Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lika (çay)
Lika — Xorvatiyanın Lika bölgəsində çay. 78.1 kilometr uzunluqdadır və 1.570 kvadrat kilometr sahəsi olan bir hövzəyə malikdir. Çayın mənbəyi 596 metr hündürlükdə olan Velebit dağından axan bulaqlardan başlayır. Əsas qolları solda Novçika və Otesika, sağda Qlamoçika və Yadovadır. Çayın üzərində uzunluğu 70 m və eni 5.5 metr olan Kosinc körpüsü tikilmişdir. Çayda tez–tez daşqınlar olduğu üçün suyun axmasını asanlaşdıran silindrik yarıqlarla inşa edilən körpü 1936-cı ildən istifadəyə verilmişdir. Lika çayı üzərində Su elektrik stansiyaları qurulub. 1971-ci ildə Senj SES və Sklope SES su ehtiyaclarını ödəmək üçün çayın qarşısını kəsərək süni Krusçika gölü yaradıldı. Hər 10 ildən bir süni gölün dibini, bənd konstruksiyalarını və hidromexanik avadanlığını yoxlamaq,aşınmaları düzəltmək üçün gölün suyu boşaldılır. 2010-cu ildə göl yenidən boşaldıldı.
Lika Kavjaradze
Lika Kavjaradze (gürc. ლიკა ბესარიონის ასული ქავჟარაძე 26 oktyabr 1959, Tbilisi – 11 oktyabr 2017, Tbilisi) — Sovet və gürcü aktrisası, musiqiçi, model və rəssam. == Bioqrafiyası == Lika Kavjaradze 26 oktyabr 1959-cu ildə Tiflisdə kimya mütəxəssisi ailəsində anadan olmuşdur. Doğulduqdan bir il yarım sonra Likanın valideynləri boşandı və atası ailəsi ilə münasibətləri davam etdirmədi. Lika əvvəlcə yeddi illik məktəbdə oxuyur. Sonra başqa bir məktəbə keçir. Burada orta təhsil alır. 1982-ci ildə Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasını fortepiano bölməsini bitirmişdir. Lika Kavjaradze 12 yaşından bəri filmlərdə çıxış edib. Onun debütü "Badamlar çiçəklənəndə" cinayət dramında çiçəkləri olan bir qız rolu idi.
Sapa İnka
Sapa İnka (Keçua:Inka Qhapaq) və ya Apu — İnklərin Tanrı-hökmdar mənasında istifadə etdikləri isim.
İlya Berezin
İlya Nikolayeviç Berezin (Rusca: Илья́ Никола́евич Бере́зин) 19 iyul 1818-ci il - 3 aprel 1896-cı il) — Rusiya şərqşünası. == Həyatı == == Əsərləri == === Kazanda === Турецкая грамматика (1847) Описание турецко-татарских рукописей, хранящихся в петербургских библиотеках (1846—1849) Système des dialectes Turcs (1849) Путешествие по Дагестану и Закавказью (1850) Библиотека восточных историков (1850—1851, 2 тома) Ханские ярлыки (1850—1852) Путешествия по Востоку (1849—1852, 2 тома) Библиотека восточных турков (1849—1854, 3 тома) Путешествие по северной Персии (1852) Recherches sur les dialectes persans (1853) Грамматика персидского языка (1853) Монография Булгар на Волге (1853) О нашествии Батыя на Россию (1853) Catalogue des mémoires et des médailles du cabinet numismatique de l’université de Casan (1855) === Peterburqda === Народные пословицы турецкого племени (1856) Guide du voyageur en Orient.
İlya Boqdesko
İlya Trofimoviç Boqdesko (rus. Илья́ Трофи́мович Богде́ско) — moldav sovet qrafiki. SSRİ Rəssamlıq Akademiyasının üzvü (1975). SSRİ xalq rəssamı (1963). == Həyat və yaradıcılığı == İlya Boqdesko 20 aprel 1923-cü ildə Ukrayna SSRin Rıbnitsa şəhərinin Botuşanı kəndində anadan olub. 1951-ci ildə İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirib. 1953-cü ildən Moldovada işləmişdir. N.V.Qoqolun "Soroçintsı yarmarkası" (1951), A.S.Puşkinin "Qaraçılar" (1951), Fyodr Dostoyevskinin "Cinayət və cəza" (1972 əsərlərinə və moldav xalq balladası "Maoritsa"ya (1966), Migel de Servantesin "Don Kixot" əsərinə sisilə illüstrasiyalar çəkmişdir (1984—2004). Boqdesko həmçinin "Vətənim" adlı rəngli linoqravür seriyasının (1961—1963), "Ptolomey" (1969), "Söhbət" (1973) linoqravürlərinin, "Konstansa balıqçıları" (1980), "Buludlarda" (1984), "Varlı adaxlı" (1984, "Tacir" (1985) və s. rəngkarlıq əsərlərinin və monumental divar rəsmlərinin müəllifidir.
