Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vladimir Qorelov
Vladimir Qorelov (rus. Горелов, Владимир Михайлович) - Polkovnik rütbəli Sovet ordusunun zabiti, SSRİ-nin Polşanı işğalı və Böyük Vətən müharibəsinin iştirakçısı və Sovet İttifaqı Qəhrəmanı. Qorelov öz təsadüfi ölümü ilə SSRİ-də məşhurluq qazanmışdır. O, 1945-ci ilin 28 yanvar tarixində Polşanın Poznan şəhəri yaxınlığında həlak olub. Sovet dövründə zabitin ölümünün detalları açıqlanmamışdır. Qorelovun komandiri olmuş marşal Mixail Katukov öz xatirələrində onun ölümünü axmaq təsadüf adlandırıb. Hadisə baş verən gün sovet əsgərləri Polşanın Poznan şəhəri yaxınlığında almanların özləri ilə aparmağa macal tapmadıqları yüklərə rast gəlmişdilər. Onların arasında alkoqollu şnaps içkisi də vardı. Əsgərlər doyunca içəndən sonra yerli əhaliyə qarşı zorakılığa başladılar. Baş verənlərdən xəbər tutan Katukov əsgərlərin hərəkətlərinə son qoymaq üçün Vladimir Qorelovu göndərir.
Gözəlçə
Gözəlçə (ing. Pretty Woman) — baş rollarda Riçard Gir və Culiya Roberts ilə birlikdə Harri Marşalın rejissorluq etdiyi Amerika komediya melodraması. == Süjeti == Tanınmış iş adamı Edvard Levis, iş yoldaşlığında onu müşayiət etməsini istədiyi zaman xoşagəlməz bir telefon danışığı zamanı sevgilisi tərəfindən tərk edilir; onsuz da ekskluziv bir qız kimi rəftar etməkdən bezmişdi. Edvard Nyu-Yorkda yerləşən korporativ reyderdir, maliyyə problemləri içində şirkətləri satın alır və onları parça-parça satır. Hollywood Hills-də bir işgüzar qonaqlıq buraxaraq, vəkilinin Lotus Esprit avtomobilini alır və təsadüfən fahişə Vivian Wardla görüşdüyü qırmızı işıqlı bölgədəki Hollywood bulvarına gedir. Edvard maşın sürməkdə çətinlik çəkdiyindən, Vivian ona qaldığı Beverly Wilshire Otelinə gedən yolu göstərir. Aydın olur ki, Vivian Lotus haqqında daha çox şey bilir və Edvard onun sürücüsünə imkan verir. Vivian, Lewis'i gəzinti üçün 20 dollar ödəyir və yolları ayırır. Edvardın onu tapdığı və gecə üçün kirayə qalmağı təklif etdiyi avtobus dayanacağına gedir. Ertəsi gün Viviandan rəfiqəsinin rədd etdiyi rolu oynamağı xahiş edir və növbəti altı gün onun yanında qalmağı üçün 3000 dollar təklif edir.
Morelos
Morelos Meksikanın qərbində yerləşən ştat. Şima-qərbində və şimal-şərqində Meksika ştatı, şimalında Federal ərazi, şərqində Puebla və cənub-qərbində Guerrero ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kuernavakadır. Sahəsi 4.893 kvadrat km-dir. Əhalisi isə 1.668.343 nəfərdir.
Qorelsk
Daşbulaq (əvvəlki adı: Qorelsk) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindəki Qorelsk kəndi Daşbulaq kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Daşbulaq kəndi Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qaradağ kəndi mərkəz olmaqla, Qaradağ kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yaşayış məntəqəsi ərazisindəki eyniadlı bulağın adı ilə adlandırılmışdır. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 480 nəfər əhali yaşayır. Aşıq Şahsuvar — aşıq Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qorelyef
Qorelyef — heykəltəraşlıq növü. Qorelyefdəki təsvirlər qabarıq olur. Həmin təsvirlərin həmçinin yarıdan çox hissəsi yastı səthdən qabağa çıxır. Qorelyef təsvirləri bəzən səthə toxunur, bəzən isə onun ayrı-ayrı detalları səthdən ayrılır. Monumental-dekarativ qorelyeflərdən memarlıq bəzəklərində geniş istifadə olunur. Perqamdakı Böyük Zevs mehrabının qorelyef təsvirləri, Karl Marksın portreti, "26 Bakı komissarının güllələnməsi" abidəsi ən yaxşı qorelyef nümunələrindəndir.
