Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qariqa
Qariqa — Aralıq dənizi ətrafındakı dağların quraqlıq-daşlıq yamaclarının aşağı qurşağında alçaqboylu, seyrək həmişəyaşıl kserofit kolluqdur..
Baraba
Baraba (tatar. Бараба, Baraba, Sibirtatarca: Бараба, Baraba) ― Rusiyanın Novosibirsk vilayətinə bağlı Baraba rayonunun mərkəzi olan şəhərdir. Şəhər, Baraba Çöllərindənda yer almaqdadır. sahəsi 69.48 km² olan şəhərin əhalisi 2010 ilə görə 30,394'dür.
Baribal
Baribal (lat. Ursus americanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Qara ayı yaxud Baribal Şimali Amerikada yaşayır. Onların həyat tərzi Himalay ayısının həyat tərzlərini xatırladır. Orta ölçülü ayının çəkisi 150 kiloqrama çatır. Digər ayılar kimi Baribal da qış yuxusuna gedir. Bu zaman onların 2–3 balaca (təsadüfü hallarda 1–4 ədəd) 250–300 qram ağırlığında balaları dünyaya gəlir. Balalar sürətlə inkişaf edir, növbəti yaya kimi anaları ilə birlikdə yaşayırlar. Baribal həşaratlar, balıqlar, meyvələr, giləmeyvələr və bitkilərlə qidalanır. Şimalda Kanada və Alyaskadan cənubda Meksikaya və şərqdə Atlantik okeanından qərbdə Sakit okeana qədər olmaq üzrə, qitənin böyük əksəriyyətində rast gəlinir.
Carica
Karika (lat. Carica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinə aid bitki cinsi. Carica baccata = Vasconcellea microcarpa subsp. baccata Carica candamarcensis = Vasconcellea cundinamarcensis Carica candicans = Vasconcellea candicans (Mito) Carica caudata = Jarilla heterophylla Carica cauliflora = Vasconcellea cauliflora Carica cestriflora = Vasconcellea cundinamarcensis Carica chilensis = Vasconcellea chilensis Carica crassipetala = Vasconcellea crassipetala Carica cundinamarcensis = Vasconcellea cundinamarcensis Carica dodecaphylla = Jacaratia spinosa Carica glandulosa = Vasconcellea glandulosa Carica goudotiana = Vasconcellea goudotiana Carica heterophylla = Vasconcellea microcarpa subsp.
Darıca
Darıca — Türkiyənin Kocaeli ilinin ilçələrindən biri. == İdman == "Darıca Gənclərbirliyi" adlı futbol klubu ilçəni Türkiyənin 2-ci liqasında təmsil edir.
Garabağ
Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi. Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.
Qalina
Qalina — qadın adı və təxəllüs Qalina Vişnevskaya — Sovet və rus opera müğənnisi. Qalina Timçenko — Rusiya jurnalisti Qalina Tançeva — Bolqarıstanlı bədii gimnast. Qalina Nikandrova — Bolqarıstanlı bədii gimnast. Qalina Malaşenko — Bolqarıstanlı bədii gimnast. Qalina Marinova — Bolqarıstanlı bədii gimnast. Qalina Bıstrova — Yüngül atletika üzrə üç qat Avropa çempionu, Əməkdar idman ustası.
Qapisa
Kapisa vilayəti (puşt. کاپیسا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 1.842 km²-dir. 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 399.5 min nəfər, inzibati mərkəzi Mahmud-e-İraqi şəhəridir. Əhalinin 30%-i dəricə, 27%-i puştuca, 17%-i isə paşayi dilində danışır.
Qarabağ
Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi. Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.
Qarabaş
Qarabaş (və yaxud Qarabaşlar) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonu inzibati ərazi vahidində mövcud olmuş ölü kənd. Qafan şəhərindən 19 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Baharlı kəndi yaxınlığında yerləşir. Qarabaş kəndinin əhalisi 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülüb. Toponim muğanlı türk tayfasından olan qarabaş etnoniminə -lar şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. "Qafqazın 5 verstlik xəritəsi"ndə Qarabaş formasında qeyd edilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1897-ci ildə 60 nəfər, 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 49 nəfər əhalisi olan kənd 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülərək ləğv edilmişdir. Qarabaşlılar Baharlı kəndində zəlzələ üçün tikilmiş binalarda yerləşdirilmişdir. 1926-cı il siyahıyaalınmasında kəndin azərbaycanlı əhalisi səhvən farslar kimi göstərilib.
