Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Volqa
Volqa (rus. Волга, q.slav. Вльга, alm. Wolga‎) ya da Edil (köhn. azərb. عديل Edil və ya آطل Atil, tatar. Идел, İdel, çuvaş Атӑл, qaz. Едiл, Edil, kalm. Иджил-гол, İcıl-göl) — Rusiyanın Avropa hissəsində çay. Volqa çayı uzunluğuna görə Avropanın ən böyük çayıdır.
Volqa deltası
Volqa deltası — Avropanın ən böyük çay deltası, dünyada isə 8-ci yeri tutur. Delta mənsəbdə Volqa çayının ən böyük qolu olan Buzan çayından başlayır. Deltada Volqanın 500 irili-xırdalı qolu vardır. Əsas qolları — Buzan, Bəxdəmir, Kazımyak, Köhnə Volqa, Bolda, Axtuba, Kiqaç (Axtuba və Baxdəmir gəmişilik üçün yararlıdır. Xəzər dənizinin səviyyəsinin 130 il ərzində azalması səbəbindən deltanın sahəsi 9 dəfə artmışdır. Delta unikal flora və faunaya mənsubdur. Bu səbəbdən 1919-cu ildə burada Həştərxan qoruğu yaradılmışdır (Hətta ümumdünya irsi siyahısına daxildir). Deltada qolların sayı relyefdən və axından asılı olaraq dəyişir. Qollar əsasən yuxarı və aşağı hissələrdə üstünlük təşkil edir. Kiçik qollar əsasən deltanın dəniz sahillərinə yaxın hissədə çoxalır.
Volqa pişikotu
Volqa pişikotu (lat. Valeriana wolgensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü.
Volqa siyənəyi
Volqa siyənəyi (lat.Alosa kessleri volgensis ) — siyənəkkimilər fəsiləsinin növüdür. Xəzərin hər yerində rast gəlinir. Qışı Cənubi Xəzərdə (Azərbaycan sularında) keçirir, yaz gəldikdə hər iki sahil boyu şimala doğru miqrasiya edir, başlıca olaraq Volqa çayına, az miqdarda isə Ural çayına girir. D III - IV 13 - 15 (14), ümumi sayı 17 - 19 (18), A III 16 – 20 (17.8), ümumi sayı 19 - 23 (20.8), qəlsəmə dişciklərinin sayı 90 - 155 arasında dəyişir. Qəlsəmə dişcikləri nazik və uzun olur. Başı çox böyük və enlidir. Fəqərə sümüklərinin sayı 48 - 54 (51.9) olur. Yetkin fərdlərinin uzunluğu 19 - 39 sm, kütləsi 100 - 600 q arasında dəyişir. Qəlsəmə qapağının gerisində qara ləkə (xal) olur. Keçici balıq olub Xəzərdə yaşayır, çoxalmaq üçün Volqa və Ural çaylarına girirlər.Qidasını xərçəngkimilər və balıqlar təşkil edir.
Volqa sıfı
Volqa sıfı (lat. Sander volgensis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. Bel üzgəcləri sıfdakıdan daha hündürdədir və bir-birinə toxunur. Yanları pulcuqla örtülüdür. Köpək dişləri yoxdur. Bədəni rəngi daha açıqdır. Tünd köndələn zolaqlar daha kəskin seçilir. Xəzər, Azov və Qara dəniz hövzələri çaylarının orta və aşağı axarlarında, əsas su anbarlarında yayılmışdır. Volqada və onun delta hissəsində çoxsaylıdır. Uralda, Terekdə, Sulakda və Samurda azdır, Kürdə yoxdur.
Volqa tatarları
Volqa tatarları və ya Volqa tatarları — hal-hazırda Rusiya Federasiyasına bağlı muxtar Tatarıstan Respublikasında və Volqa çayı boyunca yerləşmiş olan Kazan və ya Volqa tatarlarına verilən addır. Rusiyanın ruslardan sonra ən çoxsaylı ikinci etnosudurlar. Volqa çayı boyunca yerləşdikləri üçün bu adı almışdırlar. Tatar dilində danışırlar. Dilləri Krım tatar dilinə çox yaxındır. Volqa tatarlarının ataları Volqa-Kama Ön Bulqarları ilə XIII əsrdə Orta Asiyadan bölgəyə gələn Qıpçak Kuma türkləridir. 922-ci ildən əsasən, müsəlmandırlar. Volqa tatarları Kazan tatarları, Mişarlar, Qasım tatarları, Noqrat tatarları, Perm tatarları və Keraşenlər kimi subetnoslara bölünmüşdürlər. Rusiyanın slavyan etnoslarından fərqlənən məxsusi adət-ənənəyə malikdirlər.
