Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qalal
Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qas Əzgilli və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.
Ağdam Qalal
Ağdam Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun Gözbaraq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zaqatala rayonunun Gözbaraq kənd inzibati-ərazi vahidi tərkibindəki Ağdam Qalal kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Halal
Halal (ərəb. حلال‎) – İslam dinində icazə verilən və ya qanuni olan şeyə verilən ad. Haram terminin zidd şəklidir.
Qalas
Qalas (osman. قلاص, türk. Kalas, alm. Galatz‎, mac. Galac, rum. Galaţi), Rumıniyanın şərqində Boğdan bölgəsində yer alan İbrail şəhəri və Moldova sərhədində yer alan bir şəhərdir. Son resmi rəqəmlərə görə 304.340 nəfərlik əhaliyə sahib şəhərdir, Rumıniyanın 7-ci büyük şəhəridir.
Qalat
Qalat (Qəzvin)
Qalay
Qalay (Sn), (lat. Stannum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 50-ci element. Bitkilərdə qalay 1855-ci ildə kəşf olunmuşdur. O bitkilərdə geniş həddə dəyişir, daha çox qalay günəbaxan və noxud toxumlarında olur. Qalay zəhərli ultramikroelementlərə aiddir. Tərəvəzlərdə qalayın miqdarı çox olmayıb 1 mkq/q və daha az olur. Heyvanların orqanizmində qalay bitkilərdə olduğundan çoxdur. Belə ki, məsələn, yağlı balıqda onun miqdarı 130 mkq/q – a qədər ola bilər. Insan orqanizmində qalay toxumlarda 0,5-dən 4,0 mkq/q – a qədər olur. Daha çox qalay diş minasında (95 mq/kq), dırnaqlarda (12 mq/kq) və sümüklərdə (1,4 mkq/q-a qədər) olur.
Qaral
Qaral — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qarael (>qaral) türk etnonimi əsasında əmələ gəlmişdir. «Böyük el, tayfa» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Katnacur qoyulmuşdur.
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. == Quruluşu == Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. == Azərbaycan musiqisində qaval == Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
Qalaq
Qalaq (yığın) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Qalaq (verilənlər strukturu) — xüsusi şərtlərl çərçivəsində təşkil olunmuş ağac şəkilli verilənlər strukturuna deyilir. Qalaq sıralaması — massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır.
Qala
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). == Tarixi == İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Calal Allahverdiyev
Allahverdiyev Cəlal Eyvaz oğlu (17 sentyabr 1929, Şuşa, Dağlıq Qarabağ – 19 yanvar 2017, Bakı) — Azərbaycan riyaziyyatçısı, əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Cəlal Allahverdiyev 1945-ci ildə Bakı şəhərində 1 saylı orta məktəbi bitirmiş, lakin Şuşada oxuduğu illər üçün qiymət cədvəli olmadığına görə attestatını ala bilməmişdir. 1946-cı ildə Şuşa şəhərində məktəbi ancaq "əla" qiymətlərlə bitirmiş və qızıl medala təqdim edilmişdir, lakin Maarif Nazirliyində riyaziyyat fənnindən "əla" qiymətini "yaxşı" ilə əvəz edərək gümüş medal vermişlər. == Elmi fəaliyyəti == Cəlal Allahverdiyev 1951-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir və Mstislav Keldışın rəhbərliyi ilə Moskva Dövlət Universitetinin aspirantı olmuş, 1957-ci ildə "Öz-özünə qoşma olmayan tənliklərin bəzi siniflərinin məxsusi və birləşmiş funksiyalar sisteminin tamlığı haqqında" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildə SSRİ EA Tətbiqi Riyaziyyat İnstitutunda "Spektral parametrdən rasional asılı öz-özünə qoşma olmayan operatorların məxsusi qiymətləri və məxsusi elementləri haqqında" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. SSRİ AAK tərəfindən ona 1969-cu ildə professor elmi adı verilmişdir. Onun ən məşhur elmi nəticəsi Allahverdiyev teoremi adı altında bir çox kitablara, o cümlədən funksional analiz dərsliklərinə salınmışdır. Cəlal Allahverdiyevin Milli Aviasiya Akademiyasının elmi məqalələr jurnalında tələbələri ilə birgə dərc edilmiş bir sıra əsərlərində kompyuterlərin iş prinsiplərinin nəzəri əsaslarının araşdırılması, təkmilləşdirilməsi, təbii dillərdə, o cümlədən Azərbaycan dilində kompyuterlə ünsiyyət mexanizmlərinin işlənib hazırlanması və Azərbaycan dilinin qrammatikasının təkmilləşdirilməsi, Azərbaycan dilinin formal qrammatikasının yaradılması istiqamətində fundamental məsələlər araşdırılmış və mühüm elmi nəticələr alınmış, deduktiv maşında qeyri-səlis çoxluqların təsviri və deduktiv nəticə alınmasının uyğun mexanizmi verilmişdir. == Əmək fəaliyyəti == Cəlal Allahverdiyev 1957–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində əvvəlcə müəllim, sonra isə baş müəllim işləmişdir. 1960-cı ildə Azərbaycan SSR EA-da yeni yaradılmış Hesablama Mərkəzində şöbə müdiri, sonra isə elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır.
