Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brendan Eyx
Brendan Eyx (ing. Brendan Eich; 4 iyul 1961, Pitsburq, Pensilvaniya) — Amerikalı texnoloq və JavaScript proqramlaşdırma dilinin yaradıcısıdır. Mozilla layihəsini və Mozilla Korporasiyasını qurdu və Mozilla Korporasiyasının baş texniki direktoru və qısa müddətdə baş icraçı vəzifəsini icra etdi. O, Brave Brauzerinin baş direktorudur.
Brendan Freyzer
Brendan Freyzer (ing. Brendan Fraser; 3 dekabr 1968, İndianapolis, İndiana) — Kanada əsilli ABŞ aktyoru, "Oskar" mükafatı laureatı (2023). Brendan Freyzer 1963-cü ildə ABŞ-nin İndiana ştatında Kanada əsilli ailədə dünyaya gəlmişdir. Brendan ailədə 4 qardaşdan ən kiçiyidir. Ailəsi ilə birlikdə Niderlandda, İsveçrədə, eləcə də Romada, Londonda və ABŞ-nin başqa şəhərlərində yaşamışdır. Atası daha çox Kanadada işləmişdir. Brendan 12 yaşından London teatrlarında kiçik səhnələrdə çıxış edir. Brendan Freyzer peşəkar film karyerasına 1991-ci ildən başlayır. 2001-ci ildə London teatrı səhnəsində yenidən iştirak edir. 1998-ci ildə Freyzer Afton Smit adlı qızla evlənir.
Brendan Murrey
Brendan Mürrey (ing. Brendan Murray; d. 16 noyabr 1996, Qoluey, İrlandiya) — İrlandiya müğənnisi. O, İrlandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 2014-cü ildə Brendan Mürrey yeni yaradılmış İrlandiyalı Hometown musiqi qrupuna üzv seçilmişdir. Üzvü olduğu qrupun İrlandiyada üç mahnısı hitə çevrilmişdir. Onların 2015-ci ilin noyabr ayında işıq üzü görən debüt albomu İrlandiya albom siyahılarında ilk beşliyə yüksəlmişdir. 2016-cı ilin dekabr ayında isə qrup qeyri-müəyyən müddətə fasiləyə ayrıldığını elan etmişdir. 2016-cı ilin dekabr ayında İrlandiyanın RTE telekanalı Brendan Mürreyin İrlandiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır. Müğənninin Avroviziyada ifa edəcəyi mahnı olan "Dying To Try" 2017-ci ilin mart ayında təqdim edilmişdir.
Brendan Şenaxen
Brendan Frederik Şenaxen (23 yanvar 1969) — Kanadalı keçmiş peşəkar buzüstü hokkey oyunçusu və hazırda prezident vəzifəsini icra edir.Əvvəllər Milli Hokkey Liqasında (MXL) oyunçu təhlükəsizliyi direktoru vəzifəsini icra edirdi. New Jersey Devils (1988–1991) St.
Gagea brentae
Gagea fragifera (lat. Gagea fragifera) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin gagea cinsinə aid bitki növü. Hündürlüyü 8-20 sm olan bitkidir. Soğanağı kiçik olub, yumurtaşəkillidir, tünd-qonur və ya açıq-qonur rəngli qınlarla örtülüdür, ikincisi çox kiçikdir. Kökətrafı yarpaqları bir (bəzən iki ədəd) ədəddir, dar xətvaridir, eni 2,5–3 mm-dir, adətən, çiçək qrupunu ötüb keçir. Çiçək qrupunun altındakı yarpaqlar demək olar ki, qarşı-qarşıya düzülmüşdür; onlardan aşağıda yerləşənlər neştərvaridir, qaidəsinə doğru genişlənmişdir, çiçək qrupu ilə eyni və yaxud onu ötüb keçir; çiçək qrupunun altındakı yerdə qalan yarpaqları kiçiləndir və çiçək qrupundan qısadır. Çiçək qrupu bərabər olmayan, çılpaq və ya tüklü saplaqda yerləşmiş 1-4 ədəd çiçəkdən ibarətdir. Çiçək yanlığının yarpaqcıqları 5–20 m uzunluqdadır, neştərvariellipsşəkili və ya demək olar ki, neştərvaridir, sivritəhərdir, nəzərə çarpan damarları vardır, yaşıl və ya sarımtıl-yaşıl rəngdədir. Erkəkcikləri çiçək yanlığının yarpaqcıqlarından qısadır. May-iyul aylarında çiçəkləyir.