İlya Drujinin
İlya Drujinin (23 aprel 1998, Volqoqrad) — Rusiyalı üzgüçü. İlya Drujinin Rusiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == İlya Drujinin birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 14:59.56 saniyəlik nəticəsi ilə 13-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
İlya Efron
İlya Abramoviç Efron (1847, Vilno, Rusiya imperiyası — 19 aprel 1917, Petroqrad, Rusiya Respublikası) — Oktyabr inqilabına qədər ən məşhur Rusiya naşirlərindən biri.
İlya Erenburq
İlya Qriqoreviç Erenburq (14 (26) yanvar 1891[…], Kiyev – 31 avqust 1967[…], Moskva) — rus yazıçısı, ictimai xadim. SSRİ Dövlət mükafatı laureatı. 1908-ci ildə Parisә mühacirət etmiş, 1917-ci ildə Rusiyaya qayıtmışdır. 1920-ci illər də yaratdığı əsərlərin başlıca mövzuları borc və zifə məsuliyyəti ilə duyğuların konflikti, insanla cəmiyyətin qarşılaşdırılması, kapitalizmin tənqidi olmuşdur.
İlya Kaverin
İlya Kaverin (2 (15) may 1910, Astara, Lənkəran qəzası – 19 noyabr 1963, Astara, Lənkəran rayonu) — Qızıl Ordunun baş çavuşu, Böyük Vətən Müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı (1944). == Bioqrafiyası == 1910-cu il mayın 15-də Astara şəhərində anadan olub. İbtidai təhsilini aldıqdan, sonra balıqçılıq sahəsində çalışıb. 1941-ci ildə hərbi xidmətə çağırılıb. 1943-cü ilə qədər kiçik çavuş İlya Kaverin, Kiyevin azad edilməsində iştirak edib və fərqlənib. Kiyev yaxınlığında alman müdafiəsinin sıçrayışı zamanı o, düşmənin bir neçə artilleriya qurğusunu və minaatanlarını məhv edərək düşmən xəttinin yarılmasına və düşmənin geri çəkilməsinə nail olub. Döyüşlərin birində İlya Kaverinin tankı vurulub. Bütün ekipaj üzvləri həlak olsa da İlya sağ qala bilib. Təkbaşına tankda baş verən yanğını söndürməyi bacarıb. Lakin tank tamamilə sıradan çıxdığına görə qeyri bərabər döyüşə girməyə məcbur olub.
İlya Kokşintsau
İlya Meçnikov
İlya İliç Meçnikov (rus. Илья Ильич Мечников; 15 may 1845, İvanovka - 15 iyul 1916, Paris) — immun sistemi üzərindəki araşdırmaları ilə tanınan və Nobel mükafatına layiq görülən yəhudi əsilli rus alim. == Həyatı == İlya Meçnikov 15 may 1845-ci ildə İvanovkada anadan olmuşdur. Xarkov Universitetini iki il içərisində bitirərək Almaniyanın Qissen Universitetində Rudolf Leukart (1822-1898) ilə bir il işləmişdir. Daha sonra su canlıları üzərində tədqiqatların mərkəzi olan Neapol şəhərinə gedərək embrion inkişafını öyrənməyə başlamışdır. Almaniyaya qayıdıb Münhen və Qöttingen Universitetlərində hazırladığı teoremini 1867-ci ildə Sankt-Peterburq Dövlət Universitetinə təqdim edərək doktora alan Meçnikov Aleksandr Kovalevski ilə birlikdə Kari Ernst von Bir mükafını qazanmışdır. Eyni il Odessa Universitetində işləməyə başlayan Meçnikov növbəti il Sankt-Peterburq Dövlət Universitetinə göndərilsə də 1870-1882-ci illərdə yenə Odessa Universitetində işləmişdir. 1873-cü ildə birinci arvadının ölümündən və 1880-ci ildə ikinci arvadının ağır xəstələnməsindən sonra iki dəfə intahar cəhdi edən Meçnikov 1882-1886-cı illərdə Messinada özəl araşdırma mərkəzində yad maddələri udaraq məhv edən hüceyrələr üzərində araşdırma aparmışdır. 1886-cı ildə Odessa Bioloji İnstitutunun idarəçisi olmuş, 1888-ci ildə Parisə köçərək həyatının sonuna qədər araşdırmalarını Paster İnstitutunda aparmışdır. 1906-cı ildə London Kral Cəmiyyəti tərəfindən Kopli medalına layiq görüldükdən sonra immun sistemi üzərindəki işlərinə görə 1908-ci ildə Fiziologiya və tibb üzrə Nobel mükfatını Erlixlə bölüşmüşdür.