Volqa xoruzgülü
Volqa xoruzgülü (lat. Adonis volgensis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Volqa yedəkçiləri
Volqa yedəkçiləri (rus. Бурлаки на Волге) əsəri 1872-1873-ci illərdə realist rus rəssamı və heykəltaraş İlya Repin tərəfindən çəkilmiş Şəkil çəkmək niyyəti Repində hələ 1869-cu ildə rəssam Konstantin Savitski ilə birlikdə Neva sahillərinə «İov və onun dostları» müsabiqə əsərini çəkməkdən ötrü etüdlər etmək üçün yollandığı zaman oyanmışdı. Orada gördüyü gəmi yedəkçiləri qayğısız cəmiyyət və mənzərəli təbiətlə müqayisədə onda təzadlı duyğular yaratmışdı. Elə o zaman gələcək əsərin ilkin eskizləri çəkilmişdi. Əsərin özü 1873-cü ildə başa çatdırıldı və cəmiyyətdə həyəcanlar tufanının heyranlıqdan qızğın nifrətə qədər bir burulğanının əmələ gəlməsinə səbəb oldu.
Volqa çayı
Volqa (rus. Волга, q.slav. Вльга, alm. Wolga‎) ya da Edil (köhn. azərb. عديل Edil və ya آطل Atil, tatar. Идел, İdel, çuvaş Атӑл, qaz. Едiл, Edil, kalm. Иджил-гол, İcıl-göl) — Rusiyanın Avropa hissəsində çay. Volqa çayı uzunluğuna görə Avropanın ən böyük çayıdır.
Volqa (rəqs)
Volqa rəqsi və ya Xoşbəxtlik rəqsi — Volqa çayı hövzəsində yaşayan xalqlar arasında məşhur olan ənənəvi rəqsdir. Bu rəqs, çoxəsrlik tarixə malikdir və regionun etnik və mədəni müxtəlifliyini əks etdirir. == Tarixi == Volqa rəqsi qədimdən bəri Volqa çayı hövzəsində yaşayan müxtəlif xalqların ənənəvi rəqslərinin birləşməsi kimi formalaşıb. Bu bölgədə rus, tatar, çuvaş, mari və mordvin xalqları tərəfindən öz mədəniyyətlərinə uyğunlaşdırılmışdır. Rəqs əsasən kənd yerlərində bayramlar, toylar və xüsusi dini bayramlarda ifa edilirdi. Tarix boyu bu rəqs regionun sosial və mədəni mərasimlərinin mühüm bir hissəsi olmuşdur. == Musiqi və instrumentlər == Volqa rəqsi ritmik və coşqun musiqi ilə müşayiət olunur. Əsas musiqi alətləri: Balalayka – Rusiya və digər region xalqları üçün xarakterik simli musiqi aləti. Harmoniya – Akordeona bənzəyən və Volqa bölgəsində geniş istifadə olunan alət. Qarmon – Xüsusilə tatar və başqırd xalqları tərəfindən istifadə olunur.
