə nəzəriyyəsi son vaxtlarda Lyus-Secvik nəzəriyyəsi adlanır. ion rabitəsində olduğu kimi kovalent rabitə nəzəriyyəsinin də əsas mahiyyətini qarşılıqlı kimyəvi təsirdə olan element atomlarında müvafiq təsirsiz qazlara məxsus davamlı elektron konfiqurasiyasının əmələ gəlməsi təşkil edir.Lakin kovalent rabitənin yaranması zamanı ion rabitəsindən fərqli olaraq, elektronun bir element atomundan digər element atomuna tam keçidi baş vermir. Yalnız qarşılıqlı təsirdə olan hər iki element atomlarının açıq elektronlarının bir-biri ilə qapanması hesabına ümumi elektron cütləri yaranır ki, bunlar da eyni vaxtda hər iki atoma aid olmaqla onların arasında rabitənin yaranmasına səbəb olur.
Mişel Əflaq
Mişel Əfləq (ərəb. ميشيل عفلق‎; 1910[…], 19 yanvar 1912 və ya 1909, Dəməşq – 23 iyun 1989[…], V arondisman (Paris)) — Ərəb əsilli Suriya siyasətçisi. Bəəs sosialist ərəb partiyasının qurucusu. Səddam Hüseynin əməkdaşı olub. Suriyanın Dəməşq şəhərində orta səviyyəli bir ailədə anadan olan Əfləq Sorbonnada oxudu və burada gələcək siyasi yoldaşı Səlahəddin əl-Bitarla görüşdü. 1932-ci ildə Suriyaya qayıtdı və kommunist siyasətində siyasi karyerasına başladı. Əfləq kommunist fəalı oldu, ancaq Suriya-Livan Kommunist Partiyası Fransanın müstəmləkə siyasətini dəstəklədiyi zaman kommunist hərəkatı ilə əlaqələrini kəsdi. Sonralar 1940-cı ildə Əfləq və əl-Bitar Ərəb İhya Hərəkatını qurdular (daha sonra Zəki əl-Ərsuzi qrupundan adını eyni adla alaraq özünü Ərəb Bəəs Hərəkatı adlandırdı). Hərəkat uğurla nəticələndi və 1947-ci ildə Ərəb Bəəs Partiyası yaratmaq üçün Ərəb Arası'nın ərəb Bəəs Təşkilatı ilə birləşdi. Əfləq partiyanın icra komitəsinə üzv seçilmiş və "'Amid" (partiyanın lideri deməkdir) seçilmişdir.
Qarşılıqlı əlaqə
Ünsiyyət Qarşılıqlı əlaqə – dialektikanın ən ümumi kateqoriyalarından biri; obyektiv aləmin daimi hərəkət və dəyişilməsində onun vəhdətini, onu təşkil edən predmet və hadisələr arasındakı sonsuz əlaqəni ifadə edir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Əlaqə (1989)
"Yerdənkənar varlıqlarla səylə əlaqə axtarırlar, bəs bizim aramızda, Yer kürəsinin adamları arasında əlaqə varmı?.." Personajların birinin verdiyi bu sual filmin müəlliflərini düşündürür və onlar "belə bir bəşəri, millətlərarası əlaqələr barədə həmişəkindən daha çox düşünməliyik" mesajını tamaşaçılara çatdırmağa çalışırlar. Filmdə amansızlığın necə hərc-mərcliyə, zorakılığa, planetdə bütün varlığın məhvinə gətirib çıxardığı göstərilmişdir. Burada adamlara bir daha xatırladılır ki, əlaqələrin olmaması dəhşətli bəladır, qlobal qəzalar doğurur, amma film ümid hissilə sona çatır. Müsəlman və xristian dini mahnıları oxunur və yeni həyat başlanır. Film yazıçı Anarın "Əlaqə" povesti əsasında ekranlaşdırılmışdır. Filmdə xronikal kadrlardan istifadə edilmişdir. Filmin 14-cü dəqiqəsində tələbə ilə qoca qadının daxil olduğu bina hal-hazırda Lider TV-nin yerləşdiyi binadır. Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Cahangir Zeynallı Quruluşçu operator : Kənan Məmmədov Quruluşçu rəssam : Kamran Zeynallı Bəstəkar : Firəngiz Əlizadə Səs operatoru : Akif Nuriyev Rejissor : Adil İsmayılov Operator : Tərlan Babayev Montaj edən : Esmira İsmayılova Geyim rəssamı : Tamilla Dağıstanlı Qrim rəssamı : Çingiz Paşayev, Berta Roqova Quraşdırılmış səhnələrin operatoru : B. Travkin Quraşdırılmış səhnələrin rəssamı : M. Zavrajnı Rejissor assistenti : F. Hüseynov Montaj üzrə assistent : Tamilla Muxtarova Assistent : F. Qaryağdı İnzibatçı : M. Səfərov Səs Operatoru-Stajçı : T. Babayev İşıq Tənzimçisi : Əminə Cəfərova İşıq Ustası : Tahir Bağırov (T. Bağırov kimi) Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor : Konstantin Krimets Redaktor : Əhmədağa Qurbanov Filmin direktoru : Əli Məmmədov İlqar Həsənov-Tələbə Rafiq Əliyev-Psixiatr Aliyə Əliyeva Fikrət Məmmədov-Dazbaş T. Babayeva R. Axundova Q. Süleymanov Niyazi Bədəlov-Qoca Pərviz Bağırov-Tələbə (İlqar Həsənov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova-Qarı (titrlərdə yoxdur) Eldəniz Rəsulov-Psixiatr (Rafiq Əliyev) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Əxlat tüməni
Əxlat tüməni — XIV əsr. İnzibati ərazi. Elxanilər dövləti Ərminiyyə vilayətinin tümənindən biri Dövrün tanınmış tarixçi-coğrafiyaşünas alimi Həmdüllah Mustovfi Qəzvini (1281–1345) Ərmən vilayəti və xüsusilə də, "Böyük" və "Kiçik" Ərminiyyələr barədə maraqlı məlumat verir. Müəllif "Ərmən", "Ərminiyyə" adlandırdığı bu vilayətin 2 hissədən -"Böyük Ərminiyyə" və "Kiçik Ərminiyyə"dən ibarət olduğunu xəbər verir. Onun yazdığına görə, Kiçik Ərminiyyə İran ərazisinə daxil deyil. Böyük Ərminiyyə isə Kiçik Ərminiyyədən şərqdə yerləşməklə İrana (yəni Hülakular dövlətinin tərkibinə) daxildir və dövlətin bir tümənini (Əxlaq tümənini) təşkil edir. Böyük Ərminiyyənin hüdudları Kiçik Ərminiyyə (qərbdə), Rum, Diyarbəkr, Kürdüstan, Azərbaycan (tarixi Atropatena) və Arrana kimi çatırdı. Mərkəzi Əxlaq (İxlat) şəhəri idi. Dövlətə 39 tümən vergi ödəyirdi (hansı ki, təkcə Azərbaycan əlaləti — tarixi Atropatena ərazisi bu dövrdə 9 tümənə bölünmüşdü və dövlətə 1000 tüməndən artıq vergi verirdi). Əxlat tüməninin tərkibinə Əxlat, Ərciş, Xəradin, Van, Vəstan və s.
Pelagi
Pelagi (təq. 354 – təq. 420, Fələstin) — xristian dinində ilk bidətçi təlimlərindən birinin banisi, V əsrin din xadimi. Xristianlıqda ilk bidətçi təliminin banilərindən sayılan Pelagi təxminən 360-cı ildə Fransanın Bretan bölgəsində, yaxud Britaniyada doğulmuşdur. Milliyyətcə keltdir. Əsl adı Morqan olub, xaç suyuna çəkildikdən sonra Pelagi adlandırılmışdır. V əsrin əvvəllərində İtaliyaya gələrək monastıra daxil olmuşdur. Burada yüksək əxlaqı və nizam-intizamı ilə məşhurlaşmışdır. Romada həm dünyəvilər, həm də din xadimləri arasında yayılmış pozğunluq halları onu dəhşətə gətirmişdir. Pelagi mülahizələri ilə ümumi kilsə doqmalarından kənara çıxmışdır, lakin o, kilsə ilə ziddiyyətə getmək fikrindən uzaq idi.
