Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gözəlçə
Gözəlçə (ing. Pretty Woman) — baş rollarda Riçard Gir və Culiya Roberts ilə birlikdə Harri Marşalın rejissorluq etdiyi Amerika komediya melodraması. == Süjeti == Tanınmış iş adamı Edvard Levis, iş yoldaşlığında onu müşayiət etməsini istədiyi zaman xoşagəlməz bir telefon danışığı zamanı sevgilisi tərəfindən tərk edilir; onsuz da ekskluziv bir qız kimi rəftar etməkdən bezmişdi. Edvard Nyu-Yorkda yerləşən korporativ reyderdir, maliyyə problemləri içində şirkətləri satın alır və onları parça-parça satır. Hollywood Hills-də bir işgüzar qonaqlıq buraxaraq, vəkilinin Lotus Esprit avtomobilini alır və təsadüfən fahişə Vivian Wardla görüşdüyü qırmızı işıqlı bölgədəki Hollywood bulvarına gedir. Edvard maşın sürməkdə çətinlik çəkdiyindən, Vivian ona qaldığı Beverly Wilshire Otelinə gedən yolu göstərir. Aydın olur ki, Vivian Lotus haqqında daha çox şey bilir və Edvard onun sürücüsünə imkan verir. Vivian, Lewis'i gəzinti üçün 20 dollar ödəyir və yolları ayırır. Edvardın onu tapdığı və gecə üçün kirayə qalmağı təklif etdiyi avtobus dayanacağına gedir. Ertəsi gün Viviandan rəfiqəsinin rədd etdiyi rolu oynamağı xahiş edir və növbəti altı gün onun yanında qalmağı üçün 3000 dollar təklif edir.
Morelos
Morelos Meksikanın qərbində yerləşən ştat. Şima-qərbində və şimal-şərqində Meksika ştatı, şimalında Federal ərazi, şərqində Puebla və cənub-qərbində Guerrero ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kuernavakadır. Sahəsi 4.893 kvadrat km-dir. Əhalisi isə 1.668.343 nəfərdir.
Qorelsk
Daşbulaq (əvvəlki adı: Qorelsk) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindəki Qorelsk kəndi Daşbulaq kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Daşbulaq kəndi Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qaradağ kəndi mərkəz olmaqla, Qaradağ kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi ərazisindəki eyniadlı bulağın adı ilə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 480 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Aşıq Şahsuvar — aşıq == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qorelyef
Qorelyef — heykəltəraşlıq növü. Qorelyefdəki təsvirlər qabarıq olur.Həmin təsvirlərin həmçinin yarıdan çox hissəsi yastı səthdən qabağa çıxır. qorelyef təsvirləri bəzən səthə toxunur, bəzən isə onun ayrı-ayrı detalları səthdən ayrılır.Monumental-dekarativ qorelyeflərdən memarlıq bəzəklərində geniş istifadə olunur. Perqamdakı Böyük Zevs mehrabının qorelyef təsvirləri, Karl Marksın portreti, "26 Bakı komissarının güllələnməsi" abidəsi ən yaxşı qorelyef nümunələrindəndir.
Adıgözəl Gözəlov
Adıgözəl Xəlil oğlu Gözəlov (1907 – 29 may 1966) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri (1943–1946), Azərbaycan SSR balıq sənayesi naziri (1954–1957). == Həyatı == Adıgözəl Gözəlov 1907-ci ildə anadan olmuşdur. İlk təhsilini başa vurduqdan sonra Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. Əvvəlcə Lənkəran MTS-də siyasi şöbənin qəzet redaksiyasında redaktor, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, sonralar redaktor, "Kommunist maarifi" qəzetinin və işçi-kəndli müxbiri mətbəəsinin redaktoru olmuşdur.Adıgözəl Gözəlov 1939-cu ilədək Azərbaycan KP MK təşviqat və təşkilat şöbəsinin müdiri olmuş, 1939–1941-ci illərdə Mərkəzi Komitənin kadrlar üzrə katibi, 1941–1943-cü illərdə Mərkəzi Komitənin yeyinti və balıq sənayesi üzrə katibi vəzifələrində işləmişdir.1943-cü ildə Adıgözəl Gözəlov Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri vəzifəsinə irəli çəkilmiş və bu vəzifədə 1946-cı ilədək çalışmışdır. 1954–1957-ci illərdə Azərbaycan SSR balıq sənayesi naziri, 1957–1958-ci illərdə isə Azərbaycan Xalq Təsərrüfatı Şurasının Balıqçılıq Təsərrüfatı Baş İdarəsinin rəisi olmuşdur.Adıgözəl Gözəlov 29 may 1966-cı ildə 59 yaşında vəfat etmişdir.