Azad Volqa-Ural
Azad Volqa-Ural və ya Azad İdil-Ural (tatarca: Azat İdel-Ural, erzyanca: Olyachiv Rav-Uralon) — Mordoviya, Çuvaşıstan, Mari El, Udmurtiya, Başqırdıstan, Tatarıstan respublikaları tərəfindən müstəqillik qazanma və bu altı respublikanın ortaq sərhəd, iqtisadiyyat və kollektiv təhlükəsizlik sistemi ilə bütünləşmiş ittifaq yaratma hədəfi ilə Volqa bölgəsi xalqlarının sosial hərəkatıdır. == Haqqında == 28 dekabr 2014-cü ildə həbs edilən və 2015-ci ilin sentyabr ayında Krımın ilhaqını tənqid etdiyi üçün 3 il həbs cəzasına məhkum edilən Tatar milli hərəkatı liderlərindən biri olan Rafis Kaşapov 26 dekabr 2017-ci ildə Rusiya həbsindən sərbəst buraxıldı. Fevral 2018-ci ilin əvvəllərində Ukraynaya getdi və qısa müddət sonra eyni düşüncələri daşıyan biri ilə tanış oldu - mordoviyalı erzyan millətindən olan və təqaüdə ayrılan hərbçi Sıres Bolyayen. 21 martda Rafis Kaşapov Sıres Bolyayen və bənzər fikirlərə sahib kiçik qrup Kiyevdə mətbuat toplantısı təşkil etdilər və Azad Volqa-Ural Xalq Hərəkatının yaradıldığını elan etdilər. Fəaliyyətlərinin ilk 5 ayı boyunca təşkilat açıq formada separatçı mövqedən uzaq qalaraq, Volqa bölgəsi respublikalarının Rusiya içində əsl suverenliyi üçün mübarizə apardığını bildirirdi. Ancaq muxtar respublikalarda yerli dillərin tədrisini məhdudlaşdıran qanunun Dövlət Dumasında elan edilməsindən sonra hərəkat da məqsədlərini yenilədi. Azad Volqa-Ural 25 iyul 2018-ci ildə Erzyan-Mokshanya, Çuvaşıstan, Mari El, Tatarıstan, Udmurtiya və Başqırdıstan müstəqil milli demokratik dövlətləri qurmaq üçün çalışdığını açıqladı. Eyni zamanda hərəkat şiddəti özündə ehtiva etməyən müqavimət üsullarına uyduğunu vurğuladı. Ondan sonra bir neçə gün içində Rusiya mediası hərəkatın qurucusu Rafis Kaşapova qarşı irq, millət, dil, din təməlində düşmənliyi qabardan materiallar yayımladığı üçün yeni cəza ittihamı açıldığını bildirdi.
Orta Volqa diyarı
Orta Volqa diyarı — RSFSR–in tərkibində, 1929–1936-cı illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Samara şəhəri idi.
Volqa-Don 2
Volqa-Don 2 (Volqa-Don 2 kanalı) — Volqaqrad su anbarından (Volqa çayından) Don çayına suyun ötürülməsi üçün təyin edilmiş İrriqasiya kanalı layihəsi. Kanalın əsas tikinti məqsədi Volqa-Don gəmiçilik kanalının funsionallaşdırılmasında don sularının xərclərini kompensasiya etməyin zəruriliyi olub. Cənubi Volqaqraddan başlayan mövcud Volqa-Don gəmiçilik kanalından fərqli olaraq Volqa-Don 2 Yerzovka qəsəbəsindən başlamalı və Qraçi və Panşinodan qərbə doğru hərəkət edirdi. Tikinti 1980-ci illərdə başlayıb və ölkənin iqtisadi vəziyyətinin pisləşməsi ilə bağlı olaraq 1990-cı ildə dayandırılıb. "Kommersant-Vlast" jurnalının məlumatına görə tikintinin smetasının qiyməti 279, 7 milyon rubl olub, lakin onun konservasiyası vaxtı müxtəlif mənbələrə görə bu məbləğ 130-dan 141, 7 milyon rubla qədər olub. Dəyərləndirməyə görə işlər dayandırılana qədər kanalın 20%-i tikilib başa çatdırılmışdır. Kanalın tikilən hissəsi kosmosdan 48°56′47″ şm. e. 44°37′14″ ş. u.-da yaxşı görünür.
Volqa-Don kanalı
Volqa-Don kanalı — Volqa və Don çaylarını birləşdirən gəmiçilik kanalı. Rusiyanın Avropa hissəsində vahid dərinsulu nəqliyyat sistemi. Hələ qədim zamanlardan gəmilərin bu iki çay arası ən qısa məsafədən birindən o birinə keçmələri söylənilməkdədir. Bunu Xəzərdə cövlan edən kazak soyğunçularının və 943 – 944-cü illərdə basqınçı rusların Azərbaycana yürüşü zamanı Xəzərə, Xəzərdən Kürə keçərək Bərdəni işğal etmələri barədə də demək olar. Şübhəsiz, yerli əhali tatarlar, noqaylar da Volqa-Don suayrıcının üstünlüklərindən istifadə edə bilirdilər. Çox-çox əvvəllərdən isə tarixin köksündə "Türk Or" yəni Türk Xəndəyi deyə yarımnəşəli, yarımpeşman bir xatirə vardı. Or "xəndək, qanov deməkdir. (müqayisə edək Or Kapı Perekopun əvvəlki adı – qala dərin, enli xəndəklə əhatələndiyindən Or Kapı adlandırılmışdı. Daha doğrusu, Krımın başlanğıcında – qapısında dayanan xəndəklə əhatələnmiş Or Kapı qalası; bir də Or çayı və üzərində Orsk şəhərinin adındakı "or"sözü dediklərimizə sübutdur). Osmanlı dövləti Rusların Kazan və Astarxanı istila etməsi və güclənib Volqaboyu torpaqlarda möhkəmlənməsi ilə böyük türk ölkələrinin itirilməsini qəbul edə bilmirdi.
