Hüsnüşah Xatun

Hüsnüşah Xatun (1454, Qaramanoğulları bəyliyi1513, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından.[1][2][3][4][5][6]

Hüsnüşah Xatun
osman. حُسن شاہ خاتون
Şəxsi məlumatlar
Doğum tarixi 1454
Doğum yeri
Vəfat tarixi 1513
Vəfat yeri Bursa, Osmanlı imperiyası
Dəfn yeri Muradiyə külliyəsi, Bursa
Fəaliyyəti əsilzadə
Atası Qaramanlı Nasuh bəy
Həyat yoldaşı II Bəyazid
Uşaqları Şahzadə Şahənşah
Sultanzadə Sultan
Ailəsi Osmanlı xanədanı

Hüsnüşah Xatun 1454-cü ildə dünyaya gəldi. Atası İçəl sancaqbəyi Qaramanlı Nasuh bəy, Qaramanoğlu II İbrahim bəyin qızının nəvəsi idi. Pir Əhməd bəy və Əbdülkərim bəy adlı 2 qardaşının olduğu məlumdur. Qaramanoğulları ilə bağlanan süh sazişlərindən birinə əsasən, Fateh Sultan Mehmedin böyük oğlu və o əsnada Amasya sancaqbəyi olan Şahzadə Bəyazidlə evlənmişdir. Ancaq bəzi vəqf sənədlərində "Əbdülcəlil qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı iddia edilir. 1474-cü ildə Şahzadə Şahənşahı, 1475-ci ildə isə Sultanzadə Sultanı dünyaya gətirdi. Ancaq qızı uşaq yaşlarında vəfat etmişdir.

Manisada inşa etdirdiyi Hatuniyə məscidi

1480-ci ildə oğlu Şahzadə Şahənşah qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından oğlu Şahzadə Şahənşah Manisa sancaqbəyi təyin edildi və Hüsnüşah Xatun oğluyla birlikdə Manisaya yollandı. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla əri II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı.

1483-cü ildə isə oğlunun Qaraman sancaqbəyi təyin edilməsiylə, onunla birlikdə Konyaya yollandı. Oğlunun edamına qədər burada qalan Hüsnüşah Xatun ManisaKonyada bir çox xeyriyyə işləri görmüşdür. 1490-cı ildə Manisada bir məscid, 1497-ci ildə isə Kurşunlu Han adlı karvansara inşa etdirmişdir. Vaxtilə öz ailəsi tərəfindən idarə edilən Konyada müxtəlif vəqflərə ianələrlə yardım etmişdir.

Ancaq oğlunun 1511-ci ildə müəmmalı şəkildə ölümündən sonra Bursaya köçən Hüsnüşah Xatun qalan ömrünü burada yaşadı. Bəzi mənbələrdə oğlunun edam edildiyi qeyd edilsə də, bu iddia doğru deyil. Belə ki, Şahzadə Şahənşahın ani ölümündən sonra atası Sultan Bəyazid dərin kədərə boğulmuş, bu hadisənin ardından taxtı böyük oğlu Şahzadə Əhmədə təhvil vermək niyyətinə gəlmişdir. Beləcə, Yavuz Sultan Səlim səltənətinin ilk illərini də əhatə edən uzun taxt mübarizəsi başlamış oldu.

Oğlunun vəfatından sonra çox yaşamayan Hüsnüşah Xatun 1513-cü ildə Bursada vəfat etdi və cənazəsi Muradiyə külliyəsinə dəfn edildi.

  • Uluçay, Mustafa Çağatay (2011). Padişahların kadınları ve kızları. Ankara: Ötüken. ISBN 978-9-754-37840-5
  • Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
  • Ahmed Akgündüz, Said Öztürk (2011). Ottoman History: Misperceptions and Truths. Oxford University Press. ISBN 978-9-090-26108-9
  1. Anthony Dolphin Alerson, The Structure of the Ottoman Dynasty
  2. "Arxivlənmiş surət". 2006-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-05-02.
  3. Leslie P. Peirce (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire Arxivləşdirilib 2022-07-05 at the Wayback Machine. Oxford University Press. pp. 106–107. ISBN 978-0-195-08677-5.
  4. https://web.archive.org/web/20060502150908/http://www.4dw.net/royalark/Turkey/turkey6.htm
  5. Anthony Dolphin Alerson (1956). The Structure of the Ottoman Dynasty Arxivləşdirilib 2014-07-07 at the Wayback Machine. Clarendon Press.
  6. "Arxivlənmiş surət". 2018-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-06.