Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qəşəm Aslan
Qəşəm Novruz oğlu Aslanov (10 aprel 1934, Kəsəmən, Basarkeçər rayonu – 19 noyabr 1984, Bakı) — Azərbaycanın dövlət xadimi; Şuşa, Abşeron və İsmayıllı rayonlarının birinci katibi; SSRİ jurnalisti, SSRİ Jurnalistlər İttifaqının üzvü (1966). Qəşəm Aslanov 10 aprel 1934-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub. 1949-cu ildə yeddi illik məktəbini bitirdikdən sonra Xanlar Pedaqoji Texnikumuna daxil olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisasına qəbul olub və 1959-cu ildə universiteti bitirib. 1955-ci ildə Qaraiman kənd məktəbinə dərs hissə müdiri göndərilib. Bundan sonra öz kəndlərində müəllim və dərs hissə müdiri işləyib. 15 oktyabr 1959-cu ildə Basarkeçər rayon komsomol komitəsinin birinci katibi, 1962-ci ildə rayonlararası "Sevan" qəzetində redaktor vəzifələrində çalışıb. 1962-ci ildə Basarkeçər rayon partiya komitəsinin katibinin ideoloji iş üzrə müavini seçilib. 1966-cı ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunub. 1966–1968-ci illərdə Moskvada Ali Partiya məktəbində oxuyub.
Qəşəm Aslanov
Qəşəm Novruz oğlu Aslanov (10 aprel 1934, Kəsəmən, Basarkeçər rayonu – 19 noyabr 1984, Bakı) — Azərbaycanın dövlət xadimi; Şuşa, Abşeron və İsmayıllı rayonlarının birinci katibi; SSRİ jurnalisti, SSRİ Jurnalistlər İttifaqının üzvü (1966). Qəşəm Aslanov 10 aprel 1934-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub. 1949-cu ildə yeddi illik məktəbini bitirdikdən sonra Xanlar Pedaqoji Texnikumuna daxil olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisasına qəbul olub və 1959-cu ildə universiteti bitirib. 1955-ci ildə Qaraiman kənd məktəbinə dərs hissə müdiri göndərilib. Bundan sonra öz kəndlərində müəllim və dərs hissə müdiri işləyib. 15 oktyabr 1959-cu ildə Basarkeçər rayon komsomol komitəsinin birinci katibi, 1962-ci ildə rayonlararası "Sevan" qəzetində redaktor vəzifələrində çalışıb. 1962-ci ildə Basarkeçər rayon partiya komitəsinin katibinin ideoloji iş üzrə müavini seçilib. 1966-cı ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunub. 1966–1968-ci illərdə Moskvada Ali Partiya məktəbində oxuyub.
Qəşəm Nəcəfzadə
Qəşəm Nəcəfzadə (Nəcəfov Qəşəm Mirzə oğlu; 1 aprel 1959, Əliqullar, İmişli rayonu) — Şair, yazıçı- jurnalist, Əməkdar Mədəniyyət işçisi, "Azərbaycan" Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq Ədəbiyyatı Şöbəsinin rəhbəri, "Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiri,Azərbaycan Respublikası Audiovizual Şurasında ekspert, Azərbaycan Dövlət televiziyasında redaktor və aparıcı, Teleradio Akademiyasında müəllim, Mədəniyyət nazirliyinin "Qızıl kəlmə", "Milli kitab", Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq " Rəsul Rza", "Tofiq Mahmud" mükafatları laureatı, 2007-ci ildə Hollandiyada keçirilən Beynəlxalq Poeziya Festivalının iştirakçısıdır. İndiyə kimi 40 şeir kitabı çap olunub. Bu kitablardan 18-i xarici ölkələrdə işıq üzü görüb. Şeirləri 20 dən çox dilə; ingilis, rus, ispan, fransız, alman, italyan, alban, çin, tamil, fars, holland, polyak və başqa dillərə tərcümə olunub. Qəşəm Nəcəfzadə 1959-cu ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Uzun illər öz kəndlərində, İmişli rayonunda, Bakıda orta məktəblərdə müəllim, Təfəkkür və Slavyan unversitetlərində baş müəllim işləyib. Şair dövri mətbuatda şeirlərlə yanaşı, hekayələri, esseləri, elmi- tənqidi məqalələri və publisistik yazıları ilə müntəzəm çıxış edir. Son 3 ildə şairin dövrü mətbuatda, internet saylarında 300 — dən çox koşə yazısıı çap dərc edilib. 2007-ci ildə Avropada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı olub.
