Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaqum
Qaraquyruq gəlincik və ya Qaqum (lat. Mustela erminea) — dələkimilər fəsiləsinə, Gəlincik cinsinə aid və Azərbaycanda nəsli kəsilmək üzrə olan heyvan növü. Ölçüləri xırdadır: erkəklərin çəkisi 104 - 150 qr, dişilərinki 50 - 280 qr, bədənin uzuznluğu uyğun olaraq 20 - 40 və 17 - 27, quyruq 6.5 - 12 və 5.5 - 10.5 qulaq 1.5 - 2.4 və 1.4 - 2.3 sm-dir. Ölçülərində cinsi dimorfizm aşkar görünür. Bədəni uzunsov formalı və qısa ayaqlar üzərindədir. Xarici görünüşcə oxşar olan gəlincikdən daha iri ölçüləri, uzun quyruğu və ucunun qara olması ilə fərqlənir. Baş qısadır, girdə qulaq seyvanları vardır. Qışda xəzi sıxdır və qatı ağ rəngdədir (bəzən qarın hissəsi sarımtıl olur), yayda bəzən bədənin üst hissəsi qəhvəyi alt hissəsi ağ olur. Caynaqlar açıq rəngli və itidir. Qafqazda xırda ölçüləri və yay xəzinin kərpici-qəhvəyi rəngi ilə fərqlənən M. (M.) e.
Qarum
Qarum — Qədim Romada yeməklərin dadlandırılması üçün istifadə edilmiş yemək sousu. Balıq sousu olaraq bilinən qarumun cinsi aktivliyi yüksəldən afrodizyak tərkibli olduğu ehtimal edilməkdədir. Qədim Romada daha geniş yayılmasına baxmayaraq, qarumdan Qədim Yunanıstanda da istifadə edilmişdir. Əsasən tuna və ilan balqılarının daxili orqanlarının duzlanması ilə hazırlanan qaruma şərab, sirkə, qara istiot, yağ və duz kimi əlavələr edilirdi. Qarum təkcə yeməklərin hazırlanmasında yox eyni zamanda dərman və dərinin cavan saxlanılması üçündə istifadə edilmişdir.
Qasım
Qasım — kişi adı. Qasım Qasımov Qasım Qasımov (mühəndis) Qasım Qasımov (siyasətçi) Qasım Qasımov (repressiya qurbanı) Qasım Abdullayev (xanəndə) — xanəndə. Qasım Rzayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Qasım İsmayılov — Azərbaycan siyasətçisi Xəstə Qasım — XVIII əsr Azərbaycan aşığı.
Keit Qasım
Keit Qasım — Hamrin bölgəsində (Mərkəzi Mesopotamiya) eramızdan əvvəl 5-ci minilliyin birinci yarısından başlayaraq üçlü yaşayış təbəqəsinə malik arxeoloji abidə.
Məşədi Qasım
Məşədi Qasım Hacı Kərim oğlu (1863, Daşkənd, Yeni Bəyazid qəzası – 1921, Şuşa) — erməni daşnaklarına qarşı vuruşan xalq qəhrəmanı, sərrast gülləatan. Məşədi Qasım 1863-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edib. Göyçədən Qarabağa gəlib, laçınlı Sultan bəylə bərabər ermənilərə qarşı döyüşüb. Bir neçə il Sultan bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə Göyçəyə qayıdarkən Şuşada vəfat edib və orada da dəfn olunub. Qardaşı Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra oğlu Fəzi əmisi Kərbəlayi Əmrahla yenidən dədə-baba yurduna qayıdıb. Məşədi Qasımın nəvələri, nəticələri və digər qohumları hazırda Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayırlar. 11-ci sinif "Azərbaycan tarixi" dərsliyində: Göyçə mahalının kəndləri də daşnak quldur dəstələrinin hücumlarına məruz qalırdı. Həmin mahalın Daşkənd kəndinin sakini Məşədi Qasım kişi erməni quldurlarına qarşı mübarizədə ad qazanmışdı.