Cahangir Gözəlov
Cahangir Rəcəb oğlu Gözəlov (16 dekabr 1909, Ağdam rayonu, Şıxbabalı kəndi – 7 sentyabr 1999, Bakı) – yazıçı, publisist, felyetonçu. 1935-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkldar mədəniyyət işçisi (1969), Jurnalistlər Birliyinin "Qızıl Qələm" mükafatı lauriyatı (1977). Rəcəb Gözəlovun oğludur. == Həyatı == 1909-cu il, dekabrın 16-da Yelizavetpol quberniyasının Şuşa uyezdinin (indiki Ağdam rayonu) Şıxbabalı kəndində anadan olmuşdur. İbtidai təhsilini kənddə aldıqdan sonra Bakıda Müəllimlər Seminariyasını bitirmişdir. Azərbaycan Tibb Universitetini III kursadək oxumuş, ancaq səhhətinə görə təhsilini davam etdirə bilməmişdir. Baş mətbuat idarəsində bir müddət müvəkkil işləmiş, yeni pedoqoji sahədə fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Nəşriyyatının bədii ədəbiyyat şöbəsində redaktor (1935), Culfa beynəlmiləl dəmiryol orta məktəbində direktor (1936–1937), Ağcabədi rayon maarif şöbə müdiri (1938–1939), İsmayıllıda Diyallı kənd orta məktəbində direktor (1939–40), "Pioner" jurnalında məsul katib (1941), Ağdam 5 saylı beynəlmiləl orta məktəbində dərs hissə müdiri (1941–42) işləmişdir. 1942-ci ildən təqaüdə çıxanadək (1972) fasiləsiz olaraq "Kommunist" qəzetində çalışmışdır. 1999-cu il sentyabrın 7-də Bakıda vəfat etmişdir.
Mikayıl Gözəlov
Mikayıl Gözəlov (5 aprel 1948, Mərzili, Ağdam rayonu – 11 dekabr 1991, Şuşa) — Şuşa Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1991). == Həyatı == Mikayıl Gözəlov 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində doğulmuşdur. Mərzili kəndində 7 illik orta məktəbi bitirdikdən sonra Novruzlu kəndində orta təhsilini başa vurmuşdur (1964). Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirmişdir (1969). Təyinatla Şuşa şəhərinə göndərilmişdir. 92 saylı tikinti idarəsində tikinti ustası, iş icraçısı, baş iş icraçısı və s. vəzifələrdə çalışmışdır. Həmin idarənin rəisi olmuşdur (1976). Şuşada, Xocalıda, Ağdamda, Laçında, Qubadlıda, Kəlbəcərdə, DQMVdə və Azərbaycanın digər bölgələrində onlarla tikinti obyektlərinin icraçı mühəndisi, rəisi kimi fəaləiyyət göstərmişdir. Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsinə təyin olunmuşdur (1989).
Murad Gözəlov
Murad Zabil oğlu Gözəlov (12 may 1995, Həsənabad, Neftçala rayonu – 5 noyabr 2020, Qubadlı) — Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murad Gözəlov 12 may 1995-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 2001-ci ildə Şəmsəddin Orucov adına Həsənabad qəsəbə tam orta məktəbə daxil olmuşdur. 2010-cu ildə məktəbi bitirmişdir. 2010-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə Neft və Qaz emalı fakültəsinə qəbul olur. 2014-cü ildə kollec təhsilini bitirmişdir. === Şəxsi həyatı === Subay idi. Atası — Zabil Gözəlov 2 mart 1964-cü ildə Neftçala rayonunda anadan olmuşdur. Anası — Mədinə Gözəlova 14 iyul 1972-ci ildə Neftçala rayonunda anadan olmuşdur. Qardaşı — Orxan Gözəlov 21 sentyabr 1997-ci ildə Neftçala rayonunda anadan olmuşdur.