Volqa-Kama qoruğu
Volqa-Kama Dövlət Biosfer Təbiət Qoruğu — Rusiya ərazisində, Tatarıstan Respublikasına məxsus biosfer qoruğu. Volqa-Kama dövlət qoruğu 13 aprel 1960-cı ildə yaradılmışdır. RSFSR-in Nazirlər Sovetinin № 510 saylı qərarı ilə formalaşan bu qoruqda Orta Volqanın meşə örtüyü və meşə-çöl ekosistemi qorunur. Qoruq Tatarıstan Respublikasının Zelenodol rayonunda, Volqa çayının sağ terrasında yerləşir. 2001-ci ilə qədər qoruğun sahəsi 8024 hekatar olmuşdur. Rusiya Federasiyasının 9 aprel 2001-ci il № 277 saylı qərarı ilə qoruğun sahəsi genişləndirilərək 10 091,2 hektara çatdırıldı. Qoruq iki hissədən ibarətdir — Saralin və Rayf. Bu ərazilər birbirindən 100 km aralıda yerləşir. Ən yaxın olan hissə Kazan şəhərindən 50 km cənubda yerləşir. Qoruğun ərazisinə Kuybışev su anbarı daxildir.
Volqa-Xəzər kanalı
Volqa-Xəzər gəmiçilik kanalı (VXGK) — Volqa çayının deltalarından birinin qolu olan Baxtemir çayının dərinsulu hissələrindən birini və Xəzər dənizinin dərinsulu hissəsi ilə Volqa deltasının azsulu hissəsini birləşdirən kanal. Dəniz gəmilərinə Baxtemir çayındakı Olya və Volqa çayındakı Astraxan limanlarına daxil olmaq imkanı verir. Şlüzü (Gəmilərin suyu müxtəlif səviyyədə olan çay və kanallardan keçməsi üçün xüsusi hidrotexniki qurğuları) yoxdur. XIX əsrin ortalarında bütün dünyada və Rusiyada ticarət donanmasının tonnajında və dəniz yükdaşımalarının həcmində əhəmiyyətli artım başladı. Bununla əlaqədar olaraq daxili rus limanlarını Xəzər dənizi limanları ilə bağlayan kanal tikintisinə ehtiyac artdı. Bağlanğıcda dənizə gələcək yolların iki istiqaməti nəzərdə tutulurdu: Baxtemir və Kamızyak yolu. 1874-cü ildə Baxtemir dəniz gəmiçiliyi üçün daha məqbul yol kimi təsdiq edildi. Bu ili Volqa-Xəzər gəmiçilik kanalının yaranış tarixi kimi qəbul edirlər. Məhz bu ildə kanalın tikintisi başlandı və birinci mərhələ 17 il davam etdi. Bununla da hər il Baxtemir qolundan 60 min kub metrə qədər alt torpaq götürüldü.
Volqa Avtomobil Zavodu
AvtoVAZ (rus. АвтоВАЗ)- Rusiyada ən iri avtomobil şirkəti. Samara vilayəti, Tolyatti şəhərində yerləşir. Əvvəlki adı VAZ (rus. ВАЗ- Волжский автомобильный завод) olmuşdur. İlkin dövrlər "Jiquli", "Niva", "Sputnik", "Samara", "Oka" markalı maşınlar istehsal etmişdir. Bu markaları ilə Azərbaycanda və digər post-sovet ölkələrində məşhurlaşmışdır. Hal-hazırda "Lada" markası ilə istehsal etdiyi maşınlar belə əksər avtomobil həvəskarları tərəfindən VAZ kimi adlandırılır. 1993-cü ildə Vyaçeslav Zubarev tərəfindən qurulan" TTS " 1992-ci ildə AvtoVAZ ilə müqavilə imzaladı. 1995 — ci ildə Naberejnıe Çelnı şəhərində ilk tam hüquqlu Avtomobil Mərkəzi-Lada salonu açıldı və avtomobil zavodundan birbaşa çatdırılma üçün gəldi.
