Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gazir
Gazir (fars. گازير‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (38 ailə).
Nazir
Nazir — Kişi adı. Nazir Əhmədli — Kimya elmləri namizədi.
Vazqir
Vazqir - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı Əsli Bozqır. Azərbaycan dilində rəng bildirən boz və türk dillərində qır «alçaq”, «yüksəklik» sözlərindən ibarətdir.
Vəzir
Vəzir (Farsca, Urdu dili və ərəb. وزير‎ hind वज़ीर ) — Şərq ölkələrində dövlət inzibati aparatının başçısı. Quranda həmin söz ilkin mənasında ("köməkçi") adlanır. Vəzirin əsas fəaliyyyət dairəsi inzibati-maliyyə işləridir; adətən, ordu və məhkəmə məsələləri onun tabeliyində olmurdu. X əsrdən, xüsusilə, Ərəb xilafətinin şərqində iri hökmdarlarının hamısının vəziri olmuşdur. == Səfəvilərdə vəzirlik == İlk Səfəvi şahının dövründə vəkil və əmir əl-üməra dövlət idarəçiliyi işlərində vəzirdən önəmli idi. Qüdrətli şiə ruhanilərinin işlərinə vəzirin qarışmasına yol verməyən sədrin olması da vəzirin hüquq və vəzifələrini məhdudlaşdırırdı. Səfəvi hökmdarının ilk vəziri uzun müddət Ağqoyunlu hökmdarlarına vəzirlik etmiş Şəmsəddin Zəkəriyyə Keçəçi Təbrizi olmuşdu. O, hicri 906 (1500)-cı ildə, İsmayıl Şirvanşahlara qalib gəlib Mahmudabadda qışladığı vaxt ona qoşulmuş və vəzarət-divani əla vəzifəsinə təyin edilmişdi. İsmayıl onun mühüm rolunu qeyd edərək ona "Azərbaycanın açarı" adını vermişdi.
Baş Nazir
Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı. Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır. Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır. == Tarixi == Baş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi. Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi.
Hazır qəhvə
Hazır qəhvə ya da qəhvə tozu, mayalanmış qəhvə çərdəklərindən əldə edilən içkidir. Qurutma prosesi dondurularaq və ya sprey köməkliyi ilə həyata keçirilir. Sıxışdırılmış maye halında olan hazır qəhvə növləri də vardır. Hazırlama qaydası (isti suda asanlıqla həll olması), qəhvə çəyirdəyinə müqaisədə daha yüngül olması və uzun müddətli ömrü hazır qəhvənin üstünlükləri arasında yer alır. Bundan başqa, yaxşı qurudulmamış hazır qəhvə asanlıqla xarab ola bilər. == Tarixi == Hələ Amerika Vətəndaş Müharibəsi zamanı, birlik ordusu üçün "Essence of Coffee" adı altında konsentratlaşdırılmış qəhvə/süd/şəkər qarışığı istehsal edilir. Bu cür hazır qəhvə, bir çay qaşığı bir fincan isti su ilə qarışdırılaraq içilirdi. Ancaq bu qarışıq qoşunlar arasında o qədər populyar olmadığı üçun, tezliklə istehsalı dayandırılır.Hazır və ya həll olunan qəhvə 1890-cı ildə Yeni Zelandiyanın "Invercargill" şəhərində yaşayan David Strang tərəfindən ixtira edilmiş və 3518 nömrəsi ilə patentləşdirilmişdir Patentləşdirilmiş məhsul, "Quru isti hava" prosesinə istinad edilərək "Strang's Coffee" ticarət markası adı altında satılmağa başlamışdır.Bəzi müasir mənbələr isə, ixtiranın fransız yumorist və yazıçı Alphonse Allaisa məxsus olduğunu qeyd edirlər.İxtira daha əvvəl 1901-ci ildə Çikaqoda işləyən yapon alimi Satori Katoya aid edilirdi. Kato, kəşf etdiyi hazır qəhvəni Nyu Yorkdakı "Pan-Amerikan" sərgisində tanıdır. Daha sonra isə, 1910 ildə Amerika Birləşmiş Ştatlarında ixtiraçı Corc Vaşinqton öz hazır qəhvə hazırlama metodunu inkişaf etdirmişdir.
