Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
A-ba-ba-qa-la-ma-qa
A-ba-ba-qa-la-ma-qa (uk. А-ба-ба-га-ла-ма-га) nəşriyyat evi İvan Malkoviç tərəfindən 1992-ci ildə yaradılmışdır. Ukraynada uşaqlar üçün kitab nəşr edən ilk müstəqil nəşriyyat evi olmuşdur. 2008-ci ildə daha geniş oxucu kütləsi üçün kitab dərc etdirməyə başlamışdır. Ivan Malkoviç nəşriyyat evinin direktoru olub, təsisçi, əsas redaktor, hər bir kitabın əl yazmasının son çap prosesinə çıxarılmasına özü nəzarət edir. Nəşriyyat evinin adı İvan Frankonun "Gritseva məktəb təhsili" (uk.Грицева шкільна наука) hekayəsinə əsaslanır. == Tarixi == A-ba-ba-qa-la-ma-qa nəşriyyat evi, 1992-ci ilin iyulunda, ilk dəfə "Ukrayna əlifbası" nı təqdim etdi. İvan Malkoviçin dediyi kimi: "Əvvəldən nəşriyyat evi düşünmürdüm, ancaq hər zaman fikrimdə "Aнгел" (Mələk) sözü ilə başlayan bir əlifba kitabı dərc etmək var idi. Mən bu kitabın Avtobus və ya Akula ilə deyil məhz Aнгел sözü ilə başlayaraq əlifbanın ilk hərfi A hərfini təsvir etmək istəmişəm. Belə ki, bu Sovet dövründə qeyri mümkün idi." A New York nəşriyyat evi, Alfred A. Knopf, 1995-ci ildə, A-ba-ba-qa-la-ma-qa'nın "The Kitten and the Rooster"(Pişik və Xoruz) uşaq kitabının nəşr haqqlarını satın aldı.
.va
.va — Vatikan üçün internet kodu. == Xarici keçidlər == "Delegation Record for .VA". Internet Assigned Numbers Authority. İstifadə tarixi: 22 March 2013.
La Val
La Val— Bolzano şəhərindən təxminən 45 kilometr şimal-şərqdə İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə. == Coğrafiyası == 30 noyabr 2010-cu il məlumatına görə əhalisi 1307 nəfər və ərazisi 39,0 kvadrat kilometrdir. == Tarixi == Emblem bir əyri budaqdan ibarətdir, iki yarpağı ilə əyilmiş formada təsvir edilmiş, Rü ailəsinin emblemidir. Emblem 1969-cu ildə qəbul edilmişdir. == Cəmiyyət == 2011-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalinin 97.66%-i Ladino dilində, 1.53%-i italyan dilində və 0.81%-i alman dilində birinci dil kimi danışırlar. == İqtisadiyyat == === Turizm === Turizm mərkəzlərində də insanlar ingilis dilində danışırlar. Dini Roma Katolikidir. Kənd turizmin (yürüyüş, alpinizm, dağ velosipedi) və kənd təsərrüfatla yaşayır. Ərazidə xizək turizmi yoxdur, lakin qış servis avtobusları Alta Badia kimi yaxınlıqdakı xizək mərkəzlərinə turistlər gətirir. Qışda yaydan daha çox turist qonaq olur.
Va-bank
Va-bank (fr. va banque) — 18-19-cu əsrlərdə Faro kart oyununda istifadə olunan məşhur qumar termini. Pokerdə analoji termin - ol-in (all-in) adlanır.
Ko La Ça
Ko La Ça (10 may 1976) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Ko La Ça Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Daha sonra Ko La Ça Honq Konqu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Oi Va Voi
Oi Va Voi 2000-ci ildə İngiltərədə, Londonda yaranmış qrup. Adının mənası ivrit dilində "Aman Tanrım" olan qrupun repertuarına daxil olan musiqilər müxtəlif tip yəhudi musiqisi stillərinin, Şərqi Avropa, Balkan xüsusilə bolqar, qaraçı xalq musiqilərinin alternativ rok və modern elektron musiqinin sintezi ilə yaranmışdır. Nik Ammar — (Gitara, mandolin, vokal) Josh Breslaw — (zərb aləti(drums), perkussiya, yapımcı) Matt Jury — (Bas gitara) Steve Levi — (Klarnet, vokal) David Orchant — (Trompet) Anna Phoebe — (skripka) Lucy Shaw — (Bas gitara) Bridgette Amofah — (Vokal) Alice McLaughlin — (Vokal) 2003 BBC Awards for World Music yarışmasında nominant. Birləşmiş Krallıq 2004 Edison Award yarışmasında Ən Yaxşı Albom mükafatı.