Adıgözəl Gözəlov
Adıgözəl Xəlil oğlu Gözəlov (1907, Kürqarabucaq, Cavad qəzası – 29 may 1966) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri (1943–1946), Azərbaycan SSR balıq sənayesi naziri (1954–1957). == Həyatı == Adıgözəl Xəlil oğlu Gözəlov 1907-ci ildə Cavad qəzasının Kürqarabucaq kəndində su maşinisti ailəsində anadan olmuşdur. 15 yaşında olarkən, 1922-ci ildə kənd məktəbinə daxil olmuş, burada komsomol üzvü seçilmişdir. İlk təhsilini başa vurduqdan sonra Bakıya gələrək Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, institutu bitirdikdən sonra əvvəlcə Lənkəran MTS-də siyasi şöbənin qəzet redaksiyasında redaktor, "Kommunist" qəzeti redaksiyasında partiya həyatı şöbəsinin müdiri, sonra isə məsul redaktor əvəzi, "Kommunist maarifi" qəzetinin və "İşçi-kəndli müxbiri" məcmuəsinin redaktoru olmuşdur. Adıgözəl Gözəlov 1939-cu ilədək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşviqat və təşkilat şöbəsinin müdiri olmuş, 1939–1941-ci illərdə Mərkəzi Komitənin kadrlar üzrə katibi, 1941–1943-cü illərdə Mərkəzi Komitənin yeyinti və balıq sənayesi üzrə katibi vəzifələrində işləmişdir. ÜİK(b)P MK yanında yanında Ali Partiya Məktəbini bitirən Adıgözəl Gözəlov 1943-cü ilin sentyabr ayında Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri vəzifəsinə irəli çəkilmiş və bu vəzifədə 1946-cı ilədək çalışmışdır. 1954–1957-ci illərdə Azərbaycan SSR balıq sənayesi naziri, 1957–1958-ci illərdə isə Azərbaycan Xalq Təsərrüfatı Şurasının Balıqçılıq Təsərrüfatı Baş İdarəsinin rəisi olmuşdur. Adıgözəl Gözəlov 1-ci çağırış Azərbaycan SSR Ali Sovetinin, 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. O, 29 may 1966-cı ildə 59 yaşında vəfat etmişdir.
Cahangir Gözəlov
Cahangir Rəcəb oğlu Gözəlov (16 dekabr 1909, Ağdam rayonu, Şıxbabalı kəndi – 7 sentyabr 1999, Bakı) – yazıçı, publisist, felyetonçu. 1935-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkldar mədəniyyət işçisi (1969), Jurnalistlər Birliyinin "Qızıl Qələm" mükafatı lauriyatı (1977). Rəcəb Gözəlovun oğludur. == Həyatı == 1909-cu il, dekabrın 16-da Yelizavetpol quberniyasının Şuşa uyezdinin (indiki Ağdam rayonu) Şıxbabalı kəndində anadan olmuşdur. İbtidai təhsilini kənddə aldıqdan sonra Bakıda Müəllimlər Seminariyasını bitirmişdir. Azərbaycan Tibb Universitetini III kursadək oxumuş, ancaq səhhətinə görə təhsilini davam etdirə bilməmişdir. Baş mətbuat idarəsində bir müddət müvəkkil işləmiş, yeni pedoqoji sahədə fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Nəşriyyatının bədii ədəbiyyat şöbəsində redaktor (1935), Culfa beynəlmiləl dəmiryol orta məktəbində direktor (1936–1937), Ağcabədi rayon maarif şöbə müdiri (1938–1939), İsmayıllıda Diyallı kənd orta məktəbində direktor (1939–40), "Pioner" jurnalında məsul katib (1941), Ağdam 5 saylı beynəlmiləl orta məktəbində dərs hissə müdiri (1941–42) işləmişdir. 1942-ci ildən təqaüdə çıxanadək (1972) fasiləsiz olaraq "Kommunist" qəzetində çalışmışdır. 1999-cu il sentyabrın 7-də Bakıda vəfat etmişdir.
