Molla Musa

Molla Musaİrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd.[2]

Kənd
Molla Musa
40°44′18″ şm. e. 43°46′33″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Şörəyel mahalı
Rayon Düzkənd rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 1,7 km²
Mərkəzin hündürlüyü 1.500 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.864 nəf. (2011)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +374 312
Xəritəni göstər/gizlə
Molla Musa xəritədə
Molla Musa
Molla Musa

Rayon mərkəzindən 12 km cənubda, Gümrü şəhərindən 5 km qərbdə, Arpaçayın sağ sahilində yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur.

Toponim Molla Musa şəxs adı əsasında formalaşmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.

Kəndin adı 1920-ci ildə dəyişdirilib Musakan qoyulmuşdur. Bir daha Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Voskeask adlandırılmışdır.

Kənddə 1886-cı ildə 462 nəfər, 1897-ci ildə 591 nəfər, 1904 - cü ildə 671 nəfər, 1914 - cü ildə 762 nəfər yalnız azərbaycanlılar yaşamışdır[3].

Azərbaycanlılar qarapapaqlar adı ilə verilir[4].

1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuş, xaricdən (Türkiyədən) köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 16 nəfər azərbaycanlı yaşamışdır[4].

1923-1924 - cü illərdə azərbaycanlılar kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство «Мелконян фонд», 1932, с. 42-43, 122-123
  4. 1 2 Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 122-123