Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Puna
Puna (marathi पुणे) — Hindistanda şəhər. Əsası 1436-ci ildə qoyulub. Əhalisi 3 124 458 nəfərdir (2011).
Tuna
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Vena
Vena (lat. venae) ― kapillyarların toplaşmasından əmələ gələrək, qanın cərəyanı istiqamətinə, divarlarının quruluşuna, həcmlərinə, vəziyyət və miqdarlarına görə arteriyalardan fərqlənirlər. Venalarda qan, arteriyalardakı qanın cərəyanına əks olaraq, mühitdən mərkəzə (ürəyə) doğru axır. Təkcə qaraciyər qapısında qaraciyər arteriyasında və qapı venasında axan qanın cərəyanı bir istiqamətdə (yəni hər ikisi qaraciyərə doğru) olur. Venaların divarı arteriyalardakı kimi üç qişadan təşkil olunmuşdur: daxili – intima qişası, orta (əzələ) qişa və xarici (birləşdirici toxuma) qişa. Ancaq divarların qurluşuna görə arteriyalardan bundadır ki, burada əzələ və elastik liflərin miqdarı olduqca azdır; əksinə birləşdirici toxuma ünsürləri çoxdur. Ona görə venalar elastik xassəyə malik deyildirlər və kəsilərkən ağızları tez qapanır. Bəzi venaların (məsələn, beynin yumşaq qişası, dalaq və qaraciyər venalarının) divarlarından əzələ qatı olmur. Venaların divarlarının elastik və əzələ liflərinin az olması nəticəsində qanın təzyiqi və sürəti onlarda çox azalır. Bunun kompensasiya etmək üçün venaların həcmi böyüyür, miqdarı çoxalır və daxilində qanın geriyə axmasına mane olan xüsusi vena qapaqcıqları əmələ gəlir.
Muna
Muna (albom) — ABŞ indi-pop musiqi qrupu "Muna"nın üçüncü studiya albomu. Muna çayı — Lena çayının sol qolu.
2S31 Vena
2S31 Vena — SSRİ istehsalı olan “Vena” özüyeriyən artilleriya qurğusu. 2S31 “Vena” özüyeriyən artilleriya qurğusu ilk dəfə İDEX-97 silah sərgisində nümayiş etdirilmişdir. 2S31 “Vena” PDM-3-ün bazasında hazırlanmış 120 millimetr çaplı artilleriya qurğusudur. O, 13 km məsafədə düşmənin canlı qüvvəsi və texnikasını məhv etməyə qadirdir. “Vena” Perm şəhərində, Motovilixin zavodlarında hazırlanıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında da mövcuddur. == Texniki məlumatlar == İstehsalçı firma: Zavod “SKB” Layihələşdirilməsi: 1980-2007 İstehsal tarixi: 1996 Xidmətə giriş vaxtı: 2014-cü ildən bu günə kimi. Ağırlıq: 19.5 ton. Ekipaj: 4 nəfər. Uzunluğu: 6.8 metr.
Hermione luna
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Körpücükaltı vena
== İstinadlar ==
Luna 1
Luna 1 (rus. Луна-1; Мечта) və ya E-1 No.4 (kod adı) — Luna proqramı çərçivəsində SSRİ tərəfindən həyata keçirilən Yerdən Aya göndərilmiş və Günəşin orbitinə daxil olmuş ilk kosmik gəmi. Luna 1 kosmik gəmisi xarici Van Allen qurşağından keçərkən burada olan az miqdardakı yüksək enerjili zərrəciklərlə bağlı müşahidələr apardı. Bu missiyada aparılan müşahidələr nəticəsində Yerin radiasiya qurşağı və xarici kosmosla bağlı yeni məlumatlar əldə olundu. Eyni zamanda Luna 1 Ayın zəif maqnit sahəsini kəşf etmişdir. Luna 1 kosmik gəmisi ilk dəfə planetlərarası boşluğa yayılan Günəş küləyinin və plazmasının birbaşa müşahidəsini həyata keçirmişdir. İonlaşmış plazmanın miqdarı 20-25 min km məsafədə 1 sm³-də 700 zərrəcik, 100-150 min km məsafədə isə 1 sm³-də 300-400 zərrəcik olaraq ölçülmüşdür. Luna 1 yarım milyon km məsafədən radio siqnallarla əlaqə qurulmuş ilk kosmik gəmidir. Luna 1 kosmik gəmisi Ayla toqquşmaq üçün nəzərdə tutulmuşdu. Buna baxmayaraq kosmik gəminin Yerdəki nəzarət sistemində baş verən nasazlıq səbəbindən Ayla toqquşma baş tutmadı və Luna 1 kosmik gəmisi Aya 5995 km uzaqlıqdan keçdi.
