Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kadom tatarları
Kadom tatarları — Kadom şəhərində və ona bitişik ərazidə (hazırda Ryazanın şimal-şərqində və Nijni Novqorod vilayətlərinin cənub-qərbində) yaşayan tatar xalqının bir hissəsi kimi etnosinf qrupu. == Tarixi == Kadom tatarları Kadom şəhərində və ona bitişik ərazidə (hazırda Ryazanın şimal-şərqində və Nijni Novqorod vilayətlərinin cənub-qərbində) yaşayan tatarlardır. Etnik qrup genişlənən Rusiya dövlətinin tərkibinə daxil olan Orda əhalisinin ərazisi əsasında XV-XVIII əsrlərdə xidmət edən tatarlardan formalaşmışdır. Nə ərazi, nə də inzibati cəhətdən onların qonşu Qasım xanlığı (1452-1681) ilə əlaqəsi yoxdur. Lakin onlar hərbi xidməti çox vaxt Qasım tatarları ilə birlikdə keçirdilər. Sərhəd xidməti, bir qayda olaraq, isti mövsümdə növbə ilə iki qrup (“yarım”) tərəfindən həyata keçirilirdi. Hərbi yürüşlərdə hər iki "yarım" qrup eyni vaxtda çağırıla bilərdi. Ayrı-ayrı şəxslər tərcüməçi, katib, səfir kimi xidmət edən "inzibati xidmət"də çalışırdılar. Kadom tatarlarından ruslar Krım, Qazan və Həştərxan xanlıqları ilə danışıqlarda tərcüməçi kimi istifadə edirdilər. Üstəlik, bu fəaliyyət kadom tatarlarına o qədər doğma olub ki, irsi xarakter alıb.
Haim Yosef Zadok
Haim Yosef Zadok (ivr. ‏חיים יוסף צדוק‏‎; 2 oktyabr 1913[…] – 15 avqust 2002, Almaniya Federativ Respublikası) — İsrail hüquqşünası, ədliyyə naziri və siyasətçisi idi. == Həyatı == Zadok 1913-cü ildə Avstriya-Macarıstan (indiki Ukrayna) Şərqi Qalisiya bölgəsindəki Rava-Ruskada anadan olmuşdur. Varşava Universitetində fəlsəfə və yəhudi təhsili almışdır. Polşadakı Gordonia gənclər hərəkatının və "Poale Zion Federasiyası" Partiyasının üzvü idi. 1935-ci ildə Məcburi Fələstinə köç etdi və Haqana və Yəhudi Yaşayış Polisinə qoşuldu. İbrani Universitetində hüquq təhsili almış və hüquqşünas kimi təsdiqlənmişdir. 1948-ci il ərəb-İsrail müharibəsi zamanı Baş Hərbi Prokurorluğunda vəkil kimi İDF-yə qoşuldu. 1949-cu ildə Baş prokurorun müavini kimi Ədliyyə Nazirliyinin qanunverici şöbəsinə qatıldı, 1952-ci ilə qədər işlətdi.
Padam Padam
"Padam Padam" avstraliyalı müğənni Kayli Minouq tərəfindən 18 may 2023-cü ildə Tension adlı studiya albomunun baş sinqlı kimi buraxılmış mahnıdır. Mahnı norveçli müğənni və bəstəkar İna Vroldsen tərəfindən prodüser Lostboy ilə birgə yazılmışdır. Musiqi klipi rejissor Sofi Müller tərəfindən çəkilmiş və mahnı həmin klip ilə ilk dəfə tam şəkildə təqdim edilmişdir. Sinql İngiltərə və ABŞ xit-paradlarında Top 10-a daxil oldu. == Mahnının tarixi == Mahnı 12 may 2023-cü ildə yeni albomun elanı ilə birlikdə anons edildi, lakin o vaxt buraxılış tarixi yox idi. Buraxılış tarixi mayın 16-da mahnının 20 saniyəlik hissəsi ilə elan edildi. Mahnının adı ürəyin döyünməsi mənasını ifadə edir. == Kompozisiyası == "Padam Padam" mahnısı "hipnotik elektro ", "hamar, gurultulu dans-pop ", həmçinin " Tension " albomunun "eyforik açılış" mahnısı kimi təsvir edilmişdir. Mahnı elektrik gitara rifi və " texnopop fonu" ehtiva edir. Bu mahnı Minouqun əvvəlki Disco (2020) albomunun tərzindən uzaqlaşaraq daha çox Avropa sint-popuna doğru irəlilədi.