Volqa Federal Dairəsi
Volqa Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Volqa çayının orta və aşağı axınları boyundakı əraziləri əhatə edir. Tərkibinə Kalmıkiya və Tatarıstan respublikaları, Həştərxan, Volqoqrad, Penza, Samara, Saratov, Ulyanovsk vilayətləri daxildir. Sahəs 536,4 min km²-dir. Əsas təbii ehtiyatları neft, təbii qaz, Volqa və Kama çaylarının su enerjisidir. Neftçıxarma və neft emalı, xüsusilə neft-kimya üstünlük təşkil edir. Maşınqayırmanın müxtəlif sahələri inkişaf etmişdir. Ümumrusiya əhəmiyyətli tikinti materialları istehsalı mövcuddur. Kənd təsərrüfatında buğda, yağlı bitkilər, bostan bitkiləri, həmçinin ət istehsalı əsas yer tutur. İqtisadi əlaqələrində dəmiryol, avtomobil və hava nəqliyyatı ilə yanaşı su yollarının (Volqa) xüsusi əhəmiyyəti vardır.
Volqa ticarət yolu
İdil ticarət yolu və ya Volqa ticarət yolu ― orta əsrlərdə Şimali Avropanı və Rusiyanın şimal-qərbini Xəzər dənizi və Volqa çayı vasitəsilə Sasani imperiyası ilə birləşdirən ticarət yolu. Ruslar bu yoldan Xəzər dənizinin cənub sahillərində yerləşən müsəlman ölkələri, bəzən isə Bağdad şəhərinə qədər ərazilər ilə ticarət etmək üçün istifadə etmişlər. Güclü İdil bulqarları yarımköçəri konfederasiya yaratmış, Volqa çayı boyunca Rusiya və Skandinaviya vikinqləri, eləcə də cənubdakı Bizans imperiyası ilə ticarət əlaqələri qurmuşlar. Şahmat Kiyev Rus dövlətinə İran və ərəb torpaqlarından Volqa ticarət yolu vasitəsilə təqdim edilmişdir. Johannes Brøndsted (1965). The Vikings. (transl. by Kalle Skov). Penguin Books. Peter Benjamin Golden (2006) "Rus." Encyclopaedia of Islam (Brill Online).
Qara Volqa (film)
Filmdə "Pəncəli Aslan"ın (Laləzar Mustafayeva) başçılıq etdiyi cinayətkar qrupun törətdiyi saysız hesabsız cinayətlərdən və nəhayət hüquq mühafizə orqanları tərəfindən bu cinayətkar qrupun dağıdılmasından danışılır. Film yazıçı Cəmşid Əmirovun eyniadlı romanı əsasında ekranlaşdırılmışdır. Məsləhətçi qismində əsərin müəllifi Cəmşid Əmirovun oğlu, polis podpolkovniki Çingiz Əmirov dəvət edildi. Orfoqrafik: Titrlərdə filmin adı "Qara Volqa" yazılmışdır. Doğrusu "Qara "Volqa"" olmalıdır. Əsərin müəllifi: Cəmşid Əmirov Ssenari müəllifi: Nəriman Əbdülrəhmanlı Quruluşçu rejissor: Elşən Məmmədov Quruluşçu operator: Sərvər Rəşidoğlu Quruluşçu rəssam: Nizami Bəydəmirov Geyim rəssamı: A.Bəydəmirov Bəstəkar: Rauf Əliyev Səs operatoru: Əsəd Əsədov Rejissor: Nadir Əzməmmədov Operator: Elmar Hüseynov Montaj edən: Tahirə Babayeva Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Rauf Dadaşov Qrim rəssamı: Telman Yunusov Fotoqraf-rəssam: Fərhad Behbudov Rejissor assistenti: Rafiq Orucov, İradə Quliyeva Operator assistenti: N.Nağıyev İnzibatçı: Tərlan Babayev (T.Babayev kimi), Z.Novruzov İşıq ustası: Akif Rəhimov, S.