Bernat Desklot
Bernat Desklot (kat. Bernat Desclot; 1240, güm. Kastelnu[d] – 1280) — katalan tarixçi, xronikaçı. Onun Araqonlu III Pedronun hakimiyyəti (1276–1285) haqqında yazdığı əsər 4 "Möhtəşəm katalan xronikası"ndan biridir. Bu xronikalarla XIII-XIV əsrdə Araqon koronasındakı və Kataloniyadakı hərbi və siyasi vəziyyəti öyrənmək mümkündür. Əsər həmçinin Araqon səlib yürüşü haqqında da məlumat verir. Desklotun "Xronikalar"ında hadisələr XI əsrdə başlayır, amma ən maraqlı hissəsi onun yaşadığı dövrü təsvir etdiyi hissədir. Onun ədəbi modeli romans idi. Əsərində mərkəzi personajların drammatik monoloqlarına və təsirli epizodlara yer vermişdi. Məsələn, Pedronun qardaşı Malyorkalı II Xamesin kanalizasiya borusu vasitəsilə Perpinyan şəhərindəki qaladan qaçması kimi.
Bernat Lomero
Brenda Kastillo
Brenda Kastillo (d. 5 iyun 1992 - San Kristobal, Dominikan Respublikası) — Dominikanlı voleybolçu. Dominikanlı libero dünyada ən çox fərdi mükafata layiq görülən voleybolçudur. Valideynləri Argentina və Alfonso, həyat yoldaşı isə Xulio Enrike de los Santosdur. Ləqəbi ispancadan tərcümədə balaca, kiçicik mənasını verən "çin-çin"dir. Bu adı ona bədən ölçülərinə görə veriblər. 2010-cu ildə o, çətin günləri arxada qoyub xristianlığı qəbul edir. Alkoqol aludəçiliyinə görə milli komandaya gec qoşulur, özünə və ailəsinə kömək etmək üçün həyatını dəyişmək qərarı verir və nizam-intizamlı bir oyunçu kimi meydana qayıdır. İstər gənclərdən ibarət Milli Komandada, istərsə böyüklər arasında keçirilən yarışlarda Brenda hər zaman özünü ən yaxşı tərəfdən göstərə bilib. 2012-ci il London Olimpiadasının ən yaxşı liberosu adını qazandıqdan sonra dünyanın diqqətini özünə daha da cəlb edən 20 yaşlı qıza Azərbaycan Çempionu Rabitə Bakıdan təklif gəlir.
Brenda Villa
Brenda Villa (18 aprel 1980, Los-Anceles, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Brenda Villa, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Brenda Villa, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu. Brenda Villa, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Brenda Villa, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Brenda Şaffer
Brenda Şaffer (1965, ABŞ) — Amerikalı-İsrailli professordur. Amerika Elmi Siyasi Assosiasiyasının Xarici Siyasət Bölməsinin keçmiş prezidenti, elmlər doktoru, professor, siyasi xadim. Brenda Şaffer 1950-ci ildə Amerika Birləşmiş Ştatlarında anadan olmuşdur. Doktorluq dissertasiyasını Təl-əviv universitetində müdafiə etmiş, bir neçə il həmin universitetdə tədqiqatçı və İsrail dövləti üçün siyasi təhlilçi olaraq çalışmışdır. Harvard universiteti nəzdindəki Kennedi hökumət məktəbində Xəzər təhsil proqramının araşdırma sədri kimi fəaliyyət göstərib. Hal hazırda siyasi elmlər sahəsi üzrə Haifa universitetində və Azərbaycan Diplomatik Akademiyasında çalışır. Professor Şaffer "Enerji Siyasəti" kitabının müəllifi və beynəlxalq münasibətlərdə enerji və Qafqaz regionunda enerji təhlükəsizliyi üzrə ekspertdir. Dr.Şaffer həmçinin Qafqazda kimlik və mədəniyyət mövzusu üzrə kitab müəllifidir. Hazırda ABŞ-nin Vaçiqton şəhərindəki Corctaun Universitetinin professorudur. İngilis, türk, rus, Azərbaycan və ivrit dillərini bilir.
