Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Burnək
Burnək — 1728-ci ildə İrəvan əyalətinin Maku nahiyəsində kənd adı Əsli Purnək. XVI əsrdə Qızılbaş tayfalarının birinin adıdır. Mənşəcə Ağqoyunluların Purnək tayfasının (34, 160) adındandır.
Breaka
Breaka (ing. Breaca) — irland rahibə, xristian müqəddəsi. Kornoull və Cənubi Qərbi İngiltərədə ehtiram olunur. Adını daşıyan Briq kəndi və kilsə var. Müqəddəs Breakanın Dumnoniya kralı Gerentin qızı olduğuna inanılır.
Nikolay Burdenko
Nikolay Nilovic Burdenko (Tam adı: rus. Никола́й Ни́лович Бурде́нко; 22 may (3 iyun) 1876, Kamenka, Penza quberniyası[d] – 11 noyabr 1946, Moskva) — Rusiya cərrahı, SSRİ Elmlər Akademiyasının akademiki (1939), SSRİ Tibb Elmlər Akademiyasının akademiki (1944) və ilk prezidenti (1944– 46), tibb xidməti general-polkovniki (1944), Sosialist Əməyi Qəhrəmanı (1943), SSRİ Dövlət mükafatı laureatı (1941). Yuryev Universitetini bitirmişdir (1906). 1906–18-ci illərdə həmin universitetdə assistent, privat-dosent, cərrahiyyə klinikasının professoru işləmişdir. Birinci dünya müharibəsi illərində müxtəlif cəbhələrdə cərrah-məsləhətçi, Rusiya ordusunun hərbi-sanitariya müfəttişi olmuşdur. 1918–22-ci illərdə Voronej Universitetinin, 1923-cü ildən 1-ci MDU-nun cərrahiyyə professoru işləmişdir. Eyni zamanda (1929-cu ildən) Rentgen İn-tunun neyrocərrahiyyə klinikasının direktoru olmuşdur. Klinikanın bazasında 1934-cü ildə Mərkəzi Neyrocər rahiyyə institutu (indiki Rusiya Tibb Elmlər Akademiyasının N.N.Burdenko adına Elmi Tədqiqat Neyro cərrahiyyə İnstitutu) yaradılmışdır. Böyük Vətən müharibəsi illərində sovet ordusunun baş cərrahı olmuşdur. Burdenko SSRİ-də neyrocərrahiyyənin banilərindən biridir.
Yana Burçeska
Yana Burçeska (mak. Јана Бурческа; d. 6 iyul 1993, Skopye, Makedoniya Respublikası) — Makedoniya müğənnisi. O, Makedoniya Respublikasını 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Yana Burçeska 2011-ci ildə Makedoniya Respublikasında təşkil olunan Macedonian Idol məharət yarışmasında iştirak etmiş və beşinci yeri qazanmışdır. 2016-cı ilin noyabr ayında Makedoniya Respublikasının MRT telekanalı Yana Burçeskanın ölkəni Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır. Yananın müsabiqədə ifa edəcəyi mahnı olan "Dance Alone" 2017-ci ilin mart ayında təqdim edilmişdir. Uzun məşqlərdən sonra müğənni 11 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinalında üçüncü nömrə altına səhnə almışdır. Nəticədə Yana 18 ölkə təmsilçisinin mübarizə apardığı yarımfinalda 69 xalla 15-ci yeri tutaraq, finala adlaya bilməmişdir. Avroviziya 2017-də Makedoniya Respublikası üçün hazırlanmış reklam çarxında Yananın uşaq gözlədiyi bəlli olmuşdur.
Şerenka çubuqlucası
Şerenka çubuqlucası (lat. Philadelphus schrenkii) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. Yabanı halda Çin və Koreyada yayılmışdır. Hündürlüyü 2-4 m, çətiri çox hallarda yumurtaşəkilli, yuxarı hissələrdə düz budaqlanan koldur. Zoğları tükcüklü, qabığı qəhvəyi, çox hallarda xırda, qara ziyilciklərə malikdir. Birillik və çox yaşlı budaqların qabığı qonur və ya sarımtıl-boz, soyulandır. Yarpaqları yumurtavari, enli ellips və ya uzunsov ellips formalı, tam kənarlı və ya bir qədər xırda, bir-birindən aralı dişli, nadir hallarda hər tərəfdən 10-15 dişli, qarşılıqlı və tökülən, üst tərəfdən çılpaq və ya seyrək tükcüklü, alt tərəfdən isə damarlar boyunca tükcüklü olur. May ayında çiçəkləyir. Çiçəkləri ağ, 3-4 sm diametrində, ətirlidir. Çiçək saplağı sıx tükcüklərlə örtülmüşdür.
