Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qraf
Qraf (riyaziyyat)
Qaf
Qaf – Baltik dənizinin cənub sahilboyunda çay tökülən, demək olar ki, şirin sulu körfəzdir. Qaf sahilə paralel uzanmış ensiz qum dili ilə dənizin açıq hissəsindən ayrılır..
Qraf (riyaziyyat)
Qraf (riyaziyyat) - (ing.graph, ru. граф) - proqramlaşdırmada: öz aralarında ixtiyari qaydada birləşmiş (tillər vasitəsilə) müəyyən sayda (sıfır da ola bilər) təpədən ibarət olan verilənlər strukturu. Qrafın istənilən iki təpəsi (düyün) tillə birləşdirilə və ya birləşdirilməyə bilər. Qrafın bütün təpələrinin birləşməsi vacib deyil, ancaq qrafın istənilən iki təpəsi arasında “yol” varsa, onda belə qraf rabitəli adlanır. Qrafin təpələrinin və tillərinin hər hansı altçoxluğuna altqraf deyilir. Qrafların çoxlu növləri vardır: çəkili qraflar – hər bir tilinə müəyyən əmsal (çəki) təyin olunur; yönəldilmiş (oriyentasiyalı) qraflar və ya diqraflar – hər bir tilin müəyyən istiqaməti olur, yəni til B təpəsindən A təpəsinə yox, A təpəsindən B təpəsinə gedir. 1. Qraflar 1.1 Əsas anlayışlar və qrafların növləri Riyaziyyat əşyaların məzmunu ilə yox, onların strukturu ilə əməliyyatlar aparır və onları tam verilənlər vasitəsilə təsvir edir. Əşyanın keyfiyyətləri və xüsusiyyətlərindən kənarlaşmaq həmin əşyanın bünövrəsini, onu ilk görünüşdə ondan fərqli digər əşyalarla bir sıraya qoymağa imkan verən ayırlmaz hissəsini ortaya çıxarmağa icazə verir. Qraflar nəzəriyyəsi riyaziyyatın məhz bu kənarlaşmaq prinsipi istifadə edilən bölməsidir - əşyanın nə olduğu vacib deyil, onun yalnız qraf olub-olmaması, yəni qraf üçün vacib olan keyfiyyətlərə malik olub-olmaması vacibdir.
Qraf (titul)
Qraf, qrafinya (alm. Graf‎) — Qərbi Avropada erkən orta əsrlərdə kral rəsmisi. Titul IV əsrdə Roma İmperiyasında yaranmış və əvvəlcə ən yüksək vəzifəli şəxslərə verilmişdir (məsələn, comes sacrarum largitionum "baş xəzinadar"). VI əsrin ikinci yarısından etibarən Frank dövlətində qraf öz mahalında/qraflığında (alm. Gau‎ — əvvələr təqribən 100 nəfərdən ibarət qədim almanlarda kənd icması) məhkəmə, inzibati və hərbi səlahiyyətlərə sahib idi. II Keçəl Karlın fərmanı (877-ci il) ilə qrafın vəzifəsi və mülk sahibliyi irsi halına gətirildi. Feodal dağınıqlığı dövründə — qraflığın feodal sahibi, sonra (feodal dağınıqlığının bitməsi ilə) ali zadəgan titulu. Titul olaraq monarxik idarəetmə formasına sahib bir çox Avropa ölkəsində rəsmi olaraq mövcudluğunu qoruyur. Rusiyaya titul I Pyotr (1706-cı ildə onu ilk alan B. P. Şeremetyev olmuşdur) tərəfindən gətirilmişdir. XIX əsrin sonlarında Rusiyada 300-dən çox qraf tituluna malik zadəgan nəsli var idi.
Qraf Drakula
Qraf Drakula (ing. Count Dracula) - Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsərinin baş mənfi personajıdır. == Tarixi == Qraf Drakula personajı Brem Stokerin Drakula əsərində baş mənfi personaj kimi göstərilib. Bu personaj IV əsrdə İrlandiyanı idarə etmiş qəddar hakim olan Drakula əsasında yaradılmışdır. Əsərin sonunda Drakulaya qalib gələn yeganə şəxs həkim Van Helsinq olur. İlk dəfə teatrda 1927-ci ildə Londonda göstərilmişdir.