Badam
Badam (lat. Prunus subg. Amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Badam yarımcinsinin 40 növə qədər ağac və kolu məlumdur. Azərbaycanda 4 növü yayılmışdır. Badam yabanı halda Orta Asiyada, Dağıstanda, Azərbaycanda bitir. Naxçıvanın dağlıq hissələrində yabanı badamlıqlar vaxtilə böyük sahələr tutmuşdur. "Badamlı" adını daşıyan suyu ilə məşhur olan kənd keçmişdə yabanı badamlıqla əhatə olunduğu halda, indi əl çatmayan yerlərdə azacıq badam ağacları qalmışdır. Qeyd etmək lazımdır ki, mədəni badam sortları yabanı badama çox yaxındır və ancaq meyvələrinin böyüklüyü, qabıqlarının nazikliyi ilə fərqlənirlər. Badam yarpaqlar əmələ gəlməmiş mart-apreldə (bəzən fevralda) çiçəkləyir.
Badoo
Badoo — 2006-cı ildə rusiyalı sahibkar Andrey Andreev tərəfindən qurulmuş tanışlıq mərkəzli sosial şəbəkəsidir. Baş ofisi Limasolda, Kiprdə və Londonda və digər ofisləri isə Böyük Britaniyada, Malta, Rusiya və ABŞ-də yerləşir. O, 190 ölkədə fəaliyyət göstərir və 47 fərqli dildə mövcuddur ki, bu da onu dünyanın ən çox istifadə edilən tanışlıq şəbəkəsinə çevirir. Proqram iOS, Android və internetdə mövcuddur. Badoo əsas xidmətlərdən ödənişsiz istifadə oluna bilən freemium modelində işləyir. == Tarixi == Badoo rusiyalı sahibkar Andrey Andreev tərəfindən təsis edilib və 2006-cı ilin noyabrında Moskvada işə salınıb. O vaxtdan bəri ən populyar tanışlıq saytları arasında yer alır. 2016-cı ildə 21 ölkədə ən çox yüklənən tanışlıq proqramı idi.2011-ci ildə Wired Badoo-nu Braziliya, Meksika, Fransa, İspaniya və İtaliyada "kütləvi fenomen" kimi təsvir etdi.
Radon
== Radon (Rn) == Radon (Ra)- D. İ. Mendeleyevin elementlərin dövri sistemində 86-cı element. Radonun başlıca mənbəyi torpaq, tikinti materialları və yeraltı mənbədən olan sular hesab olunur. Quruda onun fon konsentrasiyası 10 Bk/m³ təşkil edir. Bk – bekkerel – radioaktivlik ölçüsü olub, 1 dəqiqə ərzində radioaktiv parçalanmanın sayıdır, 1 Bk 1 saniyə ərzində bir radioaktiv parçalanmaya uyğun gəlir. Radonun mənzilə əsas daxil olma yolu – binanın özülünün (bünövrəsinin) altından onun infiltrasiya olunmasıdır, o, özüldə olan çat və yarıqlarla, həmçinin zirzəmi və divarlardan sızılaraq keçir. Mənzilin daxilində radonun konsentrasiyası adətən açıq sahədəkindən yüksək olur, odur ki, insan orqanizminə onun əsas hissəsi, havası yaxşı təmizlənməyən mənzillərdə daxil olur. Radon mənzillərdə tikinti materiallarından, dağ süxuru və qruntdan hazırlanmış döşəmə, divar və tavandan, həmçinin mənzildəki materiallarından, sudan və yandırılan yanacaqdan toplanır. Radonun miqdarı tikinti materiallarının xassəsindən və ərazinin geoloji xüsusiyyətindən asılıdır. Radonun konsentrasiyası, xüsusən havası yaxşı dəyişilməyən evlərin birinci mərtəbəsində kürsülü və zirzəmi mənzillərdə yüksək olur. Rütubətlik radonun ayrılmasını artırır.
TAROM
TAROM — Rumıniyada bir hava yolu şirkətidir və Rumıniyanın ilk milli havayoludur. Qərargahı Buxarestdədir. == Tarix == Ruminiyada ilk aviaşirkəti kimi 1920-ci ildə CFRNA adı ilə qurulmuş, 1954-cü ildə yenidən qurulanda TAROM adını almışdır. 26 ölkənin 54 nöqtəsinə reysləri var.
