Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mulça
Mulça - kənd təsərrüfatında mulçalamaq məqsədilə istifadə olunan üzvi və qeyri-üzvi mənşəli materiallar. Torpaqdan buxarlanmanı zəiflətmək, onun temperaturunu nizamlamaq, torpaq strukturunu dağılmaqdan qorumaq və alaq otlarının cücərtilərilə mübarizə aparmaq məqsədilə torpaq səthinin müxtəlif materiallarla (mulça ilə) örtülməsi. Mulçalamaq məqsədilə mulça kağızı, tol, karton, xırda peyin, saman, daş qırıqları və s.-dən istifadə edilir.
Buca
Buca (türk. Buca) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimalında Konak, şimal-şərqində Bornova, şərqində Kamalpaşa, cənubunda Torbalı, cənub-qərbində Menderes, qərbində isə Qaziemir və Qarabağlar ilçələri yerləşir. İlçənin sahəsi 178 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 510,695 nəfərdir.
Musa
Musa (ivr. ‏מֹשֶׁה‏‎; ən tezi e.ə. 1689 və ən geci e.ə. 1391 – ən tezi e.ə. 1473 və ən geci e.ə. 1271) — Allahın elçisi, Misirdə doğulmuş yəhudi əsilli peyğəmbər. Musa Xristianlıq, İslam və Bəhailik kimi İbrahimi dinlərdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir. Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.
Muçu
Muçu — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. Muçu oyk., sadə. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Əsl adının Mouci olduğu söylənilir. Mucu variantında da qeydə alınmışdır. Tədqiqatçıların ehtimalına görə, oykonim ərəb dilindəki mouc (səngər, sədd) sözündən və tat dilində isimlərin sonuna əlavə olunaraq müəyyənlik bildirən -/ şək. -sindən ibarətdir. Yaşayış məntəqəsinin adı “səngər, sədd yeri” məna¬sındadır.
Muna
Muna (albom) — ABŞ indi-pop musiqi qrupu "Muna"nın üçüncü studiya albomu. Muna çayı — Lena çayının sol qolu.
Aşıq Musa
Aşıq Musa (1795–1840. 1830–1912) — XIX əsr Azərbaycan aşıqlarındandır. Aşıq Musa Səfər oğlu XIX əsr Azərbaycan aşıqlarındandır. Bəzi mənbələrdə Göyçənin Ağkilsə, bəzi mənbələrdə isə Qaraqoyunlu kəndində dünyaya gəldiyi güman olunur. Həyat və fəaliyyəti haqqında məlumat azdır. Saf məhəbbətin tərənnümünə aid şeirləri ilə yanaşı fırıldaqçı və yalançı din xadimlərini ifşa edən əsərlər də yazmışdır. Şeirlərindən məlum olur ki, Aşıq Musa yaxşı təhsil görmüş, xüsusilə də divan şeriylə yaxından maraqlanmışdır. Əlimizə gəlib çatan az saylı şeirləri qoşma, gəraylı, müxəmməs və divan janrındadır. XIX əsrin digər aşıqları kimi Aşıq Musa da öz şeirlərində əsasən sosial məsələlərə, xalqın problemlərinə, insanların qarşılaşdıqları çətinliklərə, saz və sözün önəmi kimi məsələlərə toxunmuşdur. Şeirlərindən bəlli olur ki, o, sazlı-sözlü məclislərdə iştirak etmişdir.
Banu Musa
Əhməd Banu Musa — Müsəlman dünyasında texnikanın inkişafına təsir göstərən alim. Banu Musa kimi tanınan Məhəmməd, Əhməd və Əl-Həsən qardaşları, Xəlif Əl-Məmunun yol göstərəni və münəccimi Şakirin ovladları olmuşlar (IX əsr). Ataları öldükdən sonra uşaqların taleyi Xəlifə tərəfindən Bağdad şəhərini hökmdarı İbrahim əl-Musabiyə tapşırılır. Uşaqların təhsili ilə Bağdad şəhərində fəaliyyət göstərən, İsgəndəriyyənin Museyon məktəbi ilə müqayisə oluna biləcək, "Hikmət evi" kitabxanasında tərcüməçiliklə məşğul olan Yahya ibn Abu Mansur məşğul olur. Qardaşlardan böyüyü Məhəmməd həndəsə və astronomiya uzrə, ortancıl qardaş Əhməd mexanika uzrə və kiçik qardaş Həsən həndəsə uzrə təhsil alırlar. Bu qardaşlar ümumilikdə 20-yə yaxın kitab yazmışlar və bununla müsəlman elminin inkişafına güclü təkan vermişlər. Ümumiyyətlə müsəlman dünyasında texnikanın inkişafı Əhməd Banu Musanın kitabı ilə başlayır. Bu tanınmış kitab 850-ci ildə yazılmış "Texniki qurğular kitabı"dır (ərəb. Kitab Əl-Hiyal). Banu Musa antik dövrdə yaşamış yunan mühəndisi Heronun işləri ilə tanış olmuşdur.
