Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Xatun
Xatun və ya xatın — türkdilli xalqlarda hökmdarın qadın həyat yoldaşına və ya şahzadə qızlara verilmiş ad. Sonralar digər Şərq xalqları arasında da yayılmışdır. Xatunlar dövlətin idarə olunmasında, siyasi və iqtisadi həyatında mühüm rol oynamışdılar. İndiki dövrdə qadın adı kimi istifadə olunur. == Etimologiyası == İslam Ensiklopediyasına görə, "Xatun Göytürklərin və sonrakı türk hökmdarlarının arvadları və qadın qohumları tərəfindən daşınan soqd mənşəli bir tituldur". Bruno de Nikolanın "Women in Mongol Iran: The Khatuns, 1206-1335" kitabına görə, "xatun" termininin linqvistik mənşəyi məlum deyil, lakin ehtimal olunur ki, qədim türk və ya soqd mənşəlidir. Piter Bencamin Qoldenin müşahidəsinə görə, "xatun" titulu Göytürklər arasında xaqanın qadın həyat yoldaşının titulu kimi yaranmışdır və soqdca "xwāten", yəni "hökmdarın arvadı" sözündən götürülmüşdür.
Hafsa Xatun
Hafsa Xatun (1380, Səlcuq, İzmir ili – 1403, Bursa) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Aydınoğlu İsa bəyin qızı. == Həyatı == Aydınoğlu İsa bəyin qızıdır. Həyatı haqqında yetərli məlumat yoxdur. Birinci Kosovo döyüşünün ardından xəyanətkar Anadolu bəyliklərini cəzalandırmaq üçün səfərə çıxan İldırım Bəyazid ilk hədəf olaraq Aydınoğulları bəyliyini seçdi. Osmanlı ordusunun Alaşəhər qalasını işğal etməsinin ardından, Aydınoğlu İsa bəy dərhal İldırım Bəyazidə elçi göndərərək Osmanlı təbəəliyini qəbul etdiyini bildirdi. Sülhün təminatı olaraq İldırım Bəyazid İsa bəyin qızıyla evləndi və beləcə, bəyliyə aid torpaqların böyük bir hissəsini ələ keçirdi. 1390-cı ildə baş tutan mərasimin ardından Bursaya göndərilən Hafsa Xatun cehiz olaraq aldığı pulla 1390-1392-ci illərdə Tirədə məscid, türbə, təkkə, imarət və hamamdan ibraət bir külliyə inşa etdirdi. Hafsa Xatun məscidi olaraq anılan bu məscid günümüzə gəlib çıxmasa da, külliyənin digər binaları gələ də ayaqdadır. İldırım Bəyazidlə olan evliliyindən övladı olmayan Hafsa Xatunun qalan həyatıyla bağlı heç bir məlumat yoxdur. Nə vaxt və harada vəfat etdiyi, harada dəfn olunduğu bilinmir.
Hayimə Xatun
Hayimə Xatun və ya Hayimə Ana (1176, Osmanlı imperiyası – 1268, Osmanlı imperiyası) ― Osmanlı dövlətinin qurucusu Osman Qazinin nənəsi və Sunqur Təkin, Gündoğdu bəy, Ərtoğrul Qazi və Dündar bəyin anasıdır. Osmanlı İmperiyasının Dövlət Anası adına layiq görülmüş və tanınmışdır. == Xatirəsi == Necdet Sakaoğlunun dediyinə görə, tarixçilər tərəfindən çox tədqiq edilməmiş Hayimə ananın xatirəsini Domaniç qəsəbəsinin sakinləri yaşatmışdırlar. Çarşamba kəndindəki bir qəbrin yerli xalq tərəfindən əsrlər boyu Hayimə Xatunun qəbri olaraq ziyarət edildiyini eşidən Osmanlı Sultanı II Əbdülhəmidin əmri ilə burada 1892-ci ildə bir türbə tikdirilmişdir. Digər tərəfdən, İdris-i Bitlisî Heşt Behişt adlı tarixində Osman Qazinin kiçik oğlu Ələddin Paşanın anası ilə birlikdə Biləcikdə yaşadığı yazılmışdır. == Həyatı == Osmanlı sultanlarının qeyri-müsəlman cariyələrlə evlənmə ənənəsi hələ başlamadığından, Hayimə Xatunun türk olduğu iddia edilir. Başqa bir inanca görə, Hayimə Ana, Kaya Alpoğlu Süleyman şahın həyat yoldaşı, Ərtoğrul Qazinin anası və Osmanlı dövlətinin qurucusu Osman Qazinin nənəsidir. Əri Süleyman Şah Fəratı keçərkən boğulduqdan sonra Qayı qəbiləsinin başçılığını ələ keçirmiş Hayimə Ana, əvvəlcə Səlcuqlu Sultanı Əlaəddin Keykubadın əmri əsasında əvvəlcə Ankara, Karacadağ, sonra isə Domaniç və Söğütə yerləşmişdir. Ərtoğrul Qazi, "Dövlət Anası" olaraq da tanınan anası Hayimə Anayı hər il Çarşamba kəndində çadır qurduğu bir təpədə dəfn etdirmişdir. Sultan II Əbdülhəmid 1892-ci ildə Hayimə Ananın məzarı üzərində inşa edilən indiki türbəni inşa etdirmişdir.
