Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qalatu Bəni Həmmad
Qalatu Bəni Həmmad (ərəb. قلعة بني حماد‎) — Əlcəzairdə qədim qala-şəhər. == Tarixi == Qısaca əl-Qala vəya Qalatü Həmmad da deyilir. Əlcəzayirdə Burcbu-Arriric şəhəri qatar stansiyasının 31 km. cənubunda və Məsilənin şimal-şərqində Cəbəlümaadidin (Takərbüst) cənub yamacında qurulmuşdur. Bura Qalatü Əbu Tavil adıyla da anılır. Bəzi duvar qalıntıları ilə qazıntılarda əldə edilən bir taban mozaikasından qədimdən burada bir Roma qalasının olduğu anlaşılır. İbazıyyənin Nükkar qoluna mənsub olan Xarici rəisi Əbu Yəzid ən-Nükkari (Sahibül-hımar), Fatımi xəlifəsi Mansur-Billah və orduları tərəfindən bu bölgədə məğlub edilmiş və savaşda aldığı yaralar sonucu qısa bir müddət sonra ölmüşdür (947). Ziri Sultanı Badis b. Muiz dönəmində Zənatəlilər qarşısındakı uğurlarıyla ün qazanan və Zab ilə Məsiləyi içinə alan bölgənin valiliyinə gətirilən əmisi Həmmad əl-Bərbəri yeni bir idarə mərkəzi qurma xüsusunda Badistən izin aldı.
Kalavun
Əbül-Məali əl-Məlikül-Mənsur Seyfəddin Kalavun əl-Əlfi əs-Salihi (d.1222 — ö. 1290)—Məmlük sultanı (1279–1290). == Həyatı == Qıpçaq türklərindən olub, həyatının ilk dönəmləri haqqında bilgi yoxdur. Monqolların 1244-cü ildə Dəşt-i Qıpçaqı istilası sırasında əsir düşdü. Bir kölə tüccarı tarafından Misirə götürülərək Əyyubi sultanı əl-Məlikül-Adilin məmlüklərindən Əmir Əlaəddin Ağsunqur əs-Sakiyə satıldı. Daha sonra Əyyubi sultanı əl-Məliküs-Salih Əyyuba satılan Kalavun (1249), azad edilərək Ravza adasındaki Bəhriyyə məmlükləri adı verilən yeni əsgəri birliyə daxil edildi. Mənsubu olduğu Bəhriyyə məmlüklərinin liderlərindən Farisəddin Aktayın Məmlük dövlətinin ilk sultanı İzzəddin Aybək tərəfindən öldürülməsi üzərinə bir qisim əmirlər, Baybars və diğər arxadaşlarıyla birlikdə Suriyaya qaçdı (1254). Suriya Əyyubi hökmdarı əl-Məlikün-Nasır Yusifin xidmətində gəçirdiyi üç ilin ardından Kərək hakiminin xidmətində çalışmağa başladı. 1259-cu ildə Suriya Elxanlılar dövlətinin hücumlarına uğrayınca arxadaşlarıyla bərabər Misirə dönüb yeni sultan Qotazın xidmətinə girdi. Kalavun daha sonra, Məmlük Sultanı Qotazı ortadan qaldırıb, taxta keçən I Baybars əl-Bundukdarinin yanında yer aldı.
Qalaktus
Qalaktus (ing. Galactus) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 48-ci sayında (mart 1966) peyda olmuşdur. Güclü kosmik varlıq olan Qalaktus həyatda qalmaq üçün planetləri udmaqla məşğuldur. Qalaktus Marvel davamediciliyində vacib rol oynayan personajdır. 2009-cu ildə IGN "Top-100 komiks supercinayətkarı" siyahısında Qalaktusu 5-ci yerdə göstərmişdir.Personaj bir çox videooyun və televiziya verilişində yer almışdır. 2007-ci il istehsalı "Fantastik dördlük: Gümüş sörfçünün yüksəlişi" filmində də Qalaktus personajı peyda olmuşdur. == Nəşrolunma tarixi == Qalaktus Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 48-ci sayında (mart 1966) görünmüşdür. == Bioqrafiya == Qalaktus əslində Taalı səyahətçi Qalan idi. Taa planeti Böyük partlayışdan öncə də mövcud idi.