Brenna Sparks
Brenna Sperk (ing. Brenna Sparks; 2 fevral 1992) — amerikalı pornoaktrisa. 2 fevral 1992-ci ildə Nevada ştatının Las-Veqas şəhərində Laoslu asiya mənsubiyyətli ailənin uşağı olaraq dünyaya gəldi. Məktəbdən ayrıldıqdan sonra bir neçə ay Five Guys fast-food restoranında ofsiant olaraq işlədi. Buradan ayrıldıqdan sonra karyerasına ekzotik rəqqas olaraq başladı. Daha sonra pornoqrafiya sənayesinə daxil oldu. 2016-cı ilin sonunda — 24 yaşında ilk dəfə pornoqrafiya aktriası olaraq porno filmdə yer aldı. Aktrisa olaraq Hard X, Evil Angel, Devil's Film, Wicked, Girlfriends Films, Bangbros, Digital Playground, Reality Kings, 3rd Degree, Sweetheart Video, Hustler, Tushy, Naughty America, Brazzers və Blacked kimi şirkətlərlə işlədi. 2019-cu ildə pornoqrafiya sənayesində ilk mükafatına nominasiya göstərildi. Nominasiya göstərildiyi mükafatlara Spank Bank (2018–2019), AltPorn (2019), AVN (2019–2020), Urban X (2019), XBIZ (2019) mükafatları aiddir.
Brenna Sperk
Brenna Sperk (ing. Brenna Sparks; 2 fevral 1992) — amerikalı pornoaktrisa. 2 fevral 1992-ci ildə Nevada ştatının Las-Veqas şəhərində Laoslu asiya mənsubiyyətli ailənin uşağı olaraq dünyaya gəldi. Məktəbdən ayrıldıqdan sonra bir neçə ay Five Guys fast-food restoranında ofsiant olaraq işlədi. Buradan ayrıldıqdan sonra karyerasına ekzotik rəqqas olaraq başladı. Daha sonra pornoqrafiya sənayesinə daxil oldu. 2016-cı ilin sonunda — 24 yaşında ilk dəfə pornoqrafiya aktriası olaraq porno filmdə yer aldı. Aktrisa olaraq Hard X, Evil Angel, Devil's Film, Wicked, Girlfriends Films, Bangbros, Digital Playground, Reality Kings, 3rd Degree, Sweetheart Video, Hustler, Tushy, Naughty America, Brazzers və Blacked kimi şirkətlərlə işlədi. 2019-cu ildə pornoqrafiya sənayesində ilk mükafatına nominasiya göstərildi. Nominasiya göstərildiyi mükafatlara Spank Bank (2018–2019), AltPorn (2019), AVN (2019–2020), Urban X (2019), XBIZ (2019) mükafatları aiddir.
Brena (Fransa)
Brena (fr. Brénaz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01059. 2010-ci ildə əhalinin sayı 92 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 58 nəfərin (15-64 yaş) 44 nəfəri İqtisadi cəhətdən fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.9%, 1999-cu ildə - 69.8%). 44 fəal sakindən 42 nəfər (25 kişi və 17 qadın) işləyir, 2 nəfər işsizdir (1 kişi və 1 qadın). Aktiv olmayan 14 nəfər arasında şagird və ya tələbə, 6 nəfər təqaüdçü, 1 nəfər digər səbəblərə görə fəaliyyətsiz idi.
