ANA-BALA

is. Ana ilə oğlu və ya qızı. Səməd getdi.
Ana-bala baş-başa verib ağlaşdılar. B.Talıblı.
Taxt üstündə anabala oturublar yanaşı. Ə.Cəmil.

// Heyvanlar haqqında.
Qoyunlar sağılıb qurtardıqdan sonra ağılın ağzını açarkən ana-bala mələşə-mələşə qaçaraq bir-birinə qarışırdı. A.Şaiq.

◊ Ana-bala eləmək – lazım olmadığı halda eyni şeydən bir neçə dənə almaq.
Ana-bala kimi – çox mehriban, məhəbbətli.
Ana-bala olmaq – ana ilə bala kimi mehriban olmaq, məhəbbətli olmaq.
ANA-BACI
ANABİR

Значение слова в других словарях