Dərəlik bulağı
Dərəlik bulağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Culfa-Naxçıvan avtomobil yolundan 2 km. aralıda yerləşir. Əlincəçayın sol sahilindədir. Suyun tərkibində natrium, hidrokarbon, kalsiumli-maqneziumludur. == Ələhi suyunun tərkibi == Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Şimali Qafqazda yerləşən "Pyatiqorck" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. Mineral bulağın suyu ürək-damar və dəri xəstəliklərində müalicəvi vasitə kimi tanınır. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Fırlatma zolağı
Fırlatma zolağı (scroll bar,полоса прокрутки,kaydırma çubuğu)-qrafik istifadəçi interfeyslərində: pəncərənin sağ, yaxud aşağı qırağında yerləşən və pəncərəyə yerləşməyən sənədi fırlatmaq üçün nəzərdə tutulmuş şaquli, yaxud üfüqi zolaq. Fırlatma zolağının üç aktiv zonası olur; məsələn, mətn redaktorlarında şaquli fırlatma zolağının üzərində ox olan iki fırlatma düyməsi var ki, onların köməyilə sənədi bir sətir aşağıya, yaxud yuxarıya hərəkət etdirmək olur və sənədin lazım olan yerinə keçmək üçün fırlatma boksu var; siçanın göstəricisini fırlatma boksunun yuxarısında, yaxud aşağısında çıqqıldatmaq sənədi bir ekran yuxarıya, yaxud aşağıya hərəkət etdirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Karvansara bulağı
Karvansara mineral su bulağı — Şahbuz rayonundakı Gömür kəndindən 7 km şimal-şərqdə, okean səviyyəsindən 2260 m. yüksək ərazidədir. Gömür çayın mənbəyində olan bulaqlar hidrogen-sulfidlidir. Hər iki bulaq suları termaldır. Ultrabərk qatılığa malik, zəif minerallaşmış, sulfadlı-hidrokarbonatlı, kalsiumlu-natriumlumaqneziumlu termal (qaynar) sudur. == Əhəmiyyəti == Daxili və xarici orqanların müalicəsində vanna qəbul etməklə (10 dəfə, T 30–40 Cº) əhəmiyyətlidir. Mineral sudan heyvanlarındakı qoturluğun müalicəsində də istifadə etmək olar. == İstinadlar == == Mənbə == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh. Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri — Naxçıvan, 2008.
Krubay bulağı
Krubay bulağı — Şərqi Serbiyada, Pemorav dairəsində su bulağı. Krupay çayının sağ axarında, 220 metr (720 ft) yüksəklikdə yerləşir. Krubay bulağı Serbiyanın şərqində, Pemarov rayonundakı karst bulaqlarına daxildir. Suyun temperaturu 9-11 °C-dir. 435 metr uzunluğunda olan bulaq axını əvvəlcə şimala doğru axır və 130 metrdən sonra Krupay çayı ilə birləşmədən 300 metr daha davam etmək üçün istiqamətini qərbə dəyişir. Anbar tikildikdən sonra, hündürlüyü 3 m olan Krupay bulağı 40 m uzunluğunda və 17 m enində yeni göl görünüşünü qazandı. Onun suyu çox cəlbedici şəlalə ilə göldən axır. 1998-ci ildə aparılan hərtərəfli speleoloji tədqiqatlar mağarada əhəngdaşının əriməsinə səbəb olan süsusi bölmə aşkar etdi. Bənddən çay üzərində qurulmuş qurğulara axan su dik astana və şəlalələr üzərindən keçir. Bulağın hidroloji rejimi və su həcmi kifayət qədər sınaqdan keçirilməmişdir.
Köçərli bulağı
Köçərli bulağı — Şuşa şəhərində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Bulaq şəhərin tarixi Köçərli məhəlləsində, hazırda 20 yanvar küçəsində yerləşir. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == Köçərli bulağı Şuşanın Köçərli məhəlləsi yerləşirdi.
Kərəm bulağı
Kərəm bulağı — Gədəbəy rayonunun Pərizamanlı kəndində yerləşir. El qəhrəmanı Qaçaq Kərəmin adıyla adlandırılıb. Söylənilənlərə görə, Qaçaq Kərəm bu bulağın başında Pərizamanlı camaatının dəfələrlə qonağı olub.