Hüma Xatun
Xədicə Alimə Hüma Xatun (d. 1400 — ö. 1449, Bursa) — II Muradın qadını və Sultan II Mehmedin doğma anasıdır. Haqqında çox da məlumat yoxdur. Məzarı Bursada, Hüma Xatun və ya Xatuniyə türbəsinə dəfn edilmişdir. Bu türbənin 1449 tarixli kitabəsində adı verilməsə də, II Mehmed tərəfindən anasının adına inşa edildiyi qeyd edilir. Atasının adı bilinmir. Ancaq gördüyü bir xeyriyyə işinin sənədlərində Hatun binti Abdullah, yəni Abdullah qızı olaraq göstərilir. Bu da onun İslamı sonradan qəbul etməsini sübut edir. Çünki o dövrdə İslamı sonradan qəbul edən insanlar öz atalarına yox, Abdullah (Allahın qulu) adına istinad edilirdi.
Hüsnüşah Xatun
Hüsnüşah Xatun (1454, Qaramanoğulları bəyliyi – 1513, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. == Həyatı == Hüsnüşah Xatun 1454-cü ildə dünyaya gəldi. Atası İçəl sancaqbəyi Qaramanlı Nasuh bəy, Qaramanoğlu II İbrahim bəyin qızının nəvəsi idi. Pir Əhməd bəy və Əbdülkərim bəy adlı 2 qardaşının olduğu məlumdur. Qaramanoğulları ilə bağlanan süh sazişlərindən birinə əsasən, Fateh Sultan Mehmedin böyük oğlu və o əsnada Amasya sancaqbəyi olan Şahzadə Bəyazidlə evlənmişdir. Ancaq bəzi vəqf sənədlərində "Əbdülcəlil qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı iddia edilir. 1474-cü ildə Şahzadə Şahənşahı, 1475-ci ildə isə Sultanzadə Sultanı dünyaya gətirdi. Ancaq qızı uşaq yaşlarında vəfat etmişdir. 1480-ci ildə oğlu Şahzadə Şahənşah qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi.
Həlimə Xatun
Həlimə Xatun (Osmanlı türkcəsi: حلیمہ خاتون) (XIII əsr – XIII əsr, Söğüt, Biləcik ili) — Qayı boyunun başçısı Ərtoğrul Qazinin xanımı və Osmanlı İmperiyasının qurucusu Osman Qazinin anasıdır. == Həyatı == Həlimə Xatun türk nəslindən olub türkmən bir ailəyə mənsub idi. Savcı Bəy (ö. 1287), Gündüz Alp (ö. 1306) və Osman Qazi adlarında üç oğlu vardı. 1281-ci ildə vəfat edən Həlimə Xatunun məzarı Söğütdə əri Ərtoğrul Qazinin türbəsinin yanındadır.
Kabaç xatun
Kabaç xatun (674–710)—cu illərdə Buxarada hökmranlıq edən buxaraxudat. == Həyatı == Ubeydullah ibn Ziyad 674-cü ildə Bəykəndi ələ keçirərək Buxara üzərinə yürüdü. O sırada Buxaranı Türk hökmdarı Bidunun dul arvadı Kabaç xatun idarə edirdi. Kabaç xatun çevrədəki türklərdən yardım istədiysə də, Türk birlikləri Ubeydullah qarşısında dayana bilmədi və 1 milyon dirhəm vergi vermək surətiylə Ubeydullahla anlaşma bağladı. Ubeydullah daha sonra 2000 Türk savaşçı ilə Bəsrəyə döndü; bunlar orda bir üsyanın yatırılmasında iştirak etdilər. 676-cı ildə Xorasan valiliyinə təyin edilən Səid ibn Osman, Səmərqəndə bir səfər hazırladı. Soğd, Kiş və Nəsəf əhalisi torpaqlarını qorumaq amacıyla səfərbər olunca Kabaç xatun da onlara qatıldı, ancaq Səid ibn Osman Türk birliklərini məğlubiyyətə uğratdı. Kabaç xatun girovlar göndərdi və itaət ərz etdiyini bildirdi (677). Səid, Buxaranı alaraq Səmərqəndə yönəldi. Ağır itgilər verən Səmərqəndlilər onunla anlaşdılar.