Qaraca
Qaraca dağı (Daşkəsən) — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ. Qaraca dağı (Yevlax) — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağ. Qaraca dağı (Şamaxı) — Şamaxı rayonunda yerləşən dağ. Qaraca dağı (Yardımlı) — Yardımlı rayonunda yerləşən dağ.
Qaraisa
Qaraisa — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-qərbdə yerləşir. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. 1937-ci il dekabrın 31-də Kalinino rayonu yarandıqdan sonra Cəlaloğlu (Stepanavan) rayonunun indiki ərazi bölgüsündən çıxarılmışdır. Toponim üçoxlara mənsub qara isalı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Meğvahovit qoyulmuşdur. Kənddə 1922-ci ildə 128 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 196 nəfər azərbaycanlı yaşamışdır.
Qarğıma
Qarğıma - türk, anadolu və altay xalq inancında qarğış, bəddua. Anadoluda Kargış (Karış) və monqolcada Harah olaraq da deyilər. Bir insan üçün pis xahişlərdə etmək və bu məqsədlə Tanrıya yaxarmaq. Anadoluda "Qarış Vermək" təbiri lənət oxumaq, bəddua etmək mənasında istifadə edilir. "Ah Etmək" də bənzər mənalara malikdir. "Ahım Çıxdı" cümləsində olduğu kimi. Qarğımak (Qarğış Etmək) feli ilə də istifadə edilər. Qarğa quşu, həm rəngi həm də Nuh tərəfindən özünə qarğındığı üçün bu adı almışdır. İlənc - türk və altay xalq mədəniyyətində və inancında lənət. Pis qədər, pis son, fəlakət kimi bir insanın başına gələn və arxasını buraxmayan mənfi hallar.
Qarışqa
Qarışqalar (lat. Formicidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Tropik ölkələrdə geniş yayılmışdır. Qafqazda 160-dan çox, Azərbaycanda 90-a qədər növü məlumdur. Qarışqalar milyonlarla ildir mövcud olublar və arıya bənzər əcdadlardan təkamülləşdiyi güman edilir. Qarışqalar dinozavrlarla eyni dövrdə yaşamış, dinozavrlar müəmmalı şəkildə məhv olsalar da, onlar yaşamağa davam etmiş, hər bir şəraitə uyğunlaşmışlar. Qarışqaların ömrü növündən asılı olaraq dəyişə bilər, bəziləri cəmi bir neçə həftə yaşayır, bəziləri isə bir neçə il yaşaya bilər. Qarışqalara, qidaları tapıldıqdan sonra yuvaya geri qayıtdıqları zaman keçdikləri yolun üstünə vücud sonundakı ifraz şirələri vasitəsilə kimyəvi işarələr qoymaq xasdır. Yuvadakı digər işçilərin də eyni yolu təqib edərək qida qaynağını tapmaqda bu işarələr yardımcı olurlar. Bir neçə dəqiqədən sonra təsiri gedən bu iz qoxularının davamlı olaraq yenilənməsi lazımdır.
Qəribi
Qəribi — XVI əsr Azərbaycan şairi, Səfəviyyə təriqətinin üzvü, I İsmayılın saray şairi. Qəribi irsi iqamətgahı olan Bozüyük mahalında Şeyx Səfiəddinin valisi Manteşə tayfasından olan Sufi Hacı Müslihəddin Əmir Xanın ailəsində doğulub. Şairin özünün dediyinə görə, atası savadlı və dindar olmaqla yanaşı, zəngin və xüsusi ictimai statusa malik idi. Qəribi mistik yola erkən girişi atasından almış, Osmanlı sultanı I Səlimin dövründə, Qəribinin on yaşı olarkən sünni üləmalarından olan atasının qızılbaşlar tərəfindən zülmə məruz qalaraq edam edilməsini ilə təlimi yarımçıq qalmışdır. Bundan sonra Qəribi Səfəvi ordeninə qoşularaq I Şah İsmayılın saray şairi olur. 1520-ci illərdə onun Osmanlı İmperatorluğunda olması onun bu torpaqlarda fəaliyyət göstərən Səfəvilərin bir qolu olduğunu göstərir. Qəribi I Şah Təhmasibə həsr etdiyi divanı və dini mübahisələrə dair Azərbaycan dilində “Hekayət-e Yohanna” (“Yunusun tarixi”; Yunus peyğəmbərin kitabı ilə qarışdırılmamalıdır) adlı risaləsi ilə tanınır. Əsərdə təriflər verilir, şahın hakimiyyəti, eləcə də onun atası I İsmayıl, onun məsihçi poeziyasını Qəribi dəfələrlə parafraz və müxəmməs şəklində təqlid edir. Əsər 1558-1576-cı illər arasında yazılmışdır. Qəribinin əsərinin ərəb ("Alzam ən-navaseb") və farsca ("Resala-ye Yohanna") başqa versiyaları da var, lakin onlar natamamdır və hər ikisinin sonu yoxdur.