Luna Miyoviç
Luna Zimiç Mijoviç ( bosn. Luna Zimić Mijović ; cins. 2 dekabr 1991, Sarayevo) — bosniyalı aktrisa . == Bioqrafiya və karyera == Luna Miyoviç jurnalist Vlastimir Mijoviç və Amra Zimiç Miyoviçin qızıdır . Lunanın özündən 2 yaş kiçik bir bacısı var. Luna bir müddət Sloveniya və Rusiyada yaşamışdır. Müqayisəli ədəbiyyatşünaslığı öyrənmişdir. Hal-hazırda Sarayevo Film Akademiyasında rejissorluq təhsili alır . Luna 2006-cı ildə "Qrbavitsa" filmində Sara rolu ilə debüt etmişdir. İkinci rolu 2010-cu ildə "Yolda" filmində Diyadır.
Luna proqramı
Luna proqramı (rus. Луна) — 1959–1976-cı illəri əhatə edən SSRİ-nin Ay tədqiqat proqramına daxil olan kosmik proqram. Rusiya Luna proqramını Luna-Qlob proqramı olaraq davam etdirməyi planlaşdırır. Proqram ərzində 15 uğurlu eniş və orbitdə uçuş missiyası həyata keçirilmişdir. Luna proqramı Ay tədqiqatları ilə bağlı çoxlu ilklərə nail olmuşdur. Bu proqram çərçivəsində Ayın kimyəvi tərkibi, cazibə qüvvəsi, radiasiyası, istiliyi başda olmaqla çoxlu müşahidələr aparılmışdır. SSRİ dövründə rəsmən Luna adını daşıyan 24 kosmik gəmi olmuşdur. Yerin orbitindən çıxa bilməyən uğursuz Luna layihələrinə rəsmi adlar verilməmişdir. Yerin orbitində sıradan çıxan bəzi Luna proqramına aid olan kosmik gəmilərə şərti Kosmos adı verilmişdir. Luna proqramı üçün SSRİ təqribən 4,5 milyard dollar xərc çəkmişdir.
Muna Mahmudnizad
Muna Mahmudnizad (fars. مونا محمودنژاد‎‎; 10 sentyabr 1965, Ədən – 18 iyun 1983, Şiraz) — Bəhai dininə mənsub olması səbəbindən Şiraz şəhərində digər doqquz qadınla birlikdə asılaraq edam edilmiş bəhai dinin təbliğatçısı, gənc müəllim. Muna Mahmudnizad əsasən bəhai olduqları üçün İrandakı orta məktəblərdə təhsil almaq hüquqlarından məhrum edilmiş uşaqlara əlavə dərs verməkdə ittiham olunmuş və bu hərəkətləri ilə həmin uşaqları pis yola çəkməkdə günahlandırılmışdır. Bəhai dininin inzibati orqanı olan Ümumdünya Ədalət Evinin İsrailin Hayfa şəhərində yerləşməsi səbəbindən Munaya sionist damğası da vurulmuşdur. Muna Mahmudnizad 1965-ci ilin 10 sentyabr tarixində Yəmən dövlətinin paytaxtı Səna şəhərində Yadulla və Fərxundə Mahmudnizadların ailəsində anadan olmuşdur. Mahmudnizadlar ailəsinin əsli İrandan idi və onlar yeni inancı təbliğ etmək üçün Yəmənə yerləşmişdilər. Muna, ailənin ikinci qız övladıdır. Həyatının ilk dörd ilini Yəməndə keçirdikdən sonra 1969-cu ildə Yəmən hökumətinin qərarı ilə ölkədə yaşayan bütün xarici əsilli şəxslərin deportasiya edilməsi ilə ailə İrana qayıtmışdır. Mahmudnizadlar İsfahan şəhərində iki, Kirmanşah şəhərində altı ay və Təbrizdə üç il müddətində yaşamış və son olaraq 1974-cü ildə Şiraz şəhərinə köçmüşdülər. Bu müddət ərzində atası kiçik emalatxana açaraq qazanc əldə etməyə çalışan Mahmudnizadlar ailəsi eyni zamanda getdikləri yerlərdəki bəhai təsisatları ilə də sıx əlaqədə olmuşdular.