Qraf nəzəriyyəsi
Qraf nəzəriyyəsi — qrafların xüsusiyyətlərini öyrənən diskret riyaziyyatın bir qolu. Ümumi mənada bir qrafik kənarları ilə birləşdirilmiş zirvələr (düyünlər) toplusu kimi təmsil olunur. Qəti tərifdə qraf G = ( V , E ) {\displaystyle G=(V,E)} cüt cütüdür, burada V {\displaystyle V} istənilən sayılan çoxluğun alt dəstidir və E {\displaystyle E} — altdır V × V {\displaystyle V\times V} . Qraf nəzəriyyəsi, məsələn, coğrafi informasiya sistemlərində (CİS) istifadə olunur. Mövcud və ya yeni dizayn edilmiş evlər, tikililər, məhəllələr və s. zirvələr, onları birləşdirən yollar, mühəndis şəbəkələri, elektrik xətləri və s. Belə bir qrafik üzərində aparılmış müxtəlif hesablamaların istifadəsi, məsələn, ən qısa yol yolunu və ya ən yaxın ərzaq mağazasını tapmaq və optimal marşrutu planlaşdırma imkanı verir. Qraf nəzəriyyəsi çox sayda həll olunmamış problemi və hələ təsdiqlənməmiş fərziyyələri ehtiva edir. == Qraf nəzəriyyəsinin tarixi == Qraf nəzəriyyəsinin banisi Leonard Eyler. 1736-cı ildə məktublarından birində, daha sonra qraf nəzəriyyəsində klassik problemlərdən biri halına gələn yeddi Koenigsberg körpüsü problemini həll edir və həll təklif edir.
Rəna Qraf
Rəna Qraf (qızlıq soyadı: Məmmədova; alm. Rena Graf‎; d. 26 aprel 1966, Bakı, Azərbaycan SSR, SSRİ) — əvvəllər SSRİ-ni və Özbəkistanı, 2001-ci ildən bu yana isə Almaniyanı təmsil edən azərbaycan əsilli şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (1999). == Həyatı == Rəna Qraf 26 aprel 1966-cı ildə Bakı şəhərində anadan olub. Doqquzuncu sinifdə oxuyarkən qızlar və qadınlar arasında Bakı çempionu olub. Sovetlərin dağılmasından sonra Özbəkistanı təmsil etməyə başlayıb. Bu ölkənin qadınlardan ibarət yığmasının heyətində Şahmat Olimpiadasının (1994, 1998) və Asiya çempionatının (1995, 1999) iştirakçısı olub. === Şəxsi həyatı === 2001-ci ildə beynəlxalq qrosmeyster Aleksandr Qraf ilə ailə həyatı qurub. == İstinadlar == == Ədəbiyyat == Gino Di Felice. Chess International Titleholders, 1950-2016.
Qaf Surəsi
50-ci surə Qaf surəsi (Məkkədə nazil olmuşdur, 45 ayədir). Surə adını ilk ayənin başındakı qaf hərfindən alır. Azsaylı mənbələr Qaf dağı ilə əlaqələndirir.
Qaf dağı
Qaf dağı — bir çox xalqların mifologiyasında yer alan əfsanəvi dağ. Qədim İran əsatirilərində Simurq adlı mövhumi quşun yaşadığı yerdir. Simurq quşu Qaf dağında yaşayan böyük, xeyirxahlıq rəmzi, həyat ağacını yerə gətirən, gözəllik simvolu bir quşdur. Bir versiyaya görə Qaf dağı, Qafqaz dağları hesab olunur. Digər bir versiyaya görə bütün xalqların mifoloji süjetində Simurq quşunun yuvasının Qaf dağında olmasının səbəbi, Nuhun gəmisinin Qaf dağında quruya təmas etməsi ilə bağlıdır. Nuhun gəmisi harada quruya oturmuşdursa həyat, o cümlədən, od da oradan paylanmalıdır. Belə olan halda, Simurq quşunun yuvası da Qaf dağı olmalıdır və dağ Ağrı dağı ilə eyniləşdirilir. Daha bir versiyaya görə isə Qaf dağının Elbrus dağı olması ehtimal olunur. == Azərbaycan mənbələrində == Azərbaycan ərazisində yerləşən Eldənizlər sülaləsinin vəliəhdlərinin böyük müəllimi, Əbubəkr ibn Xosrov əl-Ustadın "Munisnamə" əsərində Qaf dağı haqqında yazılanlar atəşpərəstlərin Alburuz Dünya Dağına aid təsəvvürlərini tamamlayır.
