Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəniz donuzu
Dəniz donuzu (lat. Phocoena) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinə aid heyvan cinsi. Uzunluqları iki metrə qədər olur. Bel hissəsi tünd, yan nahiyəsi isə parlaq rəngdə olur. Bu iki rəng bir-birinə vəhtəd şəkildə birləşir. Üst çənədə 16–30 çüt, alt çənədə 17–25 olur. Yetkin fərdlərin kəlləsi 24–32 sm olur. == Yayılması == Dəniz donuzları Sakit okean, Atlantik okean və Hind okeanı sularında yaşayırlar.
Ev donuzu
Ev donuzu (lat. Sus scrofa domestica) — donuzlar fəsiləsindən olan ev heyvanı. Donuzkimilər fəsiləsindən olan ev donuzları orta böyüklükdə, çevik bir bədən quruluşuna sahib məməlilərdir. Bədənləri çox seyrək, fırça kimi sərt və qısa olan tüklərlə örtülüdür. Rəngləri qırmızımsı qəhvəyi ilə boz və ya qara olaraq dəyişir. Uzunluqları 50–190 sm (3–45 sm quyruq) və ağırlıqları 6–350 kq arası dəyişir. Donuzlar hər ayaqlarında daimi 4 barmaqları vardır. 2-ci və 3-cü barmaqlar digərlərindən daha böyük olur və bütün ağırlığı daşıyırlar. Daha kiçik olan 1-ci və 4-cü barmaqlar yerə toxunmur. Donuzlar təbii şəkildə Avrasiyanın cənubunu və bütün Afrikada yaşayırlar.
Çöl donuzu
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Kromminion donuzu
Kromminion donuzu (q.yun. Ὕς Κρομμυῶν) — qədim yunan mifologiyasında canavar. Bəzi mənbələrə görə, Feya (Fayya) ləqəbli Exidna və Tifondan törəmişdir. Adın özü (q.yun. Φαιά) "kül-boz" deməkdir. Bəzi versiyalarda bu, Kromminion donuzunun sahibi olan yaşlı qadının adı idi. Meqaridada Kromminion donuzu bir çox insanı öldürmüşdür. Kalidon qabanını doğmuşdur. Ovidə görə bu, qaban idi. O, Tesey tərəfindən öldürüldü.
Adi dəniz donuzu
Adi dəniz donuzu (lat. Phocoena phocoena) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin dəniz donuzu cinsinə aid heyvan növü. Orta uzunluğu dişilərdə 160 sm, erkəklərdə 145 sm, çəkiləri isə 50–60 kq arasında dəyişir. Bədəninin üst hissəsi tünd-boz, yan nahiyələri parlaq, qarın nahiyəsi isə parlaq boz və ya ağ rəngdə olur. Alt çənədə 16–30, yuxarı hissədə isə 17–25 diş olur. Növ üç yarımnövə bölünür: Phocoena phocoena phocoena — Atlantik okeanın şimalında Baltik dənizi, Ağ dəniz və Barens dənizi sulayında yaşayır. Phocoena phocoena relicta — Qara dəniz, Azov dənizi, Mərmərə dənizi və Egey dənizinin şimal sularında yayılmışlar. Phocoena phocoena vomerina — Sakit okeanın şimal sahilləri boyunca. Dəniz donuzları elədə böyük olmayaq qruplar halında yaşayırlar. Bəzən isə qrupların sayı minə çatır.
Argentina dəniz donuzu
Argentina dəniz donuzu (lat. Phocoena spinipinnis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin dəniz donuzu cinsinə aid heyvan növü. == Yayılması == Bu canlılar Peru sahillərindən tutmuş Odlu Torpaq arxipelaqına və oradan isə Braziliyanın cənub hissəsinə qədərki ərazilərə yayılmışlar. Onlar çaylarla sahildən 50 km məsafədə metikin daxilinə irəliləyə bilirlər. == Görünüşü == Əsasən tünd-boz rəngdə olurlar. Qarın nahiyəsi parlaq-boz rəngdədir. Yetkin fərdlərin uzunluğu 180 sm, çəkiləri isə 50–75 kq təşkil edir. Bel üzgəci üçgüncdür. == Həyat tərzi == Ya tənha ya da kiçik qruplar halında yaşayırlar. Qayıqlara yaxınlaşmağı xoşlamırlar.
Eynəkli dəniz donuzu
Eynəkli dəniz donuzu (lat. Phocoena dioptrica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin dəniz donuzu cinsinə aid heyvan növü. Bu canlını digər dəniz donuzlarından asanlıqla ayırmaq olur. Onların gözlərinin ətrafında tübd həlqə olur. Bu həlqənin ətrafında isə nisbətən parlaq həlqə olur. == Takson == Eynəkli dəniz donuzu ilk dəfə 1912-ci ildə Lahille tərəfindən təsvir edilmiş və qeydə almışdır. O, Buenos Ayres sahillərində bu canlının ölüsü əsasında Eynəkli dəniz donuzunu təsvir edir. Odlu Torpaq adasında Eynəkli dəniz donuzunun kəlləsi aşkarlanır. Latınca adı Phocoena dioptricadır. Dioptrica latıncadan tərcümədə iki həlqə mənasını verir.