Qalantin
Qalantin-Ət yeməyidir. == Haqqında == Mal əti, dovşan əti, toyuq əti və donuz ətindən hazırlanır. Ət farş halına gətirilir ona yumurta və digər ədviyyatlar vurulur. Alınan qarışığı simmetrik formaya salırlar.Qalantin köhnə fransızcadan tərcümədən jele mənasını verir. == Həmçinin bax == Ət == İstinadlar == As in A. Kettner (pseudonym of Eneas Sweetland Dallas), Kettner's Book of the Table: A Manual of Cookery, 1877. Louis, marquis de Brancas, prince de Nisaro (1672–1750), had been governor of Provence and French ambassador to Spain; at the end of the Ancien Régime his son held the sinecure of governor of Nantes (État militaire de France pour l'année 1789). Jump up^ Men at Arms, Harmondsworth 1952, p 88 Jump up^ Galantyne was a suitable name for a spirited horse mentioned in Sir William St Loe's accounts 1559–60 (Mary S. Lovell, Bess of Hardwick, Empire Builder 2005:144, note 3). Jump up^ Austin, Thomas Austin, Two fifteenth-century cookery-books. London: Oxford University Press, 1964. Pp.
Qalağan
Qalağan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qalstuk
Qalstuk (alm. Krawatte‎) — geyim aksesuarı Uzun və mübahisəli keçmişi olan qalstuklardan bu gün dünyada təqribən 650 milyon adam istifadə edir. Bir ildə satılan qalstukların sayı isə 800 milyona yaxındır. Qalstukları 1618–1648-ci illərdə baş verən məşhur 30 illik müharibənin yadigarı da saymaq olar. == Tarixi == Qalstukun tarixi keçmişi Türk qatillərinə məxsusdur1660-cı ildə Osmanlılar Avstriya ordusuna məğlub olduğu zaman Avstriya-Macarıstan İmperiyası tərkibində olan Xorvatiyadan (Kroatia) bir qrup əsgər zəfərin qəhrəmanları olaraq Parisə aparıldılar və kralın hüzuruna çıxarıldılar. Bu əsgərlərin boğazlarına xanımları tərəfindən rəngli dəsmallar bağlamışdı. Əsgərlər bu yaylıqlara baxıb öz ailələrini yada salırdılar. Bu dəsmallar romalılar dövründə səs tellərini isti saxlamaq üçün taxılan dəsmallara oxşayırdı. Kral çox bəyəndi və özü də krallıq qalstukları taxan bir ordu qurdu. Qalstuk sözü "Kroatdan" əmələ gəlib.
Əflatun
Platon (yun. Πλάτων təxminən e.ə.428/427 — e.ə. 348/347), şərq mənbələrində Əflatun — qədim yunan filosofu, Klassik yunan fəlsəfəsinin ikinci nümayəndəsi, Sokratın şagirdi, Aristotelin müəllimi. == Həyatı == Platon Afinada aristokrat ailəsində dünyaya gəlmiş, orada yaşayıb yaratmışdır. Platonun atası Ariston (m. ö. 465–424) Attika çarı Kodrunun, anası isə Afinalı islahatçı Solonun nəslindən idilər. Platonun Adimant və Qlavkon adında iki qardaşı və Poton adında bacısı var idi. Platonun İlk müəllimi Kratiles olmuş, sonra isə o Sokratdan dərs almışdır. Ona görə də Sokrat Platonun dialoq formasında yazılmış əsərlərinin iştirakçısıdır.
Qalat
Qalat (Qəzvin)
Aşaği Qalaquz
Aşaği Qalaquz - İrəvan quberniyasının Eçmiədzin qəzasında qışlaq adı. 1918-ci ilin əvvəllərində Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. XIX əsrdə Şimali Qafqazda Kalaus-Bert yer-Barts (təpə), Kalaus (kənd), Kalaus (qala), Kalaus (çay) və Kalaus (kənd) toponimləri ilə sıra təşkil edir. Mənası məlum deyil. Bax: Kalauz.
Balaton gölü
Balaton gölü— Macarıstanın Transdanubian regionunda yerləşən şirin sulu göldür. Mərkəzi Avropanın ən böyük gölü olmaqla yanaşı, regionun əsas turizm mərkəzlərindən hesab edilir. Gölü su axını ilə əsasən Zala çayı təmin edir və göldən yalnız Şio çayı başlanğıc götürür. Düzənlik cənub sahilləri kurort şəhərləri kimi tanındığı halda, şimal sahillərinin dağlıq regionları tarixi və əsas şərabçılıq regionları kimi tanınır. Balıqçılıq yaxşı inkişaf edib. Göl gəmiçiliyə yararlıdır. == Adı == Göl Macar dilində sadəcə olaraq Balaton kimi məlumdur. Adın yaranmasına çox güman ki, Slavyanca "palçıq" və ya "bataqlıq" mənasını verən blato sözü təsir göstərib (sloven. Blatno jezero, slovak. Blatenské jazero).
