Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bilgədi
Bilhədi — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 610 nəfər azərbaycanlı yaşamaqda idi. Etiqad baxımından kənd əhalisi sünni müsəlmanlardan ibarətdir.
Biruni
Əl-Biruni Əbu Reyhan Muhəmməd ibn Əhməd (4 sentyabr 973, Kayat[d], Xarəzm, Samanilər dövləti – 9 dekabr 1048, Qəzni, Qəznəvilər dövləti) – iranlı ensiklopediyaçı alim və mütəfəkkiri. == Həyatı == Əl-Biruni 4 sentyabr 973-cü ildə Xarəzmdə anadan olmuşdur. Əbu Reyhan Məhəmməd əl-Biruni Xarəzm şəhərinin qədim paytaxtı "Kayat" şəhərində dünyaya gəlib. Uşaqalıqdan valideynlərini itrib, tərbiyəsi ilə bir yunan məşğul olub və onda təbiətşünaslığa maraq yaranıb. == Elmi fəaliyyəti == Əl-Biruni XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Əl-Biruni tarix, etnoqrafiya, təbiət elmləri, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin müəllifidir. Özünün uzun səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir. O, özündən əvvəlki coğrafiyaşünaslardan irəli gedərək, Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz vasitəsilə birləşdirildiyini söyləmişdir. Əl-Biruni Pəncaba etdiyi səyahət zamanı hind elminə və mədəniyyətinə aid topladığı materiallar və özünün empirik müşahidələri əsasında Hindistana həsr olunmuş iri həcmli əsər yazmışdır.
Vaqudi
Vağudi və ya Vaqudi — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 9 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində, Ağudi kəndindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Vağudi adlı 3 kənd olmuşdur: I Vağudi, II Vağudi, III Vağudi. Vağudi kəndi həmin 3 Vağudi adlı kəndlərinin birləşməsindən yaranmışdır. Kəndin adı Ağudi toponiminin əvvəlinə "v" samitinin artırılması əsasında yaranmışdır. Voxçu (Oxçu toponimindən) toponimi, varsaq (arsaq etnonimindən) etnonimi həmin konstruksiya əsasında yaranmışdır. Ağudi toponimi ilə Vağudi toponimi eyni semantik xüsusiyyətə malikdir. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Lor, Axlatyan, Bukunis kəndlərindən ermənilər oraya köçürülmüşdür Sonra əhali qarışıq olmuşdur. 1988-ci ildə kəndin azərbaycanlılardan ibarət hissəsi Azərbaycana qovulmuşdur.
Vağudi
Vağudi və ya Vaqudi — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 9 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində, Ağudi kəndindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Vağudi adlı 3 kənd olmuşdur: I Vağudi, II Vağudi, III Vağudi. Vağudi kəndi həmin 3 Vağudi adlı kəndlərinin birləşməsindən yaranmışdır. Kəndin adı Ağudi toponiminin əvvəlinə "v" samitinin artırılması əsasında yaranmışdır. Voxçu (Oxçu toponimindən) toponimi, varsaq (arsaq etnonimindən) etnonimi həmin konstruksiya əsasında yaranmışdır. Ağudi toponimi ilə Vağudi toponimi eyni semantik xüsusiyyətə malikdir. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Lor, Axlatyan, Bukunis kəndlərindən ermənilər oraya köçürülmüşdür Sonra əhali qarışıq olmuşdur. 1988-ci ildə kəndin azərbaycanlılardan ibarət hissəsi Azərbaycana qovulmuşdur.
Jiquli
Jiquli — bu, 1970-ci ildən 2012-ci ilə qədər AvtoVAZ (VAZ) tərəfindən Rusiya və Sovet İttifaqında istehsal olunan avtomobillərin təyinatı idi. Təyinat Volqa çayının sahilindəki Jiquli dağlarının şərəfinə adlandırılıb. Məhsul ailəsinə VAZ-2101, VAZ-2102, VAZ-2103, VAZ-2104, VAZ-2105, VAZ-2106, VAZ-2107 (Lada Riva) daxildir. Bildirilir ki, Jiquli jiqolo sözü ilə səsləşir, ona görə də AvtoVAZ indi bütün bazarlarda universal olaraq "Lada" brendindən istifadə edir. Əksər ixrac bazarları üçün avtomobillər Lada markası altında satılırdı. Avtomobil Ukrayna və Misirdə də istehsal olunub. Misirdə bu modelin sonuncu avtomobili 2014-cü ildə istehsal edilib.
