Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gyasi Zardes
Gyasi Zardes - Amerika Birləşmiş Şatatlarını peşəkar futbolçusu. Hazırda Columbus Crew SC-da oynayır. ABŞ millisinin üzvüdür. Zardes 1991-ci il, Sentyabrın 2-də Kaliforniyada doğulmuşdur. Futbola 2009-cu ildə başlamışdır.
Jarden
Jarden (fr. Jardin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyenn-Syud kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38199. Kommunanın 2006-cı il üçün əhalisi 2131 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 194 ilə 407 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 30 km cənubda, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Marder
Marder ("Marder" – "Sansara") – Almaniyanın piyada döyüş maşını (PDM).
Ardea
Əsl vağ (lat. Ardea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
Zarəç
Zarəç- -İranın Yəzd ostanının Yəzd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,979 nəfər və 2,447 ailədən ibarət idi.
Android Market
Google Play — Google-nin Android üçün inkişaf etdirdiyi bir paket idarəçisi və elektronik platformasıdır. == Proqram təminatının hazırlanması == Android üçün proqramlar Dalvik virtual maşınında qeyri-standart bayt-kodda yazılmış proqramdır. Android üçün proqramların hazırlamasını Java (Java 1.6) dilində aparmaq olar. Eclipse üçün plaqin mövcuddur — Android Development Tools Eclipse 3.3 versiyası üçün nəzərdə tutulmuş (ADT) — 3.5. IntelliJ IDEA üçün də plaqin mövcuddur. (Android-proqramların hazırlmasını yüngülləşdirmək üçün nəzərdə tutulmuşdur). Mümkün kitabxanalar: Bionic — libc-lə uyuşmaz standart funksiyaların kitabxanasıdır. SSL — şifrləmə. Media Framework (PacketVideo OpenCORE, MPEG-4, H.264, MP3, AAC, AMR, JPEG, PNG). Surface Manager.
Artur Qarden
Sir Arthur Harden (12 oktyabr 1865[…], Mançester, Lankaşir[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 17 iyun 1940[…]) — London Kral Cəmiyyətinin üzvü, Britaniyalı biokimyaçı. O, 1929-cu ildə həmkarı Hans Karl ilə birlikdə şəkərin qıcqırması və fermentlər üzərinə tədqiqatlarına görə Kimya üzrə Nobel mükafatı ilə təltif olundu. == Bioqrafiyası == === Uşaqlıq illəri === Onun valideynləri Albert Tyas Harden və Eliza Makalister idi.O Tettenhall Kollecində təhsil almışdı, daha sonra 1882-ci ildə isə indiki Mançester Universiteti olan Ovens Kollecinə oldu və burdan 1885-ci ildə məzun oldu. === Tədqiqatları === Harden 1886-cı ildə Kimya üzrə Dalton təqaüdü qazandı və bir il müddətində Erlangendə Otto Fişer ilə çalışdı. Daha sonra, o, Mançesterə mühazirəçi kimi qayıtdı və burada o zaman yeni təsis olunmuş indiki Lister İnstitutu, keçmiş Britaniya Preventiv Tibb İnstitutuna kimyaçı kimi təyin olunana qədər qaldı və 1897-ci ildə Mançesteri tərk etdi. O 1902-ci ilin iyun ayında öz elmlər doktoru dərəcəsini Viktoriya Universitetində aldı. Beş il sonra, 1907-ci ildə Biokimya Departamentinin sədri təyin olundu və 1930-cu ildə təqaüdə çıxana qədər bu vəzifədə qaldı. Buna baxmayaraq, o, öz elmi işlərinin bu İnstitutda davam etdirdi. Harden, Mançester şəhərində karbon dioksid və xlorinə işığın təsirini araşdırdı və İnstituta daxil olarkən, bakteriya və alkolik qıcqırmanı araşdırma üsullarını göstərmişdir. O, qlükozanın yekun məhsullarını və maya hüceyrəsinin kimyəvi xassələrini araşdırmışdır və antiskorbutik və anti-nevrotic vitaminlər haqqında məqalələr yazmışdır.
Barnet borosu
Barnet borosu (ing. London Borough of Barnet) — 32 London borosundan biri. Böyük Londonun şimalında yerləşir. == Tarix == Rayon 1 aprel 1965 ildə yaradılmışdır.