Ballıqaya (Qarahun)
Aşağı Ballıqaya (digər keçmiş adı: Qarahunc) — Azərbaycan Respublikasının Goranboy rayonunun Qızılhacılı qəsəbə inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd düzənlikdə yerləşir. 1922-ci ildə Birgöz Ballıqayadan köçüb gəlmış ailələr tərəfindən salınmışdır. Oykonimlər Xankəndi rayonu ərazisində, Xaçınçayın sol sahilində yerləşən qədim Ballıqaya kurqanlarının adından yaranmışdır.
Gülxatun məscidi
Gülxatun məscidi — Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən məscid. Məscid Səməd Vurğun küçəsindən 100 metr aralıda, qəsəbənin daxilinə uzanan küçənin sağ tərəfində yerləşir. == Tarixi == Məscid XVII əsrdə Kərbəlayi Gülxatun adlı bir varlı qadın tərəfindən inşa edilmişdir. Məscid uzun illər istifadəsiz qalmışdır. == Tikili == Düzbucaqlı formaya malikdir. Suvaqla üzlənən məscidin fasadı yaşıl rəngə boyanmışdır. Elədə hündür olmayan gümbəz göy rəngdədir. Məscid Hacı Məcid hamamından 40-50 metr aralıdadır.
La Galatea
La Galatea, Miguel de Cervantesin 1585-ci ildə Alcalá de Henares- də altı kitaba ayrılmış La Galatea'nın birinci hissəsi başlığı ilə nəşr etdirdiyi bir romandır. Ascanio Colonna, 1580-ci illərdə iki Kastilya universitetində təhsilini bitirən La Galatea’nın fədakarıdır: Alcalá Universiteti və Salamanca Universiteti Roman, ehtimal ki, Servantes Əlcəzairdəki əsirliyindən qayıtdıqdan sonra yazılmağa başladı (Dekabr 1580). Kitab mağazalarında, xüsusən nəhəng Diana de Montemayor və Gil Polo -ya aşiq olan böyük Diana ilə müqayisədə çox az uğur qazandı.
Qalaban (Mərənd)
Qalaban (fars. گله بان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,042 nəfər yaşayır (703 ailə).
Qaladan-qalaya
Qaladan-qalaya – Ayrı-ayrı diaqonal üzrə tamaşaçılardan solda kişilər, sağda qadınların düzülməsi ilə ifa olunan yallının musiqisi çox məşhurdur və həmişə aşağıdakı oxuma ilə müşayiət olunur: Yallının xarakterik xüsusiyyətlərindən biri də odur ki, həm kişi, həm də qadın yallıbaşılar oyunun ifası məqamında əllərində taxtadan düzəldilmiş qılınc tuturlar. Rəqsin əvvəlində onlar həmin taxta qılıncları meydanın ortasına atırlar. Bir-birinin dirsəyindən tutaraq barmaqlarını çarpazlaşdırmış vəziyyətdə sıx duraraq sola hərəkət edilir. Hərəkətlər çox sadədir-sağa addım atmalı, sol ayağı sağın qarşısına çarpaz qoymaq lazımdır.
Qalanın dibində
Qalanın dibində - Azərbaycan xalq mahnısı. Bu mahnı əsasında rus bəstəkarı Mixail Qlinka öz "Ruslan və Lüdmila" operası üçün xor bəstələmişdi. Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov bu mahnını öz "Arşın mal alan" operettasında istifadə etmişdir.
Qalatea (Rafael)
Qalağan bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Salatın piri
Salatın piri — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Tənənəm kəndinin şimalında, dağların arasında ziyarətgah. Pirin mərkəzi hissəsində böyük qaya parçası, qara çalı adlı ağac və itburnu kolu var. Ətrafı 50–70 sm hündürlükdə qaya parçalarından hörülmüş divarla əhatə olunmuşdur. Pirin ətrafındakı daşlar, onun içərisindəki ağaclar müqəddəs hesab edilir. Ziyarətçilər niyyət edərək ağacların budaqlarına müxtəlif rəngli parçalar bağlayırlar. Pirdə həmçinin daşla niyyət etmə adəti də vardır. Vaxtilə pirin yaxınlığında bulaq olmuşdur. Ziyarətçilər niyyətlərinin qəbul olunması üçün burada qurban kəsirlər. Salatın pirini e.ə. II–I minilliklərə aid etmək olar.
