Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəniz donuzu
Dəniz donuzu (lat. Phocoena) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinə aid heyvan cinsi. Uzunluqları iki metrə qədər olur. Bel hissəsi tünd, yan nahiyəsi isə parlaq rəngdə olur. Bu iki rəng bir-birinə vəhtəd şəkildə birləşir. Üst çənədə 16–30 çüt, alt çənədə 17–25 olur. Yetkin fərdlərin kəlləsi 24–32 sm olur. == Yayılması == Dəniz donuzları Sakit okean, Atlantik okean və Hind okeanı sularında yaşayırlar.
Ev donuzu
Ev donuzu (lat. Sus scrofa domestica) — donuzlar fəsiləsindən olan ev heyvanı. Donuzkimilər fəsiləsindən olan ev donuzları orta böyüklükdə, çevik bir bədən quruluşuna sahib məməlilərdir. Bədənləri çox seyrək, fırça kimi sərt və qısa olan tüklərlə örtülüdür. Rəngləri qırmızımsı qəhvəyi ilə boz və ya qara olaraq dəyişir. Uzunluqları 50–190 sm (3–45 sm quyruq) və ağırlıqları 6–350 kq arası dəyişir. Donuzlar hər ayaqlarında daimi 4 barmaqları vardır. 2-ci və 3-cü barmaqlar digərlərindən daha böyük olur və bütün ağırlığı daşıyırlar. Daha kiçik olan 1-ci və 4-cü barmaqlar yerə toxunmur. Donuzlar təbii şəkildə Avrasiyanın cənubunu və bütün Afrikada yaşayırlar.
Çöl donuzu
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Adi dəniz donuzu
Adi dəniz donuzu (lat. Phocoena phocoena) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin dəniz donuzu cinsinə aid heyvan növü. Orta uzunluğu dişilərdə 160 sm, erkəklərdə 145 sm, çəkiləri isə 50–60 kq arasında dəyişir. Bədəninin üst hissəsi tünd-boz, yan nahiyələri parlaq, qarın nahiyəsi isə parlaq boz və ya ağ rəngdə olur. Alt çənədə 16–30, yuxarı hissədə isə 17–25 diş olur. Növ üç yarımnövə bölünür: Phocoena phocoena phocoena — Atlantik okeanın şimalında Baltik dənizi, Ağ dəniz və Barens dənizi sulayında yaşayır. Phocoena phocoena relicta — Qara dəniz, Azov dənizi, Mərmərə dənizi və Egey dənizinin şimal sularında yayılmışlar. Phocoena phocoena vomerina — Sakit okeanın şimal sahilləri boyunca. Dəniz donuzları elədə böyük olmayaq qruplar halında yaşayırlar. Bəzən isə qrupların sayı minə çatır.
Argentina dəniz donuzu
Argentina dəniz donuzu (lat. Phocoena spinipinnis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin dəniz donuzu cinsinə aid heyvan növü. == Yayılması == Bu canlılar Peru sahillərindən tutmuş Odlu Torpaq arxipelaqına və oradan isə Braziliyanın cənub hissəsinə qədərki ərazilərə yayılmışlar. Onlar çaylarla sahildən 50 km məsafədə metikin daxilinə irəliləyə bilirlər. == Görünüşü == Əsasən tünd-boz rəngdə olurlar. Qarın nahiyəsi parlaq-boz rəngdədir. Yetkin fərdlərin uzunluğu 180 sm, çəkiləri isə 50–75 kq təşkil edir. Bel üzgəci üçgüncdür. == Həyat tərzi == Ya tənha ya da kiçik qruplar halında yaşayırlar. Qayıqlara yaxınlaşmağı xoşlamırlar.
Eynəkli dəniz donuzu
Eynəkli dəniz donuzu (lat. Phocoena dioptrica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin dəniz donuzu cinsinə aid heyvan növü. Bu canlını digər dəniz donuzlarından asanlıqla ayırmaq olur. Onların gözlərinin ətrafında tübd həlqə olur. Bu həlqənin ətrafında isə nisbətən parlaq həlqə olur. == Takson == Eynəkli dəniz donuzu ilk dəfə 1912-ci ildə Lahille tərəfindən təsvir edilmiş və qeydə almışdır. O, Buenos Ayres sahillərində bu canlının ölüsü əsasında Eynəkli dəniz donuzunu təsvir edir. Odlu Torpaq adasında Eynəkli dəniz donuzunun kəlləsi aşkarlanır. Latınca adı Phocoena dioptricadır. Dioptrica latıncadan tərcümədə iki həlqə mənasını verir.