Ça Ja-Kyun
Ça Ja-Kyun (d. 1 noyabr 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Ça Ja-Kyun Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Ça Ja-Kyung
Ça Ja-Kyun (d. 1 noyabr 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Ça Ja-Kyun Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Alp va subalp çəmənliyi
Alp va subalp çəmənliyi (kelt. alp — yüksak dağ) — yay otlağı və biçənək kimi istifadə edildiyindən qeyri-müntəzəm təsərrüfat təsirlərinə məruz qalır. Bu landşaft vahidləri yay aylarında maksimum antropogen yükləməyə məruz qaldığı halda, qış aylarında ekstremal iqlim şəraiti ilə əlaqədar olaraq antropogen təsirlərdən tam azad olur sanki, təbii landşaftlar "istirahət" edir. Subalp çəmənliklərinin əksəriyyəti həm biçənək, həm də otlaq kimi, alp çəmənləri isə yalnız otlaq kimi istifadə edilir. Kiçik Qafqazın hamar yüksək dağlıq ərazilərinin subalp və alp çəmənləri daha yüksək otlaq-biçənək funksiyasına malikdir. Böyük Qafqazın və Naxçıvanın yüksək dağlıq əraziləri daha dik və sıldırımlı olduğu üçün bu ərazilərdə otlaq və biçənəklər eroziyaya çox məruz qalır, torpaqlar yuyulur, səthi kəskin parçalanır. Subalp və alp çəmən landşaftları antropogen təsirlərlə dəyişilmə dərəcəsinə görə 3 qrupa ayrılır : zəif pozulmuş, orta dərəcədə pozulmuş, kəskin pozulmuş landşaftlar. Kəskin pozulmuş otlaqların əksəriyyəri nisbətən dik yamaclı dağ massivlərində yayılır. Məsələn, Gədəbəy rayonunda (70 min ha –dan çox), Göygöl rayonunda (70 min ha-a qədər), Goranboy rayonunda (55 min ha), Şəmkir rayonunda (60 min ha) və s. rayonlarda yay otlaqlarının əksəriyyəti yüksək dağlıq qurşaqda cəmləşmişdir.
Liu He Ba Fa
Liu He Ba Fa (Çin dili: 六合八法拳, pinyin: liùhébāfǎquán) — çin döyüş sənətidir. == Tarixi == Liu He Ba Fa döyüş növü Sun imperiyası dövründə yaşamış Daosizm müdriki Çen Tuan (ing. Chen Tuan) tərəfindən yaradılmışdır. Bu döyüş növündə döyüş fənləri, müxtəlif meditasiyalar, nəfəs formaları, sağlamlıq sistemi öyrədilir.
Ma la buddə batiniyyə
Ma la buddə batiniyyə - Seyid Yəhya Bakuvinin müəllifi olduğu bu əsər mənbələrdə həm də Əsrarül-Vudu adlandırılır. Seyid Yəhya bu əsəri təsəvvüfi mənada təmizlik, dəstəmaz və namaz kimi dini hökmlərin əhəmiyyətini öyrənmək istəyən tələbələrin suallarına cavab olaraq yazmışdır. Mövzu başlıqları bunlardır: təmiz su, niyyət, dəstəmaz, sətri-övrət, vaxt, istiqbali-qiblə, qiyam, təkbirətül-ehram, fatihətül-kitab, ruku, sücud ,əl-etidal ,ət-təşəhhüd, əs-salatun-nəbiyyi ,əs səlam. Göründüyü kimi bu risalədə dəstəmaz və namazın təsəvvüfi baxımdan məna və mahiyyəti izah olunur. Nəsrlə yazılan bu əsərin son qismində bir sıra tövsiyələr də vardır.