Mehriban Vəzir
Mehriban Vəzir (18 dekabr 1957, Mirbəşir) — yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini. == Həyatı == Mehriban Vəzir 18 dekabr 1957-ci il tarixində Tərtər rayonunda doğulmuşdur. 1965–1975-ci illərdə Bakıdakı 161 saylı məktəbdə orta təhsil almış, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1978-ci ildən 1999-cu ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində müxbir, redaktor, şöbə müdiri, aparıcı olaraq çalışmışdır. 1999-dan Sara tv-də, 2003–2007-ci illərdə GünAzTv-də bir sıra proqramların müəllifi olmuşdur. 2000-ci ildən Xəzər Universitetinin jurnalistika fakültəsində Telesenari kursu üzrə mühazirəçi-müəllim kimi çalışmışdır. Yazıçılar Birliyinin üzvüdür. == İctimai fəaliyyəti == "Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi" adlı qeyri-hökumət təşkilatının sədridir. == Kitabları == "Məhbusun Arzuları" Hekayələr toplusu (Bakı, 1998, 230 səhifə) "Elçi Bəy Haqqında" Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Elçi Bəy haqqında xatirələrim.
Nazir (hökumət)
Nazir — hökumət üzvü, nazirlik rəhbəri. Nazirlər dövlət xadimi hesab edilir. == Statusları == Bir sıra ölkələrdə nazirlər xüsusi kateqoriyalara bölünürlər. Məsələn, Böyük Britaniyada: Sahə nazirliklərinə rəhbərlik edən nazirlər; Xüsusi tapşırıqlar yerinə yetirən nazirlər (portfelsiz nazirlər); Nazir müavinləri hesab edilən dövlət nazirləri; Nazirliklərin parlamentlə əlaqələrinə cavabdeh olan kiçik nazirlər.
Nazir -prezident
Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı. Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır. Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır. == Tarixi == Baş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi. Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi.
Nazir Allahverdiyev
Nazir Xasay oğlu Allahverdiyev (20 aprel 2001, Çullu, Ağdam rayonu – 24 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nazir Allahverdiyev 2001-ci il aprelin 20-də Ağdam rayonunun Çullu kəndində anadan olub. Onun qardaşı — Tacir Allahverdiyev də İkinci Qarabağ müharibəsində şəhid olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nazir Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nazir Allahverdiyev oktyabrın 24-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağdam rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazir Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazir Allahverdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Nazir Allahverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.
Nazir Kərimov
Nazir Qibləli oğlu Kərimov (21 dekabr 1928, Yusiflər, Zəngilan rayonu – 7 iyun 2011, Bakı) — Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi. == Həyatı == 21 dekabr 1928-ci ildə Zəngilan rayonunun Yusiflər kəndində anadan olmuşdur.1952-1956-cı illərdə Zəngilan Rayon Komsomol Komitəsinin birinci katibi, Zəngilan Rayon Partiya Komitəsində təlimatcı ,təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1956-1960-cı illərdə Bakı Ali Partiya Məktəbinin müdavımı olmuşdur. 1960-1979-cu illərdə Zəngilan Rayon Partiya Komitəsinin ikinci katibi, Rayon Zəhmətkeş Deputatları Soveti Icraiyyə Komitəsinin sədri və 11 ildən çox Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır. O, səkkizinci və doqquzuncu çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir. Etimadların davamı olaraq N.Kərimov 1971-ci ildə "Oktyabr İnqilabı", 1973-cü ildə "Qırmızı əmək Bayrağı", 1976- cı ildə ikinci "Qırmızı əmək Bayrağı" ordenləri ilə təltif edilmişdir. 7 iyun 2011-ci ildə Bakı şəhərində vəfat etmışdir.