Qaradəniz dəniz donuzu
Qaradəniz dəniz donuzu (lat. Phocoena phocoena relicta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin dəniz donuzu cinsinin adi dəniz donuzu növünə aid heyvan yarımnövü. == Yarımnövün təsviri == Uzunluğu 1,3-1,5 metr, çəkisi təxminən 30 kiloqramdır. 1,8 metrə qədər olan fərdlərə də rast gəlinir. Dişilər erkəklərə nisbətən bir qədər böyükdür. Başı qısa, kütvari bir ağıza sahibdir. Belinin rəngi tünd boz, bəzən qara, böyürləri açıq rəngdədir. Albinos fərdlərə rast gəlinir. 4 santimetrə qədər bir piy qatına sahib olurlar. Dişilərdə cinsi yetkinlik yaşı 4 ildir.
Tüksüz dəniz donuzu
Neophocaena phocaenoides (lat. Neophocaena phocaenoides) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin neophocaena cinsinə aid heyvan növü. Əsasən isti sularda yaşayır. Onlara Yaponiya sahillərindən tutmuş Cənubi Afrika sahillərinə qədər ki ərazilərdə rast gəlmək olar. Sakit okean suları əsas arealı hesab edilir. Onları hətta Kuril adalarının cənub rayonlarınds belə görmək olur. Dayazlıqlarda, sahilə yaxın ərazilərdə üzürlər. Bəzən çayların axarının əksinə min km məsafə qət edirlər (Yanszı çayı ilə 1800 km). Qruplar halında hərəkət edirlər. Adətən hər qrupda 5–6 fərd olur.
Monizm
Monizm (yun. monos – bir, vahid) — bütün mövcudatın əsasının bir başlanğıcdan ibarət olmasını qəbul edən fəlsəfi təlim. Həm materialist, həm də idealist monizm mövcuddur. Materialistlərə görə, dünyanın başlanğıcı, əsası materiyadır. İdealistlər isə ruhu, ideyanı bütün hadisələrin vahid başlanğıcı hesab edirlər. İdealist monizmin ən ardıcıl forması Hegel fəlsəfəsidir. Dünyanı maddi, bütün hadisələri isə hərəkətdə olan materiyanın müxtəlif növləri hesab edən dialektik materializm üçün ardıcıl materialist monizm xarakterikdir. Elmi materialist monizm dialektik materializm üçün səciyyəvidir. Marksizm fəlsəfəsində monizm ictimai hadisələrə də şamil edilir. Fəlsəfi monizmin problemi maddi və ideal başlanğıcların qarşılıqlı münasibətlərini anlamaqdır.
Donia
Grindelia (lat. Grindelia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Donuz
Donuz — Sus cinsində olan heyvanlara verilən ümumi addır. Donuzlar həm ət həm ot ilə qidalanırlar. İnsanlar tərəfindən əhlilləşdirilmişdir və ferma heyvanı olaraq istifadə edilməkdədir.
Dəniz
Dəniz — Sualtı dağlar, okeanın cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi == Haqqında == Dənizlər okeanın bir parçasıdır və onunla birbaşa və ya boğaz vasitəsilə əlaqələnir. Dənizlər qismən quru ilə, qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. Dənizin əsas xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir neçə boğazla) birləşmiş olmasıdır. Dünyanın ən böyük dənizləri Aralıq dənizi, Berinq dənizi, Karib dənizi, Filippin dənizi və s. sayılır. Onlardan ən böyüyü Flippin dənizidir. Duzluluğuna görə isə birinci yerdə Qırmızı dəniz durur. Dənizlər yerləşdikləri ərazi və ya sərhədlərinə görə üç yerə bölünüb: Daxili dənizlər Kənar dənizlər Adalar arası dənizlər == Dəniz suyu == Dəniz suyunun əsasını duz və xloridlər təşkil edir. 1l dəniz suyunun tərkibində orta hesapla 35 qr. duz vardır.
