Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İlxı
İlxı — at, dəvə sürüsü. İlxı heyvanın yaşından və cinsindən asılı olaraq təşkil edilir. Hər at ilxısında qulunla birlikdə 80–120 madyan və ya bir yaşardan yuxarı 120–150 baş dayça saxlanılır. İlxı heyvanların ilboyu saxlanması, yaxu otarılması üçün təşkil edilir.
Jozef Lihi
Jozef Lihi (12 mart 1963, Mişkolç) — Macarıstanlı biatlonçu. Jozef Lihi Macarıstanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Jozef Lihi birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Lihi 40:21.0 saniyəlik nəticəsi ilə 64 atlet arasında 58-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
İlahi Komediya
İlahi komediya (it. La Commedia, daha sonra La Divina Commedia) — 1307–1321-ci illər ərzində italyan yazıçısı Dante Aligyeri tərəfindən yazılmış əsərdir. == Tarixi == Üç böyük hissədən ("Cəhənnəm", "Əraf (Təmizlik)" və "Cənnət") ibarət olan bu poemanı Dante doğma şəhəri Florensiyadan sürgün olduğu illərdə yazmış və ölümündən bir müddət əvvəl tamamlamışdır. Əsər orta əsrlər ədəbiyyatı üçün səciyyəvi olan "o biri dünyaya yuxuda səyahət" formasında yazılmışdır. Əsərin adı olan "İlahi komediya" ifadəsindəki "İlahi" sözü digər italyan yazıçısı Covanni Bokkaçço tərəfindən əsərə daxil edilmişdir. Dante isə yazdığı əsərə "Komediya" adı vermişdir. Əsər haqqında Dante 1307–1321 illərdə "axirət dünya"sına etdiyi xəyali səyahətdən danışan "İlahi Komediya" əsərini yazmışdır. Əsər ilk dəfə olaraq latınca yerinə Toksana ləhcəsi ilə işlədilmiş italyan dilində yazılmışdır. Cəhənnəm -İnferno, Araf-Purgatrio və Cənnət-Paradiso hissələrindən ibarətdir. "İlahi komediya" əsəri Dantenin həyat hekayəsinin onun sənətinə yansımış halıdır.
İlli Qarakilsə
İlli Qarakilsə - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == «Şirak dağlarının şimal tərəfində Elli dərə adlanan dərədə yerləşir». Erməni mənbələrində və rəsmi sənədlərdə İlli Qarakilsə, Qarakilsə İlli kimi yazılır. Toponim - li şəkilçisi qəbul etmiş «bəyə tabe olan el, ərazi» mənasında işlənən il sözü ilə Qarakilsə toponiminin birləşməsindən əmələ gəlib «Qarakilsə kəndində yaşayan el» mənasını ifadə edir. İl sözü qədim türk dilində el sözünün sinonimi kimi işlənmişdir. Ümumiyyətlə, bu toponim üç komponentdən ibarətdir: il (el) +qara+kilsə. Quruluşca mürəkkəb toponimdir. 1920-ci illərdə kənd İlli adlandırılmış və Ermənistan SSR AS RH-nin 25.01.1978-ci il tarixli fərmanı ilə yenidən kəndin adı dəyişdirilib Hoğmik qoyulmuşdur. == Əhalisi == Kənddə XIX əsrin 30 - cu illərinə qədər azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə azərbaycanlılar qırğınlarla qovulmuş və İrandan, Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
İlmi Ümerov
İlmi Ümerov (krımtat. İlmi Rustem oğlu Ümerov; 3 avqust 1957, Fərqanə vilayəti) — Ukraynalı dövlət xadimi, 2015-ci ildən bəri Krım Tatar Milli Məclisi sədrinin müavini, 2002–2005-ci illərdə Krım Ali Şurası sədrinin müavini, 2005–2014-cü illərdə Baxçasaray rayonu dövlət idarəsinin başçısı. == Bioqrafiyası == 1980-ci ildə Əndican Dövlət Tibb İnstitutunun tibb fakültəsini bitirmişdir. 1980–1981-ci illərdə Fərqanə şəhər doğum evinin həkimi olur. 1981–1984 — Fərqanə vilayəti, Marqilan şəhər xəstəxanasının mama-ginekoloqu olur. 1984-cü ildə Marqilan İpək Fabrikinin tibbi hissəsinin anestezioloq-reanimatoloqu olur. 1986–1988-ci illərdə Krasnodar vilayəti Krımsk şəhəri Krım Rayon Xəstəxanasının anestezioloq-reanimatoloqu işləyir. 1990–1992-ci illər arasında Krım, Baxçasaray rayonu Dostluq Kooperativinin Satınalma Mühəndisi olur. 1992–1994-cü illərdə isə Elmaz MMC-nin direktoru olur. 1993-cü ilin payızında Milli Firqə Krım Tatar partiyasının yenidən qurulmasını müdafiə edir.
