Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
DAİŞ
İŞİD və ya tam adı ilə İraq Şam İslam Dövləti, həmçinin 2014-cü ildən etibarən İslam Dövləti (İD), — Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terrorçu qruplaşma, 3 yanvar 2014-cü il tarixində dövlət kimi müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmişdir. 2019-cu ildə isə süqutu elan edilmişdir. İŞİD indiyə qədər heç bir dövlət tərəfindən dövlət kimi tanınmamışdır. == Terrorçu qrup kimi təyin edilməsi == Aşağıdakı ölkələr və beynəlxalq təşkilatlar İraq Şam İslam Dövləti terror qruplaşması hesab edir İran ABŞ Rusiya Türkiyə Livan Səudiyyə Ərəbistanı İndoneziya İtaliya Almaniya Polşa Danimarka Yunanıstan Estoniya Bolqarıstan Fransa Birləşmiş Krallıq Niderland Xorvatiya Çexiya Sloveniya Albaniya Kanada Avstraliya BƏƏ Bəhreyn Qətər Filippin Malayziya Bosniya və Herseqovina İordaniya Gürcüstan Azərbaycan == Tarixi == İraq müharibəsinin başlamasından qısa bir müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək "Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn" (daha çox "İraq Əl-Qaidəsi" adı ilə tanınır) adını götürdü. === İraqda === ==== İraq İslam Dövləti ==== 2006-cı ilin yanvar ayında "Ceyş ət-Taifa Əl-Mənsur", "Ceyş Əhli-Sünnə vəl-Camaa", "Ceyş əl-fatihin", "Cund əs-Səhabə" kimi kiçik qruplarla birləşən qruplaşma "Mücahidun Şura Konseyi" adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövlət elan etdi. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı. ===== İraq İslam Dövlətində döyüşçü sayı ===== 2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi. ==== 2012 ==== ==== 2013 ==== ==== 2014 ==== ===== Oktyabr 2014 ===== 15 oktyabr 2014-cü ildə terror təşkilatı İŞİD Bağdad yaxınlığındakı Kubaisanı ələ keçirmiş, əl-Anbar və Fəllucanı mühasirəyə almışdır.
Daks
Daks (fr. Dax, bask Akize) — Fransanın cənub-qərbdə yerləşən kommuna, departament — Landlar, inzibati region — Akvitaniya. Uzun müddət Qaskon tarixi vilayətin tərkibində olmuşdur. Fransanın məşhur balneoterapiya kurortudur. === Muzeylər === Borda muzeyi. 1807-ci ildə Daks şəhərində açılan şəhər muzeyi Jak-Fransua Borda d'Oronun qiymətli kolleksiyasına ev sahibliyi etdi. 1876-cı ildə bir qrup yerli partriotlar regionun tarixi və arxeologiya öyrənən Borda Cəmiyyəti adlanan elmi bir cəmiyyət qurdular. Muzeydəki kolleksiyaya İç şəhərinin tarixi ilə yanaşı, bir çox sənət əsərləridə aiddir. Jorjetta Düpui muzeyi (fr. Georgette Dupouy).
Daur
Daur tütəkcəsi (lat. Angelica dahurica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Maus
Siçan (ing. mouse) — kompüter cihazı. Siçan plastik qurğu olub kompüterlə istifadəçi arasında əlaqə yaratmaqla proqramların idarə olunmasında, mətnlər, şəkillər üzərində çoxsaylı əmrlərin yerinə yetirilməsində istifadə olunan giriş qurğusudur. Siçan qurğuları diyircəkli, optik və məsafədən idarə edən formalarda olur. Siçanın sol düyməsi əsas əmrləri, sag düyməsi isə seçilmiş obyekt üzərində əməliyyatlar aparmaq üçün xüsusi menyu açır. Siçanın göstəricisi ekranda standart qaydada “ox” simvolu ilə əks olunur. Hesablamada siçan səthə bağlı olan ikiölçülü hərəkəti müəyyən edən işarələmə qurğusudur. Bu hərəkət adətən qrafik istifadəçi biriminin yaxşı idarəsinə imkan verən, göstəricinin ekranda hərəkəti kimi ötürülür. Fiziki olaraq siçan əldə tutulan, bir və ya daha çox düyməsi olan qurğudan ibarətdir. Siçan həmçinin əlavə idarə və ölçülü girişi aktiv edən səthlər və "təkərlər" kimi başqa elementləri özündə saxlayır == Adlandırma == Kompüter işarə qurğusu kimi siçan termininin ən qədim bilinən nəşri Bill İngilisin 1965-ci il nəşri "Computer-Aided Display Control"dur.