Brent Soukroft
Brent Soukroft (19 mart 1925, Oqden[d], Yuta – 6 avqust 2020, Folls-Çörç[d], Virciniya) — zabit, siyasətçi. ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı. ABŞ prezidenti Cerald Ford (1975-1977) və Corc Buşun (1989-1993) milli təhlükəsizlik üzrə müşaviri.
Brent borosu
Brent borosu (ing. London Borough of Brent) — Londonun 32 borosundan biri. Böyük Londonun şimal-qərbində yerləşir və sahəsi 43,24 km²-dir. 1965-ci ilədək London qraflığına daxil olmayan Kənar Londonun bir hissəsi olmuş, 1 aprel 1965-ci ildə yaradılmışdır. 2011-ci ilin məlumatına görə əhalisi 312 200 nəfər olmuşdur. Adını boronun ərazisindən keçən Brent çayından almışdır. Tarixi Middlseks qraflığının ərazisi olmuşdur. Brent şimal-qərbdə Harrou, şimal-şərqdə Barnet, Hammersmit və Fulhem, cənubda Kensinqton və Çelsi, həmçinin Vestminster borosu ilə həmsərhəddir. Barnet borosunun ərazisində məşhur Uembli stadionu yerləşir. Boro 1965-ci ildə Uembli və Uillesden rayonlarının birləşdiriməsi hesabına yaradılmışdır.
Brent çayı
Brent — İngiltərənin paytaxtı Londonda uzunluğu 29 km olan çay. Temza çayının əsas qollarından biridir. Bu çay haqqında məlumatlara ilk dəfə 705-ci ildə Londonlu yepiskopun məktubunda rast gəlinirdi. Adının mənşəyi isə Briqant qəbilələrinin adından götürülmüşdür.
Renat Dadaşov
Renat Dadaşov (ləzg. Дадашрин Олеган хва Ренат) — 17 may 1999, Rüdeshaym-am-Reyn[d], Hessen) — Azərbaycanlı futbolçu. Hazırda karyerasını "Qrasshoppers"dən icarə əsasında "Hatayspor" klubunda davam etdirir. Renat Dadaşov 17 may 1999-cu ildə Almaniyanın Hessen əyalətindəki Rüdeshaym qəsəbəsində anadan olub. Əslən ləzgidir.. Atası Oleq cavan yaşlarında su polosu üzrə Azərbaycan millisində oynayıb. Renatın böyük qardaşı Rüfət Dadaşov da hal-hazırda Azərbaycan millisinin üzvüdür. 19 may 2017-ci ildə Dadaşov Bundesliqa klublarından Ayntraxt Frankfurtla 3 illik müqavilə imzaladı. O, Ayntraxtın 19 yaşadək futbolçulardan ibarət komandasında oynayarkən 22 matça 14 qol vurmuş, 9 assist etmişdir. 11 iyun 2018-ci ildə Dadaşov Portuqal klublarından Eştorillə 2 illik müqavilə imzaladı.
Renat Məhəmmədi
Renat Məhəmmədi (d. 10 dekabr 1948) — tatar türklərindən olan tanınmış yazıçı və filosof, “Abdullah Tokay” adına dövlət müfatı sahibi (1993), SSRİ Yazıçılar Birliyinin üzvü (1979-cü ildən etibarən). Həyatı Renat Məhəmmədi 1948-ci ilin 10 dekabrında Tatarıstanın Mamadiş bölgəsinin Keçe Kırman kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1966-cı ildə bu bölgənin Tüben Uşmı məktəbini, 1971-ci ildə Qazan Dövlət Universitetinin tatar dili və dəbəiyyatı fakültəsini bitirmişdir. Daha sonra Kazan Televiziya Studiosunda işləmiş, 1973-1976-cı illərdə Kazan Dövlət Universitetinin jurnalistika fakültəsində magistr təhsili almışdır. Magistr təhsilini bitirib, 1977-ci ilin fevralında Yazıçılar Cəmiyyətinin orqanı “Kazan utları” (Kazan odları) jurnalının redaktorluğunu etmişdir. Burada ədəbi tənqidlə məşğul olmuşdur. 1981-ci ilin may ayından etibarən bu jurnalın baş redaktoru olaraq çalışmışdır. 1979-cu ildə Renat Məhəmmədi filologiya sahəsində doktorluq dərəcəsi almışdır. Yazıçı 1980-ci ildən bTatarıstan Yazıçılar Birliyinə, 1987-1989-cu illərdə Tatarıstan kitab nəşriyyatı müdiri olmuşdur.