Karun xəzinəsi
Karun Xəzinəsi — çoxu e.ə. 560-546-ci illər arasında Lidiya ölkəsini idarə edən Krezin dövrünə aid olan və Uşakın 25 km qərbində və İzmir Avtomobil Yolu üzərində yerləşən Gur qəsəbəsi yaxınlığındakı arxeoloji qazıqlardan 1960-cı illərdə çıxararaq ABŞ-yə qaçırılan və 1993-ci ildə uzun bir hüquqi proses nəticəsində geri alınan əsərlərin toplu adı. Bəzi mənbələrdə Lidiya Xəzinəsi kimi də qeyd olunur. Xəzinənin ələ keçirilən hissəsində təxminən 450 parça var idi. == Əsərlərin xaricə qaçırılması == Lidiya dövrünün ən görkəmli əsərləri sırasında yer alan bu xəzinə 1965-1966-1968-ci illərdə Türkiyədən qaçırılmışdır. İlk qarət 1965-ci ildə Toptəpə arxeoloji qazığında baş verdi. 5 nəfərlik qrup qazılmış tunelin məzar otağına gələrək, burada tapdıqları əsərləri 65,000 Türk lirəsinə satdılar. Daha sonra, 1966-cı ildə, İkiztəpə arxeoloji qazığı 11 nəfər tərəfindən soyuldu və otaq içərisindəki 150 hissə abidə bir müddət saxlanıb, daha sonra 160,000 Türk lirəsinə satılıb. Karun xəzinələrinin üçüncü qarəti 1968-ci ildə Ağtəpə arxeoloji qazığında keçirilib və olan şəkil və abidələr 40,000 Türk lirəsinə satılıb. Xəzinənin bütün oğurlanmış parçaları Nyu-Yorkdakı Metropoliten Muzeyində 1985-ci ildə bir sərgidə jurnalist Özgən Açır tərəfindən görülüb.
Katın qırğını
Katın qətliamı — 1940-cı ilin aprel və may ayları aralığında SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələr tərəfindən 22000 polyak zabit və ziyalısının kütləvi şəkildə qırılması hadisəsi. Qətliamın Kalinin, Xarkov və başqa şəhərlərdə yerləşən həbsxanalarda da törədilməsinə baxmayaraq aşkar edilən ilk kütləvi məzarlar Katın meşəsində olduğu üçün qətliam Katın adını almışdır. Qətliam SSRİ Xalq Daxili İşlər Komissarlığının rəhbəri Lavrenti Beriyanın əsir götürülən bütün polyak zabit və ziyalıların edam edilməsi təklifinin İosif Stalinin rəhbərliyindəki Sov.İKP MK Siyasi Bürosunun təsdiqləməsindən sonra başladı. Öldürülənlərin 8000 nəfəri Polşanın 1939-cu ildə işğalı vaxtı əsir götürülən zabitlər, 6000-i polis zabitləri, 8000 nəfəri isə SSRİ-nin kəşfiyyatçı, mülkədar, təxribatçı, fabrik sahibi, rahib və vəkil olaraq qəbul etdiyi polyak ziyalıları idi. Polşa ordusunun zabit qrupu və ziyalılar çoxmillətli idi və öldürülənlər arasında polyaklarla yanaşı, ukrayın, belarus və aralarında Polşa yəhudi icmasının baş ravvini olan Baruç Steynberqin də olduğu yəhudilər vardı. Nasist Almaniyası 1943-cü ilin aprel ayında Katın meşəsində kütləvi məzarların kəşf edilməsi ilə bağlı ictimaiyyətə açıqlama verdi. Polşanın Londonda yerləşən mühacir hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tədqiqatın aparılmasını istədiyi vaxt Stalin onlarla diplomatik münasibətlərin kəsilməsi haqqında qərar qəbul etdi. SSRİ, kütləvi məzarlara görə nasistləri günahlandırdı və 1990-cı ilə qədər qırğınların SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən törədilməsi faktını inkar etdi, eləcə də rəsmi şəkildə üzr istəmədi. SSRİ Baş Prokurorluğu (1990–1991) və Rusiya Federasiyası (1991–2004) tərəfindən aparılmış təhqiqatların nəticəsində SSRİ-nin qırğınlarda məsuliyyət daşıdığını təsdiqləndi. Buna baxmayaraq, hadisələri müharibə cinayəti və kütləvi qətl olaraq qəbul etməkdən imtina etdi.