Qəşəm Səfərov
Qəşəm Yaqubov
Qəşəm İbrahimli
Qəşəm İsabəyli
İsabəyli Qəşəm İsa oğlu — şair, nasir, 1986-cı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1983). Qəşəm İsabəyli 1948-ci il avqustun 14-də Azərbaycanın Kürdəmir rayonundakı Xəlsə kəndinda ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini Xəlsə kəndində, onbirillik məktəbi qonşu Axtaçı kəndində bitirmişdir (1966). Üç aya yaxın Bakıda metro tikintisində, sonralar isə Xəlsədə işləmişdir. ADU-nun Geoloji-coğrafiya fakültəsinin Coğrafiya şöbəsini bitirmişdir (1967-1972). Kürdəmir rayonunun Axtaçı və Beyi kənd məktəblərində müəllim işləmişdir (1972-1975). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində ştatdankənar müxbir olmuşdur (1975-1976). C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında sənədli filmlər birliyində inzibatçi, sifariş filmləri redaktoru vəzifələrində çalışmışdır (1976-1982). "Yazıçı" nəşriyyatında klassik ədəbiyyat və folklor şöbəsində redaktor olmuşdur (1982-1984). "İşıq" nəşriyyatında sifariş ədəbiyyatı redaksiyasının müdiri (1984-1992) işləmişdir.
Qəşəm İsmayılov
İsmayılov Qəşəm Camal oğlu — biologiya üzrə fəlsəfə doktoru, professor.[mənbə göstərin] Qəşəm İsmayılov 1939-cu il mayın 25-də Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olmuşdur. 1945-ci ildə Cəbrayıl rayonunun 7 saylı məktəbin 1-ci sinfinə daxil olmuş, 1956-cı ildə Ağdam şəhərinin 1 saylı orta məktəbini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1957-ci ildə Azərbaycan Dövlət Universitenin biologiya fakültəsinə daxil olmuş, 1962-ci ildə həmin fakültəni bioloq-zooloq ixtisası üzrə tam kursunu bitirmişdir. Həmin ildə AMEA Zoologiya İnistitutunun "Ekoloji parazitologiya" laboratoriyasında laborant vəzifəsində işləmişdir. 1964-cü ildə ADU-nun biologiya fakültəsində əyani aspiranturaya daxil olmuş və aspirantlıq təhsilini başa vurduqdan sonra yenidən AMEA Zoologiya İnstitutuna işə qayıtmışdır. 1969-cu ildə "Azərbaycanda itlərin helmint faunası, onun epizootoloji və epidemioloji cəhətcə xarakterizə edilməsi" mövzusunda namizədlik dissertasiya işini müdafiə edərək, biologiya elmləri namizədi adını almış, Zoologiya İnstitutunda əvvəlcə kiçik elmi işçi, 1974-cü ildən hal-hazıra kimi böyük elmi işçi vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə 10-a yaxın mövzunun məsul icraçısı olmuşdur. "Lənkəran təbii vilayətində qaramal və camışlarda Moniezia cinsinə aid növlərin bioekoloji xüsusiyyətləri, yayılması, təsərrüfat əhəmiyyəti" mövzusunun məsul icraçısı idi. O, Azərbaycanın müxtəlif bölgələrində itlərdə və gövşəyən heyvanlarda parazitlik edən bir sıra başlıca helmintoz törədicilərinin təbii ocaqlıqlarını aşkar etmiş və onlara qarşı müvafiq mübarizə tədbirlərini işləyib hazırlamışdır. İlk dəfə olaraq Azərbaycan faunası üçün anoplosefalyatlarının aralıq sahibləri olan 25 növdən çox oribatid gənələri aşkar etmişdir.