Piter van der Aa
Piter van der Aa (nid. Pieter van der Aa; 1659[…], Leyden, Hollandiya qraflığı – avqust 1733, Leyden, Hollandiya qraflığı) — holland naşir. Xarici bestsellerlərin və şəkilli cildlərin pirat nəşrlərini də yayımlasa da, o, daha çox xəritələr və atlaslar hazırlamaqla tanınır. Onun ən məşhur xəritələrindən bəziləri Afrika qitəsindən Mərakeş və Madaqaskar kimi yerləri detallandırırdı. Sonrakı əsərlərinin çoxu geniş ictimaiyyət üçün fransız və holland dillərində çap olunmuşdur. Piter van der Aa 1969-cu ildə Leyden şəhərində, əslən Holşteyndən olan bir alman qravüraçının ailəsində adan olmuşdur. O, daha sonrakı illərdə üç qardaşı ilə birlikdə ailənin mətbəəsində işləməyə başlayır. Onun qardaşı Boudevin çapçı, digər qardaşı Hildebrand isə qravüraçısı idi. Piter van der Aa, karyerasına 1683-cü ildə Leyden şəhərində, latındilli bir kommersiya naşiri olaraq tibb və elmlə əlaqəli klassik mətnləri nəşr edərək başlayır. O, irəlilədikcə çoxcildli əsərlər toplusunu tərtib edərək atlas və xəritələr nəşr etdirməyə başlayır.
Yuqıd Va Milli Parkı
Yuqıd Va Milli Parkı (Komi dilindən tərcümədə "parlaq su") — Rusiyada Milli Park. 23 aprel 1994-cü ildə Rusiya Federasiyası Hökumətinin 377 saylı Qərarına əsasən təşkil olunmuşdur. Milli park Komi Respublikasının cənub-şərqində, Şimali Ural və Qütbönü Ural ərazilərini əhatə edir. Parkın ümumi sahəsi 1 891 701 ha-dır. Üstəlik su sahəsi 21,421 ha-dır. 2006-cı ilə olan məlumata görə Rusiyanın ən böyük milli parkıdır. Parkın ərazisi UNESCO-nun Ümumdünya irsi siyahısına namizəd olaraq göstərilmişdir. Yuqıd Va Milli Parkının cənubu Peçoro-İlıçski qoruğu ilə həmsərhəddir Parkın təşkilində məqsəd Qütbönü və Şimali Uralın ekosistemlərindən istifadədir. Milli Parka aşağıdakı əsas vəzifələr qoyulur: unikal və standart təbii sahələrin və obyektlərin, təbii komplekslərin qorunması; tarixi və mədəni sahələrin qorunması; Əhalinin ekoloji biliklərinin artırılması; mütəmadi turizm və istirahətin təşkili; təbiət və ətraf mühitin mühafizəsi sahəsində elmi metodların hazırlanması və tətbiqi; ekoloji manitorinqin həyata keçirilməsi; pozulmuş təbii və tarixi-mədəni komplekslərin və obyektlərin bərpası. Parkın istirahət məqsədli istifadəsi yayda raftinq, qayıq və qaçış, qışda isə xizəkçilik daxildir.
Iva xanthiifolia var. pedicellata
Euphrosyne xanthiifolia (lat. Euphrosyne xanthiifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin euphrosyne cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cyclachaena xanthiifolia (Nutt.) Fresen. Iva xanthiifolia Nutt.
Kasa de la Val
Kasa de la Val — bu ştatın paytaxtı Andorra la Vellada Andorra Baş Şurasının binası. Kasa de la Val, müdafiə qülləsi ilə birlikdə 1580-ci ildə aristokrat Busquets ailəsinin ailə evi kimi tikilmişdir. Bina üç mərtəbəlidir. Divarları kobud daşdan tikilib. Onun iki küncündə qüllə şəklində hazırlanmış qədim göyərçinxanaları görmək olar. Parlamentin qarşısındakı parkda Françesk Viladomatın "Rəqs" heykəli var. Kasa de la Valın birinci mərtəbəsində knyazlığın hüquq xidməti və məhkəmə palataları yerləşir. İkinci mərtəbədə Baş Şuranın iclas zalı, San Ermenqol Kapellası və Yeddi Açarın Anbarı — Andorra tarixinə dair ən qiymətli sənədləri saxlayan dövlət arxivi var. Bu otaq yalnız yeddi açarla açıla və ya bağlana bilər. Üçüncü mərtəbədə antik mətbəx var.