Calal Calalzadə
Calal Qaryağdı oğlu Calalzadə (17 oktyabr 1993, Bərdə rayonu – 3 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Calal Calalzadə 1993-cü il oktyabr 17-də Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Calal Calalzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Calal Calalzadə oktyabrın 3-də Madagizin azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunun Mustafaağalı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Calal Calalzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qalalı (Kəleybər)
Qalalı (fars. قلعه لو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (8 ailə).
Qalan Erilix
Qalan Erilix — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Haqqında == Piktlərin xronikasına əsasən Qalan Erilix Pikt kralları Drust Qurdinmoxla Fudrusun oğlu Drust arasında on beş il hakimiyyətdə olmuşdur. == Mənbə == Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской. — М.: ЗАО Центрополиграф, 2004 Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922. Anderson M.O. Kings & Kingship in Early Scotland. — 1973.
Qalaq (yığın)
Qalaq (heap) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Proqram belə verilənləri saxlamaq üçün qalaqdan boş sahə istəyə bilər, bu yaddaşı öz bildiyi kimi istifadə edə, sonra isə boşalda bilər. C və Pascal proqramlaşdırma dillərində qalaqda işləmək üçün funksiyalar və prosedurlar nəzərdə tutulub. Ehtiyat üçün ayrılan digər yaddaş sahəsi stekdən (STACK) fərqli olaraq, proqramın tələbinə uyğun olaraq, müxtəlif ölçülü bloklarla bölüşdürülür; münasib ölçülü blok qalagın hansı yerində tapılırsa, o yer ayrılır. Nəticədə proqram işlədikcə qalağın fraqmentasiyası artır və onun sıxlaşdırılmasına zərurət yaranır; sıxlaşdırmada kiçik bloklar daha iri sahələrdə birləşirlər ki, bu da yaddaşın daha səmərəli istifadəsinə imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qalaq nizamlama
== Qalaq strukturundan istifadə etməklə verilənlərin sıraya düzülməsi alqoritmi == Qalaq sıralama alqoritmi (ing. heapsort) - massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır. İlk mərhələdə verilənlər ikilik qalaq qaydasında birincilik növbəsinə yığılır. İkinci addımda isə elementlər bir-bir növbədən götürülərək massivdə bunun nəticəsində boşalmış yerə yerləşdirilir.
Qalaq sıralaması
== Qalaq strukturundan istifadə etməklə verilənlərin sıraya düzülməsi alqoritmi == Qalaq sıralama alqoritmi (ing. heapsort) - massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır. İlk mərhələdə verilənlər ikilik qalaq qaydasında birincilik növbəsinə yığılır. İkinci addımda isə elementlər bir-bir növbədən götürülərək massivdə bunun nəticəsində boşalmış yerə yerləşdirilir.
Qalat (Qəzvin)
Qalat (Qəzvin) (fars. قلات‎) iranın Qəzvin ostanının Takistan şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 344 nəfər yaşayır (113 ailə). === Milli tərkibi === Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Din == Kəndin yaxınlığında İmamzadə Zeynalabdin türbəsi yerləşir.
Qalat (Soyuqbulaq)
Qalat (fars. قلات‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (5 ailə).
Qalat (Tarım)
Qalat (az-əbcəd. قالات‎, fars. قلات‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 607 nəfər yaşayır (184 ailə).