İlya Novikov
İlya Novikov (rus. Илья Новиков) — rusiyalı hüquqşünas, "Nə? Harada? Nə zaman?" televiziya klubunun oyunçusu. == Peşəkar karyerası == İlya Novikov Rusiya Dövlət Ədliyyə Universitetini fərqlənmə ilə bitirib. 2005-ci ildən orada hüquq və hakimlərin ixtisasının artırılması fakültələrində dərs deyir. 2011-ci ilin avqustundan "Qonçarova, Novikov və tərəfdaşları" hüquq bürosunun baş tərəfdaşıdır. 2013-cü ilin yanvarından "Tenzor Consulting Group" konsaltinq şirkətinin tərəfdaşıdır. Hazırda vəkil statusuna malikdir. Novikovun müştəriləri arasında — rusiyalı jurnalistlərin ölümündə və Ukrayna-Rusiya sərhədinin qeyri-qanuni keçilməsində günahkar bilinən ukraynalı hərbçi Nadejda Savçenko və Moldovada, xüsusilə iri məbləğdə dələduzluqda və pulların yuyulmasında ittiham olunan biznesmen və siyasətçi Vyaçeslav Platon da olub.
İlya Oleynikov
İlya Lvoviç Oleynikov (real soyadı - Klaver) — RF-nin xalq artisti, Sovet-Rus aktyoru, rejissor, «Balaca şəhər», və ya «Şəhərcik» (rus. «Городок») verilişinin aparıcısı. == Həyatı == İlya Oleynikov (Klavyor) 10 iyul 1947-ci ildə Kişinyov şəhərində anadan olub. Oleynikov “Qorodok” proqramının yaradıcısı və aktyoru kimi məşhurlaşıb. İlya Oleynikov bu proqramı 1993-cü ildə Yuri Stoyanovla birlikdə yaratmışdı. 11 noyabr 2012-ci ildə RF-nin xalq artisti İlya Oleynikov 65 yaşında vəfat edib. Oleynikovun oğlu Denis Klyaver "Exo Moskvı"ya bildirib ki, aktyor ağır xəstəlikdən əziyyət çəkirmiş. Son vaxtlar səhhəti çox pisləşibmiş və ürəyi davam gətirməyib.
İlya Petruşevski
İlya Pavloviç Petruşevski (rus. Илья́ Па́влович Петруше́вский; (10 (22) iyun 1898, Kiyev – 1977[…], Leninqrad) ― Sovet şərqşünası, SSRİ-nin Əməkdar Elm Xadimi. Tarix Elmləri doktoru və professor. == Tərcümeyi-hal == 1926-cı ildə Xarkov və Bakı Universitetlərinin tarix-filologiya fakültəsini bitirmişdir. 1926–1931-ci illərdə Bakıda işləmişdir. 1931-ci ildə P. K. Zhoze və Yu. N. Marr, Tiflisdəki SSRİ Elmlər Akademiyası Qafqaz Tədqiqatları İnstitutunda ərəb və fars dillərini öyrənmişdir. 1933–1936-cı illərdə Tiflis Universitetində dərs demişdir. Tarix elmləri namizədi (1935, müdafiəsiz). 1936–1941-ci illərdə SSRİ Elmlər Akademiyası Tarix İnstitutunun Leninqrad filialında işləmiş, regional pedaqoji institutda dərs demişdir.