Ağudi
Ağdü — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur. == Tarixi == Ağdü Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda, rayon mərkəzində 5 km cənub — şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aqudı formasında qeyd edilmişdir. Toponim qədim türk dilində "hörmətli, uca, yüksək" mənasında işlənən ağ sözü ilə uti//udi türk dilli tayfanın adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə dönə bilmişdir.
Bindi
Hindli qadınların alınlarında qara, qızmızı rəngli xalı qədimdən gəlmə bir milli makiyaj forması kimi bir şey olduğunu düşünürlər, amma bu heç də adi bir makiyaj forması deyil. Qədimdən indiyədək gəlib çatan hind inanclarına görə, alının orta qismi ruhun insan bədənindəki yeri və yaxud 3-cü gözün olduğu yer olaraq qəbul edilir. Hindli qadınların alınlarında gördüyümüz bu xala "bindi" deyilir. "Bindi" əsasən, iki rəngdə olur: qara və qırmızı rənglərdə. Subay qadınlar alınlarına qara, evli qadınlar isə alınlarına qırmızı rəngli "bindi"lər (nöqtə) qoyurlar. Meditasiya halında həyat yaşayan hindlilər alınlarının ortasında olan "bindi"nin açılmasına ümid edirlər. Yəni, "bindi" müəyyən mənada, ruhi səfərin də simvoludur. "Bindi" – "Bindu" sözündən törəmiş, sanskritcədən "nöqtə" mənasını verir. Ümumuyyətlə, "bindi" olaraq, hal-hazırda, əsasən, qara və narıncı rənglərdən istifadə edilir. Hindli qadınların alınlarına yapışdırdıqları "bindi" adı verilən xalın eyni zamanda mənfi düşüncələrdən qoruma xüsusiyyəti olduğuna da inanılır.
Bığlı
Bığlı Hüseyn, Bığlı Hüseyn Saraclı, Bığlı — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Kəndin adı erməni mənbələrində Beqli Hüseyn, Bexlu formalarında da göstərilir. Kənd Kəvər (Kamo) rayonunun 22 km şimal-qərbində, Göyçə gölünün şimal-qərbində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu ildə Axta (Razdan) rayonunun ərazisinə daxil idi. Toponim Bığlı Hüseyn antroponimi ilə qazax tayfalarından biri olan saraclı etnonimi əsasında əmələ gəlib «Saraclı tayfasından olan Bığlı Hüseynə mənsub kənd» mənasını bildirir. Mürəkkəb quruluşlu etnotoponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 356 nəfər, 1886-cı ildə 505 nəfər, 1897-ci ildə 645 nəfər, 1908-ci ildə 658 nəfər, 1914 - cü ildə 846 nəfər, 1916-cı ildə 768 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qətlə yetirilmiş və vəhşicəsinə qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri geri dönmüşdür.
Bigül
Bigül – Şəki rayonu ərazisində dağ. Yerli əhalinin məlumatına görə, toponim Birgül adının təhrif olunmuş formasıdır. Bi komponenti qədim abidələrin dilində "iti uclu, ülgüc" mənasında, gül komponenti isə türkdilli xalqların toponimiyasında qul variantında "yarğan, qaya" mənasında işlənir. Bu baxımdan oronim "iti uclu qaya" kimi izah oluna bilər.
Biondi dağdağanı
Biondi dağdağanı (lat. Celtis biondii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və Koreyada təbii halda bitir. Avropada, Asiyada, Cənubi Amerikada, Afrikada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 18-25 m-ə, bəzən də 40 m-ə çatan, yarpağı tökülən ağacdır. Qabığı boz, budaqları sarımtıl, qonur rəngdədir. Yarpaqları 13-15 sm uzunluqda, xətvari-neştərvari, enli yumurtavari, oval və ya oval-ellipsvari, lənarları dişli, ucu biz, nazik dərilidir. Aprel-may aylarında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir, sərt çəyirdəkli, 6-10 mm qalınlığında, sarı, qırmızı rəngli olub, portağala bənzəyir. Toxumla çoxaldılır.