Nazir Rüstəmov
Nazir Mürsəl oğlu Rüstəmov (12 aprel 1956, Ağcabədi) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2017). == Həyatı == Nazir Mürsəl oğlu Rüstəmov 12 aprel 1956-cı ildə Ağcabədidə anadan olub. İncəsənət İnstitutunun dram-kino rejissorluğu fakültəsində (1976-1980), Moskvada rejissorluq kurslarında təhsil alıb (1990-1991). 1982-1994-cü illərdə Ağdam Dövlət Dram Teatrında aktyor, rejissor, daha sonra isə bədii rəhbər vəzifəsində işləmişdir. Müxtəlif illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Füzuli Dövlət Dram Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Dərbənd Dram Teatrında və Ukraynanın Donetsk Dövlət Dram Teatrında aktyor və rejissor olaraq fəaliyyət göstərmişdir. 2003-cü ildən Şuşa Dövlət Musiqili Dram Teatrında ikinci dərəcəli quruluşçu rejissor vəzifəsində çalışır. İşlədiyi müddətdə Sarı Zakir («Şuşa dağlarını duman bürüyüb», Elçin), Həmzə bəy («Dağılan tifaq», Əbdürrəhim bəy Haqverdiyev), Fətəli şah («Güllələnmiş heykəllərin fəryadı», Hüseynbala Mirələmov), Həsənzadə («Sən həmişə mənimləsən», İlyas Əfəndiyev), Yan («Anlaşılmazlıq», A.Kamyu). kimi xarakterik və yaddaqalan rollar da ifa etmişdir. Quruluş verdiyi tamaşalar: «Kamança» Cəlil Məmmədquluzadə, «Güllələnmiş heykəllərin fəryadı» Hüseynbala Mirələmov, «Sən həmişə mənimləsən», İlyas Əfəndiyev, «Təklif» Anton Çexov, «Durna» Səid Rüstəmov və Süleyman Rüstəm, «Meymunun dəfni» Nurəddin Qənbər, «Anlaşılmazlıq», A.Kamyu. 2005-ci ildə hazırladığı və Vasili Vasilyeviç Svetlovidov rolununda çıxış etdiyi Anton Pavloviç Çexovun «Qu quşunun nəğməsi» tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi «Boş məkanın dolğunluğu» teatr festivalında «Bədii əsərin ən yaxşı səhnə təcəssümü» nominasiyasında diplomla təltif edilmişdir.
Nazir Xurşudov
Nazir Müxənnət oğlu Xurşudov (1 fevral 1985; Xaçmaz rayonu, Azərbaycan SSR — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nazir Xurşudov 1985-ci il fevralın 1-də Xaçmaz rayonunun Çaykənarı kəndində anadan olub. Ailəli idi. 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Nazir Xurşudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nazir Xurşudov oktyabrın 21-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Xaçmaz rayonunun Çaykənarı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazir Xurşudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazir Xurşudov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Nazir Xurşudov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nazir Əhmədli
Nazir Əhmədli (Nazir Surxay oğlu Əhmədli; d. 27 yanvar 1961. Gabud, Dərələyəz mahalı) — Azərbaycan jurnalisti, tənqidçi və tədqiqatçı-yazıçı; Kimya üzrə fəlsəfə doktoru (1990). == Həyatı == Nazir Əhmədli 27 yanvar 1961-ci ildə Dərələyəz mahalının Gabud kəndində müəllim ailəsində anadan olub. === Ailəsi === Atası Surxay Əhmədin 2009-cu ildə "Yada düşənlər" adlı şeirlər kitabı çap olunub. == Təhsili == 1976-cı ildə Gabud kənd səkkizillik məktəbini, 1978-ci ildə isə qonşu Gomur kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1979-1984-cü illərdə Naxçıvan Dövlət Universitetinin kimya-biologiya fakültəsində təhsil almışdır. Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Fakültə Əlaçılar Şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur. Respublika tələbələrinin VIII, IX və X Respublika Tələbə Elmi Cəmiyyəti Konfranslarının iştirakçısı və diplomantı olmuşdur.