Muna çayı
Muna çayı (Улахан-Муна) — Lena çayının sol qolu. Yakutiyanın Jiqan və Olenek rayonlarında yerləşir. Çayın uzunluğu-715 km, hövzəsinin sahəsi isə 30 100 km²-dir. O, öz başlanğıcını, Orto-Muna və Ulaxan-Muna çaylarının kəsişməsindən götürür və Orta Sibir yaylasının şimal-şərqindən axır.Çayın qidalanmasında əsasən qar suları və yağış suları üstünlük təşkil edir. Çayın suyu noyabr-dekabr aylarından donmaya başlayıb, aprel-may aylarında açılmağa başlayır. Çayın bolsulu dövrü isə may-iyun aylarına düşür. Çayın illik su sərfi-40 m³/san. 100 km- naviqasiya əhəmiyyətlidir.
Onur Tuna
Onur Tuna (2 iyul 1985, Çanaqqala) — Türk kino, teatr və teleserial aktyoru. Filinta ve Bi Küçük Eylül Meselesi adlı seriallarla məşhurlaşan aktyor Ege Universiteti Dövlət Türk Musiqisi Konservatoriyası Səs Təhsili Hissəsindən məzun olmuşdur. Orta məktəb illərində lisenziyalı olaraq voleybol və basketbol'la maraqlanmışdır. Ayrıca İzmirdə 4 il model olaraq çalışmışdır. Müjdat Gezen Sənət Mərkəzində aktyorluq dərsləri almışdır. 2011-ci ildə Həyat davam edir adlı TV teleserialı ilə ekranlara ilk addımını atan oyunçu, indiki vaxtda Cəsur Ürək serialında baş rol olaraq oynamaqdadır. Show TVdə nəşr olunan Cəsur Ürək serialında Ömər Qorxmaz xarakterini canlandırmaqdadır.2017-ci ildə Cəsur Ürək seriali bitmişdir.
Qabor Vona
Qabor Vona (əvvəlki soyadı ilə Gábor Zázrivecz, 20 avqust 1978, Gyöngyöş, Xeveş[d]) — macar tarixçi, müəllim və siyasi partiya olan Jobbikə 2006-cı ildən 2018-ci ilə qədər rəhbərlik etmiş siyasətçi. O, 2010, 2014 və 2018-ci illərdəki seçkilərdə partiyanın baş nazir vəzifəsi üçün namizədi olmuşdur. 2010-cu ildən 2018-ci ilə qədər Macarıstan parlamentinin üzvü olmuş, macar parlamentindəki Jobbik partiyasına mənsub olan deputatlardan ibarət qrupa 2016-cı ilə qədər rəhbərlik etmişdir. Onun rəhbərliyi altında olan zaman Jobbik, yarı hərbi təşkilat olan Magyar Gardanı qurmuşdu. Macarıstandakı 2006-cı il etirazları zamanı göstərdikləri mövqeyə görə xalq arasında xeyli populyarlıq qazanan Jobbik partiyası, Qabor Vonanın rəhbərliyi altında 2010-cu ildə tarixinin ən yüksək göstəricisini (17 faiz) qazanaraq macar parlamentinə girə bildi. Jobbik partiyasının Viktor Orbanın Fidesz (Macar Vətəndaş Birliyi) partiyasına qarşı ən güclü partiya olduğu zaman Qabor Vona Jobbik partiyasının mövqeyini radikal millətçilikdən xalqın mühafizəkar hissəsinin partiyasına dəyişməyə cəhd etdi. Bundan sonra 2018-ci ildəki parlament seçkilərindəki uğursuzluqdan sonra Qabor Vona partiya rəhbərliyindən və qazandığı deputat mandatından imtina etdi. Qabor Vona 1978-ci ilin 20 avqustunda Dyöndyöş şəhərində anadan olmuşdur. Eötvöş Lorand Universitetində tarix və psixologiya üzrə təhsil almışdır. Vonanın əsl soyadı Vona olsa da, onun soyadı universitet illərinə qədər rəsmi formada Zázrivecz olaraq gedirdi.
Qarınaltı vena
Daxili qalça venası (lat. Vena iliaca interna), qarınaltı vena (lat.
