Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İdiot (roman)
İdiot (rus. Идиот) — XIX əsr rus yazıçılarından Dostoyevskinin 1868-ci ildə yazdığı bir romandır. Fyodor Dostoyevski bu əsərində, sara xəstəsi bir gənc adamın mərkəzinə yerləşdirdiyi bir dünyada dürüst və açıq bir insan olaraq yaşamağın çətinliklərinə toxunmaqda və cəmiyyətin nə qədər də iki üzlü bir sistem üzərinə söykənərək ayaqda dayandığını göz önünə çıxarır. Belə bir dünyada dürüst olmaq "idiot" olmaqdır. Roman bir Dostoyevski klassikası olaraq son dərəcə axıcı və dərindir. Psixoloji maddələrin ağırlıqlı olduğu bir əsərdir. Dostoyevski burda ideal kişi tipini yaratmaq istəmişdir. XIX əsr ortalarında keçən romanın qəhrəmanı Knyaz Lev Mışkin, sara xəstəsidir. Müalicə gördüyü İsveçrədən qayıdanda əlindəki geyimdən başqa heç bir şeyi yoxdur. Peterburqda özüylə uzaqdan qohum olan Lizaveta Prokovyevnanı və General olan yoldaşını görmək üzrə Yepançinlgilə gedər.
İdiot (film, 1992)
Axmaq — Fyodor Dostoyevskinin "İdiot" romanı əsasında çəkilmiş hind filmi. Rejissoru Mani Kaul olan filmin baş rollarında Şahrux Xan və Ayub Xan-Din yer almışdır. Film 8 oktyabr 1992-ci ildə Nyu-York film festivalında nümayiş etdirilmişdir. Hekayənin bu versiyasında Şahzadə Miskin (Xan-Din) muasir Mumbayda yaşayan, epilepsiya xəstəliyinə tutulmuş şəxs olaraq göstərilir.
Mən necə idiot oldum (roman)
"Mən necə idiot oldum" — Martin Paj tərəfindən yazılmış fəlsəfi roman. Yazıçının ilk romanıdır. 2001-ci ildə "Le Dilettante" nəşriyyatı tərəfindən çap edilmişdir. Kitab Avroregional məktəblər arası ədəbiyyat mükafatını qazanıb. Bu mükafatın qalibini Belçika, Hollandiya və Almaniyadan tələbələr seçir. Martin Paj bu kitabında az qala dünyada hamını axmaq yerinə qoyub: avtomobilçilərdən tutmuş universitet müəllimlərinə, video-oyun, dəbli paltar, etnik musiqi və televiziya həvəskarlarına qədər hər kəsi. Roman, demək olar ki, sözbəsöz sitatlara bölündü. İnternet saytlarında Pajın cümlələrini Stendalın, Nitsşenin və Nabokovun aforizmlərilə yanaşı görmək olar.
Aliot
Epsilon Ursae Majoris (εUMa) — Böyük Ayı bürcünün ən parlaq ulduzu. Parlaqlığı 1.76 maqnitudadır. Parlaqlığına görə Yer kürəsindən görünə bilən spektrdə ən parlaq ulduzlar arasında Günəşdən sonra 30-cu yerdədir. Hipparkos Kataloqunda HIP 62956 nömrəsi ilə qeyd olunan ulduza ənənəvi olaraq Aliot adı verilmişdir. Yer kürəsindən 81 işıq ili məsafədə yerləşir. Öz oxu ətrafında dönmə periodu 5,088 gün davam edir.
İstiot
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi.
Biot
Biot (fr. Biot) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Antib-1, Antib-2 və Antib-3 kantonu . Kommunanın sahəsi 15,54 km², əhalisi 8791 nəfərdir (2006) artım tendensiyası ilə: 8791 nəfər (2012), əhalinin sıxlığı 647,0 nəfər / km²-dir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı — 8995 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 8791 nəfər.