Xaus
Qamışlıq pişiyi (lat. Felis chaus) — pişiklər fəsiləsinin pişik cinsinin növü. Antropogen təsirlər altında sayı azalan həssas növdür. == Qısa təsviri == Xarici görünüşünə görə vaşaqı xatırladır. Pişikkimilərə daxil olan növlər içərisində ən irisidir. Erkəklərin bədəninin uzunluğu 66 - 96 sm, dişilərin bədəninin uzunluğu 59 - 84 sm, quyruğunun uzunluğu 30 sm-ə, çəkisi 16 kq-a qədərdir. Bədəni nisbətən qısa, ayaqları uzun, qulaqlarında kiçik tükcüklər vardır. Xəzinin rəngi birrəngli kürəntəhər-qonurtəhər-boz, ayaqlarında, quyruğunda və sinəsində köndələn tünd zolaqlar var. Quyruğunun uc hissəsi qara rənglidir. Gözünün qüzehli qişası yaşımtıl-sarı rənglidir.
Adauş
Adauş — e.ə. IX əsrdə adı çəkilən Assuriya ərazisi. Aratsani çayının cənubunda və Van gölünün qərbində olduğu güman edilir. Alternativ olaraq Böyük Zab üzərində yerləşir. Kirruri ərazisinin bir hissəsidir. III Salmanasar bir kitabədə deyir: "Adauş ölkəsi mənim qüdrətli döyüşümün başlamasından qorxdu və onun sakinləri quşlar kimi qaçaraq evlərini dərələrə və dağlara buraxdılar; ağam Aşurun izzəti onları kədərləndirdi və onlar enib ayaqlarımın dibində dayandı". II Assurnasirpal qeyd edir: "Mən yıxdım, qazdım və yandırdım, Nimme ölkəsini tərk edərək Kirruri ölkəsinə enərək Kirruri, Simesi, Simera, Ulmaniya şəhəri və Adauş, muqriyalılar və murmiyalılar ölkələrindən xərac götürdüm. Atlar, qatırlar, öküzlər, qoyunlar, şərablar və dolu mis küplər onların xəracını təşkil edirdi. Mən onların üzərində bir vali təyin etdim. Mən Kirruridə olarkən öldürdüm və ağam Aşurun izzəti Qozan və Xupuşka (ehtimal olunur ki, bura Gilzan və Xubuşkiyadır) əhalisini kədərləndirdi.
Duş
Vanna və ya ləyən – yuyunmaq üçün nəzərdə tutulmuş su tutan konteyner. == Növləri == Vannalar, adətən, 2 üslubda olur: Qərb üslubunda – içindəndə uzanılan. Belə vannalar çox vaxt qayıq kimi yastı və uzun olur. Şərq üslubunda – içində oturulan. Belə vannalar qısa və dərin olur. Məsələn, Yaponiyada furo vannaları bu üsluba aiddir. == Hazırlanma materialı == Hazırkı dövrdə, əsasən, çuqun vannalardan istifadə olunur. Lakin, qranit və taxta vannalar da geniş yayılmışdır.