Kutun mühasirəsi
Qut-ül Amarə mühasirəsi (Birinci Qut döyüşü) — I Dünya Müharibəsinin Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşüdür. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu Bağdadın 160 km cənubunda Küt qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfər təşkil etmişdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə aparılmışdır. == Başlanğıc == General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. == Mühasirə == Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. === Kömək cəhdləri === İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. === Şeyx Səəd döyüşü === İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Malhun Xatun
Malhun Xatun, Mal-xatun və ya Qəməriyyə xatun (оsmanlı türkcəsi: مال خاتون‎, türkcə: Malhun Hatun) (XIII əsr — 1324, Bursa, Osmanlı imperiyası) — Osmanlı imperatorluğunun qurucusu I Osmanın həyat yoldaşı, imperiyanın ikinci sultanı I Orxanın anası. "Osman Qazinin yuxusu" əfsanəsinin qəhrəmanı. Osman bəylə 1280-ci ildə ailə həyatı quran və 40 il kimi uzun bir müddətdə onunla evli qalmış olan Malhun Xatun bu evlilikdən 1281-ci ildə Osman bəyin ilk oğlu olan və vəliəhd xəttində birinci sırada duran Orxan Qazini və ondan sonra anadan olan 4 bəyi və 1 xatunu dünyaya gətirmişdir. 1324-cü ildə Osman bəyin vəfatından sonra Orxan bəy Osmanlı bəyliyinin ikinci başçısı seçilmişdir. Beləliklə, Malhun Xatun Osman bəyin anası Həlimə Xatundan sonra Osmanlı imperiyasının ikinci validə sultanı olmuş, lakin Orxan bəy sultan olduğu zaman həyatda olmadığı üçün sağlığında bu adı qazana bilməmişdir. Haqqında məlumatın az olması Osmanlı mənbələrinin, sənədlərinin itməsi, azalması, 1402-ci ildə Osmanlı imperiyasına doğru yürüş edən Teymurilər dövlətinin başçısı Əmir Teymurun istilası zamanı Osmanlı mənbələrinin yandırılması və s. səbəblərlə əlaqələndirilir. Malhun Xatun Osmanlı xanədanında qədim və önəmli bir yerə sahibdir. == Həyatı == Malhun Xatunun həyatı və kimliyi haqqında heç bir məlumat yoxdur. İlk Osmanlı mənbələrində onun adı "Mal Xatun" və ya "Malhun Xatun" olaraq yazılmışdır və ondan tez-tez Osman bəyin həyat yoldaşı, Şeyx Ədəbalının qızı və Orxanın anası kimi bəhs edilir.
Mama xatun
Mama xatun — Saltuklu bəyliyinin hökmdarı. == Həyatı == Malazgirt zəfərindən sonra Anadoluda qurulan Türk bəyliklərindən biri olan Saltuklulardan II İzzəddin Saltukun qızıdır. Uzun müddət idarəni əlində tutan böyük qardaşı Nasırəddin Məhəmmədin ardından 1191-ci ildə Saltuklu bəyliyinin başına keçdi. Böyük qardaşı və yetişkin qardaşı oğlanları varkən Mama xatunun bir qadın olarak başa keçməsi, əski Türk həyatında qadının toplumdakı yerini müsəlman olduqdan sonra da qoruduğunu göstərməktədir. Mama xatun Ərəb dilli qaynaqlarında “Ərzurum sahibəsi” olaraq göstərilməkdədir. Səlahaddin Əyyubi Suriyadan şimala doğru yayılma siyasəti izləyirdi. Türkmən bəylərini itaət altına almaya çalışırdı. Bu məqsədlə qardaşı oğlu Məyyafarikin hakimi Tağıyyəddin Ömərə yeni vəzifə verdi. Tağıyyəddin, Əxlatşahlara aid torpaqlardaki Xanini 1191-ci ildə işgal etdi və Əxlatşah Seyfəddin Bəgtəmiri yenilgiyə uğratdı. Bundan cəsarət alaraq Əxlat üzərinə yürüyüb şəhəri mühasirə etdiysə də, bacarıqlı ola bilmədi.