Adriatik dənizi
Adriatik dənizi (it. Mare Adriatico) — Aralıq dənizi hövzəsində, Apennin və Balkan yarımadaları arasında yarımqapalı dəniz. Şimalda dayaz Venesiya körfəzini əmələ gətirir. Cənubda onu Otranto boğazı İon dənizi ilə birləşdirir. Duzluluğu 30–38 promilledir. Mühüm limanları — Venesiya, Ankona, Bari, Brindizi, Split və s.Bu dəniz İtaliya (1000 km-dən çox), Sloveniya (47 km), Xorvatiya (1777 km), Bosniya və Herseqovina (20 km), Monteneqro (200 km), Albaniya (472 km) sahillərini yuyur. == Coğrafiyası == Adriatik dənizinin sahəsi 139 min km², dərinliyi dənizin şimal hissəsində 20 m-dən cənub-şərq hissəsində 1230 m-ə qədərdir. Dibi şimal-qərbdən cənub-şərqə doğru tədricən yamaclı çuxurdur.Cənub hissəsində Otranto boğazı vasitəsilə İon dənizi ilə birləşir. O, quruya 796 kilometr uzanır, dənizin eni 93 kilometrdən 200 kilometrə qədərdir. Qərb sahilləri əsasən adüzənlik, şərq sahilləri dağlıqdır.
Aki dənizi
Aki dənizi — Adalar arası dəniz olaraq Yapon adaları arasında yerləşir. Sakit okeanı akvatoriyasına aiddir. Dənizin ərazisi cənub-qərbdə Hirosima perfektoriyası, şimal-qərbdə Exine perfektoriyasına aiddir. Şimalda Osaki-Simo, Kami-Kamaqari, Simo-Kamaqari və Kuraxasi, şərqdə Kurisim boğazı, cənubunda Takanova yarımadası, qərbdə İe-Naka adası yerləşir. Şimaldan-cənuba 30 km, şərqdən-qərbə 50 km təşkil edir. Dənizin şərqi İsuki dənizi adlanır. Daxili Yapon dənizinin şərqi ilə qərbini birləşdirir. Sahilində Xirosima, Kure və Masuyamu şəhərləri vardır. Dəniz balıqlarla zəngindir. Əsas balıq növü Skumbriyadır.
Aland dənizi
Aland dəniz — Atlantik okeanına daxil olan Baltik dənizi ilə Botniç körfəzi arasında yerləşir. Ən dərin yeri 301 metr təşkil edir. Aland adaları ilə materik arasında mövqe tutur. Dəniz İsveç və Finlandiya arasında əsas dəniz yolu üzərində yerləşir. Dəniz sahilində 67,700 nəfər yaşayır (hər m2 üçün 0,0000677 nəfər).
Alboran dənizi
Alboran dənizi (isp. mar de Alborán, ərəb. بحر البوران‎) — Aralıq dənizinin qərb qutaracağında yerləşirdi. Dənizi Atlantik okeanından Cəbəllütariq boğazı ayırır. Qərbdən-şərqə doğru onun uzunluğu 400 km, şimaldan-cənuba eni isə 200 km təşkil edir. Dənizin orta dərinliyi 1000–1500 m arasıdır. Bu coğrafi obyektin ən dərin yeri 2507 metr olaraq dənizin şərq qutaracağında yerləşir. Dib relyefi sualtı dağlar və dərələrdən üstəlik düzənliklərdən ibarətdir. Sualtı dağların ən böyüyü Alborandır, şimal-şərqdən başlayaraq cənub-qərb istiqamətində uzanır. Bəzi yerlərdə suyun üzərinə çıxır və burada Alboran adlı vulkan məşəlli ada əmələ gətirir.