Qoqenloe adası
Qoqenloe adası — Frans-İosif Torpağı arxipelaqının şimalında yerləşın ada. Sahəsi 38 km², ən hündür nöqtəsi isə 137 metrdir. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisində yerləşir. Qoqenloe adası Rudolf adası ilə Karl Aleksandr adası arasında yerləşir. Rudolf adasından Heymayera burnu, Karl Aleksandr adasından isə Trininqen boğazı ilə ayrılır. Adanın Şryotter burnu ilə cənub qutacağı arasında uzunluq 6 km-dir. == Yaxınlığında yerləşən adalar == Oktyabryat adaları — 7 kiçik adadan ibarət qrup. Qoqenloe adasından şimal-şərqdə yerləşir. Nisbətən iki adanın adı vardır:Kupolok və malıy.
Rüfət Gözəlov
Rüfət Əzim oğlu Gözəlov (17 mart 1996, Dəmirçi, Naxçıvan Muxtar Respublikası – 27 oktyabr 2020, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rüfət Gözəlov 1996-cı il martın 17-də Şərur rayonunun Dəmirçi kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun maxesi olan Rüfət Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Oktyabrın 27-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şərur rayonu şəhidlər xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Gözəlov ölümündən sonra "Vətən uğrunda" medalı və 30.12.2020 Tarixli sərəncamı ilə isə "Hərbi xidmətlərə görə" medalı təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rüfət Gözəlov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Valehedici gözəlçə
Valehedici gözəlçə (lat. Orgyia antigua) — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == == Həyat tərzi == Birinci nəslin tırtıllarının inkişaf dövrü ağac və kol bitkilərində may ayının birinci ongünlüyündən iyun ayının üçüncü ongünlüyünədək davam edir. Onların yumurtadan çıxma dövrü 17–38 gün çəkir. Puplaşma isə iyul ayının üçüncü ongünlüyündə başlayır və bir ay davam edir. Kəpənəklərin uçuşu iyun ayının birinci və ikinci ongünlüyündən avqust ayının birinci və ikinci ongünlüyünədək davam edir. Kütləvi uçuş iyul ayının ikinci və üçüncü ongünlüyündə başlanır, 16–19 gün davam edir. Dişilər 1–2 gün, erkəklər isə 6–7 gün yaşayırlar. Hesablamalara görə, bir dişi kəpənəyin qoyduğu yumurtaların sayı 336-ya çatır. İkinci nəslin tırtıllarının inkişaf müddəti iyul ayının üçüncü ongünlüyündən avqust ayının üçüncü ongünlüyünədək, yaxud avqust ayının birinci ongünlüyündən sentyabr ayının birinci ongünlüyünədək iri yaşlı dekorativ ağaclarda davam edir.
Xalid Gözəlov
Xalid Həsən oğlu Gözəlov (4 noyabr 1996, Aşağı Cürəli, Biləsuvar rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş leytenantı və hərbi pilotu. == Həyatı == Xalid Gözəlov 4 noyabr 1996-cı ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. 2002-ci ildə Zaqatala şəhər 2 saylı tam orta məktəbində təhsil almağa başlamışdır. Orta təhsilini 2012-ci ildə Biləsuvarda yerləşən Oktay Babayev adına orta məktəbdə bitirmişdir. 2012–2016-cı illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Xalid Gözəlov akademiyanı bitirdikdən sonra 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında "leytenant" rütbəsi və pilot vəzifəsi ilə xidmətə başlamışdır. 2019-cu ildə "baş leytenant" rütbəsi almışdır. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan hərbi pilot Xalid Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Ziya Gözəlov
Ziya Zahid oğlu Gözəlov (19 yanvar 2001; Masallı rayonu, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziya Gözəlov 2002-ci il yanvarın 19-da Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ziya Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ziya Gözəlov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziya Zahid oğlu Gözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qorelı adası
Qorelı adası (ing. Gareloi Island, aleut. Анаҥусиҳ) — Andreyanov adaları qrupuna, Delarov yarımqrupuna daxil olan ada. Adada daimi yaşayış yoxdur. == Coğrafiya == Ada 67,2 km² sahəyə malikdir. Delarov adaları qrupunun ən böyük adasıdır. Onun uzunluğu 9,7 km, eni 8 km rəşkil edir. Maksimal hündürlüyü 1573 metrdir. Ada vulkanik mənşəllidir və eyni adlı vulkanın bir hissəsini təşkil edir. Diametri 1120 metrdir.