Diod
Yarımkeçirici diod (yun. δις - iki, od ὁδός - yol) — bir p-n keçidə malik olan və iki elektrik çıxışı olan cihaz. Yarımkeçirici diodun bu gün ən ümumi tipi iki elektrik terminalı üçün əlaqələnmiş p-n keçidli yarımkeçiricinin kristallik hissəsidir. Vakuum boru diodu iki elektroda malikdir: anod və qızdırılmış katod. Yarımkeçirici diodlar birinci yarımkeçirici elektron qurğusudur. Birinci yarımkeçirici diodlar kristal detektor adlandırıldı. Bu gün diodların çoxu silisiumdan hazırlanır, ancaq bəzən selen və germanium kimi başqa yarımkeçiricilərdən də istifadə edilir. == Əsas funksiyaları == Diodun ən ümumi funksiyası əks istiqamətdə cərəyan maneəyə rast gələrkən, bir istiqamətdə elektrik cərəyanın keçməsini təmin etməkdir. Başqa funksiyasıda dəyişən cərəyanı sabit cərəyana çevirməkdir. Həmçinin radioda radio siqnalların amplitud modulyasiya hasilatını o cümlədən qəbul edilən siqnalların düzləndirməsidir.
Diop
Diop — Qambiya və Seneqalda daha çox işlədilən soyad. Sofiyan Diop — Monako klubunda çıxış edən Fransa futbolçusu. Ayda Diop — Seneqal sprinteri. Xudiya Diop — Seneqal dəb modeli. DeSaqana Diop — Seneqal basketbolçusu. Pape Seydu Diop — Seneqal futbolçusu. Papakuli Diop — Seneqal futbolçusu. Vasis Diop — Seneqal musiqiçisi. Şeyx Anta Diop — Seneqal tarixçisi və siyasətçisi. Binta Zahra Diop — Seneqal üzgüçüsü.
İdil
İtil (başqa yazılışlar: Atil, Ədil, İdil; çin. 阿得/阿得水) – Xəzər xaqanlığının 2-ci paytaxtı və sonuncu iri şəhəri. Şəhərin salındığı vaxt dəqiq məlum deyil. Güman edilirki dağılması X əsrdən başlamışdır. 2 əsrdir ki, arxeoloji qazıntılar aparılsada, şəhərin yeri hələdə mübahisəli olaraq qalır. Bəzi mülahizələrə görə, İdil indiki Həştərxan şəhərinin 15–20 km-də yerləşirmiş. Slavyan dillərində Volqa, Volha, Voloha, Vloha, müxtəlif yerli türk xalqlarının dillərində isə İtil, Atil, İdil, Edil, Atal və İdel kimi səslənir. Ərəb müəlliflərinin yazdıqlarına görə Dərbənddən Səməndərə 4 gün, oradanda İdilə 7 günlük yol var idi.
İdiş
İdiş dili — Hind-Avropa dillərinin german dilləri qrupuna məxsus dil. İbri əlifbası ilə yazılır və aşkenazi yəhudiləri arasında yaranmış və yayılmışdır. Bu dildə danışanların ümumi sayı 3 milyon nəfərə yaxındır.
İƏİT
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (qısa. İƏİT, ing. Organization for Economic Co-operation and Development, OECD, fr. Organisation de coopération et de développement économiques) — demokratiya və bazar münasibətli iqtisadiyyat prinsipini qəbul edən inkişaf etmiş ölkələri birləşdirən beynəlxalq təşkilat. 36 üzv ölkəli iqtisadi təşkilat olan İƏİT 1961-ci ildə iqtisadi inkişafı və dünya ticarətini təşviq etmək üçün qurulmuşdur. Bu platformaya daxil olan ölkələr siyasi təcrübələrini qarşılaşdırır, ümumi problemlərə həll yolu tapır və təşkilata üzv olan digər ölkələrin daxili və beynəlxalq siyasətinin doğru və koordinasiyalı bir şəkildə tətbiq edilməsinə şərait yaradır. İƏİT-ə daxil olan ölkələrin əksəriyyəti çox yüksək İnsan İnkişafı İndeksinə sahib yüksək gəlirli ölkələrdir və inkişaf etmiş ölkələr olaraq qəbul edilirlər. 2017-ci ildə İƏİT-ə üzv ölkələr qlobal nominal ÜDM-nin 62,2%-ni ($49.6 trilyard), alıcılıq qabiliyyəti üzrə qlobal ÜDM-nin 42,8%-ni ($54.2 trilyard) özündə cəmləşdirirdi. Təşkilat rəsmi BMT müşahidəçisidir. İƏİT 1948-ci ildə Robert Marcolinin rəhbərliyi altında Marşal planının (hansı ki, bu plan SSRİ və onun peyk dövlətləri tərəfindən rədd edilmişdi) idarə olunmasına kömək etmək üçün Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı (AİƏT) adı ilə təsis edildi.
