Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Puna
Puna (marathi पुणे) — Hindistanda şəhər. Əsası 1436-ci ildə qoyulub. Əhalisi 3 124 458 nəfərdir (2011).
Tuna
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Vena
Vena (lat. venae) ― kapillyarların toplaşmasından əmələ gələrək, qanın cərəyanı istiqamətinə, divarlarının quruluşuna, həcmlərinə, vəziyyət və miqdarlarına görə arteriyalardan fərqlənirlər. Venalarda qan, arteriyalardakı qanın cərəyanına əks olaraq, mühitdən mərkəzə (ürəyə) doğru axır. Təkcə qaraciyər qapısında qaraciyər arteriyasında və qapı venasında axan qanın cərəyanı bir istiqamətdə (yəni hər ikisi qaraciyərə doğru) olur. == Ümumi məlumat == Venaların divarı arteriyalardakı kimi üç qişadan təşkil olunmuşdur: daxili – intima qişası, orta (əzələ) qişa və xarici (birləşdirici toxuma) qişa. Ancaq divarların qurluşuna görə arteriyalardan bundadır ki, burada əzələ və elastik liflərin miqdarı olduqca azdır; əksinə birləşdirici toxuma ünsürləri çoxdur. Ona görə venalar elastik xassəyə malik deyildirlər və kəsilərkən ağızları tez qapanır. Bəzi venaların (məsələn, beynin yumşaq qişası, dalaq və qaraciyər venalarının) divarlarından əzələ qatı olmur. Venaların divarlarının elastik və əzələ liflərinin az olması nəticəsində qanın təzyiqi və sürəti onlarda çox azalır. Bunun kompensasiya etmək üçün venaların həcmi böyüyür, miqdarı çoxalır və daxilində qanın geriyə axmasına mane olan xüsusi vena qapaqcıqları əmələ gəlir.
2S31 Vena
2S31 Vena — SSRİ istehsalı olan “Vena” özüyeriyən artilleriya qurğusu. 2S31 “Vena” özüyeriyən artilleriya qurğusu ilk dəfə İDEX-97 silah sərgisində nümayiş etdirilmişdir. 2S31 “Vena” PDM-3-ün bazasında hazırlanmış 120 millimetr çaplı artilleriya qurğusudur. O, 13 km məsafədə düşmənin canlı qüvvəsi və texnikasını məhv etməyə qadirdir. “Vena” Perm şəhərində, Motovilixin zavodlarında hazırlanıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında da mövcuddur. == Texniki məlumatlar == İstehsalçı firma: Zavod “SKB” Layihələşdirilməsi: 1980-2007 İstehsal tarixi: 1996 Xidmətə giriş vaxtı: 2014-cü ildən bu günə kimi. Ağırlıq: 19.5 ton. Ekipaj: 4 nəfər. Uzunluğu: 6.8 metr.
Duna Kolleci
Duna Kolleci (ing. Duna College, tam adı Duna International College) xarici tələbələrin Macarıstanın və Slovakiyanın ali məktəblərinə daxil olması üçün özəl hazırlıq kursudur və Budapeşt şəhərində yerləşir. Bu təhsil müəssisəsi yalnız qeyri-dərəcə hazırlıq (foundation) proqramları təklif edir.
Hermione luna
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Körpücükaltı vena
== İstinadlar ==
Luna 1
Luna 1 (rus. Луна-1; Мечта) və ya E-1 No.4 (kod adı) — Luna proqramı çərçivəsində SSRİ tərəfindən həyata keçirilən Yerdən Aya göndərilmiş və Günəşin orbitinə daxil olmuş ilk kosmik gəmi. Luna 1 kosmik gəmisi xarici Van Allen qurşağından keçərkən burada olan az miqdardakı yüksək enerjili zərrəciklərlə bağlı müşahidələr apardı. Bu missiyada aparılan müşahidələr nəticəsində Yerin radiasiya qurşağı və xarici kosmosla bağlı yeni məlumatlar əldə olundu. Eyni zamanda Luna 1 Ayın zəif maqnit sahəsini kəşf etmişdir. Luna 1 kosmik gəmisi ilk dəfə planetlərarası boşluğa yayılan Günəş küləyinin və plazmasının birbaşa müşahidəsini həyata keçirmişdir. İonlaşmış plazmanın miqdarı 20-25 min km məsafədə 1 sm³-də 700 zərrəcik, 100-150 min km məsafədə isə 1 sm³-də 300-400 zərrəcik olaraq ölçülmüşdür. Luna 1 yarım milyon km məsafədən radio siqnallarla əlaqə qurulmuş ilk kosmik gəmidir. Luna 1 kosmik gəmisi Ayla toqquşmaq üçün nəzərdə tutulmuşdu. Buna baxmayaraq kosmik gəminin Yerdəki nəzarət sistemində baş verən nasazlıq səbəbindən Ayla toqquşma baş tutmadı və Luna 1 kosmik gəmisi Aya 5995 km uzaqlıqdan keçdi.
