Nigar Xatun (1450 – mart 1503, Antalya) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından.[1][2][3]
Nigar Xatun | |
---|---|
osman. نگار خاتون türk. Nigâr Hatun | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1450 |
Vəfat tarixi | mart 1503 |
Vəfat yeri | Antalya sancaqbəyliyi, Osmanlı imperiyası |
Dəfn yeri | Yivli minarə məscidi, Antalya sancaqbəyliyi |
Həyat yoldaşı | II Bəyazid |
Uşaqları |
Ayşə Sultan Şahzadə Qorqud Fatma Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Doğum tarixi dəqiq olmasa da, ilk övladı Ayşə Sultanın doğum tarixinə əsasən, 1450-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1465-ci ildə Ayşə Sultanı, 1467-ci ildə Şahzadə Qorqudu, 1468-ci ildə isə Fatma Sultanı dünyaya gətirdi.
1480-ci ildə oğlu Şahzadə Qorqud qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Ertəsi il padşahın vəfatının ardından əri II Bəyazid dərhal İstanbula yola düşdü və bu əsnada oğlu Şahzadə Qorqud atasının yerinə səltənət naibi olaraq taxta çıxarıldı.
Əri II Bəyazidin taxta çıxmasından bir müddət sonra Nigar Xatun, sultanın digər ailə üzvləriylə birlikdə Amasya sarayından İstanbula köçürüldü. Burada şahzadə anası olaraq nüfuz sahibi olan Nigar Xatun günlük 50 axca maaş alırdı. Çox keçmədən 1483-cü ilin dekabrında oğlu Şahzadə Qorqud Manisa sancaqbəyi təyin edildi və Nigar Xatun da oğluyla birlikdə Manisaya yollandı. 1502-ci ilədək burada oğluyla birlikdə qalan Nigar Xatun onun Antalyaya təyinin ardından onunla birlikdə Manisanı tərk etdi. Bu əsnada paytaxta - Sultan Bəyazidə yazdığı və oğlunun taxt sancağı sayılan Manisadan sürgün edilməsindən şikayətləndiyi məktubları günümüzədək gəlib çatmışdır.
Ancaq oğlunun Antalyaya təyin edilişindən bir il sonra - 1503-cü ilin martında burada vəfat etdi. Cənazəsi Yivli minarə məscidinin həyətində öz adına inşa etdirdiyi türbəyə dəfn olundu. Türbəsi 1961-ci ildə restavrasiya edildi. Vəfatından sonra oğlu Şahzadə Qorqud Antalyada anasının adına bir çox xeyriyyə işləri gördü.