La-Roket-sür-Var
La-Roket-sür-Var (fr. La Roquette-sur-Var) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turret-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Levens kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 3,99 km², əhalisi — 915 nəfərdir (2006) artım tendensiyası ilə: 897 nəfər (2012), əhalinin sıxlığı 224,8 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 914 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 897 nəfər.
Na-Na
Na-Na qrupu — Pop musiqisi qrupudur. 1989-cu ildə yaradılan bu qrup hazırda yeni tərkibdə fəaliyyət göstərən bu qrup beş nəfərdən ibarətdir. Qrupda köhnə heyətdən iki nəfər - Vladimir Politov və Vyaceslav Jerebkin fəaliyyətlərini davam etdirirlər. Qrupdakı üç yeni solist isə Oleq Kurşinov, Yuri Rımarev və Sergey Qriqoryev dir.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
Ea
Ea, Enki- (şum. en-KI 𒀭 𒂗 𒆠), Babil-assur inamlarına əsasən səma sularının (Yağış və Tufan) ilahisi, Adaya qarşı qoyulan yer üzü və yeraltı suların ilahisi, Yerin sahibi, müdriklik tanrısı, şirin su dəryasının-Apsunun sahibi.. Onu sənətkarların tanrısı da hesab edirlər. == Haqqında == Şumer mifologiyasına əsasən Dəclə çayı Ea ilahəsi tərəfindən yaradılmışdır. Ea ilahəsi şumer ilahəsi Enkaya müvafiqdir. Ona sitayişin mərkəzi Fars körfəzi sahilində yerləşən Eridu şəhərində idi. Əfsanələrdə Ea, insanlara müxtəlif sənətlər, incəsənət növləri və biliklər öyrədən müdriklik ilahəsi kimi təmsil edilir. O, kanalları və arxları dolduran, süni suvarmanın (irriqasiyanın) hamisi hesab olunurdu. Balıq quyruqlu insan şəklində təsvir olunurdu. Babil ilahilər panteonuna Ea Anu və Enlil-Bel ilə birlikdə ali ilahilər üçlüyünə daxil idi.
Ha
Hektar — 1 hektar 10000 m²-a bərabərdir. 1795-ci ildə metrik sistem təqdim olunanda ar – 240 m² və hektar – 240 m və ya 1/140 km² qiymətləndirildi.
Iva
Iva (lat. Iva) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Denira Adans.
Ka
Ka (Misir mifologiyası) — Qədim Misir mifologiyasına görə insanın həyat qüvvəsi. Ka (kana) — yapon dilində kanalardan biri.
La
La İzabela
OVA
"OVA" (yap. オーブイエ) və ya OAV — Original Video Animation sözünün abbreviaturası), Yaponiyada anime serialının xüsusi növü.
Ra
Ra (bəzən Re də adlanır) — Qədim Misir mifologiyasında Günəş tanrısı. Sonralar Amonla eyniləşdirilmişdir və "Amon-Ra" adlandırılmışdır. Raya sitayiş mərkəzi Heliopol şəhəri idi. Ra bütün tanrıların padşahı və atası hesab olunurdu.
SA
SA (alm. Sturmabteilung‎ — "hücum dəstələri") — nasist partiyasının ilk hərbiləşdirilmiş qruplaşması. SA 1920-1930 -cu illərdə Adolf Hitlerin hakimiyyətə gəlməsində əhəmiyyətli rol oynamışdır. Əsas məqsədləri nasistlərin mitinq və görüşlərinin qorunmasını təmin etmək idi; qarşı tərəflərin görüşlərinin pozulması; xüsusən Almaniya Kommunist Partiyası (AKP), Almaniya Sosial Demokrat Partiyasının (SPD) Reichsbanner Schwarz-Rot-Goldun paramilitarlarına qarşı mübarizə və qaraçıların, həmkarlar ittifaqının üzvlərinin, xüsusən də yəhudilərin təqib edilməsi idi.
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Аş-Şаmiyyə
В.G.Timiryasov adına Kazan İnnovativ Universiteti
ПМА "В-1" və ПМА "В-2" aşqarları