Qəşəm Səfərov (tam adı: Qəşəm Taməddin oğlu Səfərov 1.11.1997, Yuxarı Qışlaq, Şahbuz, Azərbaycan — 29.10.2020, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Qəşəm Səfərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yuxarı Qışlaq, Şahbuz, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Xocavənd, Azərbaycan |
Dəfn yeri | Yuxarı Qışlaq, Şahbuz, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili |
Heydər Əliyev adına Hərbi Lisey Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017-2018, 2020 |
Rütbə | MAHHXHQ Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 2020 |
Səfərov Qəşəm Taməddin oğlu 1 noyabr 1997-ci ildə Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində anadan olub. 2004-cü ildə Yuxarı Qışlaq kənd orta məktəbinin birinci sinifinə daxil olmuş, 2012-ci ildə Naxcıvan şəhərində yerləşən Heydər Əliyev adına hərbi liseyin kursant adını qazanmışdır. 2015-ci ildə Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2016-cı ildə keçirilən Ordu birinciliyi krosunda birinci yerə layiq görülüb. 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 2019-cu ildə Naxçıvan şəhərində keçirilən "Naxçıvan marafonu 2019" qaçış marafonunda birincilik əldə edib. 2020 -ci ilin avqust ayında yenidən orduya qayıdır. O, Şahbuz rayonu "N" sayli hərbi hissədə MAHHXHQ (əsgər) kimi xidmətə başlayır. Sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi iştirak üçün könüllü komandanlığa ərizə ilə müraicət etsə də, gözlərinin zəif olmasını səbəb gətirib müraciətini geri çevirirlər. Sonradan müraciəti qəbul edilir və o döyüşlərə qatılır. Oktyabr ayının 29-da Xocavənd uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub.[1] Noyabr 3-də Şahbuz rayon Yuxarı Qışlaq kənd məzarlığında dəfn olunub.