Qasim xanlığı
Qasım xanlığı (tatar. Qasím xanlığı/Касыйм ханлыгы, tatar. Qasím patşalığı/Касыйм патшалыгы, rus. Касимовское ханство / Qasimov xanlığı, rus. Касимовское царство / Qasimov çarlığı; 1452–1681), Oka çayının şimal sahilində Ryazan şəhəri yaxınında bugünkü Kasimovda Moskva knyazlığınin himayəsi altında Qasım xan tərəfindən qurulmuş türk dövləti. Xanlıq adını ilk xanı olan Qasım xandan almışdır. 1445–1681 illəri arasında mövcud olan dövlət müxtəlif xanədanlara mənsub olan xanlar tərəfindən idarə olundu. Dövlət 1506-cı ildən bəri Rusiyaya tabe idi. 1679-cu ildə sonuncu xan Seyyid Burhanın ölümündən sonra iki il Fatma Sultan Bikə tərəfindən idarə olunsa da onun ölümü ilə xanlıq tamamilə Rusiya tərəfindən ilhaq edildi. Sözügedən dövlətin xanları, aid olduqları xanədanlar ilə birlikdə aşağıda təqdim olunur: Kazan xanları xanədanı: Kasım (1445–1468) Danyal (1468–1486) (Osmanlı dövlətinə tabe) Krım xanları xanədanı: Nur Devlet (1486–1491) Satılgan (1491–1506) Canbay (1506–1512) Qızıl Orda xanları xanədanı: Seyyid Evliya (1512–1516) Şah Əli (1516–1519) Can Əli (1519–1532) Şah Əli (yeniden, 1532–1567) Sayın Bulat (1567–1573) Mustafa Əli (1573–1600) Qazax xanədanı: Uraz Məhəmməd — 1600–1610 Sibir xanları xanədanı: Alp Arslan (1610–1627) Seyyid Burhan (1627–1679) Fatma Sultan Bikə (1679–1681) Вельяминов-Зернов В. В. Исследование о касимовских царях и царевичах.
Qasım Abdullayev
Qasım Abdullayev (xanəndə) — xanәndә. Qasım Abdullayev (mühəndis) — Texnika elmləri doktoru, “Şöhrət” ordeni laureatı.
Qasım Abdullazadə
Qasım Amanjolov
XX əsrdə türk xalqlarının ədəbiyyatı coşqun bir vüsətlə inkişaf etmişdir. Bu əsrin gətirdiyi böyük inqilablar, sosial təlatümlər, milli çalxantılar, ikinci dünya savaşı xalqların və ədəbiyyatların taleyinə öz silinməz damğasını vurmuşdur. Bizim bucaqdan baxdıqda, üç qitədə ucsuz-bucaqsız torpaqlara hakim olan, dünyanın super qüvvələrindən biri sayılan böyük Osmanlı imperiyasının tənəzzülü dünya türkləri tərəfindən milli bir fəlakət kimi qəbul edilmişdir. Eynən Osmanlı kimi ərazicə azman, əhalicə çoxmillətli Rusiya imperiyası da I dünya müharibəsində məğlub olmuş, torpaqlar itirmiş, üstəlik, amansız vətəndaş müharibəsi yaşamış, lakin Osmanlı kimi parçalanmamışdır. Ruslar bolşevik inqilabı sayəsində öz imperiyalarını qoruyub saxlaya bilmiş, "on beş respublikanın könüllü birliyi" şəklində, Sovet İttifaqı adı altında ehya etmişlər. Sovet rejimi türk xalqlarını imkan daxilində bir-birindən ayırmağa, yadlaşdırmağa çalışdı. Bunun üçün çoxlu süni ideyalar icad etdi, hər türk ləhcəsini ayrı ədəbi dilə çevirdi, əlifbaları dəyişdirdi, dilləri bir-birindən uzaqlaşdırdı, nəhayət, milli şüurun daşıyıcısı olan türk ziyalılarını fiziki cəhətdən məhv etdi. Türk xalqlarının yeganə qazancı isə orta və ali məktəblərin yaranması, kütləvi savadlanma, yeni ziyalı zümrəsinin meydana çıxması, saysız-hesabsız eybəcər sapıntılara baxmayaraq öz milli mədəniyyətini, o cümlədən ədəbiyyatını inkişaf etdirmək oldu. XX əsrin birinci yarısında sovet türk respublikalarında bir-birindən parlaq ədəbi simalar yetişdi. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Qafur Qulam, Aybək, Zülfiyyə, Berdi Kerbabayev, Qara Seyitliyev, Muxtar Övezov … kimi nəhəng sənətkarlar ortaya çıxdı.