Nazir Əkbərabadi
Nazir Əkbərabadi (30 yanvar 1735, Dehli – 16 avqust 1830, Aqra) — Hindistan şairi. == Həyatı == Nazir Əkbərabadi Mir, Sauda və digərlərinin müasiri olan bir şairdir.
Nazir Əliyev
Nazir Kərim oğlu Əliyev (29 mart 1946, Lənkəran rayonu – 28 avqust 1997, Dubay) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == N.Kərim oğlu Əliyev 29 mart 1946-cı ildə Port-İliç şəhərində dünyaya gəlmişdir. 1964-cü ildə orta məktəbi bitirdikdən sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakultəsinə professor Rza Təhmasibin kursuna daxil olur. 1968-ci ildə institutu bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrına işləməyə təyin olunur. Bu teatrda M.F.Axundovun "Müsyo Jordan və Dərviş məstəli şah" komediyası göstərilirdi. N.Əliyev Qulaməli rolunu ifa etmişdir.Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Samuel, C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Babakişi rolunda çıxış edib. A.Papayanın "Bəli, dünya dəyişib" komediyasında Sərdar Sərdaroviç rollunda oynayıb. 1970-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təyinatı ilə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına aktyor təyin olunur.Naxçıvan teatrında iyirmidən artıq müxtəlif tamaşalarda rollar oynamışdır. O cümlədən rejisyor N.Sadıqzadənin hazırladığı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşasında Savalan, S.Mixalkovun "Vəhşilər" tamaşa- sında Stepa. B.Vahabzadənin "Yağışdan sonra" əsərində Rüstəm, H.Razinin " Arxalı dağlar" əsərində Ayı Səftər, Ə.Yusiflinin " Qara kağıza muştuluq" əsərində Heybət, M.Tarıverdiyevin " Qəmküsər" faciəsində Əliqulu Qəmküsər rollarını oynamışdır.
Nazir Əsədov
Nazir Əsədov (Nazir Nəbi oğlu Əsədov; d. 9.04.1950,Qovuşuq kəndi, Dərələyəz rayonu — v.10.06.2014) — elm xadimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dosenti, Tarix fakültəsinin dekanı. == Həyatı == 1950-ci ildə Ermənistanda müəllim ailəsində anadan olmuşdur. 1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olmuşdur. == Əmək fəaliyyəti == 1972-ci ildə ADPU-nun Azərbaycan tarixi kafedrasında müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "Azərbaycan tarixi" kafedrasında dosent, tarix fakültəsində dekan əvəzi vəzifəsində çalışıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən F. D.02.061 Dissertasiya Şurasının üzvü. === Elmi dərəcə və elmi adları === 1983-cü ildə "İnkişaf etmiş sosializm dövründə Azərbaycan SSSR-nin Gürcüstan və Ermənistan SSR-ləri ilə iqtisadi əməkdaşlıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır. "Yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə" 2006-cı ildə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olmuşdur. === Tədqiqat sahəsi === Dərs vəsaiti, metodik vəsait, proqram və məqalələrin müəllifidir == Seçilmiş əsərləri == Zaqafqaziya sənaye işçilərinin iqtisadi əməkdaşlığına dair (1966–1971-ci illərdə)//Azər.ali məktəb aspirantlarının I respublika elmi konfransının tezisləri. B., 1978, 0,2 ç.v Azərbaycan SSR-in Gürcüstan və Ermənistan SSR kənd əməkçiləri ilə iqtisadi əməkdaşlıq tarixindən (1966–1970-ci illər)//Azər.ali məktəb aspirantlarının II respublika elmi konfransının tezisləri.
Vəzir (şahmat)
Vəzir — Şahmat fiquru. Vəzir tutduğu xanadan şaquli, üfüqi və ya diaqonal xanalar üzrə hərəkət edir. Hərəkətində xanaların sayında məhdudiyyət yoxdur (yolunun üzərində başqa fiqur olmamaq şərtiylə). Oyunda ən güclü fiqur hesab olunur. Avropada və qərb mədəniyyətinin hakim olduğu ölkələrdə kraliça (the queen) adlanır.