Aleksandr Adlerberq (qraf)
Qraf Aleksandr Vladimiroviç Adlerberq — Rusiya dövlət xadimi. O, Vladimir Adlerberqin oğlu və Rusiya imperatoru II Aleksandrın sirdaşı olmuşdur. Adlerberq 1861-ci ildən İmperator Qərargahının komandiri, 1866-cı ildən Dövlət Şurasının üzvü, 1870–1881-ci illərdə İmperator Məhkəməsi və Talelər Naziri olmuşdur == İstinadlar == == Əlavə ədəbiyyat == Граф Адлерберг 2. Александр Владимирович // Список генералам по старшинству: Исправлено по 1-е января 1885. — С. 31. Граф Адлерберг 1. Александр Владимирович // Список генералам по старшинству: Исправлено по 1-е сентября 1888. — С. 21. == Xarici keçidlər == раф Адлерберг Александр Владимирович на сайте «Русская императорская армия» Адлерберг (2-й) Александр Владимирович, граф // Информационная система «Архивы Российской академии наук» (ИСАРАН).
Coel Azaf Allen
Coel Azaf Allen (ing. Joel Asaph Allen; 19 iyul 1838, Sprinqfild[d], Massaçusets – 29 avqust 1921, Nyu-York, Nyu-York ştatı) — Amerika zooloq və ornitoloqu. Amerika İncəsənət və Elmlər Akademiyasının (1871), ABŞ Milli Elmlər Akademiyasının (1876), Amerika Fəlsəfə Cəmiyyətinin (1878) üzvü. == Əsərləri == Mammals and Winter Birds of Eastern Florida, (1871) The American Bisons, (1876) Monographs of North American Rodentia (with Elliott Coues, 1877) History of North American Pinnipedia, (1880) Mammals of Patagonia, (1905) The Influence of Physical Conditions in the Genesis of Species, (1905) Ontogenetic and Other Variations in Musk-Oxen (1913) == Allenin şərəfinə adlandırılmış takson == Antilopabənzər dovşan (lat. Lepus alleni).
Nikolay Adlerberq (qraf)
Qraf Nikolay Vladimiroviç Adlerberq (rus. Никола́й Влади́мирович А́длерберг; 31 may 1819, Sankt-Peterburq – 25 dekabr 1892, Münhen) — Rusiya dövlət və hərbi xadimi, general-adyutant (30 avqust 1857), piyada generalı (17 aprel 1870), Qafqaz müharibəsinin iştirakçısı, Finlandiya general-qubernatoru (1866–1881). == Həyatı == Nikolay Adlerberq 19 may 1819-cu ildə Rusiya imperiyasında, Sankt-Peterburq şəhərində əsilzadə ailəsində anadan olmuşdur. O, Vladimir Adlerberqin oğlu, Aleksandr Adlerberqin qardaşıdır. Səhifələr korpusunu bitirmişdir (1837). Qafqazda hərbi əməliyyatlarda (1841–1844) və 1848–1849-cu illərdə Macarıstana yürüşdə iştirak etmişdir. 1852-ci ildə Taqanroq şəhərinin meri (1853–1854) kimi fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin xidmətinə keçmişdir. 1854-cü ildən yenidən hərbi xidmətdədir, Simferopol hərbi qubernatoru və Tavrida vilayətinin mülki qubernatoru (1854–1856), general-mayor. 1856–1866-cı illərdə Berlindəki rus diplomatik missiyasının hərbi nümayəndəsi, general-adyutant (1857). 1866–1881-ci illərdə Finlandiya böyük hersoqluğunun (FBH) general-qubernatoru və Finlandiya hərbi dairəsinin qoşunlarının komandanı.