Luna Miyoviç
Luna Zimiç Mijoviç ( bosn. Luna Zimić Mijović ; cins. 2 dekabr 1991, Sarayevo) — bosniyalı aktrisa . == Bioqrafiya və karyera == Luna Miyoviç jurnalist Vlastimir Mijoviç və Amra Zimiç Miyoviçin qızıdır . Lunanın özündən 2 yaş kiçik bir bacısı var. Luna bir müddət Sloveniya və Rusiyada yaşamışdır. Müqayisəli ədəbiyyatşünaslığı öyrənmişdir. Hal-hazırda Sarayevo Film Akademiyasında rejissorluq təhsili alır . Luna 2006-cı ildə "Qrbavitsa" filmində Sara rolu ilə debüt etmişdir. İkinci rolu 2010-cu ildə "Yolda" filmində Diyadır.
Luna proqramı
Luna proqramı (rus. Луна) — 1959–1976-cı illəri əhatə edən SSRİ-nin Ay tədqiqat proqramına daxil olan kosmik proqram. Rusiya Luna proqramını Luna-Qlob proqramı olaraq davam etdirməyi planlaşdırır. Proqram ərzində 15 uğurlu eniş və orbitdə uçuş missiyası həyata keçirilmişdir. Luna proqramı Ay tədqiqatları ilə bağlı çoxlu ilklərə nail olmuşdur. Bu proqram çərçivəsində Ayın kimyəvi tərkibi, cazibə qüvvəsi, radiasiyası, istiliyi başda olmaqla çoxlu müşahidələr aparılmışdır. SSRİ dövründə rəsmən Luna adını daşıyan 24 kosmik gəmi olmuşdur. Yerin orbitindən çıxa bilməyən uğursuz Luna layihələrinə rəsmi adlar verilməmişdir. Yerin orbitində sıradan çıxan bəzi Luna proqramına aid olan kosmik gəmilərə şərti Kosmos adı verilmişdir. Luna proqramı üçün SSRİ təqribən 4,5 milyard dollar xərc çəkmişdir.
Muna Mahmudnizad
Muna Mahmudnizad (fars. مونا محمودنژاد‎‎; 10 sentyabr 1965, Ədən – 18 iyun 1983, Şiraz) — Bəhai dininə mənsub olması səbəbindən Şiraz şəhərində digər doqquz qadınla birlikdə asılaraq edam edilmiş bəhai dinin təbliğatçısı, gənc müəllim. Muna Mahmudnizad əsasən bəhai olduqları üçün İrandakı orta məktəblərdə təhsil almaq hüquqlarından məhrum edilmiş uşaqlara əlavə dərs verməkdə ittiham olunmuş və bu hərəkətləri ilə həmin uşaqları pis yola çəkməkdə günahlandırılmışdır. Bəhai dininin inzibati orqanı olan Ümumdünya Ədalət Evinin İsrailin Hayfa şəhərində yerləşməsi səbəbindən Munaya sionist damğası da vurulmuşdur. == Həyatı == Muna Mahmudnizad 1965-ci ilin 10 sentyabr tarixində Yəmən dövlətinin paytaxtı Səna şəhərində Yadulla və Fərxundə Mahmudnizadların ailəsində anadan olmuşdur. Mahmudnizadlar ailəsinin əsli İrandan idi və onlar yeni inancı təbliğ etmək üçün Yəmənə yerləşmişdilər. Muna, ailənin ikinci qız övladıdır. Həyatının ilk dörd ilini Yəməndə keçirdikdən sonra 1969-cu ildə Yəmən hökumətinin qərarı ilə ölkədə yaşayan bütün xarici əsilli şəxslərin deportasiya edilməsi ilə ailə İrana qayıtmışdır. Mahmudnizadlar İsfahan şəhərində iki, Kirmanşah şəhərində altı ay və Təbrizdə üç il müddətində yaşamış və son olaraq 1974-cü ildə Şiraz şəhərinə köçmüşdülər. Bu müddət ərzində atası kiçik emalatxana açaraq qazanc əldə etməyə çalışan Mahmudnizadlar ailəsi eyni zamanda getdikləri yerlərdəki bəhai təsisatları ilə də sıx əlaqədə olmuşdular.