Boris Barnet
Boris Vasilyeviç Barnet (5 (18) iyun 1902, Moskva – 8 yanvar 1965[…], Riqa, SSRİ) — sovet aktyoru. == Həyatı == Boris Barnet 18 iyun 1902-ci ildə Moskvada anadan olub. MXT-nin studiyasında butaforçu olaraq çalışmağa başlayıb. 1925-ci ildən müxtəlif studiyalarda filmlər çəkib və aktyor kimi çəkilib. Azərbaycan kinosunda fəaliyyət göstərib. Rusiyanın əməkdar artisti (1935), SSRİ dövlət mükafatı laureatı (1948), Ukraynanın əməkdar incəsənət xadimi (1951) Boris Barnet 8 yanvar 1965-ci ildə vəfat edib.
Ceyms Harden
Ceyms Eduard Harden Jr. (ing. James Edward Harden Jr.) — Amerika Milli Basketbol Assosiasiyasında mübarizə aparan Los-Anceles Klippers komandasında forma geyən amerikalı peşəkar basketbol oyunçusu. Harden, kollec basketbolunu "Arizona Steyt" komandasında oynamışdır.
Hanna Ardent
Hanna Ardent (alm. Hannah Arendt‎; 14 oktyabr 1906[…] – 4 dekabr 1975[…], Yuxarı Vestsayd[d], Nyu-York[…]) — yəhudi əsilli alman-amerikan filosofu, siyasi nəzəriyyəçi və tarixçi, totalitarizm nəzəriyyəsinin banilərindən biri. Holokostdan xilas olan Ardentin töhfələri XX və XXI əsrin siyasi nəzəriyyəçilərinə böyük təsir etmişdir. Arendt 1906-cı ildə Hannoverin Linden rayonunda yəhudi ailəsində anadan olub. Üç yaşında ailəsi atasının sifilisini müalicə etmək üçün Şərqi Prussiyanın paytaxtı Köniqsberqə köçdü. Paul Arendt gəncliyində bu xəstəliyə tutulmuşdu və Hanna anadan olanda onun remissiyada olduğu düşünülürdü. O, yeddi yaşında olanda öldü. Arendt siyasi cəhətdən mütərəqqi, dünyəvi bir ailədə böyümüşdü. Anası sosial demokratların qızğın tərəfdarı idi. Orta təhsilini Berlində başa vurduqdan sonra o, Marburq Universitetində qısa münasibətdə olduğu Martin Haydeggerin rəhbərliyi altında təhsil alıb.
Jan Şarden
Jan Şarden (fr. Jean Chardin; 16 noyabr 1643[…], Paris – 26 yanvar 1713, Çizik[d]) — fransız səyyahı. == Həyatı == Jan Şarden (1643–1711) varlı zərgər oğlu idi, ömrünün bir neçə ilini Azərbaycanda və İranda yaşamışdı. O, şərqə briliant almağa yollanmışdı.
Karden Uolles
Karden Kri Uolles (ing. Carden Crea Wallace; 1946) — Avstraliya bioloqu. O, 1987–2003 -cü illərdə Kvinslend Tropik Muzeyinin kuratoru və direktoru olmuşdur. Uolles mərcanlar üzrə mütəxəssisdir, 1984-cü ildə mərcanların reproduktiv sinxroniyasını kəşf edən komandanın bir üzvü olmuşdur. == Həyatı == Karden Uolles 1970-ci ildə Kvinslend Universitetini təbiətşünaslıq üzrə birinci dərəcə ilə bitirmişdir. Uolles 1970–1976-cı illərdə Kvinslend Muzeyində aşağı onurğalılar şöbəsinin kuratoru olmuşdur. O, doktorluq dissertasiyasını 1979-cu ildə Kvinslend Universitetində müdafiə etmişdir. Uolles bir müddət Avstraliya Dəniz Elmləri İnstitutunda çalışdıqdan sonra 1980-ci ildən Şimali Kvinslenddə yerləşən Ceyms Kuk Universitetində elmi işçi olmuşdur. == Şəxsi həyatı == 1970-ci illərdə Uollesin iki oğlu dünyaya gəlmişdir.