Qaradəniz dəniz donuzu
Qaradəniz dəniz donuzu (lat. Phocoena phocoena relicta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin dəniz donuzu cinsinin adi dəniz donuzu növünə aid heyvan yarımnövü. Uzunluğu 1,3-1,5 metr, çəkisi təxminən 30 kiloqramdır. 1,8 metrə qədər olan fərdlərə də rast gəlinir. Dişilər erkəklərə nisbətən bir qədər böyükdür. Başı qısa, kütvari bir ağıza sahibdir. Belinin rəngi tünd boz, bəzən qara, böyürləri açıq rəngdədir. Albinos fərdlərə rast gəlinir. 4 santimetrə qədər bir piy qatına sahib olurlar. Dişilərdə cinsi yetkinlik yaşı 4 ildir.
Tüksüz dəniz donuzu
Neophocaena phocaenoides (lat. Neophocaena phocaenoides) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin neophocaena cinsinə aid heyvan növü. Əsasən isti sularda yaşayır. Onlara Yaponiya sahillərindən tutmuş Cənubi Afrika sahillərinə qədər ki ərazilərdə rast gəlmək olar. Sakit okean suları əsas arealı hesab edilir. Onları hətta Kuril adalarının cənub rayonlarınds belə görmək olur. Dayazlıqlarda, sahilə yaxın ərazilərdə üzürlər. Bəzən çayların axarının əksinə min km məsafə qət edirlər (Yanszı çayı ilə 1800 km). Qruplar halında hərəkət edirlər. Adətən hər qrupda 5–6 fərd olur.
Monizm
Monizm (yun. monos – bir, vahid) — bütün mövcudatın əsasının bir başlanğıcdan ibarət olmasını qəbul edən fəlsəfi təlim. Həm materialist, həm də idealist monizm mövcuddur. Materialistlərə görə, dünyanın başlanğıcı, əsası materiyadır. İdealistlər isə ruhu, ideyanı bütün hadisələrin vahid başlanğıcı hesab edirlər. İdealist monizmin ən ardıcıl forması Hegel fəlsəfəsidir. Dünyanı maddi, bütün hadisələri isə hərəkətdə olan materiyanın müxtəlif növləri hesab edən dialektik materializm üçün ardıcıl materialist monizm xarakterikdir. Elmi materialist monizm dialektik materializm üçün səciyyəvidir. Marksizm fəlsəfəsində monizm ictimai hadisələrə də şamil edilir. Fəlsəfi monizmin problemi maddi və ideal başlanğıcların qarşılıqlı münasibətlərini anlamaqdır.
Donia
Grindelia (lat. Grindelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Donuz
Donuz — Sus cinsində olan heyvanlara verilən ümumi addır. Donuzlar həm ət həm ot ilə qidalanırlar. İnsanlar tərəfindən əhlilləşdirilmişdir və ferma heyvanı olaraq istifadə edilməkdədir.
Dəniz
Dəniz — Sualtı dağlar, okean cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi == Haqqında == Dənizlər okeanın bir parçasıdır və onunla birbaşa və ya boğaz vasitəsilə əlaqələnir. Dənizlər qismən quru ilə, qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. Dənizin əsas xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir neçə boğazla) birləşmiş olmasıdır. Dünyanın ən böyük dənizləri Aralıq dənizi, Berinq dənizi, Karib dənizi, Filippin dənizi və s. sayılır. Onlardan ən böyüyü Flippin dənizidir. Duzluluğuna görə isə birinci yerdə Qırmızı dəniz durur. Dənizlər yerləşdikləri ərazi və ya sərhədlərinə görə üç yerə bölünüb: Daxili dənizlər Kənar dənizlər Adalar arası dənizlər == Dəniz suyu == Dəniz suyunun əsasını duz və xloridlər təşkil edir. 1l dəniz suyunun tərkibində orta hesapla 35 qr. duz vardır.