Sergey Burenkov
Sergey Petroviç Burenkov (rus. Сергей Петрович Буренков; 20 iyul 1923, Petroqrad – 8 aprel 2004, Moskva) — Sovet dövlət xadimi, SSRİ səhiyyə naziri (1980–1986), tibb üzrə fəlsəfə doktoru. SSRİ Tibb Elmləri Akademiyasının "Tibbi ensiklopediyası"nın redaktoru. Sergey Petroviç Burenkov 20 iyul 1923-cü ildə Sankt-Peterburqda anadan olub. O, orta məktəbi 1941-ci ildə, Böyük Vətən müharibəsi başlananda bitirib. Müharibəyə bir neçə həftə qalmış Sergey Burenkov qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Leninqrad Hərbi Dəniz Tibb Akademiyasına daxil olub. Birinci kursu bitirməmiş onu cəbhəyə göndəriblər. Burenkov döyüş bölgələrində sanitar-təlimatçı kimi xidmət edib və onun müharibə illərində əsas xidməti yeri Stalinqrad olub. 1943-cü ildən Don cəbhəsində tank briqadasının sanitar təlimatçısı kimi xidmət edib. Burenkov 1944-cü ilin sonlarında Leninqrada qaytarıblar.
Branka Rauniq
Branka Rauniq (bosn. Branka Raunig; 1 yanvar 1935, Sarayevo – 13 iyun 2008, Bixaç, Bosniya və Herseqovina Federasiyası) — Bosniya arxeoloqu, tarixdən əvvəlki dövrün tədqiqatçısı və muzey kuratoru. == Erkən illər == Branka Rauniq 1 yanvar 1935-ci ildə Sarayevoda anadan olmuşdur. Ömrünün ilk illəri Kraljevoda keçib . 1954–1958-ci illərdə Belqrad Universitetinin Fəlsəfə fakültəsində arxeologiya təhsili alıb . Müəllimlərindən biri arxeoloq Branko Havela idi . == Karyerası == Universiteti bitirdikdən sonra, Rauniq Bosniya və Herseqovinaya geri qayıdır, Bihaçdakı Punye muzeyində işləməyə başlayır . Rauniq, yapodlar qəbiləsinə aid arxeoloji materiallarla işləyərkən sonrakı elmi karyerasını həsr etdiyi bu qədim Hind-Avropa xalqı ilə maraqlanmağa başlayır . 1963-cü ildə Rauniq, Punye bölgəsinə diqqət yetirərək yapodların tarixini öyrənməyə davam etdiyi Djakovo bölgəsində yerləşən muzeydə işə başlayır . Bu bölgədəki arxeoloji materiallara əsaslanaraq 1971-ci ildə müdafiə etdiyi magistr işini yazır .
Brenda Kastillo
Brenda Kastillo (d. 5 iyun 1992 - San Kristobal, Dominikan Respublikası) — Dominikanlı voleybolçu. == Həyatı və karyerası == Dominikanlı libero dünyada ən çox fərdi mükafata layiq görülən voleybolçudur. Valideynləri Argentina və Alfonso, həyat yoldaşı isə Xulio Enrike de los Santosdur. Ləqəbi ispancadan tərcümədə balaca, kiçicik mənasını verən "çin-çin"dir. Bu adı ona bədən ölçülərinə görə veriblər. 2010-cu ildə o, çətin günləri arxada qoyub xristianlığı qəbul edir. Alkoqol aludəçiliyinə görə milli komandaya gec qoşulur, özünə və ailəsinə kömək etmək üçün həyatını dəyişmək qərarı verir və nizam-intizamlı bir oyunçu kimi meydana qayıdır. İstər gənclərdən ibarət Milli Komandada, istərsə böyüklər arasında keçirilən yarışlarda Brenda hər zaman özünü ən yaxşı tərəfdən göstərə bilib. 2012-ci il London Olimpiadasının ən yaxşı liberosu adını qazandıqdan sonra dünyanın diqqətini özünə daha da cəlb edən 20 yaşlı qıza Azərbaycan Çempionu Rabitə Bakıdan təklif gəlir.