Amundsen dənizi
Amundsen dənizi — Cənub okeanının akvatoriyasında, Antarktidanın qərbində, Meri Berd Torpağı sahilində yerləşir. İl boyu buzla örtülü olur. Şərqdə Terston, qərbdə isə Dart burnu ilə əhatələnir. Şərq hissədə Terston adasının bir hissəsi Bellinshauzen dənizinə, digər hissəsi isə Amundsen dənizinin sularına daxildir. Sahəsi 98,000 km² , orta dərinliyi 286 m təşkil edir. Şelf ərazisində çökmə suxurlarla örtülüdür. Şelf ərazisində 400–500 m arasında dəyişir. Duzluğu 33,5 ‰ -dir. Yayda suyun duzluğu nisbətən aşağı düşür. Dəniz bütünlüklə qütb en dairəsi daxilində yerləşir.
Andaman dənizi
Andaman dənizi (hind. अंडमान सागर, birm. မုတ္တမ, tay ทะเลอันดามัน, malay və ind. Laut Andaman) — Hind okeanın yarım qapalı dənizi. Şərqdə Hind-Çin və Malay yarımadaları arasında, cənubda Sumatra adasıyla, qərbdə ki, Andaman və Nikobar adaları arasında yerləşir (adalar saəsində Benqal körfəzindən ayrılır). Şimalda İravadi çayının deltasına qədər uzanır. Malakka boğazı ilə Cənubi Çin dənizi ilə birləşir. Sahəsi 605 min km², orta dərinliyi 1043 m, maksimal dərinliyi isə 4507, suyun orta həcmi 660 min km³. Dibi qumlu və gillidir, şimaldan cənuba ərazisindən fəal vulkan qövsi keçir. İqlimi tropik, rütubətli və mussonludur.
Arxipelaq dənizi
Arxipelaq dənizi (Fin dili Saaristomeri, İsveç dili Skärgårdshavet) — Baltik dənizinin bir hissəsi olub, Botnik körfəzi, Fin körfəzi və Aland dənizi arasında yerləşir və Finlandiyanın ərazi sularına daxildir. Bu dənizdə adalarının sayına görə dünyanın ən geniş arxipelaqlarından biri yerləşir, lakin bu adalar sahəsinə görə çox kiçikdir və bir-birilərinə çox yaxın yerləşmişdir. Orta dərinliyi 23 metrdir == Arxipelaq suları == Beynəlxalq hüquqda – arxipelaq-dövləti təşkil edən adaların arasında yerləşən və dənizin digər hissələrindən birbaşa çıxış xətləri ilə ayrılan sular; bu xətlər arxipelaqın ən uzaq adalarının və riflərinin ucqar nöqtələrini birləşdirir. Xətlərin uzunluğu 100 dəniz milindən çox olmamalı və onların ümumi sayının yalnız 3%-i 125 dəniz mili uzunluğunda ola bilər. Xətlərin çəkilməsi zamanı arxipelaqın ümumi konfiqurasiyasının nəzərəçarpan pozulmasına yol verilmir. Xətlər daxilində suyun sahəsi ilə qurunun sahəsi arasında nisbət 1:1-dən 9:1-ə qədər olmalıdır. Arxipelaq sularının hüquqi rejimi BMT-nin Dəniz Hüququna dair Konvensiyası 1982-ci ilə nizamlanır. Arxipelaq sularını müəyyən etmək hüququ arxipelaq-dövlətlərə verilmişdir. Arxipelaq suları arxipelaq-dövlətlərin suverenliyi altındadır. Arxipelaq keçidi, yəni normal gəmiçilik və UA-ların normal uçuşu hüquqları sahilyanı dövlətin müəyyən etdiyi xüsusi dəniz koridorları ilə, yaxud Arxipelaq sularında beynəlxalq gəmiçilik və ya Arxipelaq suları üzərindən beynəlxalq uçuş yolları kimi istifadə olunan adi keçidlərlə həyata keçirilir.
Azov dənizi
Azov dənizi (Adıgeycə:Khı Mıvt'e/Хы Мыут1э;Meot dənizi) ya da Azaq dənizi (krımtat. Azaq deñizi, türk. Azak denizi) — Qara dənizin şimal-şərqində yerlşən dəniz. Sahəsi 37.700 km² olan Azov dənizinin uzunluğu 240 km, genişliyi isə 135 km-dir. Azov dənizi Kerç boğazı ilə Qaradənizə bağlanır. Azov dənizinin sahilləri alçaqdır. Don və Kuban çayları bu dənizə tökülür. Qenices boğazı və Arabat boğazı onu Sivaş körfəzi ilə birləşdirir. Çonqar boğazı isə körfəzi iki hissəsini birləşdirir. Duzluluq dərəcəsi aşağı olan Azov dənizi, dekabr ayından mart ayına qədər donur.