Əmirov Məsləhətçi: Çingiz Əmirov (polis podpolkovniki) Çalır: Səyavuş Kəriminin İdarəsilə İnstrumental Ansambl Redaktor: A.Əliyev Filmin direktoru: Akif Musayev Prodüser: Vidadi Məmmədov Kaskadyor: Əli Məmmədov (titrlərdə yoxdur)) Rasim Balayev — polkovnik Cavanşirov Nəsir Sadıqzadə — "Paxan" Laləzar Mustafayeva — "Pəncəli" Aslan Fuad Poladov — Səlimzadə Nadir Əzməmmədov — Cəfərli Ş.Şıxnəbiyeva — Bayramova Muxtar Maniyev — Kərimov Arzu Ocaqverdiyev — Yaşa Alim Məmmədov — Bürcəli Məfkurə Məhərrəmova — Samirə Nəsibə Eldarova — Klara Naibə Allahverdiyeva — Marqarita Fikrət Məmmədov — sürücü Zərnigar Ağakişiyeva — Solomonovna Vahid Əliyev — serjant Vəliəhd Vəliyev — Məmməd Əlioğlu Tələt Rəhmanov Zilli Namazov — polis işçisi M.Əsgərov Elşən Məmmədov Akif Musayev Süleyman Əhmədov — Əbdülxalıq Bəxtiyar Kərimov Füzuli Məmmədov — sahə müvəkkili N.İsrafilova Fərəc Fərəcov — restoran müdiri Əli Məmmədov Gümrah Rəhimov — polis işçisi Məmmədkamal Kazımov — Səlimzadənin atası Sevinc Əliyeva — "Paxan"ın xidmətçisi Faiq Əliyev — vəzifəli şəxs Eldəniz Rəsulov — Yaşa (Arzu Ocaqverdiyev) (titrlərdə yoxdur) Həsən Məmmədov — "Paxan" (Nəsir Sadıqzadə) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Samirə (Məfkurə Məhərrəmova) (titrlərdə yoxdur) Nuriyyə Əhmədova— Marqarita (Naibə Allahverdiyeva) (titrlərdə yoxdur) İlham Əsgərov — vəzifəli şəxs (Faiq Əliyev) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — Əbdülxalıq (Süleyman Əhmədov) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — "Pəncəli" Aslan (Laləzar Mustafayeva) (titrlərdə yoxdur) Qorxmaz Əlili — Bürcəli (Alim Məmmədov) (titrlərdə yoxdur) Səidə Quliyeva — Bayramova (Ş.Şıxnəbiyeva) (titrlərdə yoxdur) Əliqulu Səmədov — Cəfərli (Nadir Əzməmmədov) (titrlərdə yoxdur) Sevda Məmmədova — Solomonovna (Zərnigar Ağakişiyeva) (titrlərdə yoxdur) Mustafa Karaçeper — "Dıyarbakır Düzüne" Cənnət Əliyev — "Təbriz" Niyaməddin Musayev — "Neynim" Alla Puqaçeva — "Panama" Azərbaycan Dövlət Yanacaq Komitəsi Bakı Neft Təchizatı Bazası "Qara volqa: Aktyorların bir çoxu niyə filmi "qara ləkə" saydılar?". anl.az/Ekspress. 2007-04-21–23. İstifadə tarixi: 2024-05-16. Kadrarxası: “Qara Volqa”da aktrisa Naibə Allahverdiyeva ilə öpüşən şəxs rejissorun özü olub “Qara Volqa”nın müəllifi nədən qorxmuşdu?!