Edrien Broudi
Edrien Broudi (ing. Adrien Nicholas Brody (14 aprel 1973, Nyu-York, ABŞ) — ABŞ aktyoru, Oskar mükafatı laureatı. Xüsusilə, "Pianoçu" filmindəki polyak-yəhudi pianoçu Şpilman rolu ilə bütün dünyada böyük şöhrət qazanmışdır. == Həyatı == Edrien Broudi tarix elmləri professoru və rəssam Eliyot Broudi və məşhur fotoqraf-jurnalist Silvia Plaşi cütlüyünün 14 aprel 1973-cü ildə Nyu-York şəhərində dünyaya göz açan övladıdır. Edrianın ata tərəfdən nənəsi yəhudi, anası isə Macarıstan doğumlu bir katolik idi. Anasının çəkdiyi şəkillərdə tez-tez yer alaraq artıq kamera qarşısında rahat olmağa öyrəşən və hələ uşaq ikən aktyor olmağı arzulayan Edrian Broudi 12 yaşı olarkən dostlarının ad günü şənliklərində "Möcüzəli Edrian" adı ilə müxtəlif sehrbaz tamaşaları göstərərdi. Bu istedadı onu izləyən anasının diqqətini çəkir və beləliklə, onun aktyorluq dərsləri keçməsinə qərar verir. Əvvəl "American Academy of Dramatic Arts"da uşaqlar üçün təşkil olunan həftəsonu proqramlarında iştirak edir, bundan sonra Nyu-Yorkda "Fiorello H. LaGuardia High School of Music & Art and Performing Arts"da aktyorluq üzrə təhsil almağa başlayır. 1980-ci illərdə Broadvey tamaşalarında və qısa bir müddət Meri Tayler Morla birlikdə "Annie McGuire" adlı televiziya serialında rol alır. Edrian 1989-cu il istehsalı, Vudi Allenin "Nyu-York hekayələri" ("New York Stories") adlı filmində kiçik rol alır.
Rey Hiquçi
Rey Hiquçi (d. 28 yanvar 1996) — Yaponiyanı təmsil edən sərbəst güləşçi. Rey Hiquçi 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların gümüş medalını qazandı. Rey Hiquçi 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Hiquçi birinci görüşdə Koreya Xalq Demokratik Respublikası güləşçisi Yang Kyong-İli 12:2, ikinci görüşdə Belarus güləşçisi Əsədulla Laçinaunu 10:0, üçüncü görüşdə Kuba nümayəndəsi Yovlis Bonneni 8:4, dördüncü görüşdə isə İranlı Həsən Rəhimini 10:5 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Rey Hiquçi Gürcüstan güləşçisi Vladimir Xinçeqaşviliya gərgin görüşün yekununda 3:4 hesabı ilə məğlub oldu və XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
İçiyo Hiquçi
İçiyo Hiquçi (yap. 樋口 奈津; 2 may 1872, Tokio[d], Yaponiya imperiyası – 23 noyabr 1896[…]) – Yaponiya yazıçısı və şairəsi. Natsuko Hiquçi əsl adıdır. Tokioda doğulmuş və həyatının böyük qismini orada keçirmişdir. 2 may 1872-ci ildə şəhər bələdiyyəsinin məmurunun ikinci qızı kimi Tokio şəhərində anadan olmuşdur. İçiyo öz "samuray nəsli" ilə fəxr etsə də, atası Noriyoşi əslində Kay əyalətindən olan təhsilli bir kəndlinin oğlu idi. Noriyoşi 1857-ci ildə Ayame Furuya ilə evlənmiş və samuray rütbəsinə çatmaq üçün Tokioya köçmüşdür. Cütlük 10 il boyunca işləyərək hədəflərinə çatmaq üçün gərgin əmək sərf etmiş, hətta Ayame İnaba Dayzenin xidmətçilərindən biri olmuşdur. Noriyoşi 1867-ci ildə samuray olsa da, 1868-ci ildə klan sistemi ləğv olunmuş və Noriyoşi ailəsini dolandırmaq üçün başqa iş axtarmağa məcbur olmuşdur. Dördüncü övladı Natsuko 1872-ci ildə doğulanda 42 yaşı var idi.