Mara Xatun
Mara Brankoviç və ya Mara Dəspinə Xatun (d. 1416 — ö. 14 sentyabr 1487) — Serbiya despotu Corc Brankoviçin qızı və 6. Osmanlı padşahı II Muradın hərəmlərindən biridir. == Həyatı == 1435-ci ildə saraya gələn Mara Xatunun II Muradla olan evliliyindən övladı olmadı. Ancaq Şahzadə Mehmedin anası Hüma Xatunun gənc yaşda vəfat etməsinin ardından kiçik şahzadənin tərbiyəsilə Mara Xatun maraqlandı. Evlənməsinə baxmayaraq dinini dəyişməyən Mara Xatun 1451-ci ildə II Muradın vəfatı ilə dul qaldı və xüsusi icazəylə ömrünün sonuna qədər Serbiyadakı bir monastıra çəkildi. Ancaq ögey oğlu II Mehmedlə əlaqələrini heç vaxt kəsmədi. Ögey oğlunun səltənətinin ilk illərində Bizans imperatoru XI Konstantin ilə evlənmə məsələsi ortaya çıxsa da, Konstantinopolun fəthindən sonra bu təklif aradan qalxdı. 1463–1479 Osmanlı-Venesiya müharibəsi əsnasında vasitəçilik etdi.
Mehri Xatun
Mehri Xatun (türk. Mihrî Hatun; 1460 - 1514) — türk şairəsi. == Həyatı == Əsl adı Mehrinnisa, yaxud Xeyrünnisa olan Mehri Xatun bun-dan beş əsr yarım öncə 1460-cı ildə Osmanlı imperiyasının Amasya şəhərində dünyaya göz açmışdır. Onun atası Amasya qazısı Həsən Amasyəvi (Mehmet Çələbi) tanınmış şair olmuş, Bəlayi təxəllüsü ilə şeirlər yazmışdır. Babası Şücaəddin Pir İlyas isə tanınmış xəlvəti şeyxi idi. Mehri Xatun ailəsinin imkanları sayəsində yaxşı ev təhsili almış, atasından ərəb və fars dillərini, ədəbiyyat nəzəriyyəsini, Şərq şeirinin poetik sistemini, məşhur şairlərin yaradıcılığını, öz dövrünün elmlərini öyrənmişdir. Gənc Mehri fövqəladə gözəlliyi və dərin biliyi ilə dillərə dastan olmuş, hətta məşhur səyyah Övliya Çələbinin diqqətini özünə cəlb etmişdir. O, Mehrinin savadı haqqında yazmışdır: “Yetmiş cild kitabi-mötəbəri hifz edib cümlə üləmanı mübahiseyi-ulüm və fünunda aciz qoymuşdur.” Bu qabiliyyəti sa-yəsində Mehri Xatun yerli saray çevrəsinə daxil ola bilmişdir. Osmanlı ənənəsinə görə, şahzadələr gənclik illərində idarəçilik və dövlətçilik təcrübəsi əldə etmək üçün Amasyada və ya Manisa-da valilik edirdilər. Ona görə də Bursa, Ədirnə və İstanbul kimi Osmanlıya paytaxt olmuş şəhərlərdən kənаrda yerləşən bir sıra iri əyalət mərkəzlərində, o cümlədən Amаsyada və Manisada da ədəbi mühitlər yaranmış, ədəbiyyat inkişaf etmişdir.
Möminə Xatun
Möminə Xatun (v. 1175, Naxçıvan) — Səlcuqlu sultanı II Toğrulun həyat yoldaşı olmuşdur. II Toğruldan Arslan adlı bir oğlu olmuşdur. 1135-ci ildə II Toğrulun ölümündən sonra hakimiyyətə keçən Sultan Məsud onu Şəmsəddin Eldəniz ilə evləndirmişdir. Şəmsəddin Möminə Xatunla evlənmədən öncə, oğlu Arslanın atabəyi olduğu dövrdə də onun etimadını qazanmış, onun məsləhətlərini nəzərə alaraq saray çəkişmələrinə qarışmamışdır. Möminə Xatunun ikinci evlilikdən iki oğlu — Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan və adı bilinməyən bir qızı olmuşdur. Hakimiyyət işlərində hər iki ərinə məsləhət verən bu xanım həmçinin Şəmsəddinin oğlu Arslanla münasibətlərində vasitəçi rolu oynayaraq ara müharibələrin qarşısını almışdır. 571-ci il rəbiüləvvəl ayının ortalarında (19.09.-18.10.1175) ərindən bir ay əvvəl Naxçıvanda vəfat etmişdir. Şəmsəddin Eldəniz onun qəbri üstündə məqbərə tikdirməyə başlamış, lakin bu işi oğlu Məhəmməd Cahan Pəhləvan tamamlamışdır. Salnaməçi Sədrəddin əl-Hüseyni "Əxbar əd-doulət əs-Səlcuqiyyə" ("Səlcuqilə dövləti haqqında məlumat") əsərində onun haqqında qeyd edirdi: Möminə xatun həmişə Şəmsəddin Eldənizi ölkə səyahətlərində müşayiət edirdi; dövlət əhəmiyyətli məsələlərin həllində onun fikri ilə hesablaşırdılar.
