Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jelatin
Jelatin (fr. gelatine, lat. gelātus "dondurulmuş") — heyvanat mənşəli mürəkkəb tərkibli zülali maddədir, şəffaf özlü kütlədir, rəngsiz və ya sarımtıl çalarlı olub heyvanların birləşdirici toxumalarından alınır. == Alınması == Jelatin istehsalı üçün lazım olan məhsullar: Donuz dərisi İribuynuzlu heyvan dərisinin iç qatı. Sümük qırıntıları.
Melanin
Melanin — bir çox orqanizmlərdə rast gəlinən piqment - rəng verən zülal. İnsanda da rast gəlinir. Dəriyə, saçlara, gözə , mərkəzi sinir sisteminin müəyyən hissələrinə tünd rəng verir. Melanin əmələ gətirən hüceyrələrə melanosit deyilir. İnsan dərisində bu piqmentin olması , qoruma xarakteri daşıyır. Melanin əlavə günəş şüalarını udaraq dəri və gözlərimizi günəş şüalarının zərərli təsirindən qoruyur. Günəş şüalarına çox məruz qaldıqda dəridə melanin artır.Tünd dərili şəxslərdə açıq dəri rənginə sahib şəxslərə nisbətən daha çox rast gəlinir. Melanin çatışmazliğı olan şəxslərin dəriləri çox ağ, gözləri qırmızı olur. Bu hal albinizm adlanır. Məlumdur ki, canlıların gözlərinin rəngi müxtəlifdir.
Selanik
Saloniki (yun. Θεσσαλονίκη, translit. Tessaloníki qulas as, translit. Saloniki) ya da Səlanik (osm. سلانیك, türk. Selanik) — Yunanıstanın ikinci böyük şəhəri. Əhalisi 363.987 nəfərdir. == Tarixi == Şəhərin əsası e.ə. 315-ci ildə Makedoniya hökmdarı Kassandr tərəfindən qoyulmuşdur. O, Term körfəzi sahilində yerləşən 26 kiçik yaşayış məntəqəsini birləşdirərək yeni şəhərə öz həyat yoldaşı, Makedoniyalı İsgəndərin ögey bacısı Fessalonikanın adını vermişdir.
Jeanine Fissler
Jeanine Fissler (12 oktyabr 1980) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Jeanine Fissler Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Jelaniya burnu
Jelaniya burnu — Şimal adasının şimal qutaracağına yaxın ərazidə yerləşir. Burun 1596-cı ildə Villem Barens tərəfindən adlandırılmışdır. Burada «Jelaniya burnu» (1931) adlı qütb stansiyası fəaliyyət göstərir. İkinci Dünya müharibəsi dönəmində stansiya alman su altı qayıqları tərəfindən atəşə tutulmuşdur. == Təbiəti və coğrafiyası == Burun 28 metr hündürlüyə malik bir ərazi olaraq adaya alçaq bir bərzəxlə birləşir. Şimal-qərbdən və cənub-şərq istiqamətdə burun uzaqdan adaya bənzəyir. Adanın üzəri bir platodur. Jelaniya burnundan Barens və Kara dənizləri arasındakı sərhəd başlayır. == Adının tarixi == İlk dəfə buruna adı holland səyyahı Villem Barens 1596-cı ildə vermişdir. O, burunu "Arzu olunan" adlandırmışdır.
Jeanne Calment
Jeanne Calment (21 fevral 1875, Arl, Fransa – 4 avqust 1997[…], Arl, Fransa) — tarixdə dünyanın ən uzunömürlü sakinlərindən biri. Jeanne Calment 122 il 164 gün yaşayıb. Dünyada ən çox yaşamış insan adını alan Jeanne Calment vəfatına qədər siqaret və içkidən də istifadə edib. O, uzunömürlü olmasının sirrini zeytun yağından istifadə etməkdə görürmüş. Zeytun yağından həm yeməklərdə, həm içki, həm də bədən yağı kimi istifadə edirmiş.
