Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ayılar
Ayılar (lat. Ursinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Aybar
Aybar (isp. Aibar) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2010-cu ilin məlumatına görə bu bələdiyyənin əhalisi 904 nəfərdir.
Anibar körfəzi
Anibar (ing. Anibare) — Nauru adasının şərqində yerləşən körfəz. Körfəz İyuv burnu ilə Menenq burnu arasında yerləşir. Sahilləri ən yaxşı ağ qumlu mərcan çimərliyi sayılır. Ölkənin əsas turistik məkanlarından sayılır. Körfəzin cənubunda yerləşən Menenq mehmanxanası dövlətə məxsusdur. 2000-ci ildə Körfəin sahilində Anibar limanı salınmışdır.
Eynəkli ayılar
Eynəkli ayılar (lat. Tremarctinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Kisəli ayılar
Qısasifət ayılar
Beynəlxalq Ağ Ayılar Günü
Beynəlxalq Ağ Ayılar Günü — hər il fevralın 27-də ağ ayıların ana və balalarının yuvalarında yatdıqları vaxta uyğun gələn və qütb ayılarının mühafizəsi statusu haqqında məlumatlılığı artırmaq məqsədilə qeyd olunan hadisə. == Təsvir == Beynəlxalq Ağ Ayılar Günü qlobal istiləşmə və dəniz buzlarının azalmasının ağ ayılar populyasiyalarına təsiri haqqında məlumatlılığı artırmaq üçün Beynəlxalq Ağ Ayılar qeyri-kommersiya təşkilatı tərəfindən təşkil edilir. Gün insanları termostatları söndürmə və ya daha az maşın sürmə kimi karbon emissiyalarını azaltmağın yollarını tapmağa təşviq edir. Bu gün həmçinin evlərdə enerjiyə qənaət edən izolyasiyanın tətbiqini təşviq etmək üçün də istifadə edilmişdir. == İstifadə == Bir çox zooparklar bu gündən qütb ayılarının mühafizəsi ilə bağlı maarifləndirmək və qütb ayısının eksponatlarını ziyarət etməyi təşviq etmək üçün istifadə edir. Günün bir sıra siyasi nəticələri də var. ABŞ Prezidenti Barak Obamanın iqlim kampaniyası üzrə direktor müavini Cek Şapiro Konqresin iqlim dəyişikliyi ilə bağlı tədbir görməli olduğunu müdafiə etmək üçün bu gündən istifadə etdi. Saskaçevan Universiteti 2014-cü ildə Beynəlxalq Ağ Ayılar Gününü qeyd etmək üçün termostatlarını yayda iki dərəcə yuxarı, qışda isə iki dərəcə aşağı çevirəcəyini açıqladı. Bu qərarın universitetin karbon emissiyasını iki min ton azaltması və universitetə ildə iki yüz min dollardan çox qənaət edəcəyi gözlənilirdi. Beynəlxalq Ağ Ayılar Gününün məlumat axtarışı vasitəsilə onlayn olaraq qütb ayıları haqqında məlumatlılığın artırılmasında təsirli olduğu qeyd edilmişdir.
Acıbac
Acıbac (erm. Աջաբաջ, qədim adıyla: Acaran, Acarac) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən Nor Astğaberd kənd icmasına daxil olan kiçik dağ kəndi. 1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil olan kənd Qafan şəhərindən 33 km şimal-qərbdə, Qazangölçayın sahilində, dəniz səviyyəsindən 1929 m yüksəklikdə, Zəngəzur dağlarının ətəyində, Qazangöldən 12 km məsafədə yerləşir. == Tarixi == Acıbac kəndi tarixən türk kəndi olub, Sofulu tayfasının qışlaqlarından biri kimi XVI yüzillikdə salınmışdır. 1918-ci ildə Andranik Ozanyanın ordusu kəndi dağıtmış, əhalini qırmış, sağ qalanlar dağlarla Ordubada qaçmışlar. Həmin dövrdə Acıbac kəndinin XVII yüzilliyə aid müsəlman-türk memarlıq üslubunda tikilmiş Tağlı məscidi yandırılıb, dağıdılmışdır. 1922-ci ildən sonra qaçqın əhali yenidən öz doğma kəndinə qayıtmış, təsərrüfatı bərpa etmişdir. 1931-ci ildə Acıbac kəndində kolxoz qurulmuş, lakin kolxoz bir neçə dəfə qonşu Pəyhan kolxozuna birləşdirilmiş və nəhayət, 1965-ci ildə Gığı sovxozunun tərkibinə qatılmışdır. Acıbac kəndində ilk ibtidai məktəb 1930-cu ildə yaradılmış, 1988-ci ilə kimi isə 8 illik məktəb şəklində fəaliyyət göstərmişdir. 1937–39-cu illərdə kənddən ona yaxın adam heç bir günahı olmadan repressiyaya məruz qalmışdır.