Muna çayı
Muna çayı- (Улахан-Муна)-Lena çayının sol qolu. == Əsas xüsusiyyətləri == Yakutiyanın Jiqan və Olenek rayonlarında yerləşir. Çayın uzunluğu-715 km, hövzəsinin sahəsi isə 30 100 km²-dir. O, öz başlanğıcını, Orto-Muna və Ulaxan-Muna çaylarının kəsişməsindən götürür və Orta Sibir yaylasının şimal-şərqindən axır.Çayın qidalanmasında əsasən qar suları və yağış suları üstünlük təşkil edir. Çayın suyu noyabr-dekabr aylarından donmaya başlayıb, aprel-may aylarında açılmağa başlayır.Çayın bolsulu dövrü isə may-iyun aylarına düşür. Çayın illik su sərfi-40 m³/san. 100 km- naviqasiya əhəmiyyətlidir.
Onur Tuna
Onur Tuna (2 iyul 1985, Çanaqqala) — Türk kino, teatr və teleserial aktyoru. == Tərcümeyi-hal == Filinta ve Bi Küçük Eylül Meselesi adlı seriallarla məşhurlaşan aktyor Ege Universiteti Dövlət Türk Musiqisi Konservatoriyası Səs Təhsili Hissəsindən məzun olmuşdur. Orta məktəb illərində lisenziyalı olaraq voleybol və basketbol'la maraqlanmışdır. Ayrıca İzmirdə 4 il model olaraq çalışmışdır. Müjdat Gezen Sənət Mərkəzində aktyorluq dərsləri almışdır. 2011-ci ildə Həyat davam edir adlı TV teleserialı ilə ekranlara ilk addımını atan oyunçu, indiki vaxtda Cəsur Ürək serialında baş rol olaraq oynamaqdadır. Show TVdə nəşr olunan Cəsur Ürək serialında Ömər Qorxmaz xarakterini canlandırmaqdadır.2017-ci ildə Cəsur Ürək seriali bitmişdir.
Qabor Vona
Qabor Vona (əvvəlki soyadı ilə Gábor Zázrivecz, 20 avqust 1978, Gyöngyöş, Xeveş[d]) — macar tarixçi, müəllim və siyasi partiya olan Jobbikə 2006-cı ildən 2018-ci ilə qədər rəhbərlik etmiş siyasətçi. O, 2010, 2014 və 2018-ci illərdəki seçkilərdə partiyanın baş nazir vəzifəsi üçün namizədi olmuşdur. 2010-cu ildən 2018-ci ilə qədər Macarıstan parlamentinin üzvü olmuş, macar parlamentindəki Jobbik partiyasına mənsub olan deputatlardan ibarət qrupa 2016-cı ilə qədər rəhbərlik etmişdir. Onun rəhbərliyi altında olan zaman Jobbik, yarı hərbi təşkilat olan Magyar Gardanı qurmuşdu. Macarıstandakı 2006-cı il etirazları zamanı göstərdikləri mövqeyə görə xalq arasında xeyli populyarlıq qazanan Jobbik partiyası, Qabor Vonanın rəhbərliyi altında 2010-cu ildə tarixinin ən yüksək göstəricisini (17 faiz) qazanaraq macar parlamentinə girə bildi. Jobbik partiyasının Viktor Orbanın Fidesz (Macar Vətəndaş Birliyi) partiyasına qarşı ən güclü partiya olduğu zaman Qabor Vona Jobbik partiyasının mövqeyini radikal millətçilikdən xalqın mühafizəkar hissəsinin partiyasına dəyişməyə cəhd etdi. Bundan sonra 2018-ci ildəki parlament seçkilərindəki uğursuzluqdan sonra Qabor Vona partiya rəhbərliyindən və qazandığı deputat mandatından imtina etdi. == Həyatı == Qabor Vona 1978-ci ilin 20 avqustunda Dyöndyöş şəhərində anadan olmuşdur. Eötvöş Lorand Universitetində tarix və psixologiya üzrə təhsil almışdır. Vonanın əsl soyadı Vona olsa da, onun soyadı universitet illərinə qədər rəsmi formada Zázrivecz olaraq gedirdi.