Qasım Gül
Qasım Kazım oğlu Gül (31 dekabr 1909, Şamaxı – 30 may 1972, Bakı) — görkəmli coğrafiyaşünas, Azərbaycanda okeanologiya məktəbinin banisi, coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, həm də şturman, kapitan, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim. 50-dən artıq kitab, monoqrafiyanın müəllifi və həmmüəllifi və yüzlərlə jurnal, qəzet məqaləsinin müəllifi olan Qasım Gül Xəzər dənizinin ekologiyası və balıq ehtiyatlarının ehtiraslı müdafiəçisi kimi də xüsusi nüfuz qazanıb. Qasım Gül 31 dekabr 1909-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. Tam adı Ağaqasım Kazım oğlu Güləhmədovdur və ata tərəfindən şəcərəsi Şirvan hakimi olmuş (1792- -1820)) Mustafa xana gedib çıxır. 1918-ci ildə ermənilər tərəfindən xarabaya çevirmiş Şamaxıdan qaçqın düşən Güləhmədovlar ailəsi 1919-cu ildə Bakıya gəlir və balaca Ağaqasım Xəzər dənizçiliyinin yunqa məktəbində (1920–1923) təhsil alır. 1924-cü ildə Ağaqasım Güləhmədov Bakı dəniz texnikumuna daxil olur. Bakı dəniz texnikumunu bitirdikdən sonra o, bir müddət öz doğma dənizçilər məktəbində rəis müavini vəzifəsində işləmiş (artıq Gül soyadı ilə) və Xəzər dənizçiliyinin "Yakov Zevin", "Çiçerin" gəmilərində, "Port Pəhləvi" (İran balığı) paroxodunda, Sovet ticarət donanmasının Qara dənizdəki "Lus" paroxodunda kapitan köməkçisi vəzifəsində üzüb. 1930-cu ildə Gül Leninqrad Dəniz Nəqliyyatı Mühəndisləri İnstitutuna göndərilir və o, bu sahədə respublikamızın yeganə nümayəndəsi olur. Gəmi sürücülüyü üzrə mühəndis-pedaqoq əla diplomu ilə geri dönür və 24 yaşında Bakı dəniz texnikumuna (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası) ilk azərbaycanlı (o zamanlar türk) rəis təyin edilir. Özünün gənc olmasına baxmayaraq qısa müddət ərzində Q.Gül çox böyük uğurlar qazanır, milli dəniz kadrlarının hazırlanması üçün müəssisəsinin tarixində ilk dəfə türk (Azərbaycan) dilində tədris qrupunu yaradır.