Qraf Monte Kristo
Qraf Monte Kristo (Fransızca orijinal adı: Le Comte de Monte-Cristo) fransız yazıçısı Aleksandr Düma tərəfindən 1844-cü ildə yazılmış macəra yönümlü macəradır. Üç muşketyorla yanaşı, nəşriyyatın ən mühümlərindən biridir. Müəllifin əksər əsərləri kimi, kölgə müəllifi Avqust ilə birgə yazılmışdır. 1844-cü ilin yayından sonra 18 hissədən ibarət seriya şəklində nəşr olundu. == Məzmunu == Morrel şirkətinə məxsus “Firon” gəmisinin kapitanı Edmond Dantes geri dönərkən xəstələnən və öləndə birinci kapitanın vəzifəsini üzərinə götürür. Ölməzdən əvvəl kapitan ona bir şey olarsa, Elba adasında dayanmağı xəbərdar etdi və orada özü üçün bir iş görməsini istədi. Dantes bu arzularını yerinə yetirmək üçün Elba adasına gedir, sürgündə Napoleonla görüşür və ondan Parisdəki dostlarına göndərilmək üçün məktub alır. Sonra fırtınalı havada gəmisini Marselə gətirməyi bacarır. Bu uğura görə gəmi sahibi ona növbəti ekspedisiyada gəminin kapitanı olmağı təklif edir. Belə ki, maddi çətinliklərini aradan qaldıran Dantes illərdir sevdiyi və evlənmək istədiyi kataloniyalı nişanlısı Mersedeslə evlənmək üçün toy hazırlığı edir.
Qraf Orqasın dəfni
Qraf Orqasın dəfni (isp. El Entierro del Conde de Orgaz) əsəri 1586-1588-ci illərdə Yunan mənşəli İspaniya rəssamı El Qreko tərəfindən çəkilmiş XIV əsrin əvvəlinə aid əfsanə bu şəklin mövzusuna çevrilmişdir. Toledo əhli və şəhərin senyoru Orqas don Qonsalo Ruis 1312-ci ildə vəfat etmişdir. Onun ailəsi qraf tituluna sonralar layiq görülmüşdür, don Qonsalo Ruis həmin titulla ölümündən sonra məşhurlaşmışdır. Qraf Orqas mömin adam idi, öz xeyriyyə fəaliyyəti ilə tanınmışdı, San-Tome kilsəsinin (El Qreko da həmin kilsənin abidlərindən idi) genişləndirilməsindən və bəzədilməsindən ötrü xüsusi vergi barədə fərman vermişdi. Əfsanəyə görə, don Qonsalo Ruisin dəfn mərasimində onun dəfnindən ötrü müqəddəs Stefan və müqəddəs Avqustin səmalardan enmişdi.
Qraf Drakula (film, 1970)
Qraf Drakula (alm. Nachts, wenn Dracula erwacht‎) — 1970-ci ildə istehsal olunmuş filmdir. == İstinadlar == == Xarici keçidlər == Qraf Drakula — Internet Movie Database saytında.
Qazı-qazı
Qazı-qazı – Qədim tarixə malik Naxçıvan Muxtar Respublikasının Şərur, Şahbuz və Kəngərli rayonlarında ən çox yayılmış və sevimli oyunlar sırasına daxildir. Sinələri səviyyəsində əlləri ilə bir-birindən tutaraq sıraya düzülən kişilərdən ibarət bu yallı dəstəsinin önündə əlində çubuq tutan yallıbaşı, sıranın sonunda isə ayaqçı durur. Yallıbaşının və ayaqçının əllərindəki çubuq "Günahkarı" cəzalandırmaq üçündür. İfaçılar bu rəqsi lovğalıqla "qazılana-qazılana" ifa edirlər. Asta, orta və iti hissələrdən ibarət yallıda yallıbaşının etdiyi hərəkəti yallının ifaçıları da təkrar etməlidir. Əks təqdirdə hərəkətləri yerinə yetirməyən ifaçı çubuqla cəzalandırılır.