Qara "Volqa" (film, 1994)

Qara Volqa (film, 1994)

Volqa-Baltik su yolu
Volqa-Baltik su yolu (1810-1963-cü illər - Mariin su sistemi) — Rusiya Federasiyasının şimal-qərbində Xəzər və Baltik dəniz hövzələrini birləşdirən göl, çay və kanallar sistemi. Uzunluğu 1100 km, Aşağı Şeksna və Şeksna (Çerepovetskoye) su anbarından, Kovja çayı və Ağ göl, Vıteqra çayı və suayrıcı kanaldan keçən su yolu. Rıbinski su anbarı, Çerepovets şəhəri, Şeksna çayı, Ağ gölü, Kovja çayı, Mariin kanalı, Vıteqra çayı, Oneqa kanalı, Oneqa gölü, Svir çayı, Ladoqa gölü və Neva çayından keçir. Mariin su sistemi 1799-1810-cu illərdə tikilib, 1890-1896-cı illərdə yenidən qurulub, 1964-cü ildə əsaslı rekonstruksiyadan sonra indiki adını almışdır. Uzunluğu təxminən 1100 km, gəmiçilik üçün sərbəst keçid dərinliyi 3-4 metrdən az deyil. Bu da öz növbəsində 5000 tona qədər su tutumu olan gəmilərin keçidini təmin etməyə imkan verir. Volqa-Baltik yolunun davamı Oneqa gölü ilə Ağ dənizi birləşdirən Ağdəniz-Baltik kanalı hesab edilir. Volqa-Baltik kanalının xüsusiliyi ondadır ki, Baltik hissəsinin bütün şlyuzları Paxomov hisəsi istisna olmaqla 13, 5 metr hündürlüyə malikdir. Bu da öz növbəsində kanalın tikintisində standart konstruksiyalardan istifadə edilməsinə imkan verib. Kanalda cəmi 7 şlyuz var, onlardan yanlız biri - Paxomov şlyuzu ikitərəflidir.
Volqa-Xəzər hərbi donanması
Volqa-Xəzər hərbi donanması – Rusiyada vətəndaş müharibəsi zamanı yaradılmış Qırmızı Ordu hərbi birləşməsi. == Tarixi == 1919-cu il iyulun 21-də Həştərxan-Xəzər və Volqa hərbi flotiliyalarının əsasında Volqa-Xəzər hərbi flotiliyası yaradıldı. Flotiliyaya Fyodor Raskolnikov komandan, Vladimur Kukel isə qərargah rəisi təyin edildi. Flotiliyanın vəzifəsi Qırmızı Ordunun Aşağı Volqa bölgəsindəki bölmələri ilə qarşılıqlı əlaqə, Həştərxanın müdafiəsi, Qafqazda və Zaqafqaziyada döyüşlərdə iştirak etmək idi. == Tərkibi == Avqust ayında flotiliyaya 200-dən çox gəmi daxil idi: 3 köməkçi kreyser 6 esmines 3 torpedo gəmisi 4 sualtı qayıq 38 kanoner qayığı 24 patrul gəmisi 4 təyyarə daşıyan barja 6 ədəd üzən batareya və s. Donanma 3 hissəyə bölünmüşdü: Şimal, Çaritsin ərazisi. Çyornı Yar — Vladimirovka dəmir yolunu əhatə edən Severoastraxanskıy. Xəzər dənizinin şimalında fəaliyyət göstərən və cənubdan Həştərxanı əhatə edən Delta müdafiəsi. Bundan əlavə, flotiliyaya Hava Briqadası da daxil idi. == Döyüşlərdə iştirakı == Donanma Həştərxanın müdafiəsində fəal iştirak etmişdi: Ağ Qvardiyaçıların mövqelərini atəşə tutmuş və qoşunları yerləşdirmişdi.
Lenin heykəli (Volqa-Don kanalı)
Volqa-Don kanalının girişindəki Lenin heykəli (rus. Памятник Ленину у входа в Волго-Донской канал) — Volqa çayı üzərində yerləşən Volqa-Don kanalının girişindəki SSRİ-nin qurucusu Vladimir Leninə həsr olunan heykəl. Volqoqrad şəhərində yerləşən heykəl dünyanın ən böyük heykəllərindən biridir. == Tarixi == === Stalin heykəli === Heykəltəraşları Yevgeni Vuçetiç və Leonid Polyakov olan heykəl İosif Stalinin xatirəsinə 27 iyul 1952-ci il tarixində bura tikilmişdir. Heykəlin tikilməsi üçün xüsusi bir mis hazırlanmışdı. Heykəlin yüksəkliyi 24 metr idi. Destalinizasiya siyasətlərinə görə o vaxta qədər "Stalinqrad" adlanan şəhərin adı 1961-ci ildə Volqoqrad olaraq dəyişdirilməsindən sadəcə 10 gün sonra, heykəl də sökülmüşdür. Heykəlin yerinə 12 illik boş bir təməl qalmışdır. === Lenin heykəli === Bu hadisədən tam 12 il sonra Rusiya Sovet Federativ Sosialist Respublikasının Mədəniyyət Nazirliyi boş qalan yerə Vladimir Leninin xatirəsinə bir heykəlin tikilməsinə qərar vermişdir. Heykəlin heykəltəraşlığı üçün yenə eyni heykəltəraşlar seçildi.