İlxı qoruğu
İlxı qoruğu — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu ərazisində kənd. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. == Toponimi == Toponim Azərbaycan dilində toplu isim kimi işlənən ilxı (at ilxısı) sözü ilə qoruq sözündən əmələ gəlib "atlar üçün qoruğun yanındakı kənd" mənasını verir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənd "İlxı qoruğu" yerinin adı ilə adlanmışdır. İlxı qoruğu isə İrəvan xanlarının at ilxılarının saxlandığı yerin adıdır. == Əhalisi == Kənddə 1873-cü ildə 242 nəfər, 1886-cı ildə 345 nəfər, 1897-ci ildə 432 nəfər, 1904-cü ildə 215 nəfər, 1914-cü ildə 375 nəfər, 1916-cı ildə 136 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünün qurbanı olmuş, sakinləri qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1920-ci ildə ləğv edilmişdir.
Adana ili
Adana ili — Türkiyənin cənubunda, Aralıq dənizi regionunda, Aralıq dənizi sahilində yerləşən il. İnzibati mərkəzi Adana şəhəridir. Şimaldan Kayseri, şimal-şərqdən Qəhrəmanmaraş, şərqdə Osmaniyə, cənub-şərqdə Hatay, cənubda Aralıq dənizi, cənub-qərbdə Mersin, qərbdə Niğdə illəri ilə əhatələnib. Ölkənin ən sıx əhalinin yaşadığı altıncı ildir. Adana ili ümumilikdə 15 ilçədən, 16 bələdiyyədən, 508 kənddən ibarətdir. Adana il mərkəzi Mersin, Adana, Osmaniyə, Hatay illərini əhatə edən Çukurova coğrafi bölgəsində yerləşir. Bu bölgə tarixən Luvilərin, Arzavaların, Xetlərin, Assuriyalıların, Farsların, Yunanların, Selevkilərin, Kilikiyalıların, Romalıların, Bizanslıların, Abbasilərin, Səlcuqluların, Məmlüklərin, Ramazanoğullarının və Osmanlıların hakimiyyəti altında olub. 1922-ci il tarixində Fransızların bölgədən çəkilməsi ilə bölgə Türkiyə Cümhuriyyətinin torpaqlarına qatılıb 1986-cı ildə qəbul edilən 3306 saylı qanunla Adana şəhər inzibati ərazi dairəsi (ŞİƏD) statusu verilib. İlk əvvəl Seyhan və Yüreğir ilçələri Adana bələdiyyəsi tabeçiliyinə daxil olub. 2004-cü ildə qəbul edilən 5216 saylı qanuna uyğun olaraq Adana şəhər inzibati ərazi dairəsi sərhədləri genişləndirilib və yeni sərhədlər daxilində qalan 5 ilçə şəhər ilçə bələdiyyələri kimi təsis edilib.