Dariya
Dariya — Glenn Eichler və Susie Lewis Lynn tərəfindən yaradılmış böyüklər üçün cizgi serialı. Seriyalar 3 mart 1997-ci ildən 21 yanvar 2002-ci ilədək MTV kanalında yayımlanmışdır. Serial ağıllı və hayasız məktəbli qız olan Daria Morgendorffer-dən bəhs edir. "Dariya" Mayk Cadcın yaratdığı "Beavis and Butt-Head" serialının spin-off seriyasıdır, Dariya həmin serialda köməkçi personajlarından biri idi. Cadc yaratdığı bu personaj əsasında serial çəkilməyi ilə razılaşdı, lakin onun özü serialın hazırlanmasında iştirak etmədi çünki "King of the Hill" üzərində işləyirdi. MTV 2019-cu ildə "Dariya"nın personajlarından biri olan Codi (ing. Jodie) haqqında spin-off serialı çəkmək planları olduğunu bildirdi. 2022-ci ilin may ayında serial əvəzində cizgi film çəkiləcəyi məlum oldu. == Məzmun == Serial bir qədər kinli və hayasız yeniyetmə qız olan Daria Morgendorffer və onun ən yaxşı dostu Ceyn Leyndən bəhs edir. Hadisələr Texasın uydurma bölgəsi olan Lawndale-də cərəyan edir.
Qarsia
Qarsia — soyad. Endi Qarsia — Kubalı aktyor. Ana Fernandez Qarsia — İspaniya aktrisası. Vata Matanu Qarsia — karyerasını bitirmiş anqolalı futbolçu.
Endi Qarsia
Andres Arturo Qarsia Menendez (12 aprel 1956[…], Havana) — Kubalı aktyor. Ailəsi 1961-ci ildə ABŞ-yə köçdü. Dünyaya əkiz qardaşı ilə bitişik gəlmişdir. Ayrıldıqdan sonra həmin çiynində yara əmələ gəlmişdir. ABŞ-yə ilk gəldiklərində pis işlərdə işləməyə məcbur olmuşdur.
Ficus carica
Adi əncir (lat. Ficus carica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü. == Sinonimləri == Caprificus insectifera Gasp. Caprificus leucocarpa Gasp. Caprificus oblongata Gasp. Caprificus pedunculata (Miq.) Gasp. Caprificus rugosa (Miq.) Gasp. Caprificus sphaerocarpa Gasp. Ficus albescens Miq. Ficus burdigalensis Poit.
Fəriba Vəfi
Fəriba Vəfi (az.-əski. فریبا وفی‎, fars. فریبا وفی‎; 1962, Təbriz) — Azərbaycan əsilli İran yazıçısı. Onun ən məşhur əsərləri arasında "Zirzəmi quşu" və "Tibet arzusu" var. O, yaradıcılığına görə İranda çoxlu mükafata layiq görülmüşdür. Onun əsərləri Azərbaycan, türk, rus, ərəb, yapon və ingilis dillərinə tərcümə edilmişdir. Bakıda ilk kitabı "Oyundan yorğun" "Qanun" nəşriyyatında 2007-ci ildə Lalə Cavanşirin fars dilindən tərcüməsində, Nərmin Kamalın ön sözü ilə nəşr edilmişdir. == Həyatı == Fəriba Vəfi 21 yanvar 1963-cü ildə İranın Təbriz şəhərində, azərbaycanlı bir ailədə anadan olmuşdur. Onun ilk qısa hekayə kolleksiyası "Səhnənin dərinliklərində" (Dar omğe səhnə) «Çeşmə» nəşriyyatı tərəfindən 1996-cı ildə nəşr edilmişdir. Onun ikinci qısa hekayə kolleksiyası "Hətta güldüyümüz vaxtda" (Hətta vağti mixandim) «Nəşri-mərkəz» nəşriyyatı tərəfindən 1999-cu ilin payızında nəşr edilmişdir.