Alışar
Alışar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Elmi ədəbiyyatda bu oykonimin izahı belə verilir: alış (qədim türk dillərində "çay ağzı, çayın mənsəbi, axar suyun hövzəyə tökülən yeri") və ar ("qarşı, əks tərəf mənasını ifadə edir) komponentlərindən düzəlib, "çay ağzının əks tərəfi" deməkdir. Kəndin Xələcdaşı dağının ətəyində, Arazın sahilində, çay suyunun güclü axaraq töküldüyü yerin əks tərəfində yerləşməsi bu fikri təsdiq edir. 29 mart 2005-ci ildə Xələc kəndi Alışar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Xələc kənd inzibati ərazi vahidi yaradılmışdır. == Tarixi abidələri == Alışar yaşayış yeri == Əhalisi == Əhalisi 1943 nəfərdir. === Tanınmış şəxsləri === Məhərrəm Seyidov — Azərbaycanın Milli Qəhrəmanı Rəhim Arazi — Dissident şair Səyyad Əzizoğlu — şair Saleh Məhərrəmov — Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, professor.
Arılar
Arılar — uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 50 gün olur. 17–18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35–40 kq təmiz bal verə bilir. Arı ailəsi 3 qrupa bölünür: Ana arı Erkək arı Dişi və ya işçi arı Onlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər Arılar həm də yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. == Arı ailəsi == Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda toplum halında yaşayan bir ana, on minlərlə işçi və minlərlə erkək arıdan (yaz-yay dövründə) ibarət bal arısı koloniyası. Bal arıları ailə halında yaşayan həşəratlar qrupuna daxildir.
Ayidağ
Ayıbasar
Ayıbasar — Azərbaycan Respublikasının Laçın rayonu Bülüldüz kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Ayıbazar çayının (Şəlvə çayının qolu) kənarında, Qarabağ silsiləsinin ətəyindədir. Əsli Aybazardır. Yaşayış məntəqəsi meşəlikdən zolaq şəklində ayrılmış sahədədir. Tədqiqatçılara görə, oykonim ayı (heyvan adı) və bazar (satış yeri; bolluq olan yer) sözlərindən düzəlib, "ayı bol olan yer; ayının satışa çıxarıldığı yer" deməkdir. Əslində isə, kəndin adı keçmişdə bu ərazidə ayda bir dəfə təşkil olunan bazarla əlaqədar yaranmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == Erməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət idi. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Ayıbazar
Ayıbasar — Azərbaycan Respublikasının Laçın rayonu Bülüldüz kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Ayıbazar çayının (Şəlvə çayının qolu) kənarında, Qarabağ silsiləsinin ətəyindədir. Əsli Aybazardır. Yaşayış məntəqəsi meşəlikdən zolaq şəklində ayrılmış sahədədir. Tədqiqatçılara görə, oykonim ayı (heyvan adı) və bazar (satış yeri; bolluq olan yer) sözlərindən düzəlib, "ayı bol olan yer; ayının satışa çıxarıldığı yer" deməkdir. Əslində isə, kəndin adı keçmişdə bu ərazidə ayda bir dəfə təşkil olunan bazarla əlaqədar yaranmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == Erməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət idi. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Ayıdağ
Etibar
Etibar — Azərbaycanlı kişi adı. Xoşbəxt, firavan, müvəffəqiyyət mənasındadır. Bu adı olan tanınmışlar Etibar Məmmədov Etibar Məmmədov (siyasətçi) — Azərbaycan siyasətçisi. Etibar Məmmədov (jurnalist) — Azərbaycan jurnalisti. Etibar Məmmədov (bioloq) - Parazitoloq Etibar Aslanov — Etibar Babayev — Etibar Əliyev Etibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar Hümbətov — Etibar Nəzərli — Etibar İsmayılov Etibar İsmayılov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar İsmayılov (kimyaçı) — Azərbaycan alimi.