91 Days
91 Days (ナインティワンデイズ, Naynti Van Deydzu, azərb. 91 gün‎) — Shuka tərəfindən istehsal olunmuş anime serialı. == Məzmun == Hekayə Louless şəhərinin İllinoys ştatında spirtli içki qadağası dövründə cərəyan edir, harada ki dəmlənmiş likör qara bazarda hökm sürür. Ailəsi mafya mübahisəsi zamanı qətlə yetirilmiş Ancelo Laqusa Vanetti ailəsinə, xüsusilə, onun donu Vinsent Vanettidən intiqam almaq istəyir. Yeddi il gizləndikdən sonra Ancelo atasının dostundan anonim məktub alır, kim ki ona Loulessə qayıtmağı və intiqam almağı təklif edir. Avilio Bruno adı altında o, donun oğlu — Nero ilə dostlaşaraq Vanetti ailəsinə sızmağa başlayır, lakin bu dramatik 91 günlük hekayədə qisas qisas ardınca artır və qətllər ciddi nəticələrə təkan verir. == Personajlar == === Əsas === Avilio Bruno (アヴィリオ・ブルーノ, Avuirio Burūno) Səsləndirən: Takasi Kondo (yapon), Ostin Tindle (ingilis) Anime serialının baş qəhrəmanı. Əsl adı Ancelo Laqusadır. Hekayədən yeddi il əvvəl onun ailəsi Vanetti ailəsi tərəfindən öldürülmüşdür. Onun Vanetti ailəsinə qarşı kəskin nifrəti var və Loulessə qayıdıb qisasını almaq üçün anonim məktub alana kimi özünü yeddi il ərzində gizlətmişdir.
Art haus
Art haus kino (ing. Art house) - müstəqil çəkilən (“müstəqil kino”), kommersiya (satış) üçün nəzərdə tutulmayan filmlərdir. “Art haus” məhsulu kütləvi deyil, məhdud auditoriya üçün nəzərdə tutulur. Adətən bu cür filmlərdə kinematoqrafçılar bədii təsvirin daha ifadəli formalarının axtarışı ilə məşğul olur və kino dilini genişləndirir. Buna görə də həmin filmlər kino sənətini kifayət qədər anlayan, fərdi bilik səviyyəsi buna imkan verən tamaşaçı üçün nəzərdə tutulub. Hələ ilk filmlərdə - Jorj Melyes, D.Qriffit və ya Sergey Eyzenşteynin ekran əsərlərində “kino qaydaları” yenicə təşəkkül tapırdı. Lakin sonrakı dövr avanqardizmin nümayəndələri Luis Bünüelin, Jan Koktonun filmlərində kino əsl yaradıcı sənət növü kimi çıxış etməyə başladı. Daha sonrakı mərhələdə Fransa kinosunda “Yeni dalğa” cərəyanının nümayəndələri Jan Lük Qodar, Fransua Trüffo, Erik Romer hələ “çılğın” tənqidçi kimi çıxış etdikləri zaman “Kaye dü Sinema” (Les Cahiers du cinema) kinojurnalında “müəllif kinosu” terminini icad etdilər. Onları müəllif imzasının fərdiliyi maraqlandırırdı. Lakin bu termini ünvanladıqları sənətkarlar fərdiliyin fərqinə varmadan filmlər çəkirdilər.
Daks (rayon)
Daks (fr. Dax) — Fransanın Akvitaniya regionun rayonlarından biri. Departamenti — Landlar. Suprefektura — Daks. Rayon əhalisi 2006-cı ildə 196 899 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon ərazisi — 3194 km².
Dans-pop
Dans-pop — Rəqs yönümlü pop musiqi, 1980-ci illərdən başlayan post-disko dövründə inkişaf etmişdir.
Dars yarımadası
Dars yarımadası (alm. Darß‎) — Almaniyanın şimalında, Baltik dənizinin cənubunda yerləşən yarımada. Qərbdən Meklenburq buxtası yuyulur. Dars sözü qədim skavyan dilində işlənən dračĭ sözündən törəmişdir. Erkən orta əsrlərdə yarımada ada olmuşdur. Slaviyanlar onu Scante Vustrov adlandırırdı. Yarımadanın böyük hissəsi meşə ilə örtülüdür. Yarımadanın şimal hissəsi Darser-Ort (alm. Darßer Ort‎) adlanır. Burada mayak yerləşir.