Brenda Villa
Brenda Villa (18 aprel 1980, Los-Anceles, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Brenda Villa, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Brenda Villa, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu. Brenda Villa, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Brenda Villa, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Brenda Şaffer
Brenda Şaffer (1965, ABŞ) — Amerikalı-İsrailli professordur. Amerika Elmi Siyasi Assosiasiyasının Xarici Siyasət Bölməsinin keçmiş prezidenti, elmlər doktoru, professor, siyasi xadim. == Bioqrafiyası == Brenda Şaffer 1950-ci ildə Amerika Birləşmiş Ştatlarında anadan olmuşdur. Doktorluq dissertasiyasını Təl-əviv universitetində müdafiə etmiş, bir neçə il həmin universitetdə tədqiqatçı və İsrail dövləti üçün siyasi təhlilçi olaraq çalışmışdır. Harvard universiteti nəzdindəki Kennedi hökumət məktəbində Xəzər təhsil proqramının araşdırma sədri kimi fəaliyyət göstərib. Hal hazırda siyasi elmlər sahəsi üzrə Haifa universitetində və Azərbaycan Diplomatik Akademiyasında çalışır. Professor Şaffer "Enerji Siyasəti" kitabının müəllifi və beynəlxalq münasibətlərdə enerji və Qafqaz regionunda enerji təhlükəsizliyi üzrə ekspertdir. Dr.Şaffer həmçinin Qafqazda kimlik və mədəniyyət mövzusu üzrə kitab müəllifidir. Hazırda ABŞ-nin Vaçiqton şəhərindəki Corctaun Universitetinin professorudur. İngilis, türk, rus, Azərbaycan və ivrit dillərini bilir.
Brenna Sparks
Brenna Sperk (ing. Brenna Sparks; 2 fevral 1992) — amerikalı pornoaktrisa. == Bioqrafiya == 2 fevral 1992-ci ildə Nevada ştatının Las-Veqas şəhərində Laoslu asiya mənsubiyyətli ailənin uşağı olaraq dünyaya gəldi. Məktəbdən ayrıldıqdan sonra bir neçə ay Five Guys fast-food restoranında ofsiant olaraq işlədi. Buradan ayrıldıqdan sonra karyerasına ekzotik rəqqas olaraq başladı. Daha sonra pornoqrafiya sənayesinə daxil oldu. 2016-cı ilin sonunda — 24 yaşında ilk dəfə pornoqrafiya aktriası olaraq porno filmdə yer aldı. Aktrisa olaraq Hard X, Evil Angel, Devil's Film, Wicked, Girlfriends Films, Bangbros, Digital Playground, Reality Kings, 3rd Degree, Sweetheart Video, Hustler, Tushy, Naughty America, Brazzers və Blacked kimi şirkətlərlə işlədi. 2019-cu ildə pornoqrafiya sənayesində ilk mükafatına nominasiya göstərildi. Nominasiya göstərildiyi mükafatlara Spank Bank (2018–2019), AltPorn (2019), AVN (2019–2020), Urban X (2019), XBIZ (2019) mükafatları aiddir.