Gözəlcə Qasım Paşa
Gözəlcə Qasım Paşa (ö. 1553) — Yavuz Sultan Səlim və Sultan Süleyman Qanuni səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Dəvşirmə olaraq Sultan Bəyazid dönəminin sonlarında Əndəruna alınaraq yetişdirilmişdir. Bir rəvayətə görə, sultanın nəvəsi Şahzadə Süleymanla birlikdə böyümüş və onunla süd qardaşı olmuşdur. Yavuz Sultan Səlimin taxta çıxmasının ardından riqabdar ağalığına gətirilmiş, bu vəzifədə ikən sultanın Misir səfərinə qatılmışdır. Mərcidabık döyüşündən sonra (1516) Həma, ardından Trablusşam sancaqbəyi təyin edildi. Bu əsnada Beyrut bölgəsindəki ibn Hanəş və Dəməşq hakimi Canbərdi Qəzainin üsyanlarının yatırılmasında önəmli rol oynamışdır.1521-ci ildə birlikdə böyüdüyü Sultan Süleymanın taxta çıxışı ilə Hələb sancaqbəyi təyin edilən Qasım Paşa daha sonra Qaraman, ardından Anadolu bəylərbəyliyinə gətirildi. Ertəsi il (1522) baş tutan Rodos səfərinə bu ünvanla qatıldı. Mühasirə əsnasında qalanın cənub bürclərindən birini ələ keçirən Qasım Paşa fəthdən sonra qalanın bərpası ilə vəzifələndirilmişdir.
Gözəlcə Əli Paşa
İstanköylü Çələbi (Gözəlcə) Əli Paşa (XVI əsr – 9 mart 1621, Konstantinopol) — II Osman dönəmində 23 dekabr 1619–9 mart 1621 tarixlərində ümumilikdə bir il 2 ay 17 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. == Həyatı == Əslən türkdür. Atası Tunis bəylərbəyi Əhməd Paşa, anası isə peyğəmbər nəslinə mənsub Qaya Paşanın qızıdır. Mükəmməl bir təhsil almış, gənc yaşda İstanköy sancaqbəyi, daha sonra ard-arda Dimyat bəylərbəyi, 1602-ci ildə Yəmən və sonra Tunis bəylərbəyi olaraq təyin olunmuşdur. Ardından Moreya və Kipr bəylərbəliyinə gətirilmişdir. 1617-ci ilin noyabr ayında vəzirlik rütbəsi alaraq kaptan-ı dərya seçildi. 1619-cu ildə baş tutan səfərdə xristian quldurlara məxsus 6 gəmini ələ keçirmiş, ələ keçirilən 200 əsirin hər birinin boynundan gümüş pul dolu bir kisə asdıraraq sultanın hüzuruna çıxdı. Sultan Gənc Osman paşanın bu hərəkətini çox bəyənmiş, onu qızıl zəncir və qızıl işləməli xalatla mükafatlandırmışdır. Ancaq Sədrəzəm Öküz Mehmed Paşa Venesiya ilə bağlanan sülhün pozulmasından qorxaraq məsələni divanda müzakirə etdi. Bundan başqa Əli Paşanın əldə etdiyi qənimətin bir qismini mənimsədiyi haqqında şayələr də divan məclisində dilə gətirildi.