Kovent-Qarden
Kovent-Qarden (ing. Covent Garden) — London şəhərinin rayonu. == Tarixi == == Rayonun vacib yerləri == === Kral Opera Teatrı === Teatrın binası Kovent-Qarden inzibati ərazisində yerləşdiyinə görə ona çox vaxt Kovent-Qarden teatrı da deyirlər. Teatr binası üç dəfə yeni bina ilə əvəzlənmişdir. == Mədəniyyəti == Kovent-Qarden uzun müddət əyləncə və bazarlıqla bağlı olmuşdur. Rayonda 13 teatr və köhnə bazarın əsas bazarlıq sahəsi ətrafında 60 pab və bar yerləşir.
Kreyq Barret
Kreyq Barret (ing. Craig R. Barrett; 29 avqust 1939, San-Fransisko, Kaliforniya) — dünyada müasir informasiya texnologiyaları sektorunun görkəmli nümayəndələrindən biri; "Intel" korporasiyasının dördüncü icraçı direktoru (1998–2005). == Həyatı == Kreyq Barret 29 avqust 1939-cu ildə San-Fransisko şəhərində anadan olmuşdur. O, orta məktəbdə təhsil aldığı dövrdə fizika və riyaziyyatla yaxından maraqlanır. Kreyq 1957-ci ildə Stenford Universitetinə daxil olur. Orada bakalavriatura və magistratura pillələri üzrə təhsilini tamamlayan Barret, 1964-cü ildə materialşünaslıq sahəsi üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülür. Bundan sonra universitetdə pedaqoji fəaliyyətlə məşğul olmağa başlayır. 10 il Materialşünaslıq və mühəndislik elmləri fakültəsində dərs deyir, adyunkt-professor olur. == "Intel" == 1974-cü ildə Kreyq Stenford Universitetindəki işini tərk edərək "Intel" şirkətində çalışmağa başlayır. O, korporasiyada texnologiyaların inkişafı üzrə menecer vəzifəsinə təyin olunur.
Mag Garden
Mag Garden (マッグガーデン, Maggu Gāden) — manqalar və onların anime-film adaptasiyalarının istehsalı üzərində işləyən Yaponiya nəşriyyatı. Nəşriyyat Yoşihiro Hosaka və Enix (indiki Square Enix) nəşriyyatından ayrılmış rəssamlar tərəfindən 5 iyun 2001-ci ildə qurulmuşdur. 1 dekabr 2007-ci ildə Production I.G ilə birləşərək IG Port şirkətini əmələ gətirmiş və XEBEC ilə birlikdə yeni şirkətin filiallarından biri olmuşdur. == Tarix == Mag Garden 5 iyun 2001-ci ildə Enix-də (indiki Square Enix) redaktor kimi fəaliyyət göstərmiş, amma daha sonra oranı tərk etmiş Yoşihiro Hosaka tərəfindən qurulmuşdur. Enix ilə Square şirkətlərinin birləşməsi, Enix rəssamlarında manqalarının nəşrdən çıxarılması narahatçılığına səbəb olmuşdur. Buna görə bir çox rəssamlar şirkətdən ayrılaraq Mag Garden-ni qurmuşdurlar və manqalarını nəşr etdirməyə davam etmişdirlər. Mag Garden-in qurulması və keçmiş rəssamların Square Enix-dən ayrılması iki şirkət arasında müəlliflik hüquqları üzərində mübahisələrə səbəb olmuşdur. Yerli münaqişə 2003-cü ilin martında Square Enix-in təzminat ödəməsi ilə başa çatmışdır. Əvvəlcə Enix tərəfindən nəşr olunmuş keçmiş rəssamların manqaları yeni başlıqlarla nəşr olunmalı idi. 22 sentyabr 2003-cü ildə Mag Garden Square Enix qalan səhmlərini də satdıqdan sonra ayrı, müstəqil şirkət olmuşdur və Tokio birja bazarında yer tutmuşdur.