Vəzir Allahverdiyev
Vəzir Orucov
Vəzir Orucov (tam adı: Vəzir Surxay oğlu Orucov; 26 dekabr 1956, Xoruzlu, Mirbəşir rayonu – 22 mart 1993, Qlobus yüksəkliyi, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == === Erkən illəri === Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Laçın rayonu ərazisindən deportasiya olunmuşdu. O, kürd mənşəlidir. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdu. 1975-ci ildə hərbi xidmətə çağrılmış, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirmişdir. 1984-cü ildə Orucov Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə köçmüşdü. === Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === 1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olmuşdu. Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxır.
Vəzir Sədiyev
Vəzir İsa oğlu Sədiyev (6 iyun 1961, Aşağı Qullar, Marneuli rayonu – 19 fevral 1993, Həsənriz, Kəlbəcər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 6 iyun 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olmuşdur. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olur. == Döyüşlərdə iştirakı == Vəzir Sədiyev Əfqanıstan müharibəsində iştirak etmişdi. O, yüksək səviyyəli xidmətinə görə mayor rütbəsi də almışdı. Dəhşətli Xocalı soyqırımından sonra könüllü olaraq müharibəyə qoşulmağı qərara alır. Vəzir Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak etdi. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun böyük xidmətləri olmuşdur. 1993-cü il 19 fevral Həsənriz kəndi uğrunda gedən döyüşlərdə cəsur komandir Vəzir Sədiyev qəhrəmancasına həlak oldu. == Ailəsi == Ailəli idi, bir övladı qalıb.
Vəzir qambiti
Vəzir qambiti — Şahmatda 1. d2-d4 d7-d5 2. c2-c4. gedişləri ilə başlanan debüt. Qambitin ilk təhlilləri gettin əlyazmalarında, həmçinin şahmatçılardan Polerianın, Salvionun və Stammın oyunlarında təhlil edilir.
Xan-vəzir
Xan-vəzir — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun qaydaları == Bu oyunda beş(7, 9 və s.) nəfər iştirak edir. Hər hansı bir yerdə ovuc boyda bir çala qazılır. Beş(7,9 və s.) xırda daş götürülür. Oyunçular növbə ilə beş addımlıqda dayanıb bu daşları ovucun içində saxlamaqla çalaya atırlar. Əgər daşın üçü(5, 7 və s.) oraya düşərsə, o oyunçu çalanın bir tərəfindən durub xan elan edilir. Daşın ikisi(4, 6 və s.) çalaya düşərsə, həmin oyunçu özünü vəzir elan edir, bir(2, 3 və s.) daşı çalaya düşən oyunçu isə ya xana, yada vəzirə "at" olur. Beləliklə, oyunu gedişində "xan", "vəzir" və onların "atları" məlum olur. Oyun qızışdıqca, yeni daşlar çalaya atıldıqca, oyunçuların ifa etdiyi rollar dəyişilir. Bu zaman xanın hökmü yerinə yetirilir.
Yazır boyu
Yazır boyu — Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri. Bu boyların Boz oxlar qolundan (sağ qolundan) Oğuz Xanın oğlu Ay xanın soyundan gəldikləri qabul edilir. Yazır Əskişəhər, Dənizli vilayətinin Acıpayam rayonunun bir qəsəbəsi və Çal rayonunun kəndi, Yozqat və Çorum bu boyun mənsubları ilə əlaqaləndirəcək şəkildə Yazır kəndi, Çal adını daşımaqdadır. Təkə sancağı (Antalya) Yazır obası sarı və qara olmaqla iki qola ayrılmışdır. Bu bölgələrdə olduqca mühüm yazır topluluqları yerləşmişdir. Antalya-Korkuteli-Yazır Kumluca-Yazır Kayseri-Yazır Finike-Yazır. "Yazır" kəliməsi yurdu geniş mənasında istifadə edilmişdir. Türkmənistanın Ahal vilayətində Yazır boyundan olan türkmənlərin yaşadığı orta əsrlər sənətkarlığına aid Tak-Yazır şəhərinin xarabalıqları qorunmuşdur. Yaşayış məskəni kimi ilk dəfə XI əsrdə Mahmud Kaşğarinin Divanü Lüğat-it-Türk əsərində qeyd edilmişdir.