Daue Bob
Daue Bob Postyuma (nid. Douwe Bob Posthuma; d. 12 dekabr 1992, Amsterdam, Niderland) və ya sadəcə Daue Bob — Niderland müğənnisi və bəstəkarı. O, Niderlandın De beste singer-songwriter van Nederland yarışmasında qələbə qazanmışdır. Əsasən kantri və folk musiqisi ifa edən müğənni Niderlandı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Daue Bob Postyma 12 dekabr 1992-ci ildə Niderlandın paytaxtı Amsterdamda anadan olmuşdur. Onun atası Simon Postyuma Niderlandın The Fool dizayn şirkətinin üzvüdür. Daue 6 yaşında ikən pianoda ifa etməyi öyrənmiş və musiqi janrı kimi ilkin olaraq klassik musiqi və caz ilə maraqlanmışdır. O, 14 yaşında gitarada ifa etməyə başlamışdır. Daue musiqiyə 50-ci və 70-ci illərin kantri, folk və pop musiqilərindən ilham aldığını söyləmişdir.
Daur acıçiçəyi
Daur acıçiçəyi (lat. Gentiana dahurica) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Daur dili
Daur dili (daqur dili, daxur dili) — daurların dili. Monqol dilləri ailəsinin kidan qrupuna aiddir. Monqol dillərindən daha zəngin fonetikasına görə fərqlənir. Leksika sahəsində mancur, çin dilləri, həmçinin tunqus-mancur dilləridən, xüsusi ilə evenk dilindən xeyli sözlər götürmüşdür. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Mənbə == Грамматики: Поппе Н. Н. Дагурское наречие М., 1930. Martin S.E. Dagur Mongolian. Grammar, Text, and Lexicon (pdf, 4.8 Mb, 1961) Arxivləşdirilib 2014-07-26 at the Wayback Machine на сайте Алтаика.
Daur durnası
Daur itburnusu
Daur itburnusu (lat. Rosa davurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Daur kirpisi
Daur kirpisi (lat. Mesechinus dauuricus) — Kirpilər fəsiləsinə aid kirpi növü. == Xarici görünüş == Bu növ ölçülərinə görə elədə böyük deyildir. Rəngləri parlaq-qum, tünd-qonur rəngdə olur. Ölçüləri: uzunluğu 19,5—29 sm, quyruğu 25–37 mm, çəkimisi isə yaşdan asılı olaraq 600—1400 q arasında dəyişir. Başı konusvari olub uzun çənəyə malikdirlər. Qulağı elədə byük deyildir. Uzunluğu isə 29–34 mm-dir. Adi Kirpidən fərqli olaraq baş nahiyyəsində xətt yoxdur. == Yayılması == Daur kirpiləri əsasən Zabaykal diyarının çöl, meşə çöl ərazilərində yayılmışlar onlars həmçinin Monqolustanın şimal-şərq və Çinin şimal ərazilərində yayılmışdır.
Daur qulançarı
Daur qulançarı (lat. Asparagus dauricus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Daur silsiləsi
Daur silsiləsi və ya sadəcə Daur (rus. Даур) — Rusiya Federasiyasındə, Yəhudi muxtar vilayətində orta yüksəklikli silsilər və və dağ massivləri. == Haqqında == Qranit və kristallik şistlərdən ibarətdir. Cila çayının yuxarı axınından Uldurqa çayının mənbəyinədək şimal-şərq istiqamətində 300 kilometrlik bir məsafədə uzanır. Silsilənin maksimal nöqtəsi 674 metr yüksəklikdə olan Daur dağıdır. Silsilənin aşağı hissəsində geniş yarpaqlı musson tipli meşələr üstünlük təşkil edir. Daur dağının zirvəsində isə onları iynəyarpaqlı meşələr əvəz edir. Silsilənin yamaclarında nadir bir gəlincik növü olan solonqoy və ya dağ gəlinciyi, bəzi nadir yırtıcı quşlar və kəpənəklər yaşayır.
Daur simisifuqası
Daur tütəkcəsi
Daur tütəkcəsi (lat. Angelica dahurica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Daur çirişi
Daur çirişi (lat. Eremurus tauricus) - çiriş cinsinə aid bitki növü.
Daur çoğanı
Daur çoğanı (lat. Gypsophila davurica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü.
Daur ətirşahı
Daur ətirşahı (lat. Geranium dauricum) - ətirşah cinsinə aid bitki növü.