Mikayıl Gözəlov
Mikayıl Gözəlov (5 aprel 1948, Mərzili, Ağdam rayonu – 11 dekabr 1991, Şuşa, DQMV) — Şuşa Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1991). Mikayıl Gözəlov 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində doğulmuşdur. Mərzili kəndində 7 illik orta məktəbi bitirdikdən sonra Novruzlu kəndində orta təhsilini başa vurmuşdur (1964). Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirmişdir (1969). Təyinatla Şuşa şəhərinə göndərilmişdir. 92 saylı tikinti idarəsində tikinti ustası, iş icraçısı, baş iş icraçısı və s. vəzifələrdə çalışmışdır. Həmin idarənin rəisi olmuşdur (1976). Şuşada, Xocalıda, Ağdamda, Laçında, Qubadlıda, Kəlbəcərdə, DQMVdə və Azərbaycanın digər bölgələrində onlarla tikinti obyektlərinin icraçı mühəndisi, rəisi kimi fəaləiyyət göstərmişdir. Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsinə təyin olunmuşdur (1989).
Murad Gözəlov
Qoqenloe adası
Qoqenloe adası — Frans-İosif Torpağı arxipelaqının şimalında yerləşın ada. Sahəsi 38 km², ən hündür nöqtəsi isə 137 metrdir. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisində yerləşir. Qoqenloe adası Rudolf adası ilə Karl Aleksandr adası arasında yerləşir. Rudolf adasından Heymayera burnu, Karl Aleksandr adasından isə Trininqen boğazı ilə ayrılır. Adanın Şryotter burnu ilə cənub qutacağı arasında uzunluq 6 km-dir. Oktyabryat adaları — 7 kiçik adadan ibarət qrup. Qoqenloe adasından şimal-şərqdə yerləşir. Nisbətən iki adanın adı vardır:Kupolok və malıy.
Rüfət Gözəlov
Valehedici gözəlçə
Valehedici gözəlçə (lat. Orgyia antigua) — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ. Birinci nəslin tırtıllarının inkişaf dövrü ağac və kol bitkilərində may ayının birinci ongünlüyündən iyun ayının üçüncü ongünlüyünədək davam edir. Onların yumurtadan çıxma dövrü 17–38 gün çəkir. Puplaşma isə iyul ayının üçüncü ongünlüyündə başlayır və bir ay davam edir. Kəpənəklərin uçuşu iyun ayının birinci və ikinci ongünlüyündən avqust ayının birinci və ikinci ongünlüyünədək davam edir. Kütləvi uçuş iyul ayının ikinci və üçüncü ongünlüyündə başlanır, 16–19 gün davam edir. Dişilər 1–2 gün, erkəklər isə 6–7 gün yaşayırlar. Hesablamalara görə, bir dişi kəpənəyin qoyduğu yumurtaların sayı 336-ya çatır. İkinci nəslin tırtıllarının inkişaf müddəti iyul ayının üçüncü ongünlüyündən avqust ayının üçüncü ongünlüyünədək, yaxud avqust ayının birinci ongünlüyündən sentyabr ayının birinci ongünlüyünədək iri yaşlı dekorativ ağaclarda davam edir.