İlya Qabay
İlya Yankeleviç Qabay (rus. Илья́ Янкеле́вич Габа́й; azərb. İlya Yankeleviç Qabay‎) - Sovet Sosialist Respublikaları İttifaqıda insan hüquqları fəalı kimi fəaliyyət göstərmiş məşhur dissident. Eyni zamanda yazıçı, şair və ədəbiyyat müəllimi kimi müxtəlif fəaliyyətləri də mövcuddur. 1935-cü ildə Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində, yəhudi ailəsində anadan olmuşdur. Yazıçı kimi bütün əsərləri Samizdat nəşrlərində çıxmışdır. Samizdat əsərləri 60-70-ci illərdən etibarən SSRİ-də kütləvi və gizli formada yayılmağa başlamış və əsasən dissident yazıçılar tərəfindən yazılan bədii və fəlsəfi əsərlərə deyilirdi. Qabay göstərmiş olduğu fəaliyyələt səbəbindən hər zaman üzərində təziq hiss etmiş və bir necə dəfə həbs olunmuşdur. 1973-cü ilin 20 oktyabr tarixində SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən göstərilən təziqlərdən sonra özünü Moskva şəhərində yerləşən evinin eyvanından ataraq intihar etmişdir. Vəsiyyətinə uyğun olaraq cənazəsi Bakı şəhərində yerləşən və Bakı rus məzarlığı kimi tanınan ərazidə dəfn edilmişdir.
İlya Qrişunin
İlya Qrişunin (d. 17 fevral 1989) — Azərbaycanı təmsil edən Rusiya əsilli batut gimnastı. İlya Qrişunin 2015-ci ildə I Avropa Oyunlarında bürünc medal qazanıb. İlya Qrişunin 2015-ci ildə həmdə "Tərəqqi" medalına layiq görülüb. == Həyatı == İlya Qrişunin 1989-cu il 17 fevralda Rusiyanın Tolyatti şəhərində anadan olub. 1997-ci ildən idmanla məşğul olan İlya Qrişunin ali təhsilini Kuban Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetində alıb. == Karyerası == İlya Qrişunin 2015-ci ildə Azərbaycanı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında təmsil etdi. Sinxron hərəkətlərdə İlya Qrişunin və Oleq Piunov 54.400 xal ilə təsnifat mərhələsində 10 idmançı arasında 9-cu yeri tutdu. Fərdi hərəkətlərdə isə İlya Qrişunin 58.765 xal ilə finalda 6 idmançı arasında 3-cü yeri tutdu və I Avropa Oyunlarının bürünc medalını qazandı.. İlya Qrişunin 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
İlya Qurin
== Həyatı == 9 iyul, 1922-ci ildə Ukraynanın Xarkov şəhərində dünyaya göz açmışdır. Rusiyanın əməkdar incəsənət xadimidir(1974). ÜDKİ-nin "Rejissorluq" fakültəsini bitirmişdir.(1952). Mixail Rommun yaradıcılıq emalatxanasında təhsil almışdır. Böyük Vətən Müharibəsini iştirakçısı olan Qurin 1952-ci ildən Maksim Qorki Adın Kinostudiyada fəaliyyətə başlamışdır. Azərbaycan kinosunda da fəaliyyət göstərmişdir. 8 sentyabr 1994-cü ildə Moskvada vəfat etmişdir. == Filmoqrafiya == Bir məhəllədən iki nəfər (film, 1957) == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino.
İlya Repin
İlya Repin (rus. Илья́ Ефи́мович Ре́пин, ukr. Ілля Юхимович Рєпін; 24 iyul (5 avqust) 1844[…] – 29 sentyabr 1930[…], Repino[d], Finlandiya) — Ukraynada doğulmuş kazak mənşəli XIX əsr rəssamı. Müxtəlif mənbələrdə həm Ukrayna rəssamı və Rusiya rəssamı kimi təqdim edilir. Peredvijniki Rəssamlar Dərnəyinin üzvü olan Repin əsərlərinin önəmli bir hissəsini anadan olduğu Ukrayna ərazisinə həsr etmişdi. Realist əsərlərinin çoxunda böyük bir psixoloji dərinlik var və bu mövcud sosial quruluşa olan gərginliyi əks etdirir. 1920-ci illərin sonunda haqqında ətraflı yazılar dərc olunmuşdu və təqribən 10 il sonra Repinin əsərlərinə qarşı vurğunluq formalaşmışdı. SSRİ-də Sosialist realizminə mənsub olan incəsənət xadimləri tərəfindən örnək alınması gərəkli olan bir model kimi qəbul olunmuş, fəaliyyəti təqdir olunmuşdur. == Həyatı və fəaliyyəti == İlya Repin 5 avqust 1844-cü ildə indiki Ukrayna ərazisində yerləşən Çuquyev şəhərində rus ailənin övladı olaraq anadan olmuşdur. Atası hərbçi, anası isə müəllimə idi.