AZAL
Azərbaycan Beynəlxalq Hava Yolları və ya qısaca AZAL — Azərbaycanın ən iri aviaşirkəti, milli aviadaşıyıcı. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. AZAL-ın qərargahı Bakı şəhərində yerləşir. 7 aprel 1992-ci il tarixdə təsis edilmişdir və ölkənin müstəqillik əldə edildikdən sonra yaradılmış ilk milli aviaşirkətidir. Aviaşirkətin baza hava limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı şəhərindən 20 km şimal-şərqdə yerləşir. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilmişdir. == Tarix == 1992-ci ilin aprel ayında müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası hökumətinin qərarı ilə aviasiya üzrə dövlət orqanı – "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılmışdır. 1996-cı ildə "Azərbaycan Hava Yolları" dövlət konserninin tərkibində "Azəraeronaviqasiya" hava hərəkətinin idarəedilməsi mərkəzi yaradılmışdır. 1997-ci ildə "Azərbaycan Hava Yolları"-nın tərkibində AZALOIL müəssisəsi yaradılmışdır.
Araf
Araf — Bəzi dini inanclara görə cənnətlə cəhənnəmin arasındakı yerdir. Ruhlar oradan cənnətə ya da cəhənnəmə göndərilirlər.
Azad
Azad — ad. Azad Əliyev Azad Əliyev (dirijor) — Azərbaycan dirijoru, Azərbaycanın əməkdar incəsənət xadimi. Azad Əliyev (heykəltaraş) — Azərbaycan heykəltaraşı, Azərbaycan Respublikasının əməkdar rəssamı. Azad Əliyev (skripkaçı) — Azərbaycanlı skripkaçı, Azərbaycan SSR əməkdar artisti, xalq artisti.
Azan
Azan və ya əzan — kişi və qadının gündəlik vacib namazlardan qabaq azan deməsi müstəhəbdir. Digər vacib və müstəhəbb namazlar üçün isə, azan və iqamə şəri qanun deyildir, amma camaatla qılınan Fitr və Qurban bayramı namazlarından əvvəl üç dəfə "Əs-saləh" demək müstəhəbdir. == Deyilişi və tərcüməsi == Şiə müsəlmanlar azan oxunarkən "Əşhədu ənnə Muhəmmədən rasulullah!"-dan sonra 2 dəfə "Əşhədu ənnə Əmirəl mömininən Əliyyən vəliyullah" (Şəhadət verirəm ki, Əli Allahın vəlisidir) oxumağı yaxşı hesab edirlər. == Şəriət hökmləri == Kişi və qadın üçün müstəhəbdir ki, gündəlik namazlardan əvvəl azan və iqamə desinlər, amma Fitir və Qurban bayramı namazlarından qabaq müstəhəbdir ki, üç dəfə "əs-səlat", sair vacib namazlarda isə üç dəfə "əs-səlat" rəca niyyəti ilə deyilsin.Müstəhəbdir ki, uşağın dünyaya gəldiyi ilk gündə, yaxud göbəyi düşməzdən əvvəl sağ qulağına azanı, sol qulağına isə iqaməni desinlər.Azan və iqamənin cümlələri arasında çox zaman fasiləsi olmamalıdır. Əgər onların arasında adi qaydadan artıq fasilə düşsə, yenidən demək lazımdır.Əgər azan və iqamədə səs boğaza salınıb qina (yəni, toy məclislərində oxunan avazlar kimi) olsa haram və batildir, amma əgər qina olmasa, məkruhdur.Əvvəlki namazla qılınan (ikinci) namazın azanı saqit olur. İstər o namazı əvvəlki namazla birlikdə qılmaq müstəhəb olsun, istərsə də olmasın. Deməli aşağıdakı hallarda azan saqit olur, ehtiyat-vacibə görə onu tərk etmək lazımdır: 1-Cümə günü əsr namazının azanı (cümə, yaxud zöhr namazı ilə birlikdə qılınarsa); 2-Zilhiccənin 9-cu günü olan Ərəfə gününün əsr namazı (zöhr ilə birlikdə qılınarsa); 3-Məş"ərül-həramda olan bir kəsin Qurban bayramı gecəsinin işa namazının azanı (əgər onu məğriblə birlikdə qılıbsa); İki namazı birlikdə (birincidən dərhal sonra) qılmaq qeyd olunan üç halda müstəhəbdir. 4-Əsr namazını zöhrdən, işa namazını məğribdən dərhal sonra qılmalı olan müstəhazə qadının (əsr və işa) namazı; 5-Bovl və qaitin çölə çıxmasının qarşısını ala bilməyən bir kəsin əsr və işa namazı. Bu beş namazda azan o vaxt saqit olur ki, əvvəlki namazla fasiləsi olmasın, yaxud bu fasilə çox az olsun, amma zahirən, nafiləni qılmaqla zaman fasiləsi düşür. Əgər namazları bir-birindən ayrılıqda, hər birini onun öz fəzilətli vaxtında qılsa, hər ikisinin azan və iqaməsini oxumaq müstəhəbbdir.Əgər hər hansı camaat namazı üçün azan və iqamə deyilmiş olsa, o camaatla birlikdə namaz qılan bir kəs öz namazı üçün azan və iqamə deməməlidir.
