Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əflatun
Platon (yun. Πλάτων; ən tezi e.ə. 428 və ən geci e.ə. 427[…], Afina – ən tezi e.ə. 348 və ən geci e.ə. 347, Afina), şərq mənbələrində Əflatun — qədim yunan filosofu, Klassik yunan fəlsəfəsinin ikinci nümayəndəsi, Sokratın şagirdi, Aristotelin müəllimi. Platon Afinada aristokrat ailəsində dünyaya gəlmiş, orada yaşayıb yaratmışdır. Platonun atası Ariston (m. ö. 465–424) Attika çarı Kodrunun, anası isə Afinalı islahatçı Solonun nəslindən idilər.
Əflatun Amaşov
Əflatun Əhməd oğlu Amaşov (26 aprel 1957, Faxralı, Bolnisi rayonu) — jurnalist və publisist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycan Mətbuat Şurasının Sədri (2003–2022), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, "RUH" Azərbaycan Jurnalistlərinin Hüquqlarının Müdafiə Komitəsinin keçmiş sədri."Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. 1976–1978-ci illərdə SSRI Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1985–1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. 1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olmuş, 1995–1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutmuşdur. 1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib. 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub. Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.
Əflatun Fərəcov
Əflatun Həsənov
Əflatun Kazımov
Əflatun Kərimov
Əflatun Xudkar oğlu Kərimov (23 noyabr 1941, Bakı) — tibb elmləri doktoru, professor. Kərimov Əflatun Xudkar oğlu 23 noyabr 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1960–1966-cı illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda oxuyub. 1968–1971-ci illərdə Aspiranturaya, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Döş qəfəsi cərrahiyyəsi kafedrasında oxuyub. 1983–1987-ci illərdə isə Sankt-Peterburq Həkimləri Təkmilləşdirilməsi İnstitutunda doktorluq oxuyub. 1988-ci ildən onkologiya kafedrasında işləyir. Onkologiya kafedrasının professoru, tibb elmləri doktorudur. 1971-ci ildə "Бронхологические методы исследования при различных заболеваниях легких" namizədlik dissertasiyasını, 1989-cu ildə isə "Аспергиллез легких" doktorluq dissertasiyasını müdafiə etmişdir. Kafedranın elmi istiqaməti – süd vəzisinin xərçəngi – klinikası, diaqnostikası, cərrahi müalicəsi və mədə-bağırsaq xərçənginin – klinikası, diaqnostikası, cərrahi müalicəsi. O, 235 elmi əsərlərin və 22 metodik tövsiyələrin müəllifidir.
Əflatun Nemətzadə
Əflatun Nemətzadə (25 aprel 1944, Ərçivan, Astara rayonu) — Azərbaycan və Türkiyə teatr rejissoru, yazıçı və şair. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2011) və xalq artisti (2018). Ankara Qazi Universitetinin professoru, fəlsəfə və sənətşünaslıq doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Yəməndə milli operanın qurucusu. Əflatun Nemətzadə 1944-cü ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. 1962–1967-ci illərdə M.Əliyev adına Azərbaycan Teatr İnstitutunun musiqili komediya fakültəsində təhsil almışdır. 1970–1975-ci illərdə Leninqrad (indiki Sankt-Peterburq) Rimski-Korsakov Dövlət Konservatoriyasının opera rejisorluğu fakültəsini bitirib. 1976-cı ildə Moskvada Böyük Opera və Balet teatrında dünyada məşhur olan Boris Pokrovskinin yanında rejissor köməkçisi olub. 1980-ci ildə Yəmən Xalq Respublikasında işə göndərilən rejissor, Adendə Dövlət Milli Musiqi Teatrını qurub və bununlada Yəməndə milli operanın qurucusu hesab olunur. 1984–1992-ci illər arasında Bakı Dövlət Opera və Balet teatrında bir çox operalara rejisorluq edib.
Əflatun Qubadov
Əflatun Sultan oğlu Qubadov (4 sentyabr 1968, Babaxanlı, Cəlilabad rayonu) — Azərbaycan müğənnisi. Əflatun Qubadov 1968-ci ilin sentyabrın 4-də Azərbaycanın dilbər guşəsi olan Cəlilabad rayonunun Babaxanlı kəndində anadan olmuşdur.Valideynləri Qubadov Sultan Ağalar oğlu və Qubadova Tamamzər Qılıncxan qızıdır.7 uşaqlı ailənin 2-ci övladı olmuşdur. 1975-ci ildə Babaxanlı kənd məktəbinə getmişdir. 1985-ci ildə isə Əliqasımlı kənd orta məktəbini bitirmişdir. 1986-cı ildə hərbi xidmətə getmişdir. 1989-cu ildə Muğam kollecinə qəbul olmuşdur. Müəllimləri İslam Rzayev , Şövkət Ələkbərova , Nəriman Əliyev , Vahid Abdullayev və Qəzənfər Abbasov olmuşdur. Təhsil aldığı illərdə öz xarakteri və səs rəngi ilə seçilmiş,müəllimlərinin hörmət və diqqətini qazanmışdır. 1991-ci ildə “Muğam ifaçısı və nəzəriyyəsi” ixtisasını bitirmişdir. 1991-ci ildə ailə həyatı qurmuşdur.