İlya Reznik
İlya Raxmieleviç (Leopoldoviç) Reznik (rus. Илья́ Рахми́элевич (Леопольдович) Ре́зник; 4 aprel 1938, Leninqrad) — Rusiya nəğməkar şairi, iş adamı, Rusiya Federasiyasının xalq artisti (2003), Rusiya Bədaye Akademiyasının fəxri üzvü, Ukraynanın xalq artisti (2013).
İlya Safonov
İlya Moiseyeviç Safonov (d. 1909 və ya 1913, Rusiya – ö. 17 mart, 1967) — Sovet İttifaqı Qəhrəmanı (3 iyun 1944). == Həyatı == İlya Safonov 1913-cü ildə Rusiyanın Krasnodar diyarı Kurqan rayonunun Novomixaylovskaya stansiyasında anadan olub. Milliyətcə rusdur. 15 yaşında olarkən Bakıya gəlmişdir. 1943-cü ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Kapitan, 320-ci atıcı diviziyanın 478-ci minomyot alayının komandiri İlya Safonov Dnepr çayının alınmasında fərqlənmişdir. 3 iyun 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin, A. Nevski ordenləri və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.
İlya Selvinski
İlya Lvoviç Selvinski (1920-ci illərdə Elliy-Karl və İlya-Karl Selvinski təxəllüsünü istifadə etmişdir, müharibə dövrünün sənədlərində – İlya-Karl Lvoviç; 1899–1968)– 12 (24) oktyabr 1899 və ya 24 oktyabr 1899, Simferopol – 22 mart 1968[…], Moskva)— krımçak mənşəli rus-sovet şairi. Həmçinin dramaturq və nasir kimi fəaliyyət göstərib. Konstruktivistlər ədəbi mərkəzinin təsisçisi və rəhbəri. == Həyatı == İlya Selvinski (anadan olanda Selevinski)1899-cu il 12(24) oktyabrda Simferopolda türk soylu krımçak ailəsində dünyaya göz açmışdır. Babası Elya(Elioqu) Şelevinski Fanaqoriya alayının kantonisti olub. Atası Leyba Elşaeloviç Selevinski (gündəlik həyatda Lev İliç və Lev Solomonoviç; ?–1923, Moskva), 1877-ci ildə Rus-türk müharibəsində iştirak etmiş, sonralar dəri və xəz ticarəti ilə məşğul olmuşdur. Anası – Nadejda(Nexa) Lvovna Selvinskaya (1856–1938), külü Yeni Donski qəbiristanlığında dəfn edilmişdir. İlya Lvoviçin avtobioqrafiyasında(1967) da qeyd olunduğu kimi onun atası "xəzçi idi, sonra isə kürkçüyə çevrildi". 1905-ci ildə süqut edən dalğalardan qaçan ana, kiçik oğlu və qızları ilə birgə İstanbula getməli olur. Burada 1905–1906-cı illərdə İlya fransız katolik missiyasında, sonra Edikulda bir ərəb məktəbində oxuyur, bir neçə ay sonra isə Simferopola qayıdırlar.
İlya Sen
İlya İqoreviç Sen (14 yanvar 1999-cu ildə Belarusda anadan olub) — Belarus Premyer Liqası təmsilçilərindən olan BATE Borisov klubunda hücumçu kimi çıxış edən peşəkar Belaruslu futbolçudur. == Klub karyerası == === BATE Borisov === Sen BATE Borisov akademiyası vasitəsilə inkişaf etmişdir. Sen öz peşəkar karyerasında debütünü 11 iyul 2018-ci ildə Energetik–BDU klubuna qarşı oyunda etmişdir. O, 46-cı dəqiqədə Yasse Tuomineni əvəz etmiş və 101-ci dəqiqədə qolla yadda qalmışdır. Belarus Kuboku görüşündə BATE rəqibinə 2–1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 7 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Belarus Superkuboku görüşləri daxildir. == İstinadlar == == Xarici keçidlər == İlya Sen at WorldFootball.net İlya Sen — transfermarkt.com saytında.