Baffin dənizi
Baffin dənizi (ing. Baffin Bay, fr. Baie de Baffin) — bəzən Baffin körfəzi də adlandırılır. Dəniz Şimal Buzlu okeanına daxildir. Atlantik okeanına daxil olan Labrador dənizi ilə cənubdan hüdudlanır. Qərb sahilləri Qrenlandiya adası ilə hüdudlanır. Şimaldan - cənuba uzunluğu 1130 km təşkil edir. İlin böyük hissəsi buzla örtülü olur. Burada çoxlu aysberqlər əmələ gəlir. Atlantik okeanıın isti suları ona təsir göstərir.
Banda dənizi
Banda dənizi (ing. Banda Sea) — Sakit okeanının qərbində, Malay arxipelaqında yerləşən adalar arasında yerləşir. Adalar dənizin sərhədlərini təşkil edir. Şimalda Buru və Seram, cənub-qərbdə Timor, şərqdə Tanimbar və Aru adaları arasında yerləşir. Dənizin sahəsi 714,000 km², şimaldan cənuba eni 500 km, şərqdən qərbə uzunluğu 1000 km, ən dərin yeri 7440 m təşkil edir. Dəniz mərcan rifləri ilə zəngindir. Əsas limanı Ambondur. == Ədəbiyyat == Tomascik, Tomas. The Ecology of the Indonesian Seas. Oxford: Oxford University Press, 1998.
Barens dənizi
Barens dənizi (norv. Barentshavet; 1853-cü ilə qədər Murman dənizi) — Şimal Buzlu okeanın ucqar dənizidir. O Rusiyanın və Norveçin sahillərini əhatə edir. Holland səyyah Vilyam Barensin şərəfinə belə adlandırılmışdır. Dəniz Avropanın şimal sahili və Şpisbergen, Frans İosifin torpağı və Novaya Zemlya arxipelaqları ilə məhdudlaşmışdır. Dənizin sahəsi 1424 min km²-dir. 600 m-a qədər dərinliyə malikdir. Dəniz kontinental şelfdə yerləşmişdir. Dənizin cənub-qərb hissəsi qışda Şimali-Atlantika cərəyanının təsirinə görə donmur. Cənub-şərq hissəsi Peçora dənizi adlanır.
Birlik dənizi
Birlik dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində yerləşir. Sahəsi 258.000 km², cənub hissədə dərinliyi 500 m, şimalda dərin yeri 3000 m təşkil edir. Suları hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. Sahilində Avstraliyaya məxsus Mayson və Deyvis elmi-tədqiqat stansiyası fəaliyyət göstərir. 1964-ci ildə Eymeri buzlağından nəhəng aysberq qoparaq Pryado körfəzinə düşmüşdür. Dəniz 1962-ci ildə antraktidaya təşkil edilən sovet ekspedisiyasının şərəfinə adlandırılmışdır. Belə ki, bu ekspedisiya üzvləri əsasən müxtəlif ölkələrin nümayəndələrindən təşkil edilmişdi.
Bismark dənizi
Bismark dənizi (ing. Bismarck Sea), (Bəzən dənizi Yeni Qvineya dənizi adlandırırlar) — Sakit okeanın qərb hissəsində, Bismark arxipelaqında olan adalar daxilində yerləşir. Sahəsi 310,000 km², orta dərinliyi 1700 m, ən dərin yeri isə 2665 m təşkil edir. Dəniz dibi akkumluyativ suxurları ilə örtülüdür. Dənizdə yerləşən adaların böyük əksəriyyəti vulkan məşəllidir. Sahilləri çox girintili-çıxıntılıdır. Mərcan rifləri ilə zəngindir. Yeni Qvineya sahillərindən Yeni Qvineya cərəyanı keçir. Onunda sürəti 50-75 sm/san təşkil edir, boğazlarda isə axınların sürəti daha yüksəkdir. İl boyu temperatur yüksək olur, illik temperatur 28 s təşkil edir.