Buça qətliamı
Buça qətliamı və ya Buça soyqırımı — Rusiya-Ukrayna müharibəsi gedişində Buçanın dinc sakinlərinə qarşı Rusiya Silahlı Qüvvələri tərəfindən törədilmiş kütləvi qətl və işgəncələr. Ukrayna, Polşa, Latviya və Estoniya rəsmiləri bu olayları soyqırımı adlandırıblar. The Kyiv Independent yazdığına görə, martın 4-də Rusiya qüvvələri it sığınacağına yemək çatdırmaqdan qayıdan üç dinc insanı maşında öldürüb. Martın 5-də, saat 7:15-də içində qaçmağa cəhd edən iki ailə olan iki maşın Çkalova küçəsinə dönən zamanı Rusiya qüvvələri tərəfindən görünüb. Onlar maşınlara atəş açaraq, ikinci maşındaki kişini öldürüblər. Öndə olan maşın isə pulemyot atəşinə məruz qalıb və ordaki iki uşaq və anası dərhal həyatlarını itiriblər. Sosial medialarda kütləvi qırğınları göstərən ilk video Rusiya qoşunların geri çəkilməsindən sonra, aprelin 2-də yayımlanmağa başlayıb. Buça merinin, Anatoli Fedorukun sözlərinə görə, bölgədə aşkar olunmuş cəsədlərin arasında "yüzlərlə Rusiya əsgərləri" də var idi. Bundan sonra, Rusiya qüvvələrinin işğal zamanı törətdiyi hərbi cinayətlərinin daha çox sübutları aşkar olunmağa başladı. Ukrayna Müdafiə Qüvvələrinin əsgərlərinin sözlərinə görə, onlar Buçanın yanında yerləşən Zabuççyadaki yay düşərgəsinin zirzəmisində on səkkiz kişi, qadın və uşaq meyitini şikəst edilmiş vəziyyətdə tapmışlar.
Fuça zirvəsi
Fuça zirvəsi (bolq. връх Фуча, ‘Vrah Fucha’ \'vr&h 'fu-cha\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2600 m hündürlüklü qaya zirvəsidir. Zirvə Marsa buzlağından qərbdə, Padala buzlağından cənub-şərqdə yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Bangey yüksəkliyinə daxildir. Zirvə qərbi Bolqarıstanda yerləşən Kiçik və Böyük Fuça şəhərlərinin adını daşıyır. Fuça zirvəsi 78°02′16″ c. e. 85°37′15″ q. u.
Hz. Musa
Musa (ivr. ‏מֹשֶׁה‏‎; ən tezi e.ə. 1689 və ən geci e.ə. 1391 – ən tezi e.ə. 1473 və ən geci e.ə. 1271) — Allahın elçisi, Misirdə doğulmuş yəhudi əsilli peyğəmbər. Musa Xristianlıq, İslam və Bəhailik kimi İbrahimi dinlərdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir. Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.