Qasım Hacıyev
Qasım Əhəd oğlu Hacıyev — Azərbaycan MEA A. A. Bakıxanov adına Tarix İnstitutu Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Əhəd oğlu Hacıyev 1950-ci ildə Bərdə rayonunun Hacallı kəndində anadan olmuşdur. O, 1970–1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Tarix fakültəsini bitirmişdir. Q. Ə. Hacıyev 1974–1983-cü illərdə Bərdə rayonunun 1 saylı Hacallı kənd məktəbində müəllim, direktor müavini işləmişdir. Qasım Hacıyev 1984–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasında təhsil almışdır. O, 1990-cı ildə Kemerovo Dövlət Universitetinin İxtisaslaşdırılmış Müdafiə Şurasında "Şabran şəhərinin şüşə məmulatı (IX–XVII əsrlər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Qasım Hacıyev 1990–1997-ci illərdə Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunda elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, 1997-ci ildən Tarix İnstitutunda aparıcı elmi işçi, 2003-cü ildən isə "Qarabağ tarixi" şöbəsinin müdiri şöbə müdiri vəzifələrində işləmişdir. Qasım Hacıyev 2000-ci ildə "Bərdə şəhərinin tarixi (e.ə. III-b.e. XVIII əsri)" adlı monoqrafiyasını yazıb nəşr etdirmişdir.
Qasım Hüseynov
Qasım Hüseynov (kimyaçı)
Qasım Kərimov
Kərimov Qasım Məmməd oğlu (10 may 1930, Gəncə, Gəncə dairəsi – 18 may 2016, Moskva) — Tarix elmləri doktoru, professor. Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının dinşünaslıq kafedrasının professoru. Kərimov Qasım Məmməd oğlu 1930-cu il mayın 10-da Azərbaycan Respublikasının Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. Orta məktəbi bitirib, 1948-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub. Hələ yeniyetmə vaxtında Şərq ölkələrinin tarixinə və mədəniyyətinə böyük maraq göstərib. Atası oğlunun təkidli xahişlərini nəzərə alıb ona ərəb dilinin əsaslarını öyrədib. Bunun nəticəsində gənc tələbə universitetin iki fakültəsini seçib: günün birinci yarısında filologiya (ərəb, fars və ingilis dillərini öyrənib), axşamlar isə şərqşünaslıq fakültəsinin məşğələlərinə gedib. Xarici dillərə, hər şeydən əvvəl ərəb və fars dillərinə maraq az qala Q.Kərimovun peşə taleyində xəyalına gətirmədiyi dönüş nöqtəsi olacaqdı: hələ üçüncü kursda oxuyarkən onu Moskvada Xarici Dillər Hərbi İnstitutuna keçməyə və Sovet Ordusunun peşəkar zabiti olmağa yönəldirdilər. Universiteti bitirdikdən sonra Q.Kərimov həqiqi hərbi xidmətə çağırılıb, orada gənc leytenant-poliqlot iki il əvəzinə beş il xidmət edib. 1959-cu ildə sovet ordusunun hərbi qulluqçularının sayı 1 milyon 200 min nəfər azaldılmasaydı, onun xidmətdə hələ nə qədər qalacağını demək çətindir.
Qasım Mustafayev
Qasım Mustafayev - Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi. Mustafayev Qasım Əli oğlu Qərbi Azərbaycanın Ağbaba mahalının Güllübulaq kəndində dünyaya gəlmişdi. Qasım Mustafayevin çoxillik pedaqoji fəaliyyəti vardı. Onun müəllimlik fəaliyyəti Azərbaycan Dövlət Püdaqoji Universiteti və Naxçıvan Dövlət Universiteti ilə bağlıdır. 1965-ci ildə dissertasiya müdafiə edib fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi aldı. 1972-ci ildə Xankəndində Pedaqoji İnstitutut yaradılan kimi orada dərs deməklə bərabər, riyazi analiz kafedrasının müdiri işləyirdi. O, yeganə alim idi ki, riyazi analizdən üç dildə (Azərbaycan, rus və erməni) mühazirələr oxuyurdu. Elmi fəaliyyəti geniş idi. O, bununla bərabər “orta məktəblərdə riyaziyyat” televiziya-tədris proqramının uzun müddət aparıcısı olmuşdu. Qasım Mustafayev altı ilə yaxın Naxçıvan Dövlət Universitetinin prorektoru, 1984-1987-ci illərdə rektor əvəzi işləmişdir.