Brenna Sperk
Brenna Sperk (ing. Brenna Sparks; 2 fevral 1992) — amerikalı pornoaktrisa. == Bioqrafiya == 2 fevral 1992-ci ildə Nevada ştatının Las-Veqas şəhərində Laoslu asiya mənsubiyyətli ailənin uşağı olaraq dünyaya gəldi. Məktəbdən ayrıldıqdan sonra bir neçə ay Five Guys fast-food restoranında ofsiant olaraq işlədi. Buradan ayrıldıqdan sonra karyerasına ekzotik rəqqas olaraq başladı. Daha sonra pornoqrafiya sənayesinə daxil oldu. 2016-cı ilin sonunda — 24 yaşında ilk dəfə pornoqrafiya aktriası olaraq porno filmdə yer aldı. Aktrisa olaraq Hard X, Evil Angel, Devil's Film, Wicked, Girlfriends Films, Bangbros, Digital Playground, Reality Kings, 3rd Degree, Sweetheart Video, Hustler, Tushy, Naughty America, Brazzers və Blacked kimi şirkətlərlə işlədi. 2019-cu ildə pornoqrafiya sənayesində ilk mükafatına nominasiya göstərildi. Nominasiya göstərildiyi mükafatlara Spank Bank (2018–2019), AltPorn (2019), AVN (2019–2020), Urban X (2019), XBIZ (2019) mükafatları aiddir.
Burana qülləsi
Burana qülləsi – Qırğızıstanın Tokmok şəhəri yaxınlığındakı Qaraxanlıların paytaxtı olan Balasaqundakı qala. == Haqqında == İpək yolu üzərində olan Burana qalası Qaraxanlı dövləti dövründə həm minarə, həm də nəzarət qülləsi funksiyasını yerinə yetirmişdir. IX əsrin sonlarında inşa edildiyi zaman yüksəkliyi 45 metr olan qüllə XV əsrdəki zəlzələdən sonra 25 metrə enmişdir. 1900-cü illərin əvvəllərində əraziyə gələn rus mühacirləri qüllədəki bəzi kərpicləri yeni tikinti layihələri üçün istifadə etdilər. 1970-ci illərdə təməlini bərpa etmək və dağılmaq təhlükəsi ilə üzləşən qüllənin qərb tərəfini təmir etmək üçün təmir layihəsi həyata keçirilmişdir. Buraninsky yaşayış məntəqəsi və onunla birlikdə minarə XIX əsrin ortalarından bəri rus alimləri və yerli tarixçilər tərəfindən tədqiqat obyekti olmuşdur. Onların tədqiqinə yerli tarixçilər F. V. Poyarkov, V. D. Gorodetsky, A. M. Fetisov, N. N. Pantusov, V. P. Rovnyagin və görkəmli rus şərqşünası V. V. Bartold töhfə vermişlər. İnqilabdan əvvəlki dövrdə Qırğızıstan ərazisində arxeoloji tədqiqatların əhəmiyyətinə baxmayaraq, onlar təbiətdə təsadüfi, həvəskar idi. Abidələrin qorunması üçün tədbirlər görülməyib. == Hekayəsi == Qala ilə əlaqəli bir əfsanədə deyilir ki, güclü bir xanın bir qızı dünyaya gəldi.
Bureya çayı
Bureya – Rusiya Federasiyasınin Xabarovsk diyarı və Amur vilayətində çay. Amur çayının sol qolu. == Ümumi məlumat == Sağ Bureya (Ezop silsiləsinin cənub yamaclarından başlanır) və Sol Bureya (Dusse-Alin silsiləsinin qərb yamaclarından başlanır) çaylarının qovuşmasından əmələ gəlir. Uzunluğu 623 km (Sağ Bureyanın başlanğıcından 739 km), hövzəsinin sahəsi 70,7 km². Yuxarı axınında dağ çayıdır (axın sürəti 3–4 m/san). Orta axınında Turan silsiləsinin qollarını kəsir və dar dərə ilə axır. Aşağı axınında Zeya-Bureya düzənliyinə çıxır, dərəsi 10 km-ədək genişlənir. Əsasən, yağış suları ilə qidalanır. Yayda 5–7 dəfə daşqın olur. Daşqın zamanı suyun səviyyəsi bəzən 6–10 m-ə çatır.
Burika yarımadası
Burika (isp. Península de Burica) — Mərkəzi Amerika ərazisində, Kosta-Rikanın cənubunda, Panamanın qərbində yerləşən yarımada. == Coğrafiyası == Ensiz və uzunsov formaya malik yarımada Sakit okean suları ilə əhatələnmişdir. Yarımada boğazla Burika adasından ayrılır. Yarımada həm də Kosta-Rikanın ən ucqar cənub nöqtəsidir. Ən hündür nöqtəsi 257 metrdir. Yeganə ən böyük şəhəri Puerto-Amuelesdir. Şəhərin 8 200 nəfər əhalisi vardır (2005). Yerli əhali əsasən balıqçılıqla məşğul olur. == Sahiblənmə statusu == Eçandi-Fernandes anlaşması 1941-ci ilin mayında imzalanması ilə yarımada iki ölkə arasında bölünmüşdür.