Əl-Biruni
Əl-Biruni Əbu Reyhan Muhəmməd ibn Əhməd (4 sentyabr 973, Kayat[d], Xarəzm, Samanilər dövləti – 9 dekabr 1048, Qəzni, Qəznəvilər dövləti) – iranlı ensiklopediyaçı alim və mütəfəkkiri. Əl-Biruni 4 sentyabr 973-cü ildə Xarəzmdə anadan olmuşdur. Əbu Reyhan Məhəmməd əl-Biruni Xarəzm şəhərinin qədim paytaxtı "Kayat" şəhərində dünyaya gəlib. Uşaqalıqdan valideynlərini itrib, tərbiyəsi ilə bir yunan məşğul olub və onda təbiətşünaslığa maraq yaranıb. Əl-Biruni XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Əl-Biruni tarix, etnoqrafiya, təbiət elmləri, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin müəllifidir. Özünün uzun səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir. O, özündən əvvəlki coğrafiyaşünaslardan irəli gedərək, Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz vasitəsilə birləşdirildiyini söyləmişdir. Əl-Biruni Pəncaba etdiyi səyahət zamanı hind elminə və mədəniyyətinə aid topladığı materiallar və özünün empirik müşahidələri əsasında Hindistana həsr olunmuş iri həcmli əsər yazmışdır.
Vağudi məbədi
Vağudi məbədi — Alban xristian məbədi İki kilsə və yardımçı tikililərdən ibarət olan məbəd kompleksinin ilk kilsəsini 1000-ci ildə Siyuni Alban hökmdarı Smbatın köməkliyi ilə onun arvadı Şahanduxt ucaltmış, 1007-ci ildə isə onun oğlu Sevada burada ikinci — günbəzli kilsəni tikdirmişdir. Məbəd 1931-ci il zəlzələsi zamanı böyük dağıntılara məruz qalmışdır. Vağudi məbədi Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən — Sisian) rayonunun Vağudi kəndindən 2 km cənubda yerləşmişdir. Ermənilər bu məbədi "Vorontnavank" adı ilə erməni kilsəsi kimi təbliğ edirdilər, halbuki məbədin yerləşdiyi Zəngəzur mahalı və Qarakilsə ərazisi qədimdən Türk-Oğuz boylarının anayurdu olmuş, bu yerlərə ermənilərin ilk kütləvi axını XIX yüzilliyin əvvəllərində bölgənin Rusiya tərəfindən işğalından sonra başlanmışdır. Vağudi kəndində 1918-ci ilə qədər ancaq Azərbaycan türkləri yaşamışlar. Burada azərbaycanlıların 1918–1920-ci illər soyqırımından sonra kəndə Türkiyə və İrandan onlarla erməni ailəsi köçürülüb gətirilmişdir. Və nəticədə kənd ermənilərlə azərbaycanlıların qarışıq yaşadığı kəndə çevrilmişdir. 1988-ci ildə isə kəndin azərbaycanlı əhailisi növbəti dəfə soyqrımına məruz qalaraq tamamilə ovulub kənddən çıxarılmış, kənd bütövlükdə erməniləşdirilmişdir.
Budi
Budi (ukr. Буди, rus. Буди) — Ukraynanın Xarkov vilayətinin Xarkov rayonunda yerləşən kənd tipli yaşayış məntəqəsi. Merefanın sol sahilində, Donun drenaj hövzəsində yerləşir. 2022-ci ilin məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 5,829 nəfərdə ibarətdir. 2024-cü ilin 26 yanvar tarixinədək Budi şəhər tipli qəsəbə statusuna malik olub. Həmin tarixdə isə yaşayış məntəqəsinin şəhər tipli qəsəbə statusu ləğv edilərək, kənd tipli yaşayış məntəqəsi statusuna çevirilmişdir.