Qaval daşı
Qaval daşı – qədim zərb musiqi aləti, litofon. Bir musiqi aləti kimi istifadəsi təqribi olaraq 10 min il öncəyə aiddir. Əhəng daşından əmələ gəlməsi və tərkibində çınqılların yaratdığı boşluqlar səbəbindən Qaval daşa vurduqda ondan səs çıxır. Neolit dövründə Qobustan ərazisində qədim insanlar bu daşın xüsusiyyətlərini bilmiş və ondan musiqi aləti kimi istifadə edirmişlər. Onlar Qaval daşda musiqini ifa edir və onun ətrafında rəqs edirdilər. Bunu əks etdirən qaya üstü rəsmləri görmək mümkündür. == Sayları == Qobustanda iki ədəd qaval daşı abidə kimi qorunur. Bunlardan birincisi Cingirdağın şimal-şərq ətəyindədir. O Yazılıtəpə qədim qayaüstü təsvirlər kolleksiyası üzrə 114 №-li daş kimi qeydə alınmışdır. Bu daşın orta hissəsidə qalınlıq 70 sm-dir.
Yair Dalal
Yair Dalal (ivr. ‏יאיר דלאל‏‎; 25 iyul 1955, İsrail) — İraq-Yəhudi mənşəli bir İsrail musiqiçisidir. Onun əsas alətləri ud və skripkadır və o, bəzən müşayiət kimi də oxuyur. Öz musiqisini bəstələyir və ərəb və yəhudi adət-ənənələrini, eləcə də Avropa klassik və hind musiqiləri yardır. O, eyni zamanda bir sülh fəalıdır və ərəblər və yəhudilər arasında anlaşma və ünsiyyəti artırmaq üçün çalışan aktivistdir.
Calal Ağakişiyev
Calal Ağakişiyev — Ağakişiyev Calal Cavanşir oğlu (3 mart 1949,Füzuli rayonu) – Azərbaycanın tibb alimi,dermatoveneroloq, tibb elmləri doktoru (1992), professor (1994),Azərbaycan Respublikasının Əməkdar həkimi (1991). == Həyatı və təhsili == Qarabağın məşhur Əmirbəylilər nəslinin Ağakişibəylilər soyundan olan Calal Cavanşir oğlu Ağakişiyev 3 mart 1949-cu ildə həkim ailəsində anadan olmuşdur. İlk təhsilini 1956–1966-cı illərdə Füzuli şəhərində orta məktəbdə almışdır. Ailə ənənəsini davam etdirərək, 1967-ci ildə N. Nərimanov adına ADTİ-nin müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1973-cü ildə həmin institutu bitirmişdir. İnstitutda təhsil almaqla yanaşı, Respublika Dəri-Zöhrəvi Dispanserində orta tibb işçisi kimi çalışmış, 1975–1980-ci illərdə isə həmin dispanserdə həkim-ordinator vəzifəsində işləmişdir.. == Əmək fəaliyyəti == Dermatologiya elminin sirrlərinə dərindən yiyələnmək həvəsilə 1975-ci ildə Moskva şəhərinə gəlmiş, təhsilini davam etdirmək üçün 1976-cı ildə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutuna məqsədli aspiranturaya daxil olmuşdur. O, 1981-ci ildə "İmmunoloji göstəricilərin dinamikası nəzərə alınmaqla, ekzemalı və neyrodermitli xəstələrin spesifik və qeyri-spesifik desensibilizasiya metodları ilə müalicəsi" adlı namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. 1981-ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun dermatovenerologiya kafedrasına dəvət edilmiş və assistent vəzifəsinə seçilmişdir. Kafedrada işə başladığı müddətdən C. Ağakişiyev özünü potensial elmi işçi, yüksək ixtisaslı həkim, savadlı pedaqoq, intizamlı və bacarıqlı kadr kimi tanıtmışdır. 1987 – 1988-ci illərdə kafedrada dosent vəzifəsində fəaliyyət göstərmiş, 1989-cu ildə ildən isə kafedraya rəhbərlik ona həvalə olunmuşdur.
Aterk (qala)
'Ater — Arsakda qala adı. İlk dəfə VII əsrə aid "Albaniya tarixi"ndə cəkilir. Qədim ermənicə yazılışda əvvəlinə H səsi sonu isə K əlavəsilə Haterk kimidir. Mxitar Qoşun (XII əsr) əsərində Aterkqaladır. Əhməd bəy Cavanşir yazır ki, Xaçın mahalında qala Haterk adlanıb. Toponimi At-Örək kimi də bərpa etmək olar. Bax: Haterk. == Ədəbiyyat == Azərbaycanın izahlı coğrafi adlar luğəti. Bakı, 1960. Azərbaycan SSR-in qısa toponimlər lüğəti.
Baş qala
Baş qala — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində arxeoloji abidə. == Haqqında == Üçbucaq formada tikilən qala hər tərəfdən müdafiə divarları ilə əhatə olunmuşdur. Tədqiqatçılar sahəsi 7020 m2 olan qalanı (e.ə. 7–6)-cı əsrlərə aid edirlər.