Kuenka (Ekvador)
Kuenka (isp. Cuenca / Santa Ana de los cuatro Ríos de Cuenca) — böyüklüyünə görə Ekvadorun üçüncü şəhəri, Asuay əyalətinin inzibati mərkəzi. Şəhər Ekvador andlarında ("Syerra" kimi tanınan), dəniz səviyyəsindən 2 560 metr yüksəklikdə yerləşir. Şəhər 1557-ci ildə Xil Ramires Davalos tərəfindən qədim şəhər olan Tomebambanın yerində Santa Anа de los cuatro rios de Cuenca adı ilə salınmışdır. Şəhərin mərkəzində UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş və müstəmləkəçilik dövrünə aid çox sayda tarixi tikili mövcuddur. 1974-cü ildə cəmi 105 000 əhalisi olan şəhərdə 2010-cu ilin hesablamalarına görə 329 928 sakin yaşayır. Ümumilikdə aqlomerasiyanın müasir əhalisi isə təxminən 700 000 nəfərdir. İqtisadiyyatının əsasını kənd təsərrüfatı və sənaye, xüsusilə toxuculuq və yeyinti sənayesi təşkil edir, ixracat üçün kustar üsulla şlyapa istehsal olunur. Bundan başqa şəhərdə 8 universitet fəaliyyət göstərir. Onlardan ən qədimi olan Kuenka Universitetində təxminən 12 000 tələbə təhsil alır.
Brena (Fransa)
Brena (fr. Brénaz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01059. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 92 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 58 nəfərin (15-64 yaş) 44 nəfəri İqtisadi cəhətdən fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.9%, 1999-cu ildə - 69.8%). 44 fəal sakindən 42 nəfər (25 kişi və 17 qadın) işləyir, 2 nəfər işsizdir (1 kişi və 1 qadın). Aktiv olmayan 14 nəfər arasında şagird və ya tələbə, 6 nəfər təqaüdçü, 1 nəfər digər səbəblərə görə fəaliyyətsiz idi.
Kristina Brenk
Kristina Brenk (sloven. Kristina Brenk; 22 oktyabr 1911, Horyul[d] – 20 noyabr 2009, Lyüblyana) — Sloven yazıçısı, şairəsi, tərcüməçisi və redaktor. == Bioqrafiyası == Kristina Brenk 1911-ci ildə o vaxtkı Avstriya-Macarıstan imperiyasının Qorculi şəhərində anadan olmuşdur. Uşaqlığını Qorculi şəhərində keçirir, burada ibtidai məktəbin dörd sinifini bitirir. Mariborda oxumağa davam edir, burada müəllimlik məktəbini bitirir. Lyublyana Universitetində psixologiya və pedaqoqika üzrə təhsil alır və 1939-cu ildə doktorluq dərəcəsi alır. Təhsil aldığı müddətdə bir dram məktəbinə qatılır. Gənclər teatrı yaratmaq qərarına gəlir, buna görə 1938-ci ildə Praqada gənclər teatrı nəzəriyyəsini öyrənir. 1939-cu ildə pedaqoji elmlər doktoru elmi adı alır. Müharibədən əvvəl Kristina Brenk sərbəst işçi olur.
So-Brena
So-Brena (fr. Sault-Brénaz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lanyo kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01396. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 45 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1043 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 663 nəfər (15-64 yaş) arasında 490 nəfər iqtisadi cəhətdən, 173 fəaliyyətsiz (fəaliyyət göstərici 73.9%, 1999-cu ildə 64.4%) idi. 490 fəal sakindən 419 nəfər (239 kişi və 180 qadın) işləyir, 71 nəfər işsizdir (33 kişi və 38 qadın).