Baudi Bakuyev
Baudi Bakuyev (1966 – 10 oktyabr 2000, Şatoy rayonu, Çeçenistan) — Çeçen İçkeriya Respublikası milli ordusunun briqada generalı, hər iki Çeçenistan müharibəsinin fəal iştirakçısı, çeçen hərbi birləşmələrinin ən "barışmaz" səhra komandirlərindən biri, əsir götürülmüş rus əsgərlərinə xarşı xüssusilə amansızlığı ilə seçilən şəxs. Baudi Bakuyev ÇİR Silahlı Qüvvələrinin Şimal-Qərb Cəbhəsinə və İçkeriyanın Cənub Cəbhəsinə komandanlıq etmişdir. 2000-ci ildə Çeçenistan Respublikasının Şatoy rayonunda öldürülmüşdür. == Bioqrafiya == 1966-cı ildə anadan olmuşdur. Hər iki Çeçenistan müharibəsində iştirak etmişdir. Müharibələr arası dövrdə Valentin Vlasov və Gennadi Şpiqun da daxil olmaqla çox sayda insanın qaçırılmasının fəal təşkilatçısı olur. ÇİR Daxili İşlər Nazirinin müavini vəzifəsini tutur. Bu müddətdə Məkkəyə həcc ziyarətinə gedir. İkinci Çeçenistan müharibəsi zamanı Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin Şimal-Qərb Cəbhəsinə, daha sonra Qroznının Staropromıslovski rayonunun müdafiəsinə komandanlıq etmişdir. Fəal döyüşlərin sona çatması ilə Aslan Masxadov ona dağlıq İtum-Kali və Şatoy rayonlarında ÇİR Silahlı Qüvvələrinin Cənub Cəbhəsinə rəhbərlik etməyi tapşırır.
Biquz (Urmiya)
Biquz (fars. بي قوز‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 59 nəfər yaşayır (9 ailə).
Bığlı Hüseyn
Bığlı Hüseyn, Bığlı Hüseyn Saraclı, Bığlı — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Kəndin adı erməni mənbələrində Beqli Hüseyn, Bexlu formalarında da göstərilir. Kənd Kəvər (Kamo) rayonunun 22 km şimal-qərbində, Göyçə gölünün şimal-qərbində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu ildə Axta (Razdan) rayonunun ərazisinə daxil idi. Toponim Bığlı Hüseyn antroponimi ilə qazax tayfalarından biri olan saraclı etnonimi əsasında əmələ gəlib «Saraclı tayfasından olan Bığlı Hüseynə mənsub kənd» mənasını bildirir. Mürəkkəb quruluşlu etnotoponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 356 nəfər, 1886-cı ildə 505 nəfər, 1897-ci ildə 645 nəfər, 1908-ci ildə 658 nəfər, 1914 - cü ildə 846 nəfər, 1916-cı ildə 768 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qətlə yetirilmiş və vəhşicəsinə qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri geri dönmüşdür.
Bığlı balinalar
Dişsiz balinalar, bığlı balinalar (lat. Mystacoceti) — balinakimilər dəstəsindən məməlilər yarımdəstəsi. Üst çənəsində diş əvəzinə "balina bığı" adlanan uzun buynuz lövhələr var (ikinci adı da buradandır). Bığların kənarı uzun qılcıqlara ayrılıb. Dişsiz balinaların qidası olan su orqanizmlərini süzən narın, ələyəbənzər süzgəç əmələ gətirir. Burnunda tək-tək yerləşən vibrislər (duyğu orqanı) var. Başının təpə hissəsində 2 burun dəliyi olur. Dişsiz balinaların ən irisinin uzunluğu 33 m, kütləsi 160 t-dur. 4 müasir fəsiləsinə aid 10 növü məlumdur: Qrenlandiya balinası Seyval Kiçik cənub zolaqlı balina boz balina qozbel balina göy balina finval seyval Kiçik zolaqlı balina Brayde zolaqlı balina. Bütün okeanlarda geniş yayılmışdır.
Bığlı qızılquş
Bığlı qızılquş (lat. Falco biarmicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Göyərçindən iridir. Başının üstü kürəndir. “Bığları” zəifdir. Bel tərəfi qonur, qarın tərəfi isə ağımtıldır və üzərində naxışlar uzanır. Quyruğu tünd bənövşəyi rənglidir və köndələn qonur zolaqlar var. == Yayılması == Afrikada, Aralıq dənizi ətrafında, Kiçik Asiyada, İraqda və Cənubi Qafqazda yayılıb. Azərbaycanda Qobustanda və Naxçıvan MR-də Şahbuz rayonu Dərəboğaz və Qızılqışlaq qayalığında nəsil verməsi göstərilib.
