Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qusar
Qusar (ləzg. КцIар)— Azərbaycanın şimalında şəhər, Qusar rayonun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Böyük Qafqaz dağlarının ətəyində, Qusar çayı üzərində yerləşir. Dünyada Ləzgilərin kompakt yaşadığı ən böyük şəhər və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə şəhər. Şəhərin əhalisi 21 341 nəfər, ümumi rayonn əhalisi 101 687 nəfərdir. Bakı şəhərindən məsafəsi 180 km-dir. İndiki "Qusar" toponimi əvəllər “Ksar” (Ксар), daha sonra isə “Ktsar”(КцIар) formasını alır. Oxford dünya toponimlərin qısa lüğətinə görə bu toponim "kişi" mənasındaki ləzgicədəki "kas" sözündən gəlir. 1837–1839-cu illərdə Qusarın ərazisində İmam Qazi Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına Qazavat elan edirlər.
Həsənqala (Qusar)
Həsənqala — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Qusar rayonunun 7 türk kəndindən biri == Tarixi == Şirvanşahlar dövründən (861-1539) bilinən “Həsənqələli” oykonimi ərazidəki eyniadlı qədim qalanın adından yaranmışdır. Qafqaz albanlarının yaşadığı bu ərazilərə 8-ci əsrdə ərəblər tərəfindən əsir götürülmüş bir neçə yüz xəzər türkü də yerləşdirilmişdi. Qəbristanlığında 300-400 il öncəyə aid məzar daşları olan bu kənd və əhalisi haqqında 1831-ci il siyahıyaalmasında (61 ailə, 225 kişi) və 1857-ci il Qafqaz təqvimində də qeydlər vardır. Çar Rusiyasına qarşı 1826-cı il üsyanında da yaxından iştirak etmiş Həsənqala kəndi ərazisində arxeoloji qazıntılar aparılarsa tarixi keçmişi barədə daha dəlil-sübutlu məlumatlar əldə etmək olardı. Bu kəndləri Osmanlı-Səfəvi müharibəsi (1578-90) dövründən qalma sayanlar da var. 1921-ci il Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasının nəticələrinə görə Həsən-qala kəndinin 68 təsərrüfatında 247 nəfər yaşayırdı və sakinlərinin milli tərkibi Azərbaycan türklərindən ibarət idi. 2009-cu ilin əhali siyahıyaalınmasına əsasən kənddə 931 nəfər yaşayırdı. Son məlumatlara görə isə kənddə qeydiyyatda olanların sayı 1200 nəfərdən artıqdır. O cümlədən, onların 1000 nəfərə yaxını kənddə daimi yaşayır.
Həzrə (Qusar)
Həzrə və ya Yargun (ləzg. Яргун) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi :Əsası XV əsrdə qoyulmuş Həzrəti Seyx Cünet adına == == Coğrafiyası == Həzrə sovetliyinin mərkəzi. Rayon mərkəzindən 24 km şimal-qərbdə, Qusar maili düzənliyindədir. == Toponimikası == Kənd Qusar maili düzənliyindədir. Keçmiş adı Quryan olmuşdur. Yaşayış məntəqəsinin adı ərəb dilindəki həzr (ocaq, pir) sözü ilə bağlıdır. Oykonim kəndin ərazisindəki məscidlə və bu məsciddə dəfn edilmiş Şeyx Cüneydin qəbri ilə əlaqədardır. Qızılbaş tayfalarına arxalanan Şeyx Cüneyd (1447-60) "din uğrunda mübarizə" şüarı ilə Dağıstana hərbi yürüşlər təşkil edirdi. 1460-cı ildə Samur çayı sahilində, bu kəndin yerində Şirvanşah I Xəlilullahın (1417-62) qoşunları onu məğlub etdi, Şeyx öldürüldü.
Həzrəoba (Qusar)
Həzrəoba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Həzrəoba oyk, mür. Qusar r-nunun Həzrə i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Kənd keçmişdə Həzrə kəndinə məxsus qışlaq yerində salınmışdır. Kollektivləşmədən sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir. Oykonim "Həzrə kəndinin obası" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 15 nəfər əhali yaşayır.
Kənarçay (Qusar)
Kənarçay — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oykonim kənar (burada "sahil" mənasındadır) və çay sözlərindən düzəlib, "çay sahili" deməkdir. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonra müxtəlif kəndlərdən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı Qənərçay variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Sudur çayının sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 357 nəfər əhali yaşayır.
Laza (Qusar)
Laza və ya Lazar (ləzg. Лацар) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. == Toponimikası == Laza oyk., sadə. Qəbələ rayonunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Lazalıdır; Qusar r-nunun Zindan-muruq i.ə.v.-də kənd. Qusarçayçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır.