Nazir Rəhimov
Nazir Rəhimov (6 avqust 1951, Bakı) — boks üzrə SSRİ idman ustası, Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) və Avropa Həvəskar Boks Assosiasiyasının (EABA) beynəlxalq dərəcəli hakimi, Milli Olimpiya Komitəsi İdman İdarəsinin baş məsləhətçisi. == Həyatı == Nazir Rəhimov 6 avqust 1951-ci ildə Bakı şəhərində anadan olub. Yasamal (keçmiş Oktyabr rayonu) rayonu, 199 nömrəli tam orta məktəbinin 7-ci sinfini bitirdikdən sonra yaşayış yerinin dəyişməsi ilə əlaqədar 8–10-cu sinifləri Binəqədi (keçmiş Kirov) rayonu, Biləcəri qəsəbəsində yerləşən 297 (keçmiş 2 nömrəli) nömrəli tam orta məktəbdə davam etdirib. 1969-cu ildə orta məktəbi bitirib.1970–72-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1973-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub və 1977-ci ildə həmin Akademiyanın pedoqoji fakültəsini əla qiymətlərlə bitirib. === Ailəsi === Ailəlidir. 2 oğlu, 1 qızı, 3 nəvəsi var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 14 fevral 1964-cü ildən akrobatika və boks idman növləri ilə məşğul olub. Hər iki idman növündə respublika və şəhər birinciliklərinin qalibi və mükafatçısı olub. 1973-cü ildə Qırğızıstanın Frunze şəhərində keçirilən "Spartak" İdman Cəmiyyətinin Mərkəzi Şurasının çempionatında 3 görüşdə qalib gəlib yarımfinala çıxmış və bürünc medal qazanaraq SSRİ idman ustası normasını yerinə yetirib.
Fazil Məmmədov (nazir)
Fazil Məmmədov (28 mart 1964, Şamaxı – 4 noyabr 2022, İstanbul) — Azərbaycan Respublikasının ilk vergilər naziri (2000–2017), I dərəcəli dövlət vergi xidməti müşaviri, Azərbaycan Otüstü Hokkey Federasiyasının prezidenti (2001–2015), Azərbaycan Güləş Federasiyasının prezidenti (2007–2018), Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti (2011–2021). == Həyatı == Məmmədov Fazil Əsəd oğlu 28 mart 1964-cü ildə Şamaxı rayonunda məmur ailəsində anadan olmuşdur. 1980-ci ildə Şamaxı rayonu Cəmo Cəbrayılbəyli adına 5 nömrəli orta məktəbi nümunəvi davranış və əla qiymətlərlə bitirmişdir. 1980-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Maliyyə və kredit" ixtisasına daxil olmuş, 1985-ci ildə məzun olmuşdur. 1985–1987-ci illərdə Ukraynada hərbi xidmətdə olmuşdur. Hərbi xidmət keçdiyi dövrdə "Hərbi xidmətdə fərqlənməyə görə" döş nişanı ilə təltif olunmuşdur.Çernobıl faciəsi veteranıdır. 1986-cı ildə Kiyev yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında könüllü olaraq iştirak etmişdir. Burada vacib dövlət tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi yüksək şücaət və fədakarlığa görə Ukrayna Çernobıl Birliyi tərəfindən "Çernobıl Xaçı: Cəsarətli, Şərəfli, Humanist" ordeni ilə təltif olunmuşdur.2022-ci il noyabr ayının 4-də Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada böyrək çatışmazlığından vəfat etmişdir. 5 noyabr 2022-ci ildə Yasamal qəbiristanlığında dəfn olunmuşdur.Ailəlidir, 3 övladı var. == Fəaliyyəti == 1987–1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışmışdır.