ƏHD

is. [ ər. ]
1. Öhdəsinə alma, söz vermə, üzərinə götürmə; and. Əhdini yerinə yetirmə.
– Yadlar ilə sürər oldun səfanı; Tərk etdin iqrarı, əhdi, vəfanı. Q.Zakir.

□ Əhd qılmaq (bağlamaq) klas. – bax əhd etmək.
Əhd qıldın ki, cəfa kəsməyəsən aşiqdən; Aşiqi vədeyi-ehsan ilə məmnun etdin. Füzuli.
[Səriyyə:] Bir-biri ilə əhd bağlamışdıq, ölənəcən bir-birindən ayrılmayaq. C.Cabbarlı.

Əhd etmək (eləmək) – söz vermək, and içmək.
Əhd etdi dil ki, bağlana zəncir zülfünə. S.Ə.Şirvani.
…Əhd edib mən ürəklə and içdim. H.Cavid.

Əhdə vəfa etmək – verdiyi sözü, əhdini, andını yerinə yetirmək.
[Səriyyə:] Rüstəm, əhdinə vəfa et! C.Cabbarlı.
[Minnət xanım:] Mən əhd eləmişdim ki, qonaqların içində üzümü [Mərcan bəyə] göstərim, indi əhdimə vəfa edirəm. Ü.Hacıbəyov.
Əhdinizə vəfa edin; Pozmayın ilqarı, qızlar! Aşıq Hüseyn.

Əhdə durmamaq – bax əhdindən dönmək (keçmək).
Əhdindən qaçmaq – bax əhdindən dönmək (keçmək).
Nilufərəm, açmaram; Ətrim bica saçmaram; Yar yolunda baş qoysam; Öz əhdimdən qaçmaram. (Bayatı).

Əhdindən dönmək (keçmək) – vədini yerinə yetirməmək, sözünə əməl etməmək, sözündən qaçmaq.
[Şərəf xanım:] İndi nə olubdur ki, əhdindən dönüb, qızını öz yaşında yoldaşına verirsən?! S.S.Axundov.
[Səriyyə:] Hər cür əziyyətə, məşəqqətə, hətta ölümə də razı olub əhdimizdən dönməyək. C.Cabbarlı.

Əhdinə vəfasız çıxmaq – vədini unutmaq, verdiyi sözə əməl etməmək.
Əhdə çıxsam vəfasız; Onda məni qına, yar! R.Rza.

Əhdinə çatmaq – arzusuna çatmaq.
Qoy öpüm al yanaqdan; Mən də çatım əhdimə. (Bayatı).

Əhdi(ni) qırmaq (sındırmaq, pozmaq) – bax əhdindən dönmək (keçmək).
Zeynal yalan söyləyib Mehribanı aldatmaqla öz əhdini sındırır, şərtini pozurdu. S.Hüseyn.
[Nüşabə:] Olsa yer, göy mənə qarşı əlbir; Pozmaram əhdi, sözüm birdir, bir! A.Şaiq.
Gün çıxar, dağların əriyər qarı; Pozulmaz dostların əhdi, ilqarı… N.Rəfibəyli.

2. Sözləşmə, əhdləşmə, əhdnamə, müqavilə.
Qardaşlıq əhdini yazmağa gəldim; Köhnə haqsızlığı pozmağa gəldim. Ə.Cavad.

□ Əhd bağlamaq – razılığa gəlmək, qərara almaq, bir-birinə söz vermək.
Sən əhd bağladın, ulduzlar oldu şahidimiz; Sitarələr utanır indi, ey nigar, məndən. Şəhriyar.

Əhd bağlanmaq – razılıq əldə edilmək, qərara alınmaq.
3. köhn. Çağ, vaxt, zaman, dövr.
◊ Əhdi kəsilmək – bax əhədi kəsilmək (“əhəd”də).
[Qəşəm:] Torpağı ki böldük, düşmənin əhdi kəsiləcək. Mir Cəlal.

Синонимы

  • ƏHD 1. ƏHD (təntənəli vəd; söz vermə) [Teymur ağa:] Mənim hərgiz onun əhdinə etibarım yoxdur (M.F.Axundzadə); ƏHD-PEYMAN Ay qız, ay qız, amandı; Əlində zə
  • ƏHD ilqar — and
ƏHATƏLİLİK
ƏHD-PEYMAN
OBASTAN VİKİ
Yeni Əhd
Yeni Əhd (ivrit. ברית חדשה brit xadaşa; yunan. διαθήκη καινή diateke kayne) İsa Məsihin insanların günahının bağışlanması üçün tökülmüş qanı vasitəsilə Allahın insanlarla bağladığı əhd. Bu əhdə görə İsa Məsihin qurbanına iman gətirən hər kəs xilas olur. == Əhdi-Ətiqdə Yeni Əhd == Yeni Əhddən ilk dəfə bəhs edən Yeremya Peyğəmbər olmuşdur. Yeremya xəbər vermişdir ki, Allahın seçdiyi [[İsrail] xalqı günaha batıb cəzalandırıldıqdan sonra, Allah bu xalqla Yeni Əhd bağlayacaq: "Rəbb bəyan edir: "İsrail xalqı və Yəhuda xalqı ilə Yeni Əhd bağlayacağım günlər yaxınlaşır.Bu Əhd atalarını Misir torpağından çıxartmaq üçün əllərindən tutduğum gün onlarla bağladığım əhdə bənzəməyəcək. Onların ağası olduğum halda o əhdimi pozdular" Rəbb belə bəyan edir. "O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir: qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq" Rəbb belə bəyan edir. "Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını "Rəbbi tanıyın" deyib öyrətməyəcək.
Əhd sandığı
Əhd sandığı. Onun başqa bir adı “Tabutu-Səkinə”dir. Bu barədə Müqəddəs Kitabımız Qurani-Kərimdə də ayə var. Bu günə qədər Əhd Sandığı barədə saysız araşdırmalar aparılıb, müxtəlif məqalələr yazılıb, bir çox iddialar, versiyalar irəli sürülüb. Bu məqalədə bəzi alimlərin fikirlərinə yer verməyə çalışacağıq. Sandıq miladdan öncə 587-ci ildə Babil qoşunlarının Qüdsü işğalından sonra yoxa çıxır. O gündən bəri qeybə çəkilən bu əşya bir çox əfsanəyə səbəb olub. Tarix boyu krallar, hakimlər, alimlər, din xadimləri tərəfindən araşdırılan sandıq günümüzdə hətta xüsusi xidmət orqanları tərəfindən də axtarılır. Hətta deyilənlərə görə, CİA və MOSSAD-ın onu tapmaq vəzifəsi daşıyan şöbələri də var. Hətta Hitlerin də Əhd Sandığını tapmaq üçün ekspedisiya təşkil etdiyi iddia edilir.
Əhd-i Milli Bəyannaməsi
Əhd-i Milli Bəyannaməsi və ya Türk Milli Paktı, Türkiyə İstiqlal Bəyannaməsi (türk. Mîsâk-ı Millî) — 28 yanvar 1920-ci ildə İstanbulda əksəriyyətinin Türk Milli Hərəkatının tərəfdarları olduğu Millətlər Palatası tərəfindən qəbul edilmişdir. Sənəddə Birinci Dünya müharibəsindən sonra türk dövlətinin quruluşunun ərazi məsələləri nəzərdə tutulurdu: ərəb torpaqları məsələsinin onların əhalisinin plebisitinə çıxarılması təklif edilirdi və türk millətinin nümayəndələrinin yaşadığı torpaqlar, şübhəsiz ki, Türkiyənin bir hissəsidir deyilirdi. Türk millətinin yaşadığı ərazi, Qərbi Trakya və Qars, Ərdəhan və Batum bölgələri istisna olmaqla, müasir Türkiyə Cümhuriyyətinin bütün ərazisi kimi başa düşülürdü ki, burada bu ərazilərin dövlət mülkiyyətində olması ilə bağlı referendum keçirilməli idi.Osmanlı imperiyasının daxili işlər naziri Damat Fərid Paşa VI Mehmedin xəstəliyi ilə əlaqədar parlamentdə açılış nitqi söylədi. Ərzurumda və Sivasda keçirilən qurultaylarda alınan qərarları tanımaq üçün Mustafa Kamalın dostları tərəfindən Felah-ı Vətən adlı bir millət vəkili qrupu yaradıldı. Mustafa Kamalın bu sənəd baradə fikirləri belə olub: “Millətin dəmir yumruğu tarix salnaməsinə müstəqilliyimizin təməl prinsipi olan Millət Andını yazır”. Bu qərarlar işğalçı müttəfiqləri narahat edirdi, nəticədə 1920-ci il martın 16-da İngiltərə, Fransa və İtaliya qoşunları İstanbulu işğal etdilər və bu Ankarada yeni türk millətçi parlamenti olan Türkiyə Böyük Millət Məclisinin yaradılması ilə nəticələndi. Bu da Türkiyənin Müttəfiqlərə qarşı İstiqlal Müharibəsini gücləndirdi. Keçmiş Osmanlı Parlamenti tərəfindən qəbul edilən Misak-ı Millinin altı qərarı daha sonra Qars müqaviləsində və Lozanna müqaviləsində yeni Türkiyə Cümhuriyyətinin Türkiyə Böyük Millət Məclisində iddiaları üçün əsas götürüldü. == Tarixi == Birinci Dünya müharibəsində Osmanlı imperiyasının təslim olması və 1919-cu ilin dekabrında Antanta qoşunlarının İstanbula daxil olmasından sonra Osmanlı imperiyasının parlamentinə (Ümumi Məclis) son seçkilər keçirildi.
Məcidreza Əhdəşamzadə
Məcidreza Əhdəşamzadə (14 dekabr 1956) — İranı təmsil edən stolüstü tennisçi. == Karyerası == Məcidreza Əhdəşamzadə İranı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Əhdi-Cədid
Əhdi-cədid və ya Yeni and – xristian Müqəddəs Yazılarının ikinci bölməsi. Əhdi-cədidə həmçinin İncil kitabı deyirlər. == Əhdi-cədidin məzmunu == Əhdi-cədid 27 kitabdan ibarət olub qədim yunan dilində yazılmışdır. İlk dörd kitab Müjdələrdir. Ondan sonra Həvarilərin İşləri Kitabı, həvari Paulun yazdığı 13 Məktub, İsa Məsihin digər həvariləri və yaxın ardıcılları tərəfindən yazılmış 7 Məktub və müəllifi məlum olmayan "İbranilərə Məktub" yer alır. Əhdi-cədidin son kitabı "Yəhyaya nazil olan Vəhy"dir. Müjdələr Xilaskar İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. Məktublar ilk kilsəyə (imanlılar cəmiyyəti) yol göstərmək üçün yazılıb. Vəhy Kitabı insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayan peyğəmbərlik kitabıdır.
Əhdi-Ətiq
Əhdi-ətiq və ya Əhdi-qədim — Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. 39 kitabdan ibarət olub, e.ə. 3–2 əsrlərdə tamamlanmışdır. Yəhudilər və xristianlar tərəfindən Müqəddəs Yazılar kimi qəbul olunur. Yəhudilər Əhdi-ətiqə Tanax deyirlər. Tanax 3 hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). "Tanax" adı bu üç hissənin ibrani dilindəki baş hərflərinin birləşməsindən meydana gələn sözdür (Ta-Na-X). == Tanaxda və Əhdi-ətiqdə kitabların sıralanması == İudaizmdə (Tanaxda) və xristianlıqda (Əhdi-ətiqdə) kitabların sıralanma və kateqoriyalara bölünmə ənənələri fərqlidir. == Xristianlıqda Əhdi-ətiqin yeri == Əhdi-ətiq, xüsusən yunan dilinə tərcüməsi Septuaginta erkən xristian kilsəsinin Müqəddəs Yazıları idi. Sinoplu Markion (təqr.
Əhdi Bağdadi
Əhdi Bağdadi — XVI əsrdə yaşamış Azərbaycan filoloqu və şairi. Əhdi Bağdadi lirik şeirlər müəllifi kimi tanınmışdır. Füzulinin müasiri olmuş, onun oğlu Fəzli ilə dostluq etmişdir. Əhdinin Azərbaycan dilində "Gülşəni-şüəra" ("Şairlər gülşəni") təzkirəsində XVI əsrdə yaşayıb-yaradan bir çox Azərbaycan şairlərinin həyatı və əsərləri haqqında məlumatlar verilmişdir. Əsərin əlyazması Sankt-Peterburq Dövlət Universitetinin kitabxanasında saxlanılır.
Əhdi Cədid
Əhdi-cədid və ya Yeni and – xristian Müqəddəs Yazılarının ikinci bölməsi. Əhdi-cədidə həmçinin İncil kitabı deyirlər. == Əhdi-cədidin məzmunu == Əhdi-cədid 27 kitabdan ibarət olub qədim yunan dilində yazılmışdır. İlk dörd kitab Müjdələrdir. Ondan sonra Həvarilərin İşləri Kitabı, həvari Paulun yazdığı 13 Məktub, İsa Məsihin digər həvariləri və yaxın ardıcılları tərəfindən yazılmış 7 Məktub və müəllifi məlum olmayan "İbranilərə Məktub" yer alır. Əhdi-cədidin son kitabı "Yəhyaya nazil olan Vəhy"dir. Müjdələr Xilaskar İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. Məktublar ilk kilsəyə (imanlılar cəmiyyəti) yol göstərmək üçün yazılıb. Vəhy Kitabı insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayan peyğəmbərlik kitabıdır.
Əhdi Ətiq
Əhdi-ətiq və ya Əhdi-qədim — Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. 39 kitabdan ibarət olub, e.ə. 3–2 əsrlərdə tamamlanmışdır. Yəhudilər və xristianlar tərəfindən Müqəddəs Yazılar kimi qəbul olunur. Yəhudilər Əhdi-ətiqə Tanax deyirlər. Tanax 3 hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). "Tanax" adı bu üç hissənin ibrani dilindəki baş hərflərinin birləşməsindən meydana gələn sözdür (Ta-Na-X). == Tanaxda və Əhdi-ətiqdə kitabların sıralanması == İudaizmdə (Tanaxda) və xristianlıqda (Əhdi-ətiqdə) kitabların sıralanma və kateqoriyalara bölünmə ənənələri fərqlidir. == Xristianlıqda Əhdi-ətiqin yeri == Əhdi-ətiq, xüsusən yunan dilinə tərcüməsi Septuaginta erkən xristian kilsəsinin Müqəddəs Yazıları idi. Sinoplu Markion (təqr.
Əhdnamə
Əhdnamə — ərəb-fars sözü olub, "şərtləşmə", "sözləşmə" mənasında işlənir. == Haqqqında == Orta әsrlәr müsәlman Şәrqindә hökmdarın göstәrişi ilә tәrtib olunan, hәr hansı xarici dövlәt, zümrә, yaxud ayrıca şәxsin hüququnu tәsdiqlәyәn sәnәd. Xilafәt dövründә əhdnamələrin mәzmunu müxtәlif vәzifәlәrә tәyinat, yazılı әmr vә tәlimatlar, ayrı-ayrı şәxslәrә vә ya qruplara verilәn hüquq vә imtiyazlardan, xarici dövlәtlәrlә razılaşmalardan ibarәt idi . İslam tarixindә ilk tәyinat mәzmunlu əhdnamə Əbu Bәkrin Ömәr ibn Xәttabı özündәn sonra xәlifә tәyin etmәsi barәdә Osman ibn Əffana yazdırdığı əhdnamədir. Əmr vә tәlimat xarakterli ilk əhdnaməlәrdәn biri kimi Mәhәmmәd peyğәmbәrin Yәmәn valisinә göndәrdiyi əhdnaməni göstәrmәk olar. Xilafәt tәrkibindә yaşayan әhli-kitab üçün əhdnaməlәr peyğәmbәrin dövründә 630 ildәn sonra verilmәyә başlanmışdır. Raşidi xәlifәlәr dövründә Suriya, Fәlәstin, Misir, Azәrbaycan, İran vә s. ölkәlәrin әhalisi üçün çoxlu əhdnaməlәr imzalanmışdır . İlk müsəlman fatehlərinin fəth etdikləri şəhərlərin əhalisi ilə bağladıqları sülh müqaviləsi islamın burada yayılması üçün dayaq nöqtəsi olmuşdur. Əhdnamə adlandırılan barış sazişlərindən biri Xəlifə Ömərin sərkərdəsi olmuş Hüzeyfə ibn əl-Yəman ilə Ərdəbil əhalisi arasında bağlanmışdı .

Значение слова в других словарях

дона́шивание ко́мкать лягуша́чий не модне́е подшиба́ть пя́ло сканда́льность скла́дчатость тисне́ние набра́ть отчиха́ться разряжа́ться со́веститься стереометри́ческий тенёта эхиноко́кк brick in deliverance overpay proveableness sitter гангстеризм конкретный отмена пресс-папье