Kalba Musa
Kalba Musa (1856, Naxçıvan – 1924, Göyçay) – Azərbaycan xeyriyyəçisi. 1901–1909-cu illər arasında hələ də şəhər sakinləri tərəfindən istifadə olunan su quyularını xeyriyyə məqsədilə qazdırıb şəhərin su təminatını yaxşılaşdırmışdır. Kalba Musa XIX əsrin sonlarında ailəsi və qohumlarının köməyi ilə icarəyə götürdüyü torpaqlarda təsərrüfat yaradaraq tezliklə varlanmış, xeyriyyəçiliklə məşğul olmuşdur. Sudan qıtlıq çəkən Naxçıvana "Kabla Musa çeşməsi" adlı məşhur bulağı çəkdirmişdir. Kabla Musa bu məqsədlə 1901-ci ildə Naxçıvan şəhərindən 3 kilometr yuxarıda Şıxmahmud kəndinin yanında, Naxçıvan çayının sağ yatağında quyular qazdırıb şəhərin əsaslı su təminatını yaratmaq üçün ən təcrübəli, bacarıqlı kankanları ətrafına toplayır. Sər-hesab edərək belə qənaətə gəlir ki, burada azı 130–140 quyu qazılmalıdır. Dərinliyi 30–35 metrə çatacaq bu quyuları yeraltı lağım atıb bir-birinə bənd eləməklə şirin suyu öz axarı ilə şəhərə gətirmək lazımdır. Bu işdə ən çətin məsələ o dövrdə lazımi alət və texniki vasitələr olmadan bir-birindən 60–80 metr aralı olan quyuların yeraltı xətlərlə birləşdirilməsi idi. Balaca əl torbalarında uzun kəndir-sicimlərlə bu qədər torpağı yerin dərinliyindən qazıb-çıxaran kankanların işi, sözün əsl mənasında, böyük fədakarlıq idi. Səkkiz il sərasər 135-dək quyu qazılır və lağım vasitəsilə birləşdirilir.
Luca Carboni
Luka Karboni (orig. Luca Carboni; 12 oktyabr 1962[…], Boloniya) — tanınmış İtalyan müğənnisi. O, həm də rəssam və dülgərdir. Luka Karboni İtaliyanın Bolonya şəhərində doğulub. Musiqi karyerasını 1981-ci ildə bəstəkar və qitaraçı kimi başlayan musiqiçi, solo ifaçı kimi 1983-cü ildən fəaliyyətdədir. Karboni İtaliyanın ən məşhur musiqiçilərindən biridir.
Mansa Musa
Mansa Musa (təq. 1280, Mali imperiyası – ən tezi 1332 və ən geci 1337) — 1307/12-1332/37-ci illərdə hakimiyyətdə olmuş orta əsr Mali dövlətinin mansası (ali hökmdar). Keyta sülaləsinin nümayəndəsi idi. Mali dövlətinin banisi Sundiat Keytanın qardaşı oğlu idi. May ayının ilk ongünlüyündə anadan olmuş, bu təxminən 1 maydan 8 maya qədərdir və avqustun son ongünlüyündə ölmüşdür - bu isə 24-31 avqust aralığını əhatə edir. Onun hakimiyyəti illərində Mali tarixində ən böyük ərazilərə sahib idi. Ölkə əhəmiyyətli dərəcədə böyümüş və mədəni inkişafının zirvəsinə çatmışdır. Musanın hökmranlığı əsasən o dövrün ərəb salnaməçilərinin qeydlərindən məlumdur: ən dolğun məlumatları - Şihab əd-din Əhməd ibn Yəhya ibn Fadlallah əl-Omari ad-Dimashki (ərəb. شهاب الدين احمد ابن يحيى ابن فضل الله العمري الدمشقي‎), İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (ərəb. أبو عبد الله محمد ابن بطوطة‎‎) və Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (ərəb.
Mirzə Musa
Mirzə Musa (fars. میرزا موسى‎; azərb. Ağayi-Kəlim‎) — Bəhai dininin banisi Bəhaullahın qardaşı, bəhailikdə 19 həvaridən biri. Şövqi Əfəndi tərəfindən tərtib edilmiş həvarilərin sıralamasında Mirzə Musa mühüm yer tutur. Dinin əsas fiquru sayılan Bəhaullahın ata-ana bir qardaşı olan Mirzə Musa Bəhai dininin yayılmasında qardaşı ilə birgə xidmətlər göstərmişdir. Bəhailərin, Bəhaullahın və oğlu Əbdül-Bəha Abbasın təqiblərə məruz qalması Mirzə Musadan yan keçməmiş, qardaşı kimi tez-tez təbliğ etdiyi dini ideyalara görə incidilmişdir. Bəhai tarixində təsvir olunduğu kimi, Mirzə Musa son günə qədər inancında dəyanətli qalmışdır və qarşılaşdığı bütün məhrumiyyətlərə baxmayaraq öz fikirlərindən imtina etməmişdir. Bəhaullah qanunlara olan hörmətini göstərmək üçün Mirzə Musanı nümunə kimi təqdim etmişdir.
