Nazir Xasay oğlu Allahverdiyev (20 aprel 2001, Çullu, Ağdam rayonu – 24 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Nazir Allahverdiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 aprel 2001(2001-04-20) |
Doğum yeri | |
Vəfat tarixi | 24 oktyabr 2020(2020-10-24) (19 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020-ci ildən |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2022 2020 2020 |
Nazir Allahverdiyev 2001-ci il aprelin 20-də Ağdam rayonunun Çullu kəndində anadan olub.[1] Onun qardaşı — Tacir Allahverdiyev də İkinci Qarabağ müharibəsində şəhid olub. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Nazir Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nazir Allahverdiyev oktyabrın 24-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağdam rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazir Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazir Allahverdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Nazir Allahverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[4]