Salatın Əhmədli
Salatın Alı qızı Əhmədli (18 oktyabr 1956-cı il, Poylu, Qazax) — ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Salatın Əhmədli 18 oktyabr 1956-cı ildə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetiin azərbaycan dili və ədəbiyyat müəllimidir. "Kitab Evi" İctimai Birliyinin sədridir. Eyni zamanda "Məhsəti" şairlər Məclisinin "Məhsəti" jurnalının baş redaktorunun müavinidir. Salatın Əhmədli "Turan" Qadınlar Mərkəzinin, "Bura Vətəndir" və DAMM-ın Qadınlar Şurası İdarə Heyətinin üzvüdür. 2007-ci ildə Hüseyn Cavidin 125 illiyi ilə əlaqədar "Тuran" Qadınlar mərkəzinin xətti və "Kazım Qara Bəkir Paşa" vəqfinin başqanı Timsal xanımın dəvəti ilə Türkiyə Cümhuriyyətində keçirilən tədbirlərdə olmuşdur. Ailəlidir. Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun həyat yoldaşıdır, iki övladı və beş nəvəsi vardır.
Salatın Əsgərova
Salatın Əsgərova (tam adı: Salatın Əziz qızı Əsgərova; 16 dekabr 1961, Bakı – 9 yanvar 1991, Laçın) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın ilk şəhid qadın jurnalistidir. == Həyatı == === Erkən illəri === Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurmuşdur. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Onun müəlliməsi Firəngiz Haşımovanın sözlərinə görə, Salatın Əsgərova uşaqlıqdan öz möhkəm iradəsi ilə seçilirdi. === Jurnalist fəaliyyəti === 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb. Onun toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı.
Əflatun Amaşov
Əflatun Əhməd oğlu Amaşov (26 aprel 1957, Faxralı, Bolnisi rayonu) — jurnalist və publisist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycan Mətbuat Şurasının Sədri (2003–2022), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, "RUH" Azərbaycan Jurnalistlərinin Hüquqlarının Müdafiə Komitəsinin keçmiş sədri."Xalq qəzeti"nin baş redaktoru == Həyatı == Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. 1976–1978-ci illərdə SSRI Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. == Fəaliyyəti == === Jurnalistika fəaliyyəti === 1985–1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. === İctimai-siyasi fəaliyyəti === 1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olmuş, 1995–1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutmuşdur. 1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib. 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub. Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.
Əflatun Fərəcov
Əflatun Mircangir oğlu Fərəcov (7 oktyabr 1999; Osakücə, Lənkəran rayonu, Azərbaycan — 20 noyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əflatun Fərəcov 7 oktyabr 1999-cu ildə Lənkəran rayonunun Osakücə kəndində doqquzuşaqlı ailədə anadan olmuşdur. Ailəsində özü ilə birgə 5 bacısı və 4 qardaşı var idi. Atası Mircangir Fərəcov və anası Mahirə Səmədova Əflatun uşaq yaşında olarkən vəfat etmişdir. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Əflatun Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əflatun Fərəcov Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Bir müddət sonra tapılan nəşi 20 noyabr 2020-ci ildə Lənkəran rayonunda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əflatun Fərəcov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əflatun Fərəcov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əflatun Fərəcov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əflatun Həsənov
Əflatun Kazımov
Əflatun Kazımov (azərb. Kazımov Əflatun Həşim oğlu‎) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == Əflatun Kazımov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. Bakıdakı 28 nömrəli tikinti idarəsində fəhlə işləyib. Dörd övladı var. 20 yanvar gecəsi təxminən saat 04:00 radələrində Moskva prospektində hərbçilər tərəfindən vəhşicəsinə öldürülmüşdür. Bədənində 14 güllə yarası olub. Moskva prospektindəki körpünün yanında bir neçə adamın qarşısına bir dəstə əsgər çıxıb, xəbərdarlıq etmədən atəş açıblar. Oradaca həlak olub.
Əflatun Kərimov
Əflatun Xudkar oğlu Kərimov (23 noyabr 1941, Bakı) — tibb elmləri doktoru, professor. == Həyatı == Kərimov Əflatun Xudkar oğlu 23 noyabr 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1960-1966-cı illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda oxuyub. 1968-1971-ci illərdə Aspiranturaya, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Döş qəfəsi cərrahiyyəsi kafedrasında oxuyub. 1983-1987-ci illərdə isə Sankt-Peterburq Həkimləri Təkmilləşdirilməsi İnstitutunda doktorluq oxuyub. 1988-ci ildən onkologiya kafedrasında işləyir. Onkologiya kafedrasının professoru, tibb elmləri doktorudur. 1971-ci ildə «Бронхологические методы исследования при различных заболеваниях легких» namizədlik dissertasiyasını, 1989-cu ildə isə «Аспергиллез легких» doktorluq dissertasiyasını müdafiə etmişdir. Kafedranın elmi istiqaməti – süd vəzisinin xərçəngi – klinikası, diaqnostikası, cərrahi müalicəsi və mədə-bağırsaq xərçənginin – klinikası, diaqnostikası, cərrahi müalicəsi. O, 235 elmi əsərlərin və 22 metodik tövsiyələrin müəllifidir.