Taldom
Taldom — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Zabor
Zabor adası — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 700 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 4 km cənub-şərqdə, Bazovıy adası 2 km cənub-qərbdə və Kolosov adaları 3 km cənub-qərbdə, Blizkiy adası 4,35 km şimal-şərqdə, Pustoy adası 6,4 km şimalda yerləşir. == Xüsusiyyətləri == Qərbdən-şərqə 1,1 km uzunluğa, 450 metr enə malikdir. Hündülüyü böyük deyil. dür. Sahilləri alçaqdır. Ada alcaqboylu otlarla örtülü olur.
Zadar
Zadar (it. Zara, ing. Zadar) — Xorvatiyada yerləşən qədim şəhərlərdən biridir. Şəhər Ravni Kotari bölgəsində və Adriatik dənizi sahilində yerləşir. Şəhərin əhalisi 2021-ci ilin siyahıyaalmasına görə 71 min nəfər olub əhatə etdiyi ərazisi isə 25 km²-dir. Şəhər 1797-ci ildə Venesiya Respublikasının süqutundan sonra 1805-1813-cü illərdə fransız hakimiyyəti altında qalmışdır.
Zalam
Zalam — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Coğrafiyası == Zalam kəndi rayon mərkəzindən 27 kilometr cənubda Qaraçayın sahilində, Daşüz silsiləsinin ətəyində, Ərəş düzündədir. 550 nəfər əhalisi və 123 təsərrüfatı qeydə alınıb. 290 hektar yararlı torpaq sahəsi suvarma altında olduğundan ərazidə bol məhsul yetişir. Qobu kanal təkcə Zalamı deyil, digər 11 kəndin əhalisini də su ilə təmin edir. Ancaq kənddə 4 artezian quyusu da qazılıb. Ərazidə iki ildir 512 nömrə tutumlu avtomat telefon stansiyası quraşdırılıb. İşıq fasiləsiz verilir. Sayğaclaşma başa çatdığından enerji təminatı rahatlaşıb.
Zalov
Zalov — Azərbaycan soyadı. Elçin Zalov (1995—2020) — Vətən müharibəsi şəhidi. Əli Zalov (d. 1966) — Azərbaycan alimi. Fəqan Zalov (1997—2020) — Vətən müharibəsi şəhidi. Oruc Zalov (d. 1952) — dövlət xadimi.
Zavod
Fabrik (latınca mənası istehsal sahəsi) — emalatxanalardan fərqli olaraq çox sayda işçi qüvvəsi və mexanizmi özündə birləşdirən, sifarişlə deyil, şablonla məhsul istehsal edən iri sənaye müəssisəsi. XIX əsrdə müəssisənin fabrik hesab edilməsi üçün Fransada, Avstriyada, Saksoniyada 21, Rusiyada 17 işçisi olmalı idi. Fabrik ilə manufaktura arasındakı fərq ondan ibarətdir ki, manufakturada məhsul istehsalı yalnız bir maşında cəmləşir və onun tətbiqi az baş verir, eyni zamanda işin çoxu əl ilə görülür. Bundan əlavə, manufakturada çalışanlar evdə də iş görə bilirdilər. Fabrikdə isə bunun əksinə olaraq istehsal prosesində bir çox maşınlar tətbiq edilir ki, bu da məhsuldarlığın artmasına gətirib çıxarmışdır. Fabriklərin yaranması və inkişafı əsasən sənaye inqilabından sonraya təsadüf edir.
Şalom
Şalom (ivrit. שָׁלוֹם, Sülh) – İstanbulda yayımlanan həftəlik ictimai-siyasi qəzet. 29 oktyabr 1947-ci ildə yəhudi əsilli jurnalist Avram Leyon tərəfindən yaradılan qəzet Türkiyə yəhudilərinin yayım orqanıdır. Qəzet sefard dilində olan bir səhifəsi istisna olmaqla türk dilində çıxır. 2005-ci ildə orta hesabla gündə 5 000 ədəd tirajla çap edilmişdir. Qəzet hər həftənin çərşənbə günləri dərc olunur. Qəzetin baş redaktoru İvo Molinas, redaktoru Yakup Barokasdır. Qəzetin sahibi "Gözlem Gazetecilik Basın ve Yayın A.Ş." şirkətidir.