Ruhi Tuna
Ruhi Tuna (23 dekabr 1965, Məlikan, Şərqi Azərbaycan ostanı – 30 oktyabr 2021, Toronto) ― azərbaycanlı heykəltaraş, rəssam. O, 7 il İranda həbsdə olduqdan sonra Türkiyəyə getmiş, 8 il burada fəaliyyət göstərdikdən sonra isə Kanadaya köçmüşdür. Bütün fəaliyyəti boyunca onlarla tarixi şəxsiyyətə həsr edilmiş yüzlərlə heykəl düzəldib. Təkcə Türkiyədə Atatürkə qoyulmuş 300-dən çox heykəl və büstün müəllifidir. Ruhi Tuna 23 dekabr 1965-ci ildə Məlikkəndidə anadan olub. Kiçik yaşlarından rəssamlıqla məşğul olub. Azərbaycanın muxtariyyət istəyini simvollaşdıran bir karikatura çəkdiyi üçün həbs edilir. 7 il İran həbsxanalarında məhbus həyatı yaşayıb. İlk dəfə Qoşaçayda həbsdə olduğu müddətdə heykəltaraşlıqla məşğul olmağa başlayıb. Həbsdən çıxdıqdan sonra da heykəltaraş kimi fəaliyyətini davam etdirib.
Suat Suna
Suat Suna — Türk pop musiqiçisi və bəstəkarı Məktəblə bərabər eyni zamanda davam etdirdiyi İstanbul Universiteti Konservatoriyası "Skripka" fakültəsində, 1992-ci ildə məzun olan sənətkar Saint Benoit Fransız Liseyini 1994-cü ildə bitirmişdir. Daha sonra Maltəpə Universitetində bakalavr pilləsinə qalxmışdır. Azərbaycanda, 2002-ci ildə çıxardığı "Su Damlası" albomundakı, sözləri məşhur türk pop musiqçisi Kayahana, musiqisi isə özünə aid olan "O Lelli" mahnısı ilə məşhurlaşmışdır. Uzun illər insanların dilindən düşməyən bu mahnı, Suat Sunanın bir il boyunca 100-ə yaxın konsert verməyinə səbəb olur. 2000-ci illərin, həm Türkiyədə həm də Azərbaycanda ən çox dinlənilən mahnısı kimi ön sıralarda yer alır.
Suna Vidinli
Suna Vidinli (d. 1978, Samsun) — Türk televiziyaçı, jurnalist və server.
Tək vena
Tək vena (lat. v. azygos) — onurğanın döş hissəsinin sağ tərəfində yerləşərək yuxarı və aşağı boş vena sistemini bir-biri ilə birləşdirir. Bu vena onurğanın sağ tərəfilə döş fəqərələrinin ön-bayır səthilə qida borusunun arxası ilə yuxarıya doğru gedərək bördüncü və beşinci döş fəqərəsinin bərabərliyində bir az sağa və önə doğru qayıdır və saş bronxu arxadan dolanaraq ürək kisəsinin xaricində yuxarı boş venaya açılır. Döş qəfəsi boşluğunda döş aortası ilə ümumi limfa axacağından saş tərəfdə yerləşir və qabırğa plevrası ilə örtülü olur. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Dizaltı vena
Dizaltı vena — (lat. Vena poplitea) aşağı ətrafın venası. Aşağı ayağın dərin damarları ilə diz oynağının qoşalaşmış damarlarının birləşməsindən əmələ gəlir. Yanal və arxasında yerləşən dizaltı arteriyaya uyğun gəlir. Dizaltı arteriyadan medial olaraq keçir və bud venasına çevrilir. Ayaqdan qan çıxarır. Tibbi ultrasəs istifadə edərək müəyyən edilə bilər. O, təsirlənmiş dizaltı venanın tutulmasıva səbəb ola bilər. == Strukturu == Dizaltı vena dizaltı əzələnin aşağı kənarında anterior tibial ve posterior tibial venalarının qovuşduğu yerdə əmələ gəlir. Dizaltı arteriyanın medial tərəfi boyunca uzanır.
Luna Lavqud
== Luna Lovegood == C. K. Roulinq-in Harry Potter kitab seriyasındakı uydurma personajdır. Personaj ilk olaraq Harri Potter və Simurq Ordeni ; O, dağınıq, belinə qədər çirkli sarı savçlı ə üzündə çaşqın bir görünüş, gözləri "gümüş kimi", "dumanlı" və "çıxıntılı" (ona "daimi çaşqın görünüş" verən xüsusiyyət) kimi təsvir edilmişdir. Luna obrazını irland aktrisası Evanna Linç "Harri Potter və Simurq Ordeni","Harri Potter və Yarımqan Prins", "Harri Potter və ölüm yadigarları" filmlərinə uyğunlaşdırıb: 1-ci hissə və 2-ci hissə. Roulinq öz internet səhifəsində aktrisanı rolu üçün "mükəmməl" kimi təsvir etmişdir. Bu rolu oynamaq üçün Linç saçlarını açıq sarıya boyamalı idi və tənqidçilər tərəfindən bəyənildi. == Xarakter inkişafı == Rowling tez-tez deyir ki, Luna "anti-Hermiona"dır, çünki Luna hər şeyə yalnız inamla inanır, Hermiona isə öz fikirlərini faktlara və məntiqə əsaslanır. Hermiona dəfələrlə Lunanı inandırmağa çalışır ki, onun inancları absurddur və işləməyəcək. Bu, Lunanın ağıllı olmadığı anlamına gəlmir; həqiqətən, bir Reyvnklou olaraq, "ölçülü olmayan zəka insanın ən böyük xəzinəsidir" inamıdır. Hermiona Lunanı sadəlövh, Luna Hermioneni dar düşüncəli görür. Fərqli fikirlərin olmasına baxmayaraq, Luna və Hermiona sonda dost olurlar.