GAAP
Ümumi qəbul olunmuş mühasibat uçotu prinsipləri (ing. Generally Accepted Accounting Principles, GAAP) — milli qanunvericiliyə uyğun olaraq hər ölkədə tətbiq olunan milli mühasibat standartları (məsələn, Rusiya GAAP termini var). Bir qayda olaraq, GAAP qısaltması, fərqli praktik vəziyyətlər üçün mühasibat prosedurunun ətraflı tənzimlənməsindən fərqli bir xüsusiyyəti (xüsusən də Beynəlxalq Maliyyə Hesabatı Standartları, BMHS) olan ABŞ GAAP-a istinadla istifadə olunur. 2008-ci ilin avqust ayında ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) beynəlxalq maliyyə hesabat standartlarına keçid və ABŞ GAAP-dan imtina üçün təklif olunan bir yol xəritəsini (ing. proposed roadmap) təqdim etdi. Xarici şirkətlərin IFRS hesabatını SEC-ə təqdim etmələrinə icazə verilir. Bununla birlikdə, 2011-ci ilin fevral ayında SEC, BMHS-nin Amerika hesabatına tətbiq edilməməsi barədə qərarı ehtiva edən başqa bir sənəd yayımladı: Boeing, Pepsico və digər şirkətlərin tələbi ilə beynəlxalq standartların məcburi tətbiq olunması üçün son tarixlər 2015-2016-cı illərə köçürüldü. Bütün Amerika şirkətlərindən ABŞ-də qızıl mühasibat standartı hesab olunan GAAP-a uyğun olaraq maliyyə hesabatlarının yayılması tələb olunur, çünki bu, sui-istifadəni minimuma endirir və hesabat istifadəçilərinin hədəflərinə uyğun gəlir. BMHS-nin əleyhdarları arasında McDonalds kimi bir çox Amerika şirkəti var ki, bu sistemə keçid nisbətən kiçik fayda ilə müqayisədə yüksək xərclərlə əlaqələndirilir. BMHS tətbiqinin tərəfdarları, sponsorluq edən və IFRS standartlarının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən Böyük Dördlərdir (KPMG ümumiyyətlə FASB-nin IASB ilə tamamilə əvəz edilməsini təklif etmişdir).
GECF
Qaz İxracatçısı Ölkələrinin Forumu (QİÖF; ing. Gas Exporting Countries Forum (GECF)) — dünyada təbii qaz ixracaatında liderlik edən ölkələrin birliyidir. Neft ixracatçıları ölkələri təşkilatı təçkilatına uyğunlaşdıraraq birliyi qeyri-rəsmi olaraq "qaz OPEK-i" adlandırırlar. Baxmayaraq ki, təşkilat üzvlərinin bəziləri birliyi kartel olmasının əleyhinədirlər. Təşkilat 2001-ci ildə Tehranda yaradılıb, rəsmi olaraq isə 2008-ci ildə Moskvada təsis edilib. Təşkilata dünyanın ən iri qqaz ixracatçıları daxildir ki, onlar dünyada mövcud olan qaz yataqlarının 42%-nə malikdirlər. Həmin ölkələrdə təsdiqlənmiş qaz ehtiyatlarının 70%-i, boru ilə qaz nəqli həcminin 40%-i, maye təbii qaz bazarının 65%-i cəmləşib.