Renat Salavatov
Renat Salavat oğlu Salavatov (tatar. Ренат Салават улы Салаватов, 5 noyabr 1949-cu il, Çimkənd, Qazaxıstan SSR, SSRİ) — SSRİ dirijoru, bəstəkarı. Tatarıstanın xalq artisti və Qazaxıstanın əməkdar mədəniyyət xadimi, Rusiya Federasiyasının əməkdar artisti (2010). Musa Cəlil adına Tatarıstan Opera və Balet Teatrının baş dirijoru (2003-cü ildən). Renat Salavatov oğlu Salavatov 5 noyabr 1949-cu ildə Qazaxıstan SSR-in Çimkənd şəhərində anadan olub. 1969-cu ildə Moskva Mərkəzi Musiqi Məktəbinin violonçel (müəllim Alla Evgenievna Vasilieva), 1974-cü ildə Leninqrad Dövlət Konservatoriyasının (indiki N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası) simfonik dirijorluq fakültəsini bitirmişdir. Konservatoriyada onun müəllimləri professorlar K.A.Simeonov və İ.A.Musin idilər. Orduda xidmətdən sonra təhsilini professor L.M.Qinzburgun kursunda P.İ.Çaykovski adına Moskva Konservatoriyasının aspiranturasında davam etdirmişdir. 1979-cu ildə aspiranturanı bitirdikdən sonra Kazan şəhərindəki Tatarıstan Dövlət Filarmoniyasının simfonik orkestrinin rəhbəri vəzifəsinə qəbul edilmişdir. 1985-ci ildə Abay adına Qazaxıstan Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsinə dəvət edildi.
Renat Xarisov
Renat Xarisov (tatar. Ренат Мәгъсүм улы Харисов; 6 may 1941, Tsilninsk rayonu[d], Ulyanovsk vilayəti) — şair, Rusiya Federasiyası Dövlət Mükafatı laureatı (2005), Qabdulla Tukay adına Tatarıstan Respublikası Dövlət Mükafatı laureatı (1997), 40-a yaxın şeir toplusunun və poemanın, musiqi və səhnə əsərlərinin müəllifi (Leonid Lyubovskinin "Yusuf əfsanəsi" baletinin librettosu daxil olmaqla). Rusiya Yazıçılar Birliyinin katibi, "Naş Sovrimennik", "Tatarıstan", "İstoriçeskaya Gazeta" (Moskva) jurnallarının redaksiya heyətinin üzvüdür. Renat Xarisov 6 may 1941-ci ildə Ulyanovsk vilayətinin Tsilninsk rayonunun Elxovoe Ozero kəndində kənd müəllimləri ailəsində anadan olmuşdur. O alı təhsilini Kazan Dövlət Pedaqoji Universitetində alır. 1963–1964-cü illərdə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Arsk Pedaqoji Məktəbinin müəllimi işləyir. 1965–1971-cü illərdə Tatarıstan qəzetləri redaksiya heyətinin ədəbi əməkdaşı olur. 1971–1973-cü illrədə Tatarıstan MSSR Yazıçılar Birliyinin məsul katibi işləyir. 1973–1982-ci illərdə Tatarıstan MSSR Mədəniyyət nazirinin müavini olur. 1982–1989-cu illərdə "Kazan utları" ədəbi jurnalının baş redaktoru kimi fəaliyyət göstərir.