Fandom
Fandom, ümumi maraqları paylaşan pərəstişkarlardan ibarət submədəniyyətdir. Azarkeşlər adətən fandomlarının obyektlərinin xırda təfərrüatları ilə də maraqlanırlar və sosial şəbəkədə vaxtlarının əhəmiyyətli bir hissəsini maraqlarına sərf edirlər. Fandom insan maraqlarının və ya fəaliyyətinin istənilən sahəsini əhatələndirir. Azarkeşlərin maraq dairəsi kiçik bir şəkildə müəyyən edilə bilər, eləcə də məşhur bir şeyə yönəldilə bilər və ya bir neçə hobbi, janr və ya modaları əhatə edə bilər. Hazırda bu termin hər hansı bir mövzuya heyran olan insan qruplarına şamil edilsə də, ilk əvvəl idman həvəskarlarına aid edilirdi. Merriam-Webster lüğətində bu terminin istifadəsi 1903-cü ilə qədər gedib çıxır. == Mütəşəkkil submədəniyyət kimi == Ədəbi detektiv Şerlok Holmsun pərəstişkarları Holmes 1893-cü ildə "öldürüldükdən" sonra ictimai matəm nümayişləri keçirərək təxminən 1897-ci ildən 1902-ci ilə qədər ilk fan-əsərlərini yaratmışlar və bu təşkil olunmuş ilk müasir fandom hesab olunur. Medianın əhatə dairəsindən kənarda dəmir yolu həvəskarları 19-cu əsrin sonlarından populyarlıq qazanmağa başlayan və 20-ci əsrin əvvəllərinin ilk onilliklərində getdikcə daha çox tanınan başqa bir erkən fandom olmuşdur. Media fandomu 1970-ci illərin əvvəllərində elmi fantastika fandomundan ayrıldı və diqqət mərkəzi TV və filmlər daxilindəki personajlara yönəldi, məsələn: Star Trek və The Man from U.N.C.L.E.. Anime və manqa fandomu 1970-ci illərdə Yaponiyada təşkil olundu.
Adam
İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — dik duruşa, nisbətən inkişaf etmiş beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. == Təkamül == === İlk insanabənzər canlı === İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir. Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür.
Adəm
Adəm (ivr. ‏אָדָם‏‏‎ insan, yun. Ἀδάμ, ərəb. آدم‎) — Tövrata, Zəbura, İncilə və Qurana görə Allahın yaratdığı ilk insan və insan nəslinin ulu babası. Səmavi kitablarda qeyd olunmuş məlumatlara əsasən Adəm və Həvvanın üçüncü oğlu — Şeys peyğəmbər Adəmin yaradılmasının 130-cu ilində dünyaya göz açmışdır. Yəni Adəm peyğəmbərin yaranması yəhudi dininə görə bizim eradan əvvəl təqribən 3800-cü ilə, xristian dininə (pravoslavlara) görə isə eradan əvvəl təqribən 5409-cu ilə təsadüf edir. Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Tanrıya itaət etməyərək xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu. Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərirlər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər. Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir.
Acı badam
Adi badam
Adi badam (lat. Prunus amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Müxtəlifliyinə görə iki yerə ayrılır: Şirin badam – Prunus dulcis var. dulcis; Acı badam – Prunus dulcis var. amara. Şirin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı sənayesində istifadə edilir. Acı badamdan badam yağı və 0,5-0,8% miqdarında efir yağı alırlar. Bu məhsullar ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmulatlarının ətirləndirilməsi üçün istifadə edilir. Ondan, həmçinin aktivləşdirilmiş kömür də alırlar.
Alma Zadiç
Alma Zadiç (bosn. Alma Zadić 24 may 1984, Tuzla, Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya[…]) — Avstriyalı hüquqşünas və siyasətçi. Sebastiyan Kurtsun ikinci hökumətdə, 7 yanvar 2020-ci ildən bəri ədliyyə naziri vəzifəsini icra edir. == Həyatının ilkin mərhələsi == 1994-cü ildə Bosniya müharibəsi zamanı Zadiç valideynləri ilə birlikdə Avstriyaya qaçır və Vyanada yerləşirlər. Alma bir müsəlman inanclı olaraq qeydə alınır, ancaq özü hər hansı bir dini mənsubiyyəti rədd edir. Vyana Universitetində hüquq təhsili alır. Sonradan Nyu-Yorkdakı (ABŞ) Kolumbiya Universitetini bitirir. Tələbə ikən Zadiç Vyanadakı Beynəlxalq Miqrasiya Təşkilatında kiçik işçi və Haaqada Keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Məhkəməsində təcrübəçi olaraq çalışmışdır. Siyasətdən əvvəl Zadiç Freshfields Bruckhaus Deringer çoxmillətli hüquq firmasının London qərargahında böyük işçi kimi çalışır. == Siyasi karyerası və qalmaqalları == Zadiç Avstriyanın 2019-cu il parlament seçkilərində Avstriya Yaşıllar Partiyasından namizəd olur və Avstriya Milli Məclisinə seçilir.