Gerila buzlağı
Gerila buzlağı (bolq. ледник Герила, ‘Lednik Gerila’ \'led-nik ge-'ri-la\) — 7.5 km uzunluğu və 2 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Burdenis buzlağından şimalda, Fonfon buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Buzlaq şimal-şərqi Bolqarıstandan axan Gerila çayının adını daşıyır. == Yerləşməsi == Gerila buzlağı 78°12′25″ c. e. 86°02′00″ q. u. koordinatlarında yerləşmişdir.
Karina Qarsiya
Karina Qarsiya (3 yanvar 1984) — Boliviyalı atıcı. Karina Qarsiya Boliviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karina Qarsiya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 405.6 xal toplayaraq 44-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Keçəldağ (Qarabağ)
Keçəldağ — Azərbaycanda, Qarabağ yaylasında hündürlüyü 3,171 metr (10,404 ft) olan sönmüş vulkan konusudur. Üst Pliosenin vulkan suxurlarından təşkil olunmuşdur. Yamaclarında qədim buzlaq relyefi formaları inkişaf etmişdir. Zirvəsi qayalıqdır. Alp çəmənlikləri, perlit yatağı var. Kəlbəcər rayonu ərazisindədir. == Coğrafi xüsusiyyətləri == Həkəri çayı hövzəsini və qismən də Tərtərçayın yuxarı hövzəsini əhatə edir. Relyefi dərin erozion parçalanmaya məruz qalmış, bəzi yerlərdə lava və vulkanogen-prolüvial çöküntülər altında basdırılmışdır. Tektonik-denudasiya və litostruktur mənşəli silsilə və tirələr, intruziv massivlər, dağarası çökəkliklər səciyyəvidir. Suayırıcılarda və yamaclarda düzəlmə səthi qalıqları, Mıxtökən, Çalbayır silsilələrinin yamaclarında qayma tipli səpintilər, çay dərələrində terraslar müşahidə edilir.
Lyusiya Qaruta
Lyusiya Qaruta (latış. Lūcija Garūta‎; 14 may 1902, Riqa – 15 fevral 1977, Riqa) — Latviyalı pianoçu və bəstəkar. Latviya SSR əməkdar incəsənət xadimi (1962). == Bioqrafiyası == Yeddi yaşında Oto Voqelmanisdən fortepiano öyrənməyə başlayır, sonra Mari Zilinskayanın sinfində oxuyur. Nikolay Alunanın rəhbərliyi altında harmoniya dərsləri alır. 1924-cü ildə Latviya Konservatoriyasını Yazep Vitols ilə bəstəkarlıq sinfini və bir il sonra Lyudmila Qomane-Dombrovskayadan fortepiano dərləri alır, məzun olur. 1925–1926-cı illərdə Riqa Radiosunda çalışır. Parisdə bacarıqlarını artırmağa davam edir, burada Alfred Kortot və İsidora Filippedən fortepianodan, Paul Le Flem alətlərdən və Paul Dukladan bəstəkarlıqda təhsil alır. Solist və müşayiətçi kimi Latviyada və xaricdə çoxsaylı konsertlərdə iştirakl edir. Sonra xəstəlik üzündən bəstəkarlığa keçir.
Manuel Qarsiya
Manuel Qarsiya Valinas (d. 20 aprel 1955) — İspaniyalı biatlonçu. Manuel Qarsiya İspaniyanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Manuel Qarsiya birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Qarsiya 40:16.6 saniyəlik nəticəsi ilə 64 atlet arasında 56-cı yeri tutdu və medalçılar sırasına düşə bilmədi.