Ləcət (Qusar)
Ləcət — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləcət oyk., sadə. Xaçmaz r-nlınun eyniadlı i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır. Keçmiş adı Ləcətoba olmuşdur. Kənd Qusar r-nundakı Ləcət kəndinə məxsus qışlaq yeri olduğu üçün belə adlandırılmışdı. Sonralar daimi yaşayış məntəqəsinə çevrilən kəndin adındakı ikinci komponent (oba sözü) düşmüşdür; Qusar r-nunun Həzrə i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Ehtimal etmək olar ki, oykonim ləc (bataq¬lıq) və ət (burada “yer, məkan" mənasım bildirir) komponentlərindən düzəlib, “bataq¬lıq yer" mənasındadır.
Qalacıq (Qusar)
Qalacıq — Azərbaycan Respublikasının Qusar rayonunda eyniadlı inzibati ərazi vahidində kənd. Kəndin ərazisindəki qədim xarabalıqlar bu ərazidə orta əsrlərə aid qala olduğunu göstərir. Qalacıq toponimi “kiçik qala” mənasındadır. Yaşayış məntəqəsi qədim qala xarabalıqlarının yaxınlığında salındığına görə belə adlandırılmışdır. Kənddə 1457 nəfər yaşayır.
Qullar (Qusar)
Qullar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Oykonim qəd. türkdilli bulqarlann, peçeneqlərin və qıpçaqların tərkibində olmuş kul tayfasının adındandır Gürcüstanda Ağ qullar, Dağıstanda Qullar, Qərbi Sibirdə Kullar (XVII əsrdə), XVI əsrdə Qazan xanlığmda Kul və b. toponimlər qeydə alınmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 313 nəfər əhali yaşayır. 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Zeyxur kənd cəmiyyəti tərkibinə daxil olan Qullar kəndində 44 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 174 nəfər (92 nəfəri kişilər, 82 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 128 nəfər əhali yaşayırdı.
Qusar (dəqiqləşdirmə)
Qusar
Qusar (hərb)
Qusar (macar. Huszár) — yüngül atlılar. Qusarların yüngül atlı olması onların xeyli kiçik at növlərindən istifadələrindən irəli gəlirdi. Kiçik atlar bəzən ağır atlardan 3 dəfə yüngül olurdular. Bu isə süvari qoşunu xüsusi furaj hazırlıqlarından azad edirdi, çünki yüngül atlar çox vaxt otlaqdan qidalanırdı. Qusarlar ilk olaraq XV-cı əsrdə Macarıstanda yaranıb. O zaman Avropada odlu silah hələ yayılmamışdı, cəngavərlərin ağır zirehlərindən hər kəs yararlana bilmirdilər. Qusarlar, kirasir və draqunlarla birlikdə cəngavərləri uğurla əvəz etməyə başladı. 1458-ci ildə macar kralı Matyaş Korvin tərəfindən hər 20 həyətdən bir qusar verilməsini əmr edir. Qusarlar yüngül süvarilər sayılsalar da qismən zirehli idilər.
Qusar (qəzet)
"Qusar" (ləzg. КцIар) — 1932-ci ildə Hil rayon partiya təşkilatı və rayon fəhlə, kəndli və əsgər deputatları soveti icraiyyə komitəsinin orqanı kimi "Sosyalizm tempi" adı ilə ləzgi dilində nəşrə başlamışdır. Daha sonra "Qızıl Qusar" adlanıb. İlk redaktoru Nurəddin Şərifov idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qəzet "Qusar" adlanmışdır və səhifələrndə rayonda, ölkədə və dünyada baş verən yeniliklər barədə məlumatlar verilir. "Qusar" respublikanın rayon qəzetləri sırasında birinci olaraq yeni-kompüterdə hazırlanma və ofset çap üsuluna keçmiş, tərtibatını təkmilləşdirmiş, öz kompüter mərkəzini yaratmışdır. Kollektivin və onun baş redaktorunun xidmətləri 2000-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin diplomlarına layiq görülmüşdür. Ölkə mətbuatının inkişafındakı xidmətlərinə görə 1977-ci ildən bu qəzetdə çalışan, indi onun redaktoru olan Vidadi Sevzixanova 2010-cu ildə "Əməkdar jurnalist" fəxri adı verilmişdir. Bölgədə mətbəənin yoxluğu səbəbilə Bakıda 1250 nüsxəlik tirajla ayda iki dəfə, iri formatda, rəngli çap olunan qəzet iki dildə - azərbaycanca və ləzgicə materiallar verir. Şəfəq (Azərbaycan qəzeti) Şəki (qəzet) Zaqatala (qəzet) Şərq qapısı (qəzet) "90 il fəaliyyət göstərən Qusar rayon qəzeti".