Luna Lovegood
== Luna Lovegood == C. K. Roulinq-in Harry Potter kitab seriyasındakı uydurma personajdır. Personaj ilk olaraq Harri Potter və Simurq Ordeni ; O, dağınıq, belinə qədər çirkli sarı savçlı ə üzündə çaşqın bir görünüş, gözləri "gümüş kimi", "dumanlı" və "çıxıntılı" (ona "daimi çaşqın görünüş" verən xüsusiyyət) kimi təsvir edilmişdir. Luna obrazını irland aktrisası Evanna Linç "Harri Potter və Simurq Ordeni","Harri Potter və Yarımqan Prins", "Harri Potter və ölüm yadigarları" filmlərinə uyğunlaşdırıb: 1-ci hissə və 2-ci hissə. Roulinq öz internet səhifəsində aktrisanı rolu üçün "mükəmməl" kimi təsvir etmişdir. Bu rolu oynamaq üçün Linç saçlarını açıq sarıya boyamalı idi və tənqidçilər tərəfindən bəyənildi. == Xarakter inkişafı == Rowling tez-tez deyir ki, Luna "anti-Hermiona"dır, çünki Luna hər şeyə yalnız inamla inanır, Hermiona isə öz fikirlərini faktlara və məntiqə əsaslanır. Hermiona dəfələrlə Lunanı inandırmağa çalışır ki, onun inancları absurddur və işləməyəcək. Bu, Lunanın ağıllı olmadığı anlamına gəlmir; həqiqətən, bir Reyvnklou olaraq, "ölçülü olmayan zəka insanın ən böyük xəzinəsidir" inamıdır. Hermiona Lunanı sadəlövh, Luna Hermioneni dar düşüncəli görür. Fərqli fikirlərin olmasına baxmayaraq, Luna və Hermiona sonda dost olurlar.
Luna Star
Buna çayı
Buna (alb. Buna,Bune və ya Boyana) — Balkan yarımadasının qərbində, Albaniya və Monteneqro ərazisindən keçərək Adriatik dənizinə tökülən çay. Çay Şkoder şəhəri yaxınlığındakı Şkoder gölündən çıxır və delta əmələ gətirərək Adriatik dənizinə tökülür. Çayın uzunluğu təxminən 40 kilometr, orta su axını 682 m³/s (2006-cı ilin illik məlumatlarına görə), Şkoder gölü və Drin çayı ilə birlikdə drenaj hövzəsinin sahəsi təxminən 20 min km²-dir ( 20,361 km², 18,884 km²), ayrıca - 361,04 km². Moraca çayının mənbəyindən hesablanmış uzunluğu 185 km, Moraca-Şkoder-Buna su sistemi üçün alt hövzə sahəsi isə 5190 km² (5187 km²) təşkil edir. Qısa müddət ərzində Buna çayı, Drin çayının şimal (əsas) qolu ilə birləşir. 1858—1859-cu ilin qışında güclü daşqın nəticəsində Drin çayının suyu daşaraq, şimal-qərbə, Şkoder gölünə doğru axsa da, lakin gölə çatmayıb və Buna çayına birləşib. Çay Albaniya ərazisindən keçdikdən sonra sərhəd çayına çevrilir. Çayın ağzı iki qola ayrılır: Ada — Boyana (Vada) adası hansında ki,turizm mərkəzi yerləşir. Çayda həmçinin başqa adalar da var.
Muna (albom)
Muna — ABŞ indi-pop musiqi qrupu Muna-nın üçüncü studiya albomu. 24 iyun 2022-ci ildə Saddest Factory və Dead Oceans tərəfindən buraxılıb.