Qəşəm Şahbazov
Qəşəm Cəlil oğlu Şahbazov (1902, Qarahəmzəli, İrəvan qəzası – 1989, Bakı) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Ermənistan Kommunist Partiyası Zəngibasar Rayon Komitəsinin birinci katibi (1947–1950). Qəşəm Cəlil oğlu Şahbazov 1902-ci ildə İrəvan quberniyası İrəvan qəzasının Qarahəmzəli kəndində anadan olmuşdur. Ailənin ən kiçiyi olmuşdur. Orta təhsilini İrəvan şəhərində almış, 1925-ci ilin əvvəllərində Ermənistan LKGİ MK-da işə qəbul edilmişdir. Qısa zaman sonra isə komsomolun Yeni Bəyazid qəzası (sonralar Basarkeçər rayonu) üzrə məsul təşkilatçısı təyin edilmişdir. Qəşəm Şahbazov 1928-ci ildə Bakıdakı Səməd Ağamalıoğlu adına texnikuma daxil olmuş, ardınca Gəncədəki Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirmişdir. Basarkeçər rayonuna qayıtdıqdan sonra üç il burada su idarəsinin rəisi işləmişdir. 1938-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv qəbul edildikdən bir müddət sonra İrəvan şəhərinə köçən Qəşəm Şahbazov "Sovet Ermənistanı" qəzetində redaktor müavini işləmiş, sonra isə Vedi rayonuna MTS direktorunun siyasi işlər üzrə müavini vəzifəsinə göndərilmişdir. 1942-ci ildə Qırmızı Ordu sıralarında hərbi xidmətə aparılmış, lakin bir neçə gün sonra Tiflisdən geri qaytarılaraq Qarabağlar rayonunda qəzet redaktoru vəzifəsinə təyin edilmişdir. 1944-cü ildə Ermənistan Kommunist Partiyası Qarabağlar Rayon Komitəsinin ikinci katibi seçilmiş, 1946-cı ilin əvvəlində isə Ermənistan KP Mərkəzi Komitəsinin bölmə müdiri təyin edilmişdir.
Fəşəm
Fəşəm (Farsca: فشم‎, Fasham) — İranın Tehran ostanında şəhər. == Ümumi məlumat == Tehran ostanının Şimiranat şəhristanının Rudbar-i Qəsran bəxşində olan və bu bəxşin idarə mərkəzi olan şəhərin 2006-cı il rəsmi əhalisi 6.895 nəfər və 2.019 evdir.
Qədəm
Addım — çox qədim vaxtlardan bu günə qədər xalq arasında geniş işlənən və təxminən 1 m-ə bərabər uzunluq ölçüsü vahididir. Çox güman ki, qədim insanlar yeriyərkən addımlarını saymağa başlamış və sonra da bundan ölçü vahidi kimi istifadə etmişlər. Bəlkə də insanların istifadə etdikləri ilk uzunluq ölçü vahidi elə addım olmuşdur. Bu gümanın gerçək hesab olunması üçün hər cür əsas vardır. İstər Azərbaycan şifahi xalq ədəbiyyatında, istərsə də klassik yazılı ədəbiyyatda addım sözünə tez-tez rast gəlinməsi də ondan uzunluq ölçüsü vahidi kimi xalq arasında geniş şəkildə istifadə olunduğunu göstərir: "Eni də az olsa, on beş-iyirmi addım var". On addım kənarda yatmayır təkə, Gəzinir oylağa baş çəkə-çəkə. Addım təkcə Azərbaycanda deyil, digər türk xalqlarında da işlənmişdir (Türkdilli xalqlardan bəziləri addıma qədəm deyirlər. Bu söz Azərbaycanda da işlənir. Evə gələn gəlinə də, qonağa da "qədəmi sayalı olsun" - deyirlər). Addım haqqında ayrı-ayrı ədəbiyyatlarda verilən bilgilər bəzən bir-birinə yaxın olsalar da, onların arasında kəskin fərqlənmələr də vardır.
Qələm
Qələm - yazı yazmaq və şəkil çəkmək üçün istifadə edilən, içərisində mürəkkəbli sterjen və ya qrafit mili olan incə çubuq formalı vasitə. Aşağıdakılar qələm nümunələridir: Diyircəkli qələm Mürəkkəbli qələm Uclu qələm Divit Stres İlk yazılar – Şumerlərin gil kitabələri iti əşya ilə cızılırdı. Az qala 3 min il istifadə olunan bu alət (təxminən, indiki mıx formasında) nə qədər naqolay olsa da, ayrı çarə tapa bilmirdilər. Uzun müddət – eramızın ilk minilliyi ərzində ucu itilənmiş qamış-qələmlərdən istifadə olunduğu da iddia olunur. Həmçinin lifdən düzəldilən ilk kağızın yaranması ilə quş lələyindən istifadə də gündəmə gəldi: daha rahat olan bu vasitə müxtəlif rəngli məhlullara batırılmaqla yazılırdı. Paralel olaraq həm də dəmir ucluqlu ağac-qələmdən də istifadə olunurdu. 1780-ci ildə isə polad ucluğu (pero) kəşf etməklə Harrison öz adını tarixə yazdırmağı bacardı. 19-cu əsrdə isə artıq özü yazan qələmlər (avtoqələm) ixtira edildi. Karandaşın yaranması tam təsadüfdən (yəqin ki, zərurət vardı) doğub: 18-ci əsrdə laboratoriya üçün qablar hazırlayan çex əsilli Yozef Hartmutun əlindən fincan düşüb sınır və «günahkar» sınan əşyanın kağız üzərində qara cızıq açdığını görür. Nəticədə qrafit tozu ilə gil lövhələrin qarışığından təcrübələrə başlayan Hartmut karandaşın əcdadını yaradır.