Riot!
Riot! — ABŞ rok qrupu Paramore-un ikinci studiya albomu. 12 iyun 2007-ci ildə Fueled by Ramen tərəfindən buraxılıb.
Birillik istiot
Corc Eliot
Corc Eliot (22 noyabr 1819[…] – 22 dekabr 1880[…], London) — təxəllüslə yazan 'Meri Enn' ya da 'Marian Evans' Viktoriya dövrünün ən məşhur ingilis yazıçılarındandır. == Həyatı == Corc Eliot həyatının ilk 21 ilini İngiltərənin Uoruikşayr bölgəsindəki bir kənddə keçirmişdir. Bu illərdə insanları və ətrafı yaxından tanıma imkanı olmuşdur. Anasının ölümündən sonra böyük bir malikanənin anbardarı olan atası ilə qalmalı olduğundan məktəbdən çıxmalı olmuşdur. Din, əxlaq və siyasət mövzusunda qatı bir görüşü olmayan, azad düşüncəli mühitə düşməsi onun qarşısına yeni qapılar açdı. 1849-cu ildə atasının ölümündən sonra İsveçrəyə getmiş, daha sonra Londona köçərək Vestminster Revyu jurnalında işləməyə başlamışdır. Geniş fikirli bir qadın olan Eliot, o dövrün öndə gələn yazıçıları ilə tanış olmuşdur. Bunlar arasında məşhur jurnalist Corc Henri Lyus ilə olan dostluğu həyatına böyük məna qatmışdır. Lyus onu roman yazmağa həvəsləndirir və münasibətləri Lyus ölənədək təxminən 25 il xoşbəxtlik içində davam etmişdir. == Yaradıcılığı == Ədəbiyyat həyatına tənqidçi və tərcüməçi olaraq başlamışdır.
Eliot Vassamillet
Eliot Vassamillet (d. 29 dekabr 2000, Mons, Belçika) və ya sadəcə Eliot — Belçikalı müğənni. O, "Wake Up" mahnısı ilə Belçikanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Eliotun Avroviziya səhnəsində ifa etdiyi mahnı 2017 Avroviziya Mahnı Müsabiqəsində Belçikanı təmsil etmiş Blanşın ifa etdiyi "City Lights" mahnısının bəstəkarı Pyerr Dumulin tərəfindən bəstələnmişdir. == Həyatı == Eliot Vassamillet 29 dekabr 2000-ci ildə Belçikanın Mons şəhərində anadan olmuşdur. Eliot 17 yaşında ikən Belçikanın The Voice səs yarışmasında iştirak etmişdir. == Musiqi karyerası == === 2018: The Voice Belgique === 2018-ci ilin yanvar ayında Eliot Belçikanın The Voice səs yarışmasının yeddinci mövsümündə dinləmələrdə iştirak etmişdir. İlkin dinləmədə Kodaline qrupunun "High Hopes" mahnısını ifa edən gənc Eliot Sliman Nebşinin komandasında yer alaraq, növbəti mərhələyə adlamışdır. Yarışmanın iştirakını uğurla davam edən Eliot on birinci hissədə münsiflərin seçimi ilə yarışmada iştirakını dayandırmışdır. === 2019: Avroviziya Mahnı Müsabiqəsi === 2019-cu ilin yanvar ayında Belçikanın RTBF telekanalı Eliotun Belçikanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır.
Qara istiot
Qara istiot (lat. Piper nigrum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü.