Narınc Xatun
Narınc Xatun Cəfərova — Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi, Aşıq Pəri Məclisinin qurucularından. == Həyatı == Cəfərova Narınc Əvəz qızı 1930-ci il yanvar ayının 1-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuşdur. == Yaradıcılığı == İlk şeirləri orta məktəb illərində yerli mətbuatda dərc edilmişdir. Aşıq Mikayıl Azaflı ilə birlikdə "Azaflı və Narınc Xatun dastanı" yaradıblar. Şairin "Burla xatun nəvəsiyəm" adlı şeyirlər toplusu 2002-ci ildə işıq üzü görüb. Kitaba Narınc Xatunun müxtəlif illərdə qələmə aldığı şerlər, eləcə də görkəmli saz və söz ustadı Aşıq Mikayıl Azaflı ilə birgə yaratdıqları "Azaflı və Narınc Xatun dastanı" daxil edilib. == Fəaliyyəti == XX əsrin sonlarına yaxın Narınc Xatun Aşıq Pərinin xatirəsini yaşatmaq üçün “Aşıq Pəri” yaradıcılıq məclisini yaratmışdır. Narınc Xatun uzun illər Azərbaycan Aşıqlar Birliyinin nəzdindəki "Aşıq Pəri" məclisinə rəhbərlik edib. == Kitabları == "Burla xatun nəvəsiyəm", Bakı: "Pedaqogika" nəşriyyatı, "Qızıl Şərq" mətbəəsi, 2004-cü il, 232 səh.. "Mən xalqımın aşiqiyəm" şeirlər,dəyişmələr, bayatılar, dastanlar.
Nigar Xatun
Nigar Xatun (1450 – mart 1503, Antalya) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. == Həyatı == Doğum tarixi dəqiq olmasa da, ilk övladı Ayşə Sultanın doğum tarixinə əsasən, 1450-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1465-ci ildə Ayşə Sultanı, 1467-ci ildə Şahzadə Qorqudu, 1468-ci ildə isə Fatma Sultanı dünyaya gətirdi.1480-ci ildə oğlu Şahzadə Qorqud qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Ertəsi il padşahın vəfatının ardından əri II Bəyazid dərhal İstanbula yola düşdü və bu əsnada oğlu Şahzadə Qorqud atasının yerinə səltənət naibi olaraq taxta çıxarıldı. Əri II Bəyazidin taxta çıxmasından bir müddət sonra Nigar Xatun, sultanın digər ailə üzvləriylə birlikdə Amasya sarayından İstanbula köçürüldü. Burada şahzadə anası olaraq nüfuz sahibi olan Nigar Xatun günlük 50 axca maaş alırdı. Çox keçmədən 1483-cü ilin dekabrında oğlu Şahzadə Qorqud Manisa sancaqbəyi təyin edildi və Nigar Xatun da oğluyla birlikdə Manisaya yollandı.
Nilufər Xatun
Nilüfər Xatun (XIII əsr, Bizans imperiyası – XIV əsr, Osmanlı imperiyası) — Yarhisar Təkfurunun qızı, Orxan Qazinin xanımı və I Muradın anasıdır. == Həyatı == Əsl adı Holofiradır. Müsəlman olduqdan sonra "Nilüfər" adını almışdır. Orxan Qaziylə evləndirilmədən öncə Biləcik Təkfurunun oğluyla nişanlı idi. Osmanlıların Biləciyi ələ keçirməsi zamanı toy mərasiminə edilən basqınla əsir alındığı və Osman Qazi tərəfindən oğlu Orxan Qazi ilə evləndirildiyi söylənilir. Bursa və ətrafında inşa etdirdiyi məscidlər və elədiyi xeyriyyə işləri ilə xalq tərəfindən çox sevilmişdir. Qəbri Bursadakı Orxan Qazi türbəsinə dəfn edilmişdir. İznikdə öz adını daşıyan bir imarətxanası var.