Carmina Burana (Orf)
Boyern nəğmələri və ya Karmina Burana (lat. Carmina Burana; tam adı."Carmina Burana: Cantiones profanae cantoribus et choris cantandae comitantibus instrumentis atque imaginibus magicis" - Boyern nəğmələri: Musiqi alətlər və ovsunlu rəsmlərin müşayəti ilə müğənnilər və xor qrupları tərəfindən oxunması üçün sekulyar nəğmələr ) – alman bəstəkarı Karl Orf tərəfindən 1935 – 1936 – cı illərdə bəstələnmiş tetral kantata. Əsərin mövzusu orta əsrlərə aid şeirlər dəsti olan "Carmina Burana"dan götürülüb. Əsərin tam adı belədir: "Carmina Burana: Cantiones profanж cantoribus et choris cantandж comitantibus instrumentis atque imaginibus magicis" (Beuern mahnıları: İfaçıları və xorun musuqi alətləri və sehirli görüntülərlə ifa etməsi üçün). "Carmina Burana", "Catulli Carmina" və "Trionfo di Afrodite" kontataları ilə birgə "Trionfo" adlı dəstin tərkib hissəsidir. Carmina Burananın ən məşhur hissəsi əsəri açılışı və bağlanışında ifa edilən "Fortuna Imperatrix Mundi" ("O Fortuna") hissəsidir. == Məzmun == 1934 – cü ildə Orf Carmina Burana əsərinin İohann Andreas Şmeller tərəfindən 1847 – ci ildə yazılmış mətni ilə rastlaşır. Latın və yunan dillərini öyrənən gənc tələbə Maykl Hofmann Orfa "Carmina Burana" toplusuna daxil olan 24 şeirdən hissələri əsərin librettosu üçün seçməyə yardım etmiş və onlardan böyük hissəsi latın dilində, bir hissəsi isə alman dili və qədim Provansal dilində olmuşdur. Seçim geniş mövzu rəngarəngliyini əhatə etməklə XIII əsrdə məşhur olan, XXI əsrdə isə daha çox şans və zənginlik, həyatın keçici təbiəti, Baharın qayıtmasının gətirdiyi əyləncə və zövq, içkinin təhlükəliyi, acgözlülük, qumarbazlıq və şəhvət kimi mövzulardan ibarət idi. == Təqdim == Carmina Burana ilk dəfə 8 iyun, 1937 – ci ildə Frankfurtda, Frankfurt Opera Teatrı tərəfindən (rəhbər: Bertil Vetzelberq, xor Sisilensor, səhnələşdirmə Oskar Volterlin, kostyumlar Oskar Volterlin) ifa edilmişdir.
Karmina Burana (kantata)
Boyern nəğmələri və ya Karmina Burana (lat. Carmina Burana; tam adı."Carmina Burana: Cantiones profanae cantoribus et choris cantandae comitantibus instrumentis atque imaginibus magicis" - Boyern nəğmələri: Musiqi alətlər və ovsunlu rəsmlərin müşayəti ilə müğənnilər və xor qrupları tərəfindən oxunması üçün sekulyar nəğmələr ) – alman bəstəkarı Karl Orf tərəfindən 1935 – 1936 – cı illərdə bəstələnmiş tetral kantata. Əsərin mövzusu orta əsrlərə aid şeirlər dəsti olan "Carmina Burana"dan götürülüb. Əsərin tam adı belədir: "Carmina Burana: Cantiones profanж cantoribus et choris cantandж comitantibus instrumentis atque imaginibus magicis" (Beuern mahnıları: İfaçıları və xorun musuqi alətləri və sehirli görüntülərlə ifa etməsi üçün). "Carmina Burana", "Catulli Carmina" və "Trionfo di Afrodite" kontataları ilə birgə "Trionfo" adlı dəstin tərkib hissəsidir. Carmina Burananın ən məşhur hissəsi əsəri açılışı və bağlanışında ifa edilən "Fortuna Imperatrix Mundi" ("O Fortuna") hissəsidir. == Məzmun == 1934 – cü ildə Orf Carmina Burana əsərinin İohann Andreas Şmeller tərəfindən 1847 – ci ildə yazılmış mətni ilə rastlaşır. Latın və yunan dillərini öyrənən gənc tələbə Maykl Hofmann Orfa "Carmina Burana" toplusuna daxil olan 24 şeirdən hissələri əsərin librettosu üçün seçməyə yardım etmiş və onlardan böyük hissəsi latın dilində, bir hissəsi isə alman dili və qədim Provansal dilində olmuşdur. Seçim geniş mövzu rəngarəngliyini əhatə etməklə XIII əsrdə məşhur olan, XXI əsrdə isə daha çox şans və zənginlik, həyatın keçici təbiəti, Baharın qayıtmasının gətirdiyi əyləncə və zövq, içkinin təhlükəliyi, acgözlülük, qumarbazlıq və şəhvət kimi mövzulardan ibarət idi. == Təqdim == Carmina Burana ilk dəfə 8 iyun, 1937 – ci ildə Frankfurtda, Frankfurt Opera Teatrı tərəfindən (rəhbər: Bertil Vetzelberq, xor Sisilensor, səhnələşdirmə Oskar Volterlin, kostyumlar Oskar Volterlin) ifa edilmişdir.