Ambar
Ambar — Kutaisi quberniyasının Raçin qəzasında (indi Qudauta rayonunda) kənd adı. == Toponimkası == Gürcücə yazılışı Ambari. Yerli tələffüz forması Əmbərli.Azərbaycanın Ayrum mahalında (indiki Gədəbəy rayonunda) Ambar və indi Salyan rayonunda Abadkəndin qədim adı Ambar(Yurd Bazar Ambarçı) kənd adları ilə mənşəcə eynidir.Azərbaycanda bir dağ Ambardağ adlanır.XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Həmin əsrin 70-ci illərində Borçalı qəzasının Trialeti kənd icmasına mənsub məntəqələrdən idi. XIX əsrdə Dağıstan əyalətinin Kürə nahiyəsində Ambartəpə,Azərbaycanda Zaqatala dairəsində Ambarçay (digər adı Qanlıqobu),Lənkəran qəzasında Amburdərə,Qars əyalətinin Ərdahan dairəsində Ampur toponimləri ilə mənaca eynidir. Ehtimal ki, Ambar tayfa adıdır.Çin Türküstanında Kaşqar şəhərinin bir hissəsi mənbələrdə Anbarçi adlanır. Orta əsrlərdə Fərat çayı üzərində Anbar mahal adı ilə əlaqələndirilə bilər. Bəzi tədqiqatçılara görə türk dillərində ambar, ampar"su anbarı","məhsuldar torpaq" və s.mənalardadır.
Anbar
Anbar — Yüklərin saxlanması onların daşınması, ehtiyaatların idarə edilməsi və anbarlama əməliyyatları ilə sıx bağlıdır. İstifadə olunan daşımaçı, ehtiyatların səviyyəsi və tələb olunan anbarların arasında birbaşa əlaqə vardır. Göstərilən əməliyyatlar həmçinin yükləmə-boşaltma işləri ilə də bağlıdır. İstənilən material axınlarının yerdəyişməsi onların lazım olan miqdarının müəyyən yerlərdə cəmlənməsi olmadan mümkün deyildir. Cəmlənmə istənilən logistik sistemin ayrılmaz bəndi olan anbarlarda aparılır. Bu obyektlərdə qəbul olunan və yola salınan yük partiyalarının böyüklüyünə, tərkibinə, göndərmə vaxtına və s. parametrlərinə görə dəyişdirilməsi hesabına yük axınlarının şəkil dəyişmə baş verir. Malların anbarlardan keçməsi əmək və maddi vəsaitləri sərfinə səbəb olduğundan onların dəyərinin artmasına gətirib çıxarır. Ona görə də anbarların fəaliyyəti material axınlarının hərəkətinin optimallaşdırılmasına əhəmiyyətli təsir göstərir. == Anbarların təsnifatı == Logistik fəaliyyətdə çoxlu anbar növləri istifadə olunur.
Aysar
Ayıca
Ayıca (lat. Arctia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinə aid heyvan cinsi. == Növləri == Arctia brachyptera H. Edwards, 1881 Arctia caja Linnaeus, 1758 Arctia festiva Hufnagel, 1766 Arctia flavia Fuessly, 1779 Arctia intercalaris Eversmann, 1843 Arctia ladakensis O. Bang-Haas, 1927 Arctia olschwangi H. Edwards, 1881 Arctia opulenta H. Edwards, 1881 Arctia rueckbeili Fuessly, 1779 Arctia villica Linnaeus, 1758 Syn.
Aylar
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə, 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə, 12 saniyə). Müasir təqvimlərdə ay ilin 12-də biri olaraq qəbul edilir.
Etibar Babayev
Etibar Adil oğlu Babayev (15 dekabr 1950, Bakı) — Əməkdar jurnalist; pedaqoq; "Azad Azərbaycan" Teleradio Şirkətinin bədii şura sədri; Bakı Slavyan Universitetinin professoru. == Həyatı == Etibar Babayev 1950-ci il dekabrın 15-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə H. Cavid adına 132 nömrəli orta məktəbi, 1973-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Politoloq ixtisası üzrə İkinci ali təhsilini Bakı Ali Partiya məktəbində alıb. Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Teleradio verilişləri Komitəsinin redaksiyaları ilə əməkdaşlıqla başlayıb. "Tələbə klubu", "Yeddinci qitə", "Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim edir" kimi populyar verilişlərin müəllifi və aparıcısı olaraq tamaşaçıların rəğbətini qazanıb. Şair-dramaturq Adil Babayevin (1925–1977) oğludur. == Siyasi fəaliyyəti == Etibar Babayev Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin müdiri (1975–1979), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsində təlimatçı (1979–1981), Bakı şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri (1981–1988) kimi məsul vəzifələrdə çalışıb. 1981–1989-cu illərdə Bakı Şəhər Sovetinin deputatı seçilib. 1989–1992-ci illərdə "Azərbaycantelefilm"in direktoru, Azərbaycan Dövlət Teleradio Şirkətinin sədr müavini vəzifələrində çalışıb.