Adıyaman ili
Adıyaman ili — Türkiyədə il. == Ərazi == Türkiyə Statistika Qurumunun 2010-cu ilə olan məlumatlarına əsasən il ərazisində 9 inzibati ilçə (Besni, Çelikhan, Gərgər, Sincik, Tut, Kahta, Gölbaşı, Samsat və mərkəz Adıyaman), 19 bələdiyyə, 427 kənd yerləşir. == Əhali == 2011-ci ilə olan rəsmi təxminə əsasən əhalisi 593 931 nəfərdir. == İlçələr == 2010 TUIK məlumatlarına görə mərkəz rayonla yanaşı 9 rayonu, 19 şəhəri və 427 kənd vardır.
Afyonkarahisar ili
Afyonqarahisar ili — Türkiyədə il. Türkiyənin Egey Dənizi Bölgəsində Daxili Qərbi Anadolu Hissəsində yer alan bir ildir. 2010 TUIK məlumatlarına görə rayonda mərkəzi rayon ilə birgə 18 rayon (ilçə) və 388 kənd vardır. == Mahalları == Afyonqarahisar ilində olan ilçeler bunlardır: Başmaqçı Bayat Bolvadin Çay Çobanlar Dazqırı Dinar Əmirdağ Evçilər Müəllimlər Ehsaniyə İsçəhisar Qızılörən Sandıqlı Sincanlı Sultandağı Şuhud == Coğrafiya == Afyonqarahisar ili Anadolu yarımadasının qərb ortasında və Egey regionunun daxili hissəsindədir. Egey sahillərinə açılan Orta Anadolu yaylasının bir eşikidir. Əskişəhər, Konya, İsparta, Dənizli, Uşak və Kütahya ətrafındadır. Vilayətin digər qonşu vilayətlərlə sərhədlərinin ümumi uzunluğu 616 kilometrdir. == Tarix == Məlum olduğu kimi əvvəlcə Hititlərin hakimiyyəti altında olan Afyonkarahisar torpaqları, daha sonra sırasıyla Frigiya və Lidiyanın hakimiyyəti altına keçdi.[1] Sonra, VI əsrdə Makedoniyalı İsgəndər tərəfindən fəth edildi. Ölümündən sonra, torpaqlar Selevki və Pergamon Krallığının suverenliyi altına girdi, daha sonra Roma İmperiyasına qoşuldu. Alp Arslanın Malazgird döyüşünden sonra Türklər Anadolunu fəth etdilər və Karaşar türkləri Sultan I Məsudun əmri ilə Akronium qalasının ətəklərinə yerləşdilər və daha sonra qalaya Karahisar adı verildi.
Afyonqarahisar ili
Afyonqarahisar ili — Türkiyədə il. Türkiyənin Egey Dənizi Bölgəsində Daxili Qərbi Anadolu Hissəsində yer alan bir ildir. 2010 TUIK məlumatlarına görə rayonda mərkəzi rayon ilə birgə 18 rayon (ilçə) və 388 kənd vardır. == Mahalları == Afyonqarahisar ilində olan ilçeler bunlardır: Başmaqçı Bayat Bolvadin Çay Çobanlar Dazqırı Dinar Əmirdağ Evçilər Müəllimlər Ehsaniyə İsçəhisar Qızılörən Sandıqlı Sincanlı Sultandağı Şuhud == Coğrafiya == Afyonqarahisar ili Anadolu yarımadasının qərb ortasında və Egey regionunun daxili hissəsindədir. Egey sahillərinə açılan Orta Anadolu yaylasının bir eşikidir. Əskişəhər, Konya, İsparta, Dənizli, Uşak və Kütahya ətrafındadır. Vilayətin digər qonşu vilayətlərlə sərhədlərinin ümumi uzunluğu 616 kilometrdir. == Tarix == Məlum olduğu kimi əvvəlcə Hititlərin hakimiyyəti altında olan Afyonkarahisar torpaqları, daha sonra sırasıyla Frigiya və Lidiyanın hakimiyyəti altına keçdi.[1] Sonra, VI əsrdə Makedoniyalı İsgəndər tərəfindən fəth edildi. Ölümündən sonra, torpaqlar Selevki və Pergamon Krallığının suverenliyi altına girdi, daha sonra Roma İmperiyasına qoşuldu. Alp Arslanın Malazgird döyüşünden sonra Türklər Anadolunu fəth etdilər və Karaşar türkləri Sultan I Məsudun əmri ilə Akronium qalasının ətəklərinə yerləşdilər və daha sonra qalaya Karahisar adı verildi.