Molla Musa
Molla Musa — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənubda, Gümrü şəhərindən 5 km qərbdə, Arpaçayın sağ sahilində yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Toponim Molla Musa şəxs adı əsasında formalaşmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Musakan qoyulmuşdur. Bir daha Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Voskeask adlandırılmışdır.
Moça adası
Moça adası (isp. La Orchila) — Çilinin Arauko vilayəti ərazisinə daxil olan ada. Sakit okean sahillərindən bir qədər aralıda yerləşir. Sahəsi 48 km² təşkil edir. Şimalından cənuba doğru dağ silsiləsi keçir. Mapuçe xalqının mifologiyasına görə ada ruhlar aləminin toplaşdəğı məkandır. Hazırda ada ərazisinin 45 %-ni Moça mili parkı tutur. Ada həmdə çoxlu sayda gəminin qəzaya uğradığı yer kimi tanınır. ada ətrafı ərazilər balıq ovu üçün olduqça əılverişlidir. Ada bəzən qədim polineziyalıların Cənubi Amerika ilə əlaqə qurduğu yer kimi hallandırılır.
Muna Mahmudnizad
Muna Mahmudnizad (fars. مونا محمودنژاد‎‎; 10 sentyabr 1965, Ədən – 18 iyun 1983, Şiraz) — Bəhai dininə mənsub olması səbəbindən Şiraz şəhərində digər doqquz qadınla birlikdə asılaraq edam edilmiş bəhai dinin təbliğatçısı, gənc müəllim. Muna Mahmudnizad əsasən bəhai olduqları üçün İrandakı orta məktəblərdə təhsil almaq hüquqlarından məhrum edilmiş uşaqlara əlavə dərs verməkdə ittiham olunmuş və bu hərəkətləri ilə həmin uşaqları pis yola çəkməkdə günahlandırılmışdır. Bəhai dininin inzibati orqanı olan Ümumdünya Ədalət Evinin İsrailin Hayfa şəhərində yerləşməsi səbəbindən Munaya sionist damğası da vurulmuşdur. Muna Mahmudnizad 1965-ci ilin 10 sentyabr tarixində Yəmən dövlətinin paytaxtı Səna şəhərində Yadulla və Fərxundə Mahmudnizadların ailəsində anadan olmuşdur. Mahmudnizadlar ailəsinin əsli İrandan idi və onlar yeni inancı təbliğ etmək üçün Yəmənə yerləşmişdilər. Muna, ailənin ikinci qız övladıdır. Həyatının ilk dörd ilini Yəməndə keçirdikdən sonra 1969-cu ildə Yəmən hökumətinin qərarı ilə ölkədə yaşayan bütün xarici əsilli şəxslərin deportasiya edilməsi ilə ailə İrana qayıtmışdır. Mahmudnizadlar İsfahan şəhərində iki, Kirmanşah şəhərində altı ay və Təbrizdə üç il müddətində yaşamış və son olaraq 1974-cü ildə Şiraz şəhərinə köçmüşdülər. Bu müddət ərzində atası kiçik emalatxana açaraq qazanc əldə etməyə çalışan Mahmudnizadlar ailəsi eyni zamanda getdikləri yerlərdəki bəhai təsisatları ilə də sıx əlaqədə olmuşdular.
Muna çayı
Muna çayı (Улахан-Муна) — Lena çayının sol qolu. Yakutiyanın Jiqan və Olenek rayonlarında yerləşir. Çayın uzunluğu-715 km, hövzəsinin sahəsi isə 30 100 km²-dir. O, öz başlanğıcını, Orto-Muna və Ulaxan-Muna çaylarının kəsişməsindən götürür və Orta Sibir yaylasının şimal-şərqindən axır.Çayın qidalanmasında əsasən qar suları və yağış suları üstünlük təşkil edir. Çayın suyu noyabr-dekabr aylarından donmaya başlayıb, aprel-may aylarında açılmağa başlayır. Çayın bolsulu dövrü isə may-iyun aylarına düşür. Çayın illik su sərfi-40 m³/san. 100 km- naviqasiya əhəmiyyətlidir.