Qəşəd
Qəşəd — Azərbaycan Respublikasının Ağsu rayonunun Qəşəd kənd inzibati ərazi dairəsində kənd.
Xəşəm
Xəşəm (lat. Aspius aspius) — Xəzər dənizində bir növ və bir yarım növ şəklində mövcuddur. Əsas növ əsasən şimali Xəzərdə yaşayır və çoxalmaq üçün Volqa, Ural və Terek çaylarına girir. Yarım növ isə əsasən Xəzərin cənubunda yayılmışdır. Xəşəm keçici balıqdır, dənizdə yaşayır, cinsi yetişkənliyə çatdıqdan sonra (5–6 yaşında) çoxalmaq üçün oktyabrdan başlayaraq fevrala qədər (bəzən mart-aprelə qədər) əsasən Kür çayına, az miqdarda Qızılağac körfəzinə keçir. Kürü verməsi apreldə, suda temperatur 14 °C olduqda baş verir, kürülərini 0,5–1,5 m dərinlikdə xırda daşlar üzərinə tökür. Hər bir dişi balıq 46,8 mindən 342 min ədədədək kürü verir. Kürüdən çıxmış sürfələr bir müddət çayda qalır. Orada qidalanıb böyüyən balıq körpələri sonra dənizə miqrasiya edərək 30–40 m dərinlikdə yaşayır. Xəşəm yırtıcı balıqdır, artıq 6–9 sm uzunluğa çatmış körpələr başqa balıqların körpələri ilə qidalanır.
Yəşəm
Yəşəm — kvars və ya xalsedonla sementləşmiş mikroskopik kvars dənələrindən ibarət bərk süxurdur. Tərkibində böyük miqdarda dəmir, alüminium, kalsium oksidlərinin və həmçinin qranat, xlorit, epidot kimi mineral qarışılqların olması ona çox müxtəlif rənglər verir. Yəşəmin ən yaxşı növlərindən istənilən rəng və çarlara rast gəlinir. Görkəmli mineroloq – alim A.Y.Fersman bu daş haqqında belə yazmışdır: “Mən öz rəng zənginliyinə görə yəşəm qədər fərqlənən ikinci bir mineralk növü tanımıram ; təmiz göy rəngdən başqa , yəşəmdə bütün rəng çalarları var və onlar birləşərək nağılvari mənzərə yaradır” Çinlilər yəşəmi ilahiləşdirmişlər.Yəşəmlər qədim dənizlərin dibində, sualtı bazalt-liparit vulkanlatının yaxınlığında əmələ gəlmidir. Qərbi Avropa ölkələrində yəşəmdən bəzık daşı kimi XV-XVİ əsrlərdə istifadə etmişlər.Rusiyada I Pyotr dövründə filiz bilicilərini yəşəm arxasınca Urala, ya da Sibir göndərirdilərXVIII əsrdə Urala Orsk şəhəri yaxınlığında Polkovnik dağında müstəsna dərəcədə gözəl, ala-bəzək yəşəm daşları tapıldı.Bəzək əqiqlərinin ehtiyatı praktiki olaraq tükənməzdir.Bu , planetimizdə ən geniş yayılmış süxurlardandır. Rusdiyada , təkcə Uralda 250-dən çox yataq məlumdur.Burada onlar Qütb Uralından Qazaxıstana qədər eni 50 km zolaq şəklində uzanan ərazidə rast gəlir. Əvvəllər olduğu kimi, indi də bu daşlardan bir çox ölkələrdə suvenirlər düzəldilir. Astroloqlar hesab edirlər ki, yəşəm insanlara gələcəyi görmək qabiliyyəti varir və uğur gətiri.Bu daş dolça, balıq və qoç bürcü altında doğulan insanlara kömək edir. Yəşəmdə skeleti opaldan və ya əhəngdən olan dəniz heyvanlarının qalıqları rast gəlinir. Yəşəm vulkanik süxurlarla bir yerdə tapılır; qiymətli məmulatların hazırlanmasında və zərgərlikdə istifadə edilir.