Qasım Qasımov
Qasım Qasımov (mühəndis)
Qasım Qasımzadə
Qasım Qasımzadə (şair) (1923—1993) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984), filologiya elmləri doktoru (1985), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü (1991). Qasım Qasımzadə (dövlət xadimi) (1889—1959) — Bakı Şəhər İctimai Özünüidarəsinin sədri, Bakı Şəhər Dumasının deputatı, Nicat Cəmiyyətinin sədri, İran Senatının senatoru, İranın Xarici İşlər Nazirliyinin hüquq müşaviri, hüquq elmləri doktoru.
Qasım Rzayev
Qasım Qara oğlu Rzayev (5 may 1970, Əlibəyli, Tovuz rayonu – 14 may 1992, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 5 may 1970-ci il Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur. 1987-ci ildə burada məktəbi bitirən Qasım sürücülük peşəsinə yiyələnir. 1988-ci il hərbi xidmətə çağırılır. Ukrayna Respublikasında artilleriya hissəsində xidmət edən Qasım dəfələrlə mükafatlandırılmışdı. 1990-cı ildə xidmətini başa vuran Qasım Vətənə dönür. Könüllü özünümüdafiə batalyonlarından birinə yazılır, Beləliklə, həmin gündən Qasım Rzayevin döyüş yolu başlayır. Sonra Milli Ordunun ilk əsgəri kimi Muncuqlu, Ağdam, Hacallı kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdu. Qasım idarə etdiyi avtomobilə mərmiatan qurğu qoşaraq düşmənin başına od ələyirdi. Qasımın bu qəhrəmanlığı hamını heyrətləndirmişdi.
Qasım Süleymani
Qasım Süleymani (fars. قاسم سلیمانی‎‎; 11 mart 1957, Qənati-Məlik, Kirman ostanı, Pəhləvilər İranı[d] – 3 yanvar 2020[…], Bağdad Beynəlxalq Hava Limanı[d], İraq) — İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 1998–2020-ci illər aralığında ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiri olub. Hərbi karyerasına 1980-ci illərdə İran-İraq müharibəsinin başlanğıcında 41-ci Tarallah divizionunun (bəzən Sarallah da deyilir) komandiri olaraq başlamışdır. İraqda Səddam əleyhdarı olan şiə və kürd qruplaşmalarına, daha sonra Livanda təşkilatlanan Hizbullah və Fələstinli hərbiləşdirilmiş təşkilat Həmasa hərbi dəstək verən əməliyyatlarda iştirak edib. 2012-ci ildə Suriyada vətəndaş müharibəsi əsnasında İranın müttəfiqi kimi Suriya hökumətini dəstəklədi. Süleymani 2014–15-ci illərdə İŞİD-ə qarşı vuruşan birləşmiş İraq hökuməti və yerli Şiə qüvvələrinə (Həşdi Şabi qruplaşması) dəstək verdi. Onun üsulları ittifaqa və hərbi-strateji diplomatiyaya hərbi və maliyyə yardımının birləşməsinə gətirib çıxarıb. Qasım Süleymani 1957-ci ilin 11 mart tarixində Kirman ostanının Rabor şəhristanında yerləşən Qənati-Məlik kəndində anadan olub. Məktəbi bitirdikdən sonra Kirman şəhərinə köçmüş və atasının borcunu ödəmək üçün tikinti işçisi olmuşdu.