Musa (Uçalı)
Musa (başq. Муса, rus. Мусино) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Yeni Bayramqol kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 70 km, kənd sovetliyindən (Yeni Bayramqol): 10 km. ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 70 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Musa (Yardımlı)
Musa — Azərbaycan Respublikasının Yardımlı rayonunun Astanlı kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Yardımlı rayonunun Astanlı kənd inzibati-ərazi vahidinin tərkibindəki yaşayış məntəqəsi Musa kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 2009-cu il tarixinə olan rəsmi məlumata əsasən kənddə cəmi 8 nəfər yaşayır.
Musa (ad)
Musa — kişi adı. Musa ərəb mənşəyi addır. Mənası suya batmaqdan qurtulmuş, sudan xilas olmuş ("Bibliya"da adı çəkilmiş əfsanəvi Moşa peyğəmbərin qədim y. adının ə. forması) anlamına gəlir.[mənbə göstərin] Musa — peyğəmbər. Musa Musayev Musa Musayev (alim) — baytarlıq elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının biologiya elmləri bölməsinin akademik-katibi, AMEA Zoologiya İnstitutunun direktoru. Musa Musayev (siyasətçi) — Milli Məclisin deputatı (2000–2005), Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı (2006–2010). Musa Urud — şair, tibb elmləri namizədi, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Musa Ağayev — dövlət xadimi. Musa Dasxuranlı — Orta əsrlərdə yaşamış alban tarixçisi.
Musa (peyğəmbər)
Musa (ivr. ‏מֹשֶׁה‏‎; ən tezi e.ə. 1689 və ən geci e.ə. 1391 – ən tezi e.ə. 1473 və ən geci e.ə. 1271) — Allahın elçisi, Misirdə doğulmuş yəhudi əsilli peyğəmbər. Musa Xristianlıq, İslam və Bəhailik kimi İbrahimi dinlərdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir. Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.
Musa Abdullayev
Musa Mirməmməd oğlu Abdullayev (27 noyabr 1927, Masallı rayonu – 1979, Bakı) — Azərbaycanın hematoloq alimi, tibb elmləri doktoru, professor, filoloq-tərcüməçi. 1942–1944-cü illərdə Azərbaycanın müstəqilliyi uğrunda yaradılan İldırım təşkilatının, – millətçi tələbə – gənclərin antisovet siyasi təşkilatının 8 üzvündən biri. Musa Mirməmməd oğlu Abdullayev 27 noyabr 1927-ci ildə Masallı rayonunun Qızılağac, kəndində ziyalı ailəsində anadan olmuşdur. Hələ orta məktəb illərindən həmin dövrün görkəmli həkimi, Gədəbəyin Slavyanka kəndində yaşayan milliyətcə alman həkim Zinindən ingilis dili dərslərini alması onun gələcək həyat yolunda həkimlik və mütərcimlik istedadının parlamasında mühüm təkan olmuşdur. O, məktəb yaşlarında olarkən, atası Mirməmməd Abdullayev dövlət qulluğu ilə əlaqədar ailəsi ilə birgə Bakı şəhərinə köçmüşdür. Musa Abdullayev orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universiteti) müalicə-profilaktika fakültəsini, eləcə də, Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsini bitirmişdir. İldırım təşkilatı, Sovet Azərbaycanını SSRİ-nin tərkibindən çıxarıb, müstəqil milli Respublika təşkil etmək məqsədilə yaradılmışdır. Bu barədə Akademik Ziya Bünyadovun "Qırmızı terror", kitabına istinad etmək olar. Musa Abdullayev 1942–1943-cü illərdə yaradılmış və onun siyasi baxışları ilə üst-üstə düşən İldırım təşkilatı na — antisovet millətçi tələbə-gənclər təşkilatına üzv olmuşdur. Keçmiş SSRİ–də təhsil alan tələbə-gənclərdən biri kimi Azərbaycanın müstəqilliyi, ana dilimizin dövlət dili səviyyəsinə qaldırılması tələbi ilə, 1930-cu illərdən başlayaraq repressiyaya məruz qalmış Azərbaycan ziyalılarının müdafiəsinə qalxmışdır.