Dürvil dənizi
Dürvil dənizi — Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Adeli Torpağı sahilində yerləşir. Cənub hissədə dərinlik 500 m şimalda isə dərinlik 3610 m təşkil edir. İlin böyük hissəsi hərəkət edən buzlarda örtülü olur. Duzluğu 33,7-33,8 ‰ təşkil edir. Dənizin sahilləri yarıya qədər buzla örtülür. Bu ərazilər V Georq sahili və Adel Torpağı ilə birlikdə Viktoriya adlandırılır. Sahillərinə yaxın buz qayaları vardırki, onlar ilin isti vaxtı cəmi bir necə on günlərlə buzdan azad olur Aysberqlər digər dənizlərə nisbətən azdır. Dənizin temperaturu yayda 0 C, qışda -17 C təşkil edir. Burada güçlü küləklər əsir və qasırğalar baş verir. == Kəşfi və örgənilməsi == Dəniz sahillərinə ilk ayaq basan fransız J. Dümon-Dürvil (1837) olmuşdur.
Fici dənizi
Fici (ing. Fiji) — Sakit Okeanın cənub-qərbində adaarası dəniz. Bu rayonda dərin qobunun mövcudluğuna görə, şərti olaraq dəniz adlandırılmışdır. Şimalda Fici, şərqdə Kermadek adaları, cənubda Yeni Zelandiya və Tasman dənizi, qərbdə isə Mərcan dənizi ilə məhdudlaşdırılıb. Sahəsi 3177 min km². Orta dərinliyi 2741 m, maksimum 7633 m. Cənub-şərqində səthi suyun temperaturu 18-23 °C, şimalda 25-28 °C . Duzluluğu 34,9-35,5 ‰. Qabarması yarıgünlü tiplidi 1,5 — 3,0 m. Əsas limanı Ficinin paytaxtı Suva sayılır.
Filippin dənizi
Filippin dənizi — Dünyanın ən böyük dənizidir. Böyük Zond Arxipelaqının şimal-şərqində Sakit okeanda yerləşir.
Flores dənizi
Flores dənizi (ing. Flores Sea)— Sakit okeanında Sulavesi adasının qutaracağında Kabia,Sumbava (şimalda) və Flores adaları (cənubda) arasında yerləşir. Dənizin sahəsi 115,000 km², orta dərinliyi 1522 m ,maksimal dərinlik isə 5234 m təşkil edir. Səthində temperatur 26 s (avqust ,sentyabr), 28,8 s (noyabr) təşkil edir. Duzluluğu 32,0 - 34,6 ‰ olur, yağışlar mövsümündə 32 - 33 ‰ enir. Axınlar əsasən cənub və qərb istiqamətində olur. Ərazi seysmik baxımından fəaldır. Sumbava adasında İndoneziyanın fəaliyyətdə olan və hündürlüyü 1949 m çatan Ani-Slau vulkanı vardır. Balıqçılıq inşaf etmişdir.
Grau dənizi
Grau dənizi – Sakit okeanın şərqində, Cənubi Amerikanın qərb sahillərində yerləşir. Peru sahilləri boyu 3079,50 km məsafədə uzanır. Cənubunda Tasna şəhəri yerləşir. Dəniz rəsmi olaraq 24 may 1984 ci ildə Grau dənizi olaraq adlandırılmışdır. Dənizdə dünyanın ən qəribə hadisələrindən biri olan El-Ninyo hadisəsi baş verir. Bu hadisənin özəlliyi ondadır ki, dəniz dibinin soyuq suyu sürətlə suyun səthinə qalxır. Nəticədə dəniz canlılarının böyük hissəsi məhv olur. Dəniz Peru ordu zabiti və Peru və Boliviyanın milli qəhrəmanı Miguel Grau Semiarionun şərəfinə adlandırılıb. O Sakit okean müharibəsində Çiliyə qarşı vuruşan donanmaya rəhbərlik etmişdir.
Kamotes dənizi
Kamotes dənizi — Sakit okean Akvatoriyasına daxil olan, adalar arası dənizdir. Dəniz Filippin arxipelaqına daxil olan Leyte, Bohol və Sabu adaları arasında yerləşir. Şimalda Visayan dənizi, cənubda Kaniqao və Bohol boğazları onu Mindanao dənizi ilə birləşdirir. Dərinliyi 323 metr təşkil edir. İqlimi tropikdir, mussonların təsirinə məruz qalır. İyundan oktyabra qədər ərazidə Tayfunlar müşahidə edilir. Qışda suyunun temperaturu 24–27 S, yayda 28–29 S təşkil edir. Dənzizin duzluğu 34,5 ‰ civarında olur. Dənizin mərkəzində Kamotes adaları vardır. İl ərzində iki mövsümü yağıntılı olur.
Kelt dənizi
Kelt dənizi (ing. Celtic Sea) — Atlantik okeanının akvatoriyasına daxildir. Sahillərində İrlandiya, Böyük Britaniya və Fransa kimi dövlətlər yerləşir. Dənizin şimaldan Müqqəddəs Georgi boğazı ilə İrland dənizi, cənub-şərqdə Bristol körfəzi və La-Manşla əhatələnir, qərb və cənub hissədən kontinantal şelflə əhatələnir. Adı onun sahillərində yaşayan Keltlərin adından götürülmüşdür. Bir zamanlara qədər dənizin şimalı Müqqəddəs Georgi boğazının bir hissəsi jesab edilirdi. 1921-ci ildə dənizin Kelt dənizi adlandırılması ingilis dəniz araşdırmaçısı Ernest Vilyam Layons Holton tərəfindən irəli sürülmüşdür.
Kilikiya dənizi
Kilikiya dənizi — Aralıq dənizinin şərqində, Kiçik Asiya ilə Kipr adası arasında yerləşir. Adını Kiçik Asiyanın antik dövrdə mövcud olan eyni adlı vilayyətin (Kilikiya) adından götürmüşdür. Türkiyənin Adana, Mersin və Hatay, Şimali Kipr Türk Respublikasının isə Famaqusta və Kyrenia vilayyətləri sahillərində yerləşir. Dənizə Göysu və Ceyhan çayları axır. Şimal-şərqində İsgəndərum körfəzi yerləşir. Sahillərində İsgəndərum, Mersin və ən əsas limanı Ceyhan limanları vardır. Dəniz cənub şərqdə Livan dənizi, qərbdə isə Aralıq dənizi ilə əhatələnir.
Koro dənizi
Koro dənizi (ing. Koro Sea) — Sakit okeanın cənub-qərbində Fici arxipelaqına daxil olan Viti-Levu, Vanua-Levu, Taveuni və Lau adaları arasında yerləşir. Dəniz adı Fici arxipelaqına daxil olan yarımadanın adından götürülmüşdür. Koro dənizinin ən dərin yeri 2900 metr təşkil edir.
Lakkadiv dənizi
Lakkadiv dənizi malaya. ലക്ഷദ്വീപ് കടല്‍- Hind okeanı akvatoriyasında, Hindustan yarımadası ilə Şri-Lanka, Lakkadiv adaları və Maldiv adaları arasında yerləşir. Cənub hissəsi Addi atolu ilə sərhədlənir. Sahəsi 786,000 km², orta dərinlik 1929 m, ən dərin yeri 4131 metr təşkil edir. Sahilləri əsasən qumsallıq, dibi isə şelf relyefi üstünlük təşkil edir. Sularında çoxlu sayda mərcan məşəlli riflər və adalar vardır. Zəngin balıq, molusk və digər dəniz canlıları ilə zəngindir. Əsas limanları Tuttukudi, Monqaluru (Hindistan), Kolombo (Şri-Lanka). == Hidrologiyası == Dəniz sularında demək olar ki temperatur sabit qalır, bəzi yerlərdə yayda 26-28 S, qışda isə 25 S təşkil edir. Duzluğu 34‰, şimal və mərkəz hissələrdə isə 35,5‰ olur.
Laptevlər dənizi
Laptevlər dənizi (rus. море Лаптевых, saxa Лаптевтар байҕаллара) — Şimal Buzlu okeanın akvatoriyasına daxil olan dəniz. Sibirin şimalında, Taymır yarımadası, Şimal Torpağı (qərb) və Yeni Sibir adaları (şərq) arasında yerləşir. Dəniz rus qütb tədqiqatçıları, iki əmioğlu Dmitri və Xariton Laptevlərin şərəfinə adlandırılmışdır. Dəniz sərt kontinental iqlimə və 0 °C-dən aşağı temperatura malikdir. Bütün Arktik dənizlərdə olduğu kimi duzluğu nisbətən zəifdir. İlin on ayı buzla örtülü olur. Əsasən avqust və sentyabr ayları buzdan azad olur. Kasıb flora və faunaya malikdir. Adalarının bir çoxunda yaxşı qalmış mamont qalıqları vardır.
Lazarev dənizi
Lazarev dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Kraliça Mod Torpağı sahilində yerləşir. Sahəsi 929,000 km², dərinlik mərkəzə doğru 3.000 m, şimalda dərinlik isə 4500 m təşkil edir. Suları hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. İlin yay və payız mövsümünün sonunda buzlar əsasən sahilə yaxın ərazilərdə qalır. Dəniz 1962-ci ildə Birinci rus antartik ekspedisiyanın rəhbəri M. P. Lazarevin şərəfinə adlandırılmışdır. == Tədqiqatı == Dənizin örgənilməsində Sovet və Rus tədqiqatçılarının böyük rolu olmuşdur. Katerik şelfi burada nisbətən azlıq təşkil edirlər. Selfin sahildə uzunluğu 200 km təşkil edir. Cənubdan mərkəzə doğru dərinlik birdən-birə 3000 m, şimalda isə dərinlik 4500 metrə qədər enir. Sahilləri qayalı olan yerlər əssasən Kraliça Mod Torpağına daxil olan Şahzadə Marta sahili ərazisində müşahidə edilir.