Qarınaltı vena
Daxili qalça venası (lat. Vena iliaca interna), qarınaltı vena (lat.
Ruhi Tuna
Ruhi Tuna (23 dekabr 1965, Məlikan, Şərqi Azərbaycan ostanı – 30 oktyabr 2021, Toronto) ― azərbaycanlı heykəltaraş, rəssam. O, 7 il İranda həbsdə olduqdan sonra Türkiyəyə getmiş, 8 il burada fəaliyyət göstərdikdən sonra isə Kanadaya köçmüşdür. Bütün fəaliyyəti boyunca onlarla tarixi şəxsiyyətə həsr edilmiş yüzlərlə heykəl düzəldib. Təkcə Türkiyədə Atatürkə qoyulmuş 300-dən çox heykəl və büstün müəllifidir. == Haqqında == Ruhi Tuna 23 dekabr 1965-ci ildə Məlikkəndidə anadan olub. Kiçik yaşlarından rəssamlıqla məşğul olub. Azərbaycanın muxtariyyət istəyini simvollaşdıran bir karikatura çəkdiyi üçün həbs edilir. 7 il İran həbsxanalarında məhbus həyatı yaşayıb. İlk dəfə Qoşaçayda həbsdə olduğu müddətdə heykəltaraşlıqla məşğul olmağa başlayıb. Həbsdən çıxdıqdan sonra da heykəltaraş kimi fəaliyyətini davam etdirib.
Suat Suna
Suat Suna — Türk pop musiqiçisi və bəstəkarı Məktəblə bərabər eyni zamanda davam etdirdiyi İstanbul Universiteti Konservatoriyası "Skripka" fakültəsində, 1992-ci ildə məzun olan sənətkar Saint Benoit Fransız Liseyini 1994-cü ildə bitirmişdir. Daha sonra Maltəpə Universitetində bakalavr pilləsinə qalxmışdır. Azərbaycanda, 2002-ci ildə çıxardığı "Su Damlası" albomundakı, sözləri məşhur türk pop musiqçisi Kayahana, musiqisi isə özünə aid olan "O Lelli" mahnısı ilə məşhurlaşmışdır. Uzun illər insanların dilindən düşməyən bu mahnı, Suat Sunanın bir il boyunca 100-ə yaxın konsert verməyinə səbəb olur. 2000-ci illərin, həm Türkiyədə həm də Azərbaycanda ən çox dinlənilən mahnısı kimi ön sıralarda yer alır.
Suna Vidinli
Suna Vidinli (d. 1978, Samsun) — Türk televiziyaçı, jurnalist və server.
Tuna vilayəti
Tuna vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1878–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Ruse şəhəri idi.
Tək vena
Tək vena (lat. v. azygos) — onurğanın döş hissəsinin sağ tərəfində yerləşərək yuxarı və aşağı boş vena sistemini bir-biri ilə birləşdirir. Bu vena onurğanın sağ tərəfilə döş fəqərələrinin ön-bayır səthilə qida borusunun arxası ilə yuxarıya doğru gedərək bördüncü və beşinci döş fəqərəsinin bərabərliyində bir az sağa və önə doğru qayıdır və saş bronxu arxadan dolanaraq ürək kisəsinin xaricində yuxarı boş venaya açılır. Döş qəfəsi boşluğunda döş aortası ilə ümumi limfa axacağından saş tərəfdə yerləşir və qabırğa plevrası ilə örtülü olur. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Vena (kommuna)
Vena (fr. Venas) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03303. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 233 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 105 nəfər iqtisadi fəal, 35 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 72.7%). Aktiv fəaliyyət göstərən 105 nəfərdən 97 nəfər (57 kişi və 40 qadın), 8 nəfər işsiz (2 kişi və 6 qadın) işləmişdir. 35 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Vena hypogastrica
Daxili qalça venası (lat. Vena iliaca interna), qarınaltı vena (lat.