Bığlı şəbpərə
Bığlı şəbpərə (lat. Myotis mystacinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. == Xarici görünüşü == Bədənin uzunluğu 38-48 mm, quyruğun uzunluğu isə 32-46 mm-dir. Qulaqları nisbətən uzundur (13-17 mm). Qulağın arxa kənarının yuxarı hissəsində yaxşı hiss olunan kəsik vardır. Qulağın dəri çıxıntısının uzunluğu (6,5-9,0 mm) qulağın uzunluğunun təqribə yarısına bərabərdir. Xəzin rəngi adətən açıqdır. Yaşlı fərdlərin rəngi adətən parlaq olub, bədənin üst tərəfi parlaq sarıdansəməni və ya bozumtul açıq-sarı rəng arasında dəyişir. Bədənin alt tərəfinin rəngi ağla bozumtul-ağ arasında dəyişir. Bütün tüklərin əsası yaşıl-boz və ya tünd-boz rəngdədir.
İqidi (səhra)
İqidi (ing. Erg Igidi) — Saxaranın qərbində yerləşən qumlu səhra. İnzibati cəhətdən Əlcəzair və Mavritaniya ərazilərinə daxildir. Düzənlikdə qum təpəliləkləri 540 m hündürlüyə, və 400 km uzunluğa malikdir. Bitki örtüyü əsasən efemerli, kol və ot bitkilərindən ibarətdir. Səhraya xas xarmatan küləkləri əsir. Qrunt suları şimal-şərq hissədə səthə daha yaxındır. Yay ayları otlaq kimi istifadə edilir.
Molla Ağa Bixud
Ağa Hacı Molla Tağızadə, Molla Ağa Bixud(1830, Şamaxı – 1892, Şamaxı) — Azərbaycan şairi. Molla Ağa Hacı Molla Tağızadə (Bixud) 1830-cu ildə Şamaxıda anadan olub. Şamaxıda məktəbi bitirib. Dövrünün bilikli adamlarından sayılıb, türk və fars dillərini mükəmməl bilib. Bixud İrana və Qafqaz şəhərlərinə səfərlər edib. Bununla belə ömrünün böyük bir hissəsini Şamaxıda yaşayıb. Ömrünün sonlarına yaxın ətriyyat satmaqla məşğul imiş. Qəzəllərindən ibarət cəmi bir kitabı qalıb. Ağa Hacı Molla Tağızadə 1892-ci ildə 62 yaşında vəba xəstəliyinə tutularaq vəfat edib. S. Ə. Şirvaninin müasirlərindən biri olan şair.
Ağudi qəbirüstü abidəsi
Ağudi qəbirüstü abidəsi — Sisyan rayonunun (keçmiş Zəngəzur qəzasının Qarakilsə nahiyəsi) Ağudi kəndində, Sisyan şəhərindən 5 km məsafədə, Ağudi-Sisyan yolunun kənarında yerləşən abidə. == Haqqında == Sisian şəhərindən 5 km məsafədə, Ağudi-Sisian yolunun kənarında yerləşir. Ağudi qəbirüstü abidəsi VII əsrdə tikilmişdir. 1400 ilə yaxın tarixi olan bu nəhəng qəbirüstü abidə indiyədək qalmaqdadır. == Memarlıq xüsusiyyətləri == Ağudi abidəsi üç pilləli, daha doğrusu, üç mərtəbəli quruluşa malikdir. Abidənin birinci mərtəbəsi geniş meydançanı xatırladır. Bu meydançanın altında iki giriş qapısı olan tağvari kiçik mağara diqqəti cəlb edir. İkinci mərtəbə yanlarda dördbucaq şəkilli iki sütundan və ortada səkkizbucaqlı bir sütundan ibarətdir. Hər iki kənar sütun tağvari hörgü vasitəsilə orta sütunla birləşmişdir. Abidənin üçüncü mərtəbəsi gözəl memarlıq quruluşuna malik üç sütundan ibarətdir.