Aksaray ili
Aksaray ili — Türkiyədə il. Aksaray ili 1920-ci ildə təşkil olunmuşdur. 1933-cü ilə qədər 13 il illik etdikdən sonra illiyi ləğv edilmişdir. 20 mart 1933 tarixində 2197 saylı qanunun 3. maddəsi ilə Niğdə ilinə ilçə olaraq bağlanmışdır. 1989-cu ilin 15 iyun gününə qədər 56 il qəza olaraq qalmış olan Aksaray, bu tarixdə köhnə haqqı qaytarılmaq surətiylə təkrar il olmuşdur.
Amasya ili
Amasya ili — Türkiyədə il. Qara dəniz regionunda yerləşir. Əhalisi 375 000 (2007) nəfərdir. == İstinadlar == == Xarici keçidlər == Amasya şəkilləri Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine "1980 Genel Nüfus Sayımı: Tüm idari birimler (Şehir, belde, köy): Amasya İli" (türk). Türkiye İstatistik Kurumu. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-4..
Ankara ili
Ankara ili - Türkiyənin paytaxt ili. == İqtisadiyyatı == İqtisadiyyatına görə Türkiyədə birincidir. Burada əkinçilik, maldarlıq yaxşı inkişaf etməsə də, şərabçılıq və s. sahələrdə öndədir. == Əhali == 2011-ci ilin siyahıya alınmasına görə Ankara ilində 4 milyondan çox adam yaşayır. Onların 45%-i qadınlardır. = İqlim = İlin cənub və orta hissələrində iqlim in soyuq və qar yağmurlu qışları ilə isti və quraq yazları, şimalında isə Qara dəniz iqlimi 'nin mülayim və yağışlı halları görülə bilər. Yer iqlimin hakim olduğu bölgələrdə gecə ilə gündüz, yaz ilə qış mövsümü arasında əhəmiyyətli istilik fərqləri vardır. Ən isti ay iyul və ya avqustdur. Ildəki yerinə görə orta hesabla ən yüksək gündüz istilikləri 27-31 ° C 'dir.
Antalya ili
Antalya — Türkiyənin vilayəti. Turizm potansialı zəngin vilayətdir. Rusiyalı turistləri daha çox cəlb edir. Antalya Türkiyənin cənubunda dəniz səviyyəsindən 30 m yüksəklikdə, eyni adlı körfəzdə yerləşən kurort şəhəridir. O, aypara formasındadır. Ölkənin ikinci paytaxtı hesab olunur. Şəhəri hər tərəfdən Taurus dağı əhatə edir. Gözəl çimərlikləri ilə seçilir. Ərazisi 1,4 min kvadrat kilometrdir. Əhalisi 677 min nəfərdir.
Artvin ili
Artvin ili — Türkiyədə il.
Aydın ili
Aydın ili — Türkiyədə il.
Ağrı ili
Ağrı ili — Türkiyənin Şərqi Anadolu regionunda yerləşən il. Adını Ağrı dağından alan Ağrı 1834-cü ildə qəsəbə, 1869-cu ildə ilçə, 1927-ci ildə il statusu almışdır. == Ərazi == İl 11 376 km² ərazini əhatə edir. == Əhali == 1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 215 min nəfər əhalisinin 130 min nəfəri ana dilini türkcə, 85 min nəfəri isə kürtcə olaraq qeyd etmişdi. 31 dekabr 2014–cü il tarixinə olan məlumata əsasən əhalisinin sayı 549.435 nəfərdir. == Coğrafiya == Ağrı ili dağlıq ərazidə yerləşir. Ən böyük dağı Ağrı dağıdır. İqlimi soyuqdur. Yayda havalar sərin, qışda isə soyuq olur.