Xalid Gözəlov
Ziya Gözəlov
Qismət Gözəlov
Qismət Füzuli oğlu Gözəlov (1967, Salyan rayonu) — Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri. Qismət Gözəlov 1967-ci ildə Salyan rayonunda anadan olub. Ali təhsilini Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəbşünaslıq ixtisası üzrə alıb. 1995-ci ildən etibarən Xarici İşlər Nazirliyində diplomat olaraq çalışıb. Xarici İşlər Nazirliyində işlədiyi 1995–1998-ci illərdə ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq münasibətlərinə məsul olub və iki Zirvə Toplantısında iştirak edib. 1998–2011-ci illərdə Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunda vitse-konsul, konsul, baş konsul əvəzi, habelə müxtəlif dövrlərdə XİN-də şöbə müdiri vəzifələrində çalışıb. 2012–2014-cü illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Dövlət Başçıları Şurasının Qərarı ilə Təşkilatın Baş katibinin müavini vəzifəsinə təyin olunub. 2015–2018-ci illərdə Xarici İşlər Nazirliyinin İkinci Avropa İdarəsinin rəis müavini vəzifəsində işləyib. 2019–2022-ci illərdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının Qərarı ilə Təşkilatın Baş katibinin müavini vəzifəsinə təyinat alıb. Azərbaycan Prezidentinin 2023-cü il 29 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qorelı adası
Qorelı adası (ing. Gareloi Island, aleut. Анаҥусиҳ) — Andreyanov adaları qrupuna, Delarov yarımqrupuna daxil olan ada. Adada daimi yaşayış yoxdur. Ada 67,2 km² sahəyə malikdir. Delarov adaları qrupunun ən böyük adasıdır. Onun uzunluğu 9,7 km, eni 8 km rəşkil edir. Maksimal hündürlüyü 1573 metrdir. Ada vulkanik mənşəllidir və eyni adlı vulkanın bir hissəsini təşkil edir. Diametri 1120 metrdir.
Gözəlcə Qasım Paşa
Gözəlcə Qasım Paşa (ö. 1553) — Yavuz Sultan Səlim və Sultan Süleyman Qanuni səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Dəvşirmə olaraq Sultan Bəyazid dönəminin sonlarında Əndəruna alınaraq yetişdirilmişdir. Bir rəvayətə görə, sultanın nəvəsi Şahzadə Süleymanla birlikdə böyümüş və onunla süd qardaşı olmuşdur. Yavuz Sultan Səlimin taxta çıxmasının ardından riqabdar ağalığına gətirilmiş, bu vəzifədə ikən sultanın Misir səfərinə qatılmışdır. Mərcidabık döyüşündən sonra (1516) Həma, ardından Trablusşam sancaqbəyi təyin edildi. Bu əsnada Beyrut bölgəsindəki ibn Hanəş və Dəməşq hakimi Canbərdi Qəzainin üsyanlarının yatırılmasında önəmli rol oynamışdır. 1521-ci ildə birlikdə böyüdüyü Sultan Süleymanın taxta çıxışı ilə Hələb sancaqbəyi təyin edilən Qasım Paşa daha sonra Qaraman, ardından Anadolu bəylərbəyliyinə gətirildi. Ertəsi il (1522) baş tutan Rodos səfərinə bu ünvanla qatıldı.
Gözəlcə Əli Paşa
İstanköylü Çələbi (Gözəlcə) Əli Paşa (XVI əsr, Kos, Cənubi Egey adaları – 9 mart 1621, Konstantinopol) — II Osman dönəmində 23 dekabr 1619–9 mart 1621 tarixlərində ümumilikdə bir il 2 ay 17 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. == Həyatı == Əslən türkdür. Atası Tunis bəylərbəyi Əhməd Paşa, anası isə peyğəmbər nəslinə mənsub Qaya Paşanın qızıdır. Mükəmməl bir təhsil almış, gənc yaşda İstanköy sancaqbəyi, daha sonra ard-arda Dimyat bəylərbəyi, 1602-ci ildə Yəmən və sonra Tunis bəylərbəyi olaraq təyin olunmuşdur. Ardından Moreya və Kipr bəylərbəliyinə gətirilmişdir. 1617-ci ilin noyabr ayında vəzirlik rütbəsi alaraq kaptan-ı dərya seçildi. 1619-cu ildə baş tutan səfərdə xristian quldurlara məxsus 6 gəmini ələ keçirmiş, ələ keçirilən 200 əsirin hər birinin boynundan gümüş pul dolu bir kisə asdıraraq sultanın hüzuruna çıxdı. Sultan Gənc Osman paşanın bu hərəkətini çox bəyənmiş, onu qızıl zəncir və qızıl işləməli xalatla mükafatlandırmışdır. Ancaq Sədrəzəm Öküz Mehmed Paşa Venesiya ilə bağlanan sülhün pozulmasından qorxaraq məsələni divanda müzakirə etdi. Bundan başqa Əli Paşanın əldə etdiyi qənimətin bir qismini mənimsədiyi haqqında şaiyələr də divan məclisində dilə gətirildi.