Saplaqlı istiot
Tomas Eliot
Tomas Sternz Eliot (ing. Thomas Stearns Eliot; 26 sentyabr 1888[…], Sent-Luis, Missuri[…] – 4 yanvar 1966[…], Kensinqton, London, İngiltərə, Birləşmiş Krallıq) – ingilis şair, dramaturq, ədəbiyyat tənqidçisi, poeziyada modernizm cərəyanının nümayəndəsi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1948). Amerikan-ingilis şairi Tomas Sternz Eliot Missuri ştatında, yeddi övladı olan ailənin sonbeşiyi kimi doğulmuşdu. Valideynlərinin hər ikisi tərəfdən nəsillərində Amerika tarixində mühüm iz qoymuş şəxsiyyətlər vardı. Atası Henri Uer Eliot varlı sənayeçi idi. Anası Şarlotta Sternz isə bədii bioqrafiyalar müəllifi kimi tanınmışdı. Eliot mükəmməl təhsil almışdı. Harvard universitetini magistr diplomu ilə bitirmişdi. İlk şeirlərini 1909-1910-cu illərdə redaktoru olduğu "Harvard advokeyt" jurnalında dərc etdirmişdi. Sonra Sorbonna universitetində mühazirələri dinləmiş, fransız ədəbiyyatını öyrənmişdi.
İdrət Abdulov
İstiot nanə
Yediot ahronot
"Yediot ahronot" (ivr. ‏ידיעות אחרונות‏‎, Son xəbərlər) — ivrit dilində nəşr olunan İsrailin gündəlik qəzeti. 2000-ci ildə "Yediot Ahronot Qrup" "Ynet" informasiya və xəbər portalını işə salmışdır. Burada digər şeylərlə yanaşı, "Yediot ahronot" qəzetindən bəzi məqalələr dərc olunur. "Ynet" portalının ingilis və ərəb dillərində orijinal versiyaları da var.
Dipa Nusantara Aidit
Dipa Nusantara Aidit (30 iyul 1923, Belitung – 22 noyabr 1965, İndoneziya) — İndoneziya kommunist siyasətçisi. == Həyatı == Dipa Nusantara Aidit 30 iyul 1923-cü ildə anadan olmuşdur. O, İndoneziya mütərəqqi gənclər hərəkatında iştirak etmiş, 1943-cü ildən İndoneziya Kommunist Partiyasının (İKP) üzcü olmuşdur. İstiqlaliyyət uğrunda mübarizədə iştirak etdiyi üçün 1945-ci ildə Yaponiya, sonra isə Birləşmiş Krallıq və Niderland hərbi orqanları tərəfindən həbs edilmişdir. 1947-ci ildən İKP MK-nın, 1948-ci ildən İKP MK Siyasi Bürosunun üzvü, 1951-ci ildən İKP MK katibi, 1954-1959-cu illərdə MK-nın Baş katibi, 1959-cu ildən İKP MK sədri olmuşdur. Aidit 1959-cu ildən Ali Məsləhət Şurasının üzvü, 1961-ci ildən Müvəqqəti Xalq Konqresi sədrinin müavini 1962-ci ildən İndoneziya hökumətində nazir idi. Aiditin başçılıq etdiyi İKP nümayəndə heyəti 1959-cu ilin fevralında Azərbaycanda olmuşdur. Nümayəndə heyəti Bakı və Sumqayıtın bir sıra sənaye müəssisəsində fəhlələrlə görüşmüşdür. 1965-ci ildə "30 sentyabr hadisələri"ndən sonra Aidit hökumət qüvvələri tərəfindən öldürülmüşdür.
Azərbaycan–QDİƏT münasibətləri
Azərbaycan–QDİƏT münasibətləri — Azərbaycan və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı arasındakı münasibətlər 1992-ci ilə, Azərbaycanın İstanbul Sammit Bəyannaməsi və Boğaziçi Bəyannaməsi imzaladığı vaxta gedib çıxır." == Tarixi == Tərcümə edirəm: "Azerbaycan 25 iyun 1992-ci ildən etibarən OBSEC-in təsisçi üzvlərindən biridir. Azerbaycan üzv dövlətlərlə ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya və kommunikasiya, elm və texnologiya məsələlərində qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edir. Dağlıq Qarabağ bölgəsində davam edən münaqişə səbəbindən, Azerbaycan atəşkəs elan edildikdən sonra OBSEC-in işində fəal iştirak etməyə başladı. Azerbaycan Prezidenti 25 oktyabr 1996-cı ildə OBSEC Sammitində iştirak edərək Moskva Bəyannaməsini imzaladı. Prezident Heydər Əliyev 28 aprel 1997-ci ildə İstanbuldakı “Qara Dəniz Regionunda Yeni İmkanlar” biznes konfransında çıxış etdi. O, həmçinin 1998-ci ildə Yaltada, 1999 və 2002-ci illərdə İstanbuldakı Dövlət Başçıları görüşlərində iştirak etdi. Bu tədbirlər zamanı üzv dövlətlərin prezidentləri ilə görüşərək müxtəlif məsələlərdə qarşılıqlı münasibətləri müzakirə etdi. 1992-2003-cü illər arasında OBSEC ilə Azerbaycan arasındakı münasibətlər daha çox məsləhət xarakterli idi, amma 2003-cü ildən etibarən əməkdaşlıq konkret sahələrdə inkişaf etməyə başladı. OBSEC ilə münasibətlər münaqişələr (Azerbaycan-Ermənistan, Rusiya-Gürcüstan, Yunanıstan-Türkiyə) və iqtisadi böhran səbəbindən aşağı sürətlə inkişaf edir, bu da institutlararası inteqrasiya proseslərini zəiflədib. Prezident İlham Əliyev noyabr 2003-də OBSEC-in Baş Katibi Valeri Çeçelaşvili, aprel 2004-də üzv dövlətlərin təhsil nazirləri, fevral 2006-da Baş Katib Tedo Japaridze, iyun 2006-da isə Leonidas Krişantopulosu qəbul etdi.
Edit Farkaş
Edit Elizabet Farkaş (tam adı: Edit Elizabet Farkaş, mac. Edith Elizabeth Farkas; 13 oktyabr 1921, Dyula[d], Bekeş medyesi – 3 fevral 1993, Vellinqton) — macar Antarktika tədqiqatçısı, Antarktikaya ayaq basmış Yeni Zelandiya Meteoroloji Xidmətinin qadın heyətinin ilk üzvü və bu uğura imza atmış ilk macar qadın. Bununla yanaşı, o, 30 ildən çox dünyanın aparıcı ozon monitorinqi tədqiqatlarına rəhbərlik edib. == Həyatı == Edit Farkaş 13 oktyabr 1921-ci ildə Macarıstanın Dyula qəsəbəsində anadan olmuşdur. İbtidai sinif və orta məktəb təhsilini Sentqothard qəsəbəsində və Dyör şəhərində almışdır. 1939-cu ildə ali məktəbə daxil olan Farkaş 1944-cü ildə Budapeştdə Peter Pazman Katolik Universitetinin riyaziyyat və fizika müəllimliyi ixtisasını bitirmişdir. Müharibədən sonra 1949-cu ildə Yeni Zelandiyaya qaçqın kimi miqrasiya etmişdir. Burada 1952-ci ildə Vellinqton Viktoriya Universitetində fizika üzrə MSc dərəcəsini başa vurmuşdur. == Fəaliyyəti == Farkaş ozon tədqiqatçısı və meteoroloq idi. O, 1951-ci ildə Yeni Zelandiya Meteoroloji Xidmətinin Tədqiqat bölməsində meteoroloq kimi işləməyə başlamış və 35 il ərzində bu fəaliyyətini davam etdirmişdir.
Edit Hed
Edit Hed (ing. Edith Head; 28 oktyabr 1897, San-Bernardino, Kaliforniya – 24 oktyabr 1981, Los-Anceles, Kaliforniya) — XX əsrin ən məşhur kostyum-dizayneri, səkkiz dəfə Oskar mükafatı laureatı. == Həyatı == Edit Hed 28 oktyabr 1897-ci ildə Kaliforniya ştatının San-Bernardino şəhərində, yəhudi ailəsində dünyaya göz açıb. Atası Maks Pozner mühəndis idi. O, Prussiyadan Amerikaya köç edib və öz bavariyalı xanımı ilə burda ailə həyatı qurub. Editin uşaqlığı müxtəlif ştatlarda və ölkələrdə keçib – Arizona, Meksika, Nevada, Almaniya və s. Los-Ancelesdə orta təhsilini tamamlayan Edit, bakalavr təhsilini Kaliforniya Berkli Universitetində, magistr təhsilini isə Stenford Universitetində alıb. Təhsilini başa vurduqdan sonra xanım Edit qısa müddətlik də olsa, müəllimə kimi fəaliyyət göstərib. 1923-cü ildə isə Los-Ancelesdəki “Paramount Studios” şirkəti onu kostyum-dizayner olaraq işə dəvət edib. Bu vəzifə ilk dəfə olaraq bir qadına təklif edilirdi.