GÖZƏL
GÖZƏLCƏ
OBASTAN VİKİ
Gözəlcə Qasım Paşa
Gözəlcə Qasım Paşa (ö. 1553) — Yavuz Sultan Səlim və Sultan Süleyman Qanuni səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Dəvşirmə olaraq Sultan Bəyazid dönəminin sonlarında Əndəruna alınaraq yetişdirilmişdir. Bir rəvayətə görə, sultanın nəvəsi Şahzadə Süleymanla birlikdə böyümüş və onunla süd qardaşı olmuşdur. Yavuz Sultan Səlimin taxta çıxmasının ardından riqabdar ağalığına gətirilmiş, bu vəzifədə ikən sultanın Misir səfərinə qatılmışdır. Mərcidabık döyüşündən sonra (1516) Həma, ardından Trablusşam sancaqbəyi təyin edildi. Bu əsnada Beyrut bölgəsindəki ibn Hanəş və Dəməşq hakimi Canbərdi Qəzainin üsyanlarının yatırılmasında önəmli rol oynamışdır.1521-ci ildə birlikdə böyüdüyü Sultan Süleymanın taxta çıxışı ilə Hələb sancaqbəyi təyin edilən Qasım Paşa daha sonra Qaraman, ardından Anadolu bəylərbəyliyinə gətirildi. Ertəsi il (1522) baş tutan Rodos səfərinə bu ünvanla qatıldı. Mühasirə əsnasında qalanın cənub bürclərindən birini ələ keçirən Qasım Paşa fəthdən sonra qalanın bərpası ilə vəzifələndirilmişdir.
Gözəlcə Əli Paşa
İstanköylü Çələbi (Gözəlcə) Əli Paşa (XVI əsr – 9 mart 1621, Konstantinopol) — II Osman dönəmində 23 dekabr 1619–9 mart 1621 tarixlərində ümumilikdə bir il 2 ay 17 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. == Həyatı == Əslən türkdür. Atası Tunis bəylərbəyi Əhməd Paşa, anası isə peyğəmbər nəslinə mənsub Qaya Paşanın qızıdır. Mükəmməl bir təhsil almış, gənc yaşda İstanköy sancaqbəyi, daha sonra ard-arda Dimyat bəylərbəyi, 1602-ci ildə Yəmən və sonra Tunis bəylərbəyi olaraq təyin olunmuşdur. Ardından Moreya və Kipr bəylərbəliyinə gətirilmişdir. 1617-ci ilin noyabr ayında vəzirlik rütbəsi alaraq kaptan-ı dərya seçildi. 1619-cu ildə baş tutan səfərdə xristian quldurlara məxsus 6 gəmini ələ keçirmiş, ələ keçirilən 200 əsirin hər birinin boynundan gümüş pul dolu bir kisə asdıraraq sultanın hüzuruna çıxdı. Sultan Gənc Osman paşanın bu hərəkətini çox bəyənmiş, onu qızıl zəncir və qızıl işləməli xalatla mükafatlandırmışdır. Ancaq Sədrəzəm Öküz Mehmed Paşa Venesiya ilə bağlanan sülhün pozulmasından qorxaraq məsələni divanda müzakirə etdi. Bundan başqa Əli Paşanın əldə etdiyi qənimətin bir qismini mənimsədiyi haqqında şayələr də divan məclisində dilə gətirildi.
İstanköylü Çələbi (Gözəlcə) Əli Paşa

Значение слова в других словарях

а́льфа в пла́не каплю́шка коммивояжёрствовать конно... моделье́р пролома́ть прями́ло спарде́чный таво́титься тю́кнуться хлыста́ние встряхну́ться инсу́льтница обознача́ться характеризова́ть веретеница -oma bee-hive cheek diseconomics innocently выздороветь дурно смущённый