Gözəlçə (film, 1990)
Gözəlçə (ing. Pretty Woman) — baş rollarda Riçard Gir və Culiya Roberts ilə birlikdə Harri Marşalın rejissorluq etdiyi Amerika komediya melodraması. == Süjeti == Tanınmış iş adamı Edvard Levis, iş yoldaşlığında onu müşayiət etməsini istədiyi zaman xoşagəlməz bir telefon danışığı zamanı sevgilisi tərəfindən tərk edilir; onsuz da ekskluziv bir qız kimi rəftar etməkdən bezmişdi. Edvard Nyu-Yorkda yerləşən korporativ reyderdir, maliyyə problemləri içində şirkətləri satın alır və onları parça-parça satır. Hollywood Hills-də bir işgüzar qonaqlıq buraxaraq, vəkilinin Lotus Esprit avtomobilini alır və təsadüfən fahişə Vivian Wardla görüşdüyü qırmızı işıqlı bölgədəki Hollywood bulvarına gedir. Edvard maşın sürməkdə çətinlik çəkdiyindən, Vivian ona qaldığı Beverly Wilshire Otelinə gedən yolu göstərir. Aydın olur ki, Vivian Lotus haqqında daha çox şey bilir və Edvard onun sürücüsünə imkan verir. Vivian, Lewis'i gəzinti üçün 20 dollar ödəyir və yolları ayırır. Edvardın onu tapdığı və gecə üçün kirayə qalmağı təklif etdiyi avtobus dayanacağına gedir. Ertəsi gün Viviandan rəfiqəsinin rədd etdiyi rolu oynamağı xahiş edir və növbəti altı gün onun yanında qalmağı üçün 3000 dollar təklif edir.
Rüfət Gözəlov (Şəhid)
Rüfət Əzim oğlu Gözəlov (17 mart 1996, Dəmirçi, Naxçıvan Muxtar Respublikası – 27 oktyabr 2020, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rüfət Gözəlov 1996-cı il martın 17-də Şərur rayonunun Dəmirçi kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun maxesi olan Rüfət Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Oktyabrın 27-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şərur rayonu şəhidlər xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Gözəlov ölümündən sonra "Vətən uğrunda" medalı və 30.12.2020 Tarixli sərəncamı ilə isə "Hərbi xidmətlərə görə" medalı təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rüfət Gözəlov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Milyon dollarlıq gözəlçə
Milyon dollarlıq gözəlçə (ing. Million Dollar Baby) — Klint İstvudun idman draması. Əsas rolları Klint İstvud və Hilari Suonk tərəfindən ifa olunur. Film dörd "Oskar" alıb ( ən yaxşı film, rejissor, aktrisa — Hilari Suonk, ikinci plan aktyoru — Morqan Friman). === Süjet === 31 yaşındakı xörəkpaylayan Meqqi Ficerald (Hilari Suonk) boks bölməsinə gəlir: zal, köhnə məşqçi və Promoter Frenk Dann (Klint İstvud) aidir. Lakin Dunn, onunla çalışmaqdan imtina edir, çünki o "qızlarla məşq etmir." Buna baxmayaraq Meqqi özü səylə məşq edir və təcricən çoxlarının hörmətini qazanır həm də Danın dostu keçmiş boksçu Eddi Düprini (Morqan Friman) də. Düpri yavaş-yavaş çox qadir şagird Meqqi ilə, məşqə başlayır. === Rollarda === === Nominasiya və mükafatlar === == Xarici keçidlər == Filmin rəsmi saytı Milyon dollarlıq körpə — Internet Movie Database saytında.
Görəmə Milli Parkı
Görəmə Milli Parkı — Türkiyənin Nevşəhər vilayətində yerləşən milli park. UNESCO-nun Ümumdünya irsi siyahısındadır. == Yerləşməsi == Milli park Orta Anadolunun Həsən-Ərciyəs vulkanik dağı bölgəsində yerləşir. Milli park sıldırımlı yamaclardan, allüvial vadilərdən, eroziyaya uğramış təbəqələrdən ibarətdir. Vulkanik quruluşa malik parkın tarixi bölgəsində isə Bizans memarlığı sərgilənir. Bölgədə bir zaman yaşayanlar digərlərindən fərqli olaraq uzun müddət Bizans hakimiyyətindən uzaq qalmışdırlar. Bura olan yolların uzaqlığı və girintili-çıxıntılı relyrfi burada gizlənənlər üçün ideal şərait yaratmışdır. Burada ilk monastrlar III-IV əsrlərdə tikilmişdir. Monastrlar tikilmiş və divarlar rənglənmişdir. Milli parkda Ürgüp, Ovçular, Üçhisar, Çavuşini, Yeni Zelve kimi zəngin tarixə və mədəniyyətə sahib yaşayış məntəqələri də yerləşir.