Musa Alməmmədov
Musa Səməd oğlu Alməmmədov (20 dekabr 1935, Gədəbəy rayonu) — UNEC-in Fəxri professoru Alməmmədov Musa Səməd oğlu 1935-ci il dekabr ayının 20-də Azərbaycan Respublikasının Gədəbəy rayonun Söyüdlü kəndində anadan olmuşdur. O, 1945-ci ildə Söyüdlü kənd orta məktəbinə daxil olmuş və 1955-ci ildə həmin məktəbi bitirmişdir. Riyaziyyat elminə olan marağı əsasında sənədlərini Azərbaycan Dövlət Universitetinin "Riyaziyyat" fakültəsinə vermişdir. Müvafiq qiymətlər alaraq Universitetin tələbəsi olmuşdur. 1960-cı ildə universiteti əla qiymətlərlə bitirib Azərbaycan Neft Kimya institutunun ali riyaziyyat kafedrasına işə düzəlmişdir. 1963-cü ildə elə həmin kafedrada müəllim vəzifəsinə seçilmişdir. 1963-cü ildə Moskva şəhərindəki E. A. Steklov adına Riyaziyat İnstitutununda əyani aspiranturaya daxil olmuşdur. Dünyanın ən məşhur riyaziyyatçısı M. A. Haymarkın rəhbərliyi altında namizədlik dissertasiyasını yazaraq 1967-ci ildə riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Musa Alməmmədov 1967-ci ildən 2001-ci ilə qədər indiki Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur. 2001-ci ildən isə həmin universitetin riyaziyyat kafedrasının professoru vəzifəsində çalışıb.
Musa Axundov
Axundov Musa Ağəli oğlu - publisist, Respublika Jurnalistlər Birliyinin üzvü, Ustad Ali Jurnalistika mükafatı laureatı, Əmək veteranı (1998) 1940-cı ildə Ağdam rayonunun Novruzlu kəndində doğulmuşdur.
Abuca
Abuca (ing. Abuja, yor. Abùjá) — 1991-ci il 12 dekabr tarixindən etibarən Nigeriyanın paytaxtı. Ölkənin mərkəzində-Cos platosunda yerləşir. Şəhərin əhalisi 778 567 nəfər (2006), aqlomerasiyanın əhalisi təxminən 1,4 milyon nəfərdir (2005). Şəhərin əsası 1828-ci ildə, kiçik düşərgə-istehkam düşərgəsinin yerində salınmışdır. Abucaya federal paytaxt funksiyasının verilməsi haqqında qərar 1976-cı ildə qəbul edilmiş, 15 illik hazırlıq, yenidənqurma və inşaat işlərindən sonra bu qərarın icrası təmin edilmişdir. Əksər hökumət idarələri isə rəsmən 1991-ci ilin dekabrında köçürülmüşdür. Ölkənin əvvəlki paytaxtı Laqos şəhəri olmuşdur. Şəhər yapon memarı Kendzo Tanqe tərəfindən layihələndirilmişdir.
Amuda
Amuda (ərəb. عامودا‎‎, kürd. Amûdê) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin Əl-Qamışlı rayonunun Amuda nahiyəsində şəhər. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 26.821 nəfərdir. Suriyada vətəndaş müharibəsinin bir nəticəsi olaraq, şəhər 2012-ci ildən bəri Suriya Demokratik Qüvvələrinin idarəsi altındadır. Amuda Suriyanın Türkiyə ilə olan sərhədində, Əl-Həsəkə şəhərinin 83 kilometr (52 mil) şimalında, Əl-Qamışlı şəhərinin 31 kilometr (19 mil) şərqində, Əl-Qamışlı ilə Rəsulayn arasındakı yolun üzərində yerləşir. Amuda dəniz səviyyəsindən 461 metr yüksəklikdə yerləşir. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 26.821 nəfərdir. Şəhər əhalisinin 90%-ni kürdlər və yezidilər təşkil edir. Həmçinin, şəhərdə əhəmiyyətli bir ərəb icması, eləcə də bir aysor ailəsi yaşayır.