Bunka Moda Kolleci
Bunka Moda Kolleci (yap. 文化服装学院 — Bunka Fukuso Qakuin) — Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən təhsil müəssisəsi. Kollecin əsası 1919-cu ildə qoyulmuşdur. Kollec tələbələrə çağdaş moda industriyasına aid olan bütün sahələr üzrə təhsil verir. Kollecin tələbələr üçün yaratdığı şərait və imkanlar da çox yüksək səviyyədədir. Bunka Moda Kollecində həm yerli, həm də xarici tələbələr təhsil alır. Xarici tələbələr üçün isə, burada xüsusi təqaüd proqramları da mövcuddur. == Məşhur məzunları == Buranı bitirən tələbələr nəinki Yaponiyada, həm də digər xarici ölkələrdə moda sənayesində çox böyük uğurlara imza atmışlar. Hazırda dünya modasında öz sözünü demiş, peşəkarlıqları ilə müvəffəqiyyət qazanan 280-ə yaxın Bunka Moda Kollecinin məzunlarının adını çəkmək olar: Kenzo Takada Takeo Kikuçi Cunya Vatanabe Nigo Naomi Nişida (aktrisa) Yohji Yamamoto Tsumori Çisato Tomoe Şinohara Mişa Canette (bloqqer) == Mənbə == Nuranə Səmədova.
Hanna Van Büren
Hanna Van Büren (ing. Hannah Hoes Van Buren; 8 mart 1783[…] – 5 fevral 1819[…], Albani) — ABŞ siyasətçisi, 8-ci Prezidenti Martin Van Burenin həyat yoldaşı.
Martin Van Buren
Martin Van Buren (ing. Martin Van Buren; 5 dekabr 1782[…], Kinderhuk[d], Nyu-York ştatı – 24 iyul 1862[…], Kinderhuk[d], Nyu-York ştatı 5 dekabr 1782, Kinderhuk, Nyu-York, ABŞ — 24 iyul 1862, Kinderhuk, Nyu-York, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 8-ci prezidenti (1837–1841), 8-ci vitse-prezidenti (1833–1837) və 10-cu Dövlət katibi (1829–1831). Tomas Ceffersonla yanaşı hər üç vəzifəni tutmuş yeganə şəxsdir. Amerikanın Britaniyadan müstəqillik qazanmasından sonra doğulmuş ilk ABŞ prezidentidir. == Erkən həyatı == Martin Van Buren 5 dekabr 1782-ci ildə Nyu-York yaxınlığındakı Kinderhuk şəhərində anadan olmuşdur. Sonralar yazdığı memuarlarında əcdadlarının Amerikaya 1633-cü ildə Hollandiyadan gəldiklərini bildirirdi. Nüfuzlu fermer və meyxana sahibi olan atası Avraam Van Buren işgüzarlığı sayəsində böyük sərvət toplaya bilmişdi. Martin ailənin 5 uşağından üçüncüsü idi. İbtidai təhsilini latın dili tədris olunan məktəbdə almış, 14 yaşında ikən vəkil olmaq məqsədilə dəftərxanada işləməyə başlamışdır. O, dövrün tanınmış vəkillərindən biri olan Frensis Silvesterin yanında praktika keçdikdən sonra müstəqil fəaliyyətə başlamışdır.