Renat Şıxnəbiyev
Renat Güləmməd oğlu Şıxnəbiyev (31 dekabr 1990, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Renat Şıxnəbiyev 31 dekabr 1990-cı ildə Qusar rayonunun Bala Qusar kəndində anadan olmuşdur. Şıxnəbiyev 2008-ci ilə qədər Bala Qusar kənd tam orta məktəbində təhsil almışdır. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2012-ci ildə ali hərbi məktəbi bitirmişdir. Həmin ildən 2013-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində xüsusi təyinatlı ixtisası üzrə təhsil almışdır. Ailəlidir, üç övladı var. 2012-ci ildə ali hərbi məktəbi bitirib "leytenant" rütbəsi alan Şıxnəbiyev 2013-cü ildə Naxçıvan Muxtar Respublikasında yerləşən xüsusi təyinatlıların "N" saylı hərbi hissəsində xidmətə başlamışdır. 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında Günnüt kəndi uğrunda döyüşlər baş verib.
So-Brena
So-Brena (fr. Sault-Brénaz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lanyo kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01396. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 45 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1043 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 663 nəfər (15-64 yaş) arasında 490 nəfər iqtisadi cəhətdən, 173 fəaliyyətsiz (fəaliyyət göstərici 73.9%, 1999-cu ildə 64.4%) idi. 490 fəal sakindən 419 nəfər (239 kişi və 180 qadın) işləyir, 71 nəfər işsizdir (33 kişi və 38 qadın).
Brent Şou
Brent Donald Şou (ing. Brent Donald Shaw; 27 may 1947 və ya 1947, Edmonton) — Kanada və ABŞ tarixçisi. Fəlsəfə doktoru (1978), 2004-cü ildən Prinston Universitetinin professoru, ondan əvvəl Letbric və Pensilvaniya universitetlərində professor, Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (2012). 1976–1977-ci illərdə Birminhem Universitetində qədim tarix üzrə müəllim olmuşdur. 1977–1996-cı illərdə Letbric Universitetində dərs demiş, 1981-ci ildən professordur. 1994-cü ildə Təkmilləşdirilmiş Tədqiqat İnstitutunda professordur. 1989–1995-ci illərdə Prinston Universitetində qonaq professor olmuşdur. 1996-cı ildən Pensilvaniya Universitetində professor olmuşdur. 2004-cü ildən Prinston Universitetində klassiklər üzrə professor olmuşdur. Pensilvaniya Universitetinin fəxri magistr dərəcəsinə layiq görülmüşdür (1996).
Təll Bənat
Təll Bənat İraqın Neynəvə mühafəzəsinin Səncər qəzasında kənd. Təll Bənat kəndi Səncər dağlarının güneyində yerləşərək; mübahisəli bölgəyə aiddir. Əhalisi əsasən Yezidilərdən ibarət olaraq; burada eləcə 1,400 nəfər Şiə Türkman da yaşamaqdadır. 2014-cü ilin avqustunda İraq və Şam İslam Dövləti Təl Banatdan 200-dən çox qadın və uşağı qaçırmışdı.
Mein Herz brennt
Mein Herz brennt (alman dilindən – "Mənim qəlbim yanır") — Almaniya rok musiqi qrupu olan "Rammstein" mahnısı. Mahnı musiqi qrupunun yeddinci studiya albomunu olan "Mutter" (2001) albomunun baş sinqlıdır. Həmçinin, mahnı musiqi qrupunun o dövrdəki konsertlərində açılış mahnısı kimi istifadə olunurdu. Əlavə olaraq, mahnı musiqi qrupunun ən böyük hitlər albomu olan "Made in Germany 1995–2011" (2011) musiqi albomunda buraxılmışdır. Bu, albomun sinql olaraq buraxılmamış və musiqi videosu olmayan yeganə mahnısı idi. Mahnı 2012-ci ildə "Videos 1995–2012" video kolleksiyasını reklam etmək üçün yenidən buraxılmışdır. Mahnının pianino versiyası sinql olaraq 7 dekabr 2012-ci ildə buraxılmışdır. Mahnının sözləri üçüncü şəxsin kabusların yaratdıqları vahimələri təsvir etməyində ibarətdir. Mahnının girişinin açılış misrası və nəqərati ("Nun, liebe Kinder, gebt fein Acht. Ich habe euch etwas mitgebracht"; mənası – "İndi, əziz uşaqlar, diqqət yetirin.