Etibar Cəbrayıloğlu
İsmayılov Etibar Cəbrayıl oğlu (11 dekabr 1967, Lənkəran) — Azərbaycanın tanınmış jurnalisti və köşə yazarı. == Həyatı == Etibar Cəbrayıloğlu 1967-ci il dekabrın 11-də Lənkəran şəhərində anadan olub. 1985-ci ildə Həzi Aslanov adına şəhər 3 saylı orta məktəbi bitirib. Bir müddət N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yardım heyətinin aktyoru, rejissor assistenti kimi çalışıb. Teatrın komsomol təşkilatının katibi olub.1986-1988-ci illərdə Qazaxıstan şəhərində hərbi xidmətdə olub. 1991-96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq-təşkilatçı ixtisası üzrə təhsil alıb. == Jurnalist fəaliyyəti == 1991-ci ildən mətbuat sahəsində fəaliyyət göstərir. Qeyri-leqal çap olunan "Çeşmə" qəzeti ilə fəal əməkdaşlıq edib. "Elin səsi" qəzetində müxbir, "Lənkəran" qəzetində redaktor müavini olub.1996-ci ildən Bakıya köçdükdən sonra "Press-fakt" qəzetində müxbir, şöbə müdiri, "Bu gün" qəzetində baş redaktor müavini, "Yeni Müsavat" qəzetində informasiya şöbəsinin müdiri, "Yeni Yüzil" və "Cümhuriyyət" qəzetlərində baş redaktor müavini, "Politika" qəzetində baş redaktor, "Üç nöqtə" qəzetində şöbə redaktoru, "Hesabat" jurnalında koordinator, "Gün səhər" qəzetində şöbə redaktoru, baş redaktor müavini, "Biz+" jurnalında baş redaktor müavini, "Haqqın nuru" qəzetində baş redaktor müavini vəzifələrində çalışıb.Vaxtilə 1990-cı illərdə "Yasamaldan məktublar" adlı silsilə köşə yazıları ilə oxucuların rəğbətini qazanmışdır. 2007-ci ildən "Ədalət" qəzeti ilə əməkdaşlıq edir.
Etibar Cəfərov
Etibar Elkin
Etibar Erkin (Etibar Əfrasiyab oğlu Məmmədəliyev) — ekstrasens. == Həyatı == 3 avqust 1948-ci ildə Qazaxda anadan olub. 1980-ci illərdən başlayaraq özündə parapsixoloji fenomeni hiss edib. 1981-ci ildə SSRİ Elmlər Akademiyası yanında akademik A. Spirkinin kursuna daxil olub. E. Erkin 1989-cu ildə İnsan və Elmlər Mərkəzini yaradıb. 1990-cı ildə Xalq Alimləri və Ekstrasensləri İttifaqını təsis edib. O, 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə qətlə yetirilib. Parapsixoloqun ölümü ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Çoxları hesab edir ki, onun ölümünə səbəb ideyaları və kitabları olub.
Etibar Elçiyev
Etibar Elçiyev (10 may 1972, Tetritskaro rayonu, Kvemo-Kartli) — kik-boksinq üzrə Gürcüstan idmançısı, "maqnit adam" təxəllüslü Ginnes kitabı rekordçusu. == Həyatı == Etibar Elçiyev 1972-ci ildə Gürcüstan SSR Tetriskaro (keçmiş Ağbulaq) rayonunun Kosalar kəndində anadan olmuşdur. Hazırda Marneuli şəhərində yaşayır. Milliyyətcə azərbaycanlıdır. == Uğurları == Etibar Elçiyev 2011-ci ilin dekabr ayında öz bədənində 50 metal qaşıq saxlamaqla Ginnes rekordlarını təzələmişdir. Bundan əvvəlki rekord 2009-cu ildə bədənində 17 qaşıq saxlamış kanadalı Aaron Caissieyə məxsus idi. Bundan sonra o, 26 saniyə ərzində 14 kiloqramlıq dəmir lövhəni və onun üzərində dayanan 92 kq. çəkisi olan adamı saxlayıb. Yükün birlikdə çəkisi 106 kq. təşkil edib.
Etibar Erkin
Etibar Erkin (Etibar Əfrasiyab oğlu Məmmədəliyev) — ekstrasens. == Həyatı == 3 avqust 1948-ci ildə Qazaxda anadan olub. 1980-ci illərdən başlayaraq özündə parapsixoloji fenomeni hiss edib. 1981-ci ildə SSRİ Elmlər Akademiyası yanında akademik A. Spirkinin kursuna daxil olub. E. Erkin 1989-cu ildə İnsan və Elmlər Mərkəzini yaradıb. 1990-cı ildə Xalq Alimləri və Ekstrasensləri İttifaqını təsis edib. O, 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə qətlə yetirilib. Parapsixoloqun ölümü ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Çoxları hesab edir ki, onun ölümünə səbəb ideyaları və kitabları olub.