Geşe
Geşe (Tib. dge bshes, qısaca dge-ba'i bshes-gnyen) və ya geşema — rahiblər və rahibələr üçün Tibet buddizmi akademik dərəcəsidir. Dərəcə ilk növbədə Geluq soyu ilə vurğulanır, eyni zamanda Sakya və Bön ənənələrində verilir. Geşema dərəcəsi qadınlara verilir. == Tarixi == Geşe adı əvvəlcə yeddi nöqtə zehni təhsili və Geşe Langri Tangpa (dGe-bshes gLang-ri Thang-pa, 1054–1123) adlı əhəmiyyətli bir lojong (ağıl təlimi) mətni yaradan Geşe Çekava Yeşe Dorje (1102–1176) kimi hörmətli Kadampa ustalarına tətbiq edildi. Geşe tədris proqramı, Nālandā kimi Hindistan Buddist monastır universitetlərində öyrənilən fənlərə uyğunlaşdırılmışdır. Bu mərkəzlər Hindistanın İslam işğalçıları tərəfindən məhv edildi və beləliklə Tibet ənənəni davam etdirdi. Əvvəlcə ka-shi ("dörd subyekt") və ya ka-çu ("on subyekt") kimi tanınan Sakya monastır soyunda inkişaf etdi. Sakyalar, bu işlərin sonunda, dialektik ritualize edilmiş mübahisələrdə səriştəyə əsaslanaraq dərəcələr verirdilər. Tsongkhapa dövründə Sakya dərəcəsi Sangphu, Kyormolung və Devaçen (daha sonra Ratö) monastırlarında tədris edilirdi.
Qeşm
Qeşm adası — İranın Hörmüz boğazında ada. Qeşm şəhristanı — İranın Hörmüzgan ostanının şəhristanlarından biri. Qeşm (şəhər) — İranın Hörmüzgan ostanındakı Qeşm şəhristanının inzibati mərkəzi.
"Qızıl qələm"
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. == Hazırkı dövrdə == 2000-ci illərdə eyniadlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
Miskin Qələm
Miskin Qələm (ing. Mishkín-Qalam) - XIX əsrdə yaşamış məşhur kalliqrafiya ustası və rəssam. Miskin Qələm eyni zamanda bəhai dinin qəbul edərək dinin əsas təbliğatçılarından birinə çevirilmişdir. Bəhai dinində Bəhaullahın 19 həvarisindən biri hesab olunur. Miskin Qələm dünyada ən geniş yayılmış bəhai simvollarından olan ismí al-a'zamın (azərb. ən uca ad‎) kalliqrafik müəllifi kimi tanınır. Miskin Qələm 1826-cı ildə Şiraz şəhərində anadan olmuşdur. Bəhailik dinin yayılmasını xəbərini alanda İsfahan şəhərində yaşayırdı. Bir necə il sonra Bağdad şəhərinə gedərək burada digər bir bəhai həvarisi Nəbili-Əzəm ilə görüşmüş və dinin təməl prinsipləri ilə daha ətraflı tanış olmaq imkanı əldə etmişdir. Miskin Qələmin Ədirnə şəhərinə gedərək burada Bəhaullah ilə də görüşdüyü məlumdur.