Alçaq badam
Alçaq badam (lat. Prunus tenella) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada əsasən meşə və səhralarda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan koldur. Düzduran budaqları enli yumurtavari çətir əmələ gətirir. Budaqlarının üzəri ensiz, uzunluğu 6 sm olan xətvari-neştərvari, üstü tünd yaşıl, aşağıdan açıq yaşıl yarpaqlarla örtülmüşdür. Aprel ayında çiçəkləyir. Al-çəhrayı rəngdə çiçəkləri budaqları tam örtür. Meyvələri iyul ayında yetişir. Uzunluğu 2 sm, tüklü, ağ və ya açıq sarı rəngli meyvəyanlıqlı meyvələri olan çəyirdəklidir.
Amir Dadon
Amir Dadon (16 noyabr 1975, Beer-Şeva; ivr. ‏אמיר דדון‏‎) — İsrailli müğənni-mahnı müəllifi, bəstəkar, musiqiçi, aktyordur. Həmçinin "ACUM" mükafatı qazanıb.
Antonov (zavod)
Antonov zavodu — Kiyevdə yerləşən Ukrayna aviasiya sənayesi dövlət müəssisəsi. Hal-hazırda Antonov ASTC im-ə bağlıdır. O. K. Antonov adına ASTC Dövlət Müəssisəsinin filialı adlandırılır. == Tarix == === 1920—1991 === 12 saylı Dövlət Aviasiya Zavodu (QAZ-12) 1920-ci il sentyabrın 9-da Hərbi Sənaye Şurasının 15178 saylı qərarı ilə kiçik təmir sexləri əsasında qurulmuşdur. Zavodun ilk direktoru və əslində onun təşkilatçısı professor V.Bobrov olmuşdur. İlk illərdə zavodun əsas fəaliyyəti istismarda olan xarici istehsallı təyyarələrin təmiri və onlar üçün ehtiyat hissələrinin istehsalı olur. 1923-cü ildə zavodda K. Kalinin rəhbərlik etdiyi konstruktor bürosu qurulur. 1925-ci ildə zavod 4 yerlik sərnişin təyyarəsi K-1 olan orijinal dizaynlı ilk təyyarənin istehsalını mənimsəyir. Bundan əlavə, zavod planerlər və hidroplanerlər istehsal edir, 1931-ci ildə avtojirlərin istehsalına da yiyələnir. 1932-1934-cü illərdə zavod yüksək sürətli altı oturacaqlı XAI-1 sərnişin təyyarəsini inkişaf etdirir (istehsal 1934-cü ildə mənimsənilir).
Badam (Soyuqbulaq)
Badam (fars. بادام‎) - (az-əbcəd. بادام‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Badam kəndi Souyuq Bulaqın ən ucqar kəndi olaraq, elə həmin şəhərdən 50 km şimalda və Soyuq Bulaq-Qoşaçay avtomobil yolunun yaxınlığında yerləşir. == İqtisadiyyat == Əhalisi əsasən əkinçilik, meyvəçilik, quşçuluq və toxuculuqla məşquldur. Ancaq kəndlilərin əsas qazanc qaynağı buğda və arpanın əkib-becərilməsindən əldə edilən gəlirdir. == Mədəniyyət == Bu kənddə sünni olan kürdlər və şiə olan türklərin hər birinin özlərinə aid məscidləri vardır. Sünnilərin məscidi altmış il və şiələrin məscidi isə 20 ildiki xidmət göstərir. Sünni müsəlmanların məscidində 2004-ci ildə quruculq işləri aparılaraq yenidən inşa edilmişdir. Badamda bir ibtidai məktəb və bir orta məktəb fəaliyyət göstərir.
Badam (yarımcins)