İlya Seqaloviç
İlya Seqaloviç (rus. Илья́ Валенти́нович Сегало́вич; 13 sentyabr 1964, Nijni Novqorod[…] – 27 iyul 2013, London) — məşhur Rusiyalı proqramçı və ictimai xadim; Yandex.ru portalının — internet axtarış sisteminin təsisçisi. Həmçinin "Rus dilinin milli korpusu" informasiya-məlumat sisteminin həmtəsisçisi kimi də tanınır. == Həyatı == İlya Seqaloviç 13 sentyabr 1964-cü ildə Qorki (indiki Nijni Novqorod) şəhərində dünyaya gəlib. O, ali təhsilini 1981–1986-cı illərdə Moskva Geoloji Kəşfiyyat İnstitunun geofizika fakültəsində alıb. Seqaloviç institutu bitirdikdən sonra Ümumittifaq Mineral Xammal İnstitutunda proqramçı işləyir. Burada "Fortran" geofiziki informasiya sistemlərini yazır. 1991-ci ildə sinif yoldaşı Arkadi Volojun təsis etdiyi telekommunikasiya avadanlıqları tədarük edən "CompTek" şirkətində işləməyə başlayır. Voloj bu şirkətin əsasını 1989-cu ildə qoyub. Seqaloviç İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu ilə əməkdaşlıq edərək, gərgin əmək sayəsində CompTek şirkətində axtarış lüğəti yaradır.
İlya Suxişvili
İlya İliç Suxişvili (gürc. ილია (ილიკო) ილიას ძე სუხიშვილი;4 (17) aprel 1907, Tiflis – 24 mart 1985, Tbilisi) — Sovet, gürcü rəqqası (balet artisti), xoreoqraf, baletmeyster. Sosialist Əməyi Qəhrəmanı (1990), SSRİ xalq artisti (1963). == Həyatı == Milliyyətcə osetin olan İlya Suxişvili 1907-ci il martın 22-də (4 aprel) Tiflisdə anadan olub. 1922–1924-cü illərdə Gürcü Xalq Rəqsləri Studiyasında (indiki Tbilisi Xoreoqrafiya Məktəbi) (müəllim A. Q. Aleksidze) və Mariya Perinin rəhbərliyi ilə balet məktəbində təhsil almışdır. İlya Suxişvili 1924-cü ildə səhnədə gürcü xalq rəqslərinin ifaçısı kimi debüt edib. O, 1926-cı ildən Tiflis Opera və Balet Teatrının truppasının rəqqası olmuş, tamaşalarda gürcü xalq rəqslərini ifa etmişdir. Suxişvili 1928–1932-ci, 1935–1939-cu və 1941–1945-ci illərdə Tiflis Opera və Balet Teatrında aparıcı rəqqası (balet solisti) və gürcü rəqslərinin rejissoru olub. 1933–1935-ci illərdə Dövlət Akademik Böyük Teatrda təcrübə keçmişdir. Anton Rubinşteynin "Cin" operasının, Mixail Qlinkanın "Ruslan və Lyudmila" operasının, Sezar Puninin "Balaca donqarlı at" baletinin tamaşalarında rəqs etmiş, eyni zamanda teatrda xoreoqraf köməkçisi kimi fəaliyyət göstərmişdir.
İlza Kox
İlza Kox (1906–1967) — nasist cəlladı. İlza Kox Almaniyanın Drezden şəhərində fəhlə ailəsində anadan olmuşdur. İkinci Dünya Müharibəsi zamanı öz qəddarlığı ilə tarixdə qalmışdır. == İlza Koxun cinayətləri == İlza Kox əsirlərin dərilərini soyduraraq qurudur və onlarla otağını bəzəyirdi. Onun bir sadistliyi də bədənində döymə olan əsirləri dərhal ölümə göndərməsi idi. Döymə dərilər quruduqdan sonra onlardan yataq otağındakı çarpayının, stolun və digər əşyaların üstünü örtmək üçün istifadə edirdi. Əri Karl da ondan geri qalmırdı. O da əsirlərə olmazın işgəncələr verirdi. Buhenvaldda içində vəhşi heyvanlar saxlanan kiçik bir heyvanat bağı vardı. Bu əsir düşərgəsindən bir təsadüf nəticəsində sağ çıxmağı bacaran Morris Hubert sonralar məhkəməyə şahid qismində verdiyi ifadəsində belə demişdi: "Düşərgədə içində ayı və bir qartal olan qəfəs vardı.