Qusar bələdiyyələri
Qusar bələdiyyələri — Qusar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qusar bələdiyyəsi
Qusar bələdiyyələri — Qusar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qusar gülxətmisi
Qusar gülxətmisi (lat. Alcea kusjariensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(v) +B2ab(v). Qafqazın nadir, endemik növüdür. Ulduzşəkilli tükcüklərlə sıx tüklənmiş, çoxillik ot bitkisidir. Gövdəsi 50-100, nadir hallarda 150 sm hündürlükdədir. Yarpaqları uzun saplaqlı, yarpaq ayalarının üst tərəfi yaşıl, çökək damarcıqlara görə bir qədər qarışıq, alt tərəf, xüsusən cavan yarpaqlarda, çox tükcüklü olduğuna görə bozarmış haldadır. Çiçəkləri uzun halda düzülmüş çiçək qrupunda, tək-təkdir. Kasacıq 18-22 mm uzunluğunda olur. Tac 30-58 mm uzunluğunda, parlaq-sarı rəngdədir.
Qusar rayonu
Qusar rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qusar şəhəridir. Böyük Qafqaz dağlarının ətəyində yerləşir. Dünyada Ləzgilərin kompakt yaşadığı ən böyük rayon və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə rayon. Ümumi ərazisi 1 542 km². Əhalinin ümumi sayı 101 687 nəfər. Kəndlərin sayı 92 . Bakı şəhərindən məsafəsi 180 km-dir. 1837–1839-cu illərdə Qusarın ərazisində İmam Qazi Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına qarşı üsyanlar baş verdi. Qusar bölgəsinin bütün sixilləri bu üsyanda iştirak elədi, ümumilə 12.000 insan var idi.
Qusar sinaqoqu
Qusar sinaqoqu — Qubadakı Qırmızı Qəsəbədə yerləşən məbəd. Sinaqoq çayın sahilində, təpənin üzərində yerləşir. Məbədin hündürlüyü 14 metrdir. Sinaqoq hər tərəfdən dörd kiçik bürclə və iki çadır şəkilli qüllə ilə əhatə olunmuşdur. Qüllələrin günbəzi və onların iti milləri Qırmızı Qəsəbənin əsas simvolları sayılır. Taxta çərçivələrlə və gözəl ornamentlə bəzədilmiş məbəd mükəmməl görünür. "Qusar" sinaqoqunun da böyük dua otağı vardır. Burada Tövratın və digər dini kitabların saxlanılması üçün iri dolab yerləşir. Dolab "Aronhokodeş", yəni "Müqəddəs Mürcü" adlanır. Mürcü doqquz gözdən ibarətdir.
Qusar şəhəri
Qusar (ləzg. КцIар)— Azərbaycanın şimalında şəhər, Qusar rayonun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Böyük Qafqaz dağlarının ətəyində, Qusar çayı üzərində yerləşir. Dünyada Ləzgilərin kompakt yaşadığı ən böyük şəhər və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə şəhər. Şəhərin əhalisi 21 341 nəfər, ümumi rayonn əhalisi 101 687 nəfərdir. Bakı şəhərindən məsafəsi 180 km-dir. İndiki "Qusar" toponimi əvəllər “Ksar” (Ксар), daha sonra isə “Ktsar”(КцIар) formasını alır. Oxford dünya toponimlərin qısa lüğətinə görə bu toponim "kişi" mənasındaki ləzgicədəki "kas" sözündən gəlir. 1837–1839-cu illərdə Qusarın ərazisində İmam Qazi Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına Qazavat elan edirlər.
Xuray (Qusar)
Xuray — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Xuray kəndi Qusar rayonundan 16 km cənub qərbdə, Şahdağının ətəyində, Qusar çayın sağ sahilində, dəniz səviyyəsindən 1200 m hündürlükdə, Əniğ dərəsi adlanan yerdə yerləşir. Qusar maili düzənliyində tez-tez təsadüf olunan arxeoloji tapıntılar Əniğ dərəsindəki 9 kəndin: Əniğ, Zindanmuruq, Kuzun, Yuxarı Ləgər, Suvacal, Xuray, Cağar, Çətkün və Ləzənin (Onlardan yalnız üç kənd azərbaycanlı kəndidir. Xuray, Ləgər, Suvacal) qədim zamanlardan mövcudluğunu təsdiq edir. Bu zonada ilk yaşayış məskənləri Əniğ Və Xuray olduğu kənd ağsaqqallarının yekdil fikridir. Kəndin qədimliyini onun dörd tərəfdən əhatə edən köhnə qəbiristanlıqlar sübut edir. Xuray kəndi hazırda yerləşdiyi yerindən bir az yüksəklikdə olub. Qədim dövrlərdə "Cıraqlar", "Marl yurd" kimi yurd yerlərində məskən salmış yerli əhali təxminən 500 il əvvəl – təbii fəlakətdən, yadelli basqınlardan qurtulmaq üçün qədim məskənlərini yeni yurd yeri – bərəkətli torpaqları və bol sulu bulaqları olan yamaca – Qusarçayın hövzəsinə tərəf enmişdilər. Beləliklə, orada "Xuray"ın yeni təməli qoyulur. 1996-cı ildə Xurayın "Bağlar" adlanan ərazisində, ora yaxın digər yerlərdə əkin işləri aparılarkən qədim dövrlərə aid nizə başlıqları, silaha oxşar alətlər tapılır.