Əflatun Rufiyev
Əflatun Rufiyev — Ağsu Rayon İcra Hakimiyyətinin başçısı (2002–2007), Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı (2007–2011). Əflatun Rufi oğlu Rufiyev Lənkəran şəhərində anadan olub. 2002-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, 2002–2007-ci illərdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı, 2007–2011-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Hal-hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasında çalışır.
Əflatun Saraçlı
Məmmədov Əflatun Yunis oğlu (Əflatun Saraçlı) (5 dekabr 1936 – 22 yanvar 2008, Bakı) – şair, tərcüməçi, ədəbiyyatşünas. Əflatun Saraçlı 1936-cı il dekabr ayının 5-də Gürcüstan Respublikası Bolnisi rayonun Saraçlı kəndində anadan olmuşdur. 1944–1952-ci illərdə kənd səkkizillik məktəbində, 1952–1956-cı illərdə isə Borçalı (Marneuli) Pedaqoji Məktəbində təhsil almışdır. 1956-cı ildə Tbilisi Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olmuş, 1961-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək həmin institutun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında laborant və müəllim vəzifələrində işləmişdir. 1961-ci ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, 1967-ci ildə "Azərbaycan uşaq mətbuatında ədəbiyyat məsələləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1969-cu ildən baş elmi işçi vəzifəsində işləyən Ə. Məmmədov 1984-cü ildə "XIX əsrin sonu–XX əsrin əvvəllərində Azərbaycan bədii nəsrinin inkişaf problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1984-cü ildən həmin institutun aparıcı elmi işçisi, sonra isə ömrünün sonuna kimi şöbə müdiri vəzifəsində çalışmışdır. Azərbaycanın tanınmış ədəbiyyatşünas alimlərindən olan Əflatun Saraçlının yüzlərlə elmi məqaləsi və kitabları nəşr olunmuşdur. "Azərbaycan bədii nəsri" , "Abdulla Şaiq", "Zeynalabdin Marağalı", "Azərbaycan yazıçıları Cümhuriyyət dönəmində" və s. monoqrafiyaları ona böyük şöhrət qazandırmışdır.
Əflatun soğanı
Əflatun soğanı (lat. Allium aflatunense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Aylabun qırğını
Aconitum alatum
Turpabənzər kəpənəkçiçəyi (lat. Aconitum napellus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü. == Sinonimləri == Aconitum alatum Wender. Aconitum amoenum Rchb. Aconitum ampliflorum Rchb. Aconitum anglicum Stapf Aconitum bavaricum Starm. Aconitum braunii Rchb. Aconitum caeruleum Dulac Aconitum canescens Schleich. ex Rchb. Aconitum clusii Rchb.
Bulbophyllum alatum
Bulbophyllum alatum (lat. Bulbophyllum alatum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Kalimantan üçün endemik növdür.
Celastrus alatus
Euonymus alatus (lat. Euonymus alatus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Daucus alatus
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.
Euonymus alatus
Euonymus alatus (lat. Euonymus alatus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Euseius alatus
Euseius alatus (lat. Euseius alatus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Centaurium alatum
Behen güləvəri (lat. Centaurea behen) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Centaurium behen (L.) K.Koch Piptoceras behen (L.) Cass. Rhaponticum behen (L.) Ratier Serratula behen (L.) Lam.
Cinnamomum alatum
Cinnamomum sieboldii (lat. Cinnamomum sieboldii) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin darçın ağacı cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Cinnamomum alatum Lukman.
Microlophus alatus
Behen güləvəri (lat. Centaurea behen) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Centaurium behen (L.) K.Koch Piptoceras behen (L.) Cass. Rhaponticum behen (L.) Ratier Serratula behen (L.) Lam.
Pycnanthemum alatum
Hyptis alata (lat. Hyptis alata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin hyptis cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Pycnanthemum alatum Raf. == Yarımnövləri == Hyptis alata subsp. alata Hyptis alata subsp.
Carduus alatus
Jurinea alata (lat. Jurinea alata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Carduus alatus D.Don Serratula alata Desf.
Altun Dəmirli
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Fəxrəddin Altun
Fəxrəddin Altun (11 sentyabr 1976, Ştutqart) — Türk bürokrat, akademik və sosiologiya professoru. == Həyatı == 11 sentyabr 1976-cı ildə Almaniyanın Ştutqart şəhərində anadan olub. 1998-ci ildə İstanbul Universitetinin Sosiologiya Bölməsini bitirib. 2014 ilə 2018 arasında SETA İstanbul Baş Koordinatoru və Baş Koordinator Köməkçisi vəzifələrini icra etmişdir. İbn Xaldun Universitetinin Rabitə fakültəsinin dekanı olmuşdur.