Market adamı
Market adamı (コンビニ人間, Kombini ninqen) – Yaponiya yazıçısı Sayaka Murata tərəfindən 2016-cı ildə nəşr olunmuş roman. Müəllifin sayca 10-cu romanıdır. Murata bu əsərinə görə Yaponiyada Akutaqava mükafatına layiq görülmüşdür. Romanın Yaponiyada 1,5 milyondan çox nüsxəsi satılmış və 30-dan çox dilə tərcümə olunmuşdur. == Məzmun == Romanın baş qəhrəmanı Keyko Furukura adlı qadındır. O, çox gənckən bir mağazada işləməyə başlayır. Furukura 36 yaşına çatmasına baxmayaraq, hələ də mağazadakı işləməyə davam edir və bakirədir, evlənməkdə maraqlı deyil. Buna görə də bacısı da daxil olmaqla bir çox şəxs onun anormal olduğunu düşünür və Furukura cəmiyyətin təzyiqləri ilə üzləşməli olur. == Analiz == Sayaka Murata roman yazmaqdan əlavə Tokioda bir mağazada kassir kimi işlədiyi üçün əldə etdiyi təcrübələr əsasında romanı yazmışdır. Buna görə baş qəhrəmanla müəllif arasında bir çox oxşarlıq mövcuddur.
Melody Gardot
Melody Gardot (2 fevral 1985, Nyu Cersi) — Qremmi mükafatçısı, yazıçı, bəstəkar. == Həyatı == Melodi Qardot 2 fevral 1985-ci ildə doğulmuşdur. Ona blyuz və caz musiqisində Cudi Qarland Cenis Coplin Mayls Deyvis Dyuk Ellinqton Stan Qetz və Corc Göşvinin böyük təsiri olmuşdur. Onu həm də Nina Simyone ilə müqayisə edirlər. Qardot buddizmi öyrənir. O həm də özünü dünya vətəndaşı adlandırır. 2003cü ildə Filadelfiyada ağır yol qəzası keçirmişdir. Belə ki o işıqforun qırmızı işığına məhəl qoymamış və ağır qəza nəticəsində başından onurğa sütunundan ciddi xəsarət almış çanağının iki yerdən qırmışdır. Qəza onun həm də yaddaşının bir müddətinə pozulmasına da səbəb olmuşdur. Müalicədən sonra o yenidən musiqi karyerasına davam etmiş və 5 musiqidən ibarət Some Lessons: The Bedroom Sessions adlı EP albomunu öz prodüerliyi ilə buraxmışdır.
OBA Market
OBA Market — Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkətin hal hazırda 1400-ə yaxın mağazası fəaliyyət göstərir. Market sayına görə "OBA Market" MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir.[mənbə göstərin] == Tarix == Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC yeni market konsepsiyası ilə 11 mart 2016-cı il tarixindən Azərbaycanda pərakəndə satış bazarına daxil olmuşdur. Şəbəkənin yaradılmasında əsas hədəf isə gündəlik tələbat məhsullarını mümkün olan ucuz qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən çeşid sayını dəfələrlə artıran "OBA Market" MMC öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir. Elə həmin ildən başlayaraq həyata keçirilən dəyişikliklərlə "discount" modelindən çıxaraq, qonşu market modelinə daxil olmuşdur. 2020-ci ildə həyata keçirilmiş dəyişikliklərə interyer, rəf sayının artırılması, genişləndirilmiş mağaza sahəsi, eksteryer, loqo və cinql aiddir. == Market sayı == "OBA Market" MMC-nin marketləri Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycanın bütün bölgələrində mövcuddur. Hal-hazırda 1400-ə yaxın marketi və 9000-dən çox əməkdaşı ilə ölkənin ən böyük marketlər şəbəkəsidir. == İcraçı direktor == "OBA" Marketlər şəbəkəsinin icraçı direktoru Natəvan İbrahimovadır.