Qasım bəy
Qasım bəy və ya sadəcə Qasım — Azərbaycanda kişilərə verilən şəxs adı. Qasım bəy Zakir — görkəmli Azərbaycan şairi. Qasım bəy Camalbəyov — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, Naxçıvanın İranda konsulu. Qasım bəy Hacılı-Cavanşir – Mahal naibi, məmur, şair Əsəd bəy Vəzirin atası, şair Qasım bəy Zakirin qaynatası. Qasım bəy Hacıbababəyov — memar. Qasım bəy Misirxanov — Qarabağ bəyi, çar zabiti, praporşik Qasım bəy Qasımbəyov — Bəsirət qəzetinin redaktoru Qasım bəy Heydərov Qasım bəy hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam. Qasım bəy məscidi (Həzi Aslanov küçəsi) — Yasamal rayonu Həzi Aslanov küçəsində yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. Qasım bəy məscidi (Bəşir Səfəroğlu küçəsi) — Yasamal rayonu Bəşir Səfəroğlu küçəsində yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid.
Qasım tatarları
Qasım tatarları (tatar. qasıym tatarları, касыйм татарлары, özlərini кәчим татарлары adlandırırlar) — tatar xalqının, xüsusən də Volqa-Ural tatarlarının qruplarından biri. Onlar Ryazan vilayətinin Kasimov şəhərində və Kasimovski rayonunda yaşayırlar. Onlar həmçinin Sankt-Peterburq, Moskva, Ryazan, Kazan, Daşkənd və başqa şəhərlərdə də məskunlaşıb. Mişar ləhcəsinin müəyyən təsirinə məruz qalmış tatar dilinin orta dialektinin xüsusi ləhcəsində danışırlar. Qasım tatarları pravoslav xristianlarıdır, kiçik bir qrup isə sünni müsəlmanlardır. Etnik qrupun adı Qasım xanlığının paytaxtının - Qasım şəhərinin (digər adı Meşçerski şəhəri) adından gəlir. O da öz növbəsində təxminən 1445-ci ildən Meşçerski şəhərciyinin hakimi Qazan xanı Uluq Məhəmmədin oğlu Qasım xanın şərəfinə adlanıb. Qasım xanlığının əsas əhalisini Rusiya dövlətinin daxili işlərində fəal iştirak edən xidmətçi tatarlar təşkil edirdi. XVII əsrin son rübündə xanlığın ləğvi tatarların sosial və iqtisadi həyatında kəskin pisləşməyə səbəb oldu.
Qasım xanlığı
Qasım xanlığı (tatar. Qasím xanlığı/Касыйм ханлыгы, tatar. Qasím patşalığı/Касыйм патшалыгы, rus. Касимовское ханство / Qasimov xanlığı, rus. Касимовское царство / Qasimov çarlığı; 1452–1681), Oka çayının şimal sahilində Ryazan şəhəri yaxınında bugünkü Kasimovda Moskva knyazlığınin himayəsi altında Qasım xan tərəfindən qurulmuş türk dövləti. Xanlıq adını ilk xanı olan Qasım xandan almışdır. 1445–1681 illəri arasında mövcud olan dövlət müxtəlif xanədanlara mənsub olan xanlar tərəfindən idarə olundu. Dövlət 1506-cı ildən bəri Rusiyaya tabe idi. 1679-cu ildə sonuncu xan Seyyid Burhanın ölümündən sonra iki il Fatma Sultan Bikə tərəfindən idarə olunsa da onun ölümü ilə xanlıq tamamilə Rusiya tərəfindən ilhaq edildi. Sözügedən dövlətin xanları, aid olduqları xanədanlar ilə birlikdə aşağıda təqdim olunur: Kazan xanları xanədanı: Kasım (1445–1468) Danyal (1468–1486) (Osmanlı dövlətinə tabe) Krım xanları xanədanı: Nur Devlet (1486–1491) Satılgan (1491–1506) Canbay (1506–1512) Qızıl Orda xanları xanədanı: Seyyid Evliya (1512–1516) Şah Əli (1516–1519) Can Əli (1519–1532) Şah Əli (yeniden, 1532–1567) Sayın Bulat (1567–1573) Mustafa Əli (1573–1600) Qazax xanədanı: Uraz Məhəmməd — 1600–1610 Sibir xanları xanədanı: Alp Arslan (1610–1627) Seyyid Burhan (1627–1679) Fatma Sultan Bikə (1679–1681) Вельяминов-Зернов В. В. Исследование о касимовских царях и царевичах.