Qaan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. == İstifadəsi == Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları - xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Qazı
Qazı (ər. "qazi") — hökmdar tərəfindən (əvvəlcə: xəlifə) təyin olunmuş və şəriət əsasında ədaləti bərqərar edən müsəlman məmur-hakimi. Orta çağ dövlətlərində məhkəmə sistemi qazı deliyən dini hakimlərin əlində idi. Dövlətin əyalət, vilayət, qəza, mahal və paytaxtında divanbəyi tərəfindən təyin olunmuş qazı var idi. Qazılar şəriət qanunları əsasında hüquqi işlər aparırdılar. Onlar əsasən dini işlərə, irsi, ailə və məişət məsələlərinə baxırdılar. Baxdıqları məsələlərin ayrıntıları: 1. Məzhəb və ruhanilik 2. Evlənmə və boşanma 3. Küsmüş qohumları barışdırmaq 4.
Qolf
Qolf təbiətdə xüsusi olaraq düzəldilmiş bir sahədə qolf çubuqları və kiçik sərt bir topla oynanan bir oyundur. Oyunun məqsədi, sahənin təyin olunmuş 18 parkurunu (çuxurunu) qolf topuna ən az vuruş edərək tamamlamaqdır. == Tarixi == Bu idman növünün vətəni Şotlandiya sayılır. Çobanlar tərəfindən yaradıldığı güman edilən qolf növündə əsas məqsəd ayrıca iştirakçılar və ya komandaların xüsusi ağaclarla müəyyən məsafəni minimal sayda zərbələrlə qət etməklə kiçik topu quyucuqlara salınmasından ibarətdir. Hazırda dünya miqyasında isə qolf elitar növlərdən sayılır. Xüsusən, ABŞ-də populyar olan bu növ üzrə Tayger Vuds kimi məşhur idmançı yetişib. Vuds həm də dünyanın ən varlı idmançısıdır. Nüfuzlu "Forbes" jurnalının hesablamasına əsasən, 33 yaşlı idmançının illik gəliri 11,9 milyon dollardır. 1996-cı ildən qolfla məşğul olan Vudsun əmlakı 1 milyard dolları keçib. == Qolfun növləri == Golf MiniGolf və ya Miniatür Golf Simulyator (qolf kompüter oyunlarında) == Qolf turizmi ilə məşğul olan şirkətlər == PGA Tour (1968) ABŞ PGA European Tour Japan Golf Tour (1973) Asian Tour PGA Tour of Australasia (1973) Sunshine Tour (C. Afrika) Canadian Professional GT (1970) Tour de las Américas (L. Amerika) Nationwide Tour (1990) ABŞ Challenge Tour (Avropa) == Olimpiadalarda == Qolf 1900 və 1904-cü illərdə Yay Olimpiya Oyunlarının proqramında olub.
Qəza
Qəza (rus. уе́зд) — 1.Orta əsrlərdə Osmanlı imperiyasında qazının olduğu inzibati ərazi – ilçə, qəza adlanırdı. 2.XIX əsrdə rusca "uyezd" sözünün qarşılığı kim azərbaycan dilində işlənməyə başladı. Vaxtilə bəzi ölkələrin inzibati ərazi bölgüsündə tətbiq edilmiş və hal-hazırda da bəzi ölkələrin inzibati ərazi bölgüsündə tətbiq edilən inzibati ərazi vahidi (adətən, 1-ci və 2-ci dərəcəli olur); Orta əsrlər Rusiyasında torpaq sahəsi. Rusiya imperiyasında 1775-ci ildən inzibati ərazi bölgüsündə tətbiq edilmiş 2-ci dərəcəli inzibati ərazi vahidi (rus. уе́зд). Quberniyaların, yaxud vilayətlərin əraziləri inzibati cəhətdən qəzalara bölünürdü. RSFSR və SSRİ dövründə - 1929-cu ildə, həyata keçirilmiş inzibati islahatlar nəticəsində, inzibati bölgüdə qəza inzibati vahidindən tamamilə imtina edilmişdir. Cənubi Qafqazın, o cümlədən Azərbaycanın şimalının Rusiya işğalı dövründə, 1840-cı ildən, bu ərazi nzibati cəhətdən 2-ci dərəcəli qəzalara bölünürdü. Estoniya, Latviya, Moldaviya və Adayev qəzasında isə inzibati bölgüdə qəza inzibati vahidindən 1940-cı ildən imtina edilmişdir.