Nəfisə Xatun
Nəfisə Mələk Sultan (1363, Bursa – 1400, Konya) — 3-cü Osmanlı sultanı Murad Hüdavəndigarın qızı. == Həyatı == Nəfisə Sultan 1363-cü ildə Bursada dünyaya gəldi. Atası Osmanlı sultanı Murad Hüdavəndigar, anası isə onun kənizlərindən biridir. Uşaqlıq illəri Bursada keçən Nəfisə Sultan 1378-ci ilin baharında Qaramanoğlu Ələddin Əli bəylə evləndirildi. Eyni mərasimlə qardaşı Şahzadə Bəyazid də Gərmiyanoğlu Süleyman bəyin qızı Dövlətşah Xatunla nigahlandı. Siyasi məqsədlərlə baş tutan bu nigahdan 3 oğlu dünyaya gələn Nəfisə Sultan evliliyi boyunca əriylə atası Murad Hüdavəndigar və qardaşı İldırım Bəyazid arasında vasitəçi rolunu oynadı. Əri Ələddin Əli bəyin Osmanlılara qarşı Anadolu bəyliklərini ayaqlandırması nəticəsində Osmanlı ordusu dəfələrlə Konyanı mühasirəyə almış, ancaq hər dəfə Nəfisə Sultan araya girərək tərəflər arasında sülhü təmin etmişdir. Bu səfərlərdən ən önəmlisi isə 1385 tarixli Qaraman səfəridir. Nəfisə Sultanın xahişiylə Konya qalası mühasirədən azad edilmiş, Ələddin Əli bəy Murad Hüdavəndigarın əlini öpərək yenidən Osmanlı təbəəliyini qəbul etmişdir. Ancaq Murad Hüdavəndigarın vəfatından sonra Ələddin Əli bəy yenidən Osmanlı hakimiyyətinə qarşı ayaqlandı.
Nənə Xatun
Nənə Xatun (1857, Ərzurum – 22 may 1955, Ərzurum) — qəhrəman türk qadını. 1955-ci ildə BMT tərəfindən ilin anası seçilmişdir. == Həyatı == Nənə Xatun 1857-ci ildə Ərzurumda anadan olub. 1877-ci il noyabrın 8-dən 9-na keçən gecə, Osmanlı vətəndaşı olan erməni silahlı dəstələri Ərzurumun Əziziyə hərbi qarnizonundakı türk əsgərlərini yuxudaykən hamısını qılıncdan keçirirlər. Nəticədə səhər hücuma keçən rus əsgərləri heç bir çətinliklə qarşılaşmadan qarnizonu tuturlar. Bu xəbəri eşidən ərzurumlular silahı olan silahını, silahı olmayan isə balta, bel, yaba ilə silahlanıb qarnizona doğru hərəkət etdilər. Onların arasında Nənə Xatun da var idi. Qarnizonu ələ keçirən rus əsgərləri, gələnlərə atəş açır. Atəşə məhəl qoymayan caamat dəmir qapını sındırır və əlbəyaxa vuruş başlayır. Rus ordusu, baltalı-yabalı xalq qarşısında ancaq yarım saat tab gətirə bilir və 2300-ə yaxın itki verən rus və ermənilər qarnizondan qaçır.
Padişah Xatun
Padişah Xatun və ya digər adı ilə Səfvatəddin Xatun (1256 – 1295)- Kirman Qaraxitaylar sülaləsinin üzvü, 1292-1295-ci illərdə Kirman hökmdarı == Həyatı == Padişah Xatun XIII əsrdə Qütbəddin Məhəmmədlə Kirmanlı Qutluq Türkanın kiçik qızı olaraq dünyaya gəlmişdir. Mənbələrə görə o, atası sərhəd savaşlarında iştirak edərkən dünyay gəlmişdi. Qardaşları arasında böyüdülən Padişah Xatun təhlükəsizliyinin qorunması məqsədilə hətta yüksək təbəqədən belə gizli tutulmuşdu. Deyilənə görə onun qız olmasını belə çox az adam bilirmiş. 1265-cı ildə anası Qutluq Türkan Abaqa xanın tacqoyma mərasimində iştirak edir və beləliklə Padişah xatuna Sircan bəyliyi verilir. 1272-ci ilin may ayının 22-də o Abaqa xanla evləndirilir. Evliliyin əsas məqsədi Monqol dəstəyini almaq idi. O xanın anası Yəsunəçinin yanına göndərilmişdi. Yəsunəçinin ölümündən sonra isə onun ordusunun başına keçmişdi. Padişah Xatun anası Qutluq Türkanın hakimiyyətinin güclənməsində mühüm rol oynamış, qardaşları Müzəffərəddin Həccac və Suyurqətmişə qarşı anasını dəstəkləmişdi.