Milyon dollarlıq gözəlçə (film, 2004)
Milyon dollarlıq gözəlçə (ing. Million Dollar Baby) — Klint İstvudun idman draması. Əsas rolları Klint İstvud və Hilari Suonk tərəfindən ifa olunur. Film dörd "Oskar" alıb ( ən yaxşı film, rejissor, aktrisa — Hilari Suonk, ikinci plan aktyoru — Morqan Friman). === Süjet === 31 yaşındakı xörəkpaylayan Meqqi Ficerald (Hilari Suonk) boks bölməsinə gəlir: zal, köhnə məşqçi və Promoter Frenk Dann (Klint İstvud) aidir. Lakin Dunn, onunla çalışmaqdan imtina edir, çünki o "qızlarla məşq etmir." Buna baxmayaraq Meqqi özü səylə məşq edir və təcricən çoxlarının hörmətini qazanır həm də Danın dostu keçmiş boksçu Eddi Düprini (Morqan Friman) də. Düpri yavaş-yavaş çox qadir şagird Meqqi ilə, məşqə başlayır. === Rollarda === === Nominasiya və mükafatlar === == Xarici keçidlər == Filmin rəsmi saytı Milyon dollarlıq körpə — Internet Movie Database saytında.
İstanköylü Çələbi (Gözəlcə) Əli Paşa
İstanköylü Çələbi (Gözəlcə) Əli Paşa (XVI əsr – 9 mart 1621, Konstantinopol) — II Osman dönəmində 23 dekabr 1619–9 mart 1621 tarixlərində ümumilikdə bir il 2 ay 17 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. == Həyatı == Əslən türkdür. Atası Tunis bəylərbəyi Əhməd Paşa, anası isə peyğəmbər nəslinə mənsub Qaya Paşanın qızıdır. Mükəmməl bir təhsil almış, gənc yaşda İstanköy sancaqbəyi, daha sonra ard-arda Dimyat bəylərbəyi, 1602-ci ildə Yəmən və sonra Tunis bəylərbəyi olaraq təyin olunmuşdur. Ardından Moreya və Kipr bəylərbəliyinə gətirilmişdir. 1617-ci ilin noyabr ayında vəzirlik rütbəsi alaraq kaptan-ı dərya seçildi. 1619-cu ildə baş tutan səfərdə xristian quldurlara məxsus 6 gəmini ələ keçirmiş, ələ keçirilən 200 əsirin hər birinin boynundan gümüş pul dolu bir kisə asdıraraq sultanın hüzuruna çıxdı. Sultan Gənc Osman paşanın bu hərəkətini çox bəyənmiş, onu qızıl zəncir və qızıl işləməli xalatla mükafatlandırmışdır. Ancaq Sədrəzəm Öküz Mehmed Paşa Venesiya ilə bağlanan sülhün pozulmasından qorxaraq məsələni divanda müzakirə etdi. Bundan başqa Əli Paşanın əldə etdiyi qənimətin bir qismini mənimsədiyi haqqında şayələr də divan məclisində dilə gətirildi.
Artur Con Robin Qorell Milner
Artur Con Robin Qorell Milner (ing. Arthur John Robin Gorell Milner;13 yanvar 1934, Plimut, Devon qraflığı – 20 mart 2010, Kembric ) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış britaniyalı alim. == Həyatı == 13 yanvar 1934-cü ildə anadan olmuşdur. 1991-ci ildə o, LCF (Logic for Computable Functions) teoremlərin avtomatik isbatının aparılma sistemini, bu sistem üçün ML funksional proqramlaşdırma dilini və CCS (Calculus of Communicating Systems) qarşılıqlı təsirdə olan sistemlər üçün hesablamalar nəzəriyyəsini yaratdığına görə Türinq mükafatına layiq görülmüşdür. 2010-cu ildə "Milner CiteSeer" layihəsində ən çox istinad edilən müəlliflər siyahısında Milner 25-ci yeri tuturdu. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.