Qasım İsmayılov
Qasım İsmayılov (19 aprel 1885, Lahıc, Şamaxı qəzası – 10 aprel 1922, Gəncə) — Azərbaycan siyasətçisi; Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizənin fəal iştirakçısı, 1918-ci ildən Kommunist Partiyasının üzvü. Quba İnqilab Komitəsinin (İnqilab Komitəsi) sədri, eyni zamanda Sovetlərin Gəncə Qəza İcraiyyə Komitəsinin (İcraiyyə Komitəsi) sədri olmuşdur (1922). Sankt-Peterburqdakı gimnaziyada dünyəvi təhsil almışdır Respublika İcraiyyə Komitəsinin 8 sentyabr 1938-ci il tarixli qərarı ilə Goranboy rayonunun adı dəyişdirilərək Qasım İsmayılov adlandırılmışdır.
Qaşun Qobisi
Qaşun Qobisi — düzənlik şərqdə Tyan-Şan və Xamiy dağları, cənubda Beyşan dağları ilə əhatələnir. Səhra Çinin Sincan-Uyğur Muxtar Rayonuda yerləşir. Qobinin bir hissəsini təşkil edir. Səhra şoranlıqlarla zəngindir. Daşlı səhradır. İl ərzində cəmi 50 mm yağıntı düşür. Yayda temperatur 40°S, qışda isə 32°S təşkil edir. Əsasən səhra bitkiləri yayəlmışdır. Heyvanlardan vəhşi eşşək, ceyran, vəhşi dəvə, gəmiricilər və sürünənlərə rast gəlmək olar.
Qaşım dağı
Qaşım dağı – Babək rayonu ərazisində dağ (hünd. 1125 m). Naxçıvan dağarası çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin cənub-qərb yamacında zirvə. Sirab kəndindən 0,5 km-dək cənub-qərbdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Kotandağ qrupuna aid Alt Miosen yaşlı andezit-dasit tərkibli kiçik ölçülü ekstruziv günbəzdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının tağ hissəsində yerləşir. Cənub-qərb və şimal-şərq yamacılarndan şimal-qərb istiqamətli faylar keçir.
Qasim Amin
Qasim Amin (1 dekabr 1863, İsgəndəriyyə – 23 aprel 1908, Qahirə) — Misirli hüquqşünas, filosof, siyasi və ictimai xadim, Misir milli hərəkatının və Qahirə Universitetinin yaradıcılarından biri,qadın hüquqları uğrunda mübarizə aparan ərəb yazıçısı. Əmin Qasım ailəsi İsgəndəriyyəyə köçməzdən əvvəl Kürdüstanda Osmanlı valisi olmuş, həm Kürdüstanda, həm də Misirdə böyük mülklərə sahib olan nüfuzlu bir ailə idi. Milliyəti kürd idi. Misirin ən imtiyazlı məktəblərindən birində oxuyub, 1881-ci ilə qədər ilk hüquq təhsilini alıb və daha sonra xaricdə təhsilini davam etdirmək üçün dövlət təqaüdü qazandı və dörd il Fransada təhsilini davam etmişdir. O, bütün həyatı boyu Misirdə həyatın bütün sahələrinin maksimum avropalaşmasının, Qərb təhsil sisteminin tətbiqinin və misirli qadınların kişilərlə bərabər hüquqlarının təmin edilməsinin qızğın tərəfdarı olub, bir çox əsərlərində Qurani-Kərimin qadının kişidən , daha az hüquqa sahib olduğunu öyrətmədiyini və bunu konkret sitatlarla təsdiqlədiyini iddia etdi. Борисов В. М., Современная египетская проза, М., 1961 Фахури Ханна, История арабской литературы, т.