Melani Kleyn
Melani Raysez Kleyn (30 mart 1882[…], Vyana – 22 sentyabr 1960[…], London) — avstraliya əsilli Britaniyalı psixonalistdir. Müasir psixonaliz ve uşaq psixologiyası sahəsində yeni terapevtik metodların icad olunması M. R. Kleynin adı ilə bağlıdır. Eyni zamanda "Obyekt münasibətləri məktəbini"nin də qurucusu qəbul edilir. == Həyatı == === Ailəsi və həyatının ilk illəri === Melani Rayzes Kleyn, 1882-ci ildə Vyanada Moriz və Libussa Rayzesin dördüncü övladı olaraq dünyaya gəlmişdir. Anası Libussa ilə arasında iyirmi dörd yaş fərq olan atası polyak Moriz Rayzes yəhudi əsilli bir ümumi cərrah idi. Melani Kleyn atası kimi tibb öyrənmək istəsə də, gənc yaşında ailə qurduğu və uşaqları olduğu üçün bu istəyi yerinə yetirə bilmədi.Melani Kleyn atasının sevimli qardaşı Emiliyeni qısqanır, özünə çox yaxın və bağlı hiss etdiyi qardaşı Emanueldən dahi biri kimi bəhs edir. Melaniya hələ dörd yaşında ikən anasının ən sevimlisi olan Sidoniye səkkiz yaşında vərəm xəstəliyindən vəfat edir.Melani Kleyn, 1899-cu ildə anasının kiçik əmisi oğlu, eyni zamanda qardaşı Emanuelin dostu olan Artur Steven Kleyn ilə tanış olanda cəmi on yeddi yaşında idi. 1900-cü ildə atası Moriz Rayzes ​​sətəlcəm xəstəliyi səbəbi ilə vəfat edir. 1902-ci ildə isə qardaşı Emanuel infarkt keçrdikdən sonra vəfat edir. Melaniya Kleyn qardaşının ölümü ilə dərindən yaralanır.
Melani Loran
Melani Loran (fr. Mélanie Laurent; 21 fevral 1983-cü il, Paris, Fransa) — Fransa aktrisası, rejissor, müğənni, Sezar mükafatı laureatı (2006). == Həyatı == Melani Loran yəhudi ailəsində anadan olmuşdur. Uşaqlıq illərini Parisin 9-cu dairə adlanan ərazisində keçirmişdir. Gənclik illərində kinematoqrafla maraqlanmışdır. Kinoda ilk rolunu "İki çay arasında körpü" filmində ifa etmişdir. Melani Loran bu rolu "Asteriks və Obeliks Sezara qarşı" filminin çəkilişlərində təsadüfən tanış olduğu Jerar Depardyenin sayəsində əldə edə bilir. 1999-2009-cu illərdə 20 filmdə çəkilmişdir. Melani Loran rejissor Filipp Liorenin "Narahat olma, mən yaxşıyam" filmində itmiş əkiz qardaşı üçün darıxan və buna görə ruh düşkünlüyünə məruz qalan 19 yaşlı qəhrəmanı ifa etmişdi. Bu rola görə aktrisa Ən yaxşı ümidverici aktrisa kimi "Sezar" mükafatına layiq görülmüşdü.
Melani Martines
Melani Adel Martines (ing. Melanie Adele Martinez; 28 aprel 1995, Astoriya[d], Kuins) — Amerikalı müğənni, bəstəkar. 2012-ci ildə ABŞ-də yayımlanan "The Voice" müsabiqəsindəki uğurlu iştirakından sonra, Atlantic Records vasitəsilə ilk sinqlı Dollhouse, ardınca eyni adlı mini albomunu yayımlayıb. Martines sonralar Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən ikiqat platin sertifikatına layiq görülən Cry Baby (2015) adlı ilk studiya albomunu buraxdı. Martinesin "Sippy Cup", "Mad Hatter", "Mrs. Potato Head", "Cry Baby", "Pacify Her" və "Soap" mahnılarının hamısı ABŞ-də qızıl sertifikata layiq görülmüşdür, həmçinin onun "Dollhouse" və "Pity Party" mahnıları RIAA tərəfindən platin sertifikatı qazandı. Martines ikinci studiya albomu K-12 (2019) ilə birlikdə Cry Baby hekayə xəttini davam etdirdi. Onun 2020-ci ildə dördüncü mini-albomu After School buraxıldı. Martinesin üçüncü studiya albomu Portals 31 mart 2023-cü ildə işıq üzü gördü. == Həyatı == Melani Adel Martines 28 aprel 1995-ci ildə Kuinsin Astoriya məhəlləsində Puerto-Riko və Dominikan kökənli Meri və Xose Martinesin ailəsində dünyaya gəlib.
Melani Qarcía
Melani Qarcia — İspaniya müğənnisi. O İspaniyanın 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi La Voz Kids 2018 müsabiqəsinə qatılmış və məşhur müğənni Adreani ilə birlikdə ifa etdiyi mahnıdan sonra qalib gəlmişdir. 24 noyabr 2019 tarixində baş tutacaq 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb.
Melani Qarsiya
Melani Qarcia — İspaniya müğənnisi. O İspaniyanın 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi La Voz Kids 2018 müsabiqəsinə qatılmış və məşhur müğənni Adreani ilə birlikdə ifa etdiyi mahnıdan sonra qalib gəlmişdir. 24 noyabr 2019 tarixində baş tutacaq 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb.