Quti Xatun
Quti Xatun — Elxanilər dövlətinin qurucusu Hülaku xanın arvadı. Hülaku xanın yeddinci oğlu Elxanilərin üçüncü hökmdarı (1282-1284) Əhməd Təkudar xanın anasıdır. Konkurat (monqol) qəbiləsindəndir. Qarabağlar türbəsi onun şərəfinə inşa edilmişdir.
Qutuy Xatun
Qutuy Xatun — Elxanilər dövlətinin qurucusu Hülakü xanın arvadı və 1284-cü ildən 1284-cü ilə qədər Elxanilər dövlətini idarə etmiş Əhməd Təkudar xanın anası. O, oğlunun hakimiyyəti illərində dövlət məsələlərində mühüm sözə sahib olmuşdur. Qarabağlar türbə kompleksinin bir hissəsi onun xatirəsinə ucaldılmışdır. == Həyatı == O, ata tərəfdən Konqratlar tayfasına, ana tərəfdən isə Çingiz xanın soyuna mənsubdur. Onun anası Çingiz xanın nəvəsi olmuşdur. O, dini etiqad etibarilə Nestorian xristian idi. Hülakü xan onunla Güyük Xatunun ölümündən sonra evlənmişdi. O, Hülakü xanın Monqolustanda qalan qohumlarının Elxanilər dövlətinə gəlişlərinin ikinci dalğasında onun yanına gəlmişdir. O, 1265-ci ildə əri ilə görüşməyə gedərkən Hülakü xan vəfat etmişdir. Ona bu məlumat Bədəxşanda (müasir Tacikistan) olarkən, Hülakü xanın varisi Abaqa xan tərəfindən çaldırılmışdı.
Raziyə xatun
Sultan Raziyə bəyim (Farsca/Urduca: رضیہ سلطانہ, Hindcə: रज़िया सुल्ताना), (1205–1240), Dehli sultanlığının sultanı, (1236–1240) şairə. İlk qadın sultan == Həyatı == İspaniyadan İndoneziyaya qədər üç kontinentin ərazisində yerləşən bütün müsəlman ölkələri üçün taxta çıxan ilk qadın Dehli türk müsəlman dövlətinin sultanı Raziyə xatın olmuşdu. Bu dövlətin hökmdarı Şəmsəddin Eltutmuş (1211–1236) taxtın varisliyini bu yolla (varislik) taxta malik olmuş yeganə müsəlman qadın olan qızı Raziyə xatına vermişdi. Sultanın hakimiyyəti hədd-buluğa çatmış oğulları ola-ola qızına verməsi ilə bağlı ətrafdakıların etirazına cavab olaraq o söyləmişdi ki, oğlanları əksər vaxtını sərxoşluqla və eyş-işrətdə keçirir, onlardan heç biri dövləti idarə etmək səviyyəsində deyil. Raziyə isə hökmdara məxsus olan ən gözəl keyfiyyətlərə malik idi: cəsur döyüşçü, elm adamlarını sevən, onların qayğısına qalan bir insan idi. Sultan Eltutmuşun ölümündən sonra Raziyə xatın müvəqqəti olaraq taxtan salındı. Hakimiyyətə qayıtdıqdan sonra o, birinci növbədə taxt iddiasında olan və digər qardaşını öldürmüş qardaşı ilə hesablaşdı. Raziyə xatın hamının unutmuş olduğu yaxud qardaşının hökmdarlıq etdiyi dövrdə əməl olunmayan Şəmsiyyə sülaləsinin ənənələrini və qaydalarını bərpa etdi və məhkəmə işlərini öz əlinə aldı. Rəiyətinə qarşı o, daha rəhmdil idi. Onun hökmdarlığının ilk illərində tökülən sikkələrdə o, "Umdat annisvan mələkə – i zaman sultan Raziyyə binti Şəmsəddin Eltutmuş" ("Qadınların həmdəmi, dövrünün hökmdarı sultan Raziyə, Şəmsəddin Eltutmuşun qızı") titulunu həkk etdirməyi əmr etmişdi.
Savin-le-Lak (кантон)
Savin-le-Lak (fr. Savines-le-Lac) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0521. Savin-le-Lak kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Savin-le-Lak kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 1 911 nəfər təşkil edirdi.