Zuxuloba (Qusar)
Zuxuloba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Yuxarı Qələnxur kənd inzibati-ərazi vahidi tərkibindəki Zuxuloba kəndi Şirvanovka kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Yaşayış məntəqəsi Zuxul kəndindən çıxmış ailələrin oba yerində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Zıtxul (kənd adı) və oba sözlərindən düzəlib, "Zuxul kəndinin obası" mənasındadır. Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 121 nəfər əhali yaşayır.
Çiləgir (Qusar)
Çiləgir — Azərbaycan Respublikasının Qusar rayonunun Urva inzibati ərazi vahidində kənd. Qusarçayın sahilində, Qusar maili düzənliyindədir. Kənd 1999-cu ildə yaradılmışdır. Tədqiqatçıların ehtimalına görə, kəndin adı XVI əsrdə Anadoluda yaranmış Boz Ulus tayfa ittifaqına daxil olan Çilaxir tayfasının adı ilə bağlıdır. Etnotoponimdir. Xaçmaz rayonuda da Çiləgir adında kənd mövcuddur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1029 nəfər yaşayır. Əhalisini əsasən azərbaycanlılar təşkil edir.
Şirvanlı (Qusar)
Şirvanlı (əvvəlki adı: Şirvanovka) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Qusar rayonunun Şirvanovka kənd inzibati ərazi dairəsi tərkibindəki Şirvanovka kəndi Şirvanlı kəndi adlandırılmış, Şirvanovka kənd inzibati ərazi dairəsi Şirvanlı kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Kənd Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi XII əsrin sonlarında Rusiyanın mərkəzi quberniyalarından Şirvan zonasına köçürülmüş ailələrin XX əsrin əvvəllərində indiki əraziyə gəlmələri nəticəsində yaranmışdır. Kənd əvvəlcə Şirvanskoye, Sonralar Şirvanovka adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1162 nəfər əhali yaşayır. Kənddə Şahdağ Qusar futbol klubunun müxtəlif yaş qrupları üzrə bölmələri fəaliyyət göstərir.
Əniq (Qusar)
Əniq və ya Ünüğ (ləzg. Уьнуьгъ) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Əniq oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Qusar çayının sahilində, Yan silsiləsinin ətəyindədir. 1843-cü ilə aid sənəddə Anıxkənd formasında qeyd olunmuşdur. Oykonimin ləzg. "məskən" mənasında olan niq sözündən yarandığı ehtimal olunur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2242 nəfər əhali yaşayır.
Samur (Qusar)
Samur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində qəsəbə.
Qusar FK
{{Futbol klubu |adı =Qusar FK |orijinal adı = Qusar Futbol Klubu |emblem = |ölçü = |alt = |izah = |klubun tam adı = Qusar Futbol Klubu |ölkə = Azərbaycan |ləqəbi = Şimal qartalları |qısa ad = |yaranma tarixi = 2019 |bağlanma tarixi = |stadionu = |tutumu = |koordinatlar = |sahib başlıq = Kamil Məmmədov sməcburi deyilavtomatik: Sahib --> |sahib = |sədr başlıq = Kamil Məmmədov |prezidenti = |menecer başlıq = |menecer = |baş məşqçisi = |kapitanı = |liqa = [[ Azərbaycan 2-ci Liqası |mövsüm = |sıra = |sayt = |pattern_la1 = |pattern_b1 = |pattern_ra1 = |pattern_sh1 = |pattern_so1 = |leftarm1 = |body1 = |rightarm1 = |shorts1 = |socks1 = |pattern_name1 = |kit_alt2 = |pattern_la2 = |pattern_b2 = |pattern_ra2 = |pattern_sh2 = |pattern_so2 = |leftarm2 = |body2 = |rightarm2 = |shorts2 = |socks2 = |pattern_name2 = |kit_alt3 = |pattern_la3 = |pattern_b3 = |pattern_ra3 = |pattern_sh3 = |pattern_so3 = |leftarm3 = |body3 = |rightarm3 = |shorts3 = |socks3 = |pattern_name3 = |indiki = }} Qusar FK — Azərbaycanın Qusar rayonunu təmsil edən, yarım peşəkar statuslu futbol klubudur.