Gözəlçə (film, 1990)
Gözəlçə (ing. Pretty Woman) — baş rollarda Riçard Gir və Culiya Roberts ilə birlikdə Harri Marşalın rejissorluq etdiyi Amerika komediya melodraması. == Süjeti == Tanınmış iş adamı Edvard Levis, iş yoldaşlığında onu müşayiət etməsini istədiyi zaman xoşagəlməz bir telefon danışığı zamanı sevgilisi tərəfindən tərk edilir; onsuz da ekskluziv bir qız kimi rəftar etməkdən bezmişdi. Edvard Nyu-Yorkda yerləşən korporativ reyderdir, maliyyə problemləri içində şirkətləri satın alır və onları parça-parça satır. Hollywood Hills-də bir işgüzar qonaqlıq buraxaraq, vəkilinin Lotus Esprit avtomobilini alır və təsadüfən fahişə Vivian Wardla görüşdüyü qırmızı işıqlı bölgədəki Hollywood bulvarına gedir. Edvard maşın sürməkdə çətinlik çəkdiyindən, Vivian ona qaldığı Beverly Wilshire Otelinə gedən yolu göstərir. Aydın olur ki, Vivian Lotus haqqında daha çox şey bilir və Edvard onun sürücüsünə imkan verir. Vivian, Lewis'i gəzinti üçün 20 dollar ödəyir və yolları ayırır. Edvardın onu tapdığı və gecə üçün kirayə qalmağı təklif etdiyi avtobus dayanacağına gedir. Ertəsi gün Viviandan rəfiqəsinin rədd etdiyi rolu oynamağı xahiş edir və növbəti altı gün onun yanında qalmağı üçün 3000 dollar təklif edir.
Rüfət Gözəlov (Şəhid)
Milyon dollarlıq gözəlçə
Milyon dollarlıq gözəlçə (ing. Million Dollar Baby) — Klint İstvudun idman draması. Əsas rolları Klint İstvud və Hilari Suonk tərəfindən ifa olunur. Film dörd "Oskar" alıb ( ən yaxşı film, rejissor, aktrisa — Hilari Suonk, ikinci plan aktyoru — Morqan Friman). 31 yaşındakı xörəkpaylayan Meqqi Ficerald (Hilari Suonk) boks bölməsinə gəlir: zal, köhnə məşqçi və Promoter Frenk Dann (Klint İstvud) aidir. Lakin Dunn, onunla çalışmaqdan imtina edir, çünki o "qızlarla məşq etmir." Buna baxmayaraq Meqqi özü səylə məşq edir və təcricən çoxlarının hörmətini qazanır həm də Danın dostu keçmiş boksçu Eddi Düprini (Morqan Friman) də. Düpri yavaş-yavaş çox qadir şagird Meqqi ilə, məşqə başlayır. Filmin rəsmi saytı Milyon dollarlıq körpə — Internet Movie Database saytında.
Görəmə Milli Parkı
Görəmə Milli Parkı — Türkiyənin Nevşəhər vilayətində yerləşən milli park. UNESCO-nun Ümumdünya irsi siyahısındadır. == Yerləşməsi == Milli park Orta Anadolunun Həsən-Ərciyəs vulkanik dağı bölgəsində yerləşir. Milli park sıldırımlı yamaclardan, allüvial vadilərdən, eroziyaya uğramış təbəqələrdən ibarətdir. Vulkanik quruluşa malik parkın tarixi bölgəsində isə Bizans memarlığı sərgilənir. Bölgədə bir zaman yaşayanlar digərlərindən fərqli olaraq uzun müddət Bizans hakimiyyətindən uzaq qalmışdırlar. Bura olan yolların uzaqlığı və girintili-çıxıntılı relyrfi burada gizlənənlər üçün ideal şərait yaratmışdır. Burada ilk monastrlar III-IV əsrlərdə tikilmişdir. Monastrlar tikilmiş və divarlar rənglənmişdir. Milli parkda Ürgüp, Ovçular, Üçhisar, Çavuşini, Yeni Zelve kimi zəngin tarixə və mədəniyyətə sahib yaşayış məntəqələri də yerləşir.