Melani Qriffit
Melanie Griffith (d. 9 Avqust 1957, New York) - "Qızıl Qlobus" mükafatlı və "Oskar" mükafatına namizəd göstərilmiş ABŞ-lı aktrisa.
Myur-e-Jelinye
Mür-e-Jelinyö (fr. Murs-et-Gélignieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Melani Martinesin diskoqrafiyası
Amerikalı müğənni-bəstəkar Melani Martines iki studiya albomu, dörd mini albom, on sinql, iki tanıtım sinqlı və iyirmi altı musiqi klipi buraxmışdır. The Voice müsabiqəsindəki uzun səfərindən sonra Martines, 2014-cü ildə Atlantic Records ilə səsyazma müqaviləsi imzaladı. Onun ilk mini albomu olan Dollhouse həmin il buraxıldı və iki sinqlı olan "Dollhouse" və "Carousel" trek siyahısında yer aldı. Onun debüt albomu, Cry Baby, 2015-ci ildə çıxdı. ABŞ Billboard 200-də altıncı sıraya yüksəldi və RIAA tərəfindən platin sertifikatına layiq görüldü. Üç sinql, "Pity Party", "Soap" və "Sippy Cup" albomun tanınmasına imkan yaratdı. Martinesin ikinci studiya albomu K-12 2019-cu ildə buraxıldı. Albom Billboard 200-də 3-cü yerə yüksəldi və Avstraliya, Kanada, İrlandiya, Yeni Zelandiya və Birləşmiş Krallıqda ilk onluğa daxil oldu. Martines 2020-ci ilin sentyabrında "The Bakery" adlı sinqlının yer aldığı After School adlı mini albom buraxdı. == Studiya albomları == == Mini albomlar == == Sinqllar == === Tanıtım sinqlları === == Sertifikat almış digər mahnılar == == Mahnı klipləri == "*" denotes that the music video was originally featured in the K-12 film.
Portals (Melani Martines albomu)
Portals — amerikalı müğənni-bəstəkar Melani Martinesin üçüncü studiya albomu. 31 mart 2023-cü ildə Atlantic tərəfindən buraxılıb. Albom buraxılmazdan əvvəl iki sinql, "Death" 17 mart, "Void" 29 mart buraxılıb. Əlavə üç trekin yer aldığı delüks versiyası 5 aprel 2023-cü ildə yayımlanıb. == Fon == Martines 2019-cu ildə ikinci albomunu və onun adını daşıyan musiqili filmin buraxılmasından sonra, 2020-ci ildə dördüncü mini-albomu After School-u yayımladı. Bunun ardınca mini-albomdakı treklərin yer aldığı K-12-nin delüks versiyası yayımlandı. Bunu da qeyd etmək lazımdır ki, mini-albom K-12-nin hekayəsi ilə əlaqəli deyildi.Martines iki illik fasilədən sonra bütün Instagram paylaşımlarını arxivləşdirməyə başladı və 18 fevral 2023-cü ildə buraxılacaq üçüncü albomunu elan etdi. Müğənni həmçinin Spotify-da yeni mahnıdan on iki saniyəlik snippet yerləşdirdi. == Tanıtım == Tizer videosunda dumanlı pəri meşəsindəki göbələyin gövdəsində “RIP Crybaby” yazısının əks olunduğu göstərilib. Növbəti bir neçə gün ərzində onun bütün sosial media platformalarında "yenidən doğuş, embrionların böyüməsi və meşələrdə yumurtaların inkubasiyası" mövzulu daha bir neçə tizer yayımlandı.
Melani Martines tərəfindən yazılmış mahnıların siyahısı
Melani Martines amerikalı müğənni-bəstəkardır. Martines 2012-ci ildə ABŞ televiya şousu The Voice (azərb. "Səs"‎) istedad yarışmasına qatılmış və Adam komandasının üzvü olmuşdur. Yarışmanın beşinci həftəsində kənaraşdırıldıqdan sonra o, müstəqil şəkildə öz orijinal musiqisi üzərində işləməyə başlayıb. Onun 2014-cü ildə buraxdığı "Dollhouse" və "Carousel" mahnılarının yer aldığı, ilk mini albomu Dollhouse işıq üzü görmüşdür. Adı çəkilən mahnılar Amerikan qorxu hekayəsi: Bədheybətlər şousu serialının treylerində nümayiş edilib. Martines 2015-ci ildə ilk albomu olan, Cry Baby-ni buraxaraq tənqidçilər tərəfindın müsbət rəylər əldə etdi.