Yarımtək vena
Yarımtək vena (lat. v. hemiazygos) — onurğanın döş hissəsinin sol tərəfində yerləşərək yuxarı və aşağı boş vena sistemini bir-biri ilə birləşdirir. Sol qalxan bel venasından (lat. v. lumbalis ascendens sinistra) başlayaraq döş fəqərələrinin sol tərəfi ilə və döş aortasının dalı ilə yeddinci və ya səkkizinci döş fəqərəsinədək yuxarı qalxır və haman fəqərələrin bərabərliyində ümumi limfa axacağının, döş aortasının və qida borusunun dalından sağa keçir və tək venaya açılır. Bu damar aşağı dörd qabırğaarası venaları, qida borusu, orta divar, bronx və ürək kisəsi venalarını qəbul edir. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Р. Д. Синельников.
Yuna Kim
Yuna Kim (hanqıl: 김연아; 5 sentyabr 1990, Puçxon, Kyonqido vilayəti, Cənubi Koreya) — Cənubi Koreyalı fiqurçu. Yuna Kim, 2010-cu ildə Kanadanın ev sahibliyində baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiyanın ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında isə gümüş medala sahib olub. O, həm də 2009-cu ildə Los-Ancelesdə və 2013-cü ildə Londonda baş tutan Dünya Çempionatlarının, üç dəfə (2006—2007, 2007—2008 və 2009—2010) ISU Qran-Pri Finalının, 2006-cı ildə gənclər arasında Dünya Çempionatının, 2005-ci ildə gənclər arasında ISU Qran-Pri Finalının və altı dəfə (2003, 2004, 2005, 2006, 2013, 2014) Cənubi Koreya Çempionatının qalibi olub. Karyerası ərzində 36 yarışa qatılan Yuna Kim, onların 26-da qızıl medal, 7-də gümüş medal, 3-də isə bürünc medal qazanıb. Yuna Kim, Olimpiya Oyunlarının, Dünya Çempionatının və Qran-Pri Finalının çempionu olmağı bacaran birinci idmançıdır. Yuna Kim, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarının fevralın 9-da baş tutan açılış mərasimi zamanı Olimpiya məşəlini alovlandırıb. == Həyatı == Yuna Kim 1990-cı il sentyabrın 5-də Kyonqido vilayətinin Puçxon şəhərində anadan olub. 1996-cı ildən ailəsi birgə Kunpxo şəhərində yaşamağa başlayan Yuna Kim, yeddi yaşından idmanla məşğul olmağa başladı. Yuna Kim 2013-cü ildə Koreya Universitetini bitirib. == Karyerası == === 2004–2005-ci illər mövsümü: Beynəlxalq səviyyədə debüt === Yuna Kim beynəlxalq səviyyədə birinci yarışına 2004-cü ilin 1-5 sentyabrda Macarıstanın Budapeşt şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri yarışı çərçivəsində qatıldı.
İm Yuna
İm Yuna (kor. 임윤아, d. 30 may 1990-cı il) — tanınmış koreyalı müğənni, rəqqasə, aktrisa, model. İlk dəfə 2007-ci ildə «9 Ends, 2 Outs» serialında çıxış edib. Yuna K-Pop qrup Girls' Generationun ifaçısıdır. == Bioqrafiya == Yuna 1990-cı ildə Seul, Cənubi Koreyada anadan olub. Yunanın atası və özündən böyük bacısı var. Anası barədə o heç danışmayıb. Onun olmadığı məlumdur. Amma Yuna bu tərəfi barədə susmağa üstünlük verir.