Pyer Karden
Pyer Karden (2 iyul 1922[…] – 29 dekabr 2020[…], Nöyi-sür-Sen) — fransız modelyer. == Həyatı == Pyer Karden 1922-ci ildə Venesiya yaxınlığındakı şəhərcikdə anadan olub. O, Fransada böyüyüb və ilk təhsilini də burda alıb. Çoxuşaqlı, eyni zamanda, orta imkanlı ailədən olmuşdur. Atası şərabçı olduğundan Pyer də bu sənəti davam etdirməli idi, lakin o, ürəyincə olmayan peşənin dalınca getmədi. 14 yaşında dərzi yanında köməkçilik etməyə başladı. 1945-ci ildə gənc Pyer, Parisdə modelyer kimi fəaliyyətə başladı. 1946-cı ildə Kristian Diordan dəvət alır. Bir müddət sonra – 1950-ci ildə şəxsi moda evini, ardınca – 1954-cü ildə "Yeva", 1957-ci ildə isə "Adam" mağazalarını açır. Çox keçmir, Pyer Karden moda sindikatının üzvü olur və 120 modeldən ibarət tam kolleksiyasını təqdim edir.
Qarret Hobart
Qarret Hobart — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 24-cü vitse-prezidenti.
Saadet Partisi
Səadət Partiyası — Türkiyədə fəaliyyət göstərən siyasi partiya. == Haqqında == Səadət Partiyası 2001-ci il iyul ayının 20-də Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın başçılığı ilə Millî Görüş hərəkatı daxilində Fəzilət Partiyasının davamçısı olaraq yaradılmışdır. Fəzilət Partiyasının Türkiyə Böyük Millət Məclisindəki üzvlərinin bu partiyaya keçməsilə Səadət Partiyası parlamentdə təmsil olunmuşdur. Partiyanın parlament qrup sədri ilahiyyatçı Nihat Hatipoğlunun qardaşı Ömər Hatiboğlu olmuşdur. Nəcməddin Ərbakanın siyasi fəaliyyətinə qadağa tətbiq edildiyi üçün o, partiya sədrliyindən istefa vermiş, 2003-cü ildə Rəcai Qutan sədr seçilmişdir. Daha sonra Numan Qurtulmuş partiya sədri seçilsə də, 2011-ci ildə parlament seçkiləri ərəfəsində p, partiyadan ayrılaraq hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olmuşdur. 2011-ci ilin Mart ayında Mustafa Kamalak partiyaya sədr seçilmişdir. 2002-ci il seçkilərində seçicilərini təxribat yolu ilə AKPyə uduzaraq 2% səs almış, TBMMdən kənarda qalmışdır. 2007-ci ildə də eyni nəticəni göstərib. 2013-cü ildə Bingöl Bələdiyyəsi və AKP Bingöl təşkilatı tam tərkiblə Səadət Partiyasına qatılmışdır.
Sarpet xardalı
Sarpet xardalı (lat. Brassica juncea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica argyi H.Lév. Brassica arvensis var. juncea (L.) Kuntze Brassica besseriana Andrz. ex Trautv. Brassica cernua (Thunb.) Matsum. Brassica cernua (Thunb.) F.B. Forbes & Hemsl. Brassica cernua var. chirimenna Makino Brassica chenopodiifolia Sennen & Pau [Invalid] Brassica integrifolia (H.West) Rupr.
Varden Çulukidze
Varden Qriqoreviç Çulukidze (gürc. ვარდენ გრიგოლის ძე წულუკიძე; 8 noyabr 1865 – 1923) — Rusiya İmperator Ordusunun general-mayoru, Birinci Dünya müharibəsinin iştirakçısı. Müqəddəs Georgi ordeni Kavaleri (1917). 1918–1921-ci illərdə Gürcüstan Demokratik Respublikası ordusunda xidmət etmişdir. Gürcüstanda Sovet hakimiyyəti qurulandan sonra Gürcüstan Azadlıq Komitəsinin Hərbi Mərkəzinin üzvü olmuşdur. Lakin 19 may 1923-cü ildə hakimiyyət tərəfindən həbs olunub, sonra güllələnmışdır. == Həyatı == Varden Qriqoreviç Çulukidze 8 Noyabr 1865-ci ildə Çulukidze knyaz ailəsində anadan olmuşdur. İlk hərbi təhsilini Tiflis Kadet Korpusunda almışdır. 26 avqust 1884-cü ildə Rusiya İmperator Ordusunda xidmətə qəbul edilmişdir. Hərbi təhsilini 3-cü Aleksandr Hərbi Məktəbində almış, oradan podporuçik (kiçik zabit) rütbəsi ilə məzun olmuşdur.