Qreşem qanunu
Qreşem qanunu (Kopernik — Qreşem qanunu kimi də tanınır) — iqtisadi qanun, əsas fikri odur ki: "Ən pis pullar ən yaxşı pulları dövriyyədən çıxardılar". Qanun 1526-cı ildə Polşa astronomu, iqtisadçısı və riyaziyyatçısı Nikolay Kopernik (1473—1543) tərəfindən "Monetae cudendae ratio" (Sikkələrin zərb edilməsi haqqında) traktatında təsvir olunmuşdur və 1560-cı ildə İngiltərə maliyyəçisi Tomas Qreşem (1519—1579) tərəfindən tamamlanmışdır. "Dövlət tərəfindən süni şəkildə yüksək qiymətləndirilən pullar onun tərəfindən süni şəkildə aşağı qiymətləndirilən pulları dövriyyədən çıxardılar". "Ucuz pullar bahalı pulları dövriyyədən çıxardacaqlar". "Mübadilə məzənnəsi qanun tərəfindən quraşdırılanda, ən pis pullar ən yaxşı pulları dövriyyədən çıxardılar". Bir çox ölkə hökümətləri sikkələri korlayırdılar. Korlama sikkənin nominal dəyərini dəyişmədən onun tərkibindəki qızıl və ya gümüş miqdarının azaldılmasından ibarət idi. Pulları "korlayaraq" dövlət tez-tez ortaya çıxan maliyyə çətinlikləri həll etməyə çalışırdı. Bu cür hərəkətlərin nəticələri bahalaşma və əhalidə "tam çəkili pulların" toplanması idi. Gündəlik həyatdan "tam çəkili pulların" yox olmas; və onların "qeyri-tam çəkili pullar" ilə əvəzlənməsi faktını erkən merkantilistlərdən biri və İngiltərə kraliçası I Elizabetin maliyyə müşaviri Tomas Qreşem qeyd etmişdir.
Qreşem sarayı
Qreşem sarayı (həmçinin Qreşemanın sarayı, mac. Gresham-palota) — Budapeştdə yerləşən bina, arxitekturada Art Nouveau stilinin nümunəsi. 20-ci əsrin əvvəlində ofis və yaşayış kompleksi kimi tikilmiş, hazırda Four Seasons Hotels and Resorts zəncirinin lüks otellərindən biri kimi istifadə olunur. Saray, XVI əsrin ingilis taciri və maliyyəçisi olan Tomas Qrüşem, Kral birjasının qurucusunun adını daşıyır. Saray Dunay çayının küncündə, İştvan Seçenyi meydanının Zəncir Körpüsünün şərq tərəfində yerləşir. Əvvəlcə bu yer 1827-ci ildə tikilmiş bir neoklasik məskən olan Nako Evinin evi kimi sayılırdı. 1880-ci ildə Britaniyanın həyat sığortası şirkəti olan Gresham Life Assurance Company öz investisiya məqsədlərini sarayı əldə etdi. Daha sonra regional qərargah olaraq yeni bir nümayəndəlik binası qurulmasına qərar verildi. Yerli memarlar Jiqmond Kvittner və Yosef Vaqo sarayı layihə üçün sifariş aldılar. 1904-cü ildə başlayan və 1906-cı ildə başa çatdı (1907-ci ildə açılışı gerçəkləşdi).
Qırmızıdodaq xəşəm
Xəşəm (lat. Aspius aspius) — Xəzər dənizində bir növ və bir yarım növ şəklində mövcuddur. Əsas növ əsasən şimali Xəzərdə yaşayır və çoxalmaq üçün Volqa, Ural və Terek çaylarına girir. Yarım növ isə əsasən Xəzərin cənubunda yayılmışdır. Xəşəm keçici balıqdır, dənizdə yaşayır, cinsi yetişkənliyə çatdıqdan sonra (5–6 yaşında) çoxalmaq üçün oktyabrdan başlayaraq fevrala qədər (bəzən mart-aprelə qədər) əsasən Kür çayına, az miqdarda Qızılağac körfəzinə keçir. Kürü verməsi apreldə, suda temperatur 14 °C olduqda baş verir, kürülərini 0,5–1,5 m dərinlikdə xırda daşlar üzərinə tökür. Hər bir dişi balıq 46,8 mindən 342 min ədədədək kürü verir. Kürüdən çıxmış sürfələr bir müddət çayda qalır. Orada qidalanıb böyüyən balıq körpələri sonra dənizə miqrasiya edərək 30–40 m dərinlikdə yaşayır. Xəşəm yırtıcı balıqdır, artıq 6–9 sm uzunluğa çatmış körpələr başqa balıqların körpələri ilə qidalanır.
Qələm Surəsi
68-ci surə Nun və ya əl-Qələm (Qələm) surəsi (Məkkədə nazil olmuşdur, 52 ayədir) Surənin adı 1-ci ayədə çəkilən qələm sözündən götürülüb: "Nun!
Qəsəs Surəsi
28-ci surə
Qəşəd bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.