Ifloga
Ifloga (lat. Ifloga) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ifloga ambigua (L.) Druce Ifloga anomala Hilliard Ifloga candida Hilliard Ifloga decumbens (Thunb.) Schltr. Ifloga glomerata (Harv.) Schltr. Ifloga labillardierei (Pamp.) Fayed & Zareh Ifloga lerouxiae (Beyers) N.G. Bergh Ifloga molluginoides (DC.) Hilliard Ifloga obovata Bolle Ifloga paronychioides (DC.) Fenzl Ifloga pilulifera Schltr. Ifloga polycnemoides Fenzl Ifloga repens (L.) Hilliard & B.L.Burtt Ifloga spicata (Forssk.) Sch.Bip. Ifloga spicata subsp. albescens Chrtek Ifloga spicata subsp. hadidii (Fayed & Zareh) Greuter Ifloga spicata subsp.
Valqa
Valqa (est. Valga, alm. Walk‎, 1920-ci ilə gədər Valk -rus. Валк, keçmiş adı rus. Vleh) — Estoniyanın cənubundakı Vаlqаmаа bölgəsinin inzibati mərkəzi. Pedeli çayının sahilində yerləşir. Şəhərin sahəsi 16,5 km² təşkil edir. Tartuya qədər məsafə 89 km, Pyarnuya gədər 144 km, Tallinə gədər 245 km, 175 km Riqaya və Pskova 170 km-ə bərabərdir. Valqa dəmir və avtomobil yollarının kəsişməsində yerləşir. Estoniyanın və Latviyanın Şengen birliyinə daxil olması ilə Valqa və Valka şəhərləri arasında ümumi ictimai avtobus nəqliyyatının işə düşdüyü elan olunmuşdur.
Viola
Bənövşə (lat. Viola) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinə aid bitki cinsi. Şimal yarımkürəsində dağlarda və mülayim iqlim zonalarında bitən 681 bioloji növü məlumdur. Bu cinsin növünə görə ən çox yayıldığı yer mülayim iqlim zonalarından Şimali Amerika, And dağları və Yaponiyadır. Bir çox növü Cənubi Amerikada olan And dağları üçün xarakterikdir. Bir neçə növü Braziliyanın subtropik zonalarında, Cənubi Afrikada, Avstraliyada, Yeni Zelandiyada, Cənubi Sandviç adalarında yayılıb.
İmola
İmola (it. Imola) — İtaliyanın şimalındakı Emiliya-Romanya regionunda, Santerno çayının sahilində, Bolonya metropolisində yerləşən şəhər. Şəhər ənənəvi olaraq tarixi Romanya regionunun qərb girişi hesab olunur. Hazırda bu ərazi Enzo e Dino Ferrari Beynəlxalq Pisti və Formula 1 San Marino Qran Prisinin evi olaraq qəbul edilir. Yarış şəhərə yaxın ərazidə yerləşən, lakin bir qran-pri yarışmasına ev sahibliyi edə bilməyəcək qədər kiçik olan müstəqil dövlət San Marino üçün belə adlandırılmışdır. Şəhər təqribən e.ə. 82-ci ildə Roma diktatoru Lutsi Korneli Sulla tərəfindən qurulduqdan sonra Forum Kornelii olaraq adlandırılmağa başlamışdır. Kənd təsərrüfatı və ticarət mərkəzi olan İmola şəhəri keramikaları ilə tanınırdı. İmola adı isə ilk dəfə 7-ci əsrdən lombardiyalılar tərəfindən istifadə olunmağa başlamışdır. Bizanslara məxsus olan Ravenna dövləti papa dövlətinin əlinə keçdikdən sonra İmola da papanın hakimiyyəti altına düşdü.
Nivola-Vermel
Nivola-Vermel (fr. Nivolas-Vermelle) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalyo-Syud kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38276. Kommunanın 1999-cu il üçün əhalisi 1823 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.