Milyon dollarlıq gözəlçə (film, 2004)
Milyon dollarlıq gözəlçə (ing. Million Dollar Baby) — Klint İstvudun idman draması. Əsas rolları Klint İstvud və Hilari Suonk tərəfindən ifa olunur. Film dörd "Oskar" alıb ( ən yaxşı film, rejissor, aktrisa — Hilari Suonk, ikinci plan aktyoru — Morqan Friman). 31 yaşındakı xörəkpaylayan Meqqi Ficerald (Hilari Suonk) boks bölməsinə gəlir: zal, köhnə məşqçi və Promoter Frenk Dann (Klint İstvud) aidir. Lakin Dunn, onunla çalışmaqdan imtina edir, çünki o "qızlarla məşq etmir." Buna baxmayaraq Meqqi özü səylə məşq edir və təcricən çoxlarının hörmətini qazanır həm də Danın dostu keçmiş boksçu Eddi Düprini (Morqan Friman) də. Düpri yavaş-yavaş çox qadir şagird Meqqi ilə, məşqə başlayır. Filmin rəsmi saytı Milyon dollarlıq körpə — Internet Movie Database saytında.
İstanköylü Çələbi (Gözəlcə) Əli Paşa
İstanköylü Çələbi (Gözəlcə) Əli Paşa (XVI əsr – 9 mart 1621, Konstantinopol) — II Osman dönəmində 23 dekabr 1619–9 mart 1621 tarixlərində ümumilikdə bir il 2 ay 17 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. Əslən türkdür. Atası Tunis bəylərbəyi Əhməd Paşa, anası isə peyğəmbər nəslinə mənsub Qaya Paşanın qızıdır. Mükəmməl bir təhsil almış, gənc yaşda İstanköy sancaqbəyi, daha sonra ard-arda Dimyat bəylərbəyi, 1602-ci ildə Yəmən və sonra Tunis bəylərbəyi olaraq təyin olunmuşdur. Ardından Moreya və Kipr bəylərbəliyinə gətirilmişdir. 1617-ci ilin noyabr ayında vəzirlik rütbəsi alaraq kaptan-ı dərya seçildi. 1619-cu ildə baş tutan səfərdə xristian quldurlara məxsus 6 gəmini ələ keçirmiş, ələ keçirilən 200 əsirin hər birinin boynundan gümüş pul dolu bir kisə asdıraraq sultanın hüzuruna çıxdı. Sultan Gənc Osman paşanın bu hərəkətini çox bəyənmiş, onu qızıl zəncir və qızıl işləməli xalatla mükafatlandırmışdır. Ancaq Sədrəzəm Öküz Mehmed Paşa Venesiya ilə bağlanan sülhün pozulmasından qorxaraq məsələni divanda müzakirə etdi. Bundan başqa Əli Paşanın əldə etdiyi qənimətin bir qismini mənimsədiyi haqqında şayələr də divan məclisində dilə gətirildi.
Artur Con Robin Qorell Milner
Artur Con Robin Qorell Milner (ing. Arthur John Robin Gorell Milner;13 yanvar 1934, Plimut, Devon qraflığı – 20 mart 2010, Kembric ) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış britaniyalı alim. == Həyatı == 13 yanvar 1934-cü ildə anadan olmuşdur. 1991-ci ildə o, LCF (Logic for Computable Functions) teoremlərin avtomatik isbatının aparılma sistemini, bu sistem üçün ML funksional proqramlaşdırma dilini və CCS (Calculus of Communicating Systems) qarşılıqlı təsirdə olan sistemlər üçün hesablamalar nəzəriyyəsini yaratdığına görə Türinq mükafatına layiq görülmüşdür. 2010-cu ildə "Milner CiteSeer" layihəsində ən çox istinad edilən müəlliflər siyahısında Milner 25-ci yeri tuturdu. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.