Balıkəsir ili
Balıkəsir ili — Türkiyənin Mərmərə və Egey bölgələrində il. İldə on doqquz ilçə var. 2008-ci il əhali sayına görə 1, 1 milyon şəxslə Türkiyənin ən sıx 17-ci ilidir. Sahəsi 14,5 min km²-dir. İnzibati mərkəzi Balıkəsir şəhəridir. Qərbi, cənub-şərqi və şərqi dağlıqdır (Kaz d.– 1774 m). == Məlumat == İlin bir qismi Mərmərə regionunda, bir qismi Egey regionundadır. Balıkəsirin həm Mərmərə dənizinə, həm də Egey dənizinə sahili var. Ərazisinin səthi çay dərləri ilə kəskin parçalanmışdır. Balıkəsir Ağ dəniz iqliminin təsiri altındadır; yayı quraq və isti, qışı soyuq və qarlı keçir.
Bayburt ili
Bayburt ili — Türkiyədə il. Şəhər əhalisi 90.154 nəfərdir. Əhalinin 68,1%-i şəhərlərdə yaşayır. İlin sahəsi 3.746 m²-dir və hər km²-a 24 nəfər düşür. Şəhər mərkəzinin dənizdən hündürlüyü 1555 metrdir. 2016-cı ildə TÜİK məlumatlarına görə bu bələdiyyələrdə ümumilikdə 3 rayon, 5 bələdiyyə, 28 məhəllə və 170 kənd var. == Tarixçə == Bayburt şəhərinin adı Köhnə Qafqaz dillərindən biri olan Urartuluların bölgədə hakimiyyətdə olduqları dövrdə xalq arasında hind-Avropa dilli Mitanni mühacirlərinin sızması nəticəsində yaranmışdır. Bagbartu sözü, bölgəyə Xaltlar arasında məskunlaşmaq üçün gələn qruplar tərəfindən deyildiyi kimi Mitannis-dən gəlir. Bayburt tarixinin məlum tarixi Anadolu, Azzi və Hayasaların tanınmış tayfaları ilə başlayır. Onu Hatti, Hittite və Urartu izləyir.
Biləcik ili
Biləcik ili — Türkiyədə il.
Burdur ili
Burdur — Türkiyədə il.
Bursa ili
Bursa ili — Türkiyədə il. Bursa ili 2000-ci ilin rəsmi siyahıya almasına əsasən Türkiyənın 4-cü böyük ilidir. Mərkəz Mahalları : Osmanqazi, Nilüfer, İldırım, Mudanya, Gemlik, Kestel, Gursu.* Bursa Elinə Bağlı Mahallar : Böyükorxan, Yenişəhər, Xırmancıq, İznik, İnegöl, Mustafakamalpaşa, Karacabey, Keles, Orxanəli, Orxanqazi.
Bartın ili
Bartın ili — Türkiyənin Qara dəniz regionunun Qərb Qara dəniz bölməsində kiçik bir il. 1991-ci ildə Zonguldak ilindən ayrılaraq Türkiyənin 74-cü ili olmuşdur. Şərqdən Kastamonu, cənubdan Karabük, qərbdən Zonquldak, şimaldan Qara dəniz ilə həmsərhəddir. Meşə ilə zəngin olan ilin böyük hissəsi Kürə Dağları Milli Parkının sərhədləri daxilindədir. Bartın çayı Türkiyədə nəqliyyat üçün istifadə olunan tək çaydır. == Coğrafiya == 410, 53° şimal enliyi ilə Qərbi Qara dəniz bölgəsinin 320, 45° şərq uzunluğu arasında yerləşir. Şimalda 59 km uzunluğunda sahil xətti ilə Qara dənizi, şərqdə Kastamonu, şərqdə və cənubda Karabük və qərbdə Zonquldak illəri ilə qonşudur. Sahəsi 2143 km²-dir. Şəhər mərkəzinin hündürlüyü 25 m-dir. == İnzibati bölgü == İl mərkəzi Bartın ilə yanaşı, ilin tərkibində 4 ilçə, 8 bələdiyyə, 50 məhəllə və 263 kənd yer alır: Bartın (il mərkəzi) Amasra Qurucaşilə Ulus (Bartın) == İdarəetmə == İllərdə protokola əsasən ən yüksək yeri tutan Qubernator, mərkəzi hökuməti təmsil edir və prezident tərəfindən təyin edilir.
Batman ili
Batman ili — Türkiyədə il.
Bingöl ili
Bingöl ili — Türkiyədə il. Şərqi Anadolu regionunda, Fərat boyunda yerləşir. 1946-cı ilə qədər Elazığ və Ərzincana bağlı torpaqları varkən Çapaqcur adıyla il oldu. 1950-ci ildə isə adı Bingöl adını daşıyır. Çapaqcur öncə Qaraqoyunluların, sonra Ağqoyunluların əlində olmuşdur. == Əhalisi == 1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 131 min nəfər əhalisinin 89 min nəfəri ana dilini kürdcə, 42 min nəfəri isə türkcə olaraq qeyd etmişdi.
ИХП-234 aşqarı
ИХП-361 aşqarı
ИХП-476 aşqarı
ИХР-388 aşqarı
Əlli altı
Əlli altı — say sistemində ədədlərdən biridir. Əlli beşdən sonra, əlli yeddidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Əlli altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 7, 8, 16, 28 və 56 ədədlərinə qalıqsız bölünür.
Elmi fantastika filmi
Çox vaxt futuristik kosmik gəmilər, robotlar və ya digər texnologiya ilə müşayiət olunan elmi fantastika; yerdənkənar həyat formaları, yad planetlər və zamanda səyahət kimi xəyali hadisələrin spekulyativ və elmi əsaslı təsvirlərindən istifadə edən film janrıdır. Elmi fantastika filmi keçmişdən bu günə qədər siyasi və sosial mövzularda sosial tənqid və “bizi insan edən nədir?” kimi fəlsəfi problemlərin araşdırılması üçün tez-tez istifadə olunan bir film janrı olmuşdur. Elmi-fantastika janrı səssiz kinonun ilk illərindən - Corc Melisin “Aya Səyahət” (1902) filminin çəkilişindən bəri mövcuddur və bu film tamaşaçıları çətin foto effektləri ilə valeh edir. Elmi-fantastika filmləri 1930-cu illərdən 1950-ci illərə qədər aşağı büdcəli B filmləri kimi çəkilmişdir. Lakin Stenli Kubrikin bir dönüş nöqtəsi etdiyi “2001: Bir kosmik dastan” (1968) filmindən sonra elmi-fantastika film janrı daha ciddi bir film janrı kimi qəbul olunmağa başlanmışdır. 1970-ci illərin sonlarında xüsusi effektlərlə zənginləşdirilmiş yüksək büdcəli elmi-fantastika filmləri kinosevərlər arasında populyarlaşmışdır. 1977-ci ildə çəkilmiş və olduqca təsirli filmlər olmuş “Ulduz müharibələri” və “Üçüncü növ yaxın görüşlər” adlı filmlər, “E.T.” (1982) və “Qara Geyinən Adamlar” (1997) filmləri kimi qarşıdakı onilliklərdə çəkiləcək böyük büdcəli elmi fantastika filmlərinin yolunu açmışdır.
Çili İspan dili
